Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
Quranda Əhli Beyt a.s haqqında olan ayələrdən biri də Məvəddət ayəsi dediyimiz Şura surəsinin 23-cü ayəsidir. Allah c.c bu ayədə buyurur:
قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ
De: "Mən sizdən bunun əvəzində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm"
Şura surəsi 23-cü ayə
bu ayədən açıqca və heç bir şərhə ehtiyac olmadan da göründüyü kimi Allah c.c Nəbi s.a.a-yə risalətin, İslamın qəbul edilməsinə qaşırılıq olaraq yaxınların sevgisini istənildiyini bəyan etməsini əmr etmişdir. yəni ayədəki "yaxınlar" sözü ilə nəzərdə ttulanlar kimdirsə müsəlman olduğunu söyləyən kəs onları sevməlidir, əgər bir kəs müsəlmanlıq iddiası edirsə amma bununla birlikdə onları sevmirsə deməli o münafiqdir. əgər açıqca "yaxınları" sevmirsə və yaonlara düşmənçilik edirsə deməli onda kafirdir. məhz buna görədə əqidələri Əhli Beytə a.s kin bəsləmək olan nasibilər bu ayənin təfsirini təhrif etməyə çalışırlar. çünkü əks halda həm özləri və həmdə ylundan getdikləri sələflərinin münafiq və kafir olduğunu qəbul etmiş olarlar. biz inşaAllah əvvəlcə ayənin təfsiri haqqında Şiə mənbələrindən bir neçə hədis yazacağıq, daha sonra isə etiraz və təhriflərə cavab verəcəyik.
1. Şiə mənbələrindən hədislər: şiə mühəddis və müfəssirlərindən Fırat b. İbrahim əl-Kufi, Əli b. İbrahim əl-Qummi, əl-Əyyaşi, Kuleyni, Müfid, Səduq və b. -Allah hamısından razı olsun- rəvayət etmişdirlər. nümunə üçün birini yazırıq:
الحسين بن محمد الاشعري، عن معلى بن محمد، عن الوشاء، عن مثنى، عن زرارة، عن عبدالله بن عجلان، عن أبي جعفر (عليه السلام) في قوله تعالى: " قل لا أسألكم عليه أجرا إلا المودة في القربى" قال: هم الائمة عليهم السلام
...Abdullah b. Aclan Əbu Cəfər (imam Baqir a.s)dan "De: Mən sizdən bunun əvəzində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm" ayəsi haqqında belə rəvayət etmişdir: "yaxınlardan məqsəd imamlardır a.s"
"əl-Kafi", 1/413, hədis 7
"əl-Kafi", 8/93, hədis 66
2. sünnü mənbələrindən hədislər: bu ayənin təfsiri haqqında əhli sünnə mənbələrində bir çox hədis vardır. Əhməd, Təbərani, Hakim kimi əhli sünnə mühəddisləri bu ayənin təfsiri haqqında hədislər nəql etmişdirlər. ancaq nasibilər bu hədislərin zəif olduğunu iddia edirlər. mən isə cavab olaraq deyirəm: bu hədislərin zəif olara saylmağının səbəbi nasibi rical elmidir. çünkü onlara görə Əli a.s-a qarşı xüsusi meyilli olan hər kəs Şiədir və Şiələrin hədislərinə şübhə ilə yanaşılır. ancaq buna qarşılıq olara nasibi, xarici, əməvi və əhli kitab ravilərin hədisləri səhih olaraq görülür. yəni nə qədər Əli a.s-a kin bəsləsən hədisin sihhəti o qədər güclü olur. ancaq bununla birlikdə əhli sünnə mənbələrində ayənin təfsiri haqqında səhih hədislərdə vardır. məsələn:
وعن ابن عباس قال: لما نزلت: {قل لا أسألكم عليه أجراً إلا المودة في القربى} قالوا: يا رسول الله من قرابتك هؤلاء الذين وجبت علينا مودتهم؟ قال: ”علي وفاطمة وابناهما
və ibni Abbasdan dedi: "De: Mən sizdən bunun əvəzində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm" ayəsi nazil olanda "eya Rəsulullah s.a.a! Allahın sevməyimizi əmr etdiyi kimlərdir?" (Rəsulullah s.a.a) dedi: "Əli, Fatimə və övladlarıdır."
hadisi nəql etdikdən sonra Heysəmi deyir:
رواه الطبراني من رواية حرب بن الحسن الطحان عن حسين الأشقر عن قيس بن الربيع وقد وثقوا كلهم وضعفهم جماعة وبقية رجاله ثقات
Təbərani Hərb b. Həsən... isnadı ilə rəvayət etmişdir, ricalları siqat (güvənilirlərdən)dir.
Heysəmi, "Məcmə əz-Zəvaid", 7/103, hədis 11326