Перейти к содержимому

Фотография

"Əli(ə) niyə Fatiməyə(ə) olunan zülmə etiraz etmədi?"

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 16

#1 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 14 января 2014 - 23:57

Bismihi təala.

Əs-salamu aleykum.

İfk hadisəsində əslində diqqət edilməmiş çoxlu ibrətli məqamlar vardır. Bunu bir ayrıca mövzuda müzakirə edəcəyik inşaAllah.

Ancaq bu mövzuda məqsədimiz başqadır. Mövzumuz ifk hadisəsi haqqında danışmaq deyil, sadəcə, bir neçə sualımız olacaq və ümid edirik ki, özlərinə "sələfi" və ya "əhli-sünnə vəl camaat" deyən bəkrilər ( Əbu Bəkr tərəfdarları ) bu sualımızı cavablandıracaqlar.

Deməli, bir dəfə Aişəyə iftira atılır ki, bir kişi ilə ( Saffan bin Muattal ) ilə zina edib. BU iftiranı atanların və camaat arasında yayanların başında gələn adam münafiqlərin rəislərindən olan Abdullah bin Ubeyy olur. Bir ay söz söhbət gedir, peyğəmbər (s) bu barədə araşdırma aparır, nəticədə Allah xanım Aişə haqqında ayələr endirərək ( Nur surəsində ) ona bəraət qazandırır, bunun iftira olduğunu açıqlayır. Bundan sonra müəyyən şəxslər şallaqla cəzalandırılır. Amma, Abdullah bin Ubeyyə heç bir cəza verilmir.

Bu bəkri ( özlərinə əhli sünnə deyən Əbu Bəkr tərəfdarları ) mənbələrində keçən rivayətlərdən əldə edilən məlumatlardır. İnşaAllah, bu ifk hadisəsi başqa mövzuda ətraflı işlənəcək.

Məsələnin daha maraqlı tərəfi budur ki, sonra həmin Abdullah bin Ubeyy ölür və peyğəmbər (s) ona cənazə namazı da qılır.

İndi isə keçək suallara :

1. Necə olur ki, peyğəmbərin (s) həyat yoldaşına iftira atırlar, amma, peyğəmbər (s) iftira atanlardan bu barədə dəlil istəmir, dəlil gətirə bilmədikləri təqdirdə onlara hədd vurmur, əksinə, özü araşdırmağa başlayır ?

2. Necə olur ki, Allah həmin anda məsələni aydınlığa qovuşdurmur, bir ay gözləyir?

3. Necə olur ki, Allah ayə endirib xanım Aişəni təmizə çıxarandan sonra peyğəmbər (s) bu iftiranı uydurub, camaat içində yayanların arasında əsas fiqur olan, münafiqlərin başçılarından olan Abdullah bin Ubeyyi cəzalandırmır ,əksinə, ona cənazə namazı da qılır ?

4. Sizin yoldaşınıza iftira atıldığı zaman siz əsəbləşib iftira atandan dəlil tələb etməzsinizmi? Yoxsa, bu məsələni özünüz araşdırmağa başlayarsız? Yoxsa, bu məsələ bir ay uzansa belə, siz iftira atandan heç bir dəlil tələb etməzsiz? Yoxsa, yoldaşınızın zina etmədiyi aşkar olandan sonra əlinizdə güc ola-ola iftira atanı cəzalandırmazsız? Hətta, dünyasını dəyişsə, gedib onun üçün cənaza namazı damı qılarsız? Xahiş edirəm bu suallara səmimi cavab verin! Allah rizası üçün!

Bütün bu suallara cavab verəndən sonra Fədək məsələsini, xanım Zəhranın (s) evinə hücum məsələsini, Əlinin (ə) müəyyən səbəblərə görə qılınc çəkib savaşa bilmədiyini, zalimləri cəzalandıra bilmədiyini xatırlayın!

Bəzi elm əhli iddiasında olan cahillər "Əli qeyrətli idi. Belə şeyə necə dözə bilərdi ? Əgər həqiqətən də belə bir şey olsaydı, Əli (ə) onların ağzını cırardı..." kimi fikirlər səsləndirirlər. Qırmızı ilə işarələdiyim sözü özümdən demirəm. Məhz vahabilərin elm əhli kimi tanıdıqları məşhur əxilərindən birinin sözüdür.

Zəhranın evinə hücum məsələsində və Əlinin (ə) bu məsələyə münasibəti barədə vahabilər sual verirlər :

"Sizin xanımınıza qarşı BELƏ hərəkət edilsəydi, siz BELƏ reaksiya verərdinizmi?"

O zaman biz də yuxarıda haqqında danışdığımız İFK HADİSƏSİNİ onlara xatırladıb soruşuruq :

"Bəs sizin xanımınıza qarşı BELƏ hərəkət edilsəydi, siz BELƏ reaksiya verərdinizmi?"

Məqsədimiz heç kəsi təhqir etmək, aşağılamaq deyildir. ALlah niyyətimizi bilir! Vəssəlam!

Сообщение отредактировал N_ن_N: 15 января 2014 - 00:04

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#2 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 09 июня 2014 - 11:14

Maraqlıdır ki, dəfələrlə bu sualı amməyə ( özünə əhli sünnə deyən qardaşlarımız ) və vahabilərə bu sualı vermişəm heç bir tutarlı cavab verə bilməyiblər. Nə deyəcəkdilər ki ? :rolleyes:
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#3 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 13 июня 2014 - 00:39

Hələ də cavab gözləyirəm :rolleyes:
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#4 Asiman.X

Asiman.X

    Arif – Corporal

  • Murid
  • 65 сообщений

Отправлено 13 июня 2014 - 11:34

Salam aleykum qardas.necesiz ? ALLAH razi olsun sizden.gozel sualdi vallah.inanmiram cavab gelsin.

#5 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 13 июня 2014 - 11:57

Salam aleykum qardas.necesiz ? ALLAH razi olsun sizden.gozel sualdi vallah.inanmiram cavab gelsin.

Va Aleykum əs-salam va rahmətullah əziz qardaşım. Əlhəmdu lilləh biz yaxşıyıq. Siz necəsiz? Qardaşım, cavab verə bilmirlər çünki, verməyə tutarlı cavabları yoxdur. Bunlar elə bilirlər ki, "Əliyə (ə) yaraşmaz" deməklə Əlini (ə) müdafiə edilər. Biz deyirik ki, Əli (ə) kimi bir möminə yaraşmazdı ki, onun qapısına hücum çəkib ailəsinə əziyyət etsinlər. Amma, Ömər kimi birisindən Əlinin (ə) qapısına hücum çəkib ailəsinə əziyyət etməsini gözləmək olardı. Bunun müqabilində Əlinin (ə) qılınc çəkməməyini başa düşmək üçün gərək əvvəlcə peyğəmbəri (s) başa düşsünlər.

SubhaAllah! Allahı ( Allahın özünü tanıtdırdığı kimi ) Muhəmməd (s) və Əlidən (ə) başqa heç kəs (layiqincə ) tanımadı. Muhəmmədi (s) Allah və Əlidən (ə) başqa layiqincə heç kəs tanımadı. Əlini (ə) Allah və rəsulundan (s) başqa layiqincə heç kəs tanımadı.

Əli (ə) Muhəmmədin (s) özüdür. Əlinin (ə) məsələlərə münasibəti Allah rəsulunun (s) özünün münasibəti kimidir. Allahın rəsulunu (s) tanımadan Əlini (ə) tanımaq olmaz. Əli(ə) İmame-Adəmdi(ə. Əli (ə) Vəsiyye-Xatəmdi (s.a). Əli (ə) sirlərə məhrəmdi. Əli (ə) dərdlərə məlhəmdi. Əli (ə) seyyide-aləmdi. Əli (ə) dostlara həmdəmdi. Əli (ə) düşmən üçün qəmdi. Əli (ə) başqa bir aləmdi...((

Сообщение отредактировал N_ن_N: 13 июня 2014 - 11:58

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#6 Asiman.X

Asiman.X

    Arif – Corporal

  • Murid
  • 65 сообщений

Отправлено 13 июня 2014 - 13:24

Sukur Allaha yaxsiyam qardasim.Imam Elini momin sever,ona ancaq munafiqler dusmencilik eder.Ya Eli.Hz Muhemmed(s) den gozel bir hedis var.Elinin uzune baxmaq ibadetdi.hele gor onda sevmeyin ne qeder savabi var.Sukur Allaha.bizi esl Allah dostlarindan qerar ver Ilahi.
  • N_ن_N это нравится

#7 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 13 июня 2014 - 14:30

Iftira lie hücum muxtelif sheylerdiler.Imam Eli (radi Allahu anh) gozleyirdi ki,Omer (radi Allahu anh) onun heyat yoldashini oldursun?Peygemberin (saLla Allahu aleyhi wa sallam) zovcesine hucum etseydiler,elbetde ki zovcesini mudafiye ederdi.Gozlemezdi ki hamile zovcesini öldürsünler,o da hechne etmesin.Iftira atan insani bagishlamaq ise tamam bashqa meseledir :)

#8 Asiman.X

Asiman.X

    Arif – Corporal

  • Murid
  • 65 сообщений

Отправлено 13 июня 2014 - 15:40

Iftira lie hücum muxtelif sheylerdiler.Imam Eli (radi Allahu anh) gozleyirdi ki,Omer (radi Allahu anh) onun heyat yoldashini oldursun?Peygemberin (saLla Allahu aleyhi wa sallam) zovcesine hucum etseydiler,elbetde ki zovcesini mudafiye ederdi.Gozlemezdi ki hamile zovcesini öldürsünler,o da hechne etmesin.Iftira atan insani bagishlamaq ise tamam bashqa meseledir :)/>

Islam tarixinden sizin deyesen xeberiniz yoxdu .hz Fatime dunyadan kocende iki neferden narazi halda kocub.biri abu bekirdi,o biri omer.inanmayanlar buxariye ve muslume kelle vura biler ))

#9 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 15 июня 2014 - 02:40

Iftira lie hücum muxtelif sheylerdiler.

Bəli, bacı, biz də bilirik ki, müxtəlif şeylərdi. Biz ondan danışırıq ki, niyə görə peyğəmbər (s) iftira atanlardan dəlil istəmədi? )

Imam Eli (radi Allahu anh) gozleyirdi ki,Omer (radi Allahu anh) onun heyat yoldashini oldursun?Peygemberin (saLla Allahu aleyhi wa sallam) zovcesine hucum etseydiler,elbetde ki zovcesini mudafiye ederdi.Gozlemezdi ki hamile zovcesini öldürsünler,o da hechne etmesin.

Kim deyir ki, İmam Əli (ə) xanımının öldürülməsini gözləyirdi? Həmin hadisələrdə qaldırıb Öməri yerə çırpır, ağız-burnunu qana bulayır və ona peyğəmbərin (s) vəsiyyətini bildirib nəyə görə səbr etdiyini, qılınc çəkmədiyini açıqlayır :rolleyes:

Iftira atan insani bagishlamaq ise tamam bashqa meseledir :)

Uxti, əgər məsələ iftira atanı bağışlamaqdırsa, onda niyə görə ammə mənbələrdə bu iftiraya meyl edənlərin şallaqlandığı qeyd edilir? )

Bir də ki, məgər namusa hücum etmək fiziki hücum etməkdən yüngül bir haldır ki ?
Biz ondan danışırıq ki, nəyə görə peyğəmbər (s) iftira atandan şahid tələb etmir, əksinə öz yoldaşını təftiş edir ? Yaxşı, əgər təftiş edirdisə vəhyi niyə gözdəyirdi? Vəhy gözdəyirdisə təftiş niyə edirdi? :rolleyes: Deyək ki, vəhy gözləyirdi. Bəs iftira atandan niyə dəlil tələb etmirdi ki? Ümumiyyətlə, Allahın rəsuluna (s.a.s) yaraşarmıydı ki, yoldaşına iftira atandan dəlil tələb etməsin? Aişəyə yaraşarmıydı ki, peyğəmbər (s) onu bir ay araşdırsın? )
Yəni, kim razı olar ki, yoldaşına iftira atılsın, ancaq iftira atandan dəlil istəməsin, ancaq düz bir ay öz yoldaşını təftiş eləsin, ancaq yenə də bir nəticə hasil olmasın, bu məsələyə Allahın özü son qoysun? ) Peyğəmbər (s) möminlərə nümunədir. İndi bu sünnətdirmi?

Yəni, bir insanın yoldaşına iftira atılsa iftira atandan dəlil tələb etmədən bir ay öz yoldaşını araşdırmalıdırmı? Bu sünnətdirmi?

Suallar əslində çoxdur. Amma, deyəsən mövzunu yenə də tam izah edə bilməmişəm )

Сообщение отредактировал N_ن_N: 15 июня 2014 - 02:42

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#10 Ceywullah

Ceywullah

    Arif – Corporal

  • Murid
  • 80 сообщений

Отправлено 19 июня 2014 - 09:50

Nun salamu aleykum qardaş, sən nəyə əsasən deyirsən ki ibn ubeyy cəzalandırılmayıb? Axı nasibi mənbələrində bu olay zamanl ibn ubeyyin cəzalandığı qeyd olunur.

Сообщение отредактировал Ceywullah: 19 июня 2014 - 09:51

  • N_ن_N это нравится

#11 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 19 июня 2014 - 11:03

Nun salamu aleykum qardaş, sən nəyə əsasən deyirsən ki ibn ubeyy cəzalandırılmayıb? Axı nasibi mənbələrində bu olay zamanl ibn ubeyyin cəzalandığı qeyd olunur.

Va Aleykum əs-salam va rahmətullah qardaşım. "Hədd" vurulması barədə də əlbəttə ki, məlumatlar mövcuddur. Ancaq, bu yöndə olan məlumatlar ziddiyyətlidir. Nəticə olaraq bu barədə iki nəzər var :

1. Hədd vuruldu.
2. Hədd vurulmadı.

Ammə mənbələrinə ümumi nəzər salanda ikinci variant daha qüvvətli görünür.

Hər bir halda, hədd vurulmuş olsa da, olmasa da ammə mənbələrində olan ifk hadisəsində ziddiyyətlər çoxdur və ümumi nəzər saldıqda görülən budur ki, əgər ammə Əlinin (ə) səbr etməsi məsələsi haqqındakı rəvayətlərə görə şiəyə tənə edirlərsə o zaman İfk hadisəsi ilə əlaqədar peyğəmbərin (s) səbr etməsi haqqında nəql etdikləri rəvayətlərə görə də gərək özlərinə də tənə etsinlər. Çünki, bu rəvayətlərdə Muhəmməd (s) ilə Əlinin (ə) ortaq tərəflərini görmək mümkündür. Bunları da mövzuda yazıb qeyd etmişik. :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#12 Ceywullah

Ceywullah

    Arif – Corporal

  • Murid
  • 80 сообщений

Отправлено 19 июня 2014 - 21:56

Va Aleykum əs-salam va rahmətullah qardaşım. "Hədd" vurulması barədə də əlbəttə ki, məlumatlar mövcuddur. Ancaq, bu yöndə olan məlumatlar ziddiyyətlidir. Nəticə olaraq bu barədə iki nəzər var :

1. Hədd vuruldu.
2. Hədd vurulmadı.

Ammə mənbələrinə ümumi nəzər salanda ikinci variant daha qüvvətli görünür.

Hər bir halda, hədd vurulmuş olsa da, olmasa da ammə mənbələrində olan ifk hadisəsində ziddiyyətlər çoxdur və ümumi nəzər saldıqda görülən budur ki, əgər ammə Əlinin (ə) səbr etməsi məsələsi haqqındakı rəvayətlərə görə şiəyə tənə edirlərsə o zaman İfk hadisəsi ilə əlaqədar peyğəmbərin (s) səbr etməsi haqqında nəql etdikləri rəvayətlərə görə də gərək özlərinə də tənə etsinlər. Çünki, bu rəvayətlərdə Muhəmməd (s) ilə Əlinin (ə) ortaq tərəflərini görmək mümkündür. Bunları da mövzuda yazıb qeyd etmişik. :rolleyes:/>

Qardaş bu movzunu nasibilər sadə üsulla da cavablandıra bilərlər. Məsələn, Allah münafiqləri və bu dedi-qoduya inanıb-inamayanları imtahan etmək üçün bu məsələnin açıqlamasını gecikdirib. necə ki müəyyən şarihləri bu məsələni elə belə də şərh edir. Sən ibn ubeyyin cəzalanmadığını hansı nasibi mənbəsinə istinadən iddia edirsən? Bundan əlavə, nəyə əsasən deyirsən ki ibn ubeyyin cəzalanmaması haqda məlumatlar cəzalanması haqda olan məlumatlardan daha güclü etimaddır? Halbuki şayiəni yayanların öndə gələnini cəzasız buraxıb digərlərini cəzlandırmaq daha az ağlabatan görünür.
  • N_ن_N это нравится

#13 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 20 июня 2014 - 00:01

1.Mənim əziz qardaşım, əgər nasibilərdən məqsədiniz müxaliflərdirsə, bizim bütün müxaliflərimiz nasibi deyil. Amma, bu başqa mövzunun bəhsidir.

2. BU mövzuya diqqət göstərdiyinə görə təşəkkür edirəm qardaşım. Sizin bu cür diqqətli olmağınız təqdirə layiqdir vallahi )

3.Bəli, müxaliflərin bu cür şərh etməyi haqqında məlumatımız var. Hətta, bu fikirlərinə çox yaxşı bələdik :rolleyes: Ancaq, əvvəla nəyə əsasən Allahın adından bunu iddia edirlər? Bu məlum mütləq deyil, iddiadır. İkincisi bu iddialarının da batil edilməsi üçün dəlillər həddən artıq çoxdur. Ancaq əsas mövzumuz bu deyil. Mövzuda iki məsələ qeyd edilib və iki məsələyə müqayisəli şəkildə diqqət eləsəz məsələ sizə tam aydın olacaq. Köməklik üçün sizə belə bir sual verim :

Siz qeyd etdiyimiz iki hadisədə və bu hadisələrə zamanı peyğəmbər (s) ilə Əlinin (ə) reaksiyaları arasında oxşar tərəflərə fikir verin. Ümumiyyətlə, oxşar tərəflər görürsünüzmü? :rolleyes:/> Yəni, qoyulan mövzu budur :rolleyes:/>

4. Mənim əziz qardaşım, elə məsələlər var ki, həmin məsələlərin ana konturları yadda qalır, ayrı ayrı detalları yox. Məsələn, biz bilirik ki, Muhəmməd (s) Əli (ə) haqqında "Mən elmin şəhəriyəm və ƏLi (ə) qapısıdır" buyurub. İndi duraq soruşaq ki, "nəyə əsasən ? hansı şiə mənbəsində yazılıb? Hansı şə alimi deyib ki, səhihdir? Sənədi səhihdirmi?" və s. bu geniş araşdırılması gərəkən bir şeydir. Ancaq, bilən bilir ki, peyğəmbər (s) belə bir söz buyurub. Ancaq, bilməyənin də əlbəttə ki, soruşmaq haqqı var. Ancaq, xüsusi mövzuda.

Sən ibn ubeyyin cəzalanmadığını hansı nasibi mənbəsinə istinadən iddia edirsən?

Mənim əziz qardaşım, mən ümumiyyətlə öz-özlüyündə heç bir ammə mənbəsinə etimad etmirəm ki, hansısa bir kitabına əsasən nəyisə iddia edim. MƏn nəyisə iddia etmirəm. Mən ondan danışıram ki, İfq hadisəsi haqqında ammə mənbələrindəki məlumatlara nəzər saldıqda nəzərə çarpan budur ki, Abdullah bin Ubeyyə cəza verilməyib. CƏZA VERİLMƏSİ VƏ YA VERİLMƏMƏSİ HAQQINDA NƏ İSƏ İDDİA ETMİRƏM. Söhbət ammə mənbələrində yazılanlardan gedir. Fikrimi izah edə bildimmi? )

Bundan əlavə, nəyə əsasən deyirsən ki ibn ubeyyin cəzalanmaması haqda məlumatlar cəzalanması haqda olan məlumatlardan daha güclü etimaddır?

Bunu mən demirəm. Ammə araşdırmaçılarının araşdırmalarına nəzər salsaz, siz də bunun şahidi olarsız. Bu barədəki rəvayətlərə nəzər salsanız , bunun siz də şahidi olarsız. Məsələn, bəziləri İbn Abbasdan bir rivayət nəql edirlər ki, guya peyğəmbər (s) ona səksən şallaq vurub. Ancaq Əbu Davud Aişədən bir hədis rivayət edir ki, orda bu hadisə zamanı iki kişi, bir qadına hədd vurulub. Bir sonrakı hədisdə onların adları çəkilib. Ancaq, Abdullah bin UBeyyin adı çəkilməyib. Hətta, Qurtubinin rəyi budur ki, İbn Ubeyyə hədd vurulması eşidilməyib. Bundan əlavə, bəziləri "niyə hədd vurulmadı?" iradını müxtəlif şərhlərlə cavablandırıblar da.Təbii ki, bütün bunlar üçün siz gərək xüsusi araşdırma aparasınız. Ən azından xüsusi mövzu aça bilərsiz. Bizim mövzumuz isə bu deyil )

Halbuki şayiəni yayanların öndə gələnini cəzasız buraxıb digərlərini cəzlandırmaq daha az ağlabatan görünür.

Siz haqlı ola bilərsiniz. Ancaq bu fikriniz də müzakirə edilə bilər. Hər bir halda, bu iftira məsələsi haqqındakı ammə mənbələrində o qədər "daha az ağlabatan" məsələlər var ki, o qədər ziddiyyətli məqamlar var ki. Kİm deyir ki, onların hər yazdığı ağlabatandı? :rolleyes: Elə bircə bu məsələ barədə mənbələrində Əlinin (ə) mövqeyi ilə tanış olsanız bəlkə də dəhşətə gələrsiz. Kim deyir ki, nə yazıblarsa düz yazıblar? )

Təkrar edirəm : Biz nə isə iddia etmirik və demirik ki, nə yazıblarsa düz yazıblar. Biz bu hadisə haqqında MƏNBƏLƏRİNDƏN ÇIXAN ÜMUMİ GÖRÜNTÜNÜ sizə təqdim edirik. Məqsəd isə qeyd etdiyimiz iki hadisəni müqayisə etməkdir. Fikrimi izah edə bildimmi? )

Сообщение отредактировал N_ن_N: 20 июня 2014 - 00:06

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#14 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 20 июня 2014 - 17:21

Iftira lie hücum muxtelif sheylerdiler.Imam Eli (radi Allahu anh) gozleyirdi ki,Omer (radi Allahu anh) onun heyat yoldashini oldursun?Peygemberin (saLla Allahu aleyhi wa sallam) zovcesine hucum etseydiler,elbetde ki zovcesini mudafiye ederdi.Gozlemezdi ki hamile zovcesini öldürsünler,o da hechne etmesin.Iftira atan insani bagishlamaq ise tamam bashqa meseledir Изображение

Bismillah.

Bu məsələyə çoxsaylı cavablar verilib. Əgər vaxtınız olsa "Ömər və Ümmü Gülsümün nigahı" kitabına bir göz atarsız. Buyurun bu da LİNK.

O kitabı oxumağa vaxtınızın olmadığını nəzərə alaraq, sadəcə bir hissəni bura qeyd edirəm. İnşaAllah faydalı olar.

Növbəti misalı Hz.Muhəmmədin (s.ə.a) həyatından çəkmək istərdik. Sələfi məntiqi ilə düşünsək, belə bir sual yaranır:

«Allah Rəsulu (s.ə.a) Məkkədə yaşadığı 13 il ərzində zülmə məruz qalan müsəlmanları niyə müdafiə etmirdi?»

Peyğəmbər səhabəsi Əmmarın anası Süməyyə Kəbə kənarında İslamdan üz çevirmək tələblərinə boyun əyməyərək, Əbu Cəhlin nizə zərbəsi ilə dünyasını dəyişdi və İslamın ilk şəhidi oldu.
İbn Həcər əl-Əsqəlani özünün «əl-İsabə» kitabında yazır:

سمية بنت خباط... والدة عمار بن ياسر كانت سابعة سبعة في الاسلام عذبها أبو جهل وطعنها في قبلها فماتت فكانت أول شهيدة في الاسلام... عذبها آل بني المغيرة على الاسلام وهي تأبى غيره حتى قتلوها وكان رسول الله صلى الله عليه وسلم يمر بعمار وأمه وأبيه وهم يُعذّبون بالأبطح في رمضاء مكة فيقول صبرا يا آل ياسر موعدكم الجنة.

Süməyyə bint Xəbbat... Əmmar bin Yasirin anası İslamı qəbul etmiş yeddinci şəxs idi. Əbu Cəhl ona ölənə qədər qarın nahiyyəsinə nizə ilə vuraraq əzab verdi. O, İslamda şəhid olan ilk qadın idi. O, İslamı qəbul edərək dinindən dönmədiyi üçün Bəni-Müğeyrə ailəsi də ona ölənə kimi işgəncə verdilər. Allah Rəsulu (s) Məkkədə Əmmar və onun ana-atasına işgəncə verilməsini görmüş və belə buyurmuşdu: «Ey Yasir ailəsi! Səbirli olun, sizə cənnət vəd edilmişdir.»
Mənbə: İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyiz əs-səhabə, c.7, s.712, r.11342 (onlayn link)

Deməli, Allah Rəsulu (s.ə.a) müsəlman bir qadının Əbu Cəhl və onun kimi müşriklər tərəfindən əziyyətə düçar olduğunu görmüş və sadəcə səbr etmələrini məsləhət bilmişdir.
Məgər Allah Rəsulu (s.ə.a) dünyanın ən cəsur şəxsi deyildimi? Nə üçün müsəlman qadını müdafiə etmədi? Nə üçün qılıncı ilə Əbu Cəhlin boynun vurmadı? Allah-Təala ona bu işdə kömək etməzdimi?
Bu suala verilən cavablar nədirsə, İmam Əlinin (ə) Fatiməyə (ə) zülm edənlərə qarşı çıxmamasının, Ümmü Gülsümü Ömərə ərə verməsinin (əgər bu nigahın baş tutduğunu qəbul etsək) izahı da ondan ibarətdir.
  • qulam это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#15 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 24 июня 2014 - 21:14

Muselmanlar Mekkede zeif idiler,Ammar bin Yasirin anasi,Sumeyya bint Xayat İslami ilk qebul edenlerden idi,o vaxt muselman lap az idi,ve güc yox idi.Lakin siz dediyiviz ki,Umar Fatimeni oldurende,bu qetl ne vaxt olub?Medinede?Her halda,Peygemberin,aleyhi as salam,olumunden sonra,chunki Fatime ondan sonra vefat edib.Meger o vaxt İslam guclu deyildi mi?Muselmanlar mushrikler uzerinde qelebe chalmadilar mi?Mekkeni Feth emediler mi?Omar bu cur hereket etse idi,o an Ali Omeri bir zerbe ile yox ede bilerdi.Ozude muselmanlar o vaxt chox guclu idiler,Ebu Cehl vaxtinda kimi yox.O ki qaldi,Ummu Gulsum ve Umarin nigahina...Eger Umar kafir idi,Ummu Gulsumu ona vermek haram idi,onda nigah yox,zina alinardi,auzu biLlah.Chunki kafire momin qadini vermek haramdir.Beqere ve Mumtahana Suresinde bu haqqda deyilir :) Birde,NUN-dan sorushmak isterdim,Peygember aleyhi as salam iftira atan shexse 100 defe qamchi ile vurmadi?Delil var hansisa menbelerden?Varsa,bilmek isterdim.Chox sag olun)

#16 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 24 июня 2014 - 23:20

Muselmanlar Mekkede zeif idiler,Ammar bin Yasirin anasi,Sumeyya bint Xayat İslami ilk qebul edenlerden idi,o vaxt muselman lap az idi,ve güc yox idi.Lakin siz dediyiviz ki,Umar Fatimeni oldurende,bu qetl ne vaxt olub?Medinede?Her halda,Peygemberin,aleyhi as salam,olumunden sonra,chunki Fatime ondan sonra vefat edib.Meger o vaxt İslam guclu deyildi mi?Muselmanlar mushrikler uzerinde qelebe chalmadilar mi?Mekkeni Feth emediler mi?

ALlahu təala Qurani-Kərimdə buyurur :

"Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”

Peyğəmbərimizin (s) də buyurduğu kimi Əlinin (ə) ona (s) nisbəti Harunun (ə) Musaya (ə) nisbəti kimidir. Yaxşısı budur ki, məsələdə də Əli(ə) ilə Harunu, Əlinin(ə) düşdüyü vəziyyət ilə Harunun (ə) düşdüyü vəziyyəti müqayisə edəsiz. Əgər bir şey aydın olmasa qalanını biz izah edərik inşaAllah )

Omar bu cur hereket etse idi,o an Ali Omeri bir zerbe ile yox ede bilerdi.

Edə bilərdi, amma, etmədi. Harun (ə) da Samirini bir zərbə ilə yox edə bilərdi, amma, etmədi.

"(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum."

Vallahi, bu mübarək ayələr üzərində ciddi düşünüləcək ayələrdi. SubhanAllah!

Ozude muselmanlar o vaxt chox guclu idiler,Ebu Cehl vaxtinda kimi yox.

Yuxarıda qeyd etdiyimiz ayələrə diqqət edin.

Yuxarıda dediyimiz O ki qaldi,Ummu Gulsum ve Umarin nigahina...Eger Umar kafir idi,Ummu Gulsumu ona vermek haram idi,onda nigah yox,zina alinardi,auzu biLlah.Chunki kafire momin qadini vermek haramdir.Beqere ve Mumtahana Suresinde bu haqqda deyilir :)

1.Əvvəla, Ummu Kulsum ilə Ömərin arasında nikahın olması məsələsi mütləq deyil. Bu məsələdə bütün alimlər ittifaq etməyib.

2.Bu hadisə baş veribsə də, Ömər zahirdə İslamı qəbul etmişdi.Əslində nikah üçün bu qədəri kifayət edir.

3.Əgər baş veribsə də, bu məcburiyyət qarşısında baş verib. Lutun (ə) kafirlərə, həm də ən mundar işlərdən, ən böyük haramlardan birini görən adamlara məcburiyyət qarşısında qalaraq qızlarını verməyə razı olması kimi.

Birde,NUN-dan sorushmak isterdim,Peygember aleyhi as salam iftira atan shexse 100 defe qamchi ile vurmadi?Delil var hansisa menbelerden?Varsa,bilmek isterdim.Chox sag olun)

Xeyir uxti, mən iftira atan şəxsə 100 qamçı vurulmasını əhli-sünnə müəllimlərimdən eşitməmişəm. Nə də əhli-sünnə mənbələrində rastıma çıxmayıb. Səhabədən olan bəzilərinə hədd vurulması məsələsi var. Bu bilinən məsələdir. Ancaq iftiranı atan əsas adama, müşrik Abdullah bin Ubeyyə gəlincə. Bu barədə iki fikir var :

1. Hədd cəzası vurulmayıb.
2. Hədd cəzası vurulub.

İkinci fikir İmam Qureyşinin İbnu Abbas yoluyla nəql etdiyi rivayətə əsasən deyilir ki, guya, peyğəmbər ona 80 qamçı cəza təyin edib ( 100 yox ). Halbuki, Əbu Davudun Aişədən nəql etdiyi hədislərdən başa düşülür ki, Abdullah bin Ubeyyə cəza verilməyib. Odur ki, birinci fikir ("Hədd cəzası vurulmayıb" fikri) daha güclü fikirdir. Məşhur olan budur və araşdırmaçılar da daha çox bu fikrin üzərində dayanırlar )

Сообщение отредактировал N_ن_N: 24 июня 2014 - 23:23

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#17 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 25 июня 2014 - 17:44

Muselmanlar Mekkede zeif idiler,Ammar bin Yasirin anasi,Sumeyya bint Xayat İslami ilk qebul edenlerden idi,o vaxt muselman lap az idi,ve güc yox idi.Lakin siz dediyiviz ki,Umar Fatimeni oldurende,bu qetl ne vaxt olub?Medinede?Her halda,Peygemberin,aleyhi as salam,olumunden sonra,chunki Fatime ondan sonra vefat edib.Meger o vaxt İslam guclu deyildi mi?Muselmanlar mushrikler uzerinde qelebe chalmadilar mi?Mekkeni Feth emediler mi?Omar bu cur hereket etse idi,o an Ali Omeri bir zerbe ile yox ede bilerdi.Ozude muselmanlar o vaxt chox guclu idiler,Ebu Cehl vaxtinda kimi yox.O ki qaldi,Ummu Gulsum ve Umarin nigahina...Eger Umar kafir idi,Ummu Gulsumu ona vermek haram idi,onda nigah yox,zina alinardi,auzu biLlah.Chunki kafire momin qadini vermek haramdir.Beqere ve Mumtahana Suresinde bu haqqda deyilir Изображение Birde,NUN-dan sorushmak isterdim,Peygember aleyhi as salam iftira atan shexse 100 defe qamchi ile vurmadi?Delil var hansisa menbelerden?Varsa,bilmek isterdim.Chox sag olun)

Mən dedim axı, verdiyim suallara cavabınız nədirsə, İmam Əli (ə) barədə suallarınıza cavab da odur. NUN qardaş da bu məsələyə gözəl izah verdi. Mən sadəcə sizin cavabınızı xatırladıram.

Muselmanlar Mekkede zeif idiler,Ammar bin Yasirin anasi,Sumeyya bint Xayat İslami ilk qebul edenlerden idi,o vaxt muselman lap az idi,ve güc yox idi.

Hz.Əli (ə) da zəif idi, ətrafında çox az adam var idi. Bu məqamı yaddan çıxarmısınız.

Səhih Müslimdə yazılır:
Əlinin Fatimə həyatda ikən insanlar arasında etibarı (hörməti) var idi. Ancaq Fatimə vəfat etdikdən sonra insanların Əliyə münasibəti dəyişdi (sanki Əlini heç tanımırlarmış kimi hərəkət edirdilər). Buna görə də o, Əbu Bəkrlə uzlaşma yolunu seçdi və ona beyət etdi. (Fatimənin həyatda olduğu) o bir neçə aylıq müddət ərzində isə beyət etməmişdi. Əli Əbu Bəkrə xəbər göndərərək: "Bizə gəl", - Ömər b. əl-Xəttabın iştirakını xoşlamadığı üçün də - "lakin yanında heç kəsi gətirmə." - dedi. ..... TAM RƏVAYƏTƏ LİNK

Türkcə və ya ruscasına da baxa bilərsiniz, bizim tərcüməyə etibar etməsəniz.

Evə hücum məsələsi də məhz bu məqamda baş vermişdi. Xalqın əksəriyyətinin Əbu Bəkrə artıq beyət etdiyi və Hz.Əlini (ə) yalnız qoyduğu bir məqamda. Camaatın ona hörməti sadəcə Hz.Fatiməyə (s.ə) görə idi. Hz.Əli (ə) heç zaman sevilməyib - bu ayrı mövzudu - və bunu hətta İbn Teymiyyə də etiraf edib. Nəticə olaraq, Hz.Əli (ə) çox az adamla qalmışdı.

Vəhy evinə hücum barədə əhli-sünnədən ən səhih rəvayət barədə danışmışıq bir dəfə. Budur LİNK Hətta bu hədisin səhihliyini iki sünni alimi də etiraf edib. Birincisi BURADA, ikincisi isə BU VİDEODA. Ancaq təəssüf ki, ikincidə rəvayət təhrif edilib və necə təhrif edildiyi izah edilir.

Deyirsiniz müsəlamanlar güclü idilər, amma kimin tərəfində duranlar güclü idilər? Məsələ burasındadır.

Rəvayətdə bir məqamda var. Fatimə (ə) şəhid olandan sonra, Səhih Müslimdə yazıldığına görə Hz.Əli (ə) Əbu Bəkri çağırır, amma Ömərin gəlməyini istəmir və kitabda bu səbəb də yazılıb. Niyə görəsən Ömərin iştirakını xoşlamırdı? Nə baş vermişdi aralarında?
  • N_ن_N это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru