Əhli-sünnə mənbələrində:"İmam Əlinin üzünə baxmaq ibadətdir hədisi".Mötəbər sənəd və mütəvatir olaraq nəql olunması.
حدثنا محمد بن عثمان بن أبي شيبة ، ثنا أحمد بن بديل اليامي ، ثنا يحيى بن عيسى ، عن الأعمش ، عن إبراهيم ، عن علقمة ، عن عبد الله ، عن النبي صلى الله عليه وسلم قال : النظر إلى وجه علي عبادة
Abdullah ibn Məsud nəql edir:Peyğəmbər (s) buyurub:"Əlinin üzünə baxmaq ibadətdir".
ət-Təbərani,"əl-mucəmul-kəbir",c.10,s.77,hədis 10006.
حدثنا دعلج بن أحمد السجزى ثنات علي بن عبد العزيز بن معاوية ثنا إبراهيم بن إسحاق الجعفي ثنا عبد الله بن عبد ربه العجلي ثنا شعبة عن
قتادة عن حميد بن عبد الرحمن عن أبي سعيد الخدري عن عمران بن حصين قال : قال رسول الله صلى الله عليه و سلم النظر إلى علي عبادة
هذا حديث صحيح الإسناد و شواهده عن عبد الله بن مسعود صحيحة
تعليق الذهبي قي التلخيص : ذا موضوع وشاهده صحيح
İmran ibn Husayn nəql edir:Allah Rəsulu (s) buyurub:"Əliyə baxmaq ibadətdir".
əl-Hakim deyir:Bu hədisin sənədi səhihdir.Abdullah ibn Məsuddan da (bu hədisin) səhih şahidi var.
əz-Zəhəbi "ət-Təlxis"də deyib:Bu hədis uydurmadır.Lakin hədisin səhih (sənədli) şahidi var.
"əl-Mustədrək alə əs-səhiheyn",c.3,s.152,hədis 4681.Təhqiq Mustafa Abdul-Qadir Əta.
Hafiz əs-Suyuti buyurur:
وأخرج الطبراني والحاكم عن ابن مسعود رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال: النظر إلى علي عبادة إسناده حسن
"ət-Təbərani və əl-Hakim İbn Məsuddan nəql ediblər:Peyğəmbər (s) buyurub:"Əliyə baxmaq ibadətdir".Hədisin sənədi həsəndir".
"Tarix əl-xuləfə",s 150.
İbn Həcər əl-Heysəmi buyurur:
الحديث الخامس عشر أخرج الطبراني والحاكم عن ابن مسعود رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال ( النظر إلى علي عبادة ) إسناده حسن
"ət-Təbərani və əl-Hakim İbn Məsuddan nəql ediblər:Peyğəmbər (s) buyurub:"Əliyə baxmaq ibadətdir".Hədisin sənədi həsəndir".
"əs-Səvaiqul-muhriqə",c.2,s.369.
əl-Kəttəni özünün cəm elədiyi mütəvatir hədislər kitabında buyurur:
حديث النظر إلى على عبادة ورد من رواية أحد عشر صحابيا بعدة طرق قال السيوطي في التعقبات وتلك عدة التواتر في رأي جماعة
"Əliyə baxmaq ibadətdir" hədisi bir neçə yolla on bir səhabədən rəvayət olunmuşdur.əs-Suyuti,"ət-Təaqqubət"da deyib ki,bir qrup alimin rəyinə görə bu say təvatür üçün yetərlidir".
"Nəzmul-mutənasir min əl-hədis əl-mutəvatir",s.243,məsələ 310.
əl-Kəttəni özünün araşdırmasına əsasən bu hədisin on bir səhabədən nəql olununmasını söylədi.Lakin bu hədis on birdən də çox səhabədən nəql olunmuşdur.Biz onların bəzisinin adlarını və hansı mənbədə nəql olunduğunu qeyd edəcəyik.
1.(Abdullah ibn Məsud) ət-Təbərani,"əl-mucəmul-kəbir",c.10,s.77,hədis 10006.
2.(Əbu Bəkr) İbn Əsakir,"Tarix Mədinə Diməşq",c.42,s.350.
3.(İmran ibn Husayn) əl-Hakim ən-Neysəburi, "əl-Mustədrək alə əs-səhiheyn",c.3,s.152,hədis 4681.
4.(Muaz ibn Cəbəl) əl-Xətib əl-Bağdadi, "Tarixi Bağdad",c.2,s.151.
5.(Aişə) Əbu Nueym əl-İsbəhani, "Hiylətul-övliya",c.2,s.182.
6.(Cabir ibn Abdullah) ət-Təbəri, "Zəxairul-uqbə",s 95.
7.(Vəsilə ibn əl-Əsqa) İbn Məğazili, "Mənaqib Əmiril-muminin Əli ibn Əbu Talib",s.287,hədis 251.
8.(Əbu Hüreyrə) əl-Curcani, "əl-Kəmilu fi duafəir-ricəl",c.2,s.339.
9.(Ənəs ibn Malik) İbn Əsakir,"Tarix Mədinə Diməşq",c.42,s.355.
10.(Səvbən mövlə Rəsulilləh) İbn Əsakir,"Tarix Mədinə Diməşq",c.42,s.355.
11.(Osman ibn Əffan) İbn Əsakir,"Tarix Mədinə Diməşq",c.42,s.350.
12.(Abdullah ibn Abbas) İbn əl-Covzi, "əl-Məvdua",s 269.
13.(Əbu Zər əl-Ğəffari) İbn Əsakir,"Tarix Mədinə Diməşq",c.42,s.355.
14.(Ömər ibn əl-Xəttab) İbn Kəsir, "əl-Bidəyə və ən-nihəyə",c.7,s.358.
15.(Amr ibn əl-As) ət-Təbəri, "Zəxairul-uqbə",s 289.
16.(Maəzə əl-Ğəffari) İbn Əsir əl-Cəziri, "Usdul-ğabə",c.7,s.289.
17.(Əbu Səid əl-Xudri) əl-Cuveyni, "Fəraidus-simtəyn",c.2,s.181.
18.(İmam Əli) əl-Cuveyni, "Fəraidus-simtəyn",c.2,s.20.
Gördüyünüz kimi bu hədis on səkkiz səhabədən mütəvatir yolla nəql olunmuşdur.