Перейти к содержимому


Фотография

Ramazan Ayı 2011


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 97

#31 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 августа 2011 - 17:21

Sən burda əl uşağısan ki,hansı dəlili istədin qabağına gətirək?Yoxsa başqalarının illərnən əldə elədiyi elmi 1 günün icində bilmək istəyirsən?Zəhmət cək araşdır.

Forum əhlinin (bu barədə elmi olanların ) yəqin xəbəri var bu elədə təzə bir şey deyil.

Sual: 847. Əgər ayın 29-da bə᾽zi şəhərlərdə (məsələn Tеhran, Xorasan) fitr bayramı olsa, onda başqa şəhərlərdə (məsələn Buşеhrdə) yaşayanlar oruclarını aça bilərlərmi? Onu da nəzərə almaq lazımdır ki, bu şəhərlərin (Tеhran və Xorasan) üfüqü o şəhərlə (Buşеhrlə) müştərək dеyildir.

Cavab: Əgər bu şəhərlərin üfüqləri bir-birləri ilə o qədər müxtəlif olsa ki, bunların birində ayın görünməsi ilə digərində də görünmək fərzi mümkün olmaz, onda şərqdə yеrləşən şəhərlər üçün (hansı ki, günəş orada qərb şəhərlərinə nisbətən tеz qürub еdir) qərb şəhərlərində ayın görünməsi kifayət еtməz.(Ağayi Xamneyi)

Göründüyü kimi burada deyilir ki,hətda İranın özünün şəhərlərinin arasında fərq var.O ki,qala Türkiyə,Azərbaycan.İndi özün müəyyənləşdir ki,Qərbdəsən Şərqdəsən hardasan.


Allaha and olsun, heyf mənim vaxtıma kimi sənə nəsə başa salmaq istəmişəm. Sən nə yazmışdın?

.Xamneyi ağa da deyir ki,Türkiyədə ay görünsə İran ücün sabit olmur.İndi söhbət ondan gedir ki,Azərbaycanda ay görsənsə İrana şamil olur ya yox?


Xameneyi ağa harada deyib bunu? Niyə göstərmədin? Mənim yalançı və hoqqabazlara sərf edəcək vaxtım yoxdur.

Sual 173: Ay İraqda görünərsə, Tehran əhalisi üçün ayın əvvəli sabit olurmu?

İmam Xomeyni, Behcət, Sistani, Xamenei, Məkarim və Nuri: Bu iki yer arasında üfüq fərqinin az olmasını nəzərə alsaq, Tehran sakinləri üçün də ayın əvvəli sabit olar.
"Orucun hökmləri"


Tehrandan nə qədər uzaq olan İraqda görünən ay kifayət olur, amma Eyni meridianda olan Bakıda kifayət olmur?

Mən demədim 2 dənə risalə yazıb,hec olmasa üzündən oxumağı öyrən sonra gəl burda alimlik elə.Dedim ki,2 dənə risaləsi var.Yəni Biri kiril o biri latıncadır.


Yekə kişisən elədiyin söhbətə bax. Müctehidin 1 dənə risaləsi olmalıdı, eyni olmalıdı. Sistani ağanın ərəbcə də, farsca da risaləsi var. Belə çıxır 4 dənə risaləsi var?

Burda artistlik eləmək lazım deyil.Nə var nə var moder qoyublar səni deməli kimin istədin haqqına girə bilərsən?Əhsən sənin əxlaqına.Sənin ki,ancaq elə sünnülərlə diyişməkdir,əxlaqın və elmin ancaq buna yetər.


Artist sən boyda olar, danışığıva fikir ver. Çox sünnilər görmüşəm ki, qanacağı səndən yuxarıdı.

Mənim əlimdə olan 2000-ci ilin o biri 2010 ilin risalələridir.Sənin risaləndə elə aylarının günləri kimi səhvdir.


Haqqın meyarı sənsən? Mən ağanın saytından risalə qoyuram, bu öz-özünə danışır. Hərə əlivə bir risalə verəcək, gətirib qoyassan bura?

Allah səni hidayət eləsin bunu Sistani ağa yazıb yoxsa mən?Məsələnin yerinidə qeyd eləmişəm.
Orda əvvəl deyilir ki,olmaz,ardıyca isə deyilir ki,(amma əgər insan onların dediklərindən yəqinlik hasil edərsə yaxud əmin olarsa, onların sözünə əməl etməlidir.)
Fətvayada artıq təvsir verilməlidir?


Ay ağıllı, Sistani ağanın katibliyi risaləyə, sən də bura yazmısan. Yoxsa iddia edirsən ki, sənin kompyuterində Sistani ağa oturur? :gizildish:

Ay adam sənin bəs xəbərin olmadı ki,Sistani ağaya təqlid edənlər 1 gün artıq oruc tutdular kecən il?Səndən baş acmaq olmur ki,kimə təqlid edirsən.Sistani ağanın nümayəndəsi də demişdi ki,Sistani ağaya təqlid edənlər oruclarını acmalı deyillər.


Niyə olmadı ki? Da sənin xəbərin olubsa, deməli mənim dünən xəbərim olub da :rolleyes:
Mən Rəhbərin fətvası ilə yəqin əldə edib açmışam orucu və bunun eybi yoxdu.

Saboun xeyr,məndə bilirəmdə fətvanı o verir, hə nə olsun.Əvvəla mən ona təqlid eləmirəm.ikincisi isə,məsum deyil ki,günahda xətada edə bilər.Allah təala məgər deyir ki,kim nə dedi inanın?

Şeyx Mufid kimi alim zər aləmini inkar edib, indi neynəyək bizdə inkar edək?

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!(Zumər.18)


Bəyəm Rəhbər sənin üçün kimdi ki, desin ay 35 gün çəksin? bilirsən nə var? get özüvü dola. sənin istinadgahların ancaq 35 günlük ay fətvası verər, hələ üstəlik, çərşənbə günü cümə namazı qılar! :rolleyes:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#32 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 августа 2011 - 17:28

Sənin yerləşdirdiyin məsələlərin yerləri caş başdır.İnanmırsan forum əhlindən soruş.:gizildish:


Mən artıq burada sənlə mübahisəni dayandırıram. Qeyd etdiyim ki, yalançı şəxslərlə müzakirə aparmaq mənə yaraşmaz. Amma bu sözünə görə:
Bütün forumdakı qardaşlarıma müraciət edirəm! Xahiş edirəm bu mövzuya münasibət bildirin. Mənim yazdıqlarım çaş-başdımı? Mən öz yazdıqlarıma inanıram və qeyd edirəm ki, opponentim səhvdi və mənə belə nisbətlər verməklə zülm edir. Yox əgər mən səhvəmsə, deməli ona zülm etmişəm. Hamınızdan xahiş edirəm ki, bu mövzuya yazın və belə deyək "qəzavət edin". Zülmə susmayın!
Sizi and verirəm Allaha, ancaq doğru olanı deyin! Əgər qardaşlar səhv olduğumu desələr, mən moderlikdən çıxıb, forumu tərk edəcəm!

Сообщение отредактировал al-Islam: 27 августа 2011 - 17:29

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#33 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 августа 2011 - 17:53

Salamu aleykum.
Səbrli olun.. Bu qədər aqressivlik nəfsin və şeytanın şərrindən başqa bir şey deyil. "O aranıza nifaq toxumu səpmək istər" Təhqirə son verin xahiş edirəm
İmam Sadiq (ə) buyurur:
«Təvazökarlıq ona deyilir ki, iştirak etdiyin məclis sənin səviyyəndən aşağı olsa belə, orada olmağına razı olasan; qarşılaşdığın hər bir şəxs ilə görüşüb hal-əhval tutasan; haqlı olsan belə, mübahisə etməkdən çəkinəsən; unutma ki, bütün xeyir və yaxşılıqlar təvazökarlıqdan irəli gəlir»

Ayın sabit olmasının şərtləri var. Hər kəs öz müctehidinə əsasən qərarı qəbul etsin. Nə uzadaq ki ?
Rəhbərin dəftərxanasından çıxmayan fətva , mənimçün fətva deyil ! Orda burda saytlarda yazılan hər yazıya aldanmaq olmaz, dəfələrcə Ayətullah Xameneinin adından yalanlar və təhriflər buraxıblar!
Bütün müctəhidlər də fətva verib Ramazan ayı avqustun 2-dən başlayır. Müctəhidləri qoyub başqalarını ADİL şəxs kimi görürsüzsə, taa sözüm yoxdu. Müctəhidlərin bir şərti elə onların adil olmasıdır.
Göydə cəmi bir ay var... Kimə ayın görünmə şərtləri sabitdisə (risalələrə əsasən) bayramı edər. Müctəhidlərin arasında ayın görünməsi barədə fərqlilik var (teleskopla və ya gözlə) Ümumiyyətlə müctəhidlər arasında belə fərqlər çox olur, bəyəm bunların hamısı SİYASİ məsələlərdi? Biri məkruh deyir, biri mübah. Bunun siyasətə nə dəxli var axı?

Mövzunun bağlanma vaxtı gəlib məncə, xeyirdən çox zərəri var. Yenə deyirəm, möminlərin arasında nifaq salmaqdan başqa bir təsiri olmayacaq bu mövzunun!


#34 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 августа 2011 - 18:15

70 000.000 Türkiyədə, ayı müşəhidə eləyən olmadığını haradan bildin?Hansı ki,orada necə milyon müsəlman var və hətda necə milyon şiələrdə var.

Sirr deyil ki, Türkiyə, Səudiyyə və s. ölkələrdə Ramazan və digər ayları ayın görsənməsi ilə yox, təqvimə uyğun təyin edirlər. Yani bu gün təqvimlə Ramazanın 1-dirsə ayın görsənib görsənməməyinin onlar üçün fərqi yoxdur. İranda belə deyil və Ramazan ayının əvvəlini təyin etmək üçün onlarda xüsusi qurum var!

Əksinə siz müctəhidlərin fətvalarını təhrif edirsiz.Ay qardaşlar, harada yazılıb ki,ayın sabit olmasını müctəhid camaata deməlidir?Bu suala cavab verən olacaq ya yox?Göstərində o fətvanı mənə.

Bəs kim deməlidir? Siz özünüz müşahidə edirsiz, ya müctəhidinizə tabe olursuz?
Yadımdadı keçən il Xamnei ağa elan etdi ki, ay görsənib, bu gün bayramdı. Sistani ağa isə dedi ki, mən ayı görməmişəm, ona görə də bayram sabahdır. Biz orucumuzu açdıq, amma Sistani ağaya təqlid edənlər bayram günü oruc idilər. Mən onlara deyirdim ki, bizim məgər 10 dənə ayımız var ki, bizim gördüyümüzü qəbul etmirsiz? Ay bir yerdə görsənibsə deməli ay çıxıb da! Daha "mən görməmişəm" - nə deməkdir? Belə çıxır ki, Sistaniyə Xamnei ağanın sözü höccət deyil. Belədirsə bu başqa məsələ.

Sizin yazılarınızı bura qədər oxudur və heç biri ilə razı deyiləm! Aydın görürəm ki, yazdığınız haqda heç bir məlumatınız yoxdur və istəyiniz sadəcə mübahisə etməkdir. Məsləhət görürəm elə burada söhbəti saxlayasız!
Siz istəsəz öz bildiyiniz kimi ayın əvvəlini təyin edə bilərsiz, Sizə heç kim bunu qadağan etmir. Biz də ağaya təqlid edərək bu işləri ona həvalə etməkdə davam edəcəyik.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#35 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 28 августа 2011 - 00:09

Salam Aleykum.
Deməli, belə çıxır ki, Ayətullah Xameneyi və Sistani, yaxud ikisindən biri fitnəkardır.
Nəuzubilləh!
Kim muctəhidi fitnəkar bilirsə, ondan başqasının sözünü daha ədalətli görürsə özü bilər.
Mən bu məsələdə al-islamı haqsız görmürəm, əvvəldən mudafiə elədiyim də al-islamın mudafiə elədiyi olub:
Muctəhidlərimiz fitnəkar deyil, onlar heç bir şeyi fitnə məqsədi ilə eləmirlər.Kİm belə düşünürsə özü bilər, inşaAllah belə zənn etdiyinə görə özü cavab verər.
Vəssəlam.

Qaldı ki, ayın əvvəlinin sübut olunmasına:
Ayın əvvəli dörd yolla sübut olunur.Bu da risalələrdə var.Mubahisəyə ehtiyac yoxdur.
Mən də belə düşünürəm ki, artıq söhbəti uzatmağın mənası yoxdur!

Сообщение отредактировал 3_Rengli_HeyaT: 28 августа 2011 - 00:13

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#36 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 28 августа 2011 - 11:45

İki nəfərin arasında hökm verəndə insan gərək ədalətli olsun.Sizin ayın sabit olma məsələsində bir fikirdə olduğunuza bir söz demirəm özünüz bilərsiz,hər kəs öz əməlinə görə cavab verəcək.Siz Rəhbərin sözünə etina edirsiz,mən isə etmirəm və buna yetərli dəlil sübutum var.Nəyisə bu söhbəti qoyduq bir kənara.

Bəs qardaşlar bu məsələyə görə niyə münasibət bildirmədiz?Hansı ki,mən burda təhrif etmiş,yalancı kimi qələmə verilmişəm.


Təhrif eləmə! 1740cı hökm:
Əgər ticarət malından başqa bir malı satın alarsa və ya bu kimi bir yolla əldə edərsə və xumsunu verərsə, sonra da onun qiyməti yüksələrsə, onu satdığı təqdirdə, qiymətinə əlavə və illik xərcindən artıq qalmış olan miqdarın xumsunu verməlidir. Həmçinin, əgər məsələn; ağac meyvə verərsə və ya ətindən istifadə etmək üçün saxlanılan qoyun kökələrsə, gərək artan miqdarın xumsunu versin.
http://www.al-shia.o...resaleh/024.htm



And verirəm sizi Allaha deyin görək mən burada nəyisə təhrif etmişəm?Kimin evində risalə varsa bir acıb baxsın görsün bu məsələ orada var ya yox.


Məndə evdə iki dənə risalə var(yəni biri 2000 ilin capıdır o biri 2010 ilin capı)O RİSALƏLƏRİN İKİSİNDƏ DƏ 1740 məsələdə belə yazılıb:

Şəri hakimin hökm etməsi ilə ayın əvvəli sübut edilməz.Bu halda ehtiyata riayət etmək daha övladır.(Sistani ağa.məsələ 1740)

al islam isə deyir ki,mən təhrif eləmişəmş1740 məsələdə bu yazılıb:


1740cı hökm:
Əgər ticarət malından başqa bir malı satın alarsa və ya bu kimi bir yolla əldə edərsə və xumsunu verərsə, sonra da onun qiyməti yüksələrsə, onu satdığı təqdirdə, qiymətinə əlavə və illik xərcindən artıq qalmış olan miqdarın xumsunu verməlidir. Həmçinin, əgər məsələn; ağac meyvə verərsə və ya ətindən istifadə etmək üçün saxlanılan qoyun kökələrsə, gərək artan miqdarın xumsunu versin.






Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#37 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 28 августа 2011 - 12:23

Mən artıq burada sənlə mübahisəni dayandırıram. Qeyd etdiyim ki, yalançı şəxslərlə müzakirə aparmaq mənə yaraşmaz. Amma bu sözünə görə:
Bütün forumdakı qardaşlarıma müraciət edirəm! Xahiş edirəm bu mövzuya münasibət bildirin. Mənim yazdıqlarım çaş-başdımı? Mən öz yazdıqlarıma inanıram və qeyd edirəm ki, opponentim səhvdi və mənə belə nisbətlər verməklə zülm edir. Yox əgər mən səhvəmsə, deməli ona zülm etmişəm. Hamınızdan xahiş edirəm ki, bu mövzuya yazın və belə deyək "qəzavət edin". Zülmə susmayın!
Sizi and verirəm Allaha, ancaq doğru olanı deyin! Əgər qardaşlar səhv olduğumu desələr, mən moderlikdən çıxıb, forumu tərk edəcəm!


Mənim yalan danışdığımı sübut et! Harda yalan danışdım?Xamneyi ağa özü deyir ki,Türkiyə İranla bir üfüqdə yer-ləş-mir.Ay insan get araşdırda nəyə görə başına güc vermisən.Get ruhanilərdən alimlərdən soruş gör belə deyir ya yox.

Ora Xəmneyi ağanın fətvasınıda yerləşdirdim ki,orada deyilir.Hətda İranın bəzi şəhərləri ki,var Tehrannan bir üfüqdə yerləşmədiyi ücün orada görünən ay sabit olmaz.

Qoy neytral insanlar hökm versinlər,Al fəth də,Şair də sənin yaxın adamlarındı və ancaq sənin xeyrinə olan şeylərə münasibət bildiriblər.ORADA MƏNƏ TƏHRİFCİ,BÖHTANCI DEDİKLƏRİNƏ HEC BİR MÜNASİBƏT BİLDİRMƏYİBLƏR.Ədalətinizə heyranam.Nəyə görə risalədə ki,məsələni təhrif etyməkdə məni iddiham etmisən,amma buna hec kim münasibət bildirməyib?Şəxsiyyət pərəstlik lazım deyil Allah pərəstlik haqq pərəstlik lazımdır.

Mənə Allah kifayət edir,qoy mənimdə şahidim ALLAH OLSUN.








Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#38 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 28 августа 2011 - 12:33

İzahlı Şəriət Məsələləri
Ağanın saytıdı. Həmçinin mən internetdə başqa versiyaya da baxım orda 1740-da həmin məsələni görmədim.
Mən səni adil şəxs kimi tanımamışam. Ona görə də sənin dediyinə nisyə inana bilmərəm, gərək gözümlə görəm. Əlimdə olan mötəbər mənbələrdə isə sən dediyin yoxdu.
Qaldı ki, fikir bildirənlərə. Bura hamıya açıqdı və mən heç kimdən mənə tərəf olmasını istəməmişəm. Mən haqqı deməyi istədim və dedilər.
Sənlə də nə burada nə də başqa yerdə mübahisə etməyəcəm. Çünki sənin heç bir biliyin, savadın yoxdu. Vəssalam.

Сообщение отредактировал al-Islam: 28 августа 2011 - 14:26

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#39 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 28 августа 2011 - 16:13

Ayətullah Sistaninin (həfəzəhullahu təala) risaləsindən :
Məsələ 1740 :
Əgər xümsünü verdiyi ,yaxud xums düşməyən bir pul ilə qiyməti artdıqdan sonra satmaq niyyəti ilə bir bağ salarsa,meyvələrin,ağacların və əkilən,yaxud öz-özünə çıxan cavan cavan ağacların (tinglərin),kəsilib istifadəsi yararlı olan quru budaqların,eləcə də bağın qiymətinin artan hissəsinin xumsunu verməlidir.Amma,əgər məqsədi həmin ağacların meyvələrini sataraq faydalanmaq olsa,qiymətin artan miqdarına xüms vacib deyil,amma,yerdə qalanların xumsunu verməlidir.

Qaldı ki, iki nəfərin arasında hökm vermək məsələsinə.
Dəfələrlə qeyd etmişəm yenə de qeyd edirəm.İki nəfərin arasında hökm verərkən alimə etina etməyib,sanki hər hansı bir fitnəkarın haqqında danışırmış kimi danışıb fitnə salana haqq qazandırmaq ədalətdən deyil!
Ən doğrusunu Allah bilir!
Məsələni çox uzatmağın mənası yoxdur!
Allah hamımızı hidayət eləsin! Amin!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#40 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 28 августа 2011 - 16:26

Bismillah,qısası,31-i oruc tutacağıq?????Yaa şübhəlidir??30-u da daxil olmaqla 30-una qədər oruc 100% tuturuq daa?

#41 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 28 августа 2011 - 16:34

Xahish edirem, Inshaallah sabah axshami hami burda bir birleri ile elage saxlasin.
Hormetli Camaatimizin coxu burani oxuyur, ne info olsa yazag burada.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#42 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 28 августа 2011 - 16:39

Bismillah,qısası,31-i oruc tutacağıq?????Yaa şübhəlidir??30-u da daxil olmaqla 30-una qədər oruc 100% tuturuq daa?


Xeyr, böyük ehtimallah 31-i bayram olacaq inşallah. Amma ayın 30-u da daxil olmaq 100% oruc tutmalıyıq.

Xahish edirem, Inshaallah sabah axshami hami burda bir birleri ile elage saxlasin.
Hormetli Camaatimizin coxu burani oxuyur, ne info olsa yazag burada.


Saytda xəbər yerləşdiriləcək biiznillah.

Сообщение отредактировал al-Islam: 28 августа 2011 - 16:40

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#43 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 28 августа 2011 - 23:49

Ramazan ayının girişi və çıxışı həmişə mübahisə doğurur və sizlərdə bilmirəm amma məndə ciddi narahatçılıq doğurur. O baxımdan yox ki. görəsən düzü hansıdır. Mən Rəhbərə bağlıyam və ona tabeyəm. Məni o narahat edir ki, müsəlmanların bir dənə Ramazan ayı var amma o da digər ortaq şeylərdə olduğu kimi ixtilafa səbəb olur. Hətta sünni və şiə qalsın qırağa şiələrin öz arasında və hətta əhli-sünnənin öz arasında ixtilaf olur. Bunu məncə həll etmək lazımdır. Özü də "sroçnu". Bunu mən yox bunu 33 il bundan qabaq Qəzzafi rejimi tərəfindən oğurlanmış şəxsiyyətinin qarşısında baş əydiyim İmam Musa Sədr də demişdi.
O ki qaldı niyə ixtilaf yaranır qısaca izah edim:
Bəzi alimlər, xüsusilə də əhli-sünnə alimlərinin əksəriyyəti elmi hesablama ilə hilalın görsənməsini qəbul edirlər. Yəni elm qabaqcadan müəyyən edə bilir ki, Ay bu gün bu ərazidə olacaq. Bunu bizim alimlər bir şərtlə qəbul edir ki, burada olacaq və görsənəcək. Çünki Ayın olması onun görsənməsi demək deyil. Yəni ola bilsin Ay tutalım Azərbaycanın başı üzərində olsun amma görsənməsi mümkün olmasın.
Bax burada dediyim kimi ixtilaf başlayır. Bir alim deyir ki, elmin təsdiqi kifayətdir. O biri deyir yox gözlə görsənməlidir. Digəri adi gözlə yəni teleskopla görməyi qəbul etmir. Bütün problemlər buradan qaynaqlanır. Odur ki, ixtilaflar baş alıb gedir.


P.S 30 avqust heç cür bayram ola bilməz.

Моя ссылка

Buradan görürürk ki, hilal ayın 29-u görsənə bilməz. Baxmayaraq ki, bizim rəsədxana deyir ki, gözlə görsənəcək.

Amma 30-u axşam görsənəcək:


[img][IMG]http://s15.radikal.ru/i188/1108/09/286c5149b6b3.jpg[/IMG][/img]

Bütün bunlara baxmayaraq Ayətullah Sistani bayramı sentyabrın 1-i olacağını deyib.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#44 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 28 августа 2011 - 23:53

Əvvəlki postda şəkillər açmadığına görə yenidən yerləşdirirəm.

Ayın 29-a Ayın vəziyyəti:

Изображение

Ayın 30-a Ayın vəzyyəti:


Изображение

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#45 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 29 августа 2011 - 00:26

Allah razi galsin Vusal

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#46 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 29 августа 2011 - 00:36

Ramazan ayının girişi və çıxışı həmişə mübahisə doğurur və sizlərdə bilmirəm amma məndə ciddi narahatçılıq doğurur. O baxımdan yox ki. görəsən düzü hansıdır. Mən Rəhbərə bağlıyam və ona tabeyəm. Məni o narahat edir ki, müsəlmanların bir dənə Ramazan ayı var amma o da digər ortaq şeylərdə olduğu kimi ixtilafa səbəb olur. Hətta sünni və şiə qalsın qırağa şiələrin öz arasında və hətta əhli-sünnənin öz arasında ixtilaf olur. Bunu məncə həll etmək lazımdır. Özü də "sroçnu". Bunu mən yox bunu 33 il bundan qabaq Qəzzafi rejimi tərəfindən oğurlanmış şəxsiyyətinin qarşısında baş əydiyim İmam Musa Sədr də demişdi.
O ki qaldı niyə ixtilaf yaranır qısaca izah edim:
Bəzi alimlər, xüsusilə də əhli-sünnə alimlərinin əksəriyyəti elmi hesablama ilə hilalın görsənməsini qəbul edirlər. Yəni elm qabaqcadan müəyyən edə bilir ki, Ay bu gün bu ərazidə olacaq. Bunu bizim alimlər bir şərtlə qəbul edir ki, burada olacaq və görsənəcək. Çünki Ayın olması onun görsənməsi demək deyil. Yəni ola bilsin Ay tutalım Azərbaycanın başı üzərində olsun amma görsənməsi mümkün olmasın.
Bax burada dediyim kimi ixtilaf başlayır. Bir alim deyir ki, elmin təsdiqi kifayətdir. O biri deyir yox gözlə görsənməlidir. Digəri adi gözlə yəni teleskopla görməyi qəbul etmir. Bütün problemlər buradan qaynaqlanır. Odur ki, ixtilaflar baş alıb gedir.


Bu sünnilərlə şiələr arasında İmam (ə) gələndə həll olunacaq inşallah, məncə burada qorxulu bir şey yoxdu. Ayrı-ayrı regionlarda Ay müxtəlif vaxtlarda göründüyündən onsuz da bu təbiidir.
Amma şiələr arasında çox mənfi haldır. Çünki şiələr demək olar ki, eyni regionda yaşayırlar: Azərbaycan, İran, İraq, Livan və s. Yaxın yerlərdi, amma bayramda 2 gün fərq olur. Bu o vaxt həll olunar ki, hamı 1 müctehidi rəhbər və höccət kimi qəbul etsin.
P.S. Mənim məktubuma nə vaxt cavab gələcək? :gizildish:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#47 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 29 августа 2011 - 00:41

Məndə evdə iki dənə risalə var(yəni biri 2000 ilin capıdır o biri 2010 ilin capı)O RİSALƏLƏRİN İKİSİNDƏ DƏ 1740 məsələdə belə yazılıb:

Şəri hakimin hökm etməsi ilə ayın əvvəli sübut edilməz.Bu halda ehtiyata riayət etmək daha övladır.(Sistani ağa.məsələ 1740)

Söhbətinizə qarışmıram, ancaq gördüm məndəki risalədə də Məsələ 1740 belə yazılıb, dedim qeyd edim:

Изображение
Изображение

#48 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 29 августа 2011 - 00:46

Bu sünnilərlə şiələr arasında İmam (ə) gələndə həll olunacaq inşallah, məncə burada qorxulu bir şey yoxdu. Ayrı-ayrı regionlarda Ay müxtəlif vaxtlarda göründüyündən onsuz da bu təbiidir.
Amma şiələr arasında çox mənfi haldır. Çünki şiələr demək olar ki, eyni regionda yaşayırlar: Azərbaycan, İran, İraq, Livan və s. Yaxın yerlərdi, amma bayramda 2 gün fərq olur. Bu o vaxt həll olunar ki, hamı 1 müctehidi rəhbər və höccət kimi qəbul etsin.
P.S. Mənim məktubuma nə vaxt cavab gələcək? :gizildish:


Bunu İmam Zaman(ə.f) gələnə kimi həll etmək lazımdır. Allah Qəzzafiyə lənət eləsin. İmam Musa Sədr kimi böyük alimi itkin saldı. Onun kimi alim lazımdır ki, bu ixtilafları həll etsin.
Şiələr arasında nəinki bu məslədə digər məslələrdə də bu şeyləri görəndə adam ağlını itirir. Problem rəhbərlikdə deyil. Rəhbər kimi qəbul edənlər var amma yenə ayın çıxmasında öz ictihadına uyğun əməl edirlər. Problem fiqhin özündədir. Fiqhdə köklü dəyişikliklər etmək lazımdır. Özü də "sroçnu". Müasir dövrə cavab vermir.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#49 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 29 августа 2011 - 00:50

Söhbətinizə qarışmıram, ancaq gördüm məndəki risalədə də Məsələ 1740 belə yazılıb, dedim qeyd edim:


Risalələr arasında ciddi fərqlər var. Çünki ağanın başqa risalələrində heç bu məsələ ümumiyyətlə yoxdu. Bəlkə də nəzəri dəyişib?
Amma bunun prinsipcə, əhəmiyyəti yoxdur. Çünki Sistani ağa 4 yol müəyyən edib ki, bunların arasında şəriət hakiminin hökmü yoxdur. Amma yəqin yaradan halda əməl etmək olar.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#50 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 29 августа 2011 - 01:00

Risalələr arasında ciddi fərqlər var. Çünki ağanın başqa risalələrində heç bu məsələ ümumiyyətlə yoxdu. Bəlkə də nəzəri dəyişib?
Amma bunun prinsipcə, əhəmiyyəti yoxdur. Çünki Sistani ağa 4 yol müəyyən edib ki, bunların arasında şəriət hakiminin hökmü yoxdur. Amma yəqin yaradan halda əməl etmək olar.

Mən deyərdim tərcümələrdə fərq var. Ayrı-ayrı vaxtlarda çap olunan risalələrdə məsələlər fərqli nömrələnir, ancaq bəzi məsələlərin mətni də dəyişir bəzən (məsələni daha ətraflı və ya əksinə, daha yığcam əhatə etməklə). Nəzəri dəyişməyin deyə bilmərəm, ancaq sonrakı risalələrdə yoxdursa, elə çıxır bu məsələni risalədən kənarlaşdırıblar.

P.S. Bir də, vusal114, imkan varsa, o şəkilləri hansı saytdan götürdüyünü yazardın. http://moonsighting.com saytını bilirəm, bunu isə yox.


#51 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 29 августа 2011 - 01:12

P.S. Bir də, vusal114, imkan varsa, o şəkilləri hansı saytdan götürdüyünü yazardın. http://moonsighting.com saytını bilirəm, bunu isə yox.[/font]


Şəkillərə baxanda belə çıxır ki, ayın 29-u gecə Ayın ölkəmizdə görünməsi ümumiyyətlə mümkün deyil. Ayın 30-u isə yalnız optik cihazlarla görünə bilər.

Сообщение отредактировал al-Islam: 29 августа 2011 - 01:13

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#52 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 29 августа 2011 - 01:15

Mən deyərdim tərcümələrdə fərq var. Ayrı-ayrı vaxtlarda çap olunan risalələrdə məsələlər fərqli nömrələnir, ancaq bəzi məsələlərin mətni də dəyişir bəzən (məsələni daha ətraflı və ya əksinə, daha yığcam əhatə etməklə). Nəzəri dəyişməyin deyə bilmərəm, ancaq sonrakı risalələrdə yoxdursa, elə çıxır bu məsələni risalədən kənarlaşdırıblar.

P.S. Bir də, vusal114, imkan varsa, o şəkilləri hansı saytdan götürdüyünü yazardın. http://moonsighting.com saytını bilirəm, bunu isə yox.


Hansı saytdan götürüldüyünü bilmirəm amma mən buradan götürmüşəm. http://www.tabnak.ir...ه-عید-فطر-نیست؟

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#53 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 29 августа 2011 - 01:32

Bir-iki sayta baxdım ki, orada deyilir ki, yeni ay avqustun 30-u səhər 7-dən başlayır. Yəni 29-u axşam görmək mümkün deyil.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#54 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 29 августа 2011 - 05:42

Şəkillərə baxanda belə çıxır ki, ayın 29-u gecə Ayın ölkəmizdə görünməsi ümumiyyətlə mümkün deyil. Ayın 30-u isə yalnız optik cihazlarla görünə bilər.

Bəli, 29-u ölkəmizdə mümkün deyil, amma cənubi Amerikada görünməsi mümkündür, çox güman ki, görünəcək. 30-u isə ölkəmizdə görünməsi çətin mümkün olsun, ancaq bizim üfüqdən çox-çox əvvəlki üfüqlərdə ay görünəcək (ayın 30-unun qrafikinə bax: http://moonsighting.com/1432shw.html), hətta hava şəraiti imkan versə, İranda da görünə bilər.


Bir-iki sayta baxdım ki, orada deyilir ki, yeni ay avqustun 30-u səhər 7-dən başlayır. Yəni 29-u axşam görmək mümkün deyil.

Bəlkə 29-u yazıblar, səhv salmırsan ki? Məsələ ondadır ki, astronomiyada Ayın Yer ətrafında öz orbiti üzrə dövrə vurması bir neçə üsulla ölçülür. (Orbital periodlar: http://en.wikipedia..../Orbital_period) Qəməri təqvim ayları da sinodik periodla hesablanır (Günəş və Yerə nəzərən), bu da yuvarlaq olaraq 29.53 sutkaya bərabərdir. Yəni sinodik hesabla Ay Yer ətrafında 29.53 sutkaya bir dövrə vurur. Astronomiyada sinodik periodla yeni ayın doğuşu hesablanarkən, ayın orbital hərəkət zamanı Günəşlə Yerin düz ortasında dayandığı vaxt əsas götürülür və astronomiyada "New moon" (Təzə ay) adlanır (http://en.wikipedia.org/wiki/New_moon). Bu doğuş isə Şəvval ayı üçün 29 avqust, 03:03-də verilib (bizim saat qovşağını (+4:00) nəzərə alsaq, 07:03). Ona görə dedim ki, ayın 30-una hansı metodla astronomik ay doğuşu verə bilərlər, mənə çatmadı. Vəssəlam, yerdə qalan hesablamalar artıq şəriətə tətbiq üçündür, hansı ölkədə və ya hansı üfüqdə gözlə görünə bilər, ya yox və s. Çünki astronomiya elmi termin kimi ilk gözlə görünən ayı "Təzə ay" hesab eləmir, onun verdiyi "Təzə ay" isə heç cürə gözlə görünmür, ona görə ki, həmin vaxtda Ay Yerlə Günəşin arasına keçir, Günəş onun yalnız arxasını işıqlandırır, Yerdən görünən hissəsinə isə işıq çatmır, nəticədə Yerdən görünmür. Astronomiya Təzə ayın start nöqtəsini məhz burdan götürür.
Sən də qeyd etmisən, fiqh müasir dövrə (konkret olaraq ay təqviminin hesablanmasında) cavab vermir, razıyam.

Quran deyir ki, Günəş də, Ay də müəyyən olunmuş nizamla hərəkət edir. Yəni ki, Ay onsuz da nizamla dövrə vurur. İnsanlara qalır təqvim aylarını buna uyğun bölərək ayların əvvəl-axırını hesablasınlar. Ancaq ümumi baxanda müasir dövrdə ay təqviminin hesablanması hardasa 3 variantda mümkündür:
1. Dədə-baba qaydası ilə, gözlə görüb ayı başlamaq, gözlə görüb ayı bitirmək, hazırki şəriətimiz də belə deyir.
2. Gözlə görmədən, astronomik cədvəllərə əsaslanıb, ayın ölkəmizdə də olmasa, bizim üfüqdəki başqa ölkələrdə görünməsini, yaxud dünyada bir neçə ölkədə görünməsini nəzərə alıb yeni ayı başlamaq. Türkiyə, Səudiyyə və bir çox ölkələr bu variantla gedir.
3. Bir astronomik doğuşdan növbəti astronomik doğuşa qədər məsafəni bir qəməri ay kimi hesablamaq.

Bu variantlar Qəməri təqvimi hesablamaq üçün nəticə etibarilə, hamısı keçərlidir (şər'i cəhətdən demirəm). Çünki hansıyla hesablasan, nəticədə 1 qəməri il ərzində 6 dənə 29, 6 dənə 30 günlük ayımız olacaq, 1 ilimiz də 354 gün olacaq. Ancaq şəriət yalnız o dövrdəki üsulu ortaya qoyur, gözlə görməyi. O dövrdəki insanlara başqa hansı üsul deyilə bilərdi ki? Ancaq gözlə görüb oruc tutmaq, gözlə görüb bayram etmək. Odur ki, indi başqa variantları şəriətə tətbiq edib-etməmək və necə etmək problemi var müasir fiqhdə. Bu artıq ictihadlıqdır, müctəhidlər də ola bilər ehtiyat edib bu variantları keçərli bilmirlər və ya fikirləri fərqlənir, nəticədə hər il belə ixtilaf düşür. Nə isə.

Mənə bir şey maraqlıdır, neçə adama bunu sual vermişəm, amma qane edən cavab almamışam.
Mümkündür ki, dünyada iki ayrı-ayrı miladi günlərində bir qəməri gün qeyd olunsun? Yəni belə deyək də, tutaq ki, Ramazan bayramını dünyanın bir hissəsi 30-unda, digəri hissəsi isə 31-ində qeyd etsin. Məsələn, bir variant ola bilər ki, bizdə ayın 30-u daxil olsun və həmin günü bayram edək, ancaq hələ ABŞ-da ayın 29-u olsun, 10-12 saatdan sonra onlarda da ayın 30-u olsun, onlar da bayram etsin, bunu nəzərdə tutmuram. Bu zatən eyni gün hesab olunur.
Ancaq bir də ola bilər ki, bizdə ayın 30-unun məğribində ay görünməsin, ancaq 10-12 saatdan sonra ABŞ-da (30-unun məğribində) ay görünsün. Ordakılar ayı gördüklərinə görə 30-unu bayram edə bilərlər, buna şübhə yox, ancaq biz artıq ayın 31-i bayram edərik. Nəticədə iki fərqli gündə bir bayram qeyd olunar. Bilmək istəyirəm ki, buna şəriətdə dəlil varmı ki, iki fərqli gündə bir qəməri gün qeyd oluna bilər? Bu artıq çaş-başlıq üzündən fərqlənən bayram günləri deyila, praktiki olaraq mümkün olan bir şeydir. O dövrdə müsəlmanların Amerika, Avstraliya ilə bir əlaqələri olmayıb ki, bunun praktiki olaraq mümkün olduğunu bilsinlər. Bəlkə də elə biliblər onlar Ayı görürlərsə, dünyanın hər yerindəkilər də görür. Ona görə maraqlıdır ki, indi buna "mümkündür" deyirlərsə, bunun dəlili nədir.

P.S. "30-unun məğribi" dedikdə, 29-unun axşamındakı məğribi nəzərdə tutmuşam, qəməri gün ki, məğribdən başlayır, 29-u axşam görünən hilal ay 30-u üçün təzə ayın birinci gününü təyin edir, ona görə. Həm də nümunə kimi yazmışam, məhz avqust ayını demirəm.

Сообщение отредактировал İstifadəçi: 29 августа 2011 - 05:48

  • Arif это нравится

#55 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 29 августа 2011 - 10:01

Təcili cvb tələb olunur:Orucu qəsdən pozan şəxs zöhrə qədər səfərə çıxsa kəffarə və qəza yenə vacib olur? mən bilən,hə...

#56 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 29 августа 2011 - 10:33

Təcili cvb tələb olunur:Orucu qəsdən pozan şəxs zöhrə qədər səfərə çıxsa kəffarə və qəza yenə vacib olur? mən bilən,hə...

Raketə minib kosmosa da uçsa yenə kəffarə vacib olur.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#57 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 29 августа 2011 - 10:45

Raketə minib kosmosa da uçsa yenə kəffarə vacib olur.

Bismillah,aydındır,qeyri-adi cvb görə tşkr-lər)

#58 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 29 августа 2011 - 10:59

Bəli, 29-u ölkəmizdə mümkün deyil, amma cənubi Amerikada görünməsi mümkündür, çox güman ki, görünəcək. 30-u isə ölkəmizdə görünməsi çətin mümkün olsun, ancaq bizim üfüqdən çox-çox əvvəlki üfüqlərdə ay görünəcək (ayın 30-unun qrafikinə bax: http://moonsighting.com/1432shw.html), hətta hava şəraiti imkan versə, İranda da görünə bilər.



Bəlkə 29-u yazıblar, səhv salmırsan ki?


29-u da yazan var 30-u da.
Amma elmi yolla yəni təqvim nəsə mənə ləzzət eləmədi. Çünki həmin təqvimlə avqust ayının 1-i artıq yeni ayın 3-cü günü olub. Yəni Ramazan ayının 3-ü.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#59 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 29 августа 2011 - 14:41

SALAMUN ALAYKUM .FAZIL LENKARANININ ( R . E ) RISALESINDEN SERRI MESELE M:1796. Әgәr cаmеüş-şәrаit müctеhid аyın әvvәli оlmаsını hökm еtsә, hәttа оnа tәqlid еtmәyәn şәхslәr dә оnun hökmünә әmәl еtmәlidirlәr. Аmmа cаmеüş-şәrаit müctеhidin sәhv еtdiyini bilәn bir şәхs, оnun hökmünә әmәl еdә bilmәz
M:1797. Аyın әvvәli аstrоnоmlаrın qаbаqcаdаn vеrdiklәri хәbәrә әsаsәn sübutа yеtmir. Аmmа әgәr bir şәхs üçün оnlаrın dеdiklәrindәn yәqin hаsil оlsа, gәrәk оnа әmәl еtsin.
VE 2 CI .BU TEQVIM BIZIM ELIMIZE AYIN 13 U KECIB.VE O GUNDEN HER SUBH NAMAZINA YAXIN TEQVIMDEKI GORUNTULERLE AYI MUQAYISE VE MUSHAHIDE ETMISHIK VE NETICE EYNIDIR!

Прикрепленные изображения

  • getImage.jpg

ваххабизм – это дистилированный суннизм

#60 weyxulecem

weyxulecem

    Arif – Corporal

  • Murid
  • 57 сообщений

Отправлено 29 августа 2011 - 14:52

Salamun Aleykum Arif qardawin dediyi ile tam raziyam avqust ayinin 13 den muwahide edirik beli meselenin bir terefide odur ki yuxarida qeyd oludugu kimi ay dogmasina gore gunler neinki gunew teqvimindeki gunlerle hetta oz aralarinda da ferqli ola biler yeni ayin gorunmesi bir nece deqiqeyede ola biler 1 sutkaya yaxin vaxta qederde ola biler nezere alsaq ki ekser saytlarda yeni astronomik ayin olmasi saat 7 radelerine tesaduf edir mumkundurki bu sutkada olsun ve yaxud eksine az bir vaxtda olsun
Istifadeci nikli qardaw bu barede daha dolgun yazib beli yeni dogulmuw ayi adi gozle gormek demek olarki 0%di
Weri cixiw yoluda budurki bele gunde mumkundurse sefere cixsin sonra ne melum olsa ona muvafiqde oz vezifesine emel etsin

http://www.moonconne..._calendar.phtml
وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًاوَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru