Перейти к содержимому


Фотография

Ələm müctəhidin təyini


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 Сентябрь 2013 - 15:07

Bismillahir-Rəhmanir-Rəhim. Bir çox möminlərin müctəhid seçimi ilə bağlı çətinliyini nəzərə alaraq, həmçinin təqlidin bizim məktəbdə önəmi də məlum olduğundan, saytda yayımlanmış bu silsilə məqalələrdən foruma yerləşdirmək qərarına gəldik. Bu mövzulardan ən aktualı da yəqin ki, ələm müctəhidin müəyyən olunmasıdır.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 Сентябрь 2013 - 15:10

Hansı müctəhidləri təqlid etmək olar?
Təqlid mövzusunun zəruriliyindən bəhs etdikdən sonra qeyd etmək yerinə düşərki hər bir dövrdə təqlid şərtlərinə malik müctəhid və ya müctəhidlər mövcud olur. Bir şəxsin müctəhid olması, yəni ictihada çatması hələ o demək deyil ki, onu təqlid etmək olar. Müctəhidi təqlid mərcəsi olmaq üçün müəyyən şərtlərə malik olmalıdır (ətraflı məlumat üçün müctəhidlərin risalələrindəki təqlid bəhsinə baxa bilərsiniz).

Bizə də kimə təqlid etmək yaxud kimin ələm olması barədə suallar ünvanlanır. Qeyd etmək yerinə düşər ki, hal-hazırda 40-a yaxın mərceyi-təqlid var. Qum elmiyyə hövzəsinin müdərrislər şurası 1994-cü ildə təqlid şərtlərini daşıyan müctəhidlərin adını açıqlamışdır. Hal-hazırda həmin siyahıya daxil olan mərcei-təqlidlərin adı:

Ayətullahul-uzma Seyid Əli Xameneyi

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi

Ayətullahul-uzma Şeyx Safi Qolpayqani

Ayətullahul-uzma Seyid Əli Sistani

Müdərrislər şurasının bəyanatından deyilir ki, yuxarıda adı çəkilən əzəmətli fəqihlərdən hər hansı birinə təqlid etmək şəri vəzifəni yerinə yetirmək üçün kifayətdir.

Həmçinin oxucuların nəzərinə çatdıraq ki, şəriətimizdə hər hansı müctəhidin təqlid şərtlərinə malik olması üçün adının bu siyahıda olması, risalə yazması və s. zəruri deyil. Əgər müctəhidin təqlid şərtlərinə malik olması sizin nəzərinizdə sabit olsa, təqlid oluna bilər.

Сообщение отредактировал al-Islam: 21 Сентябрь 2013 - 15:11

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 Сентябрь 2013 - 15:14

Elm əhlinin nəzərində ələm müctəhid kimdir? (1)
Məlum olduğu kimi, təqlid məsələsi Əhli-beyt (ə) məktəbinin nəzərində daim aktualdır. Müsəlmanların şəri məsələlərini cavablandırmaq üçün hər bir dövrdə şəriət elmində yüksək səviyyəyə çatmış din aliminə-müctəhidə ehtiyac vardır. Əgər eyni bir dövrdə bir neçə təqlid olunmaq şərtinə malik müctəhid varsa, əql də hökm edir ki, bunlardan ən peşəkarına- “ələm” müctəhidə müraciət edilsin. Fəqihlərin nəzəri də budur.

Sual edilə bilər ki, “ələm” müctəhid kimdir? Maraqlı məsələ ondan ibarətdir ki, ələm müctəhidə baxışın özündə belə elm əhli arasında fərqlər mövcuddur. Məhz bu səbəbdən bəzi hallarda ələm müctəhidi seçmək savadında olan şəxslər (xibrə əhli) ələm müctəhidin kimliyi barədə fərqli adlar çəkirlər. Bunun bariz nümunəsini dövrümüzdə də müşahidə etmək mümkündür.

Ələm müctəhidin tərifi barədə dövrün fəqihlərinin fikirləri:

Ayətullahul-uzma Seyid Əli Xameneyi: Ələm müctəhid- İlahi qanunları bilməkdə və hökmləri mənbələrdən əldə etməkdə digər müctəhidlərdən daha çox bacarığa malik olmalıdır. O, həmçinin dünyada gedən proseslərdən agah olmalı və bu proseslərin fiqhi hökmlərə təsirini müəyyən etməkdə daha peşəkar olmalıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani: Ələm müctəhid- Əql və şəriət baxımından Allahın hökmünü və təyin olunmuş vəzifələri dərk etməkdə öz zəmanəsinin bütün müctəhidlərindən üstün olsun.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi: Ələm müctəhid- Şəriət hökmlərinin mənbələrdən əldə etməkdə digərlərindən daha bacarıqlı olmalıdır.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqani: Ələm müctəhid- İlahi hökmləri dərk etməkdə digərlərindən daha bacarıqlı olmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani: Ələm müctəhid- Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır.


Yuxarıda qeyd olunan fətvalar dövrün əzəmətli fəqihlərinə məxsusdur. Göründüyü kimi onların ümumən ələm müctəhidin keyfiyyəti barədə fikirləri bir-birinə yaxındır.

Lakin Ayətullah Xameneyinin fətvasında zamanın şərtlərindən xəbərdar olmaq da bu keyfiyyətlər sırasına daxildir. Çünki Seyid Əli Xameneyinin nəzərincə, zamanın dəyişməsi və bununla bağlı proseslər şəriət hökmlərində təsir qoyur.

Bu məsələ ilə bağlı digər fəqihlərin nəzərini də öyrənmək üçün Ayətullah Şirazinin və Ayətullah Sistaninin dəftərxanaları ilə əlaqə saxladıq.

Ayətullahul-uzma Məkarim Şirazinin ofisindən məlumat verildi ki, Şeyx Şirazinini nəzərincə, zamanın şərtlərindən və dünyada gedən proseslərdən xəbərdar olmaq ələm müctəhidin keyfiyyətlərinə daxil deyildir. Yalnız cəmiyyətdə çətinlik və problem yaratdığı hal istisnadır. Diri müctəhidə təqlidin vacib olmasına səbəb isə icmadır.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərindən cavab verildiki cənab Seyidin nəzərində, heç bir hökm zaman keçdikdə dəyişmir. Ümumən bu cavabdan da aydın olur ki, zamanın şərtlərindən agah olmaq ələm müctəhidin xüsusiyyətlərindən deyildir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 Сентябрь 2013 - 15:17

Elm əhlinin nəzərində ələm müctəhid kimdir? (2)
Müctəhidlərin bir çoxu mütləq şəkildə, bir qismi isə ehtiyata əsasən ələm müctəhidə təqlid etməyi vacib bilirlər.

Yaxın keçmişdə mərhum Ayətullahul-uzma Əbul-Qasım Xoyi (r.) bir çoxları tərəfindən öz dövrünün ələm müctəhidi hesab edilirdi. Onun bu uca məqamı necə əldə etməsini araşdırdıqda isə görürük ki, bu, ilk növbədə onun uzun illər boyunca xaric dərslərinin (ictihad kursu) ustadı olması ilə bağlıdır. Dövrümüzün böyük mərceyi-təqlidlərindən bir qismi onun tələbələri olmuşlar. Mərhum Xoyi (r.) 30 ildən çox xaric dərsləri demişdir.

Onun vəfatından sonra bir çoxları mərhum Ayətullahul-uzma Qolpayqaninin (r.) ələm olmasını təsdiq etdilər.

Ənənəvi olaraq şiələr peşəkar dərsi-xaric ustadlarını ələm mərceyi-təqlid olaraq göstərirdilər.

Xoyi (r.) və Qolpayqaninin (r.) vəfatından sonra qalan müctəhidlərdən hansının daha ələm olmasını göstərmək mürəkkəbləşdi. Çünki həyatda olan müctəhidlər həmin ustadlar kimi digərlərindən aşkar üstünlükdə deyildilər.

Digər bir tərəfdən mərhum Ayətullahul-uzma Xomeyninin İslam İnqilabını həyata keçirməsi şiə hüquqi məktəbində mərcəiyyət institutuna olan baxış bir dəfəlik dəyişdi. Yeni baxış bundan ibarət idi ki, mərceyi-təqlidin vəzifəsi keçmişdə olduğu kimi şəri məsələlərdə fətva verməklə məhdudlaşmır, "vilayəti-fəqih" nəzəriyyəsinə əsasən böyük rola malikdir. Şiə hüquqi məktəbinə əsaslanan bu nəzəriyyədə ruhani və dünyəvi rəhbərlik mərceyi-təqliddə birləşdi. Rəhbər müsəlmanların dünyəvi nizamını müəyyənləşdirirdi.

Bu baxışın özü də ələm müctəhidin müəyyən olunmasını daha da çətinləşdirdi. Təbii ki, hər kəs mərhum Xomeyninin (r.) bu nəzəri ilə razı deyil. Bu, ayrı bir müzakirə mövzusudur.

Xülasə, ələm müctəhidin müəyyən olunması sadə məsələ deyildir. Əgər ələm müctəhidin müəyyən olunması, "klassik" olaraq peşəkar dərsi-xaric ustadlarından müəyyən olunsa, dövrümüzdə məşhur ustadların bir neçəsini qeyd etmək olar:

Ayətullah Vəhid Xorasani

Ayətullah Məkarim Şirazi

Ayətullah Bəşir Nəcəfi

Ayətullah Əli Sistani

Yox əgər sizin fikrinizcə, mərcəiyyət keçmişdəkindən fərqli olaraq, daha geniş rola malikdir (Ayətullah Xomeyninin (r.) nəzəri), şübhəsiz ki, Ayətullah Xameneyi ən uyğun seçimdir.

Allah alimdir.

Şeyx Rəşid

/al-islam.org/


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#5 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 Сентябрь 2013 - 15:19

Elm əhlinin nəzərində ələm müctəhid kimdir? (3)
Hal-hazırda ələm müctəhidi müəyyən etmək asan deyil. Bunun iki mühüm səbəbi vardır: Birincisi, hazırkı nəsil müctəhidlər uzun müddət mərhum mərcələr- Ayətullah Xoyi (r.) və Ayətullah Xomeyni (r.) tərəfindən kölgələnmişlər. Allah-Təala mərhum Xoyiyə (r.) həqiqətən uzun ömür vermişdir ki, o, 3 nəsil müctəhidlər yetişdirmişdir.

İkincisi, şiə dünyası hazırda o qədər müctəhidə malikdir ki, onlardan ələmi seçmək çətinləşmişdir. Bu, bizə Allahın bir rəhmətidir ki, şükr edilməlidir. Aşağıda şiə fiqhində mütəxəsis olan şəxslər tərəfindən mərcəliyi tanınmış müctəhidlərdən bəzilərinin adlarını qeyd edək:

Ayətullah Seyid Sistani

Ayətullah Vəhid Xorasani

Ayətullah Seyid Xameneyi

Ayətullah Məkarim Şirazi

Təqlidin fərdi məsələ olduğunu nəzərə alaraq, əliniz çatan iki alimə müraciət etmənizi və onların sözlərini nəzərə alaraq seçim etmənizi tövsiyə edirəm.

Lakin Ayətullah Xomeyninin (r.) banisi olduğu İslam İnqilabı və "vilayəti-fəqih" nəzəriyyəsi mərcəiyyət məsələsində yeni baxış ortaya qoymuşdur.

Sonda onu qeyd etmək istəyirəm ki, hər hansı mərceyi-təqlidi bütün məsələlərdə təqlid etmək olar. Lakin mərcələr siyasi məsələlərdə və dünyadakı İslami hərəkətlarla bağlı sükut etdikdə və ya nəzər irəli sürmədikdə, vəliyyi-fəqihi təqlid etmək olar, bu məsələlərdə ən uyğunu odur. Vəssalam.

Seyid M. Rizvi

/al-islam.org/


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru