Отправлено 09 марта 2014 - 17:00
[font="Palatino Linotype"]Qardaşım, təbii ki, bu, öz-özlüyündə müstəqil mövzu kimi müzakirə oluna bilinər. Amma fikrimcə, bəhsimizlə də birbaşa əlaqəsi var.
Özünüz də, qardaşlar da yuxarıda qeyd etdiniz ki, bizim əqidəmiz bu yöndədir ki, Quran təhrif olunmamışdır və Həzrət Peyğəmbərə (s) nazil olan Quranın eynidir. Biz birinci növbədə aydınlaşdırmalıyıq ki, Quranın hansı şəraitdə təhrifindən söhbət gedə bilər. Buna uyğun da əqidəmizi xarici dəlillərlə müdafiə etməliyik.
Qardaşım, verdiyin sualın mövzuyla birbaşa əlaqəsi olmasa da, hər halda əlaqəli tərəfi var. Yəni, siz verdiyiniz sual Quranın cəm edilməsi ilə, biz haqqında danışdığımız məsələ isə təhrifi ilə əlaqədardır. yenə də qeyd edirəm. Bunlar birbaşa əlaqəli olmasa da, bir biriylə əlaqəli tərəfləri var. Sadəcə mən sizin fikrinizin tam olaraq nə olduğunu adınlaşdırmağa çalışıram. Yəni, əgər Quran peyğəmbərin صلي الله عليه و آله و سلم dövründə hazırdakı kimi cəm olunubsa, sonradan təhrif edilə bilməzmi? Nəyə əsasən ? Əgər Quranın cəmi məsələsi peyğəmbərdən صلي الله عليه و آله و سلم sonrakı dövrə aiddirsə, cəm edilməsi əsnasında təhrif edilə bilməzmi? İnanıram ki, suallarım aydındı )
Yuxarıda qeyd etdiyiniz kimi, bizə bu sualı yönəldən həm müsəlman, həm də qeyri-müsəlman ola bilər.
Əgər bu şəxs müsəlmandırsa, biz ona mütəvatir və səhih hədislərlə, habelə tarixlə cavab verərik, bu məsələ bununla bitər.
Xeyr bitməz. Çünki, həmin kimsənin də "mutəvatir" və "səhih" anlayışları üçün fərqli nəzəri ola bilər. Bundan əlavə sizə görə mütəvatir və ya səhih olan bir nəzər ona görə mütəvatir və səhih olmaya bilər. Bu ehtimalı da göz önündə bulundurmaq lazımdır . )
Lakin əgər Quranın təhrifini iddia edən şəxs dedikdə, kafir olan şəxsi nəzərdə tutursunuzsa, onda nəzərə alın ki:
Həmin şəxs Həzrət Peyğəmbərin (s) risalətini qəbul etmir və onun əqidəsincə Quranın orijinalı Peyğəmbərin (s) şəxsi düşüncələri və onların təbiri ilə desək (nəuzubillah!) uydurması ilə yazılmışdır.
Burda müzakirə edilən məsələ kafirin Quranın içindəkiləri qəbul edib etməməsi , yaxud, peyğəmbərimizi صلي الله عليه و آله و سلم peyğəmbər olaraq qəbul edib etməməsi məsələsi deyil qardaşım. Əlimizdə olan kitabın o dövrdən bizim dövrümüzə kimi peyğəmbərin صلي الله عليه و آله و سلم Quran olaraq təsdiq etdiyi kitab şəklində gəlib çatması məsələsidir.Ehtimal edək ki, bir kafir tərəfindən müsəlmana belə bir sual verilib. Sualdan məqsədi o deyil ki, Muhəmməd صلي الله عليه و آله و سلم peyğəmbər idi ya yox. Sualdan məqsəd budur ki, əlimizdəki Quran kitabı, Muhəmmədin صلي الله عليه و آله و سلم Quran olaraq tanıtdığı həmin kitabdırmı? Siz dediyiniz məsələ isə nübuvvət ilə əlaqədardır və bu da başqa mövzudur. Onun dəlilləri ayrıdır Fikrimi izah edə bildimmi ? )
Sən möhtərəm qardaşımızın nəzərdə tutduğu da bu sonuncu dəstəyə qarşı müdafiədir.
Əgər fikrini səhv anlamışamsa, düzəlt, düz anlamışamsa, təsdiq elə inşəallah
Əziz qardaşım, ümumiyyətlə, mənim müzakirə etdiyim məsələ budur ki, görəsən əlimizdəki Quranın təhrif olunmasına inanan kimsə hər bir halda kafir sayılırmı ? Bunun dəlili nədir ?
Сообщение отредактировал N_ن_N: 09 марта 2014 - 17:05
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.