Перейти к содержимому


Фотография

Muxtar ibn Əbu-Übeyd əs-Səqəfi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 10

#1 H I Z B U L L A H

H I Z B U L L A H

    Naqib – Captain

  • Murid
  • 765 сообщений

Отправлено 05 мая 2012 - 20:56


Затем размышлял я, следует ли мне восстать,не имея поддержки, либо претерпеть перед лицом всепоглощающей тьмы, в которой [пребывать, может быть,суждено столь долго], что старики станут совсем немощными, молодые поседеют, и верные мне закончат бесславно дни свои, пока не встретятся со Всевышним.Я нашел, что мудрее в вышеописанных условиях — терпение, и принял его, несмотря на то что жжение в глазах и сдавленность в горле вызывало сознание того, как разграбляется мое наследие.

#2 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 мая 2012 - 17:09

Bismilləh!

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Bəh-Bəh!

Həci, Alllah səndən razı olsun!

MaşaAllaH!

Əli Hicrani Təbrizi ağa maşaAllah böyük islam alimlərindəndir və çox dəyərli kitabları da var.

ALlah onu hifz eləsün!

Ağanın əllərindən öpürəm.

Allahdan arzu edirəm ki, ağa bu cür dəyərli çıxışlar çox etsin ki, biz də ağanın nurundan, elmindən, imanından, təqvasından, əxlaqından bəhrələnək inşaAllah .



Həci, sənə nə qədər təşəkkür etsəm azdır.


Cəzəəkəllahu xayran!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#3 H I Z B U L L A H

H I Z B U L L A H

    Naqib – Captain

  • Murid
  • 765 сообщений

Отправлено 06 мая 2012 - 17:15

Bismilləh!

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Bəh-Bəh!

Həci, Alllah səndən razı olsun!

MaşaAllaH!

Əli Hicrani Təbrizi ağa maşaAllah böyük islam alimlərindəndir və çox dəyərli kitabları da var.

ALlah onu hifz eləsün!

Ağanın əllərindən öpürəm.

Allahdan arzu edirəm ki, ağa bu cür dəyərli çıxışlar çox etsin ki, biz də ağanın nurundan, elmindən, imanından, təqvasından, əxlaqından bəhrələnək inşaAllah .



Həci, sənə nə qədər təşəkkür etsəm azdır.


Cəzəəkəllahu xayran!

Təşşəkür ay əxi can! Hicrani Aga cox Azərbayacanlı möminlər ücun darıxıb. Quranı Kerimin tefsirini yazıb, Azərbaycan möminlər ücün bir hədiyə etmək istədi, amma Azərbaycanda bəzi şəhslər cap etmeyə icaza vermədilər!Dua edin bərkəm bəzi adamlar hidyət olallar və bu gözəl tefsiri capa icazə verəllər!

Сообщение отредактировал H I Z B U L L A H: 06 мая 2012 - 17:16

Затем размышлял я, следует ли мне восстать,не имея поддержки, либо претерпеть перед лицом всепоглощающей тьмы, в которой [пребывать, может быть,суждено столь долго], что старики станут совсем немощными, молодые поседеют, и верные мне закончат бесславно дни свои, пока не встретятся со Всевышним.Я нашел, что мудрее в вышеописанных условиях — терпение, и принял его, несмотря на то что жжение в глазах и сдавленность в горле вызывало сознание того, как разграбляется мое наследие.

#4 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 мая 2012 - 17:29

Təşşəkür ay əxi can! Hicrani Aga cox Azərbayacanlı möminlər ücun darıxıb. Quranı Kerimin tefsirini yazıb, Azərbaycan möminlər ücün bir hədiyə etmək istədi, amma Azərbaycanda bəzi şəhslər cap etmeyə icaza vermədilər!Dua edin bərkəm bəzi adamlar hidyət olallar və bu gözəl tefsiri capa icazə verəllər!




Bismilləh!

Rica edirəm mən təşəkkür edirəm ağacan!

Azərbaycanın İslama xidmətləri çox olub və hal-hazırda da bu xidmətlər davam edir.

Azərbaycanlı möminlər bu Azərbaycanlı alimdən çox bəhrələniblər əlhəmdu lilləh .


Ağa , səhv eləmirəmsə bir müddət Azərbaycanda, Bakıda da tədrislə məşğul olub .


İnşaAllah o bəzi şəxsləri Allah hidayət eləsün ki, bizlər də ağanın elmindən bəhrələnək.

Ağa ilə əlaqəsi olanlardan xahiş edirəm ki, salamlarımızı ağaya yetirsinlər və ağaya çatdırsınlar ki, Azərbaycanda ağanın nurani çöhrəsinə , elminə Səhralarda susuz qalmış müsafirin suya olan ehtiyacı kimi ehtiyacı olan möminlər var və belələrin sayı az deyil.

Ağanın Azərbaycan dilində saytı da olseydi əla olardı!


Həci, Allah səndən də razı olsun!


Allah şahiddir ki, sənə nə qədər təşəkkür etsəm, yenə də az görürəm.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#5 bəri_gəl_əəə

bəri_gəl_əəə

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 39 сообщений

Отправлено 06 мая 2012 - 20:21

Muxtar özünü peyqəmbər elan kəslərdəndir.

#6 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 06 мая 2012 - 21:11

Muxtar özünü peyqəmbər elan kəslərdəndir.

Muxtarı Ömərlə səhv salmısız.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#7 Nasir

Nasir

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 36 сообщений

Отправлено 27 сентября 2012 - 22:19

Salam aleykum!Allah bütün heqiqi İslam alimlerini hifz elesin.Meni video materiallar baxmaq imkanım yoxdur.Elmli qardaşlardan xahiş edirem ki,Muxtar Seqefi barede düzgün melumatları burda paylaşardınız.Belke bize Cenab Muxtarın kim olduğunu bilek.

#8 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 17 января 2013 - 17:40

Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[1]
Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.”[2]
O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[3]
Əllamə Məclisi (rəhmətullahi əleyh) buyurur: “Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi.”[4]
Muxtarın şəxsiyyəti ilə əlaqədar hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəziləri onu tərifləyir, bəzi rəvayətlər isə onu məzəmmət edir.
a) Muxtarın mədh və tərifində olan hədislər
Hədis kitablarında Muxtarın tərifi ilə əlaqədar nəql olunan hədislər çoxdur. Amma ixtisara riayət etmək üçün onlardan üçünü qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.”[5]
Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayəti səhih hesab edir.[6] Bu rəvayət Muxtarın gördüyü əməlləri dəstəkləyən bir nişanədir.
2. “Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.”[7]
3. Bir rəvayətdə deyilir ki, Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: جَزىَ اللهُ المُختارَ خَیراً “Allah Muxtara xeyir əvəzi versin!”[8]
b)Muxtarın məzəmmətinə dəlalət edən hədislər
Burada nümunə üçün üç rəvayəti qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Səccad (əleyhis-salam)-ın adından yalan danışırdı.”[9]
2. Bir rəvayətdə də deyilir ki, Muxtar imam Zeynul-abidin (əleyhis-salam) üçün 20 min dinar (qızıl pul) göndərdi. Həzrət onu qəbul edərək xarab olmuş mənzillərin abadlaşdırılmasına sərf etdi. Digər dəfə qırx min dinar pulu imam Səccad (əleyhis-salam)-a göndərdi. Amma bu dəfə onun hədiyyəsini qəbul etmədi.[10] Və başqa bir rəvayətə görə buyurdu: فَإِنِّی لَا أَقْبَلُ هَدَایا الْکَذَّابِین “Mən yalan danışanların hədiyyəsini qəbul etmirəm!”[11]
3. Muxtara vurulan digər bir tənə bundan ibarətdir: O, Məhəmməd ibni Hənəfiyyənin imamətinə inanır və camaatı ona doğru dəvət edirdi. Bu məsələ ilə əlaqədar “keysaniyyə” firqəsi yaranmışdır.[12]
Muxtar alimlərin nəzərindən
Hədis və rical alimlərinin çoxu Muxtarla əlaqədar rəvayətlərlə qarşılaşan zaman onun tərifində olan rəvayətlərə üstünlük vermiş, bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif izahlar və nəzəriyyələr irəli sürmüşlər. O cümlədən:
a) Muxtarın məzəmmətində deyilən rəvayətlər sənəd baxımından son dərəcə zəifdir.[13] Kəşşi bu barədə buyurur: “Belə nəzərə çarpır ki, bu rəvayətlər sünnülər tərəfindən quraşdırılan saxta rəvayətlərdir.”[14]
b)Ehtimal verilir ki, bu kimi hədislər təqiyyə üzündən, eləcə də imamların və ümumi şəkildə Bəni-Haşimin zalım hakimlərin şərindən amanda qalması məqsədi ilə onların (imamların) tərəfindən deyilmiş olsun.[15]
c) Bir hədisdə deyilir ki, Muxtar imam Səccad (əleyhis-salam) və onun ailəsi üçün iki dəfə hədiyyə göndərdi. Yalnız ikinci dəfə həzrət hədiyyələri qəbul etmədi. Səbəbi də Muxtarın yalançılıqda müttəhim olunması kimi bəyan edilir. Bu məsələ çox zəif nəzərə çarpır. Çünki əgər hədiyyələrin qəbul edilməməsinin səbəbi onun yalan danışması olsaydı, birinci dəfədə də qəbul edilməməli idi.[16]
d) Keysaniyyə firqəsinin yaranmasını Muxtara aid edən rəvayətlərdə Muxtarın yalançı olması iddia edilir. Rical alimlərinin nəzərinə görə bu, sünnü alimlərinin ona vurduğu töhmətlərdən başqa bir şey deyildir. Çünki Məhəmməd ibni Hənəfiyyə heç vaxt imamət iddiası etməmişdi ki, Muxtar da camaatı ona doğru çağırmış olsun. Bundan əlavə, keysaniyyə firqəsi Məhəmməd ibni Hənəfiyyənin vəfatından sonra formalaşmışdır.[17]

Muxtarın əqidəsi

Alimlərdən bəziləri də Muxtarı düzgün və səhih əqidəyə sahib olduğunu qəbul etməmiş və bu məsələni iki rəvayətə istinadən demişlər ki, onları qeyd edirik:
عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ لِی: "یجُوزُ النَّبِی(ص) الصِّرَاطَ یتْلُوهُ عَلِی وَ یتْلُو عَلِیاً الْحَسَنُ وَ یتْلُو الْحَسَنَ الْحُسَینُ فَإِذَا تَوَسَّطُوهُ نَادَى الْمُخْتَارُ الْحُسَینَ(ع) :یا أَبَا عَبْدِ اللَّهِ(ع) إِنِّی طَلَبْتُ بِثَارِکَ فَیقُولُ النَّبِی(ص) لِلْحُسَینِ(ع) :أَجِبْهُ؛ فَینْقَضُّ الْحُسَینُ(ع) فِی النَّارِ کَأَنَّهُ عُقَابٌ کَاسِرٌ فَیخْرِجُ الْمُخْتَارَ حُمَمَةً وَ لَوْ شُقَّ عَنْ قَلْبِهِ لَوُجِدَ حُبُّهُمَا فِی قَلْبِهِ
1. İmam Sadiq (əleyhis-salam) buyurur: Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih) Sirat körpüsündən keçir, onun arxasınca Həzrət Əli, sonra İmam Həsən, daha sonra imam Hüseyn. Onlar Sirat körpüsünün ortasına çatan zaman (cəhənnəm əzabında olan) Muxtar nida edib deyir: “Ey Əba Əbdillah! Axı mən sənin intiqamını almışdım?!” Peyğəmbər buyurur: “Ey Hüseyn, ona cavab ver!” Sonra imam Hüseyn şahin quşu kimi Muxtara cəhənnəmin atəşindən nicat verir. Əgər Muxtarın qəlbi yarılsaydı, əvvəldəki iki xəlifəyə qarşı məhəbbət onun qəlbində görünəndi.”[18]
2. Bu məzmuna yaxın olan başqa bir rəvayət imam Sadiq (əleyhis-salam)-dan nəql olunur. Rəvayətin axırında ravi imamdan soruşur: “Nə üçün Muxtar gördüyü bu qədər xidmətlərlə belə cəhənnəm odunda giriftar olub?!” İmam cavabında buyurur: “Çünki Muxtarın sinəsi əvvəldəki iki xəlifənin məhəbbəti ilə dolmuşdu...” Sonra imam and içib buyurur: “Əgər Cəbrəilin və Mikailin də qəlbində bu iksinə qarşı zərrə qədər məhəbbət olsaydı, Allah-taala onları üzü üstə cəhənnəm oduna atardı!”[19]
Əllamə Məclisi (rəhmətullahi əleyh) bu rəvayəti Muxtarı tərifləyən və onun məzəmmətinə dəlalət edən sair rəvayətlər arasında müştərək cəhət hesab edir və deyir: “Əvvəlki əqidəsinə görə cəhənnəm əhli olmuş, lakin münasib rəftar və əməllərinə görə axırda İmam Hüseyn (əleyhis-salam)-ın vasitəsi ilə ilahi əzabdan nicat tapmışdır.”[20]
Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu iki rəvayətin sənədini zəif bilmiş və Muxtarın əqidəsini səhih hesab etmişdir.[21]
Muxtar və imam Hüseyn (əleyhis-salam)-ın qiyamı
Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[22] Buna görə də Kərbəlada iştirak edə bilmədi ki, imam Hüseyni müdafiə etmiş olsun.


________________________________________
[1] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 345, “Vəfa” müəssisəsi, Beyrut, 1404-ci h.q ili; Firuzabadi, Məhəmməd ibni Yəqub, “Qamusul-mühit”, 1-ci cild, səh. 257, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1991-ci miladi il
[2] Kəşşi, “Ər-rical”, səh. 127, Tehran, 1348-ci şəmsi il; "Biharul-ənvar", 45-ci cild, səh. 344
[3] Musəvi Muqərrəm, Əbdür-Rəzzaq, “Məqtəlul-Huseyn (əleyhis-salam)”, “Darus-siqafə”, 2-ci çap, 1411-ci il; Zərkəli, Xeyruddin, “Əl-ə`lam”, 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, “Darul-elm lil-məllain”
[4] “Biharul-ənvar”, 45-ci cild, səh. 352
[5] “Biharul-ənvar", 45-ci cild, səh. 386; “Rical”, Kəşşi, səh. 127
[6] Xoi, Əbul-Qasim, “Möcəmur-rical”, 18-ci cild, səh. 94, Qum, 1410-cu h.q ili
[7] “Biharul-ənvar", 45-ci cild, səh. 343, “Rical”, Kəşşi, səh. 125
[8] “Rical”, Kəşşi, səh. 127
[9] "Biharul-ənvar", 45-ci cild, səh. 343
[10] “Rical”, Kəşşi, səh. 128
[11] Yenə orada, səh. 126
[12] Hilli, İbni Davud, “Rical”, səh. 514, Tehran, 1383-cü şəmsi il
[13] “Möcəmur-rical”, 18-ci cild, səh. 97
[14] “Rical”, İbni Davud, səh. 514. Bu məsələ Kəşşinin “Rical” kitabında yoxdur. Bəlkə də İbni Davudun əlində olan nüsxədə mövcud olmuşdur.
[15] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[16] “Rical”, İbni Davud, səh. 514
[17] “Möcəmur-rical”, 18-ci cild, səh. 101
[18] Şeyx Tusi, “Təhzibul-əhkam”, 1-ci cild, səh. 467, hədis 1528, Tehran, 1365-ci hicri şəmsi ili
[19] “Biharul-ənvar", 45-ci cild, səh. 340; “Müstətrəfatus-Sərair”, səh. 567
[20] “Biharul-ənvar", 45-ci cild, səh. 345, hədis 5
[21] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[22] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 353, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; Kərəmi, Əli, “Dər sugi Əmiri azadi – guyatərin tarixi Kərbəla”, səh. 398, “Haziq” nəşriyyatı, Qum, birinci çap, 1380-ci şəmsi il; İbni Həcər Əsqəlani, Əhməd ibni Əli, “Əl-isabə fi təmyizis-səhabə”, Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, “Darul-kutubil-elmiyyə”, 1-ci çap, 1415-ci hicri qəməri il; Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut-turas”, Beyrut, 2-ci çap, 1387-ci hicri qəməri ili.


MƏNBƏ


O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#9 Nasir

Nasir

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 36 сообщений

Отправлено 08 февраля 2013 - 02:20

Teşekkür edirem Samral qardaş!Allah elmini artırsın.

#10 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 12 февраля 2013 - 02:15

Buyur Nasir qardaş. Əcməin. Bu qoyduğum məqalə mənbəsini də göstərdiyim islamquest saytına məxsusdur. Allah onlardan və ümumən bütün elm və haqq əhlindən razı olsun ! Amin.
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#11 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 октября 2013 - 11:01

Muhəmməd b. Məsud əl-Əyyaşi r.a-ın tələbəsi və rical alimlərinin böyüklərindən olan, İslam və müsəlmanların sütunu Kəşşi r.a öz rical kitabında Muxtar əs-Səqəfi haqqında bir çox hədis rəvayət etmişdir. inşaAllah burada Muxtarın böyüklüyünə dəlalət edən 2 hədis paylaşacağam:

1-ci hədis: bu imam Baqir a.s-dan rəvayət edilmiş və sənədi səhih olan bir hədisdir.

حمدويه، قال حدثني عن يعقوب، عن ابن أبي عمير، عن هشام بن المثنى، عن سدير، عن أبي جعفر (عليه السلام) قال : لا تسبوا المختار فإنه قتل قتلتنا و طلب بثارنا و زوج أراملنا و قسم فينا المال على العسرة
mənə Həmdəveyh danışdı, dedi: Yəqub mənə ibni Əbi Umeyrdən, o Hişam b. Musənnadan, o Sədirdən, o da Əbu Cəfər (imam Muhəmməd əl-Baqir a.s)-dan danışdı, dedi: "Muxtar haqqında pis danışmayın. o bizim qatillərimizi qətl etdi, tökülən qanlarımızın intiqamını aldı, malını bizim aramızda bölüşdürdü və ərsiz qadıları evləndirdi."

Kəşşi r.a, "Rical", 2/125, hədis 197


bu rəvayətin bütün raviləri siqa (güvənilir) və isnad muttəsildir. inşaAllah hədis səhih və ya ən azından həsəndir.

2-ci hədis: bu hədis isə imam Sadiq a.s-dan rəvayət edilmişdir:

إبراهيم بن محمد الختلي، قال حدثني أحمد بن إدريس القمي، قال حدثني محمد بن أحمد، قال حدثني الحسن بن علي الكوفي، عن العباس بن عامر، عن سيف بن عميرة، عن جارود بن المنذر، عن أبي عبد الله (عليه السلام) قال : ما امتشطت فينا هاشمية و لا اختضبت حتى بعث إلينا المختار برءوس الذين قتلوا الحسين (عليه السلام)
mənə İbrahim b. Muhəmməd danışdı, dedi: mənə Əhməd b. İdris danışdı, dedi: mənə Muhəmməd b. Əhməd danışdı, dedi: Həsən b. Əli əl-Kufi mənə Abbas b. Umarədə, o Seyf b. Umeyrdən, o Carud b. Munzirdən, o da Əbu Əbdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: "Muxtar Hüseyin a.s-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərənə qədər Haşimi qadınları başlarını darayıb, həna qoymadılar."

Kəşşi r.a, "Rical", 2/127, hədis 202


Seyyid Ustad r.a bu hədis haqqında deyib:

وهذه الرواية صحيحة
və bu rəvayət səhihdir.

Seyyid Xoi r.a, "Mucəm ricalil hədis", 19/102


  • qulam это нравится




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru