Перейти к содержимому

Фотография

rəsul s.ə.v CÜMƏ XÜTBƏLƏRİ

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 14

#1 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 10 Июнь 2012 - 15:20

özünə şiyə deyənlərə BELƏ SUAL VERMƏK İSTƏYİRƏM.
Mən bilirəmki, rəsul.s.ə.v. 13 il Mədinədə şəriyyət qanunları qurduqdan sonra hər cümələrdə xütbə verib.
veribsə onun bu xütbələrindən neçəsi bizim vaxta gəlib çatlb ?
bu xütbələri gətirsək inşallah xeyrli olar haqqı axtaranlar üçün.

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 10 Июнь 2012 - 20:12

özünə şiyə deyənlərə BELƏ SUAL VERMƏK İSTƏYİRƏM.
Mən bilirəmki, rəsul.s.ə.v. 13 il Mədinədə şəriyyət qanunları qurduqdan sonra hər cümələrdə xütbə verib.
veribsə onun bu xütbələrindən neçəsi bizim vaxta gəlib çatlb ?
bu xütbələri gətirsək inşallah xeyrli olar haqqı axtaranlar üçün.

Birincisi əssalamu aleykum.
ikincisi də bu nə sualdı ki? Niyə məhz şiələrə? Peyğəmbərin (s) xütbələri niyə məhz şiələrdən tələb olunur? Deməli Peyğəmbərin (s) həqiqi ardıcıllarının şiələr olduğunu qəbul edirsən?
Peyğəmbərdən (s) bizə çatan ən məşhur xütbə "Şəbaniyyə" xütbəsidir. Sən elə bu xütbəni idrak etsən, kifayət olardı.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 16 Июнь 2012 - 19:33

Birincisi əssalamu aleykum.
ikincisi də bu nə sualdı ki? Niyə məhz şiələrə? Peyğəmbərin (s) xütbələri niyə məhz şiələrdən tələb olunur? Deməli Peyğəmbərin (s) həqiqi ardıcıllarının şiələr olduğunu qəbul edirsən?
Peyğəmbərdən (s) bizə çatan ən məşhur xütbə "Şəbaniyyə" xütbəsidir. Sən elə bu xütbəni idrak etsən, kifayət olardı.

şiyələrdə cürə bə cürdür,haqq olanıda var batil olanıda,necə ki,Əli ibn qbu talibin vaxtında olduğu kimi.
sən mənə deyə bilərsən rəsul s.ə.v. mədinədə xütbə dediyi vaxt,kimsə hardansa ərzaq karvanın gəldiyini deyir,və adamlar mescidi tərk edir,
ki,bir şey əldə etsinlər,o vaxtı mədinə də aclıq vaxtıdı idi
rəsul s.ə.v. xütbə ni saxlamır və hardasa 12-14 nəfər qalır ona qulaq asır axıracan. bu 12 nəfər kimi idi? onların adlarını bilirsiz ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#4 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 Июнь 2012 - 00:16

Cümə 11. Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#5 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 Июнь 2012 - 00:17

abdhalim , ilk 4 ardıcıllıq belə olar da: Əbu Bəkr, ömər, osman, Hz Əli(ə)...

düzdür? :rolleyes:
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#6 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 Июнь 2012 - 00:29

bu xütbələri gətirsək inşallah xeyrli olar haqqı axtaranlar üçün.

bu 12 nəfər kimi idi? onların adlarını bilirsiz ?

Uhud, Hüneyn döyüşlərində Peyğəmbər(s.ə.a.s)-ı döyüş meydanında qoyub qaçanları, Təbukda sui qəsd etmək istəyənləri, Üseymin ordusundan əmrə xilaf çıxaraq qaçanları, ölüm yatağında ikən sayıqlayır deyib son vəsiyyətini yazamasına fitnə salmaqla mane olanları tanıdıq haqqı tapmadıq, indi deyirsən ki xütbədə oturan 12 nəfəri tanımaqla haqqı tapacağıq?
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#7 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 17 Июнь 2012 - 12:19

Uhud, Hüneyn döyüşlərində Peyğəmbər(s.ə.a.s)-ı döyüş meydanında qoyub qaçanları, Təbukda sui qəsd etmək istəyənləri, Üseymin ordusundan əmrə xilaf çıxaraq qaçanları, ölüm yatağında ikən sayıqlayır deyib son vəsiyyətini yazamasına fitnə salmaqla mane olanları tanıdıq haqqı tapmadıq, indi deyirsən ki xütbədə oturan 12 nəfəri tanımaqla haqqı tapacağıq?

o mövzular artıq söhbət olunub....
sən bilirsənsə yaz .
mövzu rəsul s.ə.s cümə xütbələridir....
bilən varsa bu haqqda yazsın
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 Июнь 2012 - 14:01

Bu mövzunun mahiyyəti nədən ibarətdir? Bax bu mənə aydın deyil.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 23 Июнь 2012 - 14:19

Bu mövzunun mahiyyəti nədən ibarətdir? Bax bu mənə aydın deyil.

1 ci növbədə mövzü peyğembər s.ə.v. xütbələrinin bizə az gəlib çatmasıdır.
bunu şifahi hesablasaq 13 il mədinədə rəsul s.ə.v. xütbə veribsə bu hardasa 500 dən çox xütbə eləyir.
bu xütbələrdən mən 2-3 xütbə eşitmişəm,
hətta Əli r.a-nun xilafəti dövründə gələn xütbələr bundan çoxdu.
bunu izah edə bilərsən?
BİRDƏ 12 NƏFƏR XÜTBƏYƏ DAYANIB AXIRACAN ONA QULAQ ASANLAR HAQQINDA SİZLƏR NƏ BİLİRSIZ ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#10 der

der

    Arif – Corporal

  • Murid
  • 58 сообщений

Отправлено 24 Июнь 2012 - 09:25

siz sünnüsüz yoxsa şiə?Sizin nəyinizə lazımdır peyqəmbərin xütbesi? O vaxtdan bu vaxta xütbe qalar?

#11 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 24 Июнь 2012 - 19:36

siz sünnüsüz yoxsa şiə?Sizin nəyinizə lazımdır peyqəmbərin xütbesi? O vaxtdan bu vaxta xütbe qalar?

mən Əli ibn abu talibin əqidəsindəyəm,yəni tərəfdarıyam,ondan da qabaq rəsul s.ə.v.
suallarımı oxusaydıZ belə yersiz sual verməzdiZ,

Сообщение отредактировал abdhalim: 24 Июнь 2012 - 19:37

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#12 der

der

    Arif – Corporal

  • Murid
  • 58 сообщений

Отправлено 24 Июнь 2012 - 21:20

mən Əli ibn abu talibin əqidəsindəyəm,yəni tərəfdarıyam,ondan da qabaq rəsul s.ə.v.
suallarımı oxusaydıZ belə yersiz sual verməzdiZ,

şahadet verirsen əli (as) nəbilərdən və rəsullardan üstündür?

#13 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 26 Июнь 2012 - 01:04

şahadet verirsen əli (as) nəbilərdən və rəsullardan üstündür?

buna inanan insan ,peyğəmbəri tanımayıb.

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#14 jamaat

jamaat

    Mulazzim – lieutenant

  • Murid
  • 331 сообщений

Отправлено 27 Июнь 2012 - 02:42

buna inanan insan ,peyğəmbəri tanımayıb.

salamaleykum. sen ciddi qardasha oxshayirsan ele ise niye gore o terbiyesizin cavabini vrmirsen ki bele hereket etmek selefe bash ucaliqi getirmir. sen ona olan munasibetini bildirmelisen. bildirmesen demeli onun terbiyesizliyinden narahat olmursan. haqqina girdimse halal et.
"Allahin bütün işləri çaşdiricidir, ancaq xəbəriniz olsun ki, Allah, Özünü sizə tanitdiği səviyyədə məsuliyyətli etmişdir". İmam Sadiq (r.a), Usuli Kafi.

#15 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 29 Июнь 2012 - 10:25

Muhəmməd Peyğəmbər (s) şaban ayının son günlərinin birində Mübarək Ramazan ayının gəlişi münasibətilə bu xutbəni buyurdu:

"Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru üz gətirmişdir. Bu ay Allah yanında ayların ən

yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saaatlar və anlardır.

Bu ayda siz Allahın qonaqlığına dəvət olunaraq, Tanrının lütf və mərhəmətinə layiq görülmüsünüz. Bu ayda sizin nəfəsləriniz

zikr, yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah dərgahında qəbul olacaqdır.

Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün

kömək etməsini diləyin. Çünki doğrudan da, bu əzəmətli ayda Ilahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.

Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin.

Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın.

Qulaqlarınıza haram eşıtdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar.

Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxti əllərinizi Onun qarşısında aciz

qul kimi açaraq, dua edin. Çünki, (namaz vaxtı duaların qəbul olunması üçün) vaxtların ən yaxşısıdır. Allah-Təala bu vaxt öz

bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər. Çağırışlarına cavab verər. Dualarını qəbul edər.

Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz

günahlarınızın ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları,

səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları (namaz əhlini) Qiyamət günü insanların hesab verdiyi zaman Cəhənnəm əzabı

ilə qorxutmayacağına söz vermişdir.

Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa,Tanrı dərgahında bir qulu azad etmək qədər dəyəri,

savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar.

(Bir nəfər soruşdu: "Ey Allahın Rəsulu(s)! Bizim hamimizın imkanı yoxdur ki, kimisə qonaq etsin. Nə edək?")

Peyğəmbər (s) buyurdu: "Yarı xurma dənəsini sədəqə verməklə də, olsa Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə

də, olsa Cəhənnəm odundan qurtulun.

Ey camaat! Hər kəs bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu

körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda,

Allah-Təala Qiyamətdə onun işini asanlaşdırar.

Hər kim bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Tanri o biri dünyada ona qarşı qəzəbini azaldar. Hər kəs bu

ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. Hər kim bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah

Qiyamətdə ona rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir.

Kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət verər. Kim bu ayda vacib namaz qılarsa, başqa

aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox salavat göndərərsə,Allah Qiyamət günü əməl tərəzisi yüngül

gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylarda bütünlüklə oxunmuş Qurana

bərabərdir.

Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin

Cəhənnəmin qapiları da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapilarını sizin üzünüzə açmasın. Bu ayda şeytan

zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə hakim etməsin.

Mən soruşdum: "Ey Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər nədir?"

Peyğəmbər (s) buyurdu:"Ey Əbülhəsən! Bu ayda ən üstün əməl Allahın haram buyurduğu işlərdən çəkinməkdir."

Elə bu vaxt Peyğəmbər(s) ağladı.

Mən soruşdum: "Ey Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan?"

Buyurdu: "Ya Əli (ə)! Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizlik edəcəklər. Sanki səni namaz qılan halda

görürəm, amma indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın al-

qana boyanacaqdır.

Soruşdum: "EyAllahın Rəsulu (s)! Bu hadisə mənim dinə sadiq qaldığım haldamı baş verəcəkdir?"

Buyurdu (s): "Bəli, elədir." Sonra isə əlavə etdi: "Ya Əli (ə)! Sənin canına qəsd edən kəs, mənim canıma qəsd etmişdir. Səni

qəzəbləndirən şəxs məni qəzəbləndirmişdir. Səni təhqir edən şəxs məni təhqir etmişdir. Çünki sən mənə özüm kimisən. Sənin

ruhun, mənim ruhum deməkdir.

Uca Allah məni və səni yaratdı və seçdi. Məni peyğəmbər, səni də imam olaraq seçdi. Deməli səni rəd edən şəxs, mənim

peyğəmbərliyimi rəd etmişdir.Ya Əli (ə)! sən mənim vəsiyyim, övladlarımın (məndən sonraki nəslimin) atası, qızımın sevimli

həyat yoldaşı və istər mən həyatdaykən, istərsə də vəfat etdikdən sonra canişinimsən. Sənin əmrin, mənim əmrim və qadağan

etdiyin hər şey də, mənim nəhyim sayılır. Məni Peyğəmbərliyə seçən və ən yaxşi yaradılmış qərar verən Allaha and olsun ki,

Sən Tanrının bəndələrinə höccəti, imamı və Onun yer üzündəki xəlifəsisən!" ("Biharül-ənvar", Əllamə Məclisi, c. 96, səh. 356; "Əl-əmali", Şeyx Səduq, c. 1, səh. 29

Şabaniyyə xütbəsi
ваххабизм – это дистилированный суннизм

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru