Отправлено 25 августа 2013 - 12:24
Şura 52-ci ayə. Allah Təala buyurur: (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan)... yəni Sən peyğəmbərsən, sənin vəzifən insanları düz yola dəvət etməkdir. Məsuliyyətin də bununla bitir, kim səni eşidib düzgün yolu tutacaqsa, xoş halına, kim də əksinə yol tutacaqsa, vay onunda halına. Sən bunlar üçün məsul deyilsən. Başqa buna bənzər ayələr Quranda çoxdur ki, Allah buyurur ki, sən onlara gözətçi deyilsən. Dedin, bununla da təbliğ vəzifən bitdi. Bu, Peyğəmbərin s. zahiri olan bir vəzifəsidir.
Peyğəmbərə s. niyə İslam Peyğəmbəri deyirlər, iman peyğəmbəri demirlər? cunki, iman qəlbə aid bir şeydir. Qəlbin peyğəmbəri olmaz! Peyğəmbər zahiri hökm üçündür. Ona görə deyirlər İslam Peyğəmbəri s ki, o xarici qanunları gətirir. Yəni Peyğəmbər s aşkar əməllərin dəvətçisi və ya qadağaçısıdır. Əməlin edilməsi ona aid deyil. Peyğəmbər s insanların qəlblərinə məmur deyil. Hətta Quranda bir ayə var, buyurur ki, Ya Peyğəmbər s sənin insanların qəlbi ilə işin yoxdur, qəlblərə agah yalnız Allahdır. Bu ayədən belə başa düşürük, xas imanı Allah insanın qəlbinə birbaşa nazil edir. Bu lütf olunan bir şeydir, hidayət olunan yox!
hidayət iki yolla baş verir -iraətut-təriq və isal iləl-mətlub. İraətut-təriq yol göstərmək deməkdir. Bu hidayət Peyğəmbərlərin işidir, bunu ayədə oxuduq. Yəni biri səndən xəbər alsa ki, məscidə necə gedim, sən də ona məscidin istiqamətini və ora aparan yolu göstərərsən. Bu oldu yol göstərmək. Bir də var isal iləl-mətlub. Bu hidayət Allaha məxsusdur. Bu hidayət yol axtaranın əlindən tutub birbaşa məscidə aparmaq kimidir. Bu da yol göstərdi, amma özü yol-yoldaşı olmaqla. Belə hidayət tərzi Allaha məxsusdur. Necə ki, ayədə oxuduq: İman bir nurdur ki, biz heç bir vasitə olmadan birbaşa insanın qəlbinə qoyarıq. Allahın hidayəti vasitəsiz olur.
ваххабизм – это дистилированный суннизм