Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!
Artıq heç kəsə sirr deyildir ki, vahabilər bacardıqları qədər həyasızlıq edərək şiələrə iftira atmağı , məsələləri təhrif etməyi artıq adət halına çeviriblər.
İstər forumlarda , istər xütbələrdə - xüsusən də, Şeyx Cavidin (Allah ondan razı olsun! ) xütbələrində - Vahabilərin , xüsusən də özünə "Əbu Zeyd" təxəllüsü götürən Şahin əl-kəzzəbin yalanları , təhrifləri, iftiraları dəfələrlə aşkarlanıb.
Məsələn, bu kəzzəb yazır :
"...Ümumiyyətlə, şiələrin əhli-beyt barədə olan etiqadlarını oxuyanda insanı dəhşət bürüyür..."
Sonra bir neçə misal çəkəndən sonra yazır :
" ..Ayətullah Zeynulabidin "Ənvərul-vilayə" kitabında ( səh.440) demişdir :
"Məsum imamların içi də, çölü də təmizdir... Onların bövl ( sidik ) və ğait ( nəcis )-ləri murdar sayılmır. Əksinə, bunlar misk kimidir. İmamların bövl və ğaitlərini içən şəxsə Allah Cəhənnəm odunu haram edər və ona Cənnətə girmək vacib olar." ..."
Deməli, bu cahilin iddia etdiyinə görə bu da "şiələrin əhli-beyt(ə) barədə olan əqidələrindən"-dir və oxuyanda insanı dəhşətə gətirir.
Təəssüflər olsun ki, bu və bunun kimi digər cahil nasibilərdən ilhamlanan dövrün nasibi xəvaricləri ( özlərinə "əhli-sünnə vəl-camaat" , Yaxud, "sələfi" deyən vahabilər) müsəlmanların arasında fitnə-fəsad yaratmağa çalışırlar.
Onların növbəti fitnələrindən biri də budur ki, forumlarda və muxtəlif məkanlarda şübhə yayırlar ki guya "şiələr imamların (ə) artığını içməyi caiz bilirlər"
Biz bu gün ALlahu-təalanın izni ilə bu məsələyə aydınlıq gətirəcəyik.
Biiznilləh, əvvəlcə əhli-sünnə mənbələrində bu barədə varid olan xəbərləri sizlərlə paylaşacaq, sonra şiə mənbələrində bu tip hədislərin olub-olmaması barədə, şiə alimlərinin "imamların (ə) artığını içmək" məsələsi haqqındakı rəyini sizə təqdim edəcəyik.
Gəlin mənbələrə nəzər salaq :
DƏVƏ SİDİYİNİ İÇMƏK!
Bildiyiniz kimi, İmam Buxari əhli-sünnənin də , nasibi xəvaricin də ( özünə "sələfi" deyən vahabilərin) etimad etdikləri alimdir.
Hətta,vahabilər inanırlar ki, Buxari öz kitabında nə yazıbsa "səhih" , yəni, doğru yazıb, heç bir yalan , zəif, etibarsız hədis yoxdur.
İmam Buxarinin özünün "səhih"-ində , "Dəstəmaz kitabı"nda, "Dəvənin, qoyunun və digər ev heyvanlarının sidiyi və onların axılları" babında (51-ci bab) yazır :
بَاب أَبْوَالِ الْإِبِلِ وَالدَّوَابِّ وَالْغَنَمِ وَمَرَابِضِهَا وَصَلَّى أَبُو مُوسَى فِي دَارِ الْبَرِيدِ وَالسِّرْقِينِ وَالْبَرِّيَّةُ إِلَى جَنْبِهِ فَقَالَ هَا هُنَا وَثَمَّ سَوَاءٌ
231 حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ أَبِي قِلَابَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَدِمَ أُنَاسٌ مِنْ عُكْلٍ أَوْ عُرَيْنَةَ فَاجْتَوَوْا الْمَدِينَةَ فَأَمَرَهُمْ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِلِقَاحٍ وَأَنْ يَشْرَبُوا مِنْ أَبْوَالِهَا وَأَلْبَانِهَا فَانْطَلَقُوا فَلَمَّا صَحُّوا قَتَلُوا رَاعِيَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتَاقُوا النَّعَمَ فَجَاءَ الْخَبَرُ فِي أَوَّلِ النَّهَارِ فَبَعَثَ فِي آثَارِهِمْ فَلَمَّا ارْتَفَعَ النَّهَارُ جِيءَ بِهِمْ فَأَمَرَ فَقَطَعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ وَسُمِرَتْ أَعْيُنُهُمْ وَأُلْقُوا فِي الْحَرَّةِ يَسْتَسْقُونَ فَلَا يُسْقَوْنَ قَالَ أَبُو قِلَابَةَ فَهَؤُلَاءِ سَرَقُوا وَقَتَلُوا وَكَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَحَارَبُوا اللَّهَ وَرَسُولَهُ
Bu hədisin tərcüməsini elə vahabi Əlixan Musayevin tərcüməsi ilə verirəm ki, sabah vahabilər səs-küy salmasınlar ki, guya, biz nəyisə təhrif etmişik.Buyurun ( qırmızı ilə işarələdiyimiz yerin tərcüməsi ) :
" ...Ənəs rəvayət edir ki, Ükəl və ya Üreyn qəbiləsindən olan bir dəstə ( Peyğəbərin (S.a.s) yanına) gəldi.(Xəstə olduqları üçün) Mədinədə qalmaq istəmədilər.Peyğəmbər (s.a.s) onlara sağlam dəvələrin olduğu yerə gedib onların sidiyindən və südündən içməyi əmr etdi.Onlar ( peyğəmbərin dediyi yerə) getdilər.Elə ki, sağaldılar,peyğəmbərin (s.a.s) çobanını öldürün dəvələrini sürüb apardılar. BU xəbər günün əvvəlində (Mədinəyə) gəlib çatdı.Peyğəmbər (s.a.s) onların ardınca (bir dəstə) adam göndərdi.Günorta onları (Mədinəyə) gətirdilər.Peyğəmbər onların əllərini və ayaqlarını kəsdirdi.(Sonra) onların gözlərini çıxartdılar,özlərini də Hərraya ( Hərra- Mədinə yaxınlığında yerləşən,qaralmış daş-kəsəklərlə dolu bir sahə nəzərdə tutulur ) atdılar. Onlar su istəyirdilər,lakin( ölənədək) onlara su verilmədi."
Tərcüməni yoxlamaq istəsəniz Əlixan Musayevin tərcümə etdiyi kitaba,65-ci səhifə,173 nömrəli hədisə baxa bilərsiniz!
Hədisi araşdırmaq istəsəniz buyurun burdan araşdırın!
Qeyd :
"Dəvənin sidiyini içmək" məzmunlu hədisi Muslim də öz "səhih"-ində, İmam Nəsai və Tirmizi öz "sünən"-lərində, İmam Əhməd öz "musnəd"-ində qeyd edib
P.S
"Dəvənin sidiyini içmək" barədə gətirdiyim hədis barədə təbii ki, alimlərin nəzərləri müxtəlifdir. Bu fiqhi məsələdir.
Amma, söhbət yenə də "CANLI BİR VARLIĞIN BOVLUNU (SİDİYİNİ) İÇMƏK"-dən gedir.Hansı ki, vahabilər də bu hədisləri inkar eləmirlər.
Məsələn, vahabi alimi Şeyx Ubeykan da "dəvə sidiyi içməyi" caiz bilir, şəriət baxımından ona heç bir qadağa olmadığını qeyd edir.