Перейти к содержимому


Фотография

Aralarında münafiqlərin olduğu ehtimal edilirsə...


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 33

#31 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 15 июня 2014 - 00:07

Hedis movzusu chox chetin movzudur.Chunki shieler bir hedisi qebul edirler,sunniler ise bashqa.Shieler bir cur sherh edirler,sunniler ise bashqa.Ona gore hedisler ile haqqa chatmaq olmaz,mence.Allah daha yaxshi bilir


"12 münafiq" məsələsinə gəlincə... Uxti, gəlin qısaca bu məsələlərə baxaq :

1. Səhabələrin arasında 12 münafiq var və səhabələrin hamısı ədalətli qəbul edilsə belə, sənədində səhabə olan hədisi araşdırmaq lazımdır. Çünki, həmin sənəddəki səhabə əslində səhabə yox, 12 münafiqdən biri ola bilər. Bütün sənədlərdə də səhabə olduğu üçün deməli, bütün sənədlərdəki səhabələr mütləq araşdırılmalıdır. Deməli, "bu səhabədir, adildir" deyib hədisi səhih qəbul etmək olmaz. Ammə alimləri sənədin səhabə olan hissəsinə çatanda dayanırlar, araşdırma aparmırlar ki, hamısı adildir. Adil olmuş olsalar belə, ya "adildir" dediyin heç səhabə deyil , əslində münafiqdirsə?

2. Bunu araşdırmağa cəhd eləsələr də bir şey tapa bilməzlər. Çünki, peyğəmbər (s) həmin münafiqlərin adını səhabəsi Hüzeyfə bin əl-Yəmənə (radiyəllahu anhu ) demiş, o da ömürün sonuna kimi adları heç kimə deməmiş, bu sirri özü ilə aparmışdır. Elə isə çıxış yolu nədir?)

3. Çıxış yolu əhli-beytə (ə) müraciət etməkdir, səhabələrə yox. Çünki, səhabələrin hamısı ədalətli olmuş olsa belə, aralarında münafiq var. Amma, əhli-beytin (ə) , əshabul-kisanın arasında münafiq yoxdur :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#32 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 15 июня 2014 - 00:11

Bununla bərabər uxti, hədislərin hamısına da atmaq olmaz. Ən gözəl olanı, işə mütəvatir olanlardan başlamaqdır. Ancaq, o dərəcədə mütəvatir ki, onu bütün ümmət qəbul edir. Əslində "sənədin səhih" olması və s. bunlar ən güclü dəlil deyil. Bunlar sadəcə vasitədir. Ən güclü dəlil məlumatın mütəvatir olmasıdır. Hətta, o dərəcə mütəvatir ki, sünni, şiə bütün ümmət qəbul eləsin :rolleyes: Məsələn Quranın mətni kimi. Quranın səhih sənədi varmı? :rolleyes: Yoxdur. Amma, "səhih sənəd"dən də güclü bir vasitə ilə, təvatür vasitəsilə ümmət tərəfindən qəbul edilib. Yəni, "səhihdə, zəifdə" ilişib qalmaqda fayda yoxdu :rolleyes:
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#33 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 17 июня 2014 - 21:59

Bununla bərabər uxti, hədislərin hamısına da atmaq olmaz. Ən gözəl olanı, işə mütəvatir olanlardan başlamaqdır. Ancaq, o dərəcədə mütəvatir ki, onu bütün ümmət qəbul edir. Əslində "sənədin səhih" olması və s. bunlar ən güclü dəlil deyil. Bunlar sadəcə vasitədir. Ən güclü dəlil məlumatın mütəvatir olmasıdır. Hətta, o dərəcə mütəvatir ki, sünni, şiə bütün ümmət qəbul eləsin :rolleyes:/> Məsələn Quranın mətni kimi. Quranın səhih sənədi varmı? :rolleyes:/> Yoxdur. Amma, "səhih sənəd"dən də güclü bir vasitə ilə, təvatür vasitəsilə ümmət tərəfindən qəbul edilib. Yəni, "səhihdə, zəifdə" ilişib qalmaqda fayda yoxdu :rolleyes:/>




Bəs şiə hədislərdə deyilmir ki,hədis səhihdir və ya zəif?Bilirəm,mutəvatir hədislər imam Məhdi ve İsa aleyhi as salam hədislər kimi,və s. Lakin şiələr də hədisin səhih və ya zəif olduğuna baxırlar,təkcə mutəvatir olduğuna yox.Elə deyilmi?)
  • N_ن_N это нравится

#34 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 18 июня 2014 - 00:15

Bəs şiə hədislərdə deyilmir ki,hədis səhihdir və ya zəif?Bilirəm,mutəvatir hədislər imam Məhdi ve İsa aleyhi as salam hədislər kimi,və s. Lakin şiələr də hədisin səhih və ya zəif olduğuna baxırlar,təkcə mutəvatir olduğuna yox.Elə deyilmi?)

1.Elədir ki, var bacı. Əlbbət ki, şiələr hədisin səhih və ya zəif olduğuna önəm verirlər. Hətta, buna ilk önəm verən elə şiələr olublar. Əgər bir az diqqət eləsək bunun açıq-aşkar belə olduğunu görərsiz. Məsələn,lap əvvəlki dönəmə qayıtsaq görərik ki, məhz şiələr hədisi kimdən aldıqlarına diqqət etmiş, hədisi deyənin kimliyinə, ədalətli olub-olmamasına önəm vermişlər. Ancaq ammə ( özlərinə əhli-sünnə deyən qardaşlarımız ) buna önəm verməmiş, kimsə çıxıb deyəndə ki, "mən peyğəmbərdən eşitdim ki..." yaxud "mən peyğəmbəri filan işi edəndə gördüm.." və s. bu kimi sözlərlə hansısa sözü və ya əməli peyğəmbərə (ə) aid etmişsə "səhabədir, ədalətlidir" deyib onun kimliyini araşdırmamışlar, dediklərini hədis olaraq qəbul etmişlər :rolleyes:

2.Əslində "səhabə" kateqoriyasından sonra gələnlərin araşdırılması kimi səhabə kateqoriyasının özü də araşdırılmalı idi. Əslində bütün səhabələr ədalətli deyil və bütün səhabələr cənnət əhli deyil. Bunu nə Allah deyib nə də Allah rəsulu. Bu barədə bircə dənə də olsun ayə , bircə dənə də olsun BÜTÜN ÜMMƏT TƏRƏFİNDƏN qəbul edilən səhih, sağlam hədis yoxdur. Dəlil olaraq göstərdiyiniz mübarək ayələri isə sizə izah elədik əlhəmdu lilləh. İstəsəz, sözümün təsdiqi üçün həm Qurandan, həm sünnə nəbəviyyədən daha çox dəlil gətirə bilərik biiznilləh ) Amma, lap tutalım hamısı ədalətlidir. Belə olmuş olsa belə yenə də araşdırılmalıdırlar. Çünki, aralarından kiminsə həminsə o 12 nəfər münafiqdən biri olub -olmadığını öyrənmək lazımdır )

3. Hədisin "səhih-zəif" məsələsinə gəlincə. Dediyimiz kimi, ən güclü göstərici mütəvatir olmaqdır. Məhz buna görə də etiqadi məsələlərdə məsələlər mütəvatir olmalıdır, vahih xəbər yox. Deməli, elə məsələlər var ki, həmin məsələlərdə xəbərin , hədisin SƏNƏDİ SƏHİH OLMUŞ OLSA BELƏ məzmunu dəlil olaraq götürülməz. Ancaq elə hədislər də vardır ki, SƏNƏDİ ZƏİF OLMUŞ OLSA BELƏ məzmunu huccət olaraq götürülə bilər. Bütün bunları geniş və ətraflı izah edə bilərik. Hamısının da çox tutarlı dəlilləri var. Özü də bu məsələ Ammədə də ( özlərinə sünni deyən qardaşlarımız ) Xassada da ( əsl əhli-sünnət olan şiələr ) eynidir. :rolleyes:

  • Arif это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru