'qulam' сказал(а) 02 Окт 2012 - 19:20:
əs-Sələm Aleykum! Alimlər öz araların da elmi bəhslər apararkən bir-birlərini təhqir etməzlər.Misal,Şeyx Şərəfuddin ağa ilə əl-Əzhər universitetinin rektoru Şeyx Səlimin eli bəhsi.
Hər şeydən pak və münəzzəh olan Allah Quran da buyurur:"Haqqa batil donu geyindirməyin və bil-bilə haqqı gizlətməyin".Bəqərə 42.Ayənin əksidə budur ki,batilə haqq donu giyindirməyin.
"Və o, Allah tərəfindən olmadığı halda deyirlər:O,Allah tərəfindəndir.Bilərəkdən Allaha yalan nisbət verirlər".Ali-İmran 78."Kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurarsa,daha zalımdır.Allah zalımların dəstəsini əsla hidayət etməz".Ənam 144.
"Bu ayələr müsəlmanlar üçün əqidədir.Yəni nə varsa,onu deməlisən.Bir şəxs fasiqdir mən deyirəm ki,yox o mömindir.Batilə haqq donu geyindirirəm.Ayənin əksinə qarşı əməl edirəm.Və ya deyirəm ki,Allah səhabələrin hamısından razıdır.Allah özü Quran da bir səhabəyə fasiq deyir.O, Şəxs isə Allahın adından yalan danışır.Deyir yox Allah ondan razıdır.Yenə Allahın adından yalan danışır.Kimdi o fasiq səhabə? Vəlid ibn Uqbə. Vəlidin haqqında nazil olan ayələr bunlardır:"Ey iman gətirənlər!Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki,məbada bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız".Hucurat 6."Belə isə, mömin olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar)eyni deyildir". Səcdə 18. Əli (ə) ilə Vəlidin arasında nünaqişə baş verir.Əli (ə) deyir sus ay fasiq.Bundan sonra Səcdə 18 nazil olur.Peyğəmbər (s) Vəlidi göndərir ki,zəkatları yığsın gətirsin.Vəlid isə gedib vaxtını keçirdib gəlib yalandan Peyğəmbərə (s) deyir ki,onlar zəkat verməkdən boyun qaçırdırlar. Camaat narahat olur ki, bunlar niyə zəkat vermillər və s.Vəlidin haqqında ayə nazil olur.Hucurat 6. Vəlid o səhabədir ki,Osmanın xilafət dövründə sübh namazına içkili halda gəlir.Bütün bunları əhli-sünnə mənbələrinə əsasən deyirik.İbn Kəsir,İbn Teymiyyə,Əhməd ibn Hənbəl.Mənbə "Səhabələri tanıyaq. Fasiq Vəlid ibn Üqbə barədə" Audio http://burhani.info/az-audio/9.2.html
Sual:Allah bu səhabəyə fasiq deyir.Mən niyə Allahın adından yalan danışıb bu səhabə haqqında deməliyəm ki? Allah bundan razıdır.Allah deyir fasiqdir.Mən deyirəm yox,Allah ondan razıdır.Niyə batilə haqq donu geyindirirəm?Niyə haqqı gizlədirəm?(haqqı)gizlədənlər məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün)lənət oxuyanların lənətlədiyi kəslər.Bəqərə 159
ولا شك أنه حصل من بعضهم سرقة وشرب خمر وقذف وزني بإحصان وزني بغير إحصان، لكن كل هذه الأشياء تكون مغمورة في جنب فضائل القوم ومحاسنهم، وبعضها أقيم فيه الحدود، فيكون كفارة.
İbn Useymin deyir:[/color]
"Şəkk və şübhə yoxdur ki, bəzi səhabələr oğurluq etmiş, şərab içmiş, biri digərini zina ilə ittiham etmiş, evli və subay olaraq zina etmişlər. Lakin qeyd olunan əməllər onların xeyir əməl və fəzilətlərinin müqabilində qərq olur."
Nəticə:
1. Sələfi fəqihi əllamə İbn Useymin deyir ki, şəkk şübhə yoxdur ki, bəzi səhabələr aşağıdakı böyük günahlara aludə olmuşlar:
a. Zina
b. Qəzf (zina ilə ittiham etmək)
c. Şərabxorluq
d. Subay olaraq zina etmək
e. Evli olaraq zina etmək
2. Qeyd etmək lazımdır ki, bəzi səhabələrin etdiyi bu əməllər (misal üçün: şərabxorluq, biri digərinə zina töhməti ilə ittiham etmək və s.) "iman gətirdikdən" sonra baş vermişdir. Çünki iman gətirməzdən öncə sadalanan əməllər günah deyildi. Bu əməllərin haramlığı Peyğəmbər (s.ə.ə.v)in şəriəti təbliğ olunduqdan sonra məlum oldu. Mətləbin daha da aydın olması üçün səhabə olduqdan və iman gətirdikdən sonra bu günahlara aludə olmalarına dair bəzi misallar vuraq:
Müəllif: Müslim ibn Həccac əl-Quşeyri ən-Nişapuri (vəfat tarixi h.q 261), "Səhih Müslim" kitabı, II cild, səh 1207, hədis № 1582
"İbn Abbas dedi: -Səmurənin şərab satması xəbəri Ömərə yetişdi. Ömər dedi: - Allah Səmurəni cəzalandırsın....."
Həmin mənbə, səh 1331-1332, hədis № 1707
".....Vəlid ibn Uqbə sübh namazını qıldıqdan sonra üzünü camaata tutub, namazın rəkətlərini artırımmı? dedi. İki nəfər onun şərab içməyinə şahidlik etdi. Onlardan birinin adı Həmran idi. Həmran dedi: - O, şərab içib. İkinci şahid də onun şərab qusmasını gördüyünü şəhadət verdi....."
Müəllif: Muhamməd Nasiruddin Əl-bani (vəfat tarixi h.q 1420), "İrvaul ğəlil fi təxric əhadis mənar əs səbil" kitabı, VIII cild, səh 28-29, hədis № 2369
"Bu səhifələrdə Ömərin xilafəti dövründə Peyğəmbər (s) "səhabəsi" Muğirə ibn Şöbəni üç digər Peyğəmbər (s) səhabəsi - Əbu Bəkrə, Şibl ibn Məbəd, Əbu Əbdullah Nafe zina halında gördüklərinə şahid dururlar." (Qeyd: Əl-bani hər iki səhifədə qeyd olunmuş bu hadisənin səhih sənəd olduğunu etiraf edir.)
3. Allahın hökmü hansı dəlilə əsasən zinakar səhabəyə tətbiq olunmamalıdır?
Müəllif: Muhamməd ibn İsmail ibn İbrahim ibn Burdəzubə Cofi əl-Buxari (vəfat tarixi h.q 256), "Səhih Buxari" kitabı, səh 861, hədis № 3475
"Aişə dedi:.....Peyğəmbər (s.ə.(ə.)v) buyurdu:.....And olsun Allaha əgər Muhamməd qızı Fatimə oğurluq etsəydi onun əlini kəsərdim."
Qeyd: Əhli beyt (ə.s) məktəbində bu hədis batil hədislərdən biridir. Çünki Fatiməi Zəhra (s.ə) dünya və axirət xanımlarının biridir və ən əfzəlidir. Bu hədis nəql edənlərin haqqında daha məqsədyönlü olardı.
4. Bu böyük günahları bilərəkdən yerinə yetirən səhabələrdən Allah razı qala bilərmi?
İbn Useymin və ondan sonra sadalanan kitabların linki:"Səhabələrin cinayətlərinə əhli xilaf xəlifələri tərəfindən göz yumulur" http://burhani.info/az-newss/36.html
Müəllif: Əllamə Fəqih Muhamməd ibn Saleh əl-Useymin, "Şərh əl əqidə əl vasitiyyə" kitabı, II cild, səh 292 http://d1.islamhouse...h_Othaimeen.pdf http://www.ibnothaim...cle_17955.shtml
Necə olur ki şiə nəznində məsum olan İmam Musa bin Cafər(ra) fərci ilə günah edib zina etdiyini boynuna aldıqı halda əhli cənnət olur ancaq sahabələr(ra) günah etdikləri halda dərhal onları cəhənnəmə göndərirsiniz?
عدة من أصحابنا، عن أحمد بن محمد بن عيسى، عن علي بن الحكم، عن محمد بن سليمان، عن أبيه قال: خرجت مع أبي الحسن موسى بن جعفر (عليه السلام) إلى بعض أمواله فقام إلى صلاة الظهر فلما فرغ خر لله ساجدا فسمعته يقول بصوت حزين وتغرغر دموعه (1) " رب عصيتك بلساني ولو شئت وعزتك لاخر ستني وعصيتك ببصري ولو شئت وعزتك لا كمهتني وعصيتك بسمعي ولو شئت وعزتك لاصممتني وعصيتك بيدي ولو شئت وعزتك لكنعتني (2) وعصيتك برجلي ولو شئت وعزتك لجذمتني (3)
وعصيتك بفرجي ولو شئت وعزتك لعقمتني وعصيتك بجميع جوارحي التي أنعمت بها علي وليس هذا جزاؤك مني " قال: ثم أحصيت له ألف مرة وهو يقول: " العفو العفو " قال: ثم الصق خده الايمن بالارض فسمعته وهو يقول، بصوت حزين " بؤت إليك بذنبي عملت سوءا وظلمت نفسي فاغفر لي فانه لا يغفر الذنوب غيرك يا مولاى " ثلاث مرات ثم الصق خده الايسر بالارض فسمعته يقول: " ارحم من أساء واقترف واستكان واعترف " ثلاث مرات ثم رفع رأسه
Yalnız mətndən həmin yerin tərcüməsini verirəm İmam belə deyir:
(ey Allah) Sənə cinsiyyət üzvüm ilə asilik etdim.Sənin izzətinə and olsun ki əgər istəsən (cəza olaraq) məni axtalayarsan.
(Hədisdə imam عَقَّمَ sözündən istifadə edir bu da ərəb dilində "şeyin" dibindən kəsilməsi yəni insanın axtalanması və ya insanın övladsız,sonsuz olma halına gətirilməsi mənasındadır.)