Перейти к содержимому


Фотография

Abu Zeyd - Şiəliyi tanimaq


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 211

#61 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 июля 2011 - 10:18

nasibi 53:20-dən 53:30-a qədər imamların a.s qeybi bilmələri haqqında danışır və "əlbəttə ki, mən o imamı qəbul etmərəm ki, o deyir ki mən qeybi bilirəm. Allah özü deyir ki qeybi Allahdan başqa heç kəs bilməz"

və məndə cavabında deyirəm: Quranda qeybi Allah c.c-dan başqasının bilmədiyini söyləyən ayələr olduğu kimi nəbi və rəsulların a.s qeybi bildiyini söyləyən ayələrdə var. məsələn:



قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَنْ يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي
(Yusif a.s) dedi: "Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir."

Yusuf surəsi 37-ci ayə

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا فِي دَارِكُمْ ثَلَاثَةَ أَيَّامٍ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ
Onlar dəvənin diz vətərini kəsdilər. (Saleh) dedi: "Yurdunuzda üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəddir"

Hud surəsi 65-ci ayə

وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ
(İsa a.s dedi) "Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm."

Al-i İmran surəsi 49-cu ayə

وحدثني محمد بن عمرو بن جبلة حدثنا محمد بن جعفر ح وحدثنا عقبة بن مكرم العمي وأبو بكر بن نافع قال عقبة حدثنا وقال أبو بكر أخبرنا غندر حدثنا شعبة قال سمعت خالدا يحدث عن سعيد بن أبي الحسن عن أمه عن أم سلمة أن رسول الله صلى الله عليه وسلم قال لعمار تقتلك الفئة الباغية
...Ümmü Sələmə r.a rəvayət etdi: Rəsulullah s.a.a Əmmara dedi: "səni azğın bir dəstə öldürəcəkdir"

Buxari, "əs-Səhih", Namaz kitabı, hədis 93
Müslüm, "əs-Səhih", Fitnələr kitabı, hədis 2916


görəsən bəs bunlar necə? Yusif a.s hansı yeməyin gələcəyini, onun yozumunu bilməyi qyeb deyil? bəs Saleh a.s-ın 3 vədə verməyi? nə bilirdi ki, 3 gün sonra onlara əzab nazil olacaq? bu qeyb deyil? bəs Hz. İsanın a.s sözlərinə nə deyəcək? İsa a.s onların evlərində nə olduğunu necə bilirdi? bəs Rəsulullahın s.a.a Əmmara r.a dediyi sözlər? nə bilirdi ki, Əmmarı kim öldürəcək?



gördüyünüz videoda Seyyid Kamal Heydəri -Allah Onu qorusun- əhli sünnə alimlərindən əl-Xatib əl-Bağdinin "Kitabul fiqhi vəl mutəfəqqih" adlı kitabından (2/351) və ibni Əbdülbərr əl-Maliki əl-Qurtubinin "Camiul Bəyanil elm" (1/282) adlı kitabından bu hədisi nəql edir:



...Əbu Tufeyl rəvayət etdi: Əli dedi: "məndən soruşun! Allaha and olsun ki, Qiyamətə qədər olacaq hər şey haqqında sizə cavab verərəm. məndən Allahın kitabını soruşun, Allaha and olsun ki, hər bir ayənin dağdamı yoxsa səhradamı, gecəmi yoxsa gündüzmü nazil olduğunu sizə xəbər verərəm"


daha sonra Seyyid Kamal Heydəri ibni Əbdülbərr əl-Maliki əl-Qurtubinin "Camiul Bəyanil elm" (1/282) adlı kitabına təliq yazan nasibinin zırı olan əl-Albaninin bu hədis haqqında səhih hökmü verdiyini göstərir. həmçinin Təbəri, ibni Əsir kimi əhli sünnə tarixciləridə imam Əlinin a.s ölüm vaxtını bildiyini, sabah namazı üçün evdən çıxarkən qazların səs küy salmaları haqqında "bu onların matəm səsidir" dediyini nəql ediblər. amma bizim üçün bu qədəri də kifayətdir. həmçinin əhli sünnə alimləri Müslüm və Suyuti kitablarında "Nəbi s.a.a-in qiyamətə qədər olacaq hər şeyi xəbər verməsi" babı açmışdır:



باب إخبار النبي صلى الله عليه وسلم فيما يكون إلى قيام الساعة
Nəbi s.a.a-in Qiyamət qopana qədər olacaq hər şeyi xəbər verməyi babı

Müslüm, "əs-Səhih", Fitnə kitabı


nasibi (Abu Zeyd) isə deyir ki, "mən qeybi bilirəm deyən imamı qəbul etmərəm" deməli Abu Zeyd Hz. Yusif, Hz. Saleh, Hz. İsa, Hz. Muhəmməd və Hz. Əlini (peyğəmbərimizə, onun əhli beytinə və bütün nəbi, rəsul və vəsilərə salam olsun) qəbul etmir. bəllidir ki, bu saydığımız nəbi, rəsul və vəsilərin a.s inkarı kafir olmaq üçün kifayətdir.


#62 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 июля 2011 - 10:30

burada sual verilə bilər: bəs elə isə bu yazdığın ayə və səhih hədislər Quranda Allahdan başqasının qeybi bilmədiyi, hətta Rəsulun s.a.a özünün belə "mən qeybi bilmirəm" sözü ilə ziddiyət deyilmi?

cavab: Quranda Allahdan c.c başqasının qyebi bilmədiyi haqqında ayələr ilə bu ayə və hədislərdə ziddiyət yoxdur. Allahdan c.c başqasının qeybi bilmədiyini söyləyən ayələr müstəqil və heç kimə bağlı olmadan qyebi yanlız Allahın c.c bildiyinə dəlalət edir. nəbi, rəsul və vəsilərin qeybi bilməsi isə Allahın c.c bildirməsi ilədir. Quranda Allahın c.c Rəsuluna deməyini, insanlara təbliğ etməyini əmr etdiyi "...Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı..." haqqında olan ayədə eyni şəkildə Rəsulullahın s.a.a müstəqil olaraq qeybi bilmdəyini bildirir. çünkü Məkkə müşrikləri elə təsəvvür edirdilər ki, peyğəmbər olan kəs öz başına qeybi bilər, yaradar, yox edər və s. Məkkə müşriklərinin Quranda nəql olunan bu sözləri bizim dediyimizə dəlildir:



وَقَالُوا مَالِ هَٰذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ ۙ لَوْلَا أُنْزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا
Onlar dedilər: "(Bu) necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?"

Furqan surəsi 7-ci ayə


mövzu haqqında daha geniş və daha doyurucu məlumat üçün bax: "əl-Kafi", Hüccət kitabı, 659-cu hədisin izahı "əl-Mizan"dan nəql


#63 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 июля 2011 - 10:37


bu videoda da həmçinin İraqdan Müsənna adlı bir Şiə canlı yayımda Rəsulullahın s.a.a qeybi bilməyi mövzusunda vəhhabinin zırı və ən həyasızı olan Şeyx Adnan əl-Aruru sındırır.

#64 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 06 июля 2011 - 11:25

(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar. 18:65

Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. 18:79

Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq. 18:80

Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. 18:81

Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!” 18:82

Abu Zeyd Qurana iman gətirsəydi o sözləri deməzdi.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#65 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 11:29

Xəvaric Əbu Zeyd öz qardaşlarına şiələrə "meydan verməməyi" təklif edəndən sonra təvəssülün nizamladığı ikinci məsələyə keçir:

" Dəlil istəyirsən, deyir ki, Buxaridə ibn Ömərdən...Saxla, Buxarini, saxla İbn Öməri!”

Əbu Zeyd , niyə görə saxlayaq Buxarini, İBn ÖMəri ? Sən hələ buyur inkar elədiyin məsələni Buxariyə və İbn Ömərə rəğmən də inkar elə görək inkar edə biləcəksənmi ?
Nə hikkəvi yürüdürsən Saxla filankəsi, saxla peşmənkəsi!
Əbu Zeyd bu sözünü belə izah edir ki, guya şiə bu məsələni öz mənbələrində təsdiq etməlidir.
Bəs sən özün bu məsələni öz mənbələrinlə nəyə görə inkar etmirsən? Əgər bütün bunların dəlilləri bizim mənbələrdə YOXDURSA, sən niyə bizim mənbələrdə DƏLİLİN OLMAMASI İLƏ inkar edirsən bu əqidəni? Məgər bizim mənbələr sənin üçün höccətdir?
"Saxla Buxarini, İbn Öməri saxla!" - deyib öz qardaşlarına "yol polisi İNCƏSƏNƏTİNİN İNCƏLİKLƏRİNİ" öyrədən Əbu Zeydin özünə deyən lazımdır ki, "saxla Əbu Zeydi, qoy öz əqidəsini sübut eləsin, öz mənbələrində filan dəlillər ola-ola bu əqidəni necə rədd edir?"

1. Təsdiq etdiyin şeyi də dəlillə sübut eləməlisən, inkar etdiyivi də elə inkar eləməlisən ki, kimsə çıxıb sənin öz məzhəbindən , öz səhih bildiyin kitablardan həmin məsələni sənin sifətivə çırpmasın!

2. Deməli, sən istəyirsən ki, əvvəlcə mən öz məzhəbimi sənə sübut edim ?
Onda ey Əbu Zeyd, sən də ver qırağa saxla zəhmət olmasa! İbn ÖMəri də, Buxarini, Əbu Davudunu, Əbu Hureyrəni saxladım.Səni niyə saxlamamalıyam ?
Saxladım səni də!..Buyur inkar edirsənsə öz məzhəbivizdə bu məsələyə olan munasibəti izah elə! Sonra keç şiə məzhəbində bu məsələnin dəlillərini!

3. Sən şiənin dediyi sözü inkar edirsən! Hansı əsasla inkar edirsən ? O əsasla inkar edirsən ki, sizə bu barədə məlumat gəlib çatmayıb ? Bəs , filankəs, peşmənkəsin dediyi sözlər ? Onları niyə qəbul etmirsən ? Sərf eləmədi deyə qeyri səhih oldu ?

4. Sən özün istəyirsən ki, şiələrlə sorğu-sual edəsən, inkar eləsələr deyəsən ki, sənin alimin filan sözü deyir.
Məgər sən burda hakimsən, şiə muhakimdir ki sən soruşasan şiə cavab versin ? Əgər bu elmi muzakirədirsə, hər iki tərəf həm hakim, həm də muhakim olmalıdır.Eyni dərəcədə, eyni hüquqla!

5. Buyur zəhmət olmasa, inkar elədiyin məsələlərin ziddinə olan öz kitablarınızdakı bu hədislərə munasibət bildir! Necə olur ki, sənin səhih bildiyin kitablarda bu məsələr var, amma, sən bunu inkar edirsən ? Göstər görək hansı dəlillərlə inkar edirsən ?

6. Əgər sən düşünürsənsə ki, bizim mənbələrdə filan dəlillər yoxdur , biz də düşünürüksə ki, sizin mənbələrdə dediyimiz sözün dəlilləri var, o zaman SİZİN DƏLİLLƏRLƏ SÜBUT ELƏMƏYİMİZİ niyə qınayırsan ki ?

7. MƏGƏR SƏN DƏ İNKAR ELƏDİYİVİ BİZİM MƏNBƏLƏRDƏ O BARƏDƏ SÜBUT OLMADIĞINA GÖRƏ İNKAR ELƏMİŞ OLMURSANMI ?

8. Yəni, təsdiq elədiyimiz məsələnin dəlilləri sizin mənbələrdədirsə, sənin də İNKAR ELƏDİYİVİN DƏLİLLƏRİ ( bu barədə bir məlumatın olmaması) bizim mənbələrdə deyilmi ?

9. Əgər deyirsənsə “yox, mən öz mənbələrimizdə bu barədə bir şey olmadığına görə inkar edirəm” o zaman buyur izah elə görək, filan –filan hədis nədir bəs ?

Əbu Zeyd deyir: “mən öz məzhəbimdə olan məsələyə cavab verəcəyəm, sən hələ öz etiqadıvı öz məzhəbində olan dəlillərlə isbat elə!”

MƏn demirəmaaa bizim mənbələrdə dəlillər yoxdur! var! Səsivizi atmayasız başıvıza! :rolleyes:
Sadəcə sən demişkən mən də GÖSTƏRƏCƏYƏM.
Görürsən ki, Əbu Zeyd eynilə sənin söylədiyivi elə sənə də söyləmək mümkündür."CAVAB VERƏCƏYƏM" nisyə söhbətdi. Buyur cavab ver! Sonra sual ver!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#66 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 июля 2011 - 11:35

nasibi 54:10-dan 54:40-a qədər imamların a.s elmi haqqında danışır və deyir "mən 70 min dil bilən imamı qəbul etmirəm. heç dünyada 70 min dil yoxdur və bu hədis "Kitab əl-Kafi"dədir"

cavab: "əl-Kafi"də belə bir hədis olduğu doğrudur ancaq:



أحمد بن محمد ومحمد بن يحيى، عن محمد بن الحسن، عن يعقوب بن يزيد، عن ابن أبي عمير، عن رجاله، عن أبي عبدالله (عليه السلام) قال: إن الحسن (عليه السلام) قال:إن لله مدينتين إحداهما بالمشرق والاخرى بالمغرب، عليهما سور من حديد وعلى كل واحد منهما ألف ألف مصراع وفيها سبعون ألف ألف لغة، يتكلم كل لغة بخلاف لغة صاحبها وأنا أعرف جميع اللغات وما فيهما وما بينهما، وما عليهما حجة غيري وغير الحسين أخي

Kuleyni r.a, "əl-Kafi", 1/462


hədisin sənədində məçhul bir şəxs var. işarələdiyim yerdə deyilir "...ibni Əbu Umeyr bir adamdan o da Əbu Abdullahdan rəvayət etdi:.." Əllamə Məclisi r.a "Miratul Uqul" (5/366)-da bu hədis zəif olduğunu demişdir.


#67 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 июля 2011 - 11:52

nasibi 1:17:48-dən 1:19:28-ə qədər imamət mövzusunda danışır və deyir "imam Zeyd elə bil ki, Zeynulabidinin oğlu, Muhəmməd baqirin qardaşı, Cəfərin Sadiqin əmisi olub. Zeyd -bu dediyim hədis həm Kitabul Kafidə var həm Biharul Ənvarda kitablarında var- eşidir ki, Taq adında biri -hansı ki, əhli sünnə ona Şeytan Taq deyir bunlarda mömin Taqdır- belə bir etiqad yayır. etiqada bax, hələ 12 nəfər yox aaa, fəqət etiqad yayır ki, Əhli Beyt içərisində itaəti vacib olan imamlar var və bunlardan da biri Zeynulabidindir. Zey çağırır onu özünün yanına və deyir "sən mənim atamın adından belə bir şey iddia edirsən? yəni biz Əhli Beytdən itaəti vacib olan imamlar var?" Taq deyir ki "hə" Zeyd cavab verir ki, "ay yazıq O ata mənim atamdır, məndə onun övladıyam. ata balasından çox kimə yanar? mən balaca uşaq idim mənim atam yemək yedizdirəndə yemək ağzımı yandırmasın deyə soyudardı loxmanı soyudub sonra mənə verərdi. ağzımın yanmasına razı olmayan atam bu cür dinin təməli olan etiqadı mənə öyrətməyib cəhənnəmdə yanmağıma razı olar?

bu onların öz kitablarındadır, gözəl dəlildir, Zeydin dəlilidir."

cavab: mən deyəndə ki, bu vəhhabilərin hamısının qanı pozuqdur mənə inanmırlar. baxın qanlarının pozuq olduğuna bir dəlil daha. bunun şeyxi olan Buxari, Müslim hədisə və elmə xəyanət edibsə bundan artığını gözləmək olarmı? Buxari və digərlərinin hədisə xəyanəti haqqında baxın: nasibi mollalarının təhrifləri

indi isə "əl-Kafi"dən təhrif edərək nəql etdiyi hədisə baxaq:



عدة من اصحابنا، عن أحمد بن محمد بن عيسى، عن على بن الحكم، عن أبان قال: أخبرني الاحول أن زيد بن علي بن الحسين (عليهما السلام) بعث اليه وهو مستخف قال: فأتيته فقال لي: يا أبا جعفر ما تقول ان طرقك طارق منا أتخرج معه؟ قال:

فقلت له: إن كان أباك أو أخاك، خرجت معه قال: فقال لي: فأنا أريد أن أخرج أجاهد هؤلاء القوم فأخرج معى قال: قلت: لا ما افعل جعلت فداك، قال: فقال لي: أترغب بنفسك عني؟ قال: قلت له: إنما هى نفس واحدة فان كان لله في الارض حجة فالمتخلف عنك ناج والخارج معك هالك وان لا تكن لله حجة في الارض فالمتخلف عنك والخارج معك سواء.

قال: فقال لي: يا أبا جعفر كنت أجلس مع أبي على الخوان فيلقمني البضعة السمينة ويبرد لي اللقمة الحارة حتى تبرد، شفقة علي، ولم يشفق علي من حر النار، إذا أخبرك بالدين ولم يخبرني به؟ فقلت له: جعلت فداك شفقته عليك من حر النار لم يخبرك، خاف عليك: أن لا تقبله فتدخل النار، وأخبرني أنا، فإن قبلت نجوت، وإن لم أقبل لم يبال أن أدخل النار، ثم قلت له: جعلت فداك أنتم أفضل أم الانبياء؟ قال: بل الانبياء قلت: يقول يعقوب ليوسف: يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا، لم لم يخبرهم حتى كانوا لا يكيدونه ولكن كتمهم ذلك فكذا أبوك كتمك لانه خاف عليك، قال: فقال: أما والله لئن قلت ذلك لقد حدثني صاحبك بالمدينة أني اقتل واصلب بالكناسة وأن عنده لصحيفة فيها قتلي وصلبي.

فحججت فحدثت أبا عبدالله (عليه السلام) بمقالة زيد وما قلت له، فقال: لي: أخذته من بين يديه ومن خلفه وعن يمينه وعن شماله ومن فوق رأسه ومن تحت قدميه، ولم تترك له مسلكا يسلكه
...Əhval (Mömini Taq r.a) belə rəvayət etmişdir: Zeyd b. Əli b. Hüseyin a.s gizləndiyi vaxtlarda məni çağırdı. onun yanına getdim. mənə dedi ki: "biz Əhli Beytdən biri səndən kömək istəsə onunla birlikdə üsyan edərsənmi?" dedim ki: "əgər atan (imam Səccad a.s) və ya qardaşın (imam Baqir a.s) olarsa onlarla birlikdə üsyan edərəm" mənə dedi ki: "mən üsyan etməyi və bu qövm (Əməvilər) ilə döyüşməyi istəyirəm, səndə mənə qoşul. dedim ki: "sənə qurbn olum bunu edə bilmərəm"

Dedi ki: "özünü mənə seçirsən (yəni mənim üçün ölümə getməzsən)?"
Dedim ki: "mənim bir canım var, əgər yer üzündə bir hüccət var isə səninlə birlikdə hərəkət etməyən xilas olar, səninlə birlikdə hərəkət edən isə həlak olar. əgər yez üüzündə bir hüccət yoxdursa səninlə birlikdə hərəkət etməyənlə səninlə birlikdə hərəkət edən birdir"
mənə dedi ki: "ey Əbu Cəfər mən atam ilə birlikdə süfrədə oturardım. atm mənə yumuşaq ətdən loxma edər və isti loxmanı mənim üçün soyudardı. məni isti loxmadan qoruyan atam cəhənnəm odudan qorumazmı? sənə dini xəbər verəcək mənə xəbər verməyəcəkmi?
Dedim ki: sənə qurban olum, cəhənnəm odu xüsusunda sənə yazığı gəldiyi üçün xəbər verməyib mənə isə xəbər verdi. qəbul etsəm azad olaram, inkar etsəm cəhənnəmə girməyimi diqqətə almazdı.

Sonra dedim ki: "sənə qurban olum, siz üstünsünüz yoxsa nəbilər?"
Dedi: "əlbəttə ki, nəbilər üstündür"
Dedim ki: Yəqub a.s Yusif a.s deyir ki: "oğlum yuxunu qardaşlarına danışma. sonra sənə bir tələ hazırlayarlar" (Yusuf, 5) Yəqub a.s Yusifin a.s qardaşlarına ona tələ hazırlamamaqları üçün xəbər verə bilmdəzdi? ancaq görürük ki, bunu onlardan gizlədi eyni şəkildə sənin atan da səndən gizlədi, çünkü sənin üçün narahat olurdu.

mənə dedi ki: Bunları deyirsən amma yaxşı bil ki, sənin Mədinədəki dostun (imam Cəfər a.s) mənim öldürüləcəyimi, Kunasədə asılacağımı mənə dedi və mənim öldürülüb asılacağım haqqında məlumatları əhatə edən bir səhifənin yanında olduğunu xəbər verdi...

Kuleyni r.a, "əl-Kafi", 1/174



görüldüyü kimi Hz. Zeyd imam Cəfər əs-Sadiqin a.s bunları xəbər verdiyini, yanında bir kitabın olduğunu və s. kimi şeyləri Mümini Taqa r.a özü deyir. bəs elə isə nə üçün Mömini Taqı r.a özünə dəvət etmişdir? nə üçün hüccət haqqında danışmışdır?

cavab: Hz. Zeyd a.s və imam Cəfər əs-Sadiq a.s ehtiyata əməl etmiş və aralarında əlaqə olduğunu bildirmək istəməmişdirlər. necə ki, imam Səccad a.s Muxtar r.a ilə açıq-aşkar əlaqə yaratmamış, gizli əlaqə saxlamışdı. çünkü əlaqə aşkara çıxsaydı bu digər Şiələr üçün təhlükəyə səbəb ola bilərdi. amma mən Abu Zeydə deyirəm "ay zındığın oğlu zındıq! niyə bir mövzu haqqında danışanda mövzu haqqında dəqiq araştırma aparmadan danışırsan? sən Zeydin a.s imamətə inandığını bilmirsən? əgər bilmirsənsə bilmdəiyi bir şey haqqında danışdığın üçün yox əgər bilirsənsə bilərək gizlədiyin üçün Allahın, mələklərin, insanların və bütün lənət edənlərin lənəti sənə olsun"

Zeyd a.s imaməti qəbul edən, imamətə iman edən biri idi:



علي بن إبراهيم، عن أبيه، عن صفوان بن يحيى، عن عيص بن القاسم قال:سمعت أبا عبدالله (ع) يقول: عليكم بتقوى الله وحده لا شريك له وانظروا لانفسكم فوالله إن الرجل ليكون له الغنم فيها الراعي فإذا وجد رجلا هو اعلم بغنمه من الذي هو فيها يخرجه ويجئ، بذلك الرجل الذي هو أعلم بغنمه من الذي كان فيها والله لو كانت لاحدكم نفسان يقاتل بواحدة يجرب بها ثم كانت الاخرى باقية فعمل على ما قد استبان لهاولكن له نفس واحدة إذا ذهبت، فقد والله ذهبت التوبة فأنتم أحق أن تختاروا لانفسكم، إن أتاكم آت منا (1) فانظروا على أي شئ تخرجون ولا تقولوا خرج زيدفإن زيدا كان عالماوكان صدوقا ولم يدعكم إلى نفسه إنما دعاكم إلى الرضا من آل محمد (عل) ولو ظهر لوفى بما دعاكم إليه إنما خرج إلى سلطان مجتمع لينقضه فالخارج منا اليوم إلى أي شئ يدعوكم إلى الرضا من آل محمد (عل)
...ibni Qasim rəvayət etdi: Əbu Abdullahın (imam Cəfər əs-Sadiq a.s) belə dediyini eşitdim: "...Şübhəsiz ki, Zeyd alim və doğru biri idi. O sizi əsla özünə dəvət etmədi. O Al-i Muhəmmədin s.a.a rızasına dəvət etdi. əgər zəfər eldə etsəydi sizi dəvət etdiyi şeyə vəfa edəcəkdi..."

Kuleyni r.a, "əl-Kafi", 8/264, hədis 381


Əhli Beytə a.s itaətin vacib olması, imam Əlinin a.s Rəsulullahın s.a.a vəsisi olmağı o qədər məşhur bir şeydir ki, bundan heç kəs xəbərsiz olmayıb və hər zaman Bəni Haşimdən olanlar bununla müxaliflərinə dəlil gətirərək onları susdurublar. məsələn imam Hüseyin a.s Kərbəlada Ömər b. Sədin l.a ordusuna xitab edərkən dedi:



Hz. Hüseyin Allah’a hamd-ü-senâda bulun­du; Muhammed’e, meleklere ve bütün peygamberlere salât-ü selâm getirdi ve hepsi derlenemeyecek Ölçüde pek çok söz söyledi. Onun söylediği bu sözlerden daha beliğ sözler işitilmedi. Daha sonra şunları ekledi: «Siz­ler benim soyuma bir bakiniz, benim kim olduğumu hatırınıza getiriniz, on­dan sonra kendi nefsinizle başbaşa kaimiz, nefsinizi sigaya çekiniz ve dü­şünüz: Beni Öldürmek, çiğnenmesi yasak olan şeyleri çiğnemek, sizin için helâl olabilir mi? Ben peygamberinizin kızının, peygamberinizin vasi­sinin ve peygamberinizin amcasının oğlu değil miyim? Ben müminler ara­sında Allah’a en yakın olan ve Rasûlünü en çok tasdik eden birisi değil miyim? Şehitlerin efendisi Hz. Hamza benim babamın amcası değil midir? Cennette uçan büyük şehit Ca’fer-i Tayyar benim amcam değil midir? Siz Rasûlallah’ın bana ve kardeşime şu sözleri söylediğim çokça işitmediniz mi?: «Sizler cennet gençlerinin efendilerisiniz, sizler sünnet ehlinin göz bebeğisiniz.» Benim bu söylediklerimi tasdik ediyorsanız -ki bu hakkın kendisidir- Allah’a yemin ederim ki, ben yalancıların Allah tarafından se­vilmediğini bildiğim andan bu yana kasti olarak yalan söylemiş değilim. Beni yalanlıyor isçniz gerçekten sizin aranızda sorduğunuz takdirde bun­ları size haber verecek, bu hadisi size söyleyecek kimseler vardır. Cabir b. Abdullah’a veya Ebû Sa’îd’e, Sehl b. Sa’d'e, Zeyb b. Erkam’a ya da Enes’e sorun. Bunların hepsi sizlere bu hadisi Rasûllah (s.)’dan işittiklerini bildireceklerdir.


görün bu nə qədər məşhur olan bir şedyri ki, imam a.s hətta nasibi yığını olan Ömər b. Sədin l.a ordusuna qarşı bunu dəlil gətirir. imamın Kərbəlada dediyi bu sözləri Təbəri, ibni Əsir və ibni Kəsir kimi əhli sünnə tarixçiləri nəql ediblər. amma ibni Kəsir görüb ki bu "vəsi" sözü işləri korlayır ona görədə imamın a.s sözlərini təhrif etmişdir. ancaq Təbəri və ibni Əsirdə mənim nəql etdiyim şəkildədir. mən bunu ibni Əsirdən nəql etdim, bu da kitabın şəkli:


imam-huseynin-hutbesi.jpg

həmçinin imam Həsənin a.s nəslindən olan Muhəmməd Abbasilərə qarşı üsyan qaldırdıqları zaman Muhəmməd Abbasi kralı Mənsura belə bir məktub yazmışdı:



...Halifelik bizim hakkımız­dır. Siz halifeliğin bize ait olduğunu iddia ettiniz, daha sonra onu biz­den uzaklaştırarak kendiniz aldınız. Babamız Ali, hem imamdı, hem de Peygamber'in vasisiydi. O hâlde, onun evlâtları hayattayken sen nasıl oldu da onların kesin hakkı olan imamet ve velâyeti miras aldın?! Bi­zim soyumuz, atalarımız, dayımız, babalarımızın ataları gibi hilâfeti hiç bir kimsenin istemediğini biliyorsunuz...


bu məktub qarşısında Abbasi kralı Mənsur gücənib qalmışdı, bu sözlərə bir tək kəlimə belə deyə bilməmişdi. Muhəmmədin bu məktubunu Təbəri və ibni Əsir nəql ediblər. mən bunu ibni Əsirdən nəql etdim, bu da kitabın şəkli:


Abdullahın mektubu.JPG

deməli bu heçdə bilinməyən bir şey deyildi, əgər Qədiri Xuma şahid olub "səni Təbrik ediirk ey Əli. bütün mömin və möminələrin mövlası oldun" deyən namussuzlar daha sonra bunu inkar ettilərsə bu Qədiri Xumun olmadığına deyil, namussuzların xəyanət etdiyinə dəlildir.
  • N_ن_N это нравится

#68 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 12:13

Sonra Əbu Zeyd Guya şəhidlərin məqamı barədə olan ayəni izah edir .Bu zındıq ayənin əvvəlindəki "öldürülənlər" kəlməsini tutur, sanki qalan bütün kəlmələri silib atır.Məsələni belə izah edir :

Allah yolunda” öldürülənlər” Ölü deyil ?
Bəs niyə onu basdırmısan, niyə onun zövcəsi başqasına ərə gedib?

Bu zındıq sanki, ALlahın özünü qınayırmış kimi sual verir ki, "ölü deyil?"
Cavabını isə Allah verir :

Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.

İndi yoz bunu görək nə deməkdir bu Əbu Zeyd ? Görəsən bunu necə özüvüzə sərf eləyən kimi fırladacaqsan ?

Qaldı ki, "öldü deyillərsə niyə dəfn olunurlar, yoldaşları ərə gedir ?" tipli şübhə toxumlarına!
Məhz sənin üslubunda sənin özünə də suallar ünvanlamaq olar:

1. Allahu Subhanəhu və təala peyğəmbər xanımlarına (s.a.s) niyə görə "möminlərin anası" dediyi təqdirdə peyğəmbər "möminlərin atası" adlandırılmayıb? Burda doğma analıqdan söhbət getmir elədir ? Budur sənin izahatın?

2. Möminlərin analarıdırlarsa niyə görə öz "övladlarının" sahabələrin yanında hicabsız otura bilməzlər ? və s. və ilaxir!

Qaldı ki, şəhidlərə BƏLİ, onlar Allahu subhanəhu və təalanın da söylədiyi kimi DİRİDİRLƏR lakin sənin kimi xəvariclər bunu bilməzlər , dərk eləməzlər Əbu Zeyd!

Qaldı ki, onların eşidib-eşitməməsinə! Biz necə diri olmasından, cismani, yaxud, ruhən diri olmasından danışmırıq, ümumiyyətlə Allahu subhanəhu və təala DİRİDİR deyirsə deməli, diridir! Əbu Zeyd , sənin dəlilin varmı ki, DİRİLƏR kardırlar ? Yaxud, şəhid olan DİRİLƏR mutləq kar olurlar, eşitmirlər ?
Bu məsələ qayıdacağıq. Amma, hələ sənin bir yalanıvı da aşkar edəndən sonra qayıdacağıq.
Əbu Zeyd əl-kəzzəB (Bundan sonra Əbu Zeyd bu adla anılacaq."Kəzzəb"-"yalançı" deməkdir) deyir ki:

"get özlərinin təfsir kitablarına bax ki, eynilə əhli-sunnədəki kimidir. Diridirlər? Bəli. Can sahibidirlər? Bəli! Amma, necə can sahibirlər? Quş! O cənnətdə uçur. Sənsə getmisən qəbrinə onunla danışırsan. Səninlə nə əlaqəsi var onun? Yəni, fikir verirsən bu məsələnin o məsələylə heç bir əlaqəsi yoxdur”

1.Xüsusi olaraq qeyd eləmir ki, bizim alimlərdən hansının təfsir kitabına baxaq ?
2.Deməli,ümumi olaraq bu sözü bütün mufəssirlərimizin təfsir kitablarına şamil edir. Elə isə Əllamə Təbatəbainin təfsirini sizin xidmətinizi veririk:

baxın görün Əllamə Təbatəbai Əbu Zeyd əl-kəzzəbin dediyi kimi bu ayəni təfsir edibmmi ?

Əksinə "əl-əmali"-dən, İmam Cəfər Sadiqdən(ə) nəql edilmiş bu hədisi gətirir. Bu hədisi İbn-Zebyan İmam Sadiqdən (ə) nəql edir :

"Bir ara İmam Sadık'ın (a.s) yanında bulunuyordum. 'İnsanlar müminlerin ölümünden sonra onların ruhlarının durumları hakkında neler söylüyorlar?' diye sordu. Dedim ki: 'Müminlerin ruhları yeşil kuşların kursaklarında olur.' diyorlar. Bunun üzerine şöyle dedi: Subhanallah! Bir mümin böyle bir duruma sokulmayacak kadar Allah katında saygın bir konuma sahiptir..........."
http://www.islamkutu...-157.htm#ba-154

İndi isə keçək ölülərin eşidib-eşitməməsinə: (Əlavə: Ölülər eşidirmi?)

Əbu Zeyd əl-kəzzəb deyir :

"dəlil gətirirsən ayə ki, sən ölüləri eşitdirə bilməzsən!”
Deyir ki, o ayədə qəsd kafirlərdir.vallahi, düzdü.O ayədə qəsd kafirlərdi.Yenə də huccətdi.Allahu subhanəhu və təala deyir ki, sən ölüləri eşitdirə bilməzsən! Yəni, kimə ? kafirlərə!Allah subhanəhu və təala kafirləri kimə bənzətdi? Hansı məsələdə ? eşitməməzlikdə! Bu dəlildir ki, ölülər eşitmir.”

Burda Şahin (Əbu Zeyd) əl-kəzzəb həmin "ölülərin" kafir belə olsalar "ölü olmasına və ümumən ölülərin "kafir" də olsa, "mumin" də olsa "eşitmədiyinə" dəlil gətirir.
O zaman bu Şahin əl-kəzzəb ya özünü Buxaridən ağıllı sayır, ya da Şahin əl-kəzzəbin bu sözündən çıxan nəticəyə görə sünnilərin "səhih" muəlliflərindən biri, ən etibarlısı Buxari KAFİRDİR.

Əgər Buxarinin bu xəvaric üçün kim olmasını bilmək istəsəz Əlixan Musayevin ( "peyğəmbərin" qardaşı oğlu) Buxarinin səhihinə muxtəsər olaraq etdiyi tərcümədə , kitabın əvvəlində Buxari haqqındakı məlumlatları, onun bunların yanındakı dəyərini yaza bilərik.

keçək Buxarinin hədisinə :

"Əbu Təlhə rəvayət edir ki, Bədr günü Peyğəmbərin(s.a.s) əmri ilə qureyşlilərin başçılarından iyirmi dörd nəfəri Bədrdəki suyu çəkilmiş, zir-zibil dolu çirkli bir quyuya atdılar.peyğəmbər (s.a.s) düşməni məğlub etdikdən sonra üç gecə rəsdə qalardı.Bədrdə qaldığı üçüncü gün dəvəsini (yola hazırlamağı) əmr etdi.Dəvə (lazımi şeylərlə) yükləndikdən sonra (peyğəmbər (s.a.s) ) yola düşdü, səhabələri də onun arxasınca yola çıxdılar və bir-birilərinə dedilər:
ƏDeyəsən o , yerinə yetirmək istədiyi bir işin dalıyca gedir".Nəhayət o (gedib) quyunun kənarında dayandı və onları ( quyuya atılmış muşrikləri) həm öz adlarıyla, həm də atalarının adlarıyla çağırıb dedi : " Ey filankəsin oğlu filankəs, filankəsin oğlu filankəs! ( Vaxtında) Allaha və onun rəsuluna itaət etsəydiniz ,( indi) bu sizi sevindirməzdimi?! Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük.Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü? "
( Bunu Eşidəndə) Ömər dedi " Ey Allahın elçisi, sən cansız cəsədlərləmi danışırsan?!"
Peyğəmbər dedi :
" Canım əlində olan Allaha and olsun ki, siz mənim dediklərimi onlardan yaxşı eşitmirsiniz"
Mənbə :"Səhih əl-Buxari" Tərcümə edən : Əlixan MUsayev.Səhifə 654 , 1596-cı hədis.
"

1.Görəsən Buxari Şahin əl-kəzzəb qədər elmli deyildimi ki, Quranda belə bir ayənin olmasına rəğmən Allah rəsulu (s.a.s) haqqında belə bir hədisi SƏHİH bilib öz kitabına salmışdı ?

2.Əgər bu hədis SƏHİH deyilsə, ümumiyyətlə Quranla ziddirsə BUXARİ Quran ayəsinin ziddinə olan bir söhbəti doğru hesab elədiyinə görə kafir deyilmi ?

Bu barədə suallar çoxdur.Amma, diqqət ediləsi məqam budur :
Burda da kafirlərlə söhbət edilir, bur da kafirlər ÖLÜLƏRDİR.Amma, Allah rəsulu (s.a.s) HƏTTA AND İÇİB deyir ki, SİZ ONLARDAN YAXŞI EŞİTMİRSİNİZ.
Buyur ey xəvaric Şahin əl-kəzzəb.İndi bu məsələni izah elə görək bu nə deməkdir?

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#69 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 13:01

Sonra əl-Kəzzəb deyir :

Quranda qiyasın dəlili var, hansı ki, bunlar qiyası rədd edirlər.Özləri gətirdikləri dəlil özlərinin əleyhinə huccətdir.Çünki, onlara görə qiyas, batildir.Deyirlər ilk qiyas edən şeytan olub, sonra əbu hənifə düşüb onun dalına...və s. Amma, vallahi, onlardan çox qiyas edən tayfa tapmazsan!

1. Əvvəla, İmam Əli Nəhcul Bəlağədə Quranın ayələri barədə deyir ki, يشهد بعضه علي بعض
Yəni, "onun bir qismi digər qisminə şəhadət verir" ( Nəhcul-Bəlağə,133-cü xutbədən)
2. Quran mufəssirlərinin də ən birinci əməl etdikləri prinsip Quran ayəsinin məhz elə Quran ayəsi ilə izah edilməsidir.
3. Siz dediyiniz isə AÇIQ-AŞKAR dəlillərin qarşısında edilən bidət, şəxsi rəy və QİYASDIR. Dediyiniz hədisdə də məhz nəzərdə tutulan budur.
Hətta, Əllamə Kuleyni bu barədə ayırdığı "Bidət, şəxsi rəy və qiyas" fəslində də rivayət etdiyi hədislərin içərisində İmam Cəfər Sadiq əleyhissəlamdan rivayət edilən bir hədisdə imam Buyurur: "Sunnət-qiyas qəbul etməz". İmam Cəfərin (ə) Əbu Hənifə ilə söhbəti də məhz onu bu yoldan çəkindirməkdir.
Adını qeyd etdiyimiz babda, 20-ci hədisdə İmam Sadiq (ə) ilə Əbu Hənifənin söhbəti qeyd edilir ki, İmam buyurur:

"Ey Əbu Hənifə" eşitdim ki, qiyas edirsən. Bu doğrudurmu?"
"Bəli" cavab verdi. Dedi:" Qiyaslama! (Muqayisə etmə!) Çünki, ilk qiyas edən kəs "məni oddan, onu palçıqdan yaratdın" deyən İblisdir..." - demişdir.

Hədisdən də görüldüyü kimi Allahın əmrinin, elminin qarşısında Qiyas edən şeytanı İmam Cəfər (ə) Əbu Hənifə üçün misal gətirir.
İmamlar Allahın və rəsulunun (s.a.s) əmrlərinin qiyasla dəyişdirilməsinin tərəfdarları olmayıblar.

Hətta Sünnilər də bu barədə yazırlar :

Ebu Hanife Cafer-i Sadık hazretlerini üstadı olarak kabul etmiş ve daha ilk görüşmesinde onun için "İnsanların en alim olanı, meseleler etrafındaki ihtilafları en iyi bilendir" demiştir.

Onun İmam Muhammed Bakır ile arasında re'y ile ilgili konuşması şöyledir. Çağdaşları içinde değişik okullara mensup Mâlik, Evzâî, Abdullah b. Mübârek, İbn Cüreyh, Câ'fer-i Sadık, Vâsil b. Atâ vs. büyük imamlar bulunan İmâm-ı Âzam ile büyük İmam Muhammed Bâkır arasında geçen şöyle bir olay anlatılır: Muhammed Bâkır, Ebû Hanife'ye, "Dedemin yolunu ve hadislerini kıyasla değiştiren sen misin?" diye sormuş; Ebû Hanife, "Sen, sana lâyık olan bir şekilde yerine otur. Ben de bana lâyık olan şekilde yerime oturayım. Dedeniz Muhammed (s.a.s.)'e hayatında sahâbîleri nasıl saygı duyuyorlarsa aynı şekilde ben de size saygı besliyorum. Şimdi sen bana kadının mı erkeğin mi zayıf olduğunu; kadının mirasta erkeğe nisbetle hissesini; namazın mı orucun mu efdal olduğunu, idrarın mı meninin mi pis olduğunu söyler misin? " diye sormuş. İmam Bâkır da kadının mirasta iki hissesi olduğunu; erkekten zayıf olduğunu; namazın oruçtan efdal ve idrarın meniden pis olduğunu söyledi. Ebû Hanife ona, "Kıyas yapsaydım kadın erkekten zayıftır diye ona mirastan iki hisse verir; idrar yapıldıktan sonra gusledilmesini, meni çıktıktan sonra sadece abdest alınmasını söylerdim. Kıyasla dedenizin dinini değiştirmekten Allah'a sığınırım" (Muhammed Ebû Zehra, İslâm'da Fıkhı Mezhepler Târihi, II, 66-67).

Məhz Öz rəyinə, qiyasına arxayın olub ortaya şəri fətva atanların, qiyası, rəyi caiz bilənlərin bu "xidmətləri" sayəsində bu gün Namaz kimi muhim bir məsələdə ixtilaflar ortaya çıxmadımı ?
Halbuki, Quran və sunnətə tabe olsaydılar , Allah rəsulunun (s.a.s) vəsiyyətinə əsasən əhli-beyt məktəbindən öyrənər , bu barədə ixtilafa düşməzdilər.

Əbu Zeyd əl-kəzzəbin danışdığı ilə, qiyas isə başqa-başqa şeylərdir.Amma, bu dayısı Muaviyənin sünnətinə tabe olan hiyləgər, yalançı Şahin isə öz başına yığdıqlarına "ÖZ BAŞINA" görə dərslər, metodlar öyrədir.

Qeyd :
Əllamə Kuleyni "Bidət, Şəxsi rəy və qiyas fəsli"-indən sonra "Kitab və sunnətə muraciət etmək" fəslini gətirir. Bəli! Müsəlmanlar məhz Kitab və sunnətə muraciət etməli, muraciət edərkən də şəxsi rəy və qiyaslarına yox, məhz əhli-beytin (ə) əlminə əsaslanmalı, Allahın huccətlərinin elmi ilə qəlblərini nurlandırmalıdırlar. Allah bizi və sizləri əsl kitab və Rəsulullahın sünnətinin gerçək bilicilərindən - 12 imamdandan ayrı salmasın!
Şahin əl-kəzzəb və aldadıb başına yığdığı qardaşları da Allah islah eləsin!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#70 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 06 июля 2011 - 13:50

Bismillah..Əxi deyir:

..Xüsusən,Cəfəri Sadiqdən o yana olanlar var haa,Museyi Kazım,Əli ər-Riza,Muhəmməd Təqi-hamısı o vaxtı yaşayıb,heç biri kitab yazmayıb.Çünki elm əhli olmayıblar(!)Cəfəri Sadiq,Muhəmməd Baqir,Zeynul Abidin elm əhli olub,həqiqətən.Cəfəri Sadiqin oğlu Museyi Kazım daa,yəni(eee) elm əhli olub necə ibn Saq deyir,rəvayətləri az olub,yəni çox şey olmuyub.Amma ondan sonrakılar Əhli-beytdən olub,fəzilət sahibi olublar,amma elmlə əlaqələri,belə deyim ki,müfəssir olbular,yox.Mühəddis olublar yox..Əhli-sünnə alimləri tüğyan edirdi ee.Bunlar heç nə yazmayıb...Cəfəri Sadiq,Muhəmməd Baqir hədis ravisi olub,get əhli-sünnənin hədis kitablarına bax,onlar haqqında var.Kimlər elm alıb,kimlərdən alıblar.

Sən guya indi bizim kitabları oxumusan??Ay nasibi,bəs bilmirsən ki,27il Museyi Kazım zindanda olub?????Bəs bilmirsən ki,ağan Məmun İmam Rzanı(ə) Tusda saxlayıb sarayda???Bəs bilmirsən ki,Həsən Əsgərini həmişə nəzarətdə saxlayırdılar???İmam Kazım(ə) kimə dərs deyəcəkdi???Zindandakı daş-divara????Yaa İmam Rza(ə)??O da Məmunun sarayındakılara???Get aç tarix kitabını,Məmunun sarayından İmam Rzanın(ə) yəhudi+xristian alimləri ilə bəhsinə bax(!),elə o kifayət edər ki,o necə alim olub???? Cəfəri Sadiq(ə) elm alıb,amma atasından,hansısa alimdən yox!!!Bu guya bizim kitabları oxuyub,heç dünyadan da xəbəri yoxdur,ya da var,artistliyə vurub özünü...

Сообщение отредактировал Kanan_313N: 06 июля 2011 - 13:51


#71 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 14:43

Sonra bu Şahin əl-kəzzəb deyir :

"Mən də yazdım ki, ... indi cavab yazırammmm...Yazdım ki,.... görürəm Kəbəyə qiyas eləyir...
İndi mən də girmişəəəm...Əhli-sünnə adıyla yox, Bir dənə rafizi muctəhidin adıyla girmişəm.Xomeyninin adıyla girmişəm.Əssəlamu Aleykum deyən kimi, hamı deyir , aleykum salam, ağa necəsən, hamısı hörmət eləyirlər"

Söhbətinin əvvəlində şiələr haqqında "təqiyyə olduğu üçün heç vaxt əsl əqidələrini deməzlər" deyir, amma, burda bu zındıq islam alimlərindən birinin adıyla çata girib müsəlmanları aldadır və üstəlik buna şəri don da geyindirir. Əgər bu zındıq iddia eləsə ki, guya İbrahim əleyhissəlam kimi hərəkət edir, bu özü də o zındığın əleyhinə bir huccətdir!

2. Allahu subhanəhu və təala da bizə öz kitabında fsadçıların sözünə inanmamağı, həmin məsələni araşdırmağı bildirib ki, yuxarıda bu barədə Quran ayəsi yazdıq. Bu zındıq çox hiyləgər metodlardan istifadə edir. Təbii ki, çatda belə bir hadisənin olub-olmaması dəqiq deyil. Olsa da kimlərlə söhbət eləməsi dəqiq deyil.

3.Yuxarıda təqiyyənin dəlilini öz alimlərimizdən birinin fikriylə yazdıq. Həmin alim də Şeyx Məkarim Şirazi (həfəzəhullahi təala) Quran ayələri ilə dəlillər gətirdi.

4.İndi isə bu zındığın inkar elədiyi məsələlər barədə əhli-sünnə mənbələrindən dəlil gətiririk:

مستدرك الحاكم - كتاب التفسير - رقم الحديث : ( 3362 )
3319 - أخبرنا عبد الرحمن بن حمدان الجلاب بهمدان ثنا هلال بن العلاء الرقى ثنا ابى ثنا عبيدالله بن عمرو الرقى عن عبد الكريم عن إبن عبيدة بن محمد بن عمار بن ياسر عن ابيه قال اخذ المشركون عمار بن ياسر فلم يتركوه حتى سب النبي (ص) وذكر آلهتهم بخير ثم تركوه فلما اتى رسول الله (ص) قال ما وراءك قال شر يا رسول الله ما تركت حتى نلت منك وذكرت آلهتهم بخير قال كيف تجد قلبك قال مطمئن بالايمان قال ان عادوا فعد ، هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه


Hakim Nişapuri öz Mustədrəkində, "təfsir" kitabında 3362-ci nömrəli hədisdə, işarələdiyimiz yerdə yazır:

"Muşriklər Əmmar Yasiroğlunu tutdular və peyğəmbəri (s.a.s) söymədikcə və onların ilahlarını xeyirlə anmadıqca buraxmadılar"

Sonra onun Allah rəsulunun (s.a.s) yanına qayıtmasından, Allah və rəsulunun (s.a.s) Əmmarı qınamamasından söhbət açılır.

Hakim bu Hədisi şeyxeynin (Buxari və Muslim nəzərdə tutulur) şərtinə əsasən səhih bilir. Amma, qeyd edir ki, o ikisi bu hədisi ÇIXARTMAYIBLAR (yazmayıblar).

Bundan əlavə Təqiyyə barədə Buxaridən, Muslimdən, Əbu Davuddan, Tirmizidən,Beyhəqidən, Siyutidən dəlil gətirmək olar.
Ümumiyyətlə bu barədə 30-dan çox dəlil gətirmək olar ki, hamısı da sünni mənbələrindəndir.
Təbii ki, bu zındıq sünni olmadığına görə, yalandan özünü sünnilərin qabırğasına sırıdığına görə təqiyyəni qəbul etməyə bilər.

P.S Biharul-Ənvar haqqında dediyi əl-kəzzəbin bu iftirasını isə "Abu sufya ordusu" nikli qardaşımız əlhəmdulilləh cavablandırıb! Allah ondan razı olsun

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#72 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 июля 2011 - 15:10

Təqiyyə

#73 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 15:41

Bir də ki, bu şahin əl-kəzzab deyir ki :
"Şiə alimləri qibləndan başqa istiqamətə doğru namazı caiz biliblər"

Hələ bunun "caiz biliblər" deyib bircə nəfər də olsun şiə alimindən dəliliylə, sübutuyla, kitabının adıyla, cildiylə, səhifəsiylə dəlil gətirməməsini,iftira atmasını bir kənara qoyuram.
Orda yığışan insanları aldatmağa çalışan bu zındığa "Abu Sufyan ordusu" nikli qardaşımız izah elədi ki, söhbət namaz qılmaqdan yox, ziyarət etməkdən gedir.

Amma, bu zındıq iddia edirsə ki, yox, söhbət qiblədən başqa tərəfə namaz qılmaqdan gedirsə buyursun ətraflı bu məsələ haqqında sözünü təsdiq edəcək mənbə göstərsin.Halbuki, bu məsələ özü də qeyd etdiyi kimi "qiblədən başqa tərəfə namaz qılmaq", yaxud "qiblənin hökmləri" və s. bu kimi adlarla olan başlıq altında yox, məhz özünün də qeyd elədiyi kimi "ziyarətin ədəbləri" başlığı altında qeyd edilib.

2. Bu barədə zındıq , yalançı Şahin əl-kəzzəb qeyd edir ki, Şiə alimləri qiblədən başqa yerə doğru qılınan namazı caiz biliblər. Deməli, burda heç bir alimi istisna etmir.
İndi isə bu yalançının dediyi yalanları sübuta yetirmək üçün alimlərin fikrini yazacağıq siz də müşahidə edin:

1 - "Muqəddəs Məkkə şəhərində yerləşən Kəbə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır...."
Ayətullah Sistani (hafəzahullahu təala), "İzahlı Şəriət məsələləri" kitabı, 103 -cü səhifə,763-cü məsələdən. Qum şəhəri.2010

2 - "Məkkədə olan Kəbə evi qiblədir və namaz ona tərəf qılınmalıdır...."
Ayətullah Şeyx Mirzə Cavad Təbrizi (Rahiməhullahu təala) ."Təvzihul-məsəil" risaləsi.106-cə səhifə, 784-cü məsələdən.İyun,2004-cü il.Qum Şəhəri, Şuhəda meydanı.

3 - "Əzəmətli Məkkə şəhərində yerləşən Kəbə evi dünyanın bütün müsəlmanlarının qibləsidir və hər kəs harada olmasından asılı olmayaraq üzü qibləyə namaz qılmalıdır...."
Ayətullah Şeyx Məkarim Şirazi (hafəzəhullahu təala) "Şəriət hökmlərinin izahı" kitabı,106-ci səhifə, 715-ci məsələdən.Bakı-2009

4 - "Əzəmətli Məkkə şəhərində yerləşən Kəbə evi qiblədir ki, namazı onunla üzbəüz durub qılmaq lazımdır...."
Ayətullah Fazil Lənkərani (rahimahullahu təala) "Şəriət hökmlərinin izahı" ("Təvzihul-məsail"kitabı,115-ci səhifə,776-cı məsələdən.Qum Şəhəri,"İrəm" xiyabanı.

5 - "Üzü qibləyə durmaqda əsas vacib olan yer səthində kəbə Evinə doğru durmaqdır.belə ki, yer üstündə duran şəxs üzünü Məkkədəki Kəbə evinə tərəf döndərsin..."
Ayətullah Seyyid Əli Xameneyi (Hafəzəhullahu təala) "əcvibətul-istiftaat" kitabı,94-cü səhifə 368-ci suala verilən cavabdan.2003-cü il.

6 - "Namaz qibləyə (yəni Kəbəyə) tərəf qılınmalıdır..."
Ayətullah Şeyx Hadi Mərifət."Şəriət hökmlərinin izahı" kitabı,53-cü səhifə,9-cu məsələdən.Muqəddəs Qum şəhəri,İnqilab xiyabanı,18-ci küçə, nömrə: 49. 2003-cü il.

7 - "Kəbə evi yerləşən məkan qiblədir və namaz ona tərəf qılınmalıdır..."
Ayətullah Vəhid Xorasani (hafəzəullahu təala) "Təvzihul-məsail" kitabı,Səhifə 124,782-ci məsələdən."Baqirul-ulum " mədrəsəsi.

Qeyd etmək istəyirəm ki, namazın üzü qibləyə tərəf qılınmasının vacib olması və bunun əksinə heç bir şiə aliminin bir söz deməməsi MUTƏVATİRDİR. Bu zındığın iddiasının əksinə olaraq yeddi böyük İslam aliminin kitablarından nümunələr gətirdik. Amma, bu zındıq islam alimlərinin (şiə məzhəbli) qiblədən başqa istiqamətə namazı caiz gördüklərini yazmışdı.
Nə keçmiş, nə də muasir islam alimlərindən (şiə məzhəbli) heç bir müsəlman alimi qiblədən başqa tərəfə namaz qılmağı caiz görməyib. Əgər yazdığımız dəlillərin ziddinə məhz bu alimlərin kitablarından dəlil gətirəcəksə buyursun.
MƏHZ bu alimləri ona görə deyirəm ki, o bütün şiə alimlərinin mi fikirdə olduğunu qeyd etmişdi.Halbuki, bu yeddi alimdən başqa bütün alimlər onun dediyini demiş olsaydılar belə (ki, bu şey mumkun deyil) yenə də bu yeddi alim istisna olduğuna görə "bütün alimləri caiz bilir" deməyi düzgün olmazdı.

2. Halbuki, gəlmiş-keçmiş heç bir şiə alimi qiblədən başqa istiqamətə namaz qılmağın caiz olması əqidəsində olmamışdır. Əgər varsa buyursun sübut eləsin!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#74 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 16:53

Sonra bu zındıq Şahin əl-kəzzəb şiələrin dəlil gətirə bilməməsi barədə, yalnız bir dəlil gətirməsi barədə deyir :

"Bir dənə hədis gətirəcək sənə Əli ibn Abu talib (r.a) gəlir Nəbinin (s.a.s) duası ilə Allaha təvəssül eləyir. Deyir ki, Ya rəsulAllah, mənim üçün Allaha dua elə! Peyğəmbər də (s.a.s) əl açır, dua eləyir ki, ya rəbb, Əlinin (ə) hörmətinə duamı qəbul elə! Dəhşət!
Əli də (ə) deyir ki, ya rəsulAllah, mən sənə təvəssül elədim, sən məniynən? O da deyir ki, baxdım məxluqat içərisində səndən əfzəlini tapmadım, dedim day sən layiqsən, ...yəni dəlilə bax! "

1. Əvvəla, bu zındıq oturub tam arxayınlıqla "nə olacaq", "necə olacaqdan" danışır. Bir sözlə gələcəkdən danışır. Amma, biz belə danışanda bu xəvariclərin bəziləri özlərini doğrayırlar ki, "gələcəkdən danışıb şirk eləmə!", "sən muşrik oldun" və s.

2. Deyək ki, əl-kəzzəbin məqsədi gələcəkdən yox, olmuş bir hadisədən xəbər verməkdir. Hardadır dəlil? Kiminlə edib belə bir söhbət? Kim buna belə bir dəlil gətirib? Hansı mənbəyə əsasən belə bir dəlil gətirib? Yəni, hanı bu barədə ətraflı məlumat?!

3. Bunu da bir kənada qoyaq bu zındıq bu hədisi danışarkən elə heyrətlə təəccüb edib "Dəhşət" deyir ki, sanki belə bir şey mümkünsüzdür.
Odur ki, gəlin əvvəlcə bu barədə sünni dəlillərini, həm də bu zındıq xəvaricə rəddiyyə yazmış sünni Alimi Zeyni Dehlan əl-Məkki, əş-Şafiinin dilindən yazaq. Zeyni Dehlan öz kitabında yazır:

"Təvəssülə gəldikdə isə RəsulAllahdan (s.a.s) və Əshabi-Kiramdan, sələf və xələfdən, təvəssül etdikləri nəql edilmişdir.
Bir çox hədisi-şəriflərdə Peyğəmbərimizin təvəssül etdiyi rəvayət edilir."

Hamıdan, xüsusilə də aldadılıb Əbu Zeydin məclislərinə aparılmış, onun vəsvəslərinə qulaq asan gənclərimizdən xahiş edirəm vahabilərə rəddiyyə yazmış bu əhli-sünnə aliminin yazdıqlarına və dəlillərinə diqqətlə baxsınlar.

1. Alim burda HƏTTA ALLAH RƏSULUNUN (s.a.s) da təvəssül etdiyini qeyd edir.
2. Təvəssüldə də təbii ki, Allah rəsulunu da (s.a.s) özündən başqasının haqqı ilə Allahdan istəyir.

Zeyni Dehlan yazır:

"Bunlardan bir qismi Peyğəmbərimizin dua edərkən "Ey Allahım, sənə yalvaranların haqqı üçün sənə yalvarıram" deməsidir".

Bu heç şübhəsiz ki, təvəssüldür və səhih hədislərlə sabitdir.

Peyğəmbərimiz (s.a.s) sahabələrinə bu şəkildə dua etməyi əmr edirdi.

İbn Macənin səhih sənədlə Əbu Səid əl-Xudridən rəvayət etdiyinə görə, RəsulAllah :
"Hər kim namaza getmək üzərə evindən çıxarkən bu duanı oxusa "Ey Allahım, Sənə yalvaranların haqqı üçün sənə yalvarıram......"
(İbn Macə,Məsəcid:14,No:778,1-256)


Sonra bu hədis haqqında Dehlan yazır :

Bu hədisi-şərifi Cəlaləddin Siyuti "Camiul-Kəbir" adlı əsərində zikr etmişdir.
Bir çox imamlar da kitablarında namaza gedərkən oxunması sünnət olan dualardan olduğunu qeyd etmişdir. Hətta, bəziləri sələfdən heç bir kimsənin namaza gedərkən bu duanı oxumadan getmədiklərini söyləyiblər.

RəsulAllahın بحق الساﺌلين عليك "Sənə yalvaranlar haqqı üçün" sözündə hər mömin qulla təvəssül ediləbiləcəyi açıqdır"


Sonra Zeyni Dehlan yazır :

"Sözü edilən bu hədisi, Rəsulallahın (s.a.s) muəzzini Həzrəti Bİlaldan (r.a) nəqlən səhih sənədlə, İbnus-Sunni belə nəql etmişdir: RəsulAllah (s.a.s) namaza getmək üçün evdən çıxmaq üçün evindən çıxdığı vaxt deyərdi ki: "Allahın adıyla! Allaha inandım.Allaha təvəkkül etdim, Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur. Ey Allahım, sənə yalvaranlar və bu çıxışım haqqı üçün Sənə yalvarıram......"
(İbni Sunni ,Əməlul-yəvm vəlləylə,No:84,Səh:42)

Bu hədisi Hafiz Əbu Nuaym və Beyhəqi də rəvayət etmişdir.

Rəsulallahın بحق الساﺌلين عليك "Sənə yalvaranların haqqı üçün" sözündən, təvəssül etdiyi və əshabına belə əmr verdiyi açıq-aşkar ortadadır.

Tabiin və daha sonrakı müsəlmanlar namaza gedərkən bu duanı oxumuşlar,heç kim də onları tənqid etməmişdir.

Təvəssülə dəlalət edən bir digər rəvayəttə, Peyğəmbərin (s.a.s) dualarının bəzi bölümlərindəki "Peyğəmbərinin və məndən öncəki peyğəmbərlərin haqqı üçün" sözləridir.

Böyük Alim İbn Həcər "Cəvhərul MUnazzam" adlı əsərində Təbəraninin bu duanı sağlam bir sənədlə rəvayət etdiyini söyləyir.

Digər bir hədisdə isə :
"Allahım, anam Əsəd qızı Fatiməni bağışla! Peyğəmbərinin və məndən öncəki Peyğəmbərlər haqqı üçün onun məzarını geniçlət!" buyurmuşdur.

Bu hədis Təbəraninin "Kəbir" və "Əvsət" adlı kitablarında, İbn Hibban və əl-Hakimin rəvayət etdikləri uzun bir hədisin bir parçasıdır.
(Təbərani,Mucəmul-Əvsəd,No:191,1-153)

Ənəs ibn Malik deyir ki, Həzrət Əlinin (ə) anası, haşım oğlu Əsədin qızı Fatimə vəfat edəndə, Həzrət peyğəmbəri (s.a.s) böyütdüyü üçün Peyğmbərimiz yanına gedərək baş ucunda durmuş və belə demişdir:

رحمك الله يا امي بعد امي"

Diqqətlə fikir verin, bu zındıq vahabilərin "ya" ilə ölüyə muraciət etməyi şirk bilməsinə baxmayraq, ölülər eşitmir deməsinə baxmayaraq (yuxarıda bunu sübut etmişdik) Allah rəsulu (s.a.s) onu böyük Fatimə binti Əsədin qəbrinin üstünə gəlib "Ey anamdan sonrakı anam" deyib muraciət edir! Hətta, yuxarıda da yazmışdıq ki, Allah rəsulunu "canı əlində olan Allaha" and içib deyir ki, ölülər dirilərdən daha yaxşı eşidir.

SubhanAllah, bu zındıq vahabilər, başa düşmürlər ki, bu dünyaya nisbətdə o dünyanın real olması, əsl real həyatın o dünyada olmasını sübut edən dəlillərdən biri də Allah rəsulunun "onlar sizdən daha yaxşı eşidir" kimi bir fikri söyləməsidir. Bundan əlavə, Allahın öz dünya cismlərini tərk etməsinə rğəmən şəhidləri diri adlandırmasıdır.
Amma, bu mənəviyyatsız, ruhsuz, nə Quran bilməyən, nə sünnət qəbul eləməyən robot xəvariclər oturub durub ağızlarına gələni danışır, həya etmədən müsəlmanları şirkdə təqsirləndirirlər.

Ardı var...

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#75 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 17:04

Zeyni Dehlan , Allah rəsulunun "anamdan sonrakı anam" adlandırdığı Xanım Fatimə binti Əsəd haqqında dediyi bu sözlərin keçdiyi hədis haqqında dedir :

" Bu Hədisi İbn Əbi Şeyb Cabirdən, İbn Abdilbir İbn Abbasdan, Əbu NUaym da Ənəsdən rəvayət etmişlərdir.Bütün bu rəvayətləri Hafız Səlaləddin əs-Suyuti "Əl-Camiul Kəbir" adlı əsərində zikr etmişdir."

Bu da vahabilərə rəddiyyə yazan sünni aliminin fikirləri.
Burdan çıxan nəticə :

1.Sünni əqidəsini görə "yə" deyərək muraciət etmək ( ölüyə belə olsa) şirk deyil!
2.Sünni əqidəsinə görə Allah rəsulu özü belə ölülərə "yə" deyərək muraciət etmiş və "ölülər eşidir" əqidəsində olmuşdur.
3.Sünni əqidəsinə görə Allah rəsulu (s.a.s) özü də gəlmiş-küçmiş bütün insanlardan üstün olmasına rəğmən, Adəmin onunla təvəssül edib bağışlanmasına rəğmən "sənə yalvaranların haqqı üçün" deyib başqaları ilə təvəssül etmişdir.
4.SubhanAllah! Amma, Kovsər hovuzunun saqisi,Allah rəsulunun (s.a.s) qardaşı sayılan,Allah rəsulunun ən çox sevdiyi adam, Allah evində doğulub , Allah evində şəhid edilən, Allahın vəlisi ilə peyğəmbərin (s.a.s) təvəssül etməsini bu zındıq əbu Zeyd "dəhşət!" hesab edir!

Allah bu zındığa ağıl versin!
Amin!


Qeyd : Həzrət Əli (ə) üçün sadaladığım hər bir xüsusiyyətin dəlilini -əvvəldən axıra kimi- sünni mənbələrindən sübut edə bilərəm biiznilləh!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#76 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 17:41

Gələk Təvəssülün şiə mənbələrindəki dəlilinə!
Bu zındıq, əl-kəzzəb qeyd edir ki, "bu barədə onlarda bircə dənə də olsun dəlil tapa bilməzsən"

Halbuki, şiə aləmində məhz elə "TƏVƏSSÜL DUASI" adı ilə məşhur və mutəvatir olan bir duanı bu zındıq üçün misal gətirmək olar. Bu Duanı Abbas Qumi (r.a) da öz "Məfatihul-Cinan" adlı əsərində qeyd edib.

Amma, mən burda "Camieyi-Kəbirə" ziyarətnaməsi haqqında yazmaq istəyirəm ki, təvəssülün ən böyük dəlillərindəndir.
Qeyd edək ki, dəyərli İslam alimi məşhur Seyyid Abdullah Şubbər də bu ziyarətnaməyə "əl-Ənvarul-Lamiə fi şərhiz-ziyarətil-camiə" adlı məşhur şərhini yazmışdır.

Qeyd edək ki, Şiə mənbələrində, mötəbər hədis kitablarında Həzrət RəsulAllahdan (s.a.s) nəql ediilir ki, İmam Əliyə (ə) Buyurur :

"Ya Əli! Hər kəs məni, səni və sənin övladlarını həyatımızda və ya vəfatəmızdan sonra ziyarət edərsə,qiyamət gününün vəhşətləri və çətinliklərində ona zamin olub öz məqam və mərtəbəmdə yer verəcəyəm"
Mənbələr : "Firui-Kafi",Şeyx KUleyni,1-ci cild,səh:324,
"Mən lə yəhziruhul-fəqih" ,Şey Səduq,2-ci cild,"Məzar" kitabı,"Peyğəmbər və məsum imamlar əleyhimussələmin ziyarətinin savabı" fəsli, səhifə 346,hədis-6,
"Kamiluz-ziyarət" ,İbn Quləvyh,səh:11,
"Vəsailuş-şiə" ,Şeyx Hurr Amili ,14-cü cild,"Məzar"kitabının 2-ci fəsli,hədis-16

("Camieyi -Kəbirə ziyarətnaməsinin şərhi" kitabı,"Ön söz" ,Səhifə :8)

Seyyid Şubbər bu ziyarətnaməyə yazdığı ön sözdə bu ziyarətnamə haqqında "dini şərəf və namuslara sahib olan böyük şəxsiyyətlərin dilindən xaric olmuşdur" deyir.


Mərhum Əllamə Məclisi bu ziyarətnamə barədə deyir :

"Bu ziyarət sənəd cəhətindən ziyarətlərin ən etibarlısı,Məna cəhətindən ən bəlağətlisi və əzəmət cəhətindən ən yuksəyidir..."
Biharul-ənvar,Əllamə Məclisi,99-cu cild,"Məzar"Kitabı,Səh:144,hədis-4.

("Camieyi-Kəbirə ziyarətnaməsinin şərhi" kitabından, səhifə 18)



Hətta Seyyid Abdullah Şubbər bu ziyarətnaməyə yazdığı şərhin ön sözündə bu ziyarətnaməyə yazılan şərhlər haqqında deyir:

"İndiyə qədər "Camieyi-Kəbirə" ziyarətnaməsinin dərin mənaları üzərindən niqabı götürüb məzmununu kifayət qədər aydınlaşdıra bilən yalnız iki şərh və təfsirlə qarşılaşmışam. Onlardan biri Əllamə MUhəmməd Təqi Məclisinin "Şərhi-Fəqih" ("Rovzətul-muttəqin fi şərhil-fəqih", Əllamə Muhəmməd Təqi Məclisi,5-ci cild, səh :450) digəri isə Əllamə Muhəmməd Baqir Məclisinin "Biharul Ənvar" (Biharul-Ənvar, Əllamə Məclisi, 102-ci cild, 8-ci fəsil, səh :127) kitablarındadır."

Bu ziyarətnaməni:
1. Görkəmli şiə alimi Mərhum şeyx Tusi "Təhzib" kitabında ( "Ət-Təhzib",Şeyx Tusi,Cild:6,fəsil:46,Səh:95)

2. Böyük hədis alimi mərhum Şeyx Səduq "Fəqih" ("Mən lə yəhzuruhul-fəqih",Cild:2,səh :370) və "Uyun" ("Uyunu əxbərir-Rida Aleyhissələm", Şeyx Səduq cild: 2, səh: 272) və digər alimlər öz kitablarında mötəbər ravi olan Muhəmməd ibn İsmayıl Bərməkidən, O da Musa ibn Abdullah Nəxəinin (Bu alim "Uyun" kitabında Musa ibn İmran Nəxəi adı ilə qeydə alınmışdır) vasitəsilə Həzrət Hadi əleyhissəlamdan rəvayət etmişlər.

Gördüyünüz kimi kifayət qədər şiə alimləri motəbər sənədlərlə bu ziyarətnaməni nəql ediblər.
Bu ziyarətnamə bütün məsum imamların ziyarətinə şamil olan ümumi bir ziyarətnamı olduğu üçün məhz bu ziyarətnamə haqqında yazmaq istədim.

Bu ziyarətnamədə bütün məsum rəhbərlərə ümumi halda salam verilir, onların məqamları sadalanır, məqamlarəna şəhadət verilir, Məsum rəhbərlərin (bu vasitəylə Allah və rəsulunun (s.a.s)) yolunda olduğunu ziyarət edən iqrar edir və onların vasitəsi Allaha təvəssül edir ki, ziyarətnamə də bu təvəssül belə keçir:

"Sizin tabeliyinizdə Allah dərgahına yaxınlaşıram. Bütün işlərdə və halətlərdə, öz istəklərim, hacətlərim və arzularımın (Allah yanında qəbul olması üçün) sizi irəli salıb vasitə qərar verirəm....." və .s.

Amma, bu həyasız Şahin əl-kəzzəb demişdi :

" “vallahi, ən bəsitindən başla, bir dənə dəlil gətirə bilməyəcək....."

Bu zındıq öz sağıq fikirlərini, yalan və böhtanlarını camaatın beyninə yeritməkdən əlavə üstəlik Allaha yalandan and içməkdən də həya eləmir!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#77 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 18:15

Sonra bu zındıq əl-kəzzəb deyir :

“Və onlarda ümumiyyətlə şirk məfhumu nədi?
Məsələn, bizim bildiyimiz şirk varaaa... Onlarda tovhiddi. Mən bunu tam məsuliyyətlə deyirəm. Məsələn, Məkarim Şirazi, Xoyi, onlarda deyilir ki, - bizdəki varee, biz ki, şirk sayırıqaaaa, şirk olan təvəssül və sair- onlar deyirlər ki, “bu tovhidin tərkib hissəsidir. Sözə bax! Yəni, bu tovhiddi yəni. Onlara görə. Məsələn onlara görə gedib demək ki, “ey ağa, mənə övlad ver“ bu tövhidin əsasıdır.”

1. Əvəla, yuxarıda da qeyd etdik ki, sizdə şirk olan heç də islamda şirk deyil və yuxarıda bunun dəlilləri sünni və şiə mənbələrində göstərdik. Yəni, xəvaricdə nəyin şirk olması, nəyin təuhid olması önəmli deyil.

2. Bu zındıq üç böyük İslam aliminin adını çəkib onların (Məkarim Şirazi, Xoyi, Xomeyni) sonra da "onlara görə gedib demək ki, "ey ağa, mənə övlad ver" -bu tovhidin ƏSASIDIR" dediyini, bu əqidədə olduqlarını qeyd edir. Buyursun bu iftiraçı zındıq, əl-kəzzəb, munafiq həmin bu üç alimin MƏHZ HƏMİN ƏQİDƏNİ TƏSDİQLƏYİB VƏ TOVHİDİN ƏSASI sayması məsələsini məhz onların əsərlərindən ƏTRAFLI göstərsin!

Cavab gözləyəcəyəm biiznilləh!

