http://www.youtube.com/watch?v=bWQncDd4gW0 http://www.youtube.com/watch?v=prgshb228nc
İmam Əli (ə.s)-ın minbərlərdən lənətlənməsi və təhqir olunması
Mövzu nədən ibarətdir? Keçmiş mövzularda qeyd etdik ki, bəziləri hətta Əhli-beytin (ə.s) adının çəkilməsinə belə nifrət ediblər, bu adlardan xoşları gəlməyib, bu adlarla mübarizə aparılıb, Onların (ə.s) adı salavatdan çıxarılıb, müxtəlif tərzlərdə Onlara (ə.s) təzyiqlər göstərilib.
İmam Əli (ə.s)-ın Bəni Üməyyə xəlifələrinin əmrilə minbərlərdən lənət olunması və təhqir olunması belə təzyiqlərdən biridir.
Görəsən əhli-xilaf alimləri (ta qədimdən müasir alimlənə qədər) Əli (ə.s)-ın minbərlərdən lənətlənməsi və söyülməsini etiraf ediblərmi? Biz bu məsələni araşdıracayıq.
Ərəb dilində “lən” və “səbb” kəlmələri var. “Lən” - yəni, Allah rəhmətindən qovmaq və ya ovular deməkdir. “Səbb” isə - bir şəxsin haqqında təhqirdici, nalayiq kəlmələr istifadə etmək deməkdir. Yəni, söyüş. O, Həzrətə (ə.s) onilliklərlə lənət oxudulub və söyülüb. Amma indi hər hansı bir sələfidən soruşsan ki, bəni Üməyyə Müaviyyənin (l.ə) rəhbərliyi altında rəsmi hökumət əmri olaraq Hz. Əli (ə.s)-a lənət oxudulub ya yox? İnkar edəcək ki, xeyr. Belə bir şey ola bilməz. Bu mümkün deyil. Bütün səhabələr mehriban olublar. Bütün bu almanac və ixtilafı şiələr uydurublar. Amma əsrlər boyu ahli-xilaf alimləri etiraf ediblər ki, Əli ibn Əbu Talib (ə.s) minbərlərdə lənətlənib, təhqir olunub və bu batil sünnəni Ömər ibn Əbdül Əziz (Allah rəhmət etsin) ləgv edib. İndi milyon sələfi cəm olub defiler ki, yox biz qəbul etmirik. Onların qəbul etməməklərilə deyil ki. Çünki onlar alim deyil. Çünki onlar əhli-xilaf məzhəbinin kökünü quranlar deyil. Bu məzhəbin özülünü qoyanlar deyiblər ki, İmam Əli (ə.s) həm lənət olunub, həm söyülüb.
MÜQƏDDİMƏ
Mövzuya daxil olmamışdan qabaq bir vacib müqəddiməyə ehtiyac duyulur. Allah Sübhan Təala Qurani Kərimdə “Ən - Nisa” surəsinin 52-ci ayəsində buyurur:
“Ulaikəlləzinə ləənəhumullah (Onlar o kəslərdir ki, Allah onlara lənət edib.)va mən yələnillahi fələn tədə ləhu nasira”
“Nəsir” və yaxud “Nasir” - köməkçi, yardımçı deməkdir. Allah buyurur ki, mən kimi lənətlədimsə o, adam üçün yardımçı və ya köməkçi tapılmaz. (“Lən” əbədi inkara, bəzi alimlərin nəzərində isə uzun müddətli inkara dullest edir.).
Bu ayəni müqəddimə olaraq unutmayaq!
Allahın və Rəsulunun (s.ə.ə.v) lənətinə kimlər gələ bilər?
Birinci olaraq şiə hədis kitablarından, sonra isə əhli-xilaf kitablarından hədis gətirəcəyik. Qeyd edək ki, bu hədis hər iki mənbədə mötəbərdir.
“Üsuli-Kafi” , II cild, “Kitabul iman va kufr” , “Fi usulil kufr va ərkanihi” babı, səh 293, 15-ci hədis.
Mühəqqiq Bəhrani “Əl hədaiqun nazira” kitabında (XI cild, səh 70) buyurur ki, Şeyx Kuleyni bu hədisi Müyəssər deyilən ravidən həsən olaraq nəql edir.
Müyəssər atasından, atası İmam Baqir (ə.s)-dan, o da öz Babalarından (ə.s) (hədis bağlanır Rəsulallaha (s.ə.ə.v)). Allahın Rəsulu (s.ə.ə.v) buyurur:
“Xəmsətun ləəntuhum və kulli nəbiyyun mucab” - “Mən beş qismə lənət oxuyuram və bütün Peyğəmbərlərin də duası qəbuldur.”
1. - Əz zaidu fi kitabillah - “Kimsə Allahın kitabına əlavələr qoşa”. Yəni, bu ayə bu kitabda yoxdur. Biri deyə ki, bunu Qurana əlavə etdim. Həmin bu şəxs Allahın və Rəsulunun (s.ə.ə.v) lənətinə gələcək. Lənətə gəlsə müqəddimə olaraq oxuduğumuz ayəyə əsasən heç bir yerdən yardım ala bilməyəcək. Bu şəxs məhv oldu. Onun üçün nicat yoxdur.
2. - Ət tarik li sunnəti - “Mənim sünnətimi tərk edən”. Məs: O, Həzrət (s.ə.ə.v) buyurub ki, üzüyü sağa taxmaq müstəhəbdir. Sən də götürüb sola taxasan ki, bu şiələrdə məshurlaşib. Peyğəmbərin sünnəti budur ki, qəbir düzbucaqlı şəklində olmalıdır. Sən də götürüb hər dəvənin belinə oxşadasan ki, şiələr hər düzbucaqlı edirlər. (Qeyd: Bir neçə əhli-xilaf alimi etiraf edir ki, bu Rəsulallahın (s.ə.ə.v) səhih hədislə sübuta yetirilmiş sünnəsidir. Amma bu iş şiələrdə məshur olduğuna görə biz bunu tərk edəcəyik.). Şiə üzü qibləyə namaz qılır. Siz bunu dəyişib arxası qibləyə namaz qılacaqsınız? Ki, bunu şiələr belə edir. Bu günə qədər bunu başa düşə bilmirik ki, şiədə Peyğəmbər (s.ə.ə.v) sünnəsinin məshurlaşması nə deməkdir? Bir qayda qoysaydılar ki, əgər Peyğəmbər (s.ə.ə.v) sünnəsi şiədə məshurlaşirsa onu tərk etmək lazımdır. Biz də bilərdik. Peyğəmbər (s.ə.ə.v) sünnəsini tərk edən nicat tapmayacaq və Allahın, Rəsulunun (s.ə.ə.v) lənətinə gəlib.
3. - Val mukazzibu bi qədərillah - “Allahın qəza və qədərini təkzib edən”. Yəni, mən nə edirəm, özüm edirəm. Allah qarışmır. Allahın bu işdə əmri yoxdur. Həmin bu adam “mukəzzib fi qədərillah” sayılır ki, nicat tapmayacaq.
4. - Əl mustəhillu min itrəti mə hərrəməllah - Yəni, İtrətim barəsində Allahın haram buyurduqlarını (Məs: Əhli beytə əziyyət etmək və s.) özünə halal bilmək.
5. - Əl mustəsir bil fey vəl mustəhillu ləhu - Yəni, Allahın və Rasulunun (s) izni olmadan qəniməti mənimsəyərək halal bilmək.
Mözumuza aid olan hissə “Əl mustəhillu min itrəti mə hərrəməllah ”. Yəni, Peyğəmbər (s.ə.ə.v) Əhli-beyti (ə.s) haqqında bəzi qırmızı xətlər var ki, onları keçmək olmaz. Hər kim bu həddi keçsə haram olan bu işi özünə halal bilsə (Məs: Onlar da bizim kimi insanlardır, mən do müsəlmanam, o da. Mən ona bu hörməti qoymalı devil və s.) Allahın və Rəsulunun (s.ə.ə.v) lənətinə tuş gələcək.
İndi isə Əhli sünnə ədəbiyyatlarında bu hədisə nəzər yetirək.
Hakim Nişapuri, “Əl müstədrək ələs-səhiheyn” kitabı, İmam Zəhəbinin qeydlərilə (Yəni, bu kitabda dörd alimin rəyi var: Buxari, Muslim, Hakim Nişapuri, İmam Zəhəbi), I cüz, səh 91, 102-ci hədis (Məktəbətüs Şamiləyə də müraciət oluna bilər).
Əbubəkr qızı Aişə nəql edir:
“Qalə Rasulallah (s.ə.ə.v) sittətun ləəntuhum ləənəhumullah va kulli nəbi mucab….”
“Peyğəmbər (s.ə.ə.v) buyurub: -Altı qismi lənətləmişəm və Allah da lənətləyib, bütün peyğəmbərlərin də istəyi həyata keçir.”
(Üsuli Kafidəki hədisdə beş təbəqə lən)tlənmişdi, burada isə altı təbəqə lənətlənib. Kafidə Rasulallah (s.ə.ə.v) lənətləyib, burada isə Allah da lənətləyir)
1. - Əl mukəzzibu fi qədərillah - “Allahın qəza və qədərini təkzib edən”
2. - Vəz zaidu fi kitabillah - “Allahın kitabına əlavələr edən, dəyişən”
3.-Vəl mutəsəllit bil cəbərut- Şərhçilər bu hədisdə “əl cəbərut” kəlməsini təkəbbür mənasında tərcümə ediblər. İnsan nə zaman təkəbbürlük edir? O zaman ki, özündə nöqsan, boşluq, çatismamazliq görür. Həmin bu boşluğu təkəbbürlə doldurmağa çalisir ki, guya onda belə bir nöqsan yoxdur. Amma həqiqətdə bu insan naqisdir, möhtacdır, qüsuru vardır. (Məs: Allahın xar etdiyi bir insanı ucaldasan və ya əziz Quran verdiyini alçaldasan. Bu həddə gəlib çatdin Allahın və Rəsulunun (s.ə.ə.v) lənətinə düçar olursan. Həmin bu şəxs “mutəsəllit” sayılır.)
4.-Vəl must hill li hərəmillah- Bu haqda şərhçilər iki rəy deyiblər. Allahın hərəmində ehram paltarında olanda da, olmayanda da bitgini, ağacı qoparmaq, qırmaq haramdır. “Mustəhill” (Yəni, haram bir işi haram olduğunu bilə-bilə özünə halal bilən.) Belə şəxslərə do Allahın və Rəsulunun (s.ə.ə.v) lənəti olur.
5.-Vəl mustəhilul min itrəti ma hərrəməllah - Yəni, İtrətim barəsində Allahın haram buyurduqlarını (Məs: Əhli beytə əziyyət etmək və s.) özünə halal bilmək.
6. -Ət tarik li sunnəti- “Peyğəmbər (s.ə.ə.v) sünnəsini tərk edən.”
Möbvzumuza aid olan hissə “Vəl mustəhilul min itrəti ma hərrəməllah”. Peyğəmbər (s.ə.ə.v) Əhli-beyti (ə.s) haqqında necə ki, Kəbədəki kimi qoyulmuş həddi keçmək olmaz. Bu iş haramdır və bu iş həmin həddi aşmış şəxsin lənətlənməsinə səbə olur.
(Qeyd: Dəfələrlə oxumuşuq ki, Fatiməyə (ə.s) əziyyət edən Mənə (s.ə.ə.v) əziyyət etmişdir. Həmçinin də Əliyə (ə.s), Həsənə (ə.s), Hüseynə (ə.s) əziyyət edən. Demək Peyğəmbər (s.ə.ə.v) hüdud xəttini çəkib. Bir kəs bu xətti keçsə “müstəhill” sayılcaq ki, aqibəti bəllidir.)
Bu hədisin sənədlərinə nəzər salaq:
* Buxari və Muslimin şərtlərinə uyğundur və bu hədisi səhih bilirlər.
* Hakim Nişapuri deyir: “Bu hədis səhih isnaddır.”
* Şəmsəddin Zəhəbi deyir: “Bu hədis səhihdir. Bu hədis üçün bir nöqsan görmürəm”
* Nurəddin Heysəmi deyir: “İmam Təbərani bu hədisi “Osaf” kitabında nəql edib və hədisin sənədində olan ravilərin hamısı düzdanışandır.”
* İbn Hibban da bu hədisin səhih olduğunu deyir.
Demək hədisin sənədləri güclüdür. Ən böyük Əhli-xilaf alimləri - Buxari, Muslim, Hakim Nişapuri, İmam Zəhəbi, Təbərani, Nurəddin Heysəmi, İbn Hibban buna şahid dururlar.
İndi isə hədisin şərhinə nəzər salaq. İmamil Mənavi kimi tanınan ƏbdurRəufil Mənavi “Feydil qadir hər əl camius sağir” kitabı, IV cüz, hədis 4460. Bu hədisin şərhində buyurur: “Əhli-beytə (ə.s) əziyyət etmək haramdır. Onlara (ə.s) təzim göstərmək, yəni, Onları (ə.s) əziz tutmaq Rəsulallahın (s.ə.ə.v) vacib buyurduğu bir əməldir. Mövzunun əksi Onlara (ə.s) təzim göstərməmək haramdır.” Bir şəxs bu iki şeyi özünə halal etsə İmam Mənavi buyurur: “Əgər bir nəfər bu iki şeyi özünə halal bilsə və buna etiqad etsə kafirdir. Amma etiqad etməsə, sadəcə şübhələrin qurbanı olub (necə ki, bu günləri internet və s. vasitələrlə bilən də, bilməyən də kütləni aldadır) aldansa günahkardır”. Demək, əhli sünnə aliminin etirafına əsasən Əhli-beytin (ə.s) haqqını tapdalayan (bunu özünə əqidə edərək) kafirdir. Əgər şübhələrin qurbanı olsa günahkardır. Hər iki halda vəziyyət ağırdır. Birdəlil əldə etdik ki, şiə və sünni alimlərinin yazılarına əsasən Əhli-beytin (ə.s) haqqını tapdalamaq haramdır. Bu işi görən kafirdir. (Necə ki, bəzi sələfi alimləri (Cəbhan kimi) bu gün də bu işi görürlər. Deyir ki, İmam Sadiqə (ə.s) “sadiq” deməyin. Əslində O, (ə.s) “sadiq” deyil. Buradan o çixir ki, əgər O (ə.s) sadiq deyilsə onda yalançıdır (n. />/>/>. Həmin bu adam qoyulmuş həddi keçib ki, bu da əhli-sünnətə görə kafirdir.)
Biz bu bəhsdə sübut etməyə çalisacayiq ki, əhli-xilaf alimləri etiraf ediblər ki, tarix boyu İmam Əlini (ə.s) müəyyən şəxslər, fərdi deyil rəsmi şəkildə, cümə xütbələrində, dini mərasimlərdə təhqir ediblər, lənətləyiblər, nalayiq sözlər deyiblər və əhli-xilaf alimlərinin rəyinə əsasən bu işi görənlərin hökmü kafirdir. Çünki Həzrət Əli (ə.s) Əhli-beytin (ə.s) bir fərdidir və Peyğəmbər (s.ə.ə.v) itrətndən sayılır. Həmin bu Şəxsi lənətləyən “mustəhill” sayılır ki, hökmü bəllidir.
Mövzuya daxil olmamışdan qabaq sələfi saytından məzəli bir yazı gətirək. “Şəbəkət difa nil sünnə”. Bu sayt sələfilərin geniş surətdə dəlil, sübut gətirdiyi, yazışma üçün cəm olduqları saytdır. Günəsi göstərirsən deyir ki, almadır. Deyirsən bunun şüası var. Deyir xeyr. Almadır ki, almadır. Bu tərzdə olanları biz qınamırıq. Niyə? Çünki slur boyu bu cür tribe olunanlar belə tərbiyədən qırıla bilmirlər. Bir neçə misal çəkək ki, mətləb daha da aydınlaşsın:
Tarixdə var ki, bir nəfər Mədinədən Şama erkək bir dəvə gətirir ki, satsın. Erkəyin qiyməti dişidən bahadır. Müamilə vaxtı şamlı ona dişi dəvənin pulunu verir. Mədinəli də qəbul etmir. Aralarında ixtilaf düşür. Gəlirlər Müaviyənin yanına ki, hökm çixarsin. O da hökm verir ki, şamlıya dişi dəvəsi verilsin. Mədinəli deyir axı bu dəvə erkəkdir. Xəlifə hokum bir də təkrar edir. Mədinəli canının təhlükəyə düşəcəyindən ehtiyat edərək xəlifənin qərəzli hökmüylə razılaşmalı olur. Axşam Müaviyədən soruşurlar ki, sən erkək dəvəyə necə dişi dedin? Müaviyyə deyir ki, əgər bunlar erkəklə dişini ayıra bilsəydilər mən Əli ibn ƏbuTaliblə (ə.s) mohair edib bu həddə çatmazdim. Görün bu insan kütləni necə saxlayır ki, heç kim dəvənin erkək və ya dişi olmasına baxmır. Xəlifə erkəyə dişi dedisə demək dişidir. Belə bir mühitdə böyüyən insanlar görün nə deyirlər?
I. Əbus adlı (2003 cü ildə “Şəbəkət difa ənil sünnə” saytına üzv olub. Üzvlük nömrəsi 6114) biri sual verir:
- Sual: Mən “Əəlam” adlı kitabda oxumuşam ki, Bəni Üməyyə xəlifələri Hz. Əlini (ə.s) minbər üstə lənətləyiblər. Bu həqiqətən belədirmi?
- Cavab: Bu rafizilərin bazarında ayaq tutub yeriyən bir hekayədir. Yəni, bu bazar söhbətidir. Elmi bəhs deyil.
II. Nöman ibn Sabit (2002 ci ildə sayta üzv olub. Üzvlük nömrəsi 3108) adlı birisi mövzuya müdaxilə edib deyir:
- Mən rafizi şeyxlərində eşitmişəm ki, üməyyə xəlifələrindən olan Mərvan ibn Həkəm Peyğəmbər (s.ə.ə.v) məscidində minbər üstə xütbə deyərkən Hz. Əlini (ə.s) təhqir edirmiş. Bu zaman Peyğəmbərin (s.ə.ə.v) qəbrindən iki əl çixir ki, üstündə yazılıb: “Sən Əlini (ə.s) söyürsən? ki, O səni yaradıb (n. />/>/>” (Bu düşüncə tərzinə söz tapmaq olmur. Necə ola bilər ki, şiə şeyxi belə bir söz desin. Bu da dəvə söhbətinə bənzəyir.)
III. Səhra canavarı (2006 cı ildə bu sayta üzv olub. Üzvlük nömrəsi 18672) adlı biri deyir:
- Bu şiə iftiralarından biridir. Yəni, Hz.Əlinin (ə.s) Bəni Üməyyə tərəfindən lənətlənməsi şiələrin uydurmasıdır və əhli-sünnə kitablarında belə bir şey yoxdur.
Gördüyünüz kimi, Müaviyyənin əlindən su içənlərin hamısı bu gündədir. İndi biz bu məsələni araşdıraq görək həqiqətən bu şiə uydurmasıdır ya yox? Əhli-xilafın səhih bildiyi hədislərdə bu vardırmı?
1. İmam Sərəxsi (vəfat tarixi h.q 483), “Əl Məqsud” kitabı, II cüz, səh 358, “namaz kitabı”, “fitr və qurban namazı” babında yazır:
"Peyğəmbər (s.ə.ə.v) bayram xütbəsi namazdan sonra oxunurdu. Raşidi xəlifələr vaxtı da belə idi. O vaxta qədər ki, Bəni-Üməyyə dində bidət edərək xütbəni namazdan qabağa saldılar. Çünki Bəni-Üməyyə xəlifələri öz xütbələrində halal olmayan kəlmələr danışırdılar. Camaat da buna görə namazdan sonra xütbəni dinləmədən gedirdilər."
2. İmam Zəməxşəri (vəfat tarixi h.q 467), "Əl kəşşaf" ("Təfsiri Zəməxşəri") kitabı, III cüz, səh 391, "Ən Nəhl" surəsinin 90-cı ayəsinin təfsirindəayəni izah edir və deyir:
" "Vəl-bəği" nədir? "Bəği" kəlməsi yəni, "zülm ilə təcavüz etmək və həddi aşmaq" deməkdir. Bu ayəyə Peyğəmbər (s.ə.ə.v) və Raşidi xəlifələr zamanında əməl olunub. Amma Bəni-Üməyyə hakimiyyətə gəldikdən sonra əməl olunmadı. Ömər ibn Əbdül Əzizin vaxtında lənət oxuyanların lənətlərinin xütbədən yığışdırılmasilə yenidən qüvvəyə mindi. Allah Hz. Əli (ə.s)ı təhqir edənləri xar və təhqir olunmuşlardan etsin."
3. İbn Həzm (Əbu Muhamməd) (vəfat tarixi h.q 456), "Əl muhəlla ibn Həzmin" kitabında, V cüz, səh 64-də yazır:
"Həccac və təyin etdikləri xətibləri Abdullah ibn Zubeyrə və Əli ibn ƏbuTalibə (ə.s) lənət oxuyurdular. Allah da onlara lənət edənlərə lənət etsin."
4. İbn Əbdül Birr, "Əl istiab fi mərifətil əshab", səh 536, (Səhabələrin tərcümeyi halını araşdırır və Əli (ə.s)ın tərcümeyi halında) yazır:
"Bəni Üməyyə Hz. Əli (ə.s)ı lənətləyir, təhqir edirdilər. Onlar bu işlə Həzrətin (ə.s) məqamını aşağı salmaq istəyirdilər. Amma əksinə alimlərin yanında Onun (ə.s) məqamı yüksəldi. Əmr ibn Abdullah ibn Zubeyr adlı bir şəxs eşidir ki, oğlu Hz. Əli (ə.s)ı lənətləyir. O, da oğluna deyir: "Oğlum nəbadə bir də bunu deyəsən". Bəni Mərvan 60 il Hz. Əli (ə.s)ı söyüblər (şətəmə). Onların bu hərəkəti Həzrətin (ə.s) məqamını Allah yanında qaldırıb. "
5. İbn Əbil Hədid (vəfat tarixi h.q 655), "Şərhi Nəçhül Bəlağə" kitabında (Hz. Əlinin (ə.s): "Müaviyyə sizə Məni söyməyi və vilayətimi tərk etməyi əmr edəcək. Söyüş və lənətə məcbur qaldıqda bu işin eybi yoxdur. Bu mənim paklıq və məqamımı artırar. Amma vilayətimdən boyun qaçırmayın." dediyi xütbəsinin şərhi) deyir:
"Biz deyirik ki, Müaviyyə Şam, İraq və hətta digər ölkələrdə olan hər kəsə əmr edirdi ki, Hz. Əlini (ə.s) söysünlər, lənətləsinlər, həmçinin xilafətinə itaət etməsinlər. Həmin bu hökümət əmri mərkəzlərə yazılı şəkildə göndərilirdi. Bir dəstə Müaviyyəyə belə bir məsləhət verirlər:"Ey əmir, sən arzuladığın məqama çoxdan çatmısan. (Əlinin (ə.s) tərəfdarları məhv olub və sən də istəyinə çatıb güclü hökümət qurmusan). İmkandırsa bu Kişini (Əli (ə.s)ı lənətləməkdən əl çək". Cavab verdi ki, And olsun Allaha uşaq bu fikirdə böyüməli və cavan da bu fikirlə qocalmalıdır." (Yəni, bu fikirlə nəsil tərbiyə edirdi. Belə nümayəndələri də biz hal-hazırda da görürük.)
6. İmam Qurtubi (vəfat tarixi h.q 656), "Səhih Müslimdə anlaşılması çətin olan hədislərə yazdığı şərhlər və qeydlər" kitabı, VI cüz, səh 272-də deyir:
"Müaviyyə Səd ibn Əbi Vəqqasa əmr edir ki, Əli ibn ƏbuTalibi (ə.s) söy! O da imtina edir". Bu cümləni qeyd etdikdən sonra İmam Qurtubi bir fikir bəyan edir:"Müaviyyənin bu fikri dəlalət edir ki, Bəni Üməyyə xilafətinin özülünü qoyanlar Hz. Əli (ə.s)a lənət və təhqir deyiblər."
7. İbn Rəcəb Hənbəli (vəfat tarixi h.q 795), "Fəthul bari fi səhihil buxari" kitabı, VIII cüz, səh 284-də deyir:
"Xütbə əsnasında bir nəfər haram kəlmə, bidət olan kəlmə danışsa, səhabələri söysə və lənətləsə necə ki, Bəni Üməyyə Ömər ibn Əbdül Əzizdən başqa hamısı Hz. Əli (ə.s)ı söyür və lənətləyirdi......"
8. İbn Həcər Əsqəlani (vəfat tarixi h.q 852), "Fəthül bari fi şərhi səhihil buxari" kitabı, VII cüz, səh 71, 3707-ci hədisin şərhində deyir:
"Əli ibn ƏbuTalib (ə.s) xilafətə gələndə bir sıra şeylər oldu. (Nə olduğunu qeyd etmir). Həmin bu ixtilafın nəticəsində bir tayfa üzə çıxdı. O tayfa Əli ibn ƏbuTalibə (ə.s) qarşı müharibə etdi. Sonra bu əzəmətli hal daha da şiddətləndi. Onu təhqir etdilər. Onlar Əli ibn ƏbuTalibi (ə.s) minbərdən lənətləməyi sonralar sünnəyə çevirdilər."
9. Cəlaləddin Suyuti (vəfat tarixi h.q 911), "Tarix Əl xuləfa" kitabı (bu kitab xəlifələr haqqında yazılıb və bu səhifə Ömər ibn Əbdül Əzizdən bəhs edir.), səh 243-də deyir:
"Başqaları deyir Bəni Üməyyə xütbələrində Əli ibn ƏbuTalibi (ə.s) lənətləyiblər. Amma Ömər ibn Əbdül Əziz xilafətə çatan kimi bu batil sünnəni (70 il sonra) ləğv etdi. Bu əmri bütün hökümətinə tabe olanlara da yazılı şəkildə göndərdi ki, lənətin əvəzinə Ən-Nəhl 90-cı ayə oxunsun. Bu dəyişiklik bu günə qədər davam edir."
10. Əllamə Şeyx Əliyyibnil Sultan Muhammadil Qari (vəfat tarixi h.q 1014), "Mirqatil məfatih" kitabı, III cüz, səh 433-də deyir:
"Ömər ibn Əbdül Əziz nə gözəl iş görmüşdür. Bəni Üməyyə tərəfindən Əhli beytin minbərlərdən lənətlənməsinin yerinə bu ayəni (Nəhl 90) gətirmişdir."
11. İmam Mənavi (vəfat tarixi h.q 1029), "Feyzul qadir fi şərh camius sağir" kitabı, III cüz, səh 15-də deyir:
" Bəni Üməyyə Peyğəmbərin (s.ə.ə.v) vəsiyyətinə (İki xəlifə -yəni, Quran və Əhlibeyt) xilaf çıxmış və onun ziddinə getmişlər. Əhli beytin qanını tökmüşlər, qadın və uşaqlarını əsir götürmüşlər, Onların yaşadıqları məntəqələri viran qoymuşlar, Onların şərəfini alçaltmışlar, fəzilətlərini rədd etmişlər, Onların təhqir və lənətini halal bilmişlər. Muhammadinil Mustafanın (s.ə.ə.v) vəsiyyətinə zidd çıxmışlar. Onun zəhmətinin müqabilində Peyğəmbər (s.ə.ə.v) qəsdinin tam əksini həyata keçirmişlər. Ar olsun onlara. O gün ki, Peyğəmbərlə (s.ə.ə.v) üz-üzə gələcəklər, Onun (s.ə.ə.v) qarşısında durduqları zaman rüsvay olsunlar."
Mövzunun xülasəsi bundan ibarətdir ki, salavatda "Ali" kəlməsi olub. Amma sonralar onlar bunu ləğv etmiş və hətta Əhli beyti (ə.s) lənətləmişlər. Biz səhih sənəd hədislərdə oxuduq ki, Əli (ə.s)ı 60-70 illər boyu lənətləmişlər və oxuduq ki, İmam Mənavinin fətvasına əsasən bu işi görənlər kafirdir. Allahın və Rəsulunun (s.ə.ə.v) nəzərində həmin bu şəxslər nicat tapmayacaq. Ayəni bir daha oxuyaraq mövzunu xətm edək.
Allah Təala Ən Nisa surəsinin 52-ci ayəsində buyurur: "Onlar Allahın lənət etdiyi kimsələrdir! Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən".
Vassalamu alaykum va rahmatullah!!!
www.burhani.info
Bütün hüquqlar qorunur. Materialdan istifadə zamanı isnad vacibdir.