Перейти к содержимому

Фотография

Mutə Nikahı

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 28

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 27 Август 2011 - 19:02

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

forumda mutə nikahı haqqında bir neçə mövzu olmağına baxmayaraq belə bir mövzunu açmaqda məqsədim mutə nikahı haqqında ümumi məlumat vermək, bu nikahın Rəsulullah s.a.a tərəfindən qadağan edilib edilmədiyi araşdırmaq, həmçinin Rəsulullahdan s.a.a sonra bu nikahı caiz bilən səhabə, tabein və əhli sünnə alimlərinin adlarını nəql etməkdir. inşaAllah bunu edərkən sadəcə müxaliflərin mənbəlrinə və sadəcə səhih sənədlər ilə sabit olmuş hədislərə isnad edəcəyik. qardaş və bacılardan xahişim mövzu ilə əlaqsəi olmayan yazılar yazmasınlar ki, bu barədə gözəl məlumatların tolandığı və axtardığmızı tapa biləcəyimiz bir mövzu olsun. Allah c.c-dan kömək diləyir və yanlız Ona təvəkkül edirəm.

#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 27 Август 2011 - 19:07

1. mutə nikahı nədir?

mutə nikahı azda olsa haqqında məlumat sahibi olduğumuz nikah növlərindəndir. bu nikahın daimi nikah ilə olan fərqi bu nikahda talağın olamamağı və nikahın müəyyən vaxta qədər olmağıdır. indi bu sözü əhli sünnə mənbələrindən nəql edək:

عن السدي : " فما استمتعتم به منهن إلى أجل مسمى فآتوهن أجورهن فريضة ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة " فهذه المتعة : الرجل ينكح المرأة بشرط إلى أجل مسمى ، ويشهد شاهدين ، وينكح بإذن وليها ، وإذا انقضت المدة فليس له عليها سبيل ، وهي منه برية ، وعليها أن تستبرئ ما في رحمها ، وليس بينهما ميراث ، ليس يرث واحد منهما صاحبه .
...Süddi dedi: Ayənin bu hissəsi, mütə nikahını ifadə edir. Mutədə adam bir qadını, müəyyən bir müddət üçün vəlisinin icazəsini alaraq və iki də şahid tutaraq evlənər. Müddət bitdikdən sonra artıq kişinin, o qadının üzərində heç bir haqqı qalmaz. Ancaq qadının rəhminin təmiz olduğunu anlaşılmasını (hamilə olmadığının anlaşılmasını) gözləməsi lazımdır. Belə bir nigahla evlənənlər bir-birlərinə varis ola bilməzlər.

"Təfsir ət-Təbəri", 8/176, hədis 9033

#3 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 27 Август 2011 - 19:19

Bismillah,səhih hədis (təvatür YOX!) Quran ayəsini nəsx edə bilər???
Və ya buna oxşar sual verim,konkret...Nisa 24-ün mütə ayəsi olmasını və o ayəni nəsx edən AYƏ olmamasını sübut edəndən sonra,"Peyğəmbər(s) qadağan etdi mütəni" şəklində bütün səhih(ricalla) hədisləri divara vura bilərikmi?
Biz sübut edirik ki,mütə ayəsi var və nəsx edən olmayıb.Onlar deyirlər ki,Təbukda(deyəsən) qadağan edib.Tutaq ki,bu səhihdir(hədis).Onda yenə də haqlı biz oluruqmu?Çünki səhih hədis ayəni nəsx edə bilməz...Mütəvatür edə biər,o da süutən(nəzəri cəhətdən).İsbatən(praktiki) cəhətdən baş verməyib...
P.S bir də,ümumiyyətlə,Təbukda qadağan etməsi,iddiasına rəddimiz nədir?

Сообщение отредактировал Kanan_313N: 27 Август 2011 - 19:20

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 27 Август 2011 - 19:28

2. mutə nikahı İslamda varmı? və bu nikah sonradan qadağan edilibmi?

mutə nikahının Rəsulullah s.a.a zamanında olduğu haqqında Şiə və Əhli sünnə arasında ixtilaf yoxdur, ixtilaf bu nikahın sonradan yasaqlanıb yasaqlanmadığı haqqındadır. belə ki, əhli sünnə Rəsulullahın s.a.a bu nikahı sonradan yasaqladığını iddia edir, Şiə isə əksinə Rəslullahın s.a.a yasaqlamadığını, əksinə bu nikahın Rəsul s.a.a, Əbu Bəkir və Ömər dövründə olduğunu ancaq Ömərin öz krallığı zamanı bunu qadağan etdiyini deyir. və buna dəlil olaraq da səhabələrin sözlərni nəql edir. buna bir neçə misal:

2-1. səhabə ibni Abbas r.a

Прикрепленный файл  musannaf1.jpg   22,24К   9 Количество загрузок:Прикрепленный файл  musannaf2.jpg   36,5К   13 Количество загрузок:Прикрепленный файл  musannaf3.jpg   36,86К   7 Количество загрузок:

kitab: "əl-Musənnaf", 496-497-ci səhifələr
müəllif: Abdurrəzzaq əs-Sənani

...Ata ibni Abbas r.a-dan dedi ki: "mutə Allahdan bir izin və Rəsulullahın s.a.a ümmətinə bir rəhmətdir. əgər Ömər onu qadağan etməsə idi azğınlardan başqa heç kim zina etməzdi"

əhli sünnənin hədis alimi, "Səhihi Buxari"nin şərhçisi ibni Hacər bu hədisin səhihliyini təsdiq etmişdir. ibni Hacərin "Fəth əl-Bari" kitabından hədis haqqında səhih hökmünü görmək üçün linkə baxın: http://velayet.files...ibni_hacer.jpeg

2-2. səhabə Cabir b.Abdullah əl-Ənsari r.a:

حَدَّثَنِي مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ كُنَّا نَسْتَمْتِعُ بِالْقَبْضَةِ مِنْ التَّمْرِ وَالدَّقِيقِ الْأَيَّامَ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِي بَكْرٍ حَتَّى نَهَى عَنْهُ عُمَرُ فِي شَأْنِ عَمْرِو بْنِ حُرَيْثٍ
...Əbu Zubeyr nəql etdi, dedi ki Cabir b. Abdullahı belə deyərkən eşitdim: "Biz Rəsulullah s.a.a ilə Əbu Bəkir zamanında bir ovuc xurma və un müqabilində bir neçə günlük mutə edərdik. nəhayət Əmr b. Hureys hadisəsində Ömər bundan nəhy etdi"

Müslüm, "əs-Səhih", Nikah kitabı, hədis 1405

2-3. səhabə İmran b. Huseyin:

حَدَّثَنَا حَامِدُ بْنُ عُمَرَ الْبَكْرَاوِيُّ وَمُحَمَّدُ بْنُ أَبِي بَكْرٍ الْمُقَدَّمِيُّ قَالَا حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ حَدَّثَنَا عِمْرَانُ بْنُ مُسْلِمٍ عَنْ أَبِي رَجَاءٍ قَالَ قَالَ عِمْرَانُ بْنُ حُصَيْنٍ نَزَلَتْ آيَةُ الْمُتْعَةِ فِي كِتَابِ اللَّهِ يَعْنِي مُتْعَةَ الْحَجِّ وَأَمَرَنَا بِهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ لَمْ تَنْزِلْ آيَةٌ تَنْسَخُ آيَةَ مُتْعَةِ الْحَجِّ وَلَمْ يَنْهَ عَنْهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى مَاتَ قَالَ رَجُلٌ بِرَأْيِهِ بَعْدُ مَا شَاءَ
...Əbu Rəca belə rəvayət etdi. İmran b. Hüseyin belə dedi: "Allahın kitabında mutə ayəsi nazil oldu, Rəsulullah s.a.a onu bizə əmr etdi. daha sonra Allahın kitabında mutəni nəsx edən bir ayə nazil olmadığı kimi Rəsulullah s.a.a-da vəfatına qədər onu nəhy etmədi. sonra bir adam öz rəyi ilə istədiyini dedi"

Müslüm, "əs-Səhih", Həcc kitabı, hədis 1226

nasibilər bu hədis haqqında gücənirlər ki, "bəs bu hədisdə təməttu həccindən danışılır çünkü Müslüm bu hədisi həcc kitabında, təməttu fəslində gətirmişdir" cavab: bu sadəcə bir oyundur, və zəifdir. hədis bunu rədd etmişdir, çünkü hədis deyir ki, "mutə ayəsi nazil oldu" sual:

a. "təməttu həcci ayəsi" var?
b. "Təməttu həcci ayəsi" sözü ilə "mutə ayəsi" arasında nə kimi əlaqə var?

2-4. imam Əli a.s:

حدثنا محمد بن المثنى قال : حدثنا محمد بن جعفر قال : حدثنا شعبة ، عن الحكم قال : سألته عن هذه الآية : والمحصنات من النساء إلا ما ملكت أيمانكم إلى هذا الموضع : فما استمتعتم به منهن ، أمنسوخة هي ؟ قال : لا ، قال الحكم : وقال علي رضي الله عنه : لولا أن عمر رضي الله عنه نهى عن المتعة ما زنى إلا شقي .
...Şöbə dedi: mən Hakimdən "ayənin bu (yəni mutə nikahına icazə verən) hissəsi nəsx edilib?" deyə soruşdum. Hakim dedi: yox, Əli r.a dedi ki: "əgər Ömər mutə nikahını qadağan etməsəydi azğınlar istisna heç kimsə zina etməzdi"

"Təfsir ət-Təbəri", 8/176, hədis 9042

2-5. Ömər b. xəttab l.a:

قال عمر بن الخطاب : متعتان كانتا على عهد رسول الله صلى الله عليه وسلم وأنا أنهى عنهما وأضرب عليهما هذا لفظ أيوب ، وفي رواية خالد أنا أنهى عنهما وأعاقب عليهما . متعة النساء . ومتعة الحج
Ömər b. xəttab dedi: "Rəsulullah s.a.a zamanında 2 mutə var idi; qadınların mutəsi və həcc mutəsi. mən onları nəhy edirəm və bunları edənlərə cəza verəcəyəm."

hədisin sihhətinə gəlincə:

خلاصة حكم المحدث: صحيح
səhih

Səid b. Mənsur, "Sünən", 1/218, hədis 852
ibni Həzm, "əl-Muhəlla", 7/107

#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 27 Август 2011 - 19:54

3. mutə nikahının halal və caiz olduğunu söyləyənlər:

Прикрепленный файл  muhalla-1858.jpeg   262,45К   8 Количество загрузок:
kitab: "əl-Muhəlla", nikah fəsli, 1858-ci məsələ
müəllif: ibni Həzm əl-Əndəlusi

1858 - مَسْأَلَةٌ‏:‏
1858-ci məsələ:

قال أبو محمد‏:‏ وَلاَ يَجُوزُ نِكَاحُ الْمُتْعَةِ، وَهُوَ النِّكَاحُ إلَى أَجَلٍ، وَكَانَ حَلاَلاً عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ نَسَخَهَا اللَّهُ تَعَالَى عَلَى لِسَانِ رَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَسْخًا بَاتًّا إلَى يَوْمِ الْقِيَامَةِ‏.‏ وَقَدْ ثَبَتَ عَلَى تَحْلِيلِهَا بَعْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ جَمَاعَةٌ مِنْ السَّلَفِ، رضي الله عنهم، مِنْهُمْ مِنْ الصَّحَابَةِ، رضي الله عنهم، أَسْمَاءُ بِنْتُ أَبِي بَكْرٍ الصِّدِّيقِ، وَجَابِرُ بْنُ عَبْدِ اللَّهِ، وَابْنُ مَسْعُودٍ‏.‏ وَابْنُ عَبَّاسٍ، وَمُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ، وَعَمْرُو بْنُ حُرَيْثٍ، وَأَبُو سَعِيدٍ الْخُدْرِيِّ، وَسَلَمَةُ، وَمَعْبَدٌ ابْنَا أُمَيَّةَ بْنِ خَلَفٍ وَرَوَاهُ جَابِرُ بْنُ عَبْدِ اللَّهِ عَنْ جَمِيعِ الصَّحَابَةِ مُدَّةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمُدَّةَ أَبِي بَكْرٍ، وَعُمَرَ إلَى قُرْبِ آخَرِ خِلاَفَةِ عُمَرَ‏.‏ وَاخْتُلِفَ فِي إبَاحَتِهَا، عَنِ ابْنِ الزُّبَيْرِ، وَعَنْ عَلِيٍّ فِيهَا تَوَقُّفٌ‏.‏ وَعَنْ عُمَرَ بْنِ الْخَطَّابِ أَنَّهُ إنَّمَا أَنْكَرَهَا إذَا لَمْ يُشْهِدْ عَلَيْهَا عَدْلاَنِ فَقَطْ، وَأَبَاحَهَا بِشَهَادَةِ عَدْلَيْنِ‏.‏ وَمِنْ التَّابِعِينَ‏:‏ طَاوُوس، وَعَطَاءٌ، وَسَعِيدُ بْنُ جُبَيْرٍ، وَسَائِرُ فُقَهَاءِ مَكَّةَ أَعَزَّهَا اللَّهُ‏.‏
...Rasulallah s.a.s-dən sonra sələfdən bir qrup -Allah onlardan razı olsun- mutanın halal olduğunu bildirdilər. Onlardan səhabələr -Allah onlardan razı olsun- Əsma bint Əbu Bəkr əs-Siddiq, Cabir b. Abdullah, İbn Məs`ud, İbn Abbas, Müaviyə b. Əbu Sufyan, Əmr b. Hureys, Əbu Səid əl-Xudri, Sələmə və Mə`bəd b. Umeyyə b. Xələfdir. Bunu Cabir b. Abdullah Peyğəmbər s.a.s, Əbu Bəkr zamanında və Ömərin xilafətinin sonuna yaxın zamanda səhabələrdən rəvayət etmişdir. Mut`anin mübah olması barədə İbn Ömərdə ixtilaf, Əlidə isə təvəqquf edilmişdir. Ömər b. Xəttab yalnız iki adil şəxs şəhadət verməyənə qədər inkar etmişdir, iki adil şəxs şəhadət verdikdə isə mübah bilmişdi.

Tabeinlərdən isə Tavus, Ata, Səid b. Cubeyr və Məkkənin digər fəqihləri Allah onları əzizi etsin.(mutanın halal olduğunu bildirdilər)

ibni Həzm, "əl-Muhəlla", Nikah bölməsi, 1858-ci məsələ

bir başqa əhli sünnə alimi əl-Qurtubi deyir:

وقال أبو بكر الطرطوسي : ولم يرخص في نكاح المتعة إلا عمران بن حصين وابن عباس وبعض الصحابة وطائفة من أهل البيت
Əbu Bəkir ət-Tartusi dedi: mutə nikahına İmran b. Hüseyin, ibni Abbas, bəzi səhabələr və Əhli Beytdən bir qurup istisna heç kəs icazə vermir.

وقال أبو عمر : أصحاب ابن عباس من أهل مكة واليمن كلهم يرون المتعة حلالا على مذهب ابن عباس وحرمها سائر الناس
Əbu Ömər (ibni Əbdülbərr) dedi: Məkkə xalqından olsun, Yemənlilərdən olsun ibni Abbasın əshabı hamısı mutənin ibni Abbasın məzhəbinə görə caiz olduğunu, digər insanların məzhəbinə görə isə haram olduğunu deyirlər.

Qurtubi, "əl-Camiul Əhkam əl-Quran", 5/177

həmçinin, "Səhihi Müslim"i türkcəyə tərcümə etmiş olan Əhməd Davudoğlu Cabir b. Abdullah r.a-ın mutə nikahı haqqındaki hədisdən sonra iazh verərək deyir:

ibni Əbdülbərr mutə nikahı haqqında əvvəlcədən ixtilaf olduğunu qeyd etdikdən sonra deyir: "səhabəyə gəldikdə onlar mutə nikahı haqqında ixtilaf etmişdirlər. ibni Abbas bunun halal və caiz olduğuna qaildir, bu məsələdə ondan rəvayət edənlər arasında ixtilaf yoxdur. Ata b. Əbi Rəbbah, Səid b. Cübeyr və Tavus da daxil olmaq üzərə ibni Abbasın əshabı bu qənaətdədirlər. Əbu Səid əl-xudri və Cabir b. Abdullahın da mutə nikahını caiz və halal gördüklərdi də nəql edilib"

Müslüm, "əs-Səhih", Nikah kitabı, hədis 17, tərcüməçinin qeydi

#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 28 Август 2011 - 14:46

4. etirazlar:

4-1. mutə nikahını Ömər b. xəttab qadağan etməişdir. Rəsulullah s.a.a qadağan etmiş ancaq bəzi səhabələr bundan xəbərdar olmadıqları üçün Ömər öz dövründə bunu təkrar elan etmişdir. bunun dəlili ibni Macənin rəvayət etdiyi bu hədisdir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلَانِيُّ حَدَّثَنَا الْفِرْيَابِيُّ عَنْ أَبَانَ بْنِ أَبِي حَازِمٍ عَنْ أَبِي بَكْرِ بْنِ حَفْصٍ عَنْ ابْنِ عُمَرَ قَالَ لَمَّا وَلِيَ عُمَرُ بْنُ الْخَطَّابِ خَطَبَ النَّاسَ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَذِنَ لَنَا فِي الْمُتْعَةِ ثَلَاثًا ثُمَّ حَرَّمَهَا وَاللَّهِ لَا أَعْلَمُ أَحَدًا يَتَمَتَّعُ وَهُوَ مُحْصَنٌ إِلَّا رَجَمْتُهُ بِالْحِجَارَةِ إِلَّا أَنْ يَأْتِيَنِي بِأَرْبَعَةٍ يَشْهَدُونَ أَنَّ رَسُولَ اللَّهِ أَحَلَّهَا بَعْدَ إِذْ حَرَّمَهَا
...ibni Ömər dedi: Ömer b. xəttab xəlifə olanda xalqa xitab edərək belə dedi: "Rəsulullah s.a.a şübhəsiz mutə nikahı üçün bizə 3 gün icazə verdi sonra isə bunu qadağan etdi. Rəsulullahın s.a.a mutə nikahını haram qıldıqdan sonra halal qıldığına şahidlik edəcək 4 nəfər şahid gətirilmədikcə mutə nikahı ilə bir qadın ilə birləşən şəxsi rəcm edəcəyəm, Allaha and içirəm"

ibni Macə, "Sünən", Nikah kitabı, bab 44, hədis 1963

cavab: bu hədisin bir bənzərini də Beyhəqi "Sünən" adlı ktabında nəql etmişdir. ancaq, hər 2 hədis də zəifdir. ibni Macənin hədisinin sənədinə qırmızı ilə işarələdiyim Əbu Bəkir b. Həfsdir və o zəifdir. ibni Macənin rəvayət etdiyi bu hədisin zəif olduğunu nasibilərin son dövr şeyxi əl-Albani də təsdiqləmişdir. türk sünnüləri əl-Albaninin "Sünən Əbu Davud"da olan zəif hədisləri "Əbu Davudun zəifləri" adı ilə darulkitap.com saytına yerləşdiriblər. istəyənlər linkdə baxa bilərlər: "Əbu Davudun zəifləri", hədis 1963

Beyhəqinin "Sünən" adlı kitabında rəvayət etdiyi hədisin sənədində isə Mənsur b. Dinar vardır və o zəifdir. Yəhya b. Main onun haqqında "zəifdir, etina edilməz"; Nəsai "onun rəvayətləri sağlam deyil"; Buxari "onun rəvayətlərində problem var" demidir, əl-Uqeyli isə onu "əz-Zuəfa" (zəif ravilər) adlı kitabında qeyd etmişdir. bax: ibni Hacər, "Lisan əl-Misan", 4/95

#7 Azer-bakili

Azer-bakili

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 16 сообщений

Отправлено 04 Сентябрь 2011 - 13:53

Men sizin ile spor elemek istemirem sadece bir qardasyana meslehet etmek isteyirem Mutadan cekinin yoxsa imaniniz azalacaq sonra namaz qila bilmeyeceksiniz.

#8 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 04 Сентябрь 2011 - 15:07

Men sizin ile spor elemek istemirem sadece bir qardasyana meslehet etmek isteyirem Mutadan cekinin yoxsa imaniniz azalacaq sonra namaz qila bilmeyeceksiniz.

Bismillah,elə yazma qardaş.Yaz ki,mütə halal olmasına baxmayaraq,həddi aşmamaq lazımdır və axırda siz deyən kimi imana da təsir edə bilər(əgər zayın çıxsa)...
2 nümunə:Bir qardaş hətta İmam Rzaya(ə) ziyarətə də getmişdi,amma bu mütənin üstündə dilini saxlaya bilmirdi.Mağaza işlədirdi,amma subay bacı görən də mədəni kompliment deyirdi.Artıq o həddi aşmışdı...Eləsi də var ki,biri ilə mütə edir,taa evlənənə qədər(başqası ilə).Sadəcə fəsada düşməsin deyə,həm də tibbi cəhətdən ziyan olmaması üçün bunu edir(məsələn,imkan yoxdur 26-27də evlənəcək).Beləsinə heç kəs nəsə deyə bilməz...Elə halallar var ki,ehtiyyatla istifadə etmək lazımdır...

#9 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 04 Сентябрь 2011 - 16:20

Men sizin ile spor elemek istemirem sadece bir qardasyana meslehet etmek isteyirem Mutadan cekinin yoxsa imaniniz azalacaq sonra namaz qila bilmeyeceksiniz.

Mənim də sənə 2 məsləhətim var:
1. İslamı qəbul elə, vəhhabiliklə dünyadan imansız gedəcəksən.
2. Bu forumdan gözünü çəki, sən 100 niklə də girsən, ban alassan.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#10 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 05 Ноябрь 2011 - 19:47

Ehli-Beyt (a) mektebinde de, "mute"-nin hallaligina dair bir chox sehih hedis movcuddur. Delil kimi, bir neche hedis yazacam. Mehshur bir hedis:

1.Zurareden revayet olunur ki, dedi: Abdullah ibn Umeyr imam Baqirin(eleyhis-selam) yanına gelib:

- Mute baresinde nezeriniz nedir?- deye soruşdu.

İmam(eleyhis-selam):

- Allah-taala oz kitabında ve resulunun vasitesile muteni halal etmişdir. Mute nikahı qiyamet gununedek halaldır, - deye cavab verdi.

- Ey Ebu Cefer, Omer bu işi haram etdiyi teqdirde sizin kimi bir şexsiyyet bele bir soz danışırsınız?

- Herchend haram etmişse de! - dedi imam.

Abdullah ibn Umeyr uzunu imama chevirib dedi:

- Men sizden Allaha penah aparıram. Omer bir şeyi haram edir ve siz ise onu halal!

- Siz oz sahibinizin sozunde qalın, men de Allahın resulunun sozunde,- deye imam cavab verdi.

“Vəsailuş-şiə”, c.21, səh. 287.

“Təhzibul-əhkam”, c.7, səh. 250.

“Mustədrəkul-vəsail”, c.14, səh. 49.

“Furui-kafi”, c.5, səh. 449.

2.İmam Rza (eleyhis-selam) buyurdu: “Allahın resulu Mute nikahını halal etmiş ve oz vefat gunune qeder ona qadağa qoymamışdır.”

“Vəsailuş-şiə”, c.21, səh. 7.
“Mən la yəhzuruhul-fəqih”, c.3, səh. 292.

3.Ebu Besirden neql olunur ki, dedi: Imam Baqirden (eleyhis-selam) Mute nikahı haqqında soruşdum. İmam (eleyhis-selam) buyurdu: “Quranda "femestemtetum bihi minhunne feetuhunne ucurehunne ferizeh" (4:24) ayesi Mute baresinde nazil olmuşdur.”

“Vəsailuş-şiə”, c.21, səh. 5.

“Əl-istibsar”, c.3, səh. 141.

“Təhzibul-əhkam”, c.7, səh. 250.

“Furui kafi”, c.5, səh. 447.

4.Bukeyr ibn Mehemmed dedi: İmam Sadiqden (eleyhis-selam) Mute haqqında soruşdum. O,:

- "Femestemtetum bihi minhunne feetuhunne ucurehunne ferizeh" (4:24) ayesi Mute baresinde nazil olmuşdur,”- deye cavab verdi.

“Vəsailuş-şiə”, c.14, səh. 439.

“Kənzul-dəqaiq”, c.3, səh. 74.

#11 elmir

elmir

    Arif – Corporal

  • Murid
  • 62 сообщений

Отправлено 24 Декабрь 2011 - 10:59

#12 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 24 Декабрь 2011 - 18:37

Bismillah,Hacı yaxşı izah edib,Allah razı olsun!Nisa 24-ün mütə ayəsini olmasını mən elə bilirdim,ibn Kəsir deməyib.Amma oxudum ki,o da deyib.Fəxri Razi,Təbəri,ibn Kəsir,Qurtubi kimi alimlər nisa 24-ün mütə ayəsi olmasını deyiblər.Suyutinin fikrini bilmirəm,bilən varsa dəlili ilə,linki ilə yazsın öyrənək...Buxaridə zadda olan rəvayətlər vahidi xəbər sayılır,Ayətullah Xoi(rə) də öz "(nəsə) fil təfsiril Quran" kitabında yazır ki,(Az.dilində də var) vahidi xəbər Quran ayəsini nəsx edə bilməz...Üsul elmindən də bəllidir ki,yalnız təvatür hədis Quran ayəsini nəsx edə bilər,amma sübutən(nəzəriyyədə),isbatən baş verməyib(praktiki olaraq).Bu bizim üsuldandır,əsas odur ki,mütəvatür hədis ayəni nəsx edə bilər...Mütənin ləğvi isə İSLAMDA təvatür deyil,yalnız sünnülər qəbul edir,onu da səhih səviyyədə olmalıdır,deyəsən...Yəni bunun ləğvinin Qədir-Xum kimi,İmam Mehdinin gəlməsi kimi təvatür həddə dəlili yoxdur
Əssalamu aleykum

#13 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 25 Декабрь 2011 - 17:59

Прикрепленный файл  muta ibn abbas-ibni hacer.JPG   223,03К   1 Количество загрузок:
kitab: "Fəth əl-Bari"
müəllif: ibni Hacər

قال ابن بطال روى أهل مكة واليمن عن ابن عباس إباحة المتعة وروى عنه الرجوع بأسانيد ضعيفة وإجازة المتعة عنه أصح وهو مذهب الشيعة
ibni Battal dedi: Məkkə və Yəmən əhli ibni Abbasdan mutənin halal olduğunu rəvayət etmişdir və onun (ibni Abbasın) mutanın halal olduğu görüşündən döndüyünü bildirən rəvayətlər zəifdir. səhih olan ibni Abbasın nəzərində mutənin caiz olduğudur və bu Şiənin də görüşüdür.

ibni Hacər, "Fəth əl-Bari", 9/173

eynisini əş-Şövkani də ibni Battaldan nəql etmişdir: əş-Şövkani, "Neyləl Əvtar", 6/84

əhli sünnədə gücənir ki, "sələfin yolunda olan bizik" siz necə sələfin yolunda ola bilərsiniz ki? bir halda ki, nə əqidəniz və nədə əhkamınız onların əqidəs və əhkaçına uyğun deyil.

#14 Ehli Sunnet

Ehli Sunnet

    Jundi – Soldier

  • Ibtidai
  • 8 сообщений

Отправлено 13 Январь 2012 - 18:05

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

forumda mutə nikahı haqqında bir neçə mövzu olmağına baxmayaraq belə bir mövzunu açmaqda məqsədim mutə nikahı haqqında ümumi məlumat vermək, bu nikahın Rəsulullah s.a.a tərəfindən qadağan edilib edilmədiyi araşdırmaq, həmçinin Rəsulullahdan s.a.a sonra bu nikahı caiz bilən səhabə, tabein və əhli sünnə alimlərinin adlarını nəql etməkdir. inşaAllah bunu edərkən sadəcə müxaliflərin mənbəlrinə və sadəcə səhih sənədlər ilə sabit olmuş hədislərə isnad edəcəyik. qardaş və bacılardan xahişim mövzu ilə əlaqsəi olmayan yazılar yazmasınlar ki, bu barədə gözəl məlumatların tolandığı və axtardığmızı tapa biləcəyimiz bir mövzu olsun. Allah c.c-dan kömək diləyir və yanlız Ona təvəkkül edirəm.

1- Islamda nigahda yeni qanuni nigahda MEHIR haqqi veririk. Ve MEHRIN odenilmesi ferzdir eyer odenmezse qul haqqi olur. Sizden xahish ederdim bu qanunun haradan goturulduyunu mene iazh edesiniz. (Yeni hansi ayete esasen MEHIR odenilir onu aciqlayin).

2- Ve birde sizden xahishim Muminun Suresinin 4-5-6-7 ayelerini mene cavab olaraq yazmanizdi.

ALLAH (c.c) RAZI OLSUN

#15 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 13 Январь 2012 - 20:32

1- Islamda nigahda yeni qanuni nigahda MEHIR haqqi veririk. Ve MEHRIN odenilmesi ferzdir eyer odenmezse qul haqqi olur. Sizden xahish ederdim bu qanunun haradan goturulduyunu mene iazh edesiniz. (Yeni hansi ayete esasen MEHIR odenilir onu aciqlayin).

2- Ve birde sizden xahishim Muminun Suresinin 4-5-6-7 ayelerini mene cavab olaraq yazmanizdi.

ALLAH (c.c) RAZI OLSUN

Bismillah,siz birinci sualı hansı nikahla bağlı verdiz?Əgər mütədirsə,elə nisa 24-mütə ayəsi bunu deyir..."..yaxınlıq etdiyiniz qadınların MEHRİNİ verin.."
2.Muminin surəsi ilə bağlı sizi konkret nə maraqlandırır??Əgər bunu nisa 24-ə zidd bilirsizsə səhv bilirsiz,çünki Quranda bir-birinə zidi iki ayə yoxdur.Yox əgər nəsxi deyəcəksizsə,Muminin surəsinin ayələri Məkkə ayəsidir,Nisa surəsininkilər isə Mədinə.Nəsx budur ki,sonra nazil olan əvvəl nazil olanı nəsx etsin.Yəni Məkkə ayələri Mədinə ayələrini heç vaxt nəsx edə bilməz,dolayısı ilə Muminun surəsinin ayəsi,Nisa surəsinin ayəsini nəsx edə bilməz

#16 Ehli Sunnet

Ehli Sunnet

    Jundi – Soldier

  • Ibtidai
  • 8 сообщений

Отправлено 14 Январь 2012 - 09:01

mövzü mütə nigahı haqdadır, daimi nigah haqda yox.

#17 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 15 Январь 2012 - 16:40

Assalamu Aleykum.

Men Normal nigahda olan (Mutha yox) MEHIR emrinin hansi sheri qanuna esasen oldugunu sorushdum. Ve sadece olaraq Muminun Suresinin 4-5-6-7 Ayelerini bura yazmanizi istedim. "Sohbetin movzusu olmayan dogrularla Sohbetin movzusu olan sehfleri cavablandirmayin" Sizden ne istemishemse onu edin yada etmeyin sukut edin. Konkret Nigahdaki Mehir emri neye esasendir 1, ve Muminun suresi 4-5-6-7 ci ayeler. Elave hecne yazmayin ya bunlar yada hecne !!

ALLAH (c.c) RAZI OLSUN

Bismillah,mövzu mütə haqqındadır,birincisi belə sərt danışmaqdansa bir baxın hansı mövzuya girmisiz,ikincisi quran.az girin burda bütün Quran ayələri var.Sanki tapılmayan bir şey soruşmusuz eee,sizə ayə lazımdırsa evdə varsa o Qurandan,yoxdursa yazdığım saytdan oxuyun...

#18 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 15 Январь 2012 - 22:08

Bismillah,siz birinci sualı hansı nikahla bağlı verdiz?Əgər mütədirsə,elə nisa 24-mütə ayəsi bunu deyir..."..yaxınlıq etdiyiniz qadınların MEHRİNİ verin.."
2.Muminin surəsi ilə bağlı sizi konkret nə maraqlandırır??Əgər bunu nisa 24-ə zidd bilirsizsə səhv bilirsiz,çünki Quranda bir-birinə zidi iki ayə yoxdur.Yox əgər nəsxi deyəcəksizsə,Muminin surəsinin ayələri Məkkə ayəsidir,Nisa surəsininkilər isə Mədinə.Nəsx budur ki,sonra nazil olan əvvəl nazil olanı nəsx etsin.Yəni Məkkə ayələri Mədinə ayələrini heç vaxt nəsx edə bilməz,dolayısı ilə Muminun surəsinin ayəsi,Nisa surəsinin ayəsini nəsx edə bilməz

Kanan qardash muminin 5 ve 6 ci ayeler mute nigahinin ziddine hec ne demir.qaldi ki nesx ede.cunki muta nigah movudur.amma qaldi ki o aye ele o vahabilerin istimnanin caiz olmamagina bir delildir.
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#19 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 16 Январь 2012 - 16:07

2- Ve birde sizden xahishim Muminun Suresinin 4-5-6-7 ayelerini mene cavab olaraq yazmanizdi.

Muminun suresi 6-cı ayet muta nikahını nesh etmişmidir? « velayet

#20 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 16 Январь 2012 - 22:44

Muminun suresi 6-cı ayet muta nikahını nesh etmişmidir? « velayet

Bismillah,qardaş,o, o söhbəti soruşmur)) ayələri sadəcə deyir...

#21 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 02 Февраль 2012 - 13:56

mutə nikahı haqqında bir məqalə və cavabı: http://velayet.wordp...makaleye-cevap/

#22 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 28 Август 2012 - 14:39

Quranı türk dilinə tərcümə edənlərdən biri olan Abdulbaki Gölpınarlı Nisa 24-ə yazdığı qeyddə belə deyir :

24- Kocalı kadınlarla evlenmek de haram; ancak sahibi olduğunuz cariyeler müstesna. Allah'ın yazısı bu, emri bunlar size ve bunlardan başkalarını, evlenmeniz ve zinâda bulunmamanız için arayıp istemeniz helâl edilmiştir size. Kadınlardan biriyle evlenerek faydalandığınız takdîrde mehirlerini kararlaştırıldığı veçhile verin. Miktarını tâyin ettikten sonra gönül hoşluğuyla herhangi bir hususta uyuşursanız suç yok size. Şüphe yok ki Allah her şeyi bilir, hüküm ve hikmet sahibidir.67[5]

[5] Âyette, "Evlenmek sûretiyle faydalanılan kadınlar" kendileriyle "müt'a" yapılan kadınlardır. "Müt'a", zamânı ve ücreti muayyen olmak, şartıyla, soy-sop, süt anne, yahut herhangi bir sebeple alınması haram olmayan bir kadını muvakkat nikâhla almaktır. Ehli Sünnete göre bu nikâh, sonradan kaldırılmıştır. Buhârî, Hayber'in fethedildiği gün Hz. Peygamberin, bu nikâhı nehyettiğine dâir Ali'den bir hadis tahric eder (al-Tacrid, 2, Gazvatu Haybar, s. 81). Müslim, birçok hadislerle Hz. Muhammed (s.a.a)'in, bir ruhsat olarak müt'aya izin verdiğini üçü mütecâviz hadisle müt'anın, Abû - Bekr ve Ömer zamanında câri olduğunu, Ömer tarafından menedildiğini, birçok hadislerle de Hz. Peygamber tarafından menedilmiş bulunduğunu bildirir. Ancak Hz. Muhammed (s.a.a) tarafından menedildiğini bildiren hadislerin bir kısmında Mekke'nin, bir kısmındaysa Hayber'in fethedildiği gün menedildiği rivâyet edilir (Matbaa-i Âmire - 1331, 4, Bâbu Nikâh-al Müt'aa, s. 130 - 135). Cumhûr-i Ehli Sünnet, müt'anın haram olduğunda müttefiktir (Şia-i İmâmiyye'nin fikri için bakınız; Seyyid Şerefüddin Abd-al Husayn-al Amili; Acvıbatu Masâili Cârullâh, Saydâ - Matbaat-al İrfân, 1355-1936, s. 89 - 106).

MƏNBƏ
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#23 pontifik

pontifik

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 18 сообщений

Отправлено 16 Сентябрь 2012 - 21:39

İranda siğə mübahisələri

İran parlamentinin keçmiş deputatı, azərbaycanlı Əkbər Ələmi sentyabrın 11-i öz saytında yerləşdirdiyi yazıda Cümə Namazının Təşkili Qərargahının rəisi Möhsün Qəraətinin müvəqqəti evlilik (siğə) barədə bəyanatına etiraz bildirib.

Sentyabrın 10-da Tehranın Şəhid Behişti Universitetində ali məktəb rektorları ilə görüşən Möhsün Qəraəti tələbə qız və oğlanlar arasında siğənin yayılmasına şərait yaradılmasını tələb edib: “Siz universitetlərdə elə bir şərait və atmosfer yaratmalısınız ki, tələbə qızlar və oğlanlar asan yolla müvəqqəti evliliyə girsinlər, yoxsa haramın və haram əməllərin qarşısını almaq mümkün olmayacaq. Siz həm də tələbə qızlarla oğlanları bir-birindən ayırmalı, onların bir yerdə təhsil almasının qarşısını almalısınız”.

“Media forum” saytının məlumatına görə, Əkbər Ələminin saytında yerləşdirdiyi yazıda deyilir: “Universitet rektorlarına belə bir tövsiyə məntiqə, əxlaqa və insani dəyərlərə o qədər ziddir ki, ona önəm verməyinə dəyməz. Birincisi, ali təhsil ocaqlarında təhsil alan tələbə qızların əksəriyyəti bakirə və subay qızlardır. Bəzi tanınmış fiqh alimləri, o sıradan da ayətullahlar Sistani, Şübeyri Zəncani, Təbrizi, Nuri Həmədani və başqalarının dediyinə görə, bakirə bir qızın kiməsə siğə olunması üçün atanın izni vacibdir. Hətta qız kiməsə siğə olmağa razılıq versə də, şərəfi olan heç bir ata bununla razılaşmaz, qızının bu yolla bədbəxt olmasını istəməz.

Mən siğənin tələbə qızlar arasında yayılmasını dini baxımdan xeyirli sayan və buna rəvac verilməsinə israr edən cənab Qəraəti və onunla eyni fikirdə olanlara təklif edirəm ki, bu xeyirli işə əvvəl öz qızları, qız nəvələri və ya ailə üzvlərindən başlasınlar”.
http://www.mediaforu...ml#.UFYN9LIaPSs

#24 mashadi vuqar

mashadi vuqar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 16 Сентябрь 2012 - 22:02

baaa... bu kut beyin ne bilir ki burda sohbet neden gedir!! senin universitetlerinde neler baw verir ay yazig!! sigenin hokmleri var ve aydindir ki wertleri ...sigede cinsi yaxinlig istisnada ola biler..bu iki terefin raziligindan ireli gelen wertdir..lakin harama duwmeyin qarwisini alir ...bunu agil sahileri derk ede biler..amma uzun qulag ve Yahudilerin itleri bele weylerden oz menfeeti ve Islami ehkamlari pislemey ucun istifade edir...Allah lanet etsin !!!
Изображение أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ (46)

Разве они не странствовали по земле, имея сердца, посредством которых они могли разуметь, и уши, посредством которых они могли слушать? Воистину, слепнут не глаза, а слепнут сердца, находящиеся в груди. 22,46

#25 qulam

qulam

    Mulazzim – lieutenant

  • Murid
  • 480 сообщений

Отправлено 25 Декабрь 2012 - 19:02

Sələfilərin müasir alimlərindən olan "Twitter ulduzu" Şeyx İsa bin Salihdən soruşublar:

Bir sünni məzhəbli şəxs zina və ya müvəqqəti evlənmək arasında seçim etməli olsa, hansı daha yaxşıdır?

Cavab:

"Daha yaxşı olar ki, məxfi şəkildə zina etsin və sonra günahının kəffarəsini versin. Amma müvəqqəti evlənmək şər`i, əqli, əqidə baxımından haramdır."

Прикрепленный файл  thumb_shaikh_isa_bin_salih2a.jpg   12,29К   9 Количество загрузок: Прикрепленный файл  thumb_shaikh_isa_bin_salih_zina.jpg   15,61К   10 Количество загрузок:

Necə deyərlər, bu şeyxin əqidəsinə görə müvəqqəti evliliyin günahi hətta kəffarə ilə də paklanmaz, lakin zina isə kəffarə ilə paklanır.

حدثنا عَمْرُو بن عَوْنٍ حدثنا خَالِدٌ عن إِسْمَاعِيلَ عن قَيْسٍ عن عبد اللَّهِ رضي الله عنه قال كنا نَغْزُو مع النبي صلى الله عليه وسلم وَلَيْسَ مَعَنَا نِسَاءٌ فَقُلْنَا ألا نَخْتَصِي فَنَهَانَا عن ذلك فَرَخَّصَ لنا بَعْدَ ذلك أَنْ نَتَزَوَّجَ الْمَرْأَةَ بِالثَّوْبِ ثُمَّ قَرَأَ يا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوا طَيِّبَاتِ ما أَحَلَّ الله لَكُمْ

Amr b. Aun bizə rəvayət etdi, Xalid bizə İsmayıldan, o da Qeysdən, o da Abdullah (b. Məsuddan) (r.a) rəvayət etdi ki, dedi: "Biz Allah Rəsulu (s) ilə birlikdə döyüşdə idik. Yanımızda qadınlarımız yox idi. Biz dedik: "Özümüzü axtalayaqmı?" (Allah Rəsulu (s)) bizi bu işdən nəhy etdi və bizə bir paltar müqabilində (müvəqqəti) evlənməyə icazə verdi. Sonra (Abdullah b. Məsud) bu ayəni tilavət etdi: "Ey iman gətirənlər, Allahın sizə halal etdiyi nemətləri özünüzə haram etməyin." (Maidə, 87)

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih əl-Muxtəsər, Təfsir kitabı, Maidə surəsinin təfsiri, c.4, s.1687, №4339; Dar İbn Kəsir, Beyrut, 1414/1993

Mənbə: sibtayn.com saytının materialları əsasında hazırlanmışdır.

http://az.313news.net/article/a-189.html

#26 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 09 Февраль 2013 - 15:35

4. etirazlar:

4-1. mutə nikahını Ömər b. xəttab qadağan etməişdir. Rəsulullah s.a.a qadağan etmiş ancaq bəzi səhabələr bundan xəbərdar olmadıqları üçün Ömər öz dövründə bunu təkrar elan etmişdir. bunun dəlili ibni Macənin rəvayət etdiyi bu hədisdir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلَانِيُّ حَدَّثَنَا الْفِرْيَابِيُّ عَنْ أَبَانَ بْنِ أَبِي حَازِمٍ عَنْ أَبِي بَكْرِ بْنِ حَفْصٍ عَنْ ابْنِ عُمَرَ قَالَ لَمَّا وَلِيَ عُمَرُ بْنُ الْخَطَّابِ خَطَبَ النَّاسَ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَذِنَ لَنَا فِي الْمُتْعَةِ ثَلَاثًا ثُمَّ حَرَّمَهَا وَاللَّهِ لَا أَعْلَمُ أَحَدًا يَتَمَتَّعُ وَهُوَ مُحْصَنٌ إِلَّا رَجَمْتُهُ بِالْحِجَارَةِ إِلَّا أَنْ يَأْتِيَنِي بِأَرْبَعَةٍ يَشْهَدُونَ أَنَّ رَسُولَ اللَّهِ أَحَلَّهَا بَعْدَ إِذْ حَرَّمَهَا
...ibni Ömər dedi: Ömer b. xəttab xəlifə olanda xalqa xitab edərək belə dedi: "Rəsulullah s.a.a şübhəsiz mutə nikahı üçün bizə 3 gün icazə verdi sonra isə bunu qadağan etdi. Rəsulullahın s.a.a mutə nikahını haram qıldıqdan sonra halal qıldığına şahidlik edəcək 4 nəfər şahid gətirilmədikcə mutə nikahı ilə bir qadın ilə birləşən şəxsi rəcm edəcəyəm, Allaha and içirəm"

ibni Macə, "Sünən", Nikah kitabı, bab 44, hədis 1963

cavab: bu hədisin bir bənzərini də Beyhəqi "Sünən" adlı ktabında nəql etmişdir. ancaq, hər 2 hədis də zəifdir. ibni Macənin hədisinin sənədinə qırmızı ilə işarələdiyim Əbu Bəkir b. Həfsdir və o zəifdir. ibni Macənin rəvayət etdiyi bu hədisin zəif olduğunu nasibilərin son dövr şeyxi əl-Albani də təsdiqləmişdir. türk sünnüləri əl-Albaninin "Sünən Əbu Davud"da olan zəif hədisləri "Əbu Davudun zəifləri" adı ilə darulkitap.com saytına yerləşdiriblər. istəyənlər linkdə baxa bilərlər: "Əbu Davudun zəifləri", hədis 1963

Beyhəqinin "Sünən" adlı kitabında rəvayət etdiyi hədisin sənədində isə Mənsur b. Dinar vardır və o zəifdir. Yəhya b. Main onun haqqında "zəifdir, etina edilməz"; Nəsai "onun rəvayətləri sağlam deyil"; Buxari "onun rəvayətlərində problem var" demidir, əl-Uqeyli isə onu "əz-Zuəfa" (zəif ravilər) adlı kitabında qeyd etmişdir. bax: ibni Hacər, "Lisan əl-Misan", 4/95

Əssalamu aleykum va rahmətullah.

Yenə də səhv məlumatlar və anlaşılmamazlıq. Çünki, Şeyx Əlbani (rhm) Sünən İbn Macədə keçən bu hədisə (1963 nömrləi hədisə) həsən demişdir. Bu linkdə Şeyx Əlbaninin digər hədis kitablarında olan zəif, uydurma hədislərin nömrələri var. - Zəif hədislər. Şeyx Əlbani

Həmçinin, Sünən İbn Macəni də yüklə - Sünən İbn Macə

Sən zəif hədis olan Əbu Davud 1963-nən İbn Macə 1963-ü qarışdırmısan.

Həmçinin, Əbu Bəkr ibn Həfz özü etibarlı ravidir, Hakim "Müstədrək"-ində, İbn Xuzeymə Səhihində onun hədislərini rəvayət etmişdilər.

#27 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 09 Февраль 2013 - 15:49

Həmçinin, burdan da baxa bilərsən - Sünən İbn Macə, Nigah kitabı, 1963

O ki qaldı digər rəvayətlərə. Səhabələrin bəziləri mutənin Qiyamətədək haram olduğunu eşitməmişlər, ona görə belə deyirdilər.

Сообщение отредактировал alizulfuqar: 09 Февраль 2013 - 15:51

#28 Ebelfez

Ebelfez

    Jundi – Soldier

  • Ibtidai
  • 2 сообщений

Отправлено 28 Июнь 2015 - 15:22

Salam aleykum ,eziz momin qardawlar meni bir balanca sual chox maraklandirir eslinde bu sual balaca olmakla chox boyuk incelikleri varki ona lazimi qeder men cavab tapa bilmirem . Sual neden ibaretdi...?
Sige eslinde Allah terefinden halaldi buyrulubdu ve Allahin Halalini hech bir kes Harama chevire bilmez ve Qurani Kerimde bu testiq olunur ""Nisa suresinin 24 ayedinden"".
Bes eger bir balaca menteqede sige etmeke pis baxirlarsa ve yaxud onu edeni mohkem doyub ve hetda oldururlerse o zaman orda sigenin hokmu nece olur yeni urf meselesinden pis baxilirsa onda o menteqede sige etmek halaldi ya yox xaiw edirem mene bunun cavabini tez bir vaxda veresiniz inwallah evvelceden tewekkur edirem

#29 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 025 сообщений

Отправлено 28 Июнь 2015 - 17:15

Salam aleykum ,eziz momin qardawlar meni bir balanca sual chox maraklandirir eslinde bu sual balaca olmakla chox boyuk incelikleri varki ona lazimi qeder men cavab tapa bilmirem . Sual neden ibaretdi...?
Sige eslinde Allah terefinden halaldi buyrulubdu ve Allahin Halalini hech bir kes Harama chevire bilmez ve Qurani Kerimde bu testiq olunur ""Nisa suresinin 24 ayedinden"".
Bes eger bir balaca menteqede sige etmeke pis baxirlarsa ve yaxud onu edeni mohkem doyub ve hetda oldururlerse o zaman orda sigenin hokmu nece olur yeni urf meselesinden pis baxilirsa onda o menteqede sige etmek halaldi ya yox xaiw edirem mene bunun cavabini tez bir vaxda veresiniz inwallah evvelceden tewekkur edirem

Aleykum Salam Gardash.
Calisharam suala gisa cavab verim.
Shiyelikde siyge egide meselelerine aid deyil
Eger bir nefer siyge elamirse o onun oz ishidir
ve eger bir nefer shiye siygeni gebul etmirse o
insan yenada musalmandi ve shiyedir,.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru