Перейти к содержимому


Фотография

Qəzavü qədər şiə və sünnilərdə.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 17 Апрель 2012 - 00:17


Şiə və sünnilərin Qəzavü Qədər barədə etiqadları.



Sünnilәrә görә qәzavü-qәdәr.
Әvvәllәr qәzavü-qәdәr mәsәlәsi mәnim üçün çox çәtin vә başa düşülmәyәn bir mәsәlә idi. Fikrimi rahat edib, qәlbimi qane edәcәk bir tәfsir tapa bilmirdim. Bu mәsәlә haqqında çaşıb qalmışdım. Bir tәrәfdәn sünni mәktәbindә öyrәnmişdim ki, insan tәbiәtinә uyğun olan әmәllәrә sövq etdirilir vә Allah-tәala insan övladına, anasının bәtnindә ikәn, iki mәlәk göndәrir vә bu mәlәklәr onun әcәli, ruzisi, әmәli vә şәqavәt (bәdbәxtçilik), ya sәadәt әhli olacağını yazırlar.“Sәhih Müslüm”, c. 8, sәh. 44.

Digәr tәrәfdәn dә ağlım ilә vicdanım Allahın әdalәtli olduğunu vә bәndәlәrinә zülm etmәdiyini söylәyirdi. Axı necә ola bilәr ki, Allah özünün yazdığı vә sövq etdirdiyi әmәllәrә görә insanlardan hesab çәksin?
Başqa müsәlman gәnclәr kimi mәn dә fikri baxımdan tәzadlar içindә yaşayırdım.
Bir tәrәfdәn düşünürdüm ki:

“Allah gördüyü işlәr barәsindә sorğu-sual olunmaz”. (Әnbiya surәsi, 23-cü ayә)

“O, istәdiyini edәndir”. (Buruc surәsi, 16-cı ayә)

O mәxluqatı yaratdı, bir qismini cәhәnnәmdә qәrar verdi, digәr bir qismini isә cәnnәtdә. Digәr tәrәfdәn dә deyirdim ki:

“Hәqiqәtәn, Allah (heç kәsә) zәrrә qәdәr zülm etmәz”. (Nisa surәsi, 40-cı ayә)

“Sәnin Rәbbin bәndәlәrinә zülm edәn deyildir”. (Fussilәt surәsi, 46-cı ayә)

“Allah insanlara heç zülm etmәz, ancaq insanların özü bir-birlәrinә zülm edәrlәr”. (Yunus surәsi, 44-cü ayә)

Vә hәdisdә dә deyildiyi kimi, “O, mәxluqatına bir ananın uşağına bәslәdiyi mәhәbbәtdәn daha çox mәhәbbәt bәslәyәr”.“Sәhih әl-Buxari”, c. 7, sәh. 75.

Bәzәn bu mövzu ilә әlaqәdar Qur’an ayәlәrini oxuyanda belә ziddiyyәtli mәfhumlarla qarşı-qarşıya qalırdım. Bәzәn insanın öz әmәllәrinin mәsulu olduğunu anlayırdım.

“Kim zәrrә qәdәr yaxşı iş görsә, onun xeyrini görәcәkdir. Kim zәrrә qәdәr pis iş görsә, onun zәrәrini görәcәkdir”. (Zәlzәlә surәsi, 7-8-ci ayәlәr)

Bәzәn dә insanın müәyyәn bir cәhәtә sövq etdirildiyini, heç bir qüdrәti olmadığını vә özünә bir fayda, ya zәrәr vermәyә vә ruzi qazanmağa qadir olmadığını anlayırdım:

“Allah istәmәsә, siz istәyә bilmәzsiniz”.(İnsan surәsi, 30-cu ayә)

“Allah istәdiyini yoldan çıxardar, istәdiyini dә doğru yola salar”.(Fatir surәsi, 8-ci ayә)

Yalnız mәn deyil,demәk olar ki, müsәlmanların әksәriyyәti bu fikri paradoksu tәcrübә edirlәr. Elә buna görә dә alimlәrin çoxundan qәzavü-qәdәr mәsәlәsini soruşduğun vaxt görürsәn ki, verdiklәri cavab özlәrini belә, qane etmir. Buna görә dә “bu mәsәlә barәdә çox fikirlәşmәmәlisәn”, ya “bu mәsәlә barәdә bәhs etmәk haramdır”, ya da “hәr müsәlman qәzavü-qәdәrә inanmalı vә xeyir-şәrin Allah tәrәfindәn olduğunu qәbul etmәlidir” vә sairә bu kimi sözlәr deyәrәk cavab vermәkdәn boyun qaçırırlar.
Onlardan “Necә olar ki, Allah-tәala bir bәndәsini günah etmәyә mәcbur etdikdәn sonra onu cәhәnnәmә atsın?”-deyә soruşulduğu vaxt da cavab vermәk әvәzindә sual verәni kafir, zindiq olmaq vә dindәn çıxmaqda ittiham edirlәr. Buna görә dә ağıllar daşlaşıb vә artıq camaat evlәnmәyin, boşanmağın vә hәtta zinanın da qәzavü-qәdәr olduğuna inanırlar. Hәtta deyirlәr ki, yemәk vә içmәk dә insanın iradәsindәn asılı deyildir vә Allahın bizim üçün yazdığı şeydәn başqa, heç bir şey yeyib içә bilmәrik.
Yәni bir nәfәr şәrab içsә dә, adam öldürsә dә bunu seçmәyibdir.Belә sözlәri bir-birinin ardınca söylәyәn alimlәrimizdәn birinә belә dedim: “Axı Qur’an sizin iddialarınızı tәkzib edir. Dediklәrinizdә hәdisә әsaslanırsınızsa, onda hәmin hәdislәr yalandır. Çünki, Peyğәmbәr (s)-in hәdisi Qur’ana zidd ola bilmәz.

Allah-tәala Qur’anda belә buyurur:

“…Bәyәndiyiniz qadınlarla evlәnin…” (Nisa surәsi, 3-cü ayә)

Bu ayә arvadı seçmәkdә insanın azad olduğuna dәlalәt edir.

Allah-tәala talaq barәsindә isә belә buyurur:
“(Ric’i) talaq vermә (boşanma) iki dәfә mümkündür, ondan sonra yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq gәrәkdir…” (Bәqәrә surәsi, 229-cu ayә)

Burada da insan seçmәkdә azaddır.
Zina barәsindә isә İsra surәsinin 32-ci ayәsindә belә buyurur:
“Zinaya da yaxın düşmәyin. Çünki o, çox çirkin bir әmәl vә pis bir yoldur”.

Bu ayә göstәrir ki, zinaya yaxın düşmәk, ya da düşmәmәk adamın öz әlindәdir.

Şәrab barәsindә dә Maidә surәsinin 91-ci ayәsindә belә buyurur:
“Şübhәsiz ki, şeytan içki vә qumarla aranıza әdavәt vә kin salmaq, sizi Allahı yada salmaqdan vә namaz qılmaqdan ayırmaq istәr.Artıq bu işә son qoyacaqsınızmı?”

Bu ayәdә dә insanın azad olduğu açıqca bәyan olunubdur.

Adam öldürmәyә gәldikdә isә, Allah-tәala bu haqda Әn’am surәsinin 151-ci ayәsindә belә buyurur:
“…Allahın (qәtlini) haram buyurduğu şәxsi haqsız yerә öldürmәyin…”

Hәmçinin Nisa surәsinin 93-cü ayәsindә belә buyurur:
“Hәr kәs bir mömin şәxsi qәsdәn öldürsә onun cәzası әbәdi qalacağı cәhәnnәmdir. Allah ona qәzәb vә lәnәt edәr, onun üçün şiddәtli әzab hazırlar”.

Bu ayә dә insanın öldürmәk mövzusunda azad olduğunu göstәrir.

Allah-tәala hәtta yemәk vә içmәk barәdә dә bizә yol göstәrib vә Ә’raf surәsinin 31-ci ayәsindә belә buyurub:
“…Yeyin vә için: amma israf etmәyin O israf edәnlәri sevmәz”.

Bu ayә dә insanın azad olduğuna dәlalәt edir. ”
Bu ayәlәri misal gәtirәndәn sonra hәmin alimdәn soruşdum: “Bәs siz Allahın insanı müәyyәn bir tәrәfә yönәltdiyini necә söylәyә bilirsiniz?” O belә cavab verdi: “Kainatda tәsәrrüf edәn yalnız Allahdır” vә dәlil olaraq Ali-İmran surәsinin 26-cı ayәsini qeyd etdi. Hәmin ayәdә Allah-tәala belә buyurur:

“De ki, Ey mülkün sahibi olan Allah! Sәn mülkü istәdiyin şәxsә verәr, istәdiyin şәxsdәn alarsan, istәdiyin şәxsi yüksәldәr vә istәdiyin şәxsi alçaldarsan. Xeyir yalnız Sәnin әlindәdir. Hәqiqәtәn, Sәn hәr şeyә qadirsәn”.

Mәn ona belә cavab verdim: “Aramızda Allahın iradәsi barәdә vә Allah-tәalanın bir iş görmәk istәdiyi tәqdirdә insanların, cinlәrin vә başqa mәxluqların bunun qabağını almaq imkanı olmadıqları haqqında heç bir ixtilaf yoxdur. İxtilafımız bәndәlәrin әmәllәri haqqındadır. Belә ki, bәndәlәr gördüklәri әmәllәrindә azaddırlar, yoxsa Allahın iradәsilә bu işlәr baş verir”.

Mәnim bu sözümә qarşı, “Sizin dininiz sizә, mәnim dinim dә mәnәdir”-cavabını verdi vә mübahisәdәn boyun qaçırdı.

İki gün sonra tәzәdәn onun yanına gedib soruşdum: “Sizin etiqadınıza görә hәr işi Allah-tәala görür vә bәndәnin heç bir seçmә haqqı yoxdur. Elәdirsә, onda nәyә görә xilafәt mövzusu haqqında (olan haqq) sözü demirsiniz? Yәni nә üçün xәlifәni seçmәkdә dә istәdiyini yaradan vә istәdiyini seçәn odur; bәndәlәrin seçmә haqqı yoxdur demirsiniz vә xәlifәnin müsәlmanlar tәrәfindәn seçilmәsinә inanırsınız?”

O, belә cavab verdi: “Bunu xәlifәlik haqqında da söylәyirәm. Çünki Әbu Bәkri,sonra Ömәri, sonra Osmanı, sonra da Әlini xәlifәliyә seçәn Allah-tәaladır. Әgәr Allah-tәala Әlinin birinci xәlifә olmasını iradә etsәydi, cinlәr ya insanlar buna mane ola bilmәzdilәr”.
Mәn isә ona belә dedim: “İndi çıxılmaz vәziyyәtә düşdün”. O, “necә?”-deyә soruşdu.
Mәn isә belә dedim: “Ya Allah-tәalanın dörd Xülәfayi-Raşidini seçdiyi, onlardan sonra isә xәlifә seçmәk işini xalqın öz öhdәsinә qoyduğunu, ya da Allah-tәalanın bu işi xalqın öhdәsinә qoymayıb Peyğәmbәr (s)-in vәfatından sonra qiyamәt gününә qәdәr bütün xәlifalәri Özü seçdiyini qәbul etmәlisәn”.
O dedi, “İkinci nöqteyi-nәzәri qәbul edirәm”. Sonra da bu ayәni oxudu:
“Dedi: Ey Allahım, ey mülkün sahibi, mülkü istәdiyinә verirsәn, istәdiyindәn dә mülkü alırsan…”
Ona belә dedim, “Demәk, padşahlar ilә hökmdarların әlilә islamda hәyata keçirilәn azğınlıqlar vә cinayәtlәr dә Allah-tәalaya aiddir. Çünki Allah hәmin adamları müsәlmanlara hakim edibdir”.
Belә cavab verdi: “Bәli belәdir. Saleh adamlardan birisi:
Vә әgәr bir şәhәr (әhalisini) hәlak etmәk istәsәk, onların zәnginlәrinә әmr edәrik.
ayәsindә mövcud olan “ َْ َ أَ” (әmәrnә: әmr edәrik) sözünü “ َْ أَ ” (әmmәrna: hökmdar edәrik) şәklindә oxuyubdur”.
Mәn dedim: “Demәk, Hәzrәti Әli (ә) vә Hәzrәti Hüseyn (ә)-in şәhid olunması da Allahın istәyi ilә olmuşdur?”
O isә belә cavab verdi: “Bәli, Hәzrәti Peyğәmbәr (s)-in Hәzrәti Әli (ә)-nin başına vә saqqalına işarә edәrәk belә buyurduğunu eşitmәmisәnmi?
“Ey Әli, sәnin burana (başına) vurub, buranı (saqqalını) qana bulayan şәxs sonradan gәlәnlәrin әn şәqavәtlisidir (bәdbәxtidir)”.

Hәzrәti Hüseyn (ә)-in Kәrbәlada şәhid olacağını da Hәzrәti Peyğәmbәr (s) bilirdi.Bunu Ümmü-Sәlәmәyә dә xәbәr vermişdi. Hәzrәti Peyğәmbәr (s) hәmçinin Hәzrәti Hәsәn әleyhissalamın iki böyük islam firqәsi arasında sülhü bәrpa edәcәyini dә bilirdi.Demәli, hәr şey әzәldәn yazılıbdır. İnsanın başqa bir yolu yoxdur. Demәk, çıxılmaz vәziyyәtdә mәn deyilәm sәnsәn”.
Bir müddәt susub ona baxdım. O isә dediyi sözlәrdә gәtirdiyi dәlillәrlә mәni susdurduğunu zәnn edirdi. Mәn dә Allahın baş verәcәk hadisәlәri qabaqca bilmәsi mövzusu ilә mәxluqları mәcbur etmәk mövzusunu bir-birinә qarışdırmaması üçün onu necә qane edәcәyimi düşünürdüm. Tәzәdәn ona belә bir sual verdim: “Demәk keçmiş vә indiki bütün hökmdarları, islam vә müsәlmanlarla müharibә aparanları belә, Allah-tәala tәyin edibdir?” “Heç şübhәsiz”-deyә cavab verdi.
Mәn tәzәdәn soruşdum: “Tunis vә Әlcәzairi işğal edib müstәmlәkәyә çevirәn Fransa hökumәtini dә Allah tәyin edib?”
O, belә cavab verdi: “Bәli, özün dә gördün ki, qabaqcadan müәyyәn olunmuş vaxt qurtaran kimi dә bu ölkәlәrdәn çıxdı”.
Mәn isә belә bir sual verdim: “Sәn әvvәllәr sünnilәrin Peyğәmbәr (s)-dәn sonra xәlifә seçmәk işinin şura öhdәsinә qoyulduğu haqqında etiqadını müdafiә etmirdinmi?”
“Bәli, indi dә bu etiqadı müdafiә edirәm, gәlәcәkdә dә müdafiә edәcәyәm”-deyә cavab verdi.
Tәzәdәn ona başqa bir sual verdim: “Onda Allahın seçmәsilә insanların şura ilә seçmәsi arasında necә uyğunluq yaradırsan?”
O, “Müsәlmanların Әbu Bәkri seçmәlәri Allahın seçmәsi demәkdir”-deyә cavab verdi.
Mәn dedim: “Allah-tәala Sәqifәdә onlara Әbu Bәkri seçmәlәri üçün vәhy nazil etmişdimi?”
O belә cavab verdi: “Әstәğfurullah, Hәzrәti Mәhәmmәd (s)-dәn sonra artıq heç kimә vәhy nazil olmayıb. Bu şiәlәrin görüşüdür”. Mәlum olduğu kimi, şiәlәrin belә bir görüşü yoxdur vә bu bәzilәrinin şiә mәzhәbinә etdiklәri iftiradan başqa bir şey deyildir.
Ona dedim ki, “Hәlәlik şiәlәrlә işimiz yoxdur, mәni öz etiqadınla qane et! Әbu Bәkrin Allahın tәrәfindәn seçildiyini necә bildin?” O, belә cavab verdi: “Әgәr Allahın iradәsi bunun әksinә olsaydı, onda müsәlmanlar bu işi görә bilmәzdilәr. Әslindә bütün alәm yığışsa Allahın iradәsinin әksinә bir iş görә bilmәz”.
Bәli, göründüyü kimi belә bir fikir hәqiqәtәn insanın düşüncәsini çıxılmaz vәziyyәtdә qoyar vә onun tәdqiq vә düşüncә qabiliyyәtini korlayar. Belәliklә, insan Qur’ani-Kәrimin ayәlәrini düzgün bir şәkildә araşdırmaqdan uzaqlaşar vә nәticәdә heç bir elmi-fәlsәfi nәzәriyyәni qәbul edә bilmәz.Burada başqa bir әhvalatı xatırlayıram. Bir gün bir dostumla birlikdә çoxlu ağacı olan xurmalıqların içindә yeriyir vә qәzavü-qәdәr mәsәlәsi barәdә danışırdıq. Bu vaxt yetişmiş bir xurma meyvәsi ağacdan yerә düşdü vә mәn onu otların üstündәn götürüb yemәk istәdim. Dostum dedi: “Allahın sәnә yazdığından başqasını yemirsәn: bu xurma sәnin üçün yerә düşdü”. Ona, “İndi ki, sәn bunun mәnә yazıldığına inanırsan, mәn dә onu yemәyәcәyәm”.-deyib xurmanı ağzımdan çıxartdım. Dostum dedi: “Sübhanәllah, әgәr bir şey sәnә yazılmayıbsa, Allah onu sәnin qarnından belә çıxardar”.Ona, “Elәdirsә yemәyәcәyәm”-dedim vә dostuma xurmanı yemәkdә vә ya yemәmәkdә azad olduğumu isbat etmәk mәqsәdilә xurmanı tәzәdәn ağzıma qoyub çeynәmәyә başladım. Mәn xurmanı çeynәyib udana qәdәr dostum mәnә baxırdı.
Udandan sonra isә belә dedi: “And olsun Allaha ki, sәnin üçün bu xurma dәnәsi yazılmışdı”. Belәliklә, mәni “mәğlub” etdi. Axı mәn artıq xurmanı qarnımdan çıxarda bilmәzdim!
Bәli, çoxlarının qәbul etdiyi vә mәnim dә sünni olduğum vaxt inandığım qәzavü-qәdәr haqqındakı etiqad bu idi. Bu etiqad ilә fikri böhran vә iztirab içindә qalmaq çox tәbiidir. Çünki belә bir etiqada sahib olan şәxs bir iş görmәk istәdiyi zaman gözlәyәr ki, Allah-tәala vәziyyәti dәyişsin. Belәliklә dә insan mәsuliyyәt altından qaçar vә mәsuliyyәti Allahın boynuna yıxar. Demәk, zina vә oğurluq edәn, yaxud bir qız uşağını qaçırdıb tәcavüz etdikdәn sonra öldürәn adama etiraz edib, ondan nәyә görә bu işlәri gördün deyә soruşsan, cavabında belә deyәr: “Allah mәnә mane olmağa qadirdir. Allah bu işlәri görmәyi mәnim alnıma yazıbdır”.
Hәqiqәtәn dә belәdirmi? Yәni Allah-tәala hәm qız uşaqlarını diri-diri basdırmağı insanın qәdәrinә yazır, hәm dә “hansı günaha görә öldürüldü”-deyә bu işi görәnlәrdәn hesab çәkir. Axı bu ağlabatan bir şeydir? Ey Allahım, heç şübhәsiz, Sәn bu kimi böhtanlardan uzaqsan.
Belә bir etiqada görә dünya alimlәri bizi alçaldar vә bu etiqadı nadanlıq vә geri qalmışlığımızın әn mühüm nişanәsi hesab edәrlәr.Tәdqiqatçılar bilirlәr ki, bu etiqad Әmәvilәrin dövründә uydurulub. Çünki Әmәvilәr belә bir şayiә düzәltmişdilәr ki, guya Allah-tәala mülk vә hökumәti onlara verib, buna görә dә camaat onlara tabe olmalı vә hökmdarlara qarşı üsyan etmәmәlidir.Çünki onlara tabe olmaq Allaha tabe olmaq, onlara qarşı qiyam etmәksә Allaha qarşı qiyam etmәk demәkdir. Buna görә dә qiyam edәnlәr qәtlә yetirilmәlidirlәr. Tarixdә bunun bir çox nümunәsi vardır. Misal üçün Osman ibni-Әffandan xәlifәlikdәn әl çәkmәsini istәdiklәri vaxt bu istәyi rәdd edәrәk belә demişdi: “Mәn Allahın mәnә geydirdiyi köynәyi çıxartmaram”.“Tarix әt-Tәbәri”, (Hisari-Osman bölmәsi); “Tarix ibn әl-Әsir”.
Bu sözdәn belә çıxır ki, Osmana görә xәlifәlik Allahın ona geydirdiyi bir köynәkdir vә Allahdan başqa heç kәsin dә bu köynәyi onun әynindәn çıxartmağa haqqı yoxdur. Yәni ölәnә qәdәr bu köynәk onun әlindә qalmalıdır.
Müaviyә isә xalqa belә deyirdi: “Mәn sizinlә oruc tutasınız vә zәkat verәsiniz deyә müharibә etmәdim. Mәn sizlәrә hökm etmәk üçün müharibә etdim. Sizin istәmәmәnizә baxmayaraq Allah bu mәqamı mәnә verdi”.
Göründüyü kimi Müaviyә Osmandan da irәliyә gedib Allahı ona yardım etmәkdә ittiham etdir. Müaviyәnin bu xütbәsi mәşhur bir xütbәdir.“Mәqatilüt-Talibiyyin”, sәh. 70; “Tarix ibn Kәsir”, c. 8, sәh. 131; “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”,c. 3, sәh. 16.
Müaviyә hәtta xalqın istәmәdiyinә baxmayaraq oğlu Yezidi vәliәhd etmәsinin dә Allahın iradәsilә olduğunu iddia etmişdi. Tarixçilәrin yazdığına görә ayrı-ayrı müsәlman mәntәqәlәrә Yezid beyәt toplamaq üçün mәktublar göndәrir vә o vaxt Mәdinә valisi olan Mәrvan ibni Hәkәmә yazdığı mәktubda isә “Allahın Yezidә beyәt etmәyi, qәdәr tәyin etdiyindәn”danışırdı.“Tarix әl-Xülәfa (әl-imamәti vәs-siyasә), c. 1, sәh. 151.
Hәzrәti Hüseyn әleyhissalamın Şәhid olunmasından sonra O Hәzrәt (ә)-in oğlu Hәzrәti Zeynülabidin әleyhissalamı zәncirlә bağlanmış bir halda әsir olaraq Kufә valisi ibni Ziyadın mәclisinә gәtirdiklәri zaman o mәlun, Hәzrәti Zeynülabidin (ә)-i göstәrәrәk “kimdir bu”-deyә soruşmuşdu. Ona “bu Hüseynin oğlu Әli (Zeynülabidin)- dir”-deyә cavab verilәn kimi, “Allah Hüseynin oğlu Әlini öldürmәdimi?”-deyә soruşmuşdu. Bu sözü eşidәn imam Zeynülabidin (ә)-in bibisi Zeynәb (s.ә.) o mәluna “Yox, onu Allahın vә Peyğәmbәr (s)-in düşmәnlәri öldürdü” cavabını vermişdi. O zaman mәlun ibni-Ziyad Hәzrәti Zeynәb (s.ә.)-ә xitabәn, “Allahın sәnin ailәnin başına gәtirdiyi bәla haqqında nә düşünürsәn?”-deyә soruşdu. Hәzrәti Zeynәb (s.ә.) isә belә cavab verdi: “Mәn gözәllikdәn vә yaxşılıqdan başqa bir şey görmәdim. Bunlar Allahın,şәhid olmağı onlara qәdәr tәyin etdiyi bir qrup idilәr. Buna görә dә döyüşüb şәhid oldular. Çox yaxında Allah sәninlә onları bir yerә toplayacaq vә o zaman mühakimә olunacaqsan. O gün bax gör kim qurtulacaqdır. Anan sәnin yasına otursun, ey Mәrcanәnin oğlu!”“Mәqatilül-Talibiyyin”, (mәqtәlül-Hüseyn).

Sözün qısası bu etiqad (yәni insanın işlәrindә mәğlub olmasına etiqad etmәk)Әmәvilәr vә onlara yardım edәnlәrin uydurduğu bir etiqaddır ki, şiә mәzhәbindәn başqa bütün islam mәzhәblәrinә müxtәlif formalarda sirayәt edibdir.


Şiә mәzhәbindә qәzavü-qәdәr.

Şiә alimlәrilә tanış olub kitablarını oxuduğum zaman qәzavü-qәdәr haqqında sanki yeni bir elm әldә etdim.Mәhәmmәd Baqir Sәdr, Ayәtullahül-üzma Xoyi, Ayәtullah Hәkim, Әllamә Tәbatәbai vә başqa alimlәr bu haqda mәnә çox yardım etdilәr.
Bir nәfәr Hәzrәti Әli әleyhissalamdan qәzavü-qәdәr haqqında soruşduğu vaxt, o Hәzrәt (ә) belә buyurubdur:
“Allah sәnә rәhm elәsin: sәn qәzavü-qәdәrin qәti vә mütlәq bir şey olduğunu sanırsanmı?Belә olsaydı artıq savab vә cәzanın heç bir mә’nası olmazdı vә yaxşılığa çığırmaqla yamanlıqdan uzaqlaşdırmaq boş şeylәr olardı. Allah-tәala öz bәndәlәrinә әmr etmiş vә onları çәkindirmişdir,amma seçmәkdә onları azad qoymuşdur. Onların tәkliflәrini asan etmiş vә çәtinlәşdirmәmişdir.Az bir әmәlin qarşılığında çox savab vermişdir. Allah-tәalaya qarşı mәğlubdur deyә üsyan edilmәyib, zorla da kimsәni itaәt etmәyә mәcbur etmәyib. Peyğәmbәrlәri oyuncaq olsunlar deyә göndәrmәyib, kitabları da bihudә nazil etmәyib, göylәri, yeri vә onların arasında olan mәxluqları da boş-boşuna yaratmayıb. Bu kafirlәrin xәyalıdır. Cәhәnnәm odunda yanacaqlarına görә vay bu kafirlәrin halına”.“Şәrh nәhc әl-Bәlağә li-Muhәmmәd Әbduh”, c. 4, sәh. 673

İmam (ә)-ın bu bәyanı nә qәdәr aşkardır. Bu mövzu haqqında bundan daha açıq bir söz vә bundan daha möhkәm bir dәlil oxumamışdım. Bu sözlәri oxuyan hәr bir müsәlman әmәllәrindә azad olduğuna inanar. Çünki Allah-tәala bizә әmr edib, amma seçmәk azadlığını da bizә bәxş edibdir. Hәzrәti Әli әleyhissalamın:
“Allah-tәala öz bәndәlәrinә әmr etmiş vә çәkindirmişdir, amma seçmәkdә onları azad qoymuşdur”-deyә buyurduğu sözün mәnası da budur. Daha sonra Hәzrәti Әli әleyhissalam bu mövzunu daha artıq izah edәrәk belә buyurmuşdur: “Allah-tәalaya qarşı mәğlubdur deyә üsyan edilmәyib”. Bu sözün mәnası bundai ibarәtdir ki, Allah-tәala insanları bir işi görmәyә mәcbur etmәk istәsәydi, onda bәndәlәri birlәşsәydilәr belә, yenә dә Allahın işinә qalib gәlә bilmәzdilәr. Bu isә Allah-tәalanın bәndәlәrinә itaәt ilә üsyan arasından birini seçmәk azadlığını verdiyini göstәrir. Bunu Allah-tәala Kәhf surәsinin 29-cu ayәsindә belә izah edir:
“De ki, haqq Rәbbinizdәndir. Kim istәyir iman gәtirsin, kim dә istәyir kafir olsun…”

Ondan sonra, Hәzrәti Әli (ә) insan vicdanının dәrinliklәrinә xitab edәrәk,bәzilәrinin inandığı kimi, insanın öz işlәrindә mәcburi olduğu fikrini rәdd etmәk üçün möhkәm dәlillәr göstәrir. Çünki әgәr insanın gördüyü işlәr mәcburi olsaydı, onda peyğәmbәrlәr vә sәmavi kitablar göndәrmәk yersiz vә dәyәrsiz işlәr olardı. Allah-tәala isә bu kimi әmәllәrdәn uzaqdır. Peyğәmbәr ilә sәmavi kitablar ona görә göndәriliblәr ki, xalqı islah edib qaranlıqdan nura doğru aparsınlar. Onların nәfsani xәstәliklәrini sağaltsınlar vә sәadәtli hәyatın yolunu onlara göstәrsinlәr. Allah-tәala İsra surәsinin 9-cu ayәsindә belә buyurur:

“Hәqiqәtәn, bu Qur’an xalqı әn doğru yola yönәldir…”

Daha sonra Hәzrәti Әli (ә) sözünü fatalizmә inanmağın göylәrin, yerin vә bu ikisi arasında olan varlıqların batil yerә yaradıldığına inanmağı zәruri etdiyini açıqlayaraq sona çatdırır.
Bir qrupun fatalizmә, digәr qrupun isә azadlığa inandığı bir vәziyyәtdә şiә mәzhәbinin qәzavü-qәdәr haqqındakı etiqadını tәdqiq etdiyimiz zaman bu etiqadın çox düzgün bir etiqad olduğu mәlum olur. Әhli-beyt imam (ә)-larının varlığı da islami inam vә mәfhumları islah etmәk vә bu yoldan azanları yenidәn doğru yola aparmaq üçündür. Bu hәdәflә Әhli-beyt imam (ә)-ları açıqca belә buyurublar:
“Nә fatalizm (mәcburiyyәt) düzgündür nә dә azadlıq, (hәqiqәt) bu ikisinin arasındadır”.Bu mәfhum Hәzrәti imam Sadiq (ә) hәr kәsin öz ağlı ilә başa düşә bilәcәyi sadә bir misalla izah etmişdir. Bir nәfәr İmam әleyhissәlama belә sual verdi: “ “Nә fatalizm, nә dә azadlıq, (hәqiqәt) bu ikisinin arasındadır”-demәklә nәyi nәzәrdә tutursunuz?” O Hәzrәt (ә) belә cavab vermişdir: “Sәnin yer üzündә yerimәyin onun üstünә düşmәyin kimi deyildir”.
Bunun mәnası bundan ibarәtdir ki, biz yeriyәnda öz iradәmizlә bu işi görürük,amma yıxılmağımız öz iradәmizdәn asılı deyildir. Demәk, qәzavü-qәdәr ilә әlaqәdar doğru görüş fatalizmlә azadlıq arasında bir görüşdür. Yә’ni bir sıra işlәr bizim öz әlimizdәdir vә hәmin işlәri görmәk ya görmәmәkdәn birini seçmәkdә azadıq. Amma bәzi işlәr bizim nә әlimizdә deyil vә bizdәn asılı olmayaraq baş verir; biz isә bu kimi işlәrә qarşı boyun әymәliyik. Biz seçmәkdә azad olduğumuz işlәr haqqında sorğu-suala çәkilәrik, lakin bizim iradәmizdәn asılı olmayan işlәr barәdә bizdәn hesab çәkilmәz.
Demәk insan eyni zamanda hәm azaddır, hәm dә mәcburdur:
1 – Düşündükdәn sonra görmәk, ya görmәmәk barәsindә qәrar verdiyi işlәrdә azaddır. Allah-tәala Şәms surәsindә buna işarә edәrәk belә buyurubdur:
“And olsun nәfsi yaradana; sonra da ona günahlarını vә pis әmәllәrdәn çәkinmәsini öyrәdәnә ki, nәfsini tәmizlәyәn mütlәq nicat tapacaqdır. Onu batıran isә, әlbәttә, ziyana uğrayacaqdır”.

Demәk, nәfsin tәmizlәnmәsi vә batırılması insanın öz әlindәdir vә insan bu ikisindәn birini seçmәkdә azaddır; nicat tapmaq, yaxud ziyana uğramaq da bu seçmәyin qәti vә әdalәtli nәticәsidir.

2 – Onu әhatә edәn Allah-tәalanın iradә vә mәşiyyәtinә (istәyinә) boyun әyibdir.
Yәni bütün kainata hakim olan qanunlar qarşısında mәcbur vәziyyәtindәdir. İnsan özünün kişi vә ya qadın olmasını, hansı irqdәn olmasını, hansı ata-anadan dünyaya gәlmәsini vә hәtta cismi xüsusiyyәtlәrini seçә bilmәz. Bundan әlavә genetik xәstәliklәr kimi, iradәsindәn asılı olmayaraq onun әleyhinә, ya lehinә olan bir sıra tәbilğ qanunlara boyun әymәk mәcburiyyәtindәdir. İnsan yorulduğu vaxt yatar; yorğunluğunu alandan sonra da oyanar; acdığı vaxt xörәk yeyәr, susadığı vaxt su içәr, sevindiyi vaxt gülәr,qәmlәndiyi vaxt ağlayar. Bәdәn fabrikindә ayrı-ayrı hormon, hüceyrә vә böyümәk qabiliyyәti olan rüşeymlәr istehsal olunur. Lakin onun özü bunlardan xәbәrsizdir vә bilmir ki, ilahi qayğı hәmişә, hәtta ölümündәn sonra bela, onunladır vә onu әhatә etmişdir. Allah-tәala bu haqda belә buyurur:

“Mәgәr insan elә güman edir ki, o, başdıbaşına buraxılacaq? Mәgәr o, tökülәn bir qәtrә nütfә deyildimi? Sonra laxtalanmış qan oldu vә Allah onu yaradıb surәt verdi.Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (hәmtay) yaratdı. Elә isә o Allah ölülәri diriltmәyә qadir deyildirmi?” (Qiyamәt surәsi, 36-40-cı ayәlәr)

Bәli ey Rәbbimiz! Sәn hәr bir nöqsandan uzaqsan vә bütün hәmdlәr sәnә mәxsusdur. Ey Pәrvәrdigar! Yaradan sәnsәn; tәqdir edәn, hidayәt edәn, öldürüb dirildәn dә sәnsәn, bәrәkәtlәr sәndәdir; sәn ucasan; sәninlә müxalif olan, sәni haqq olaraq tanımayan uzaq olsun.
Bu bәhsimizi hәlә on dörd yaşı tamamlanmamış, zәmanәsinin әn alim şәxsiyyәti sayılan, sәkkizinci imam, Hәzrәti-Riza әleyhissalamın sözlәrilә bitirmәk yerinә düşәrdi.“әl-Әqd әl-Fәrid libni Әbdi Rәbbi”, c. 3, sәh. 42
O Hәzrәtә İmam Sadiq әleyhissalamın:
“Nә fatalizm doğrudur, nә dә azadlıq, (hәqiqәt) bu ikisinin arasındadır”-deyә buyurduğu sözün mәnası barәdә sual verilәndә, Hәzrәti Riza (ә) belә buyurmuşdu:“Hәr kәs belә güman etsә ki, Allah-tәala özü bizim әmәllәrimizi edir, sonra da bizi hәmin әmәllәrә görә әzablandırır, fatalizmә (cәbrә) inanıbdır; hәr kәs Allah-tәalanın ruzini vә bәndәlәrinin işlәrini höccәtlәrinin öhdәsinә qoyduğunu güman etsә azadlığa (tәfvizә) inanıbdır. Bunlardan birincisi kafir, ikincisi isә müşrikdir. Amma “Hәqiqәt bu ikisinin arasındadır” cümlәsinin mәnası “Allahın әmr etdiyi şeyi edib, çәkindirdiyi şeydәn boyun qaçırmağın bir yolu olduğuna inanmaq”dan ibarәtdir. Yәni Allah-tәala insanı xeyir iş görmәyә, yaxud görmәmәyә qadir etdiyi kimi, şәr görüb, yaxud görmәmәyә dә qadir etmişdir. Xeyrә әmr edib, şәrdәn isә çәkindirmişdir”.
And olsun ki, bu söz istәr ali tәhsilli, istәrsә savadsız adamların başa düşә bildiyi qaneedici bir izahatdır. Hәqiqәtәn Hәzrәti Peyğәmbәr (s)-in Әhli-beyt (ә) haqqında buyurduğu söz nә qәdәr doğrudur:
“Onları qabaqlamayın, yoxsa hәlak olarsınız; onlardan dala da qalmayın, yoxsa yenә dә hәlak olarsınız. Onlara elm öyrәtmәyә dә cәhd etmәyin, çünki onlar sizdәn daha biliklidirlәr”.“әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh. 148; “Mәcmә әz-Zәvaid lil-Heysәmi”, c. 9, sәh.163; “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 41; “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c. 2, sәh. 69; “Kәnz әl-ümmal lil-Hindi”, c. 1, sәh. 168; “Üsd әl-Ğabә”, c. 3, sәh. 137; “Әbәqatul-әnvar”, c. 1, sәh. 184.


Qәzavü-qәdәr ilә xәlifәlik mәsәlәsi.
Maraqlıdır ki, sünnilәr Allah-tәalanın bәndәlәrini әmәllәrindә mәcbur etdiyi vә onların hәqiqi mә’nada azad olmadığını iddia etmәlәrinә baxmayaraq deyirlәr ki,Hәzrәti Peyğәmbәr (s) vәfat edәndә xәlifәlik mәsәlәsini xalqın öhdәsinә qoymuşdu ki,onlar şura yolu ilә bir nәfәri seçsinlәr.
Şiәlәr isә bunun әksinә inanırlar. Onlar insanın öz әmәllәrini seçmәkdә azad olduğunu irәli sürmәlәrinә baxmayaraq, xәlifәlik mәsәlәsindә insanların seçmәk azadlığı olmadığına inanırlar. Bu da ilk baxışda ziddiyyәtli görünür. Amma belә deyildir.Әksinә, sünnilәrin Allah-tәalanın öz bәndәlәrini әmәllәrindә mәcbur etdiyinә dair görüşlәri, qabaqca da izah etdiyimiz kimi, hәqiqәtlә ziddir. Çünki sünnilәrin etiqadına görә seçmәk haqqına sahib olan yalnız Allahdır; insanlar isә seçmәk azadlığına sahib olduqlarını güman edirlәr. Elә isә bu etiqada görә, misal üçün Әbu-Bәkri Sәqifә günü әvvәlcә Ömәrin, sonra isә digәr sәhabәlәrin seçmәsi yalandan bir seçmәdir vә onlar güman edirlәr ki, onu seçiblәr. Bu etiqadıi hәqiqәtә uyğun olmadığı aşkardır.
Lakin şiәlәr Allah-tәalanın öz bәndәlәrini әmәllәrini seçmәkdә azad qoyduğuna inanırlar. Bu inam isә Allahın xәlifәni seçdiyi inamı ilә әsla zidd deyildir.
“Vә sәnin Rәbbindir ki, istәdiyini yaradar, istәdiyini seçәr, onların seçmә haqqı yoxdur”.
Çünki xәlifәlik dә peyğәmbәrlik kimi bәndәlәrin öhdәsinә qoyula bilәn bir şey deyildir. Allah-tәala peyğәmbәrini xalqın arasından özü seçib göndәribdir. Xәlifәlik dә eyni ilә belәdir. İnsanlar isә hәyatları boyu Allahın әmrinә itaәt etmәk, yaxud üsyan etmәkdәn birini seçmәkdә azaddırlar. Buna görә insan ya öz istәyilә Allahın seçdiyini qәbul edәr vә ona boyun әyәr, ya da öz istәyilә ona qarşı çıxar. Saleh vә mö’min şәxs Allahın seçdiyini qәbul edәr. Allahın ne’mәtinә qarşı çıxan isә Allahın seçdiyini rәdd edәr.
Allah-tәala belә buyurur:“…Hәr kәs mәnim haqq yolumu tutub getsә, nә yolunu azar, nә dә bәdbәxt olar.Hәr kәs mәnim öyüd-nәsihәtimdәn (zikrimdәn) üz döndәrsә, güzәranı daralar vә Biz qiyamәt günü onu mәhşәrә kor olaraq gәtirәrik. O belә deyәr: “Ey Rәbbim! Nә üçün mәni mәhşәrә kor olaraq gәtirdin, halbuki mәn (dünyada) görürdüm”. Allah buyurar: “Elәdir, amma sәnә ayәlәrimiz gәldi, sәn isә onları unutdun. Bu gün elәcә dә sәn unudulacaqsan”.” (Taha surәsi, 123-126-cı ayәlәr)

Sünnilәrin bu mәsәlә barәdәki etiqadı nәzәrdә tutulsa, heç kim mәs’uliyyәt daşımaz. Çünki xәlifәlik haqqında yaranan ixtilafları, baş verәn bütün hadisәlәri vә tökülәn bütün qanları Allahın istәyinә mәnsub edirlәr! Alim olduğunu iddia edәn onlardan birisi mәnә belә dedi:
“Әgәr Rәbbin istәsәydi o işlәr baş tutmazdı”.
Lakin şiә mәzhәbi azğınlığa sәbәb olan vә Allahın әmrinә qarşı çıxan hәr şәxsi mәsul hesab edir, hәmçinin ona tabe olanların etdiklәri günahların da onun boynunda olduğuna inanır.

Hәzrәti Peyğәmbәr (s) belә buyurub:“Hamınız sürü sahibisiniz vә hәr kәs dә öz sürüsünün mәsuludur”.

Allah-tәala da belә buyurur:
“Onları yubadıb saxlayın, çünki sorğu-sual olunacaqlar”. (Saffat surәsi, 24-cü ayә)


#2 H I Z B U L L A H

H I Z B U L L A H

    Naqib – Captain

  • Murid
  • 765 сообщений

Отправлено 17 Апрель 2012 - 11:47

"Cəbr (məcburiyyət)" haqqında
Bu ayədə zikr olunmalı digər bir mövzu "cəbr" məsələsidir. Bu barədə bir neçə mətləbə işarə etmək istərdim. Cəbr məsələsi barədə bir çox təriqətlər fikir söyləmişlər. Onlardan Əşəriyyə, Vəhdəti-vucud və s. adını çəkmək olar.
a) Əşəriyyə təriqətinə mənsub olanlar belə güman edirlər ki, insanın öz işlərini yerinə yetirməkdə heç bir iradəsi yoxdur. Onun iradə və istəyi ancaq Allahın əlindədir. Allah nəyi istəsə, o da olar. Allah istədiyi şəxsə ibadət etdirər, istədiyni də günaha batırar.
Bu nəzəriyyəyə diqqətlə yanaşsaq, görərik ki, onlar savab və cəzanı danırlar. Əgər insan yaxşı və ya pis bir işi öz istək və iradəsi ilə deyil, Allahın istəyi ilə məcburi şəkildə, naçar qalaraq yerinə yetirərsə, belə bir şəxsə savab və ya günah yazmağın heç bir mənası yoxdur. Çünki onu bütün yaxşı və pis əməlləri öz istəyi ilə baş verməmişdir, onu bu işlərə vadar edən Allahın iradəsi olmuşdur.
Qeyd olunanlardan məlum olur ki, Əşəriyyə təriqətinin bu ideologiyası ağıl və məntiqə uyğun gəlmir.
Yaşadığımız dövrdə bəzi şəxslər etdikləri günaha bəraət qazan-dırmaq üçün deyirlər: "Əgər Allah istəməsəydi, biz bu günahı etməzdik." Bunlara cavab olaraq qeyd etməliyəm ki, Mütəal Allah bəndələrinin günah və məsiyət etməsini heç vaxt istəməmişdir. Əksinə, O, peyğəmbərlər və ilahi kitablar vasitəsilə bəndələrini günah etməkdən çəkindirmişdir. Elə bu baxımdan insanların pis işlər görməsi, zəlalətə düçar olması Allahın istəyinin deyil, onların sui-ixtiyarlarının (pis seçimlərinin) nəticəsidir.
b ) Vəhdəti-vücud (Xaliqlə məxluqun eyniliyi, birliyi) əqidəsini daşıyanlar belə iddia edirlər ki, mövcud olan hər bir şey Allahın kölgəsidir. Dalğa dənizdə olan suyun vücudundan asılı olduğu kimi insanın əməlləri də Allahın istəyinə tabedir. Necə ki, dənizdə su tərpənməsə, dalğa da yaranmaz, eləcə də Allah istəməsə, insanlar bir iş görə bilməz.
Bu əqidəyə sahib olanların fikrinə əsasən insan heç bir iradə və ixtiyara malik deyil. Həyatda baş verən hər bir şey Allahın istək və iradəsilədir.
Bu fikirlərin batil olmasına bunu dəlil gətirmək olar ki, onlar dünyada baş verən bütün işləri, hətta cinayətləri də Allaha aid edirlər. Məsələn, "əgər Allah istəməsəydi, Yəhya peyğəmbəri qətlə yetirməz¬di-lər. Əgər Allah istəməsəydi, Şimr imam Hüseynin başını kəsməz, peyğəmbər əhli-beytinə bu qədər zülm olunmazdı. Yaxud əgər Allah istəməsəydi, heç kəs oğurluq və zina etməz, yalan danışmazdı. Bütün bunların baş verməsi göstərir ki, bu işlər Allahın iradə və istəyi ilə baş verir." - deyirlər.
Lakin onların bu əqidəsi din və şəriətlə heç də uyğun deyil. Çünki Mütəal Allah günahsız, səbəbsiz yerə heç kəsin qətlə yetirilməsinə və ya başqa bir günaha batmasına razı olmaz. Deməli, insanların etdiyi cinayət və günahlar məcburi şəkildə deyil, onların öz iradə və istəkləri ilə baş verir. Belə ki, onlar həmin günahı etməyə də bilərdilər.
Yuxarıda qeyd etdiyimiz kimi, hazırkı dövrdə bəzi şəxslər etdikləri cinayəti, məruz qaldıqları zülmü, ictimai hüquqlarının tapdanmasını, vədələrinə xilaf çıxmasını, verdikləri sözə vaxtında əməl etməməsini Allaha aid edərək belə deyirlər: "Əgər Allah istəməsəydi, bu işlər baş verməzdi." Halbuki, yuxarıda qeyd olunanlar və insanların zəlalətə düçar olması Allahın iradə və istəyi ilə deyil, onların özünün sui-ixtiyarlarının və ya düzgün həyat tərzi keçirməmələrinin nəticəsidir.
c) Digər bir dəstə isə Mütəal Allahın öz elmi ilə gələcəkdə baş verəcək hadisələri bildiyinə görə etdikləri əməllərin məcburi olduğunu iddia edir və belə deyirlər: Allah Təala gələcəkdə baş verəcək işlərin hamısını bilir. Əgər biz həmin işləri icra etməsək, onda Allahın elmi, bildikləri doğru olmaz. Deməli, Allahın elmi bizi vadar edir ki, Onun bildiklərini həyata keçirək.
Onların əqidəsinə əsasən əgər bir insan günah edir və ya zəlalətə düşürsə, Allah Təala onun günaha və ya zəlalətə düşəcəyini həmin şəxs dünyaya gəlməmişdən öncə bilir. Elə buna əsasən həmin şəxs belə təsəvvür edir ki, Mütəal Allah onun xoşbəxt və ya bədbəxtliyini əvvəl-dən yazdığına görə o, başqa bir yol tuta bilməz.
Belə şəxslərin alın yazısı riyazi bir məsələyə bənzəyir. Həmin məsələni bir neçə yolla həll etmək olar. Məsələn, riyazi baxımdan 40 rəqəmini bir neçə yerə bölmək olur. Həmin rəqəmi yarı bölsən 20, dörd yerə bölsən 10, səkkiz yerə bölsən 5 olar. Qırx rəqəmini hissələrə bölmək insanın öz ixtiyarında olduğu kimi onların taleləri də öz ixtiya-rın¬dan xaric deyil. Yəni, insan hər hansı yolu tutsa, onun nəticəsini də görəcək. Elə bu baxımdan yolu seçmək və həmin yolda çalışmaq insanın öz ixtiyarındadır. Lakin qeyd olunan yollardan birini seçdikdən sonra onun nəticəsinin necə olacağını həmin şəxs özü bilməsə də, Mütəal Allah bilir. Riyaziyyat elmindən xəbəri olmayan kimsə müştə-rək maldan ona verilən payın həmin malın yüzdə neçə faizi olduğunu bilməsə də, mal sahibi və ya riyaziyyatçı onun payına düşən miqdarı yaxşı bilir.
Buradan belə qənaətə gəlmək olar ki, Mütəal Allah insanın hansı seçimi edəcəyini bilsə də, Onun bu elmi insanı həmin seçimi etməyə məcbur etmir. Çünki insan hər hansı bir yolu seçməkdə ixtiyar sahibidir. Lakin Allah Təala insanın öz ixtiyarı ilə hansı yolu seçəcə¬yi¬ni bilir. Elə buna əsasən islam peyğəmbərindən nəql olunub ki, o həzrət buyurub: "Əs-səidu səidun fi bətni ummihi vəş-şəqiyyu şəqiyyun fi bətni ummih – Allah Təala xoşbəxt və bədbəxt insanları ana bətnində olduqları vaxtdan tanıyır." Bu o demək deyil ki, Allah Təala ana bətnində ikən birini xoşbəxt, digərini bədbəxt yaratmışdır. Əslində burada məqsəd Mütəal Allahın gələcəkdə hər bir insanın öz ixtiyarı ilə hansı yolu seçəcəyini bilməsidir.
İnsanların alın yazısı cəbri (məcburi) deyil. Yəni, Mütəal Allah heç bir insanı həmin şəxsin özü istəmədən xoşbəxt və ya bədbəxt etmir. Əslində, insanların xoşbəxt və ya bədbəxt olmalarına səbəb onların ya özü, ya valideynləri, ya dostları ya da yaşadıqları cəmiyyətin rəhbəri olur. Amma Mütəal Allah hidayət və səadət yolunu seçənlərə tutduqları bu yolda kömək edir. Necə ki, Qurani-Kərimdə buyurur: "Vəl-ləzinəhtədau zadəhum huda... – Həqiqətən də, O, hidayət yolunu tutanlara yardım edər ("Muhəmməd" surəsi, ayə:17)."
Zəlalətə düşənlər, bədbəxt olanlar və cəhənnəm oduna düçar olanların haqqında isə buyurur: "Və ma zələmnahum və lakin kanu ənfusəhum yəzlimun – Biz onlara zülm etməmişik (yəni, onları pis əməllərə məcbur etməmişik), onlar (pis işlər görməklə, zəlalət və bədbəxtlik yolunu seçməklə) özləri özlərinə zülm etmişdir ("Nəhl" surəsi, ayə:118)."
Burada zəlalətə düşən şəxslər belə bir irad tuta bilər ki, əgər Mütəal Allah mane olsaydı, biz də zəlalətə düşərək bədbəxt olmazdıq (oğur-luq, zina etməz, kimsənin malını mənimsəməzdik). Buna cavab olaraq qeyd etməliyəm ki, Mütəal Allahın mane olması ilə bir kimsənin oğurluq, yalan, zina və digər pis işlərdən uzaq olmasının elə bir dəyəri yoxdur. Çünki hər bir şəxs gərək öz iradə və istəyi ilə haramdan və pis işlərdən çəkinsin. Lakin əgər Allah Təala insanın pis işləri görməsinə mane olsa, onun pis işlərdən çəkinməsi məcburiyyətlə olduğu üçün həmin şəxsə heç bir əcr və savab verilməz.
"İxtiyar (bütün işlərdə azad olmaq)" mümkündürmü?
Təfsirini yazdığımız ayənin izahında diqqət yetirilməli başqa bir məsələ "ixtiyar – insanın faili-muxtar olması"dır. Mötəzilə təriqətinə mənsub olanlar cəbr əqidəsinin əksinə olaraq belə güman edirlər ki, Mütəal Allah aləmləri yaratdıqdan sonra həyatda mövcud olan yaşayış tərzinin bütün ixtiyarını insanlara vermişdir. İnsan da "faili-muxtardır (ixtiyar sahibidir)". Yəni, hər nə istəsə edə bilər. Lakin onlar insanın bütün işlərə qüdrətinin çatması ilə onun bütün işlərdə ixtiyar sahibi olmasını səhv anlamışlar. Çünki insanın bütün işlərə qadir olmasına baxmayaraq din və şəriət baxımından hər bir işi yerinə yetirməyə ixtiyarı yoxdur. Məsələn, insanlara kömək etməyə ixtiyarı çatsa da, onları qətlə yetirməyə, hüquqlarını tapdamağa icazə və ixtiyarı yoxdur.
Mütəal Allah Qurani-Kərimdə, eləcə də peyğəmbər və əhli-beytin hədislərində olan qadağalarla pis işlərin ixtiyarını insanlara verməyə¬rək onları həmin işlərdən çəkindirmişdir.
Qeyd etməliyəm ki, adi həyat tərzində seçim insanın özünə aiddir. Məsələn, yatarkən yastığın bərk, yaxud yumşaq olmasında, döşəyin qalın, yaxud nazik olmasında, yemək yeyərkən süfrəni yerdə və ya stolun üstündə sərməkdə, dənizdə, göldə üzərkən üzgüçülüyün hər hansı bir növünü seçərək ondan istifadə etməkdə insan ixtiyar sahibidir. Lakin din və şəriət məsələlərində insan öz istəyinə deyil, şəriətin göstərişinə əməl etməlidir. Mütəal Allah Qurani-Kərimdə buyurub: "Və ma kanə limu`minin və la mu`minətin iza qəzəllahu və rəsuluhu əmrən ən yəkunə ləhumul-xiyərətu min əmrihim – Allah və rəsulu bir işə hökm etdikdə heç bir mömin kişi və qadının ixtiyarı yoxdur ki, bu barədə başqa bir seçim etsinlər ("Əhzab" surəsi, ayə:36)." Məsələn, namazın rəkətlərinin sayında, Həccin əməllərində, zəkatı hansı maldan və nə qədər verməkdə, vacib orucun hansı ayda tutulmasında insan ixtiyar sahibi deyil, bütün bunlarıyalnız din və şəriətdə qeyd olunduğu kimi icra olunmalıdır.
Beləliklə, həm cəbr, həm də ixtiyar əqidəsi din və şəriətdən uzaq olaraq ifrat və təfritə məruz qalmışdır. Çünki bu əqidəyə əsasən insanın ya bütün ixtiyar və azadlığı ondan alınır (cəbr), ya da Mötəzilə təriqətinin əqidəsində olduğu kimi bütün işlərdə ixtiyar ona verilir (təfviz).
Burada mühüm bir mətləbi nəzərə çatdırmaq istərdim ki, həm cəbr əqidəsinə malik olanlar, həm də Mötəzilə əqidəsinə mənsub şəxslər öz əqidələrini Qurani-Kərimin bəzi ayələrilə əsaslandırırlar. Məsələn, Cəbriyyə təriqəti Quranın "Nisa – 88", "Ənfal – 17", "Rum – 29", "Əraf – 155", "Rəd – 27", "İbrahim – 4", "Nəhl – 36, 37", "Loğman- 6", "Fatir – 8", "Saffat – 96", "Ğafir" surəsi 34-cü ayəyə və digər ayələrə istinad edərək öz əqidələrini sübut etməyə çalışırlar. Həmin ayələrdən bəzisinə nəzər salaq.
Mütəal Allah Qurani-Kərimdə buyurub: "Vəllahu xələqəkum və ma tə`məlun – Allah sizi və sizin etdiklərinizi yaratmışdır. ("Saffat" surəsi, ayə:96)."
Başqa bir ayədə buyurur: "Fə yuzillullahu mən yəşau və yəhdi mən yəşa – Allah istədiyi şəxsi zəlalətə salar, istədiyini də hidayət edər ("İbrahim" surəsi, ayə:4)."
Digər bir ayədə buyurub: "Və ma rəməytə iz rəməytə və lakinnəllahə rəma – (Ya peyğəmbər! Düşmənlərin gözünə tərəf bir ovuc torpaq və ya ox) atdıqda sən atmadın, Allah atdı ("Ənfal" surəsi, ayə:17)."
Burada yalnız sonuncu ayəyə diqqətlə yanaşsaq, görərik ki, onlar bu mübarək ayənin mənasına deyil, zahirinə baxaraq fikir irəli sürmüşlər. Hətta onun zahirinə də diqqətlə nəzər salsaydılar, görər¬dilər ki, bu ayə onların iddia etdikləri cəbr əqidəsini sübuta yetirmir. Çünki islam peyğəmbəri düşmənə tərəf bir ovuc torpaq və ya ox atarkən səhabələr də onun şahidi olmuşdular. Buna görə də onlar iddia edə bilməzlər ki, oxu peyğəmbər deyil, yalnız Allah atıb. Bu ayənin zahirinə deyil, mənasına diqqət yetirmək lazımdır. Allah Təalanın bu ayədə məqsədi islam peyğəmbərinin düşmənə qələbə çalmasının Onun hidayət və yardımı ilə olduğunu bildirməkdir. Çünki düşmənə tərəf atılan torpaq və ya ox Allahındır. Əgər bir şəxs ox, torpaq yaxud hər hansı bir silah vasitəsilə düşmənə qalib gəlirsə, zahirdə vuruşan, düşmənə ox atan həmin şəxsin özü olsa da, onu həmin qələbəyə müvəffəq edən Allahdır.
Yalan danışan şəxslərin yalanı özlərinə aiddir. Oğurluq, zina edən kəsin bütün hərəkətləri həmin şəxsin özünə aiddir. Buradan məlum olur ki, insan işlərində məcbur olmayıb, hər hansı bir yolu öz ixtiyarı ilə seçir. Amma bu ayəni düzgün başa düşməyən Cəbriyyə təriqəti insanın bütün feillərini Allaha nisbət verir. Lakin bunu dərk etmirlər ki, bu əqidənin nəticəsində bir çox cinayətkarlar öz işlərinə bəraət qazandıraraq deyərlər: "Və ma zənəytu iz zənəytu, və ma səriqtu iz səriqtu, və ma kəzibtu iz kəzibtu, və ma qətəltu iz qətəltu - Zinanı, oğurluğu mən etməmişəm, yalanı mən danışmamışam, qətli mən törətməmişəm. Çünki Allah istəməsəydi, mən bunları etməzdim." Halbu¬ki, belə bir iddia küfrdür, yalandır. Çünki Allah belə işlərin heç birini istəməz. Əksinə, Mütəal Allah Quranın bir çox ayələri vasitəsilə öz bəndələrini belə çirkin əməllərdən çəkindirmişdir.
Cəbriyyə təriqəti yuxarıda qeyd etdiymiz "Vəllahu xələqəkum və ma tə`məlun – Allah sizi və sizin etdiklərinizi yaratmışdır" ayəsini öz fikirlərini sübuta yetirən ən güclü dəlil hesab edirlər. Halbuki, bu mübarək ayə heç də onların əqidəsinə aid deyil. Çünki bu ayədə həzrət İbrahim kafirlərə xitab edərək buyurur: "Sizi də, əlinizdə düzəltdiyiniz bütləri də (onların taxtasını, daşını da) Allah yaratmışdır." Gördü¬yünüz kimi, bu ayə onların əqidəsinə aid deyil. Bu ayə əslində bütün məxluqatın (insanın, mələyin, dənizin, çayın, dağın, daşın, taxtanın, ağacın, çəmənin, çiçəyin və s.) yaranışını Mütəal Allaha aid edir. Amma insanların etdiyi əməllər onların özlərinə aiddir və həmin əməl¬l-əri icra etməkdə onlar üçün heç bir məcburiyyət yoxdur.
Mötəzilə əqidəsinə gəlincə, onlar da öz fikir və əqidələrini Qurani-Kərimin bəzi ayələrinə əsaslandırmışlar. Həmin ayələrdən biri budur: "Fəmən şaə fəlyu`min və mən şaə fəlyəkfur – (Ey peyğəmbər, sən camaata haqqı) de: hər kəs istəyir iman gətirsin, kim də istəyir iman gətirməsin ("Kəhf" surəsi, ayə:29)."
Mötəzilə təriqətinin istinad etdiyi digər bir ayə budur: "Mən caə bil-həsənəti fələhu əşru əmsaliha və mən caə bis-səyyiəti fə la yucza illa misləha – Hər kəs bir yaxşılıq edərsə, ona həmin yaxşılığın on misli veriləcək, kim də pis bir iş görərsə, o, yalnız həmin pis işin müqabilin¬də cəzalandırılacaqdır." ("Ənam" surəsi, ayə:160)
Bu əqidəni daşıyanlar bu iki ayə və buna bənzər digər ayələrdən belə nəticəyə gəlmişlər ki, Mütəal Allah bütün işlərdə insanı faili-muxtar (azad) yaratmışdır. Lakin onlar birinci ayəyə ("fəmən şaə fəlyu`min..." ayəsinə) diqqət yetirsələr, görərlər ki, Mütəal Allah iman gətirməyən şəxslərə cəhənnəm odunda yanacaqlarını vədə vermişdir. Beləliklə, əgər insan iman gətirib-gətirməməkdə azaddırsa, iman gətir-mə¬mə¬sinə görə ona əzab vədəsi vermək düzgün deyildir. İkinci ayədən ("mən caə bil-həsənəti..." ayəsindən) isə belə başa düşürük ki, Mütəal Allah pis işin görülməsinə icazə vermir. Əgər insan pis iş görməkdə azaddırsa, onun etdiyi pis işlərə görə cəzalan¬dırılması heç də düzgün sayılmır. Burada pis işə görə cəhənnəm odunun vədə verilməsindən aydın şəkildə başa düşmək olar ki, Mütəal Allah həmin işləri görmək¬də insana ixtiyar verməyib.
Cəbr və ixtiyar əqidəsinə mənsub olanların iddiası nəticə olaraq bundan ibarətdir: cəbriyyə təriqətinə mənsub olanlar iddia edirlər ki, bütün feil və hərəkətləri Allah yaradır. Biz həmin işləri görməyə məcbu¬ruq. Onlar öz iddialarına dəlil olaraq "Zumər" surəsinin 62-ci ayəsini ("Allahu xaliqu kulli şəy` - Hər bir şeyi yaradan Allahdır" ayəsini) zikr edirlər. Mötəzilə əqidəsinə mənsub olanlar isə "Şura" surəsinin 30-cu ayəsinə ("Ma əsabəkum min musibətin fəbima kəsəbət əydikum – başınıza gələn bütün işlər sizin öz səyinizin nəticəsindədir" ayəsinə) əsaslanıb iddia edirlər ki, bütün feilləri icad edən, yaradan bizik.
Halbuki, bu iki əqidə sahibi Quranın digər ayələrinə diqqət yetirsələr görərlər ki, onlar ya ifrata, ya da təfritə varmışlar. Belə ki, Mütəal Allah "Nisa" surəsinin 79-cu ayəsində buyurur: "Ma əsabəkə min həsənətin fəminəllah və ma əsabəkə min səyyiətin fəmin nəfsik – Etdiyin yaxşı işlər Allahın istəyi ilə baş vermiş, pis işləri isə öz istəyinlə yerinə yetirmisən."
Burada diqqətinizi mühüm bir mətləbə cəlb etmək istərdim: peyğəmbər və o həzrətin əhli-beytinin məktəbini düzgün başa düşənlər bilirlər ki, cəbr və ixtiyar əqidəsi həqiqətdən uzaqdır. Necə ki, əhli-beyt (ə.s) bu iki əqidə sahibləri ilə mübahisə edərkən buyurmuşlar: "La cəbrə və la təfvizə bəl əmrun bəynəl-əmrəyn – İnsan etdiyi işlərdə nə məcbur, nə də tam ixtiyar sahibidir. Əslində doğru olan bunların ikisi arasındakı orta yoldur."
Bu barədə əhli-beytdən (ə.s) nəql olunan hədislərə nəzər salaq:
1) Muhəmməd ibn Əclan deyir ki, imam Sadiqə (ə) ərz etdim: "Fəvvəzəllahul-əmrə iləl-ibad? Qalə: Allahu əkrəmu min ən yufəvvizə iləyhim. Qultu: Fəəcbərəllahul-ibadə əla əf`alihim? Fəqalə: Allahu ə`dəlu min ən yucbirə əbdən əla fi`lin summə yuəzzibuhu ələyh? - Allah bütün işləri bəndələrinə tapşırmışmı və işləri icra edən onlardırmı? İmam (ə) buyurdu: Allah bütün işlərdə ixtiyarı bəndələrinə tapşırmaqdan uca və əzəmətlidir. Ərz etdim: əgər insanlara gördükləri bütün işlərdə ixtiyar verməyibsə, onları həmin işlərə məcbur edibmi? Həzrət buyurdu: Allahın ədalətinə sığışmaz ki, bəndələrini etdikləri əməllərə məcbur etsin, sonra da onları bəyənil¬məyən işlərə görə cəzalandırsın." ("əl-Mizan", c.1 , s.102)
Bu hədisin mislini başqa bir ravi də imam Sadiqdən (ə) nəql etmişdir. Bu barədə "Təfsiri Məvahibur-Rəhman" c.1, s.157-yə nəzər sala bilərsiniz.
2) Mərhum Səduq məşhur "Tövhid" kitabında imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: "Qalə rəsulullah: mən zə`əmə ənnəllahə yə`muru bis-sui vəl-fəhşai fəqəd kəzibə aləllah və mən zə`əmə ənnəl-xəyrə vəş-şərrə biğəyri məşiətillah fəqəd əxrəcəllahə min sultanihi – Peyğəmbər buyurmuşdur: hər kim güman etsə ki, pis işlər və günahlar Allahın əmri və Onun istəyi ilə baş verir, həqiqətən də, o, Allah haqqında yalan danışır. Hər kəs də təsəvvür etsə ki, dünyada baş verən xeyir və şər işlər Allahın istəyi ilə deyil, insanların istəyi ilə baş verir, həqiqətən də belə bir şəxs Allahı qüdrətindən uzaq bilib Onu aciz hesab edir." ("əl-Mizan", c.1, s.103)
Bu iki hədisdən məlum olur ki, insan pis işləri Allahın iradəsi ilə deyil, öz istəyi ilə yerinə yetirir və Allah Təala həmin işləri icra etməkdə onu məcbur etmir. Eləcə də Allahın qüdrətindən kənar heç bir xeyir və şər iş baş verməz. Yəni, Allah bütün işlərdə insana ixtiyar verməyib, istəsə ona mane ola bilər. Necə ki, əmirəl-möminin Əli (ə) qəzavü-qədər barəsində buyurub: "Kulləma istəğfərtəllahə minhu fəhuvə minkə və kulləma həmidtəllahə ələyhi fəhuvə minhu – Hər hansı bir işi etdiyin üçün Allahdan istiğfar diləyib bağışlanmaq istəyirsənsə, həmin iş sənin öz səyinin nəticəsidir. Hər hansı bir işi yerinə yetirdiyin üçün Allaha şükr edirsənsə, o, Allah tərəfindəndir (Onun lütfünün nəticəsidir ki, səni o işə müvəffəq edib)." ("əl-Mizan", c.1, s.103)
Başqa bir rəvayətdə imam Rzadan (ə) belə nəql olunub: "Əl-qailu bil-cəbri kafirun vəl-qailu bit-təfvizi muşrikun... – Cəbr əqidəsinə inananlar kafir, təfviz (ixtiyar) əqidəsinə inananlar isə müşrikdir."
Cəbr və ixtiyar mövzusuna son olaraq bunu da qeyd etməliyəm ki, Mütəal Allah tərəfindən insanlara hər bir işi görməyə və ya onu tərk etməyə qüdrət verilib. Elə bu baxımdan insan "faili-müqtədir"dir (yəni, onun hər bir işi görməyə və yaxud tərk etməyə qüdrəti çatır). Lakin insanın bəyənilməyən əməlləri icra etməyə qüdrəti çatsa da, Mütəal Allah onları etməyə icazə verməyib. Elə buna əsasən insanın "faili-muxtar" olmasında məqsəd ona yalnız xeyir işləri seçərək onları yerinə yetirməsinə icazə verilməsidir. Amma pis işləri yerinə yetirməyə icazə verilməyib.
Təəssüf ki, bəzi şəxslər bu mühüm məsələni başa düşmədikləri üçün insanın faili-muxtar olmasını onun yaxşı və pis hər bir işi icra etməkdə azad olması kimi qəbul edirlər. Halbuki, faili-muxtar olmaq sözün əsl mənasında aləmləri yaradan Allaha məxsusdur. "İn şaə fəəl və in ləm yəşə` ləm yəf`əl – O, bir işi istəsə edər, istəməsə etməz." Kiminsə əmrinə və ya qadağasına tabe deyil. İnsan isə Mütəal Allahın əmrinə tabe olmalıdır.

Ayətullah

Əli Munib Hicrani Təbrizi

Сообщение отредактировал H I Z B U L L A H: 17 Апрель 2012 - 11:53

Затем размышлял я, следует ли мне восстать,не имея поддержки, либо претерпеть перед лицом всепоглощающей тьмы, в которой [пребывать, может быть,суждено столь долго], что старики станут совсем немощными, молодые поседеют, и верные мне закончат бесславно дни свои, пока не встретятся со Всевышним.Я нашел, что мудрее в вышеописанных условиях — терпение, и принял его, несмотря на то что жжение в глазах и сдавленность в горле вызывало сознание того, как разграбляется мое наследие.

#3 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 19 Апрель 2012 - 09:17

Прикрепленный файл  20081112022524.jpg   14,92К   0 Количество загрузок:

Прикрепленный файл  Ilahi adalat-asl.DOC   2,43МБ   0 Количество загрузок:

#4 H I Z B U L L A H

H I Z B U L L A H

    Naqib – Captain

  • Murid
  • 765 сообщений

Отправлено 19 Апрель 2012 - 10:54

Qəzavü-qədər (tale)

Təfsirini yazdığımız ayədəki digər bir mətləb isə qəzavü-qədər mövzusudur. Cəbr-ixtiyar məsələsinə diqqət yetirsək, görərik ki, bu, başqa bir ifadə ilə desək, qəzavü-qədər mövzusudur. "Qəza" sözü ərəb dilində Allah Təalanın qərara gəldiyi hökm, "qədər" sözü isə Onun tərəfindən təyin olunmuş ölçü, miqdar deməkdir. Bəzi şəxslər etdikləri pis işlərə, sərvətlərini əldən vermələrinə, ailələrini itirmələrinə, uşaqla¬rı-nın pis yola düşmələrinə və ömürlərini tələf etmələrinə bəraət qazan¬dır-maq üçün belə deyirlər: "Allahın qəzavü-qədəri bizim barə¬mizdə bu imiş, bu günümüzə də şükr olsun, yəqin ki, Allah bizim barəmizdə belə istəmişdir." Halbuki, onlar bu sözü deməklə Mütəal Allah haqqında yalan danışaraq ona töhmət vururlar. Çünki Allahın onlar barəsində dəyişilməz hökmü bu deyil. Əslində bu, onların tutduğu yolun nəticəsi-dir. Əgər onlar başqa bir yol tutsaydılar, onun nəticəsi də başqa cür olacaqdı.
Bəzən isə Mütəal Allah tərəfindən bir kimsənin haqqında dəyişil-məz hökmü olur. Yəni, insan hər nə etsə, Mütəal Allah tərəfindən təyin olunan hökm (ruzi, xəstəlik, gözlənilməz bəla və ölüm) gəlib onu tapacaqdır. Belə dəyişilməz bir hökmə qəzavü-qədəri-hətmi deyirlər.
Qəzavü-qədər iki qismə bölünür:
a. Qəzavü-qədəri-hətmi (dəyişilməz hökm)
b. Qəzavü-qədəri-əzmi (dəyişilə bilən hökm)
Allah Təala birinci növ qəzavü-qədərin baş verməsi hökmünü imza¬-lamışdır. Bu növ hökmü heç kəs, hətta cinni-ins bir yerə yığışsa belə dəyişə bilməz.
Burada birinci növ hökm (qəzavü-qədəri-hətmi) barəsində nəql olunmuş hədislərə nəzər salaq:
1) Cabir ibn Abdullah Ənsari deyir ki, Allahın rəsulu (s.ə.a) buyurub: "Lau ənnəbnə Adəmə hərəbə min rizqihi kəma yəhrubu minəl-maut, ləədrəkəhu rizquhu kəma yudrikuhul-maut – Adəm övladı Mütəal Allah tərəfindən onun haqqında yazılan ruzidən ölmək-dən qaçdığı kimi qaçsa da, təyin olunmuş həmin ruzi ölümün gəlib onu tapacağı kimi mütləq onu tapar." ("Kənzul-ummal", c.1, s.108, hədis:500)
Qeyd etdiyimiz kimi, ruzinin insanı bu növ gəlib tapması qəzavü-qədəri-hətmidir (Mütəal Allahın dəyişilməz hökmüdür). Bu növ qəza-vü-qədərdən qaçmaq mümkün deyil.
2) Digər bir hədisdə Ənəs ibn Malik və Əli (ə) rəvayət edirlər ki, Allahın rəsulu (s.ə.a) buyurub: "İza əradəllahu infazə qəzaihi və qədərihi sulibə zəvil-uqulu uquləhum hətta yənfuzə fihim qəzauhu və qədəruh, fə iza əmza əmruhu rəddə iləyhim uquləhum və vəqə`ətin-nədaməh - Əgər Mütəal Allah bir işin baş verməsini imza¬lamış olarsa, bütün ağıllı insanlar və düşüncə sahibləri belə yığışıb onun qarşısını ala bilməzlər. Əgər onlar ağıl vasitəsilə bu işin qarşısını almaq istəyər¬lərsə, Mütəal Allah bu işin həyata keçməsi üçün hətta onların ağıllarını belə əllərindən alar ki, həmin iş baş versin. Allah öz hökmünü həyata keçirtdikdən sonra yenidən ağıl və düşüncələrini onlara qaytarar, onlar da bu işin qarşısını ala bilmədikləri üçün peşman olarlar." ("Kənzul-ummal", c.1, s.109, hədis:509)
İmam Cəfər-Sadiq atası imam Baqirdən (əleyhiməs-səlam), o həzrət də islam peyğəmbərindən bu hədisin bənzərini rəvayət etmişdir. Bu barədə "Kənzul-ummal", c.1, s.110, hədis:511, 524, 526-ya baxa bilərsiniz.
Lakin ikinci növ qəzavü-qədər (əzmi, yəni, dəyişilə bilən hökm) Mütəal Allah tərəfindən təyin olunsa da, onun icrası hələ imzalanma-dığı üçün onu dua, sədəqə, sileyi-ərham (qohumları ziyarət etmək) və yaxşı işlər görmək vasitəsilə dəyişmək olar.
Burada əmirəl-möminin Əlidən (ə) nəql olunan hədisi nəzərinizə çatdırmaq istəyirəm.
Mərhum Şeyx Səduq özünün məşhur "Uyuni-əxbari-Rza" kitabında imam Rzadan (ə) rəvayət edir ki, o həzrət buyurub: "Əmirəl-möminin Əli (ə) Siffeyn müharibəsindən qayıdarkən o həzrətin səhabələrindən yaşlı bir şəxs həzrətə sual verərək dedi: "Ya əmirəl-mu`minin, əxbirna min məsirina haza, ə biqəzain minəllahi və qədərin? Fəqalə ləhu Əmirul-mu`minin: əcəl ya şəyx, fəvəllahi ma əlautum təl`ətən və la həbəttum bətnə vadin illa biqəzain minəllahi və qədərin, fəqaləş-şəyx: İndəllahi əhtəsibu ənai, ya əmirəl-mu`minin, fəqalə (ə): məhlən ya şəyx! Ləəlləkə təzunnu qəzaən hətmən və qədərən lazimən, lau kanə kəzalikə ləbətələs-səvabu vəl-iqab... - Ya əmirəl-möminin! De görək bizim getdiyimiz bu yol (vadi) Mütəal Allahın qəzavü-qədəri ilədir, yoxsa biz öz ixtiyarımızla gedirik? Əli (ə) ona buyurdu: bəli, ya şeyx, bu vadidə elə bir dərə-təpədən keçmədiniz ki, o, Allahın qəzavü-qədəri ilə olmasın. Həmin yaşlı kişi dedi: İndi ki, hər şey Allahın qəzavü-qədəri və Onun istəyi ilə olur, elə isə mən bu yolda yorulmağımın Allahdan olduğunu bilirəm (Əgər belədirsə, biz gərək hansı yolla, necə gedəcəyimizə görə fikirləşib özümüzü yorma¬yaq. Allah nə istəsə, o da olacaq). Əmirəl-möminin ona cavab olaraq buyurdu: tələsmə, ey ağsaqqal! Sözümü düzgün başa düş. Sən elə güman edirsən ki, bu tutduğumuz yol Allahın dəyişilməz hökmüdür (qəzavü-qədəri-hətmisidir). Xeyr, belə deyil, çalış səhv anlama! Biz bundan başqa bir vadi ilə də gedə bilərdik. Belə olduqda o vadidə olan dərə-təpədən də keçməli idik. Ola bilməz ki, insan hansısa bir vadi ilə gedib oranın dərə-təpəsindən keçməsin. Dərə-təpədən keçmək məcbu¬ri olsa da, hansı vadi ilə getməkdə insan heç də məcbur deyil. Əgər insan hansı bir vadi ilə getməyi seçməkdə də məcbur olsaydı, həmin seçimə görə hər hansı bir savab və ya cəza olmazdı. (Əgər insan ibadət və ya günah edib-etməməkdə məcbur olsa, ona ibadətinə görə savab, günahına görə cəza vermək heç də düz olmaz)..."
Bu hədisdən belə başa düşmək olar ki, insan hansı yolu tutarsa, onun nəticəsini görmək də həmin şəxs üçün mütləqdir. Məsələn, Mütəal Allah hökm etmişdir ki, bekar gəzib dolanan pulsuz, ac qalmalıdır, vaxtında evinin damını düzəltməyən qışda qar-yağış altın-da, yaşadığı müddətdə gələcəyinin fikrini etməyən evsiz-eşiksiz, sərgərdan, dərs oxumayan şəxs savadsız qalmalı, vaxtında üzməyi öyrənməyən şəxs bacarmadığı halda dənizdə üzmək istərsə, boğul¬malı-dır. Bunlara bənzər digər pis aqibətlər də Mütəal Allahın belə kimsələ-rin barəsində olan qəzavü-qədəridir. Çünki onlar həyat tərzlərini özləri belə seçmişlər. Mütəal Allah da onlara öz seçdiklərinə uyğun pay vermişdir. Lakin əgər belə şəxslər başqa bir yol tutsaydılar, əlbəttə ki, həmin yolun nəticəsi də başqa olacaqdı. Allahın insanlar barəsindəki qəzavü-qədəri bu mənanı daşıyır. Elə buna görə insanlar yuxarıda sadalananlara görə Allah Təaladan umub küsməsinlər.
Yuxarıdakı hədisdən məlum oldu ki, insanların gələcəkdə necə olacaqları Mütəal Allahın qəzai-hətmisi (dəyişilməz hökmü) deyil. Əksinə, Allah bunu onların çalışmaqlarının nəticəsinə uyğun yazmış¬dır. Elə buna əsasən belə hadisələrin 90 faizi insanların öz əməllərinin nəticəsidir. Qalan 10 faizi isə başqa səbəblərin nəticəsi ola bilər.

Ayətullah

Əli Munib Hicrani Təbrizi

Сообщение отредактировал H I Z B U L L A H: 19 Апрель 2012 - 10:56

Затем размышлял я, следует ли мне восстать,не имея поддержки, либо претерпеть перед лицом всепоглощающей тьмы, в которой [пребывать, может быть,суждено столь долго], что старики станут совсем немощными, молодые поседеют, и верные мне закончат бесславно дни свои, пока не встретятся со Всевышним.Я нашел, что мудрее в вышеописанных условиях — терпение, и принял его, несмотря на то что жжение в глазах и сдавленность в горле вызывало сознание того, как разграбляется мое наследие.

#5 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 20 Декабрь 2016 - 11:01

Salam aleykum,şiyələr bunu necə izah edə biler, bir insan günah edir, göz zina sı edir,
3 dene sual yaranır,3 əqidə yaranır,
1,bu günahi insan allahla şerik olaraq etdiyi üçun, yani hem allah,hemde insan bunu istediyinden etdiyi üçün, qiyamet günu bu insan,günahindan dolayı mueyyen muddet cehennemde yanıb çıxacaq,cehennemde əbədi qalmayacaq o üzdenki, allah istedki, o günah etdi, allah istemeseydi o günah etmezdi,
2.bu əqidede çox yayilib,insanlar zina edir,adam öldürur,ve deyirlerki, allah istedi ki, biz imam huseynin başini kesdik ,allah istemeseydi biz bu günah etmezdik, ve allah şirkden başqa butun günahlari bağışlayır,yani qiyamət günu tövbə etmesek belə,shirkimiz olmasa allah bizi cənnətə salacaq,
3,cu növ insanlarda varki,deyirlerki,zinadir, adam öldurmekdir,paxilliqdir,bunu insan özü edir,allah bu cur insan yaratmadı, ve kimsə bu günahlarnan qiyam olarsa əbədi olaraq cəhənnəmə vasil olacaq,
Siz şiyelerde bes hansi əqidedir?

Сообщение отредактировал abdhalim: 20 Декабрь 2016 - 11:03

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru