Перейти к содержимому


Фотография

məsumlar a.s-ın viladət və şəhadətləri


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 ноября 2013 - 09:35

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

dəyərli forum userləri, inşaAllah bu mövzuda məsumlar a.s-ın viladət (doğum) və şəhadətləri haqqında rəvayət edilmiş hədisləri sizlərlə paylaşacağıq. mövzunu açmaqda məqsədimiz həm müsəlmanların r.a öz imamları a.s-ın tarixini bilməyə köməklik etmək və həmdə müxaliflərimizin rəhbərlərinin bu məsələdə necə davrandıqlarını, imamlarımıza a.s necə münasibət bəslədiklərini göstərməkdir.

  • l-nur это нравится

#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 ноября 2013 - 10:20

1. Hz. Fatimə s.a-ın qəbri: Rəsulullah s.a.a-in vəfatından 75 gün sonra qızı, dünya və cənnət qadınlarının seyyidəsi, imamlar anası olan Hz. Fatimə s.a şəhid olmuşdur. çox kədərli bir vəziyyətdir ki, müsəlmanların böyük bir hissəsi Hz. Fatimə a.s-n qəbirinin yerini belə bilməməkdədir. biz inşaAllah bu yazıda Şiə və Sünni mənbələrindən səhih hədislərlə Əhli Beyt imamlarından a.s bu mövzuda rəvayət edilmiş olan hədisləri nəql edəcəyik.

1-1. şiə mənbəli hədislər: şiə alimlərindən Himyəri, Kuleyni, Səduq və Tusi başda olmaq üzrə bir çox mühəddis bu mövzu haqqında müxtəlif sənədlərlə imamlardan a.s hədislər rəvayət etmişdir.


fatima s.a kabri-himyeri.jpg fatima s.a kabri-himyeri1.jpg

şəkildə gördüyünüz imam Əli ər-Rza, imam Əli ən-Nəqi və imam Həsən əl-Əsgəri a.s-ın səhabələrindən olan Abdullah b. Cəfər əl-Himyəri r.a-ın "Qurbul isnad" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

أحمد بن محمد بن نصر البزنطي قال : سألت الرضا عليه السلام عن فاطمة بنت رسول الله صلى الله عليه وآله أي مكان دفنت ? فقال : سأل رجل جعفرا عليه السلام عن هذه المسألة - وعيسى بن موسى حاضر - فقال له عيسى : دفنت في البقيع . فقال الرجل : ما تقول ? فقال : قد قال لك . فقلت له : أصلحك الله , ما أنا وعيسى بن موسى ? أخبرني عن آبائك ! فقال : دفنت في بيتها
Əhməd b. Məhəmməd b. Əbu Nəsr əl-Bəzzənti dedi: ər-Rıza (imam Əli ər-Rıza a.s)-dan Fatimə s.a-nın qəbirinin harada olduğunu soruşdum, imam a.s dedi: «"bir adam bu məsələni Cəfər (imam Cəfər əs-Sadiq a.s)-dan soruşmuş, bu zaman orada olan İsa b. Musa demişdi: "Bəqi qəbiristanlığına dəfn edildi." sualı soruşan adam ona (İsa b. Musaya) dedi: "nə danışırsan?" İsa b. Musa dedi: "dediyim kimidir." bundan sonra sual verən Cəfər (imam Cəfər əs-Sadiq a.s)-a dedi: "mənə (bu mövzuda) atalarından bir xəbər ver." Cəfər a.s dedi: "evinə dəfn edildi."»

Himyəri r.a, "Qurbul isnad", səhifə 367, hədis 1314


bu hədisin isnadı səhihdir və müəllif Himyeri bu hədisi yalnız 1 ravi ilə rəvayət etmişdir ki, həmən bu ravi imam Əli ər-Rza a.s-ın bir başqa səhabəsi olan Bəzzəntidir. Bəzzənti isə siqa (güvənilir) və əshabul icmadan olan bir ravidir. Seyyid əl-xoi r.a onun haqqında deyir:

أحمد بن محمد بن أبي نصر البزنطي
Əhməd b. Məhəmməd b. Əbi Nəsr əl-Bəzzənti

قال الشيخ (63 ): أحمد بن محمد بن أبي نصر زيد مولى السكوني أبو جعفر , وقيل : أبو على , المعروف بالبزنطي , كوفي ( ثقة ) لقي الرضا عليه السلام , وكان عظيم المنزلة عنده , وروى عنه كتابا
وعده في رجاله : من أصحاب الكاظم عليه السلام (34), قائلا : أحمد بن محمد بن أبي نصر , مولى السكوني ( السكون ) ثقة , جليل القدر
وفي أصحاب الرضا عليه السلام ( 2), قائلا : أحمد بن محمد بن أبي نصر البزنطي , ثقة , مولى السكوني ( السكون ), له كتاب الجامع , روى عن أبي الحسن موسى عليه السلام
وقال النجاشي : أحمد بن محمد بن عمرو بن أبي نصر زيد مولى السكون أبو جعفر , المعروف بالبزنطي , كوفي , لقي الرضا وأبا جعفر عليهما السلام , وكان عظيم المنزلة عندهما
Şeyx (Tusi r.a) "Fihrist" kitabında dedi: "Əhməd b. Məhəmməd b. Əbi Nəsr, Əbu Cəfər və Əbu Əli də deyilmişdir, "Bəzzənti" deyə bilinir, Kufəlidir. siqa (güvənilir)-dir, ər-Rıza a.s-ı görmüşdür və onun nəzdində böyük mövqeyə malikdir. və imamdan 2 kitab rəvayət etmişdir."
Şeyx Tusi r.a "Rical" kitabında əl-Kazım a.s-ın səhabələri içərisində zikr edərək demişdir: "Əhməd b. Məhəmməd b. Əbi Nəsr, siqa (güvənilir), dəyəri uca bir adamdır."
Şeyx Tusi r.a "Rical" kitabında ər-Rza a.s-ın səhabələri içərisində zikr edərək demişdir: "Əhməd b. Məhəmməd b. Əbi Nəsr əl-Bəzzənti, siqa (güvənilir)-dir, Əbul Həsən Musa (imam Musa əl-Kazım a.s)-dan "Camiə" adlı kitab rəvayət etmişdir .
və Nəcaşi dedi: "Əhməd b. Məhəmməd b. Əmr b. Əbi Nəsr, Əbu Cəfər, Bəzzənti deyə tanınır. ər-Rza və Əbu Cəfər (imam Muhəmməd ət-Təqi a.s)-ı görmüşdür. və böyük mövqeyə malikdir."

Seyyid əl-xoi r.a, "Muccm ricalil hədis", 3/31, 803-cü ravi


yəni hədis səhihdir. yenə bu mövzuda imam Rıza a.s-dan bir başqa hədisi Şeyx Kuleyni r.a rəvayət etmişdir.


fatima s.a kabri-kuleyni.jpg fatima s.a kabri-kuleyni1.jpg

şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barəsində ittifaq etdikləri Siqatul İslam (İslamın güvənci) Kuleyni r.a-ın "əl-Kafi" kitabıdır, işarələdiyiniz yerdə deyilir:

علي بن محمد وغيره , عن سهل بن زياد , عن أحمد بن محمد بن أبي نصر قال : سألت الرضا ( عليه السلام ) عن قبر فاطمة ( عليها السلام ) فقال : دفنت في بيتها فلما زادت بنو امية في المسجد صارت في المسجد
Əli b. Muhəmməd və başqaları mənə Səhl b. Ziyaddan, o da Əhməd b. Məhəmməd b. Əbu Nəsrdən danışdı, dedi: ər-Rıza (imam Əli ər-Rıza a.s)-dan Fatimə s.a-nın qəbirinin harada olduğunu soruşdum, imam a.s dedi: "Evinə dəfn edildi, sonra Bəni Üməyyə məscidi genişləndirəndə qəbiri də məscidə daxil oldu."

Kuleyni r.a, "əl-Kafi", 1/293, Hüccət kitabı, Tarix babları, bab 114, hədis 9


bu hədisin sənədi zəifdir çünki hədisin sənədində qırmızı ilə işarələdiyiniz ravi Səhl b. Ziyad vardır və bu ravi zəif, yalançı və qulatdır. lakin Şeyx Tusi r.a bu hədisi "Təhzib əl-Əhkam", 3/255-də başqa bir sənəd ilə rəvayət etmişdir. hansı ki, onun sənədindəki ravilər siqa (güvənilir) və mədh edilmiş şəxslərdir, hədisin isnadı da muttəsildir. Şeyxul İslam Əllamə II Məclisi "Təhzib əl-Əhkam" kitabının şərhində bu hədis haqqında deyir:

الحديث الخامس و العشرون : صحيح
25-ci hədis: səhih

II Məclisi r.a, "Milazul Əxyar", 5/481


bunlar şiə mənbələrində imamlar a.s-dan mövzu haqqında rəvayət edilən hədislər idi. inşaAllah indi də sünnü mənbələrdən bu mövzuda hədislər təqdim edəcəyik.

2. sünnü mənbəli hədislər: Şiə mənbələrində olduğu kimi sünnü mənbələrində də bu məsələ haqqındaki hədislər Əhli Beyt imamlarından rəvayət edilmişdir.


fatima s.a kabri-ibni subba.jpg fatima s.a kabri-ibni subba1.jpg fatima s.a kabri-ibni subba2.jpg

şəkildə gördüyünüz əhli sunet tarix alimi ibni Şubbe ən - Numeyri'nin "Tarixi Mədinə " adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

قال وأخبرني عبد العزيز بن عمران , عن حماد بن عيسى , عن جعفر بن محمد , عن أبيه قال : دفن علي فاطمة رضي الله عنها ليلا في منزلها الذي دخل في المسجد , فقبرها عند باب المسجد
Əbdüləziz b. İmra mənə Həmmad b. İsadan, o Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s)-dan, o da atası (imam Muhəmməd əl-Baqir a.s)-dan belə xəbər verdi, dedi: "Əli Fatimə r.a-ı gecə ikən evinə dəfn etdi (daha sonra məscid genişlədildikdə) qəbir də məscidə daxil oldu."

حدثنا أبو غسان , عن عبد الله بن إبراهيم بن عبيد الله , أن جعفر بن محمد كان يقول : قبرت فاطمة رضي الله عنها في بيتها الذي أدخله عمر بن عبد العزيز في المسجد
Əbu Ğəssan mənə Abdullah b. İbrahimdən nəql etdi, dedi: Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s) belə dedi: "Fatimə r.a-ın qəbiri evində idi, Ömər b. Əbdüləziz (məscidi genişləndirəndə) məscidə daxil oldu."

ibni Şubbə ən-Numeyri, "Tarixi Mədinə", 1/106-107


hədislərdən çıxan nəticələr:

1. Hz. Fatimə s.a öz evinə dəfn edilmişdir.
2. Əməvilər dövründə Nəbi s.a.a-in məscidi genişləndirilib və bu zaman məscidin ərazisi evi də əhatə edib. qəbir də evi içərisində olduğundan avtomatik olaraq məscidə daxil olub.
3. qəbrin məscid içərisində olduğu bilinsədə məscidin içərisindəki yeri tam olaraq bilinmir.

Сообщение отредактировал Elmeddin: 11 ноября 2013 - 16:52

  • l-nur это нравится




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru