Перейти к содержимому


Фотография

qelbi temiz insan olmaq


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 52

#31 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 26 Ноябрь 2009 - 01:44

Ümumiyyətlə "qəlb" islamda geniş bəhs olunan məsələlərdəndir. Amma bu haqqda geniş araşdırmaya vaxtım olmadığı üçün yalnız bildiklərimi sizinlə paylaşa bilərəm.
Beləliklə, qəlbin təmizliyi də müxtəlif mərtəbələrdə olur. Ola bilsin ki, insanın bir məqamda qəlbi təmiz olsun, digər sahədə isə natəmiz, məsələn: səxavətli və riyakar, təmizkar və təkəbbürlü, düz danışan və qeybətçi və s.

İnsanın ALLAHa imanı iki cür olur: 1. Əqli iman. 2. Qəlbi iman.
1-ci yolda insan ALLAHın varlığını əqli dəlillərlə qəbul edir, amma onun əmrlərinə təslim olmaya da bilər.
2-ci yolda isə ALLAHın olduğunu tam vücudu ilə qəbul edir və onun əmrlərinə də qəlbi ilə təslim olur.
Qəlbi iman əqli imandan daha üstündür.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#32 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 26 Ноябрь 2009 - 11:00

Imansizin yaxsi emelidense,imanlinin gunahi yaxsidir.Cun ki,imansizin emelleri gebul olunmayacag,imanlinin ise tovbe elese gunahlari bagislanar INSAALAH.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#33 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 26 Ноябрь 2009 - 11:43

Herden dushunurem ki..bendelerin temiz qelbin saf emellerine bagli olmayan (yani emeli eyri, amma ibadeti zamaninda olanlar) tam xanimlarin hicab meselesine benzeyir.

Daxili hicabi olmayan hicaba riayet edir, amma....

Derine getmek istemirem bu movzuda, insanlarin qelbine xal dusher.

Yene de Qelbleri Bilen ve Oxuyan tek ALLAHDIR.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#34 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 26 Ноябрь 2009 - 12:29

Imansizin yaxsi emelidense,imanlinin gunahi yaxsidir.Cun ki,imansizin emelleri gebul olunmayacag,imanlinin ise tovbe elese gunahlari bagislanar INSAALAH.


Əhli-beyt aəiqindən belə sözlər eşitmək çox maraqlıdır...

Şiələrin avam kütələsinin bir qrupu, Əmirəl-mömininə zahirdə də bağlı olmağı nicat tapmaq üçün yetərli hesab edirlər. Bu fikir, şiəliyin son əsrlərdəki çətinliklərinin əsas amili sayılır. Son əsrlərin dırnaqarası dərviş və sufiləri dini hökmlərə əməl edilməsini başqa yollarla təhqir edirlər. Onlar qəlbin saflığı məsələsini əllərində şüar ediblər, halbuki qəlbin həqiqi saflıq və paklığı əmələ zidd bir şey deyil, əməlin yerinə yetirilməsinin təşviq və təsdiq edicisidir.
Bunun müqabilində əməlin dəyərini həddindən artıq şişirdərək böyük günahlara mürtəkib olanı da kafir hesab edənlər meydana çıxıblar. Xəvaric belə əqidəyə malik olub. Mütəkəllimlərin bəziləri böyük günaha mürtəkib olanı nə kafir və nə də mömin hesab edir, həmin şəxsin iki mənzil arasında yerləşdiyini deyirdilər.
İndi bu nəzəriyyələrin hanısının düz olmasını araşdıraq. Görəsən ancaq etiqadın əsas olmasını vurğulayan nəzəriyyənin tərəfdarı olmaq lazımdır, yoxsa əməlin əsaslığına təkid edən nəzəriyyənin? Yoxsa burada üçüncü bir mövqe də var?
İndi iman və etiqadın dəyəri bəhsinə başlayaq
http://www.haqqyolu....=20081112022524

( Şəhid Murtəza Mutəhhəri, "İlahi Ədalət" )
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#35 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 26 Ноябрь 2009 - 13:00

"Qəlbim təmizdir" deyərək ibadət etməyən müsəlmanlar nəzərə almalıdırlar ki, onların qəlbi Peyğəmbərin (s) qəlbindən təmiz deyildir. Ancaq Peyğəmbər (s) heç vaxt bundan istifadə edərək ibadətdən imtina etməmişdir.

Bu barədə olan düşüncələriniz mənimçün çox maraqıdır



menim bu cur insanlara her defe gulerk dediyim bir soz var


Ichalatin pis gununde olsa da olar esas odur ki QELB-in temiz olsun :flowers1:
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#36 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 26 Ноябрь 2009 - 13:10

"Qəlbim təmizdir" deyərək ibadət etməyən müsəlmanlar nəzərə almalıdırlar ki, onların qəlbi Peyğəmbərin (s) qəlbindən təmiz deyildir. Ancaq Peyğəmbər (s) heç vaxt bundan istifadə edərək ibadətdən imtina etməmişdir.

Bu barədə olan düşüncələriniz mənimçün çox maraqıdır



menim bu cur insanlara her defe gulerk dediyim bir soz var


Ichalatin pis gununde olsa da olar esas odur ki QELB-in temiz olsun :)


YERI VAR... :flowers1:
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#37 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 26 Ноябрь 2009 - 17:50

Herden dushunurem ki..bendelerin temiz qelbin saf emellerine bagli olmayan (yani emeli eyri, amma ibadeti zamaninda olanlar) tam xanimlarin hicab meselesine benzeyir.

Daxili hicabi olmayan hicaba riayet edir, amma....

Derine getmek istemirem bu movzuda, insanlarin qelbine xal dusher.

Yene de Qelbleri Bilen ve Oxuyan tek ALLAHDIR.

Bacım, çox doğru yazmısız.

Bir məqam da var, biz heç kəsə deyə bilmərik ki, sən hicab bağlama, çünki sənin daxili hicabın yoxdur. Bəlkə zahiri hicab kimisə daxili hicaba gətirə bilər. Namaz da elədir. Biri çox insan günah içindədir, biz ona deyə bilmərik ki, sən təmizlən gunahlardan, sonra bashla namaza. Namaz qılır, qəbul olunub olunmayacağını Allah bilir. İnsan namazının qəbul olduğunu bilməyi, onun əxlaq-ədəbinin, cəmiyyətlə rəftarının dəyişməsindən (müsbət yöndə) bəlli olur. İnsan 10 ildi namaz qılır, amma ədəbində, rəftarında müsbət dəyişiklik yoxdursa, o namazlar insanin uzune cirpilan namazlar olacaq. Bir başqa tərəfi də var, namaz qılıb pis əxlaqından çəkinməyən insan görün namaz qılmasa nə gündə olar?

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#38 Sultan

Sultan

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 247 сообщений

Отправлено 26 Ноябрь 2009 - 18:29

Namaz onu yaxşı yöne deyismeyibse, heç qılmasaydı bele, ele heminki olacaqdı.. Çünki deyişmedi...
Mekkede bunalırsan, Medineye köçərdin...
Biz bu dünyadan hara köçək, yâ Muhammed? Yer üzünde riyâ, inkâr, xəyanət Altın dövrünü yaşayır... Diller, səhifələr, sətirlər "Ebu Leheb öldü" deyirlər. Ebû Leheb ölmedi, yâ Muhammed Ebû Cehil qit'ələr dolaşır!

#39 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 26 Ноябрь 2009 - 19:08

Namaz onu yaxşı yöne deyismeyibse, heç qılmasaydı bele, ele heminki olacaqdı.. Çünki deyişmedi...


İnsanın düşünməsi üçün şəhid Murtəza Mutəhhəri " ilahi Ədalət" kitabında çox gözəl bəhslərə toxunub..Məsələn;


Şeytanın peyğəmbərlər və məsumları tanımasının dəlili -onun belə deməsidir:
«(İblis) dedi: Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
Yalnız Sənin sadiq bəndələrindən başqa!»

Təkcə əməlləri deyil, hətta bütün vücudları Allahdan başqasından pak və azad olan sadiq bəndələrdən məqsəd, Allah övliyaları və günahlardan pak olanlardırlar. Şeytan, onları tanıyır və onların günahlardan pak olmalarına etiqad bəsləyirdi

Quran, şeytanı bütün bunları tanıyan bir varlıq kimi təqdim etdikdən sonra onu kafir adlandırır. Deməli, buradan belə məlum olur ki, təkcə tanımaq və agah olmaq kifayət etmir, yəni hər hansı bir varlığın mömin kimi tanınması üçün onun fikir və idrakının təslim olması yetərli deyil. Bunun üçün başqa bir şey lazımdır.
Quran məntiqi baxımından şeytanın bütün bu agahlıqlarına baxmayaraq, kafir hesab edilməsinin səbəbi nədir?
Cavab məlumdur. Çünki şeytanın dərk etmə qüvvəsinin həqiqəti qəbul etməsinə baxmayaraq, onun hiss və duyğuları döyüşə qalxdı, qəlbi əqlinin dərki müqabilində üsyan etdi və həqiqəti qəbul etməkdən imtina edərək təkəbbürlük göstərdi. Bəli onun qəlbi təslim olmadı.
http://www.haqqyolu....=20081112022524
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#40 Xedice

Xedice

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 29 сообщений

Отправлено 27 Ноябрь 2009 - 03:03



İnsanın ALLAHa imanı iki cür olur: 1. Əqli iman. 2. Qəlbi iman.

Qəlbi iman əqli imandan daha üstündür.

Mesel uchun Qelbi ile iman getiren(xristian.krishnait,yehudi,vahabi) eqli ile iman getiren(fasiq)-den ustundur.Sizi duz basha dushdum?

#41 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 27 Ноябрь 2009 - 09:43

Bacım, çox doğru yazmısız.

Bir məqam da var, biz heç kəsə deyə bilmərik ki, sən hicab bağlama, çünki sənin daxili hicabın yoxdur. Bəlkə zahiri hicab kimisə daxili hicaba gətirə bilər. Namaz da elədir. Biri çox insan günah içindədir, biz ona deyə bilmərik ki, sən təmizlən gunahlardan, sonra bashla namaza. Namaz qılır, qəbul olunub olunmayacağını Allah bilir. İnsan namazının qəbul olduğunu bilməyi, onun əxlaq-ədəbinin, cəmiyyətlə rəftarının dəyişməsindən (müsbət yöndə) bəlli olur. İnsan 10 ildi namaz qılır, amma ədəbində, rəftarında müsbət dəyişiklik yoxdursa, o namazlar insanin uzune cirpilan namazlar olacaq. Bir başqa tərəfi də var, namaz qılıb pis əxlaqından çəkinməyən insan görün namaz qılmasa nə gündə olar?

Логично, но таких я пока за свои годы не видела :whistling:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#42 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 27 Ноябрь 2009 - 23:47



İnsanın ALLAHa imanı iki cür olur: 1. Əqli iman. 2. Qəlbi iman.

Qəlbi iman əqli imandan daha üstündür.


Mesel uchun Qelbi ile iman getiren(xristian.krishnait,yehudi,vahabi) eqli ile iman getiren(fasiq)-den ustundur.Sizi duz basha dushdum?


Burada söhbət imanın necəliyindən deyil. Yəni iman özü də düzgün olmalıdır. Sadəcə qəlbi və əqli imanın bir-birilə müqayisəsindəndir.
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#43 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 28 Ноябрь 2009 - 00:33

"Qəlbim təmizdir","əməllərim düzdür" və s. kimi artıq məşhur ifadələr,indi binamaz əhlinin əsas şüarıdır.
Necəsə öz əməllərinə,çarəsizliklərinə bəraət qazandırmalıdırlar axı.Düzdür,razıyam ki, indi demək olar ki bir çox "namaz qılanlar" sadəcə olaraq "əyilib-durmaqla" məşğuldurlar.Yəni namazı qılım vəssalam,o zaman işlərim də düzələcək və ya mən "namaz qılanam ee" adını qazanacaqlar.Bu kimi insanlar əminəm ki,əslində namazı niyə qıldıqlarını belə bilmirlər.Namaza gələn,tədricən dinin digər buyurduqlarını da yerinə yetirər.Əbəs yerə "Namaz dinin sütunu" adlandırılmayıb.
Hər bir vəchlə namaz qılmamağa bəhanə gətirənlərə isə belə bir sual etmək lazımdır: Əgər Allah Qurani-kərimdə qəlbi təmiz,yaxşı əməl sahibi olan insanın sifətlərini bildirərkən,onun namaz əhli olmasını da qeyd edirsə,sən necə Allahın sözünü təhrif edib,"təki qəlbim təmiz olsun,namazı qılmasam da olar" deyirsən?!

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıB) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!
surə əl-Bərəqə,ayə:177


Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#44 Xedice

Xedice

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 29 сообщений

Отправлено 29 Ноябрь 2009 - 03:12



İnsanın ALLAHa imanı iki cür olur: 1. Əqli iman. 2. Qəlbi iman.

Qəlbi iman əqli imandan daha üstündür.


Mesel uchun Qelbi ile iman getiren(xristian.krishnait,yehudi,vahabi) eqli ile iman getiren(fasiq)-den ustundur.Sizi duz basha dushdum?


Burada söhbət imanın necəliyindən deyil. Yəni iman özü də düzgün olmalıdır. [Sadəcə qəlbi və əqli imanın bir-birilə müqayisəsindəndir.

Duzgun iman qelble hasil olmasi sizce uygundu yoxsa eqlle?

#45 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 29 Ноябрь 2009 - 21:00

Duzgun iman qelble hasil olmasi sizce uygundu yoxsa eqlle?


Hər ikisi ilə düzgün imana çatmaq olar. Biri elmi yoldur və dəlillərə əsaslanır. Digəri isə dəlilə qəlblə tabe olmağa və qəlbi müşahidə yolu ilə.
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#46 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 02 Декабрь 2009 - 12:12

"Qəlbi temiz olmaq" fikri tekce cahil insanalrın dindən uzaqlaşmaq üçün arqumentləri sayıla bilməz
bəzən olur ki, əhli-sunnə qardaşlarımızda belə tezislərdənmüzakirələr yetərincə istifadə edirlər.
Məsələn.
Sunni-Şiə diskusiyaları zamanı namazın hansı qaydada qılınmasını müzkirə edərkən əhli-sunnətdən olanalar çox vaxt bu fikir yada salmalı olurlar;
"Əsas qəlbimiz və niyyətimiz təmiz olsun."
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#47 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 04 Декабрь 2009 - 19:03

Herden dushunurem ki..bendelerin temiz qelbin saf emellerine bagli olmayan (yani emeli eyri, amma ibadeti zamaninda olanlar) tam xanimlarin hicab meselesine benzeyir.

Daxili hicabi olmayan hicaba riayet edir, amma....

Derine getmek istemirem bu movzuda, insanlarin qelbine xal dusher.

Yene de Qelbleri Bilen ve Oxuyan tek ALLAHDIR.

duz soze ne .Kimdende gizletseler ALLAHDAN GİZLEDE BİLMEZLER .
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#48 Huseyn_ibn_Ali(a)

Huseyn_ibn_Ali(a)

    Jundi – Soldier

  • Ibtidai
  • 9 сообщений

Отправлено 06 Декабрь 2009 - 19:55

"Qəlbim təmizdir." "Əsas Qəlbin təmizliyidir" "Mən namaz qılmasam da Allaha daha yaxınam" Qurban olum Allaha"

Bu cümlələri az eşitməmişik.Əsas da bir kəsi namaza dəvət edəndə belə cavabları eşitmək olar.Amma bunlar hamısı elmsizliyin nəticəsidir.Əgər bir insan digər bir insanı Allahın əmrinə tabe olmağa çağırırsa və bu çağırış cavabsız qalırsa o insanın qəlbinin təmizliyindən söhbət gedə bilməz.Həmin insan özünü aldadır və inandırmağa çalışır ki,qəlbi təmizdir.Amma elmini az da olsa artırsa görər ki,bu belə deyil.Bəziləri də bilərəkdən bəhanə xatirinə bu cümlələrdən istifadə edirlər.
Digər bir məsələni də nəzərdən qaçırmaq olmaz.Əgər biz bir kəsi namaza dəvət ediriksə,o zaman özümüz də həqiqi namaz qılanlardan olmalıyıq.Belə olmadıqda həmin şəxs bizi özümüzə misal göstərərək dediyimizi qəbul etməyə də bilər.Haqqı çatdırdığımız kimi,haqqa əməl də etməyimiz gərəkdir ki,sözümüz daha qüvvətli və keçərli olsun.Allah razı olsun..


#49 Aristokrat_Islamci

Aristokrat_Islamci

    Arif – Corporal

  • Murid
  • 51 сообщений

Отправлено 29 Декабрь 2009 - 21:34

Qelb insanda gozel sheydir.Onu temiz saxlamaq ise cetindir. Qelbie leke salan insanin seytanin sozlerine qulaq asmagindan aslidir. Paxilliq, nifret, tamah. Bunlarida uymamaq ucun seytanin piciltisini ve onun gozel tekliflerini redd elemek ve kifayetdir.

#50 Habib_Ibn_Mezahir

Habib_Ibn_Mezahir

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 13 сообщений

Отправлено 07 Январь 2010 - 19:58

Qəlbləri kirli olanlar namaz qılmaqla neynəyəcəklər ki ? Onda namazın bura kimi gəlməsinə səbəb qalmır.

#51 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 08 Январь 2010 - 12:27

Qəlbləri kirli olanlar namaz qılmaqla neynəyəcəklər ki ? Onda namazın bura kimi gəlməsinə səbəb qalmır.

Namaz çox vaxt insanlara təsir edir. Kim