Bir halda ki, bu zındıq foruma da, çata da girir o zaman buyursun isbat eləsin!
Yaxud bura girib Əbu Zeydi ağız dolusu tərifləyən, onun ardıcılı olan adlanmış kimsələr buyursunlar ona bu sualları versinlər cavab alsınlar.
Bala, demirsiz KOR-KORUNA TƏQLİD ELƏMƏK OLMAZ? Niyə koru-koruna təqlid edirsiz? Buyurun, bu zındığdan dediyi hər bir sözün dəlilini istəyin!
Amma, bu zındıq Əbu Zeyd və onun tərəfdarlı elə bir tayfadır ki,"Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər." ( Bəqərə,10) İNşaAllah!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#78 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 06 июля 2011 - 18:42

Bunlarn hiyləsinin sonu yoxdur məgər?
Qardaşlar fikir verin ki,Əlixanın tərcüməsində,Quran ayəsinə necə don geyindirir.Bunlar öz batil əqidələrini qorumaqdan ötrü Quranıda təhrif eləməyə hazırdırlar.

Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli (Allahdan) başqa ibadət ediləsi məbudlarmı icad etmişik?

Bu isə ayənin əsl tərcüməsi:

Səndən əvvəl göndərdiyimiz Peyğəmbərlərdən soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!” Zuxruf.45.


Allah təala deyir ki:Peyğəmbərlərdən soruş: əlixan guya təfsir verib yazır ki: onların davamcılarından soruş.

Allah təala zalım qovmə,fisq törədənlərə,Allahın ayələrini özlərinə sərf edən kimi yazanlara lənət eləsin.Amin!

Сообщение отредактировал Ehli beyt ashigi: 06 июля 2011 - 18:43

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#79 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 20:35

Sonra bu cahil və yalançı Şahin əl-kəzzəb deyir :

"“ Və bir Alimləri var, AbdulHuseyn Şərafuddin əl-Musəvi. Yeganə alimdir ki, onlarda kitab yazıb - Kitabud-tovhid. Muəllifin adına bax, AbdulHuseyn - Huseynin qulu! Muəllifə tovhid öyrətmək lazımdır. Muəllifə oturub tovhiddən dərs demək lazımdır. Bu özü tovhiddən kitab yazıb. Kitabı açmağa ehtiyac yoxdu çünki, elə üzü şirklə başlayır, müəllifin adından”

Ümumiyyətlə nə Qurandan, nə təfsirdən, nə luğətdən xəbəri olmayan bu zındıqlar robot kimi bir şey öyrəniblər. Yeri gəldi-gəlmədi müsəlmanları təkfir edib, şirkdə iddiham eləsinlər. Beləcə müsəlmanlar arasına fitnə və ikitirəlik salsınlar. Beləliklə, bilərək ya bilmədən öz ağalarına -Şeytana xidmət eləsinlər.

Əvvəla, Qurani-Kərimdən ayəti çatdırıram:

1. Şuəra surəsinin 26-cı ayəsi:

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدْتَ بَنِي إِسْرَائِيلَ


"Başıma qaxdığın o qayğılarınız isə, İsrail oğullarını kölə etmək məqsədi ilə edilirdi”.
(Əlixan Musayev)

"А та милость, в которой ты меня попрекаешь, состоит в том, что ты поработил сынов Исраила (Израиля)".
(Эльмир Кулиев)


Gördüyünüz kimi, vahabilərin elmli hesab etdikləri qardşalarından biri olan Əlixan Musayev burda "əbd" kökündən olan "əbbədtə" felini "kölə etmək" kimi tərcümə edib.
Elmir Quliyev də həmin feli "поработил" kimi tərcümə edib ki, bu da "qul etdin, məhkum etdin, əsarət altına aldın, kölə halına salmaq" kimi tərcümə edilir.

vahabi təfsirçilərindən Əbu Bəkr Əl-Cəzairinin də bu ayədəki "əbbədtə" sözünə munasibətinə baxın:


{ أن عبدت بني إسرائيل } أي استعبدتهم أي اتخذتهم عيبداً لك يخدمونك تستملهم كما تشاء كالعبيد لك ولم تستعبدني أنا لاتخاذك إياي ولداً حسب زعمك فأين النعمة التي تمنها علي يا فرعون، نترك رد فرعون إلى الآيات التالية.


vahabi təfsirçisi də burda, ayədəki "əbədtə" sözünü "xidmətçi etdin", "kölə etdin" mənasında təqdim edib.


2.Muminun surəsi 47-ci ayə :

فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ


"Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
(Əlixan Musayev)

Они сказали: "Неужели мы уверуем в двух людей, которые подобны нам, тогда как их народ служит нам?"
(Эльмир Кулиев)

Ayədə keçən "əbd" kökündən olan "Abidun" sözünü yenə də hər iki tərcüməçi, "xidmətçi", "kölə" kimi tərcümə ediblər.

vahabi təfsirçisi Əbu Bəkr əl-Cəzairi :

{ وقومهما لنا عابدون } : أي مطيعون ذليلون نستخدمهم فيما نشاء وكيف نشاء.


Əl-Cəzairi burda "əbd" kökündən gələn "əbidun" sözünü "zəlil mutilər" ("taət" kökündən) kimi təfsir edib.

Qeyd edək ki, "əbd" sözüylə eyni kökdən olan, bu sözün məsdəri olan "ibadət" sözünün bir mənası da elə "itaət" deməkdir. (Bax: "Lisanul-Arab", 6-cı cild, 50-ci səhifə, "ibadət" sözünün izahı "ayn-bə-dəl". Müəllif: İmam Əllamə ibn Mənzur. "Darul-Hədis" nəşri, Qahirə çapı)

Bu barədə bir az izahat verək:

Gördüyünüz kimi, "Lisanul-Arab" kitabında "ibadət" sözü "taət" (yəni, "itaət") sözü kimi izah olunub.

Həmçinin yuxarıda qeyd etdiyimi ayədə vahabi təfsirçisi "ibadət" və "əbd" sözüylə eyni kökdən olan "abidun" sözünü "taət" sözüylə eyni kökdən olan "Mutiun" kimi təfsir edib.

Deməli, "İbadət" ("əbd" kökündən) həm də "itaət" deməkdir.
Baxmayaraq ki, bu gətirdiyimiz ayələr də dediyimiz söz üçün dəlildir. Amma, əgər, və lakin, hərgah... bu zındıq vahabilər bunu inkar eləməli olsalar o zaman bu ayəyə baxsınlar :


قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ


Ayədə keçən "Atiullahə və rəsulə" ifadəsindəki "Atiuu" əmri "itaət" sözüylə eyni kökdəndir və "İtaət edin!" deməkdir.

ƏLixan Musayevin tərcüməsinə baxaq :

De: “Allaha və (göndərdiyi )Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.

Burda "Allaha itaət" ilə "Rəsuluna itaət" arasında fərq var. ALlaha itaət-ibadətdir. Rəsuluna itaət isə rəsula ibadət deyil!


Gördüyünüz kimi yuxarıdakı ayədə "abidun" sözünü "kölələr", "itaət edənlər" kimi tərcümə ediblər, təfsirçiləri də ayəni bu yöndə təfsir edib.
Bəs görəsən Quranda başqa yerdə "Abidun" sözü keçibmi?
Bəli! Keçib və Əlixan da, Elmir də bu səfər bu sözü "ibadət edənlər" kimi tərcümə ediblər.


قُلْ إِنْ كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ

Bu ayədə yenə də "Abidun" sözü keçib.
İndi Əlixanın tərcüməsinə baxın :

"De: “Əgər Mərhəmətli (Allahın) övladı olsaydı, ona ilk ibadət edən mən olardım."

Kor-kor, gör-gör. Yuxarıdakı ayədə "Abidun" sözünü "kölə" kimi tərcümə etdiyi halda, burda "ibadət edən" kimi tərcümə edib.

Elmir Quliyevə baxaq:

Скажи: "Если бы у Милостивого был сын, то я первым стал бы поклоняться (Аллаху или Его сыну)".

Bayaq ki, ayədə "Abidun" sözünü "xidmət etmək" kimi tərcümə edən Elmir burda eyni sözü "ibadət edən" kimi tərcümə edib.

Bu da vahabi Əbu Bəkr əl-Cəzairinin təfsiri :

{ فأنا أول العابدين } : أي فأنا أول من يعبده تعظيماً لله وإجلالاً ولكن لا ولد له فلا عبادة إذا لغيره.


BU səfər Əbu BƏkr əl-Cəzəiri də bu ayəni "ibadət edən" kimi tərcümə edib..

Deməli "əbd" sözünün həm xidmətçi, həm də ibadət edən mənası var.


İşdi birdən bu zındıq vahabilər yenə də buna inanmasalar, bu qədər açıq-aşkar dəlillərə iman gətirməsələr, o zaman biz onlara Əlixan Musayevin tərcümə etdiyi Buxarinin kitabından da dəlil gətirərik.
ƏLixanın tərcüməsində 614-cü səhifədə, 1517-ci hədisdə Əmmar bin Yasirdən rəvayət edilir ki:

"Mən Peyğəmbərin (s.a.s) yanında ancaq beş kölə,iki qadın və Əbu Bəkri görmüşdüm"


Burda hədisin originalında "beş kölə" sözü "خمسة اعبد" kimi yazılıb - "Xəmsətu Ə'budin"!
1.Əvvəla, vahabilər desələr ki, burda "əbd" kökündən gələn "əbud" sözünü "Allaha qul" kimi tərcümə eləsələr (halbuki, hədisin məzmununa baxandan sonra bunu belə yozan ancaq əqli naqis olanlar ola bilər) o zaman belə çıxır ki, o iki qadını və Əbu Bəkri "Allaha qul" hesab etmirlər.
2.Dayıları Muaviyənin yolunu gedib hiylə işlədib deyə bilərlər ki, o zaman iki qadın və Əbu Bəkr musəlman olmadıqları üçün "Allahın qulu" sayılmırlar. Amma, hədis bu bəhanələrinin də qabağını kəsir, çünki, orda "İSLAMI İLK QƏBUL EDƏNLƏRDƏN" söhbət gedir.
Hətta, Əlixan özü də bu hədisi şərh edərkən belə yazır :

"Burada Əmmar bin Yasir islamın əvvəlki vaxtını nəzərdə tutur.Beləki, Həmin vaxt Peyğəmbərin (s.a.s) dəvətini çox az adam qəbul etmişdi"


Nəticə:
Quran və bu zındıqların özlərinə huccət olan sunnədən bu qədər açıq aşkar dəlillərlə sübut etdik ki, "Abd" təkcə Allaha qul" yox, həm də digərinə "xidmətçi", "kölə" mənasında da işlədilə bilər.

Hətta, bu Barədə Abdmuttəlibin (Peyğəmbərimizin (s.a.s) babası) nə üçün, "muttəlibin qulu" adlandırılması barədə olan məlumatlara öz tarix kitablarıvızda baxa bilərsin!
Deməli, "AbdulHuseyn" adı heç də bu zındığın iddia etdiyi kimi, "Huseynə ibadət edən" yox, "Huseynin xidmətçisi" mənasında işlədilib. Bu isə şirk deyil! Dəlillərini də Quran və sunnədən gətirdik!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#80 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 июля 2011 - 20:42

Bu zındığın bir yalanı bu idi ki, bu alimin adı özü şirkdir.
Kitabın içini oxumadan Quran və sunnətin ziddinə olaraq Alimin adını ŞİRK adlandıran bu cahil toplumunun "kumiri" olan Əbu Zeyd bu axmaqlığı bəs deyilmiş kimi, üstəlik, bu alimi yeganə "Tovhid haqqında kitab yazan alim" adlandırır.( Kitabud-tovhid )
Halbuki, şiələrin fundamental qaynaqlarından olan Əllamə KUleyninin "Kafi" kitabında "Kitabut-təuhid" adlı fəsil var.Bu zındıq söhbəti fırlada bilər ki, "mən mustəqil nəşr olunan kitabdan danışıram" .Amma, yalan deyir bu zındıq.Məqsədi budur ki, tovhiddən yazan yeganə alimləri məhz bu alimdir.
Başqa misallar da gətirmək olar.Ancaq bir misal kifayət edir ki, onun " yeganə alim" sözünü puç edib, yalançılığını sübut eləsin!

Hələ mən bu zındığın Xomeyni haqqında uydurduğu sözün isbatından danışmıram.Bu zındıq düz deyirsə, buyursun bunu ətraflı sübut eləsin! Gözləyəcəyik!


P.S

Düşünürəm ki, Şahin əl-kəzzəbin, yəni Əbu Zeyd əz-zindiğin qalan vəsvəsələrini digər savadlı qardaşlarımız ( Allah onlardan razı olsun! ) çox gözəl izah edib, yalanlarını üzə çıxarıblar.İnşaAllah,vaxtaşırı onun yalanlarını yazmağa davam edəcəyik! :rolleyes:

Сообщение отредактировал 3_Rengli_HeyaT: 06 июля 2011 - 20:44

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#81 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 07 июля 2011 - 01:59

Bu Əbu Zeyd əl-zındıq iddia eləmişdi ki, guya Əllamə məclisi deyib ki, arxan qibləyə də olsa namaz qıla bilərsən bu caizdir.
Amma, "Əbu Sufyan ordusu" nikli qardaşımız bildirdi ki, əbu Zeyd əl-zındıq yalandan danışır , burda söhbət ziyarətdən gedir, namazdan getmir.

Yəni, Ziyarət edərkən ,ziyarətnaməni oxuyarkən qibləyə arxa çüvirməkdən söhbət gedir.
Bəs sünni əqidəsində belə bir şey varmı ?

Keçən yazılarımızda da qeyd etdiyimiz kimi vahabilərə rəddiyyə yazan Əhməd Zeyni Dehlan
Öz kitabında qeyd edir :

"Abbasi Xəlifəsi Mənsur ,həccə getdiyi zaman Həzrəti Peyğəmbər (s.a.s) -ın məzarını ziyarət etməyə gələrkən orda olan İmam Malikə : "Ya Əba Əbdillah,Yönümü qibləyə dönüb dua edim?" dedi.

İmam Malik də MƏnsura : "Niyə yönüvü ondan çevirirsən?" halbuki, o sənin də,atan Adəmin (ə) də Allaha yaxın olmanıza bir vəsilədir.
Əksinə, RəsulAllaha yönünü çevir! Onun şəfaətini istə! Çünki, Allah onun şəfaəti ilə səni bağışlayar" dedikdən sonra bu ayətə-kəriməni oxudu :


"وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا...."

"...Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. "
Bu hadisəni Subqi "Şifaus-sıkam"ında,Əs-seyyid Səmhudi "Xuləsətul-vəfa"sında,əl-Qəstəlani " əl-Məvahibul-ləduniyyə"sində,İbn Həcər "əl-Cəvhərul-Munəzzəm"ində qeyd ediblər.
Bütün bu şəxsiyyətlər rivayət etdikləri sənədləri öyüblər.Beləcə İmam Malikin, məzara qarşı dönmənin məkruh olduğunu söylədiyini müdafiə edənlərin bu iddialarını rdd ediblər"


( Mənbə : "Dəyərli incilər.Vəhhəbiyə rəddiyyələr" kitabı.Səh 35.Azərbaycan dilinə tərcümə edən: Əli Əsgərli Hənəfi.)

Сообщение отредактировал 3_Rengli_HeyaT: 07 июля 2011 - 02:01

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#82 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 июля 2011 - 02:06

Əxi deyir:"Onlarda səhih hədis var ki,,"İmam Cəfərdən(ə) soruşurlar ki,Kufədə şiələrin ixtilafdadır.Nə etsinlər?Deyir İmam(ə) ki,baxsınlar sünnülərə nə etsələr əksini."...Xomeyni də hədisdən fayda çıxardır ki,iki zidd hədis olsa,hansı sünnülərinkinə müxalifdir onu qəbul edək



أتدرى لم أمرتم بالأخذ بخلاف ما تقول العامة ؟ فقلت : لا أدري فقال : إن عليا ( ع ) لم يكن يدين الله بدين إلا خالف عليه الأمة إلى غيره إرادة لابطال أمره وكانوا يسألون أمير المؤمنين ( ع ) عن الشئ الذي لا يعلمونه فإذا أفتاهم جعلوا له ضدا من عندهم ليلبسوا على الناس

İmam Sadiq (a) buyurub:

-Sünnülərin dediklərinin xilafına olan şeylərdən yapışmağınıza əmr olunmanızın səbəbini bilirsənmi? Dedim:
-Xeyr bilmirəm. Buyurdu:
-Əli (a) Allaha hansı cür itaət edirdisə ümmət onun xilafına əməl edirdi ki, onun işlərini batil etsinlər. Ondan bilmədikləri şeyləri soruşurdular, cavab aldıqdan sonra isə onun ziddinə əməl edirdilər ki, həqiqəti camaatdan gizlətsinlər.

"Vəsailuş-Şiə" 27/116


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#83 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 июля 2011 - 02:26

Nə keçmiş, nə də muasir islam alimlərindən (şiə məzhəbli) heç bir müsəlman alimi qiblədən başqa tərəfə namaz qılmağı caiz görməyib. Əgər yazdığımız dəlillərin ziddinə məhz bu alimlərin kitablarından dəlil gətirəcəksə buyursun.


Mə`lumat üçün bildirmək istərdim ki, müstəsna hallarda (qorxu, suda batmaq və s.) namaz qılan şəxs hansı tərəfə mümkün olsa üzünü həmin tərəfə tutaraq namaz qıla bilər.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#84 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 07 июля 2011 - 02:37

Bismillah,mənim əxilərim.Buna bir aydınlıq gətirərsiz,bir zəhmət...Nasibi Şahin deyir kiii,Hürr Amili bel söz deyib:"əgər bizim hədislər rical elmi ilə araşdırılsa bir dənə də düzgün-səhih hədis tapılmaz"...Onun Vaqiflə söhbəti var,yerləşdirib elə "sistani"...Onlara da cavab verərdiz,çünki iddialar var orda.Ya bu mövzudadır,ya Səqəleyn,ya da ibn sabəya aid olan---qısaı Şahinə aid 3mövzudan birindədir,sonun postlarda...

#85 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 июля 2011 - 03:37

Şeytanın sahabəsindən ? Ay zındıq, mən Muaviyəni heç söydüm? :rolleyes:
Mən Muaviyəyə lənət oxudum!


Xatırlatmaq istərdim ki, əhli-sünnənin peyğəmbəri söyüş söyürmüş: “Mən Adəm övladıyam! (Allahım!) Haqsız yerə ümmətimdən kimə lənət oxumuşamsa, yaxud kimi söymüşəmsə bunu onun üçün (xeyirli) dua et!”



  • N_ن_N это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#86 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 июля 2011 - 03:56

Buna bir aydınlıq gətirərsiz,bir zəhmət...Nasibi Şahin deyir kiii,Hürr Amili bel söz deyib:"əgər bizim hədislər rical elmi ilə araşdırılsa bir dənə də düzgün-səhih hədis tapılmaz"...


Hürr Amili əxbari olduğundan üsulilərə rədd olaraq buna bənzər söz deyib və cavabını da almişdır. Ən yaxşı halda bu Hürr Amilinin xətalı fikridir. Buna bənzər sözü əhli- sünnə alimlərindən də deyən olmuşdur. Nümunə üçün Bədruddin Əz-Zərkəşinin bu sözlərini göstərmək olar:

ولو ذهب العلماء إلى ترك كل من تكلم فيه لم يبق بأيدي أهل هذا ( 3 ) الشأن من الحديث إلا اليسير بل لم يبق شيء

Əgər alimlər haqqında mənfi fikir söylənilən ravilərin hamısını tərk etsələr onların əlində çox az sayda hədis qalar, bəlkə də heç qalmaz.


"Ən-Nukət alə Muqəddiməti İbn əs-Sələh"



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#87 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 июля 2011 - 04:05

Senin 12 ci imamini ele salaram.Cunki mene gore le adam heyatda yoxdu.


Yaxşi deyiblər: İnsan bilmədiyi şeyin düşmənidir.

Amma men elemirem cunki burda senden basqa qabiliyyetli siyeler de var.Senin kimi elemirem ki insanlarin heysiyyatina toxunmayim


Gərək bu sözünün üstündə duraydın. Rafizilər pisdir sən yaxşı ol! Nəysə... Məni bu forumda Əbu Zeyd ilə görüşdürə bilərsən?

Birdəki özün demiş şərt-şurut nəyə lazımdır? Məgər Məclisinin (r.a.) sözləri bu qədər əl-çatmaz yerdədir?

بيان : قوله ع فاستقبل القبلة بوجهك لعله (ع) إنما قال ذلك لمن أمكنه استقبال القبر و القبلة معا و لما ظهر من قوله بعد ما تبين أن القبر هنالك أن استقبال القبر أمر لازم و إن لم يكن موافقا للقبلة استشهد بقوله تعالى فَأَيْنَما تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ أي نسبته تعالى إلى جميع الأماكن على السواء و استقبال القبر للزائر بمنزلة استقبال القبلة و هو وجه الله أي جهته التي أمر الناس باستقبالها في تلك الحالة و القرينة عليه قوله (ع) ثم تتحول على يسارك فإن قبر علي بن الحسين إنما يكون على يسار من يستقبل القبر و القبلة معا. و يحتمل أن يكون المراد بالقبلة هنا جهة القبر مجازا و يحتمل أيضا أن يكون المراد استقبال القبلة على أي حال و يكون المراد بقوله بعد ما تبين أن القبر هنالك تخيل القبر في تلك الجهة و الاستشهاد بالآية بناء على أن المراد بوجه الله هم الأئمة (ع) و نسبتهم أيضا إلى الأماكن على السوية لإحاطة علمهم و نورهم بجميع الآفاق و يكون التحول إلى اليسار لأن في تخيل القبر للمستقبل يكون قبر علي بن الحسين (ع) على يسار المستقبل كما إذا كان عند القبر و استقبل القبلة يكون كذلك. و لا يبعد أن يكون القبلة تصحيف القبر و الأظهر هو الوجه الأول كما فهمه الشيخ ره و غيره و حكموا باستقبال القبر مطلقا و هو الموافق للأخبار الأخر الواردة في زيارة البعيد و الله يعلم .

Zəhmət deyilsə, sən yaxud əbu zeyd mətndə heç olmasa bir dənə namaz sözü göstərin
!

  • N_ن_N это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#88 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 июля 2011 - 04:33

Göstərə bilməyəcəksiniz. Amma mən sənə Məclisi(şiə) ünvanına atılmış vəhhabi iftirasının ərəb mətnini göstərə bilərəm:

يقول شيخ الشيعة المجلسي «إنّ استقبال القبر أمرٌ لازم وإن لم يكن موافقاً للقبلة» وذلك عند أداء ركعتي زيارة أضرحتهم

Guya Məclisi (r.a.) 2 rükət ziyarət namazını qılanda qibləyə müvafiq olmasa belə üzü qəbrə tərəf durmağı əmr edir. Ayıb deyil? bu qədər də olmaz axı...

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#89 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 07 июля 2011 - 12:29

Hürr Amili əxbari olduğundan üsulilərə rədd olaraq buna bənzər söz deyib və cavabını da almişdır. Ən yaxşı halda bu Hürr Amilinin xətalı fikridir. Buna bənzər sözü əhli- sünnə alimlərindən də deyən olmuşdur. Nümunə üçün Bədruddin Əz-Zərkəşinin bu sözlərini göstərmək olar:

ولو ذهب العلماء إلى ترك كل من تكلم فيه لم يبق بأيدي أهل هذا ( 3 ) الشأن من الحديث إلا اليسير بل لم يبق شيء

Əgər alimlər haqqında mənfi fikir söylənilən ravilərin hamısını tərk etsələr onların əlində çox az sayda hədis qalar, bəlkə də heç qalmaz.


"Ən-Nukət alə Muqəddiməti İbn əs-Sələh"



Bismillah,əxi başa düşüm.Sağ ol Allah sizdən və sizin kimi əxilərimdən razı qalsın.Onda demək olarmı ki,əxbarilər əqidə məsələlərində bizə höccət deyil?(buna aidiyyatı olmasa da sual verdim)

#90 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 07 июля 2011 - 14:43

Mə`lumat üçün bildirmək istərdim ki, müstəsna hallarda (qorxu, suda batmaq və s.) namaz qılan şəxs hansı tərəfə mümkün olsa üzünü həmin tərəfə tutaraq namaz qıla bilər.



Allah razı olsun əxi! Cəzəkəllahu Xayran!
Bu məlum məsələdi qardaşım! Bu İslamın ümumi hökmdür və bu sünnilərin özlərində də var.Amma, bu zındıq adi halda namaz qılmaqdan danışır ki, biz də nəzərdə məhz bunu tuturuq.Allah razı olsun! :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru