HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ
Dəyərli forum üzvləri bildiyimiz kimi həm bugün Azərbaycanda və dünyanın bir neçə yerində yayılan günümüzdəki nəsibilər özlərinə "vehhabi" deyilməsinə etiraz edirlər, bunun böhtan olduğunu, özlərinin əhli sünnət olduqlarını, "vəhhabi" olmadıqlarını iddia edərlər. Budur bu tayfanın sonuncu şeyxlərindən Əbdüləziz bin Baz yumruq kimi cavab verir, "biz vəvhabiyik" deyir.
http://www.youtube.com/watch?v=xTS8faG0GlA&feature=plcp
http://www.youtube.com/watch?v=lEfsI4OzI2Y&feature=player_embedded


[/center][center]
Əbdüləziz bin Baz

şəkildə gördüyünüz Əbdüləziz bin Bazın "Fətva en-Nur" adlı kitabıdır. gördüyünüz kitabın 18-ci səhifəsidir. Əbdüləziz bin Baz özünə soruşulan bir suala uzun-uzadı cavab verməkdədir. sual 16-cı səhifədədir və belədir:
يقول السائل: فضيلة الشيخ، يسمي بعض الناس عندنا العلماء في المملكة العربية السعودية بالوهابية فهل ترضون بهذه التسمية؟ وما هو الرد على من يسميكم بهذا الاسم؟
sual: Dəyərli şeyx, bəzi insanlar Suud alimlərini "vəhhabi" adlandırırlar siz bu adı qəbul edirsinizmi?
Əbdüləziz bin Baz bu suala uzun-uzadı cavab verməkdə, şirk-Tövhid mövzusunu ələ almaqdadır.İşarələnmiş yerdə isə əsas mövzuya keçərək belə deməkdədir:
يدعون إلى توحيد الله من علماء التوحيد من علماء نجد وغيرهم يلقبون بالوهابية، فهو لقب معروف شريف وليس بمستنكر
cavab: Nəcd üləmasının ləqəbi vəhhabidir və bu tanınan və şərifdir və biz bunu inkar etmirik.
Əbdüləziz ibn Baz, "Fetava en-Nur", 1/16-18
Əbdüləziz bin Baz burada "Necd üləması" dediyi qrup şəxsən özləridir, yəni Məhəmməd ibn Abdulvehhabın yolundan gedən, ümmətin şirk içində olduğunu söyləyən pozğunlar.Budur bu pozğunlara bütün ümmət "vehhabi" adını vermişdir, Məhəmməd ibn Abdulvehhabın öz qardaşı və hənbəli alimi Şeyx Süleyman ona rəddiyə yazmış və rəddiyənin adını da belə qoymuşdur: "Es-Sevaik el-İlahiyyə fi rəddi alal vehabiyye"
Vəhabilik Hədislərdə
Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir:
"Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.” - Səhihi-Buxari, Kitab ət-təuhid, 57-ci fəsl, 7123-cü hədis.
Qəstəlani "İrşadus-sari əsərində ("İrşadus-sari”, c. 15, səh. 626)bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur.
Səhih-Buxari, Fitən kitabı, fəsil-16, hədis-7094-də İbn Ömərdən belə rəvayət olunur ki:
Bir gün böyük İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) belə bir dua etdi: ''Ey Allah! Şamı və Yəməni bizim üçün (İslam üçün) bərəkətli et!'' Bunu üç dəfə təkrar etdi. Ətrafında olanlardan bəziləri dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et.'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Yenə də dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et .'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Dedilər: ''Ya Rəsuləllah! Nəcdi niyə dua etmədin?'' O Həzrət(s) cavab verdi: ''Nəcd zəlzələlər, fitnələr və şeytanın çıxacağı yerdir.''
Nəcdin tarixində vəhhabiliyin orada yaranmasından başqa bir yadda qalan hadisə yoxdur.
Həqitətən də İslam Peyğəmbəri(s) doğru buyurmuşdur ki, pozğun fikirlər, azğın əqidələr, dinindən dönənlər, şeytana uyanlar və İbn Əbdülvəhhabın simasında şeytan Nəcddən çıxmışdır.
Səhih-Buxari, Tövhid kitabı, fəsil-57, hədis 7562-də isə Xidridən belə rəvayət olunur ki, Peyğəmbər(s) buyurmuşdur:
''Məşriqdən (Şərqdən-gündoğandan) bir qrup insanlar çıxacaq ki, onlar Quranı oxuyacaqlar, ancaq ona əməl etməyəcəklər. Yay kamandan çıxdığı kimi onlar da dindən çıxacaqlar. Yay kamana qayıtmadığı kimi onlar da dinə qayıtmayacaqlar.'' Soruşdular: ''Ya Rəsuləllah! Onların əlamətləri nə olacaq?'' O Həzrət(s) cavab verdi: ''Onlar saqqallarını ya qırxarlar, ya saxlayarlar (uzadarlar).''

Muhəmməd ibn Əbdülvəhhab 1703-cü ilin baharında Nəcd vilayətinin Üyеynə qəsəbəsində Əbdülvəhhab ibn Sülеyman adlı bir qazinin еvində doğuldu. Ərəbistan yarımadasının bir qismini əhatə еdən Nəcd vilayəti tarix boyu yalançı pеyğəmbərlərin məskəni olmuşdur. Onların gündəlik məşğuliyyəti qarət, soyğunçuluq və oğurluq idi. Bir sözlə mədəniyyət özünün aşağı mənasında orada təzahür еtmişdi. (Yеni şəfəq, c 1 səh. 26; "Nəcd tarixi", səh. 46)
Vəhhabi məzhəbi haqqında bu kiutbalardan bəhrələnə bilərsiz.

VƏHABİ FİRQƏSİ
Müəllif: Seyyid Məhəmməd Həsən Qəzvini

VƏHHABİ FİTNƏSİ
ƏLİ ƏSĞƏR RİZVANİ

Vəhhabilərin çirkin əqidəsi






MÜƏLLİF:ƏBDÜLLAH MƏHƏMMƏD
VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

VƏHHABILIK VƏ YA “ŞEYTAN BUYNUZU”

Vəhhabiliyin həqiqi simasi

ƏHLI SÜNNƏT ADI ALTINDA DÜŞMƏNLƏRIN IFTIRALARI

VƏHHABİ SUALLARINA CAVABLARIMIZ
MÜƏLLİF: ƏLİ ƏTAİ İSFƏHANİ

Vahabi etiqadının yeni təhlili”
Məhəmməd Hüseyn İbrahimi

Vəhhabiliyin siyasi tarixi
Doktor Mənsur Həqiqətpur

Vəhhabi məzhəbi
Ayətullah Cəfər Sübhani
Прикрепленные файлы
Сообщение отредактировал Neqsi Cahan: 01 мая 2012 - 14:14