Əhməd ibn Ziyad ibn Cəfər əl-Həmədani (Allah ondan razı olsun) bizə hədis söylədi və dedi: Əli ibn İbrahim ibn Haşim atasından, o da Əbdüs-Səlam ibn Saleh əl-Hərəvidən bizə hədis söylədi və dedi: Dibiibn Əli əl-Xuzayinin belə dediyini eşitdim: mövlam Rza (əleyhis-səlam) üçün bir qəsidə oxudum:
Ayələrin açıqlanıb təfsir edildiyi yer boş qalıb indi
Vəhyin nazil olduğu yer isə susuz bir çöl kimi qurudu
Şeirin
İmam Zühur edəcək, bu zühur qaçılmazdır,
Allahın adı və bərəkətləri ilə zühur edəcək.
Aramızda hər batili haqqdan ayıracaq.
Yaxşı və pis əməl sahiblərinə öz layiq olduqlarını verəcək.
hissəsinə yetişərkən İmam (əleyhis-səlam) bərk ağladı. Sonra başını qaldırıb mənə baxdı və buyurdu: “Ey Xuzayi, Ruhul-Qudus sənin dilinlə bu iki beyti oxudu. Heç bilirsənmi ki, bu imam kimdir və nə vaxt qiyam edəcək?” Dedi: “Xeyr, lakin bu qədər bilirəm ki, sizin nəslinizdən olan bir imam yer üzünü fəsaddan təmizləyəcək, onu ədalətlə dolduracaq.”
İmam (əleyhis-səlam) buyurdu: Ey Dibil, məndən sonra imam oğlum Məhəmməd, ondan sonra onun oğlu Əli, ondan sonra onun oğlu Həsən, ondan sonra isə onun oğlu Hüccət əl-Qaim əl-Müntəzərdir (ə.f). İman əhli onun qeybəti dövründən Həzrətin (ə.f) intizarını çəkəcək, zühur edəndən sonra isə ona itaət edəcəklər. Əgər dünyanın ömrünə bir gün qalsa belə, Allah o günü o qədər uzadar ki, İmam (ə.f) zühur etsin, dünyanı zülmlə dolduğu kimi ədalətlə doldursun. Lakin nə zaman zühur edəcək? Heç kim o vaxtı təyin edə bilməz.
Atam Musa ibn Cəfər öz atasından, o da öz atalarından, o da Əli ibn Əbu Talibdən (əleyhis-səlam) nəql edirlər ki, Peyğəmbərdən (səllallahu əleyhi və alihi) soruşdular: “Sizin nəslinizdən olan Həzrət Qaim (ə.f) nə zaman zühur edəcək?” Həzrət (s) buyurdu: “Onun gəlməsi Qiyamət gününün gəlməsi kimidir.” Allah Təala Quranda buyurur:
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında onun nə vaxt qopacağını soruşurlar? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (əl-Əraf, 187)
Şeyx əs-Səduq, Uyunu əxbar ər-Rza, c. 2, s. 265-266, Nəşr edən: Muəssisə əl-Ələmi lil-mətbuat, Beyrut, 1404 h.q/1984 m; Şeyx Hüseyn Ələminin təhqiqi ilə
4) Şeyx Kuleyni səhih sənədlə nəql edir:
Əshabımızdan bir qrupu Əhməd ibn Məhəmməd əl-Bərqidən, o da Əbu Haşim Davud ibn əl-Qasim əl-Cəfəridən, o da İmam Cavaddan (əleyhis-səlam) belə buyurduğunu nəql edirlər:
Həzrət Əmir əl-muminin (əleyhis-səlam) oğlu Həsənlə birlikdə gəlib Məscid əl-hərama daxil oldu və oturdu. İmam Həsən də (əleyhis-səlam) Salmanın qoluna söykənmişdi. Xoş simalı və xoş qiyafəli bir kişi yaxınlaşıb Əmir əl-mumininə (əleyhis-səlam) salam verdi. Həzrət də (əleyhis-səlam) cavabını verdi. O kişi də bundan sonra oturaraq Əmir əl-muminindən (əleyhis-səlam) soruşdu: “Ey Əmir əl-muminin, sənə üç sual verəcəyəm. Əgər o sualların cavabını versəniz, başa düşəcəyəm ki, Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sonra hakimiyyətə baş qoşan camaat sənin barəndə səhvə yol veriblər və bu işlə özlərini qınayıblar, dünya və axirətdə amanda deyillər. Amma əgər suallarıma cavab verməsən, biləcəyəm ki, sən də onlarla bərabərsən.” Əmir əl-muminin (əleyhis-səlam) buyurdu: “İstədiyini soruş!” Kişi dedi: “De görüm, insan yatanda onun ruhu hara gedir? Necə olur ki, insan bəzən xatırlayır, bəzən də unudur? Necə olur ki, insan övladı dayıları və əmiləri kimi olur? Yəni, onlardan genetik olaraq bəzi xüsusiyyətləri irs aparır?”
İmam Əli (əleyhis-səlam) üzünü İmam Həsənə tutub buyurdu: “Ey Əba Məhəmməd, bu sualların cavabını sən ver!” İmam Həsən (əleyhis-səlam) də suallara cavab verdi. Kişi dedi:
Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq bir ilah yoxdur və mən buna həmişə şəhadət verirəm və şəhadət verirəm ki, Məhəmməd (s) onun rəsuludur və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, sən (Həzrət Əliyə işarə edərək) Peyğəmbərin vəsisisən və onun vəzifəsini icra edənsən və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, sən (Həzrət Həsənə işarə edərək) Həzrət Əlinin vəsisisən və onun vəzifəsini icra edənsən və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Hüseyn ibn Əli qardaşı Həsənin vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Əli ibn Hüseyn atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Məhəmməd ibn Əli atasının vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Cəfər ibn Məhəmməd atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Musa ibn Cəfər atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Əli ibn Musa atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Məhəmməd ibn Əli atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Əli ibn Məhəmməd atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Həsən ibn Əli atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
Şəhadət verirəm ki, Həsənin (yəni, İmam Həsən əl-Əskərinin) övladlarından bir kişi zühur edəcək. Onu ad və künyə ilə çağırmaq olmaz. O, yeri zülmlə dolduğu kimi ədalətlə dolduracaq.
Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun, ey Əmir əl-muminin! Sonra isə qalxıb getdi.
Əmir əl-muminin (əleyhis-səlam) buyurdu: “Ey Əba Məhəmməd, arxasınca get gör hara gedir?”
İmam Həsən (əleyhis-səlam) bayıra çıxdı və buyurdu: “Ayağını bayıra qoyan kimi hansı tərəfə getdiyini anlamadım. Sonra Əmir əl-mumininin (əleyhis-səlam) yanına qayıdıb bunu ona xəbər verdim.” Həzrət (ə) buyurdu: “Ey Əba Məhəmməd, onu tanıdın?” Dedim: “Allah, Peyğəmbər (s) və Əmir əl-muminin daha yaxşı bilirlər.” Dedi: “O, Xızır (əleyhis-səlam) idi.”
Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 525, Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş.
Gördüyümüz kimi bu hədislərdən aydın oldu ki,İmam Həsən Əsgərinin (ə) övladının olacağı açıq aşkar bilidirilib və İmam Mehdi (ə.f) İmam Həsən Əsgərinin (ə) oğludur.