Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
bilindiyi kimi bəzi insanlar Hz. Xızır, Hz. Zülkarneyn və Hz. Süleymanın vəziri [Hz. Asəf]-in peyğəmbər olduğuna inanır, bəziləri isə bunların a.s peyğəmbər olub olmadığı mövzusunda şübhə edirlər. biz inşaAllah bu başlıqda məsələ haqqında imamlar a.s-dan rəvayət edilmiş səhih hədislər işığında mövzunu ələ alıb araşdıracağıq.




şəkildə gördüyünüz Siqatul İslam (İslamın güvəni) Şeyx Kuleyni r.a-ın "əl-Kafi" kitabıdır, işarələdiyim yerdə deyilir:
أبوعلي الاشعري, عن محمد بن عبدالجبار, عن صفوان بن يحيى, عن حمران بن أعين قال قلت لابي جعفر (عليه السلام): ما موضع العلماء (2)? قال: مثل ذي القرنين وصاحب سليمان وصاحب موسى (عليهم السلام)
Əbu Əli əl-Əşəri mənə Muhəmməd b. Əbdülcəbbardan, o Səfvan b. Yəhyadan, o da Humran b. Əyandan danışdı, dedi: Əbu Cəfər (imam Baqir a.s)-a dedim ki: "imamlar, mövqe etibarilə hansı səviyyədədir?" imam a.s dedi: "Zülqərneyn, Süleymanın dostu (Asəf b. Bərxiya) və Musanın dostu (Xızır)-ın səviyyəsindədir."
عدة من أصحابنا, عن أحمد بن محمد, عن الحسين بن سعيد, عن حماد بن عيسى, عن الحسين بن المختار, عن الحارث بن المغيرة قال: قال أبوجعفر (عليه السلام): إن عليا (عليه السلام) كان محدثا فقلت: فتقول: نبي ? قال: فحرك بيده هكذا, ثم قال: أو كصاحب سليمان أو كصاحب موسى أو كذي القرنين أو ما بلغكم أنه قال: وفيكم مثله?
əshabımızdan bir gurubu mənə Əhməd b. Muhəmməddən, o Hüseyin b. Səiddən, o Həmmad b. İsadan, o Hüseyin b. Muxtardan, o da Haris b. Muğirədən danışdı, dedi: Əbu Cəfər (imam Baqir a.s) dedi: "Əli a.s, mühaddəsdir." dedim ki: "yəni peyğəmbərdir deyirsən?" imam a.s xeyr mənasında əlini yuxarı qaldırdı, sonra belə dedi: "Süleymanın dostu və ya Musanın dostu yaxud Zülqərneyn a.s kimidir. Əli a.s-ın: "Onun (Zülqərneyn) kimisi sizin aranızda da vardır." sözü sizə gəlib çatmadımı?"
علي بن إبراهيم, عن أبيه, عن ابن أبي عمير, عن ابن اذينة, عن بريد ابن معاوية, عن أبي جعفر وأبي عبدالله (عليهما السلام) قال: قلت له: ما منزلتكم? ومن تشبهون ممن مضى? قال: صاحب موسى وذو القرنين, كانا عالمين ولم يكونا نبيين
Əli b. İbrahim mənə atasından, o ibni Əbi Umeyrdən, o ibni Uzeynədən, o Büreyd b. Müaviyədən, o da Əbu Cəfər (imam Baqir a.s) və Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: imam a.s-a dedim: "Sizin mövqeyiniz nədir? Keçmiş şəxslərdən kimlərə oxşayırsınız?" imam a.s dedi ki: "Musa a.s-ın dostuna və Zülqərneyn a.s-a benzəyirik. Onlar alim idilər ancaq peyğəmbər deyildilər"
محمد بن يحيى, عن أحمد بن محمد, عن الحسين بن سعيد, عن حماد بن عيسى عن الحسين بن المختار, عن الحارث بن المغيرة, عن حمران بن أعين قال: قال أبو جعفر (عليه السلام) إن عليا (عليه السلام) كان محدثا, فخرجت إلى أصحابي فقلت: جئتكم بعجيبة, فقالوا: وما هي? فقلت: سمعت أبا جعفر (عليه السلام) يقول, كان علي (عليه السلام) محدثا فقالوا: ما صنعت شيئا ألا سألته من كان يحدثه, فرجعت (1) إليه فقلت: إني حدثت أصحابي بما حدثتني فقالوا: ما صنعت شيئا ألا سألته من كان يحدثه?, فقال لي: يحدثه ملك, قلت: تقول: إنه نبي? قال: فحرك يده - هكذا -: أو كصاحب سليمان أو كصاحب موسى أو كذي القرنين, أو ما بلغكم أنه قال: وفيكم مثله
əshabımızdan bir gurubu mənə Əhməd b. Muhəmməddən, o Hüseyin b. Səiddən, o Həmmad b. İsadan, o Hüseyin b. Muxtardan, o Haris b. Muğirədən, o Humran b. Əyandan danışdı, dedi: Əbu Cəfər (imam Baqir a.s) dedi ki: "Əli a.s muhaddəs idi." bunu eşidə kimi yoldaşlarımın yanma getdim və dedim: "Sizə çox əcaib bir xəbər gətirmişəm." yoldaşlarım dedilər: "Nədir bu əcaib xəbər?" dedim: "Əbu Cəfərin "Əli muhaddes idi." dediyini eşitdim." Onlar dedilər: "Ondan Əli a.s ilə kimin danışdığını soruşmadıqca bir şey etmiş olmazsan." qayıtdım və imam a.s-da dedim: "mənə söylədiyin şeyi yoldaşlarıma söylədim, mənə "Əli a.s ilə kimin danışdığını soruşmadıqca bir şey etmiş olmazsan" dedilər. imam a.s mənə dedi: "onunla (Əli a.s ilə) Mələk danışardı." dedim: "Yoxsa "Əli a.s peyğəmbəriydi" demək istəyirsən?" Xeyr, mənasında əlini yuxarı qaldıraraq belə dedi: "Süleymanın dostu və ya Musanın dostu ya da Zülqərneyn kimi idi. Əli a.s-ın: "Sizin aranızda da onun (zülqərneyn) kimisi var" deyərək işarə etdiyi kimsə kimi."
Kuleyni r.a, "əl-Kafi", 1/160-162
bu hədislərin hamısının ravileri siqa (güvənilir) və isnadları müttəsildir. Şeyxul İslam Əllamə II Məclisi r.a "əl-Kafi" şərhi olan "Miratul Uqul" kitabında bu hədislərin ikincisinin müvəssəq, digər üç hədisin isə həsən olduğunu demişdir, bax: II Məclisi r.a, "Miratul Uqul", 3/156-164
görüldüyü kimi bu hədislərdə imamlar a.s "keçmiş şəxslərdən kimlərə oxşayırsınız?" suallarına cavab verərkən və mühəddəsin mənasını açıqlayarkən Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleymanın vəziri [Hz. Asef] a.s-a işarə etmiş, özlərinin onlar kimi olduğunu, onların da peyğəmbər olmadıqlarını amma mühəddəs alimlər olduqlarını söyləmişdir.