Перейти к содержимому


Фотография

imam Qəzali: "Qədir Xum hədisi xilafət üçün açıq dəlildir"


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 16 июля 2012 - 16:06

imam Qəzali: "Qədir Xum hədisi xilafət üçün açıq dəlildir"
الامام الغزالي يعترف بان القوم غصبوا الخلافة


BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Bilindiyi kimi Şiəni imamət haqqındakı ən böyük dəlillərindən biri mütevatiren bizə çatmış olan Gadiri Hum hədisidir. bu hədis elə mübarək bir hədisdir ki, bütün ümmət onun səhihliyinə icma etmiş, hər dövrdə mütevatiren köçürmüş, hədis haqqında İslam alimləri bir çox kitablar yazmış, hədisin sənədlərini bir yerə toplamışlar. lakin əhli sünnə və nəsibilər bu hədisi şərhinə girişmiş, hər zamanki kimi imam Əli ə.sin haqqını inkar yolunu tutmuşdurlar. Allaha həmd olsun, onların şərhlərininin batil olduğunun dəlili olan məsələn səhabə və Əhli Beyt ə.sin bu hədis ilə xilafət mövzusunda ihticac etmiş olmaları da bizə yenə ittifaq ilə ulamışdır. biz lüğətə görədə bu hədis ilə xilafətin qəsd edildiyini açıq bir şəkildə ortaya qoyuruq amma bu işimizdə nə Əhli Beyt ə.sin bu hədis ilə ihticac etməsini, nə səhabənin ihticacıı və nədə digər karineleri deyil, şəxsən əhli sünnənin ən böyük imamlarından birinin bəyanını köçürəcəyik. bu böyük imam alimdən cahilə qədər bütün sünnilərin adını əzbərdən bildiyi Qəzalidir. baxın Qəzali Gadiri Hum hədisi haqqında nələr söyləyir:


Изображение
şəkildə gördüyünüz Qəzalinin "Sırrul aləmin" adlı kitabın 23-cü səhifəsidir. Qəzali xilafət mövzusunu ələ alır, "ilk xəlifə Əbu Bəkirdir" deyənlərin fikirini köçürür və daha sonra deyir ki:

لكن أسفرت الحجة وجهها وأجمع الجماهير على متن الحديث من خطبته في يوم غدير خم باتفاق الجميع وهو يقول : من كنت مولاه فعلي مولاه . فقال عمر : بخ بخ يا ابا الحسن لقد أصبحت مولاي ومولى كل مولى ، فهذا تسليم ورضىً وتحكيم ، ثم بعد هذا غلب الهوى لحب الرياسة ، وحمل عمود الخلافة ، وعقود النبوة ، وخفقان الهوى في قعقعة الرايات ، واشتباك ازدحام الخيول ، وفتح الامصار ، وسقاهم كأس الهوى ، فعادوا إلى الخلاف الأول : فنبذوه وراء ظهورهم ، واشتروا به ثمنا قليلا ،
ولما مات رسول الله (ص) قال قبل وفاته : : ائتوا بدواة وبيضاء لأزيل لكم إشكال الأمر ، وأذكر لكم من المستحق بعدي .
قال عمر رضي الله عنه : دعوا الرجل فإنه ليهجر ، وقيل : يهدر
Ancaq höccət üzünü göstərmiş, üləma, "Gadiri Xum" günü oxunan xütbədə keçən hədisin mətni üzərində icma və ittifaq etmişdir. 0 gün Allahın Rəsulu s. a. a "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır." buyurmuş, Ömər də "Müjdələr olsun sənə, ey Həsənin atası!…" demişdi. Ancaq sonralar riyaset və xilafət sevgisi qalib gəldi. Xilafət sütununu və peyğəmbərlik əqdlərini əsl yerindən oynatdı. Sonra ordular hərəkətə keçdi, bayraqlar yüksəldi, şəhərlər fəth edildi. Sonra heva və həvəs kasasıyla onları doyurdu (ümməti şəhvani şeylərə yönəltdi, onları ixtilafa saldı). Deyərkən cahiliyyə dövrünə döndülər, verdikləri söz və əhdi arxalarına atdılar və ona qarşılıq az bir dəyəri satın aldılar.
Hz. Peyğəmbər s. a. a vəfatından az əvvəl buyurmuşdu ki: "Şübhənizi aradan qaldırmam üçün mənə qab və dəri (kağız qələm) gətirin və məndən sonra kimin daha müstehak və layiq olduğunu sizə xatırladım.." Bu sırada Ömər belə dedi: "Bu adamı buraxın, şübhəsiz o sayıqlama edir." Bəziləri də: "…batil söz danışır…" dediyini köçürmüşlər.

imam Qəzali, "Sırrul aləmin", səhifə 23

gördüyünüz kimi Qəzali həm hədisin xilafət haqqında olduğunu, həm üzərində icma olduğunu və həm də bəzi kəslərin xəyanət etdiyini söyləyir. hələmi inad?

وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّىٰ وَنُصْلِهِ جَهَنَّمَ ۖ وَسَاءَتْ مَصِيرًا
Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.
Nisa surəsi 115-ci ayə





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru