Перейти к содержимому


Фотография

Dağıdılan məsciddə çəkiliş aparmaq mümkün deyil


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 апреля 2009 - 14:48

İslam-Azerinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Hal-hazırda (13:33-27.04.2009) Məhəmməd (s) Peyğəmbər adını daşıyan məscid sökülür.


Məscidin sökülən halda şəklini çəkmək istəsəkdə Yasamal Rayon Polis idarəsinin əməkdaşları buna maneə törədərək qarşımızı aldılar. 

Məscidin ətrafı polislərlə mühasirəyə alınıb.

Polislər çəkilişə icazə vermir. Uzaqdan çəkdiyimiz fotoları sizə təqdim edəcəyik. 

Nəzərinizə çatdıraq ki, "Məhəmməd (s) Peyğəmbər" adını daşıyan məscid Yasamal rayonu Murtuza Muxtarov 190 ünvanında yerləşir. 

İslam-Azeri.az
FOTO



#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 апреля 2009 - 19:02

Hacı İlqar: Belə hallar başa düşülən deyil və ölkədə radikallığın və ekstremizmin güclənməsinə səbəb ola bilər
Yasamalda uçurulan məscidin sahibi azadlığa buraxıldı


Mirvaleh Mövsümov gecəni təcridxanada keçirib

Xəbər verdiyimiz kimi, srağagün Yasamal rayonu Murtuza Muxtarov-190 ünvanındakı “Peyğəmbər Məhəmməd (s) məscidi” adlı məbəd sökülüb. Məscidin gözətçisi Məmməd İsgəndərov qəzetimizə dünənki açıqlamasında artıq məscidin minarəsinin də uçurulduğunu dedi.

Onun sözlərinə görə, söküntü əraziyə gətirilmiş ağır texnika hesabına həyata keçirilib. ANSpress.com saytının verdiyi məlumata əsasən, yaxınlıqda yaşayan sakinlər aprelin 26-sı axşamdan həmin ərazidə yolların bağlandığını və nəqliyyatın hərəkətinin dayandırıldığını söyləyiblər.

Xatırladaq ki, məscidi inşa etdirən Mirvaleh Mövsümov Yasamal rayon 27-ci polis bölməsinə aparılmışdı. Məmməd İsgəndərovun verdiyi məlumata görə, dünən səhər o, azadlığa çıxıb. Amma təəssüf ki, M. Mövsümovla əlaqə saxlaya bilmədik.

Əlavə edək ki, Yasamaldakı məscidin sökülməsi ilə bağlı rayon məhkəməsi qərar çıxarmışdı. M. Mövsümov həmin qərardan Apelyasiya Məhkəməsinə şikayət etsə də, sonuncu işi icraata götürməmişdi. Öz növbəsində Mövsümov Avropa Məhkəməsinə müraciət edəcəyini bildirmişdi. /Yeni Müsavat/





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru