Перейти к содержимому


Фотография
- - - - -

QMİ namaz vaxtlarını sürüşdürüb


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 июля 2012 - 22:45

"Həm sünni, həm şiə tərəfdən 5-6 dəqiqə bir-birinə yaxınlaşdırdıq"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda azanların müxtəlif vaxtlarda verilməsindən narahatlığını bildirib.

“Qafqazinfo”nun məlumatına görə, Şeyxülislam namazın eyni vaxta qılınmasını xahiş edib: “Hesablamalara görə, müxtəlif təriqətlərə görə namaz vaxtlarında 12 dəqiqəyədək fərq olur. Biz həm sünni, həm şiə tərəfdən 5-6 dəqiqə bir-birinə yaxınlaşdırdıq və belə də azan eyni vaxtda veriləcək. Xahiş edirəm buna riayət edəsiniz”.

Şeyxülislam bildirib ki, postsovet ölkələrindən yalnız Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunur: “Bu da onun üçün edilir ki, heç bir təriqətin nümayəndəsi narazı qalmasın”.

O, həm də vahid xütbələrin hazırlanacağını bildirib və QMİ bunla bağlı proqram hazırlayacağını deyib.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 июля 2012 - 22:47

Təsəvvür edin ki, misalçün sünni fiqhinə görə məğrib azanı 21:00-da, şiə fiqhinə görə 21:15-dədir. Bu 7 dəqiqə sürüşdürsə və azan vaxıtını tərtib eləsə, olur- 21:07. Deməli həmin şiə namazını azan vaxtından 8 dəqiqə əvvəl qılıb. Şəriyətə əsasən namazı batil olub. Gör hansı dini idarə bu ölkəyə rəhbərlik edir :rolleyes:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 cihad

cihad

    Jundi – Soldier

  • Ibtidai
  • 3 сообщений

Отправлено 04 августа 2012 - 22:24

Salamun aleykum.Allah tebarek ve Teala bu sizin ecrinizi versin inshallah.Dunya ve axiretde Quran ve Ehli BEyt e s dan ayri dushmeyesiz inshallah.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru