Əs-salamu aleykum.
Azdan-çoxdan mütaliəsi olan kimsə bilir ki, bir zaman 12 nəfərdən ibarət bir dəstə peyğəmbərə (s) sui-qəsd etmək istəyirlər. Müvəffəq olmurlar. Peyğəmbər (s) o sui-qəsdçilərin adını Hüzeyfəyə bildirir, amma , açıqlamamasını da ona tapşırır. Huzeyfə bin Yəmən (r.a) də bunu heç vaxt heç kəsə açıqlamır.
Bir dəfə bir nəfər ölür.Hüzeyfə onun cənazə namazına qatılmır. Ömər soruşur ki,"bu da onlardan idi?". Huzeyfə bu ölənin həmin münafiqlərdən olduğunu bildirir.Sonra Ömər "mən də onlardanammı?" deyə soruşur. Hüzeyfə "xeyr" deyib , bundan sonra bu barədə heç kəsə danışmayacağına and içir.
Ömər Huzeyfədən (r.a) "məmurlarımın arasında münafiq varmı?" deyə soruşanda, Huzeyfə bir nəfərin olduğunu deyir. Nə qədər israr edirsə də, Huzeyfə (r.a) onun adını demir.
Məqsədimiz bu məsələni ətraflı araşdırmaq deyil.
Bilinən bir şey var. Bu səhabələrin arasında 12 nəfər münafiq var idi və onların adları heç vaxt açıqlanmamışdı.
Sual :
Bəkrilər kor-koranə şəkildə "bütün səhabələri" dalətli bilib onlardan hədis nəql edirlər. Onların halını heç zaman araşdırmırlar.
Biz ondan danışmırıq ki, səhabələrin hamısı ədalətlidi ya yox. Lap tutalım ki, səhabələrin hamısı ədalətlidir. Axı, bu 12 nəfər münafiq də səhabələr arasında idilər və səhabə kimi tanınırdılar.
Tutalım bəkrilər ( özlərinə sünni deyən Əbu Bəkr tərəfdarları ) bütün raviləri düz danışan olan bir hədis nəql edirlər ki, hədisin sənədinin sonunda bir səhabənin adı və sonra peyğəmbərin (s) adı gəlir. Bu sənəddəki həmin o "bir səhabə"nin həmin o 12 münafiqdən biri olmadığı nə məlumdur ?
İnşaAllah, "sələfilər" , "əhli-sünnə vəl camaat" bu sualın ( da ) cavabını " həmişəki kimi" tutarlı bir şəkildə verib , rafizilərin növbəti "fitnə"sinin qarşısını alarlar.
Сообщение отредактировал N_ن_N: 15 января 2014 - 22:29