Перейти к содержимому


Фотография

Raşidi xəlifələr kimlərdir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 11 мая 2012 - 11:28

Əs Səlamu aleyküm və rəhmətullahi və bərəkatuhu!
Bismillahir Rəhmanir Rəhim!
Əhli Sünnə mənbələrində Peyğəmbər (s.ə.ə)-dən belə bir hədis var ki:

"Mənim və məndən sonra Raşidi xəlifələrin sünnətindən tutunun"

Əhli Sünnə üləmasının nəzərində raşidi xəlifələr 4-dür, bəziləri İmam Həsən (ə.s)-ı da o tərkibə qataraq bu sayı 5-ə çatdırmışlar. Bu saya Əbu Bəkr, sonra Ömər, Osman, Əli (ə.s) daxildir. Bu hədis olduqca mühüm bir məsələni bizə xatırladır. Çünkü bu hədisin mahiyyəti çox şübhəli məsələlərin anlaşılmasında həlledici məqama malikdir. Səhabələrin bunu eşidib, anlyıb buna tabe olması daha mühüm bir məsələ idi. İstər raşidi xəlifələrin kimlərdən ibarət olmasında, istərsə də onlara tabe olmaq anlamında.

Sual belədir: Əgər bu şəxslər raşidi xəlifələr idisə niyə hakimiyyətə gəldikləri zaman həmin hədisi hakimiyyətlərinə dəlil olaraq göstərmədilər?

Сообщение отредактировал Malik Eshter: 11 мая 2012 - 11:30

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#2 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 05 сентября 2012 - 03:14

Sual belədir: Əgər bu şəxslər raşidi xəlifələr idisə niyə hakimiyyətə gəldikləri zaman həmin hədisi hakimiyyətlərinə dəlil olaraq göstərmədilər?


Həmin hədislər konkret hansı mənbələrdə var ?
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#3 bakigeceleri

bakigeceleri

    Arif – Corporal

  • Murid
  • 88 сообщений

Отправлено 24 ноября 2012 - 19:51

Həmin hədislər konkret hansı mənbələrdə var ?

men abu zeydin kitabcasinda gormusem bu hedisi
Həmçinin o (salləllahu aleyhi və səlləm): “Məndən sonra iki şəxsə, Əbu Bəkrə və Ömərə tabe olun!” – demişdir. (Əhməd 5/399, Tirmizi 5/610, Hakim 3/79. Hədis səhihdir. Bax! Əlbaninin “Silsilətul-əhadis əs-sahiha” əsəri 3/233 hədis no: 1233).

#4 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 13 декабря 2012 - 10:27

Sual: Əhli-sünnət alimləri “əleykum bi sünnətil-xuləfaur-raşidin...” hədisini necə izah edirlər?

Cavab: Əhli-sünnət alimləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan (səhih olan)

عَلَیْکُمْ بِسُنَّتِی وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِینَ الْمَهْدِیِّینَ فَتَمَسَّکُوا بِهَا ، وَعَضُّوا عَلَیْهَا بِالنَّوَاجِذِ ، وَإِیَّاکُمْ وَمُحْدَثَاتِ الْاُمُورِ فَإِنَّ کُلَّ مُحْدَثَةٍ بِدْعَةٌ وَکُلَّ بِدْعَةٍ ضَلَالَةٍ

“Mənim sünnətimə və məndən sonra hidayət olunmuş raşidi xəlifələrin sünnətinə sarılın və iltizamlı olun, onu dişinizlə-dırnağınızla qoruyub saxlayın, saxta (kitab və sünnətin əksinə olan) işlərdən uzaq olun! Çünki hər saxta iş bidətdir və hər bidət də zəlalətdir” – hədisini camaatın seçimi, yaxud Əbubəkrin təyini, yaxud da şura tərəfindən təyin olunan və xilafət kürsüsünə əyləşən şəxsə aid etmişlər. Amma bu yozum səhih deyildir; çünki, ağıl qəbul etmir ki, Peyğəmbər heç bir üslub və metodu olmayan, fiqh, kitab və sünnətdən əldə etdiyi hər bir şeyi başqalarının ağzından eşitmiş, yaxud da öz şəxsi rəyi əsasında fətva vermiş şəxslərin üslubuna tabe olmağı əmr etmiş olsun. Misal üçün, Əbubəkr deyir: “Mən tezliklə öz fikir və rəyimi bəyan edəcəyəm; əgər düzgün olsa, Allah tərəfindəndir, yox əgər səhv olsa, özümün və şeytanın tərəfindəndir.”

Amma imamiyyə şiələrinin əqidəsinə görə yuxarıdakı hədisin düzgün mənası budur: “Raşidi xəlifələr” dedikdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqsədi o kəslərdir ki, o həzrət onların adını şəxsən təyin etmiş və onları “Səqəleyn” hədisində Quranın bərabəri qərar verərək buyurmuşdur:

إِنِّی تَارِکٌ فِیکُمُ الْخَلِیفَتَیْنِ ـ أَوْ مُخَلِّفٌ فِیکُمُ الثَّقَلَیْنِ ـ : کِتَابَ اللهِ وَعِتْرَتِی أَهْلَ بَیْتِی لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ

“Həqiqətən mən sizin aranızda iki xəlifə qərar verirəm – yaxud (başqa nüsxələrdə) iki ağır əmanət qoyub gedirəm: Allahın Kitabı və itrətim olan Əhli-beytim. Bunlar hovuzda mənim yanıma gələnə qədər heç vaxt bir-birindən ayrılmayacaqlar.” (3)

Yuxarıdakı hədisdə “Əl-xuləfa” kəlməsindəki “əlif və lam” (müəyyənlik əlaməti) artiklı da onların məhz hidayət ilə vəsf olunan xəlifələr olduğunu tələb edir. Onlar elə insanlardır ki, tutduğu yol, əməl və davranışları əsla ixtilaf olmadan eynilə Peyğəmbərin davranışı və sirəsinə müvafiqdir. Həzrətin təqdim etmədiyi kəslər, yaxud canişin kimi təyin etmədiyi şəxslər bu hədisdə nəzərdə tutula bilməz. Onun bəyan etdiyi say onlara uyğun gəlmir; əksinə həzrətin buyurduğu sifətlər və rəqəmlər yalnız Əhli-beytdən olan məsum xəlifələrə uyğun gəlir. Əhli-sünnətin aradıqları xilafəti sübut etmək üçün bu hədisə istinad etmək düzgün deyildir. (4)

1-Bax: “Sunəni İbn Macə”, 1-ci cild, səh. 20 (1-ci cild, səh. 5), hədis: 42; “Sunəni Əbu Davud”, 2-ci cild, səh. 261 (4-cü cild, səh. 200), hədis: 4607.
2-“Sunəni Darəmi”, 2-ci cild, səh. 365; “Əs-sunənul-kubra”, 6-cı cild, səh. 223
3-Bu hədis o rəvayətlərdəndir ki, hədis imamları və hafizlərinin hamısı onun səhihliyində ittifaq etmişlər. O cümlədən: “Təfsir”, İbn Kəsir, 4-cü cild. səh. 122; “Məcməuz-zəvaid”, 1-ci cild, səh. 170
4-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 579.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru