Əs-salamu aleykum.
İfk hadisəsində əslində diqqət edilməmiş çoxlu ibrətli məqamlar vardır. Bunu bir ayrıca mövzuda müzakirə edəcəyik inşaAllah.
Ancaq bu mövzuda məqsədimiz başqadır. Mövzumuz ifk hadisəsi haqqında danışmaq deyil, sadəcə, bir neçə sualımız olacaq və ümid edirik ki, özlərinə "sələfi" və ya "əhli-sünnə vəl camaat" deyən bəkrilər ( Əbu Bəkr tərəfdarları ) bu sualımızı cavablandıracaqlar.
Deməli, bir dəfə Aişəyə iftira atılır ki, bir kişi ilə ( Saffan bin Muattal ) ilə zina edib. BU iftiranı atanların və camaat arasında yayanların başında gələn adam münafiqlərin rəislərindən olan Abdullah bin Ubeyy olur. Bir ay söz söhbət gedir, peyğəmbər (s) bu barədə araşdırma aparır, nəticədə Allah xanım Aişə haqqında ayələr endirərək ( Nur surəsində ) ona bəraət qazandırır, bunun iftira olduğunu açıqlayır. Bundan sonra müəyyən şəxslər şallaqla cəzalandırılır. Amma, Abdullah bin Ubeyyə heç bir cəza verilmir.
Bu bəkri ( özlərinə əhli sünnə deyən Əbu Bəkr tərəfdarları ) mənbələrində keçən rivayətlərdən əldə edilən məlumatlardır. İnşaAllah, bu ifk hadisəsi başqa mövzuda ətraflı işlənəcək.
Məsələnin daha maraqlı tərəfi budur ki, sonra həmin Abdullah bin Ubeyy ölür və peyğəmbər (s) ona cənazə namazı da qılır.
İndi isə keçək suallara :
1. Necə olur ki, peyğəmbərin (s) həyat yoldaşına iftira atırlar, amma, peyğəmbər (s) iftira atanlardan bu barədə dəlil istəmir, dəlil gətirə bilmədikləri təqdirdə onlara hədd vurmur, əksinə, özü araşdırmağa başlayır ?
2. Necə olur ki, Allah həmin anda məsələni aydınlığa qovuşdurmur, bir ay gözləyir?
3. Necə olur ki, Allah ayə endirib xanım Aişəni təmizə çıxarandan sonra peyğəmbər (s) bu iftiranı uydurub, camaat içində yayanların arasında əsas fiqur olan, münafiqlərin başçılarından olan Abdullah bin Ubeyyi cəzalandırmır ,əksinə, ona cənazə namazı da qılır ?
4. Sizin yoldaşınıza iftira atıldığı zaman siz əsəbləşib iftira atandan dəlil tələb etməzsinizmi? Yoxsa, bu məsələni özünüz araşdırmağa başlayarsız? Yoxsa, bu məsələ bir ay uzansa belə, siz iftira atandan heç bir dəlil tələb etməzsiz? Yoxsa, yoldaşınızın zina etmədiyi aşkar olandan sonra əlinizdə güc ola-ola iftira atanı cəzalandırmazsız? Hətta, dünyasını dəyişsə, gedib onun üçün cənaza namazı damı qılarsız? Xahiş edirəm bu suallara səmimi cavab verin! Allah rizası üçün!
Bütün bu suallara cavab verəndən sonra Fədək məsələsini, xanım Zəhranın (s) evinə hücum məsələsini, Əlinin (ə) müəyyən səbəblərə görə qılınc çəkib savaşa bilmədiyini, zalimləri cəzalandıra bilmədiyini xatırlayın!
Bəzi elm əhli iddiasında olan cahillər "Əli qeyrətli idi. Belə şeyə necə dözə bilərdi ? Əgər həqiqətən də belə bir şey olsaydı, Əli (ə) onların ağzını cırardı..." kimi fikirlər səsləndirirlər. Qırmızı ilə işarələdiyim sözü özümdən demirəm. Məhz vahabilərin elm əhli kimi tanıdıqları məşhur əxilərindən birinin sözüdür.
Zəhranın evinə hücum məsələsində və Əlinin (ə) bu məsələyə münasibəti barədə vahabilər sual verirlər :
"Sizin xanımınıza qarşı BELƏ hərəkət edilsəydi, siz BELƏ reaksiya verərdinizmi?"
O zaman biz də yuxarıda haqqında danışdığımız İFK HADİSƏSİNİ onlara xatırladıb soruşuruq :
"Bəs sizin xanımınıza qarşı BELƏ hərəkət edilsəydi, siz BELƏ reaksiya verərdinizmi?"
Məqsədimiz heç kəsi təhqir etmək, aşağılamaq deyildir. ALlah niyyətimizi bilir! Vəssəlam!
Сообщение отредактировал N_ن_N: 15 января 2014 - 00:04