Перейти к содержимому


Фотография

Abu Zeyd Kəzzab Və Ocaq Nicatin "kufrleri"


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 12

#1 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 августа 2011 - 15:06


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#2 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 августа 2011 - 16:52

Nəsə mən də ağanın "Kərbəla" adlı kitabını tapa bilmədim, yalnız bu 3 kitabı tapdım

Videoda Abu Zeyd Kəzzabın bir yalanını da qeyd edim - "şiə" alimi Musəvi haqda danışır. Onun və kitabı haqda saytımızda məqalə var:
Hüseyn Musavi kimdir?

  • Unit это нравится
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#3 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 17 августа 2011 - 17:11

Nəsə mən də ağanın "Kərbəla" adlı kitabını tapa bilmədim, yalnız bu 3 kitabı tapdım

Videoda Abu Zeyd Kəzzabın bir yalanını da qeyd edim - "şiə" alimi Musəvi haqda danışır. Onun və kitabı haqda saytımızda məqalə var: Hüseyn Musavi kimdir?

Onun dediyi Əhli-Beytin (ə) məqamı kitabındandır.
  • Unit это нравится

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 августа 2011 - 18:25

Abu Zeyd kəzzab deyir:

"Ocaq Nejat yazır ki, Allah-təala hər Aşura və cümə günləri mələkləri və peyğəmbərlərin ruhlarını yığır və Öz zatı ilə enir və Hüseynin qəbrini təvaf edir." (bunu 2 dəfə təkrar edir).


Baxaq görək ağa necə yazıb kitabda:

İmam Sadiq (ə) səhabəsi Səffan Cəmmala deyir: «Heç Hüseyni ziyarət edirsən?» Səffan həmin sualı İmamın özün qaytararaq deyir: «Siz özünüz də ziyarət edirsiniz?» İmam Sadiq (ə) ona belə cavab verir: «Axı necə ziyarət etməyim? Halbuki Allah da hər cümə axşamı onu ziyarət edir! Hələ mələklər və peyğəmbərlər də onu ziyarət edirlər».

Haradır burda Öz zatı ilə enir və Hüseynin qəbrini təvaf edir? Bu kəzzaba necə başa salaq ki, Allahın və mələklərin ziyarəti ilə insanların ziyarəti fərqlidir və onlara ziyarət etmək üçün yerə enmək lazım deyil?! Həmçinin Allahın məgər məkanı var ki, ordan enib Hüseyni ziyarət etsin? Allah göydə yox, hər yerdədir!

Buna oxşar imam Əli (ə) haqda da hədis mövcuddur.

يونس بن وهب القصري قال : دخلت المدينة فأتيت أبا عبدالله عليه السلام فقلت : جعلت فداك أتيتك ولم أزر أمير المؤمنين عليه السلام ، قال : بئس ما صنعت ، لولا أنك من شيعتنا ما نظرت إليك ، ألا تزور من يزوره الله ( 3 ) مع الملائكة ويزوره المؤمنون ؟ قلت : جعلت فداك ما علمت ذلك ، قال : فاعلم أن أمير المؤمنين أفضل عند الله من الائمة كلهم ، وله ثواب أعمالهم ،

Yunis b. Vəhəb rəvayət edir: Mədinəyə daxil olub Əbu Abdullahın yanına gəldim.
Dedim: Sənə fəda olum, sənin yanına gəlmişəm amma Əmirəl-Muminin (Əli a.s.-n qəbrini) a.s.-ı ziyarət etməmişəm.
Dedi: Pis iş görmüsən. Əgər bizim şiyələrimizdən olmasaydın sənin üzünə belə baxmazdım. Sən Allahın(3) mələklər ilə və möminlərin ziyarət etdiyi bir kəsi ziyarət etməmisən?
Dedim: Sənə fəda olum, mən bunu bilmirdim.
Dedi: Bil ki, Əmirəl-Muminin Allah yanında bütün imamlardan daha fəzilətlidir. O, bütün imamların əməlləri qədər savaba məxsusdur....


Sonra isə kitabın aşağısında (3) nömrəli izahda yazır:

( 3 ) لعل المراد من زيارة الله توجهه تعالى ببقعته وعنايته بها وحفها برحماته

(3) Ola bilsin Allahın ziyarətində məqsəd Allahın onun məkanına (qəbrinə) xüsusi diqqəti və rəhməti ilə onu əhatə etməsi nəzərdə tutulur.

"Biharul-Ənvar" 25/361

Dar düşüncəli vəhhabi bu hədisi nə başa düşə, nədə ki, məcazı haram bildiyi üçün onun şərhini qəbul edə bilir. Bunun üçün ona öz hədisini göstərək, bəlkə ağlı gəldi başına.

‏عن ‏ ‏أبي هريرة ‏ ‏قال رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏إن الله عز وجل يقول يوم القيامة ‏ ‏يا ابن ‏ ‏آدم ‏ ‏مرضت فلم تعدني قال يا رب كيف ‏ ‏أعودك ‏ ‏وأنت رب العالمين قال أما علمت أن عبدي فلانا مرض فلم تعده أما علمت أنك لو عدته لوجدتني عنده


Əbu Hureyrədən: Peyğəmbər (s) buyurdu: Allah qiyamət günü deyir: Ey Adəm övladı, mən xəstələnmişdim sən isə mənim ziyarətimə gəlmədin?
(Adəm ovladı) Dedi: Ey mənim rəbbim mən səni necə ziyarət edim? axı sən aləmlərin rəbbisən!
(Allah) Dedi: Məgər sən mənim filan qulumun xəstələndiyini bilmirdin? Bilmirdin ki, onu ziyarət etsəydin mən onun yanında tapacaqdın?


Muslim "Səhih" 6721-ci hədis


İndi, əgər məcazı qəbul etmirsizsə Sizə 2 sualım var:
1. Sizin Allah xəstələnir?
2. Sizin Allah xəstə qulların yanında oturub gəlib-gedənə baxır?

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 августа 2011 - 19:19

Abu Zeyd kəzzab deyir:

"Ocaq Nejat yazır ki, Allah-təala Hüseynə elə bir dərəcə nəsib edib ki, Adəm övladından heç kəs o dərəcəyə çata bilməz. Sonra da sözlərini şərh edərək deyir: Bəli! Mühəmməd (s) də Adəm övladıdır və o da Hüseynin dərəcəsinə çata bilməz".


Ağa bunu deyərək dəqiq açıqlama verir, amma Abu Zeyd kəzzab ya onları oxuyamıy, ya da onu dərk etməyib.

İmam Sadiqdən (ə) söylənilmiş hədisdə deyilir ki, bir gün İmam Hüseyn (ə) uşaq olarkən Peyğəmbər (s) ona baxıb Ummi Sələməyə buyurdu ki, Ummi Sələmə, gördüyün bu uşağım Kərbəlada Allah yolunda şəhid olacaq. Ummu Sələmə deyir ki, ya Rəsuləllah, sən ki peyğəmbərsən, Allaha dua et ki, bu müsibəti ondan uzaqlaşdırsın. Həzrət buyurdu ki, Ummi Sələmə, mən bunu Allahdan istədim, Allah isə cavabında buyurdu ki, ey Mühəmməd (s), onun elə bir məqamı olacaq ki, Bəni-Adəm arasında ondan başqa heç kəsin belə məqamı olmayacaq.

Əziz möminlər, peyğəmbərlər də Bəni-Adəm nəslindəndirlər, İmam Hüseyndən (ə) başqa Bəni-Adəm arasında heç kim bu məqama yetişməyəcəksə, deməli peyğəmbərlər də həmin məqama yetişə bilməzlər. Başqa bir hədisdə deyilir ki, İmam Hüseyn (ə) Kərbəlada qılıncına söykənərək yuxuya gedir. Yuxuda babası Peyğəmbəri (s) görür. Peyğəmbər (s) o həzrətə buyurur: «Oğlum, sən Ali-Mühəmmədin şəhidisən. Sənin ayağın dəyəcək Cənnət və göylərin sakinləri gəlişinlə çox sevinəcəklər. Həmin gecə iftara mənim yanımda olacaqsan».
Hörmətli möminlər, bu hədisə diqqət yetirin! Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurur ki, sən Ali-Mühəmmədin (s) şəhidisən. Məgər İmam Əli (ə), xanım Fatimeyi Zəhra (s), İmam Həsən (ə) (və eləcə də sonradan digər imamlar) şəhid olmamışdılar? Niyə, onlar da şəhid olmuşdular, lakin bunun mənası o deməkdir ki, İmam Hüseynin (ə) şəhadəti ilə onların şəhadəti fərq edir. Gəlin başqa bir hədisə müraciət edək.

İmam Sadiq (ə) buyurur: «Bir gün cəddim Rəsulullah anam Zəhranın evində idi. Babam Hüseyni ağuşuna almışdı. Birdən o Həzrət Hüseyni yerə qoyub səcdə edərək ağlayır. Peyğəmbər səcdədən qalxdıqdan sonra anam Zəhra ondan soruşur ki, ya Rəsuləllah, nəyə görə birdən səcdəyə gedib ağladınız? Peyğəmbər belə cavab verir: «Allah taala mənə sual verdi ki, ey Mühəmməd, Hüseyni sevirsən? Dedim ki, bəli, o, mənim gözümün işığıdır. Allah taala buyurdu ki, mübarək olsun bu uşaq sənə! Mənim salamım, salavatım, bərəkətim və Cənnətim də olsun bu uşağa! Və qəzəbim, lənətim, əzabım olsun onun qatillərinə və düşmənlərinə! Bil ki, o, bütün şəhidlər arasında Seyyidüş-şühəda və Seyyidi-şəbabi-əhlil-cənnət (cənnət cavanlarının ağası) olacaq».

Digər imamlarin da həmin şəhidlər arasında olduğunu nəzərə aldıqda bir az əvvəl dediyimiz fikir öz həqiqətini tapır. Yəni, İmam Hüseynin (ə) şəhadəti ilə digər məsumların şəhadəti fərq edir. Düzdür, başqa bir hədisdə Peyğəmbər (s) buyurmuşdur ki, Həsən və Hüseyn cənnət cavanlarının ağalarıdarlır, lakin bu iki imamın da arasında Hüseyn (ə) Həsənin (ə) ağasıdır.


Əvvəla kəzzab Abu Zeydin bu cümləsinə fikir verin:

Allah-təala Hüseynə elə bir dərəcə nəsib edib ki, Adəm övladından heç kəs o dərəcəyə çata bilməz.

O bu cümlə ilə insanlarda belə bir fikir formalaşdırmaq istəyir ki, guya şiələr imam Hüseyni bütün Adəm övlanlarından üstün sayırlar. Amma hədisdə deyilir ki:

onun elə bir məqamı olacaq ki, Bəni-Adəm arasında ondan başqa heç kəsin belə məqamı olmayacaq

Yagin ki, bunun fərqini başa düşürsüz. Bu məqam Seyyidüş-şühəda və Seyyidi-şəbabi-əhlil-cənnət məqamıdır və bunu vəhhabi zındığlarından başqa bütün müsəlmanlar qəbul edir.

Həmçinin bu kəzzab deyir:

Ocaq Nejat deyir: Bəli! Mühəmməd (s) də Adəm övladıdır və o da Hüseynin dərəcəsinə çata bilməz.

Ağa isə yazır:

Əziz möminlər, peyğəmbərlər də Bəni-Adəm nəslindəndirlər, İmam Hüseyndən (ə) başqa Bəni-Adəm arasında heç kim bu məqama yetişməyəcəksə, deməli peyğəmbərlər də həmin məqama yetişə bilməzlər.

Burda söhbət Mühəmməddən (s) başqa bütün peyğəmbərlərdən gedir, çünki şiənin əqidəsinə görə Mühəmməd peyğəmbər insanların ən üstünüdür. Buna oxşar bir çox şiə hədislərində "bütün peyğəmbərlər" deyiləndə Mühəmməd peyğəmbərdən savayı bütün peyğəmbərlər nəzərdə tutulur. Misal üçün deyilir ki, imamlar bütün peyğəmbərlərdən üstündür - burda Mühəmməddən savayı bütün peyğəmbərlər nəzərdə tutulur.

Amma bu kəzzabın öz hədislərində qeyd olunur ki, Mühəmməd (s) bəzi peyğəmbərlərdən aşağı səviyyədə olub!

Sahih Bukhari Volume 4, Book 56, Number 696:
Narrated Abu Huraira: Once Allah's Apostle was asked, "Who is the most honorable amongst the people?" He said, "The most righteous (i.e. Allah-fearing) amongst you." They said, "We do not ask you about this." He said, "Then Joseph, the prophet of Allah."

http://hadith.worldo...bukhari/book_56

Əbu Hüreyrə deyir: Peyğəmbərdən soruşdular ki, insanların ən xeyirxahı kimdir. Dedi: Allahdan ən çox qorxanı. Dedilər: Biz səndən onu soruşmuruq. O dedi: Onda Yusif peyğəmbər.

Sahih Bukhari Vol 4, Book 55. Prophets. Hadith 627.
Narrated By Abu Huraira: The Prophet said, "None should say that I am better than Yunus bin Matta."

http://hadith.worldo...bukhari/book_55

Əbu Hüreyrə deyir: Peyğəmbər dedi: Heç kim deməsin ki, mən Yunis ibn Məttədən (Yunis peyğəmbər) yaxşıyam.


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#6 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 августа 2011 - 21:18

Abu Zeyd kəzzab deyir:

Ocaq Nejat yazıb: "Söhbət əsnasında Allah Musaya deyir ki, son peyğəmbərin (yani Mühəmməd (s) peyğəmbərin) bir nəvəsi olacaq, Kərbəlada ona zülm edəcəklər. Sonra Allah ro'zə dedi, mərsiyə, sinə döydi, mərsiyə dedi Musa ağladı. Allah sinə döydi, mərsiyə dedi Musa ağladı. Aa"

Zurnaa!

Görək ağa nə yazıb:

Nuh (ə) peyğəmbər də İmam Hüseynə ağlamışdır. Nuh (ə) və tərəfdarları gəmidə olarkən bir yerdə gəmi təlatümə düşüb ləngər verməyə başlayır. Cəbrail (ə) gəlib həmin yerin Kərbəla olduğunu və sonuncu Peyğəmbərin nəvəsinin orada şəhid olacağını Nuh (ə) peyğəmbərə danışır. Nuh (ə)- da bu müsibətə göz yaşı tökür. İbrahim Peyğəmbər də, Süleyman peyğəmbər də, Musa peyğəmbər də, digər peyğəmbərlər də İmam Hüseynə (ə) ağlamışlar. Musa (ə) peyğəmbər Allahla söhbətə gedərkən yolda bir nəfər ona deyir ki, Allahdan mənim də bağışlanmağımı istə. Musa (ə) onun istəyini Allah taalaya buyurduqda Allah taala belə cavab verir: «Ey Musa, Hüseynin qatillərindən başqa kim məndən bağışlanmaq diləsə, Mən onu əfv edərəm. Kim də Hüseynin haqqını tanıyaraq ona ağlayıb əza saxlasa, Cəhənnəmi ona haram edərəm». Sonra da İmam Hüseynin (ə) başına gələcək hadisəni Musaya (ə) danışır, o həzrət də İmam üçün göz yaşı tökür.

Hanı Allahın sinə vurması, mərsiyə deməsi?

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#7 Muheqqiq

Muheqqiq

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 205 сообщений

Отправлено 29 апреля 2012 - 22:03

Bu Abu Zeyd ki Allahin c.c.dini eleyhine bu qeder yalan daniwir men inaniram Abu Zeyd veleduzzinadir ve men bundan sonra o werefsize Abu Zina deyecem. Sadece mene bir wey maraqlidir ki o werefsiz bu qeder yalan daniwarken duwunmurdu ki wielerinde elmlileri var ve yalanlarini ifwa edib rezil edecekler onu? Dogrudanmi Abu Zina bunu duwunmemiwdi?

#8 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 29 апреля 2012 - 23:01

Bu nə birincidi nə də axırıncısidi.belələrinə fikir verməyəsən zaman özü bu tip nəcasəti pak edir aparır...yoxsa əhəmiyyət verdikcə elə bilir ki bu da nəsə əhəmiyyət kəsb edir.hal hazırdakı vəzifələrimiz isə təfəkkür etməkdi.bunun kimi murdarlar isə ağılların fikirdən yayındırması ücün şeytanın təcəllasidir adam qiyafəsində gəlir fikirləşməyə mane olur...çox əfsuslar ki,fikirləşməkdən qorxanlar bu şeytandan əmələ gələnə alim də deyirlər.neçə deyərlər aşıq məşuqunun rəngində olmadı nə aşıqdi )) Allah Əhli beyt ardıcıllarını şeytansifətlərin şərrindən qorusun
ваххабизм – это дистилированный суннизм

#9 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 01 мая 2012 - 12:37

Bismilləh!

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhU!

Gözəl mövzudur .

Əbu Cəhl əl-kəzzəb ( Özünə "əBu Zeyd " deyən yalançı Şahin ) həm cahildi, həm də əxlaqsızdı.

Əziyyət çəkmisən!

Bəlkə də zahirən elə görünür ki, önəmsənməyəcək mövzudur. Amma, əslində dəyərli mövzudur. Allah razı olsuN!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#10 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 02 мая 2012 - 22:32

Hazırlaşın 500 səhifəlik imamət haqda kitab yazıb Misirdə. Bu yaxınlarda deyilənlər görə gələcək o kitabı ilə :whistling:
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#11 Muheqqiq

Muheqqiq

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 205 сообщений

Отправлено 27 августа 2012 - 18:58

Nese bu 500 sehifelik imamet kitabindan ses-semir cixmadi))))

#12 indulqentsiya

indulqentsiya

    Mulazzim – lieutenant

  • Murid
  • 403 сообщений

Отправлено 26 сентября 2013 - 19:49

Bu Abu Zeyd ki Allahin c.c.dini eleyhine bu qeder yalan daniwir men inaniram Abu Zeyd veleduzzinadir ve men bundan sonra o werefsize Abu Zina deyecem. Sadece mene bir wey maraqlidir ki o werefsiz bu qeder yalan daniwarken duwunmurdu ki wielerinde elmlileri var ve yalanlarini ifwa edib rezil edecekler onu? Dogrudanmi Abu Zina bunu duwunmemiwdi?

ay qardaw bu velediwubhe abu zina bir qiraqa,gor onun sozlerine inananlarin firteti ne gundedi
Huseyni,Kerbelani ve Ashurani derk etmek ucun,en azi,gerek doqulduqun etek Peygember balasinin qatillerinin doqulduqlari etekden ferqlensin.
قال رسول اللّه (ص): ان الحسين مصباح الهدى و سفينة النجاة
-------------------------------------------------
"Ey Kitab Ehli! Niye haqqı batılla qarıştırır ve bile bile gerçeyi gizlidirsiniz?" (Âl-i İmrân, 3/71),...........
<Bu kishi sayiqlayir....ALLAHIN KITABI BIZE BES EDER>............
---------------------------------------------------

#13 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 25 февраля 2014 - 00:11

uje ebu olmurda ibni zina olur. :gizildish:




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru