Перейти к содержимому


Фотография

İsra surəsi 26-cı ayənin təfsiri və Nəbi s.a.a-in Fədəki Hz. Fatiməyə verməyi


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 ноября 2013 - 11:18

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

İslam tarixində Nəbi s.a.a-in Fədəki Allahın əmri ilə qızı Fatimə s.a-ya verməyi məşhur bir hadisədir. bu hadisə haqqında Allah azzə və cəllənin əmri İsra surəsinin 26-cı ayəsində yer almışdır. Allah c.c bu ayədə buyurur:



وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا
Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə.

İsra surəsi 26-cı ayə


bu ayədə "qohum" sözü ilə qəsd edilən Əhli Beyt a.s, onlara verilməyi əmr edilən haqq isə Fədəkdir və ayənin nüzulundan sonra Nəbi s.a.a Hz. Fatimə s.a-nı çağıraraq Fədəki ona vermişdir. ayənin təfsiri haqqında Şiə mənbələrində Əhli Beyt imamlarından və səhabədən, Sünnü mənbələrində isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sıra ilə həm şiə və həm də sünnü mənbələrdən bu hədislərdən bəzilərini qeyd edəcəyik.

1. Şiə mənbəli hədislər: bu ayənin təfsiri ilə bağlı olaraq şiə alimlərdən Kuleyni, Səduq, Müfid, Əli b. İbrahim əl-Qummi, Əyyaşi, Muhəmməd b. Süleyman əl-Kufi kimi mühəddis və təfsirçilər bir çox hədis rəvayət etmişdir. Biz nümunə olaraq onlardan bir neçəsini qeyd edəcəyik.


fedek tartismasi-kuleyni.jpg fedek tartismasi-kuleyni1.jpg fedek tartismasi-kuleyni2.jpg

şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barəsində ittifaq etdikləri Siqatul İslam (İslamın güvənci) Kuleyni r.a-ın "əl-Kafi" kitabıdır, işarələdiyiniz yerdə deyilir:

علي بن محمد بن عبدالله , عن بعض أصحابنا أظنه السياري , عن علي بن أسباط قال
قال : إن الله تبارك وتعالى لما فتح على نبيه ( صلى الله عليه وآله ) فدك وما والاها , لم يوجف عليه بخيل ولا ركاب فأنزل الله على نبيه ( صلى الله عليه وآله ) " وآت ذا القربى حقه (1)" فلم يدر رسول الله ( صلى الله عليه وآله ) من هم , فراجع في ذلك جبرئيل وراجع جبرئيل ( عليه السلام ) ربه فأوحى الله إليه أن ادفع فدك إلى فاطمة ( عليها السلام ), فدعاها رسول الله ( صلى الله عليه وآله ) فقال لها : يا فاطمة إن الله أمرني أن أدفع إليك فدك , فقالت : قد قبلت يا رسول الله من الله ومنك
Əli b. Muhəmməd mənə bəzi əshabımızdan -zənn edirəm ki, o əs-Səyyaridir-, o da Əli b. Əsbatdan nəql etdi, dedi: (imam Musa əl-Kazım a.s Abbasi kralı əl-Mehdiyə) dedi: "Allah Təbarəkə və Təala, Fədək və mücavir sahələrinin Nəbimiz tərəfindən, üzərinə atlı və dəvə süvarilərin hücumu olmadan fəthini verincə, belə vəhy etdi: "Qohum-əqrəbaya da haqqını ver." (İsra, 26) Rəsulullah s.a.a bununla kimlərin nəzərdə tutulduğunu bilmirdi. Bu barədə Cəbrayıla müraciət etdi, Cəbrayıl da Rəbbinə müraciət etdi. Bundan sonra Allah ona belə vəhy etdi: "Fədəki Fatiməyə ver." Rəsulullah s.a.a Fatiməni çağırdı və ona dedi: "Ey Fatimə! Allah mənə, Fədəki sənə verməyimi əmr etdi." Fatimə dedi: "Allahın və sənin bu hədiyyəsini qəbul etdim."

Kuleyni r.a, "əl-Kafi", 1/348-349, Hüccət kitabı, bab 130, hədis 5



isra 26-saduk.jpg isra 26-saduk2.jpg

rəsimdə gördüyünüz Şeyx Səduq r.a-ın "Uyunu əxbar ər-Rza a.s" adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:



حدثنا علي بن الحسين بن شاذويه المؤدب و جعفر بنمحمد بن مسرور رضي الله عنهما قالا حدثنا محمد بن عبد الله بن جعفر الحميري عنأبيه عن الريان بن الصلت قال
و الآية الخامسة قول الله عز و جل و آت ذا القربى حقه خصوصيةخصهم الله العزيز الجبار بها و اصطفاهم على الأمة فلما نزلت هذه الآية على رسولالله ( ص ) قال ادعوا إلي فاطمة فدعيت له فقال يا فاطمة قالت لبيك يا رسول الله فقالهذه فدك مما هي لم يوجف عليه بالخيل و لا ركاب و هي لي خاصة دون المسلمين و قدجعلتها لك لما أمرني الله تعالى به فخذيها لك و لولدك فهذه الخامسة
mənə Əli b. Hüseyin b. Şəzəveyh və Cəfər b. Muhəmməd b. Misvar r.a daışdılar, dedilər: Muhəmməd b. Abdullah. Cəfər əl-Himyəri bizə atasından, o da Reyyan b. Saltdan danışdı, dedi: (imam Əli ər-Rıza a.s Abbasi Məmunun məclisində müxalif alimlərə itrət haqqında Qurandan dəlil gətirərkən belə dedi) Beşinci ayə: "Qohumlarının haqqını ver." (İsra, 26) Bu , əziz və cabbar olan Allahın Əhli Beytə məxsus etdiyi bir xüsusiyyətdir. Allah Təala onları bütün ümmətdən seçmə etmişdir. Bu ayə Rəsulullaha nazil olduğunda Fatimə s.a-nı yanına çağırdı. Fatimə s.a gəldiyində Rəsulullah s.a.a dedi: "ey Fatimə!" Fatimə s.a buyurdu: "ləbbeyk ey Allahın rəsulu!" Rəsulullah s.a.a dedi: "Bu Fədək, müharibəsiz əldə edilən qənimətlər arasındadır. Buna görə (Allahın hökmünə görə) mənə aiddir; başqalarının onda haqqları yoxdur. İndi Allah c.c əmr etdiyi üçün onu sənə bağışladım. Elə isə onu özün və övladların üçün al."

Şeyx Səduq r.a, "Uyunu əxbar ər-Rıza a.s" , səhifə 229-230, bab 23, hədis 1


Şeyx Səduq r.a-ın nəql etdiyi bu hədisin sənədi səhihdir, Şeyx Asif əl-Muhsini h.a hədis haqqında deyib:

في رواية معتبرة
rəvayət mötəbərdir.

Şeyx Asif əl-Muhsini h.a, "Muaşərə Biharul Ənvar", 1/276


bu ayənin təfsiri haqqında şiə mənbələrində nəql edilən digər hədisləri Seyyid Haşim Bəhrani r.a sənədləri ilə birlikdə "Qeyrətul Məram" kitabında toplamışdır, bax: Seyyid Haşim Bəhrani r.a, "Qeyrətul Məram", 3/284-286

2. sünnü mənbəli hədislər: əhli sünnə mmənbələrində də bu ayənin təfsiri ilə bağlı olaraq Əbu Səid əl-xudri və ibni Abbas r.a-dan hədislər rəvayət edilmişdir. Bu hədisləri Əbu Yala, Bəzzar və ibni Mərdəveyh öz sənədləri ilə rəvayət etmiş, onlardan isə ibni Həcər və Suyuti öz kitablarında nəql etmişdirlər.


isra 26-ebu yala.jpg isra 26-ebu yala1.jpg

şəkildə gördüyünüz sünni hədis alimi Əbu Yala əl-Mövsilinin "Müsnəd" adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

قرأت على الحسين بن يزيد الطحان هذا الحديث , فقال : هو ما قرأت على سعيد بن خثيم , عن فضيل , عن عطية , عن أبي سعيد , قال : لما نزلت هذه الآية { وآت ذا القربى حقه } دعا النبي صلى الله عليه وسلم فاطمة وأعطاه فدك
Əbu Səid əl-xudri dedi: "Qohum-əqrəbaya da, yoxsula və müsafirə haqqını ver" ayəsi nazil olanda, Rəsulullah s.a.a Fatiməni çağıraraq Fədəki ona verdi.

Əbu Yala, "Müsnəd", 2/334, hədis 1075


yuxarıda da söylədiyim kimi bu mövzuda Bəzzar və ibni Mərdəveyh də öz sənədləri ilə hədislər rəvayət etmişdir. Suyuti bu mövzudakı hədisləri öz təfsirində isnadları ilə birlikdə yığmışdır, ayənin təfsirində Suyuti deyir:

وأخرج البزار وأبو يعلى وابن أبي حاتم وابن مردويه عن أبي سعيد الخدري رضي الله عنه قال : لما نزلت هذه الآية وآت ذي القربى حقه دعا رسول الله صلىالله عليه وسلم فاطمة فأعطاها فدك
Bəzzar, Əbu Yalə, ibni Əbi Hatim və ibni Merdeveyh Əbu Səid əl-xudri r.a-dan belə rəvayət etmişdir: "Qohum-əqrəbaya da, yoxsula və müsafirə haqqını ver" ayəsi nazil olanda, Rəsulullah s.a.a Fatiməni çağıraraq Fədəki ona verdi.

وأخرج ابن مردويه عن ابن عباس رضي الله عنهما قال : لما نزلت وآت ذي القربى حقه أقطع رسول الله فاطمة فدكا
ibni Mərdəveyh ibni Abbas r.a-dan belə rəvayət etmişdir: "Qohum-əqrəbaya da, yoxsula və müsafirə haqqını ver" ayəsi nazil olanda, Rəsulullah s.a.a Fədəki Fatiməyə verdi.

əs-Suyuti, "əd-Durrul Mənsur", İsra surəsi 26-cı ayənin təfsiri


2-1. hədisin səhhəti: bu hədis ibni Abbas və Əbu Səid əl-xudri r.a-dan rəvayət edilmişdir. biz Əbu Səid əl-xudri r.a-ın hədisini rəvayət edən ravilərdən hamısının vəziyyətini əhli sünnə rical kitablarından verəcəyik ki, hədisin səhhəti haqqında heç bir şübhəyə yer qalmasın.

Əbu Səid əl-xudri r.a (أبو سعيد الخدري): Hədisimizin ilk ravisidir, səhabədir və əhli sünnə nəzdində səhabənin hamısı adil, hüccət və siqa (güvənilir)-dir. buna görə haqqında çox məlumat verməyə ehtiyac duymuruq.

Atiyyə əl- Uvfi (عطية العوفي): Hədisimizin ikinci ravisidir, əhli sünnət rical elmində nüfuzlu alimlərindən Yəhya b. Main, ibni Sad, İbni Şahin, ibni Həcər və əl-İcli oun etibarlı olduğunu bəyan etmiş, Əhməd, Tirmizi, ibni Əbu Hatim , Əbu Davud və başqaları ondan hədis rəvayət etmiş və onun raviləri arasında keçdiyi hədislərin səhhətini təsdiq etmişdirlər. nümunə üçün rical alimlərindən bir neçəsinin onun haqqında sözlərini qeyd edirik. ibni Main onun haqqında deyir:

سمعت يحيى يقول عطية العوفي هو عطية الجدلي قيل ليحيى كيف حديث عطية قال صالح
Yəhya (b. Main)-in belə dediyini eşitdim: "Atiyyə əl- Uvfi, o Atiyyə əl-Cədəlidir." Yəhya (b. Main)-ə deyildi: "Atiyyənin hədisi necədir?" Yəhya dedi: "salehdir."

Abbas əd-Duri, "Tarixi ibni Main", 3/500, 2446-cı ravi


bir başqa əhli sünnə rical alimi ibni Sad onun tərcümeyi halında deyir:

عطية بن سعد بن جنادة العوفي
Atiyyə b. Səd b. Cəndəh əl-Uvfi

وكان ثقة إن شاء الله
Allahın izni ilə sika (güvənilir)-dir .

ibni Sad, "Tabaqat əl-Kübra", 6/304


Fudeyl b. Mərzuq (فضيل بن مرزوق): Hədisimizin üçüncü ravisidir, əhli sünnə mənbələrində özündən hədis rəvayət edilmiş və əhli sünnənin böyük rical alimləri onun etibarlılığını təsdiqləmişdirlər. Şeyximiz Təbəsi r.a sünni mənbələrində özlərindən hədis rəvayət edilmiş olan şiə ravilərdən boqrafyasını ehtiva kitabında onun haqqında bu məlumatları verir:

وقال المثنى بن معاذ العنبري , عن أبيه قال : سألت سفيان الثوري عنه فقال : ثقة
وقال الهيثم بن جميل : كان من أئمة الهدى زهدا وفضلا
ibni Muaz Mənbəri atasından belə rəvayət etmişdir: Süfyan əs-Səvridən onun haqqında soruşdum, dedi: "siqa (güvənilir)-dir."
və ibni Cəmil dedi: "o hidayət imamı, zahid və fəzilətli birisi idi."

رواياته في الكتب الستة
صحيح مسلم , وسنن أبي داود , والترمذي , وابن ماجة
Müslim, Əbu Davud, Tirmizi və ibni Macə ondan rəvayət etmişdir.

Şeyx Təbəsi r.a, "Ricaluş Şiə fi əsanid əs-Sünnə", səhifə 341, 101-ci ravi


Səid b. Haşim əl-Hilali (سعيد بن خثيم): Hədisimizin sonuncu ravisidir, əhli sünnə nəzərində etibarlı bir ravidir. Şeyximiz Təbəsi r.a sünni mənbələrində özlərindən hədis rəvayət edilmiş olan şiə ravilərdən boqrafyasını ehtiva kitabında onun haqqında bu məlumatları verir:

قال ابن حجر : صدوق
وقال أبو زرعة : ليس به بأس
وذكره ابن حبان في الثقات
ibni Həcər dedi: "sadiqdir."
Əbu Zura dedi: "onda problem yoxdur."
və ibni Hibban (onu) "əs-Siqat (güvənilirlər)" kitabında zikr etmişdir.

رواياته في الكتب الستة
سنن الترمذي
Tirmizi ondan rəvayət etmişdir.

Şeyx Təbəsi r.a, "Ricaluş Şiə fi əsanid əs-Sünnə", səhifə 139, 41-ci ravi


Сообщение отредактировал Elmeddin: 05 ноября 2013 - 11:19





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru