Перейти к содержимому


Фотография

"Təzkirətul Əimmə a.s" kitabı Əllamə Məclisi r.a-a aiddir?


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 января 2013 - 10:40

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

məlum olduğu kimi nasibilərin müsəlmanlar/şiələr əleyhində ortaya atdığı şübhələrdən birisi müsəlmanların öz mənbələrində kitabları Quranın təhrif edildiyinin hədis və alimlərin bəyanı ilə sabit olduğu iddiasıdır. belə iddia sahiblərindən biri Pakistanlı murdar nasibi İhsan İlahi əz-Zahir olmuşdur. o özünün "əş-Şiə vəl-Quran" adlı kitabında müsəlmanların, Quranda "iki Nur" adlı bir surə olduğuna və bu surənin Qurandan çıxarıldığına inandıqlarını iddia edir və iddiasına dəlil kimi Şeyxul İslam II Məclisi r.a-a nisbət etdiyi "Təzkirətul Əimmə a.s" adlı bir kitabdan sitatlar gətirir.

Əllamə Seyyid Əsgəri r.a bu iddiaya "Qurani Kərim və rəvayətul mədrəsəteyn" adlı kitabının 3-cü cildində cavab vermiş və bu kitab haqqında araşdırma edərək kitabın Şeyxul İslam Məclisi r.a-a aid olmadığını isbat etmişdir, bax: Əllamə Seyyid Əsgəri r.a, "Qurani Kərim və rəvayətul mədrəsəteyn", cild 3

inşaAllah mən bu məsələ haqqında Əllamə Seyyid Əsgəri r.a-ın sözlərinin bir hissəsini nəql edəcəyəm.


tezkire-icaz.jpg tezkire-icaz1.jpg
şəkildə gördüyünüz Seyyid İcaz Hüseyin r.a-ın İslami kitablar haqqında məlumat verdiyi "Kəşful Hicab" adlı kitabıdır, işarələdiyim yerdə №502-də deyilir:



تذكرة الائمة في احوال الائمة الاثنى عشر بالفارسية لا يدري من مصنفه وقد ذكر في اوله ان مصنفه محمد باقر بن محمد تقي وليس هو مولانا المجلسي رحمة الله كما يظهر لمن تأمل في عباراته ومقالاته فرغ من تسويده مصنفه في سنة خمس وثمانين بعد الالف اوله الحمد لله الذي جعل للنبيين لسان صدق في الآخرين وصير ائمة المعصومين تذكرة للمتقين الخ
"Təzkirətul Əimmə fi əhvali əimmə isnaəşəriyyə bi farisiyyə" kitabı: müəllifi bilinmir, müəllifin Muhəmməd Baqir b. Muhəmməd Təqi olduğu da deyilib ki, bu mövla Məclisi r.a deyil.

Seyyid İcaz Hüseyin r.a, "Kəşful Hicab", səhifə 108, 502-ci kitab


həmçinin Şeyx Tehrani r.a şiə kitabları haqqında məlumat verdiyi "əz-Zəriə" ensiklopediyasında bu kitab haqqında deyir:



تذكرة الائمة في تواريخ الائمة المعصومين عليهم السلام، من ولاداتهم ووفياتهم وبيان سائر حالاتهم وما يتعلق بذلك، للمولى محمد باقر بن محمد تقى اللاهجى، فارسي أوله: (الحمد لله الذى جعل للنبيين لسان صدق في الآخرين، فرغ من تأليفه في (1085) حكى شيخنا في الفيض القدسي، تصريح صاحب الرياض بأن مؤلفه كان معاصرا للعلامة المجلسي مشاركا معه في الاسم واسم الادب، وكان مائلا إلى التصوف، ومع هذا التصريح من صاحب الرياض وهو تلميذ العلامة المجلسي وخريت الصناعة، فنسبة الكتاب إلى المجلسي توهم منشأه الاشتراك الاسمى، حتى أنه وقع في هذا الوهم بعض احفاد العلامة المجلسي وهو ميرزا حيدر على في اجازته الكبيرة في (1205) وطبع التذكرة بايران، في عصر السلطان محمد شاه القاجارى (1260) ذكر في (ص 68) منه ما يقرب من مائتي كتاب من تصانيف أهل السنة فيها فضائل أمير المؤمنين عليه السلام، وفى (ص 67) عد من معجزاته ع تركيب الحروف الهجائية وأنه أول من علم الناس تركيب الحروف في الكتابة وكانت تكتب قبله مفردة هكذا
"Təzkirətul Əimmə" kitabı, məsumların tarixi, doğumuŞ etdiyi işlər, sirləri və bu kimi məsələlər haqqındadır. Muhəmməd Baqir b. Muhəmməd Təqi əl-Əlhaci əl-Farisinindir. şeyximiz (mühəddis nuri r.a) "Feyzul Qudsi"də "Riyazul uləma" sahibi (Abdullah Əfəndi)-dən bu kitabın müəllifinin Əllamə Məclisinin müasiri olduğunu, ad və ata adlarının eyni olduğunu və sufiliyə meyilli olduğunu nəql etmişdir. "Riyazul uləma" sahibi (Abdullah Əfəndi) isə Əllamə Məclisinin tələbəsidir.

Şeyx Tehrani r.a, "əz-Zəriə", 4/26, 83-cü kitab


görüldüyü kimi Əllamə Məclisi r.a-ın tələbəsi Abdullah Əfəndi başda olmaq üzərə şiə rical və fihrist alimləri bu kitabın Əllamə Məclisi r.a-a deyil, onunla eyni dövrdə yaşamış və eyni ada sahib olmuş bir sufiyə aid olduğunu deyirlər.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru