Перейти к содержимому


Фотография

hədisləri ayırmaq üçün imamlar a.s-ın öyrətdiyi qaydalar


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 октября 2013 - 13:27

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

şübhəsiz ki, hədislər İslam dinində Qurandan sonra ikinci mənbədir. islam əqidə, fiqh və tarixi, Quran təfsiri və Sünnəti Nəbəvi s.a.a bizə hədislər vasitəçiliyi ilə çatmışdır. lakin bəzi kəslərin mənfəət, bəzilərinin din düşmənçiliyi, bəzilərinin isə "dinə xidmət" səbəbindən bir şeylər uydurub bunları məsumlar a.s-a nisbət etmələri İslamın ikinci qaynağı olan hədislər mövzusunda bəzi problemlərin ortaya çıxmağına səbəb olmuşdur. elə buna görə həm məsumlar a.s, həm də onların səhabələri r.a hədislərin doğrusunu yanlışından ayırt etmək üçün bəzi qaydalar təyin etmişdirlər. inşaAllah bu mövzuda hədis elminin təməlini meydana gətirən bu ilk qaydaları paylaşamağa çalışacağam.


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 октября 2013 - 17:27

1. hədislər məsumlara a.s ərz edilir: bu hər hansı bir hədis və ya hədisə əsaslnan kitabın mötəbərliyini öyrənməkdə ən sadə yoldur. imamlar a.s ilə əlaqəsi olan səhabələri özlərinə rəvayət edilən hədisləri və ya hər hansı bir kitabı imamlar a.s-dan soruşar imam a.s isə hədisi/kitabı ya təsdiq yaxud inkar edərdi. və bu şəkildə hədisin/kitabın vəziyyəti müəyyən olardı. mənbələrimizdə imamlara a.s hədis və kitabların təqdim edildiyini göstərən bir çox rəvayət mövcuddur, indi onlardan bəzilərini təqdim edirik.

Kuleyni r.ə "əl-Kafi"də belə rəvayət edər:

علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس، وعن أبيه، عن ابن فضال جميعا، عن أبي الحسن الرضا عليه السلام قال يونس: عرضت عليه الكتاب فقال: هو صحيح
Əli b. İbrahim mənə Məhəmməd b. İsadan , o Yunusdan və (Əli b. İbrahim) mənə atasından, o da ibni Faddaldan, bunların hamısı birlikdə Əbul Həsən ər-Rıza (imam Əli ər-Rza a.s)-dan danışdılar, dedilər: imam a.s-a bir kitab təqdim etdik, imam a.s dedi: "bu səhihdir."

عدة من أصحابنا، عن سهل بن زياد، عن الحسن بن ظريف، عن أبيه ظريف ابن ناصح، عن رجل يقال له: عبد الله بن أيوب قال: حدثني أبو عمرو المتطبب قال: عرضت هذا الكتاب على أبي عبد الله عليه السلام
ashabımızdan bir qurupu mənə Səhl b. Ziyaddan, o Həsən b. Zərifdən, o atası Zərif b. Nasihdən, o da Abdullah b. Əyyubdan danışdı, dedi: mənə Əbu Amr əl-Muttattib danışdı, dedi: bu kitabı Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-a təqdim etdim.

Kuleyni r.a, "əl-Kafi", 7/324, hədis 10

عدة من أصحابنا، عن أحمد بن محمد، عن محمد بن الحسن بن أبي خالد شينولة قال: قلت لأبي جعفر الثاني عليه السلام: جعلت فداك إن مشايخنا رووا عن أبي جعفر وأبي عبد الله عليهما السلام وكانت التقية شديدة فكتموا كتبهم ولم ترو (1) عنهم فلما ماتوا صارت الكتب إلينا فقال: حدثوا بها فإنها حق
ashabımızdan bir qurupu mənə Əhməd b. Muhəmməddən, o da Məhəmməd b. Həsən b. Əbu Xalid Şəynulədən danışdı, dedi: Əbu Cəfər əs-Sani (imam Məhəmməd Təqi a.s)-a dedim: "Sənə qurban olum! Şeyxlərimiz Əbu Cəfər (imam Məhəmməd əl-Baqir a.s)-dan və Əbu Abdullah (imam Cəfər əs- Sadiq a.s)-dan hədis rəvayət etmişlər. Ancaq möhkəm bir təqiyyə dövründən keçdikləri üçün bunları gizlədib saxladılar və rəvayət etmədilər. Onlar öldükdən sonra kitablar bizə çatdı. İndi nə etməliyik?" imam a.s buyurdu: «bunları nəql edin çünkü bunlar haqdır.»

Kuleyni r.a, "əl-Kafi", 1/53, hədis 15


və Şeyx Səduq ra da bu mövzuda belə rəvayət edər:

حدثنا محمد بن إبراهيم بن إسحاق رضي الله عنه قال : حدثني أبو علي بن همام قال : سمعت محمد بن عثمان العمري ـ قدس الله روحه ـ يقول : سمعت أبي يقول : سئل أبو محمد الحسن بن علي عليهما السلام وأنا عنده عن الخبر الذي روي عن آبائه عليهم السلام : أن الارض لا تخلو من حجة لله على خلقه إلي يوم القيامة وأن من مات ولم يعرف إمام زمانه مات ميتة جاهلية فقال عليه السلام : إن هذا حق كما أن النهار حق
mənə Məhəmməd b. İbrahim b. İshaq r.a daışdı, dedi: mənə Əbu Əli b. Hümmam danışdı, dedi: Muhəmməd b. Osman əl-Amri q.s-nun belə dediyini eşitdim: atamın belə dediyini eşitdim: mən Əbu Məhəmməd (imam Həsən əl-Əsgəri a.s)-ın yanında olduğum zaman ona atalarından a.s rəvayət edilən "yer üzü Qiyamət gününə qədər heç bir zaman Allahın hüccətindən məhrum qalmaz və kim zamanının imamını tanımadan ölsə o cahiliyyə ölümü üzrə ölmüşdür" hədisi soruşuldu, imam a.s dedi: "bu gündüzün haqq olduğu kimi haqqdır."

Şeyx Səduq r.a, "Kəmaliddin", səhifə 376, hədis 9

حدثنا أحمد بن زياد بن جعفر الهمداني رضي الله عنه قال: حدثنا علي بن إبراهيم بن هاشم عن أبيه عن عبد السلام بن صالح الهروي قال: قلت لأبي الحسن الرضا عليه السلام: يا بن رسول الله ما تقول في حديث روى عن الصادق عليه السلام: أنه قال: إذا خرج القائم عليه السلام قتل ذراري قتلة الحسين عليه السلام بفعال آبائهم؟ فقال عليه السلام: هو كذلك فقلت: وقول الله عز وجل: (ولا تزر وازرة وزر أخرى) ما معناه؟ قال: صدق الله في جميع أقواله ولكن ذراري قتله الحسين عليه السلام يرضون بأفعال آبائهم ويفتخرون بها ومن رضى شيئا كان كمن اتاه ولو أن رجلا قتل بالمشرق فرضى بقتله رجل في المغرب لكان الراضي عند الله عز وجل شريك القاتل وإنما يقتلهم القائم عليه السلام إذا خرج لرضاهم بفعل آبائهم قال: فقلت له: بأي شئ يبدأ القائم عليه السلام منكم إذا قام؟ قال: يبدأ ببني شيبه فيقاطع أيديهم لأنهم سراق بيت الله عز وجل
mənə Əhməd b. Ziyad əl-Həmədani r.a nəql etdi, dedi: Əli b. İbrahim mənə atasından, o da Əbdussəlam b. Saleh əl-Hərəvidən nəql etdi, dedi: ər-Rıza (imam Əli ər-Rza a.s)-a dedim: «"ey Rəsulullah s.a.a-in oğlu! əs-Sadiq (imam Cəfər əs-Sadiq a.s)-dan rəvayət edilən bu hədis haqqında nə deyirsiniz: "Qaim (imam Mehdi a.s) qiyam edikdə Hüseyn a.s q-ınatillərinin övladlarını atalarının etdikləri səbəbi ilə öldürəcək."» imam a.s dedi: "Bəli, elədir." Dedim: «bu halda bu ayənin mənası nədir: "Heç kim bir başqasının günah yükünü daşımaz." (Ənam, 164)» imam a.s dedi: «Allah bütün sözlərini doğru söyləmişdir. amma Hüseyn a.s-ın qatillərinin uşaqları da atalarının etdiyindən razıdır, onunla fəxr edirlər. Hər kim bir işdən razı olsa onu edən kimsə kimidir. Əgər bir adam şərqdə öldürülsə, qərbdə biri bundan razı olsa Allah nəzdində qatil ilə ortaq olar. Hz. Mehdi a.s da qiyam etdikdə onları atalarının etdiklərindən məmnun olduqları üçün öldürəcək.» dedim: «Hz. Mehdi qiyam etdikdə ilk işi nə olacaq?» imam a.s dedi: «Əvvəla Bəni Şeybənin əllərini kəsəcək. Çünki onlar Allahın evinin oğrularıdır.»

Şeyx Səduq r.a, "Uyunu əxbar ər-Rıza a.s", 1/247, bab 28, hədis 5


imamlara a.s hədislərin və kitabların təqdim edildiyini göstərən daha bir çox hədis mənbələrdə mövcuddur. bu o dövrdə insanların hədisləri ayırd etmək üçün tətbiq ən sadə üsul idi.

Сообщение отредактировал Elmeddin: 27 января 2014 - 10:22

  • qulam это нравится

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 октября 2013 - 18:43

2. hədislər Qurana ərz edilir: bu imamlar a.s-ın şiələrinə öyrətdikləri metodlardan biridir. bu mövzuda imamlar a.s-dan bir çox hədis rəvayət eilmiştir ki, aşağıda yazacağım hədislər bunlardan bir neçə dənəsidir.

Hz. Təqi əl-Cavad və Hz. Hadi ən-Nəqi a.s-ın səhabələrindən olan Bərqi r.a (vəfatı hicri 274) "Məhasin" kitabında rəvayət belə edir:

عنه، عن أبيه، عن علي بن النعمان، عن أيوب بن الحر قال: سمعت أبا عبد الله عليه السلام يقول: كل شئ مردود إلى كتاب الله والسنة، وكل حديث لا يوافق كتاب - الله فهو زخرف
atam mənə Əli b. Numandan, o da Əyyub b. Hürrdən danışdı, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın belə dediyini eşitdim: «Hər şey kitab və sünnəyə ərz edilir, Allahın kitabına uyğun gəlməyən bir hədis, zərli və bəzəkli bir yalandan başqa bir şey deyil.»

عنه، عن أبيه، عن ابن أبي عمير، عن كليب بن معاوية الأسدي، عن أبي عبد الله عليه السلام قال: ما أتاكم عنا من حديث لا يصدقه كتاب الله فهو باطل
atam mənə ibni Əbi Umeyrdən, o Müaviyə b. Kuleyb əl-Əsədidən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: "bizdən sizə çatan amma Allahın kitabına uyğun gəlməyən hər hədis batildir."

عنه، عن أبي أيوب المدايني، عن ابن أبي عمير، عن الهشامين جميعا وغيرهما قال: خطب النبي صلى الله عليه وآله فقال: أيها الناس ما جاءكم عني يوافق كتاب الله فأنا قلته، وما جاءكم يخالف القرآن فلم أقله
Əbu Əyyub əl-Mədaini mənə ibni Əbi Umeyrdən, o da 2 Hişam (ibni Salim və ibni Hakəm)-dan və başqalarından danışdılar, dedilər: «Nəbi s.a.a Minada Müsəlmanlara xitab edərək dedi: "Ey İnsanlar! Məndən rəvayət edilib Qurana uyğun gələn bir sözü mən söyləmişəm, məndən rəvayət edilib Allahın kitabına uyğun gəlməyən sözü isə mən söyləməmişəm."»

Bərqi r.a, "Məhasin", 1/220-221, hədis 128, 129 və 130


burada nəql etdiyimiz ilk hədis olan Əyyub b. Hürrün hədisini Kuleyni r.a "əl-Kafi", 1/69, Elmin fəziləti kitabı, bab 22, hədis 3-də Bərqidən, o isə "Məhasin" kitabında olandan fərqli bir sənəd ilə Əyyub b. Hürrdən; Əyyaşi r.a "Təfsiri Əyyaşi", 1/9, hədis 4-de mürsəl olaraq Əyyub b. Hürrdən rəvayət etmişdir .

ikinci, Müaviyə b. Kuleyb əl-Əsədinin hədisini Əyyaşi r.a "Təfsiri Əyyaşi", 1/9, hədis 5-də mürsəl olaraq Müaviyə b. Kuleyb əl-Əsədidən rəvayət etmişdir.

üçüncü, 2 Hişamın hədisini yenə Kuleyni r.a "əl-Kafi", 1/69, Elmin fəziləti kitabı, bab 22, hədis 5-də fərqli bir sənəd ilə Hişam b. Hakəmdən, o da imam Cəfər əs-Sadiq a.s-dan; Əyyaşi r.a "Təfsiri Əyyaşi", 1/8, hədis 1-də mürsəl olaraq Hişam b. Hakəmdən, o da imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etmişdir.

bundan başqa, Kuleyni r.a "əl- Kafi" də bu mövzu haqqında bir neçə hədis daha rəvayət etmişdir. Kuleyni r.a deyir:

علي بن إبراهيم، عن أبيه، عن النوفلي، عن السكوني، عن أبي عبدالله عليه السلام قال: قال رسول الله صلى الله عليه وآله: إن على كل حق حقيقة، وعلى كل صواب نورا، فما وافق كتاب الله فخذوه وما خالف كتاب الله فدعوه
Əli b. İbrahim mənə atasından, o Növfəlidən, o əs- Səkunidən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: «Rəsulullah s.a.a buyurdu: "Hər haqqın üzərində bir həqiqət vardır və hər doğrunun üzərində bir nur olur. bir şey Allahın kitabına uyğundursa onu alın, Allahın kitabına zidd isə onu bir kənara buraxın."»

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن ابن فضال، عن علي بن عقبة، عن أيوب بن راشد، عن أبي عبدالله عليه السلام قال: ما لم يوافق من الحديث القرآن فهو زخرف
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməd b. İsadan, o ibni Faddaldan, o Əli b. Uqbədən, o Əyyub b. Raşiddən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: «Qurana uyğun gəlməyən hədis, bəzəkli bir yalandır.»

Kuleyni r.a, "əl-Kafi", 1/69, Elmin fəziləti kitabı, bab 22, hədis 1 və 4

أحمد بن إدريس، عن محمد بن عبدالجبار، عن صفوان بن يحيى قال:
فقال أبوقرة: فتكذب بالروايات؟ فقال أبوالحسن عليه السلام: إذا كانت الروايات مخالفة للقرآن كذبتها
Əhməd b. İdris mənə Məhəmməd b. Əbdülcəbbardan, o da Səfvan b. Yəhyadan danışdı, dedi: Əbu Qurrə imam Rza a.s-a dedi: "Sən, rəvayətləri yalanlayırsan?" Əbul Həsən (imam Əli ər-Rza a.s) dedi: "rəvayətlər Quran ilə ziddiyyət təşkil etdiyi zaman onları yalanlayaram."

Kuleyni r.a, "əl-Kafi", 1/95-96, Tövhid kitabı, bab 9, hədis 2


bunlardan başqa Əyyaşi r.a "Təfsiri Əyyaşi"-də bu mövzuda daha 3 hədis rəvayət etmişdir, bax: Əyyaşi r.a, "Təfsiri Əyyaşi", 1/8-9, Qurana müxalif olan hədislərin tərki babı

  • qulam это нравится

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 26 октября 2013 - 14:23

3. hədislər ammə (sünnü) hədislərə ərz edilir: bəzən imamlarımız a.s nasibi krallarının səbəbindən təqiyyə edərək nəsibi rəvayətlərinə uyğun olan görüşlər bəyan etmiş və hökmlər vermişdir. lakin imamlarımız a.s öz səhabələrinə daha sonra təqiyyə və ya bənzəri səbəblərlə deyilənləri həqiqi olanından ayıra bilmələri üçün bəzi qaydalar öyrətmişdir. bu qaydalardan biri "eyni mövzuda bir-birinə zidd 2 hədis gəlssə onu ammə (sünnü) rəvayətlərə ərz edin və onlara müxalif olanı alın" şəklindədir. bu qayda imamlarımız a.s-dan mütəvatir olaraq rəvayət edilmişdir. Şeyx Hürr əl-Amuli r.a bu hədislər haqqında deyir:

أقول : والأحاديث في ذلك متواترة , ذكرنا جملة منها في كتاب وسائل الشيعة .
[ 876 ] 5 - فمن ذلك قول الصادق ع في الحديثين المختلفين : اعرضوهما على أخبار العامة فما وافق أخبارهم فذروه وما خالف أخبارهم فخذوه
mən (Hürr əl-Amuli) deyirəm: bu mövzudakı hədislər mütəvatirdir , bunları "Vəsail əş-Şiə" kitabımızda zikr etdik. eyni şəkildə əs-Sadiq a.s-ın ixtilaflı 2 hədis haqqındaki "onları ammə (sünnü) rəvayətlərinə ərz edin. amməyə uyğun olanı atın, onlara müxalif olanı isə qəbul edin." sözü də belədir.

Hürr əl-Amuli r.a, "Fusulul Muhimme fi Usulil Əimmə a.s", 1/577






Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru