Перейти к содержимому


Фотография

Məsumların (ə) artığı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 16

#1 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 мая 2012 - 20:12

Bismilləh !

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Artıq heç kəsə sirr deyildir ki, vahabilər bacardıqları qədər həyasızlıq edərək şiələrə iftira atmağı , məsələləri təhrif etməyi artıq adət halına çeviriblər.

İstər forumlarda , istər xütbələrdə - xüsusən də, Şeyx Cavidin (Allah ondan razı olsun! ) xütbələrində - Vahabilərin , xüsusən də özünə "Əbu Zeyd" təxəllüsü götürən Şahin əl-kəzzəbin yalanları , təhrifləri, iftiraları dəfələrlə aşkarlanıb.



Məsələn, bu kəzzəb yazır :

"...Ümumiyyətlə, şiələrin əhli-beyt barədə olan etiqadlarını oxuyanda insanı dəhşət bürüyür..."

Sonra bir neçə misal çəkəndən sonra yazır :


" ..Ayətullah Zeynulabidin "Ənvərul-vilayə" kitabında ( səh.440) demişdir :

"Məsum imamların içi də, çölü də təmizdir... Onların bövl ( sidik ) və ğait ( nəcis )-ləri murdar sayılmır. Əksinə, bunlar misk kimidir. İmamların bövl və ğaitlərini içən şəxsə Allah Cəhənnəm odunu haram edər və ona Cənnətə girmək vacib olar." ..."


Deməli, bu cahilin iddia etdiyinə görə bu da "şiələrin əhli-beyt(ə) barədə olan əqidələrindən"-dir və oxuyanda insanı dəhşətə gətirir.



Təəssüflər olsun ki, bu və bunun kimi digər cahil nasibilərdən ilhamlanan dövrün nasibi xəvaricləri ( özlərinə "əhli-sünnə vəl-camaat" , Yaxud, "sələfi" deyən vahabilər) müsəlmanların arasında fitnə-fəsad yaratmağa çalışırlar.
Onların növbəti fitnələrindən biri də budur ki, forumlarda və muxtəlif məkanlarda şübhə yayırlar ki guya "şiələr imamların (ə) artığını içməyi caiz bilirlər"
Biz bu gün ALlahu-təalanın izni ilə bu məsələyə aydınlıq gətirəcəyik.

Biiznilləh, əvvəlcə əhli-sünnə mənbələrində bu barədə varid olan xəbərləri sizlərlə paylaşacaq, sonra şiə mənbələrində bu tip hədislərin olub-olmaması barədə, şiə alimlərinin "imamların (ə) artığını içmək" məsələsi haqqındakı rəyini sizə təqdim edəcəyik.


Gəlin mənbələrə nəzər salaq :


DƏVƏ SİDİYİNİ İÇMƏK!



Bildiyiniz kimi, İmam Buxari əhli-sünnənin də , nasibi xəvaricin də ( özünə "sələfi" deyən vahabilərin) etimad etdikləri alimdir.
Hətta,vahabilər inanırlar ki, Buxari öz kitabında nə yazıbsa "səhih" , yəni, doğru yazıb, heç bir yalan , zəif, etibarsız hədis yoxdur.
İmam Buxarinin özünün "səhih"-ində , "Dəstəmaz kitabı"nda, "Dəvənin, qoyunun və digər ev heyvanlarının sidiyi və onların axılları" babında (51-ci bab) yazır :


بَاب أَبْوَالِ الْإِبِلِ وَالدَّوَابِّ وَالْغَنَمِ وَمَرَابِضِهَا وَصَلَّى أَبُو مُوسَى فِي دَارِ الْبَرِيدِ وَالسِّرْقِينِ وَالْبَرِّيَّةُ إِلَى جَنْبِهِ فَقَالَ هَا هُنَا وَثَمَّ سَوَاءٌ
231 حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ أَبِي قِلَابَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَدِمَ أُنَاسٌ مِنْ عُكْلٍ أَوْ عُرَيْنَةَ فَاجْتَوَوْا الْمَدِينَةَ فَأَمَرَهُمْ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِلِقَاحٍ وَأَنْ يَشْرَبُوا مِنْ أَبْوَالِهَا وَأَلْبَانِهَا فَانْطَلَقُوا فَلَمَّا صَحُّوا قَتَلُوا رَاعِيَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتَاقُوا النَّعَمَ فَجَاءَ الْخَبَرُ فِي أَوَّلِ النَّهَارِ فَبَعَثَ فِي آثَارِهِمْ فَلَمَّا ارْتَفَعَ النَّهَارُ جِيءَ بِهِمْ فَأَمَرَ فَقَطَعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ وَسُمِرَتْ أَعْيُنُهُمْ وَأُلْقُوا فِي الْحَرَّةِ يَسْتَسْقُونَ فَلَا يُسْقَوْنَ قَالَ أَبُو قِلَابَةَ فَهَؤُلَاءِ سَرَقُوا وَقَتَلُوا وَكَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَحَارَبُوا اللَّهَ وَرَسُولَهُ



Bu hədisin tərcüməsini elə vahabi Əlixan Musayevin tərcüməsi ilə verirəm ki, sabah vahabilər səs-küy salmasınlar ki, guya, biz nəyisə təhrif etmişik.Buyurun ( qırmızı ilə işarələdiyimiz yerin tərcüməsi ) :

" ...Ənəs rəvayət edir ki, Ükəl və ya Üreyn qəbiləsindən olan bir dəstə ( Peyğəbərin (S.a.s) yanına) gəldi.(Xəstə olduqları üçün) Mədinədə qalmaq istəmədilər.Peyğəmbər (s.a.s) onlara sağlam dəvələrin olduğu yerə gedib onların sidiyindən və südündən içməyi əmr etdi.Onlar ( peyğəmbərin dediyi yerə) getdilər.Elə ki, sağaldılar,peyğəmbərin (s.a.s) çobanını öldürün dəvələrini sürüb apardılar. BU xəbər günün əvvəlində (Mədinəyə) gəlib çatdı.Peyğəmbər (s.a.s) onların ardınca (bir dəstə) adam göndərdi.Günorta onları (Mədinəyə) gətirdilər.Peyğəmbər onların əllərini və ayaqlarını kəsdirdi.(Sonra) onların gözlərini çıxartdılar,özlərini də Hərraya ( Hərra- Mədinə yaxınlığında yerləşən,qaralmış daş-kəsəklərlə dolu bir sahə nəzərdə tutulur ) atdılar. Onlar su istəyirdilər,lakin( ölənədək) onlara su verilmədi."

Tərcüməni yoxlamaq istəsəniz Əlixan Musayevin tərcümə etdiyi kitaba,65-ci səhifə,173 nömrəli hədisə baxa bilərsiniz!

Hədisi araşdırmaq istəsəniz buyurun burdan araşdırın!

Qeyd :
"Dəvənin sidiyini içmək" məzmunlu hədisi Muslim də öz "səhih"-ində, İmam Nəsai və Tirmizi öz "sünən"-lərində, İmam Əhməd öz "musnəd"-ində qeyd edib


P.S

"Dəvənin sidiyini içmək" barədə gətirdiyim hədis barədə təbii ki, alimlərin nəzərləri müxtəlifdir. Bu fiqhi məsələdir.
Amma, söhbət yenə də "CANLI BİR VARLIĞIN BOVLUNU (SİDİYİNİ) İÇMƏK"-dən gedir.Hansı ki, vahabilər də bu hədisləri inkar eləmirlər.

Məsələn, vahabi alimi Şeyx Ubeykan da "dəvə sidiyi içməyi" caiz bilir, şəriət baxımından ona heç bir qadağa olmadığını qeyd edir.




"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#2 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 мая 2012 - 20:20

PEYĞƏMBƏRİN (s.a.s) ARTIĞINI İÇMƏK!



Şeyxul-islam Əhməd bin Zeyni Dehlan əhli-sünnənin məşhur alimlərindəndir.Şafeii məzhəbli məkkəli alimdir.Hicri tarixi ilə 1304,Miladi tarixi ilə 1886-cı ildə dünyasını dəyişib.
Bu alimin Vahabilərin əleyhinə yazdığı məşhur bir əsəri var.
Kitabın Adı : "Əd-durar-us-səniyyətu fir-raddi əlal-vəhhabiyyəti"
Əsərin adından da göründüyü kimi, əsər "vəhhabilərə rəddiyyə " xarakteri daşıyır.

Qeyd edim ki,"vahabi" sözünü vahabilərə ilk dəfə biz deməmişik. Əhli-sünnə alimləri özləri də onları "vahabi" adlandırıblar.Bu kitabın adı da buna bir misaldır. Vahabi alimləri özləri də vahabi olduqlarını qəbul edirlər.

Bu məşhur əhli-sünnə alimi yuxarıda adını qeyd etdiyimiz kitabının 39-cu səhifəsində yazır :


".... وأما التبرك بآثار الصالحين فقد كان الصحابة رضي الله عنهم يزدحمون على ماء وضوئه يتبركون به ...."



"...Amma, salehlərin əsərlərindən təbərrük etmək məsələsinə gəlincə,Səhabələr ( Allah onlardan razı olsun! ) ( peyğəmbər (s.a.s) dəstəmaz alarkən) izdiham yaradıb başına toplaşar, dəstəmaz suyundan təbərrük edərdilər...."

Daha sonra alıim yazır :

".... وإذا تنخم أو بصق يأخذون ذلك ويتمسحون به ...."



"... ( burnundakı, yaxud boğazındakı artığı, bəlğəmi ) atdığı zaman və ya tüpürdüyü zaman onu götürüb özlərinə sürtərdilər..."

Alim sonra davam edir :

".... وازدحموا على الحلاق عند حلق رأسه صلى الله عليه وسلم واقتسموا شعره يتبركون به ...."


"...Başını qırxdıranda izdiham yaradıb başına toplaşar , (saçının tüklərini aralarında) bölər və onunla təbərrük edərdilər..."


Sonra yazır :

"... وشرب عبد الله بن الزبير دمه صلى الله عليه وسلم لما احتجم ..."


"...(Peyğəmbər (s.a.s) ) qan aldıranda Abdullah bin Zubeyr onun qanını içmişdi..."


Daha sonra bu alim yazır :

".... وشربت أم أيمن بوله فقال لها صحة يا أم أيمن وكل ذلك ثابت في الأحاديث الصحيحة ولا ينكر ذلك إلا جاهل أو معاند ...."


"... və Ümmu Əymən (peyğəmbərin (s.a.s) ) bovlunu (sidiyini) içmişdi.( Peyğəmbər (s.a.s) da ona ) " Yarasın, ey ummu Əymən!" demişdi. Bütün bunlar səhih hədislərlə sabitdir.Bunu cahil və inadkar adamlar başqa heç kəs inkar etməz..."


Kimsə bu alimin həqiqətən öz kitabında belə bir şey yazıb - yazmadığını öyrənmək istəsə, link də qoyuram.Özünüz oxuya bilərsiniz.

Mənbə


"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#3 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 мая 2012 - 20:23

Yuxarıda məşhur əhli-sünnə alimi Şeyxul-islam Əhməd bin Zeyni Dehlan Əş-Şafii Əl-Məkkinin bu barədə fikrini qeyd etdik.Gördüyünüz kimi bu əhli-sünnə alimi " Bir xanımın peyğəmbərin (s.a.s) artığını içməsi" barədəki hədisi və digər bir neçə buna bənzər məsələləri qeyd etdikdən sonra "bütün bunların səhih hədislərlə sabit olmasını" qeyd edir.

Əgər vahabilər əhli-sünnə olduqlarını iddia edib bu məsələni inkar etsələr Əhməd bin Zeyni Dehlanın təbirincə desək "cahil və inadkar" adamlardılar.

Qeyd edim ki, Peyğəmbərin (s.a.s) bovlunu ( sidiyini) içən xanım Bərakə Həbəşiyyə olub.BU xanımın kunyəsi mənbələrdə Ummu Əymən kimi qeyd edilib.Təbii ki, bu barədə başqa fikirlər də var.Mövzumuz bu olmadığı üçün bu barədə geniş araşdırmaya ehtiyac görmürük.Ətraflı məlumat almaq üçün rical kitablarına muraciət edin!

Bəs görəsən həqiqətənmi əhli-sünnə alimləri bu hadisənin həqiqətən baş verməsini təsdiq edir?







1. Qeyd edim ki, İbn Əsir özü də bu hadisənin baş verməsini təsdiq edir.Bu xanım haqqında məlumat verərkən Buyurur :

".... هي التي شربت بول النبي صلى الله عليه وسلم...."


" .... Bu o xanımdır ki, peyğəmbərin(s.a.s) artığını ( sidiyini ) içmişdi..."

Mənbə : İbn Əsir, "Usdul-Ğabə", 5-ci cild,567-ci səhifə



2. Bu barədə məlumat verən ən məşhur əhli-sünnə alimlərindən də biri İbn Həcər əl-Əsqalanidir.Bu alim "Səhihi-Buxari"-yə yazılan şərhlərin ən məşhurunun , "Fəthul-Bari" kitabının müəllifidir.Sahabələrin tərcüməyi-halı haqqında yazdığı "əl-İsabə" adı ilə tanınan "Əl-İsabə fi təmyizis-sahabə" adlı kitabı da məşhurdur.

Həmin bu alim Özünün "Əl-İsabə" kitabının 8-ci cildinin 47-ci səhifəsində 10922 rəqəmi altında Bərakə əl-Həbəşiyyə ( efiopiyalı xanım ) haqqında söz açır.Onun haqqında müəyyən məlumat verir.Bu məlumatların arasında bu cümlə də var :


"... التي شربت بول النبي صلى الله عليه وسلم ..."


"...Bu o xanımdır ki, peyğəmbərin (s.a.s) bovlunu (sidiyini) içmişdi...."

Sonra bu hadisənin necə baş verməsi barədə bir neçə hədis nəql edir.

Mənbə : İbn Həcər , "əl-İsabə",8-ci cild,47-ci səhifə

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#4 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 мая 2012 - 20:28

Əhli-sünnənin Hakim Nişapuri kimi məşhurlaşan böyük hədis alimi özünün "Müstədrək"-ində , "Kitabu Mərifətis-sahabə radiyallahu anhum təala" adlı bölməsində ,6912 rəqəmi altında yazdığı hədisdə qeyd edir :


أخبرنا أحمد بن كامل القاضي ثنا عبد الله بن روح المدايني ثنا شبابة ثنا أبو مالك النخعي عن الأسود بن قيس عن نبيح العنزي عن أم أيمن رضى الله تعالى عنها قالت قام النبي صلى الله عليه وسلم من الليل إلي فخارة من جانب البيت فبال فيها فقمت من الليل وأنا عطشى فشربت من في الفخارة وأنا لا أشعر فلما أصبح النبي صلى الله عليه وسلم قال يا أم أيمن قومي إلى تلك الفخارة فأهريقي ما فيها قلت قد والله شربت ما فيها قال فضحك رسول الله صلى الله عليه وسلم حتى بدت نواجذه ثم قال أما إنك لا يفجع بطنك بعده أبدا




"... Ümmu Əymən dedi : "Gecənin bir vaxtı peyğəmbər yuxudan durub evin kənarındakı çanağa bovl etdi ( sidiyini boşaltdı).(Sonra) mən də gecənin bir vaxtı durdum.Susuz idim.O çanağdan içdim, heç nə hiss eləmədim.Sabah açılanda peyğəmbər (s.a.s) dedi : "Ey Ummu Əymən! Qalx həmin çanağı götür , apar içindəkini boşalt!" Dedim ki : "Vallahi, içindəkini içmişəm".Peyğəmbər (s.a.s) güldü.( Elə güldü ki,) hətta, azı dişləri də göründü.Sonra dedi : "Daha bundan sonra heç vaxt qarnında ağrı hiss etməyəcəksən"." ..."

Mənbə : Hakimin"Mustədrək"kitabı."Mərifətus-sahabə" kitabı,6912-ci hədis


Ardı var inşaAllah ...

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#5 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 16 мая 2012 - 20:40




  • N_ن_N это нравится

#6 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 мая 2012 - 23:39

Əhli Sünnənin böyük alimlərindən olan Tabərani özünün məşhur "əl-Mucəmul-Kəbir" kitabının 25-ci cildinin 89-90- cı səhifələrində həmin hədisi nəql edir :


حدثنا إبراهيم بن محمد بن عرق الحمصي ثنا عمرو بن عثمان ثنا محمد بن خالد الوهبي ثنا خالد بن محمد من آل الزبير عن أبيه قال حدثني علي بن حسين بن علي حدثتني أم أيمن قالت سمعت رسول الله صلى الله عليه وسلم يقول إنما الأسود ببطنه وفرجه حدثنا الحسين بن إسحاق التستري ثنا عثمان
بن أبي شيبة ثنا شبابة بن سوار حدثني أبو مالك النخعي عن الأسود بن قيس عن نبيح العنزي عن أم أيمن قالت قام رسول الله صلى الله عليه

وسلم من الليل إلى فخارة في جانب البيت فبال فيها فقمت من الليل وأنا عطشانة فشربت ما فيها وأنا لا أشعر فلما مطرف النبي صلى الله عليه وسلم قال يا أم أيمن قومي فأهريقي ما في تلك الفخارة قلت قد والله شربت ما فيها قالت فضحك رسول الله صلى الله عليه وسلم حتى بدت نواجذه ثم قال اما انك لا تتجعين بطنك ابدا


"... Ümmu Əymən dedi : "Gecənin bir vaxtı peyğəmbər yuxudan durub evin kənarındakı çanağa bovl etdi ( sidiyini boşaltdı).(Sonra) mən də gecənin bir vaxtı durdum.Susuz idim.O çanağdan içdim, heç nə hiss eləmədim.Sabah açılanda peyğəmbər (s.a.s) dedi : "Ey Ummu Əymən! Qalx həmin çanağı götür , apar içindəkini boşalt!" Dedim ki : "Vallahi, içindəkini içmişəm".Peyğəmbər (s.a.s) güldü.( Elə güldü ki,) hətta, azı dişləri də göründü.Sonra dedi : "Daha bundan sonra heç vaxt qarnında ağrı hiss etməyəcəksən"." ..."



Mənbə : Tabərani, "əl-mucəmul-kəbir",25-cild, 89,90-cı səhifələr.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#7 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 мая 2012 - 23:45


"Xətib Şirbini" kimi məşhur olan, tanınan bu alimin əsl adı Şəmsuddin Muhəmməd bin Əhməd əl-Xatib əş-Şirbini əş-Şafii əl-Qahiridir.

Göründüyü kimi Şəmsuddin Muhəmməd bin Əhməh əş-Şirbini Qahirəlidir.Misirli alimdir.
Şafeii məzhəbinin öndə gələn alimlərindəndir.
Məşhur Fəqih, mufəssir, mutəkəllimdir.Nəhv alimidir.977-ci ildə Qahirədə vəfat edib.

Bu alimin "əl-İqna fi Həllil-Əlfaz əbi Şuca" adlı əsəri var. Həmin əsərinin 1-ci cildinin 80-cı səhifəsində deyir :


هذه الفضلات من النبي (ص) طاهرة كما جزم به البغوي وغيره، وصححه القاضي وغيره وهو المعتمد خلافا لما في الشرح الصغير، والتحقيق أنها ليست من النجاسة لأن بركة الحبشية شربت بوله (ص) فقال: لن تلج النار بطنك صححه الدارقطني. وقال أبو جعفر الترمذي: دم النبي (ص) طاهر لأن أبا طيبة شربه وفعل مثل ذلك ابن الزبير وهو غلام حين أعطاه النبي (ص) دم حجامته ليدفنه فشربه، فقال له (ص):
من خالط دمه دمي لم تمسه النار
.

Qırmızı yer ilə işarələdiyimiz cümlələrin tərcüməsi belədir :

"...Peyğəmbərin bu fudalatı ( artıqları ) pakdır. Bəğəvi və başqaları bunu güclü bir şəkildə ifadə ediblər, bunu əminliklə söyləyiblər .... ... Qazi və başqaları da bunu doğrulayıblar ...

... Doğrulanan,təsdiq edilən budur ki , onlar ( peyğəmbərin (s.a.s) artıqları ) nəcislərdən deyil.Ona görə ki, Bərakə Həbəşiyyə onun ( peyğəmbərin (s.a.s) ) bovlunu ( sidiyini ) içmişdi.( Peyğəmbər (s.a.s) da ona ) " Qarnına heç zaman ( cəhənnəm ) odu girməyəcək " demişdi. Bunu Daruqutni də doğrulayıb. Əbu Cəfər Tirmizi də deyib ki, peyğəmbərin (s.a.s) qanı pakdır. Ona görə ki, Əbu Tayyibə (peyğəmbərin (s.a.s) qanını ) içmişdi. İbn Zubeyr də belə eləmişdi. Peyğəmbər (s.a.s) bədənindən aldırdığı qanı İbn Zubeyrə verəndə o cavan oğlan idi. Peyğəmbər (s.a.s) qanı ona vermişdi ki, aparıb basdırsın.Amma, o həmin qanı içmişdi.Peyğəmbər (s.a.s) də ona demişdi : "Kimin qanı qanımla qarışsa ( cəhənnəm ) odu ona toxunmaz! " ..."


Mənbə : Şirbini, "əl-İqna fi Həllil-Əlfaz əbi Şuca" əsəri, 1-ci cild, səhifə 80


Ardı var inşaAllah ...

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#8 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 мая 2012 - 23:49

Bismilləh.

Qeyd edim ki, Nəqsi Cahan nikli qardaşımızın yerləşdirdiyi xütbələr Şeyx Cavid ağa ( Allah ondan razı olsun! ) bu məsələləri daha geniş və ətraflı izah edir.

İnşaAllah qulaq axıra qədər qulaq asın ! :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#9 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 мая 2012 - 20:05

N_ن_N , as Salamu aleykum və rəhmətullahi və bərəkətuh. Allah razı olsun səndən qardaş. Allah Şeyx Cavid ağanın da elmini kamil etsin. Abu Zeyd bir xəta etdi"İmamların nəcisi" deyib əqidə dağıtmaq istədi məlum oldu ki özü nəcis yeyən səhabələrin sünnəsi ilə gedirmiş :whistling:
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#10 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 17 мая 2012 - 23:40

N_ن_N , as Salamu aleykum və rəhmətullahi və bərəkətuh. Allah razı olsun səndən qardaş. Allah Şeyx Cavid ağanın da elmini kamil etsin. Abu Zeyd bir xəta etdi"İmamların nəcisi" deyib əqidə dağıtmaq istədi məlum oldu ki özü nəcis yeyən səhabələrin sünnəsi ilə gedirmiş :whistling:


Ya Əbəl Həsən, va aleykum əs-salam va rahmətullahi va bərakətuhu!

Allah sizdən də razı olsun qardaşım.


Əbu Zeyd əl-kəzzəbin "ləfzi xəta"-sı birdi , iki begəm ?

Nə ki, özlərində var , bizə aid edirlər.

Uzunqulaq məsələsi özlərində var, bizə aid edirlər.

Məsumun nəcisini içmək məsələsi özlərində var, bizə aid edirlər.

Başqa eybləri də var ki, utanmadan bizə aid edirlər.

Yəni, öz gözlərindəki tiri görmürlər, bizim gözümüzdə çöp axtarırlar.

Yalanları indiyənə qədər ortaya çıxarılıb, indidən sonra da çıxarılacey inşaAllah.

Darıxmasunlar!

Siz qardaşlarımızın hamısını Şeyx Cavid Ağanın ( ALlah ondan razı olsun! ) xütbələrində iştirak etməyə, o elm ümmanının elmindən bəhrələnməyə dəvət edirəm. ALlah ondan razı olsun!

Amin!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#11 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 20 мая 2012 - 13:59

Bu da əhli-sünnətin uydurma hədislərinin nəticəsi. Öz sünniləri xristianığa keçib bunlara gülür və peyğəmbəri təhqir edir


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#12 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 мая 2012 - 22:48

bu məsələ haqqında "Abu Sufyan ordusu" nicki ilə yazan qardaşımız kifayət qədər məlumat vermişdi, bax: http://313news.net/forum/index.php?/topic/3447/page__st__60__p__54962#entry54962

#13 sahil

sahil

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 25 сообщений

Отправлено 25 мая 2012 - 05:22

Allahın halal nemətləri qalıb kənarda indi də keçmisiniz onun bunun artığını yeməyə

Allah Quranda gözəl buyurmuşdur

"Həqiqətən muşiklər nəcisdirlər."


ömürlük ban

#14 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 мая 2012 - 08:12

Allahın halal nemətləri qalıb kənarda indi də keçmisiniz onun bunun artığını yeməyə

nəcis yemək sizin və ulu babalarınız olan Əbu Sufyan, Muaviyə və s. kimi şərəfsizlərin işidir. sən isə gözlərini aç və verdiyim linkdə elə həin kitabdan "Abu Sufyan ordusu" nicki ilə yazan qardaşın nəql etdiklərini oxu.

Allah Quranda gözəl buyurmuşdur "Həqiqətən muşiklər nəcisdirlər."

bəli! məhz sizin kimi.

#15 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 25 мая 2012 - 16:12

Allah "Əbu Sufyan ordusu" niki ilə yazan qardaşımızdan razı olsun!

Allaha şükürlər olsun ki, onun elmindən bəhrələnməyi bizə qismət eləyib.

Əgər mövzunu artıq və lazımsız görürsə admindən xahiş edirəm ki, mövzunu bağlasın!

Təşəkkürlər! )

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#16 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 02 августа 2013 - 18:37

as salamu aleykum wa rahmatullahi. sidik ila mualica na daracada duzgundur? cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, sünnədə gəlib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Assalamu aleykum
Mən başa düşmədim hansı sidikdən söhbət gedir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məsələn, dəvə sidiyi, hətta insanın öz sidiyi də.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



http://www.abubakr-m...=15


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#17 bakigeceleri

bakigeceleri

    Arif – Corporal

  • Murid
  • 88 сообщений

Отправлено 11 декабря 2013 - 22:19


Bunlarin seyxlerinin batirdigi necaset de sirin bir seye cevrilirse ne qoyub ne axdarirlar???




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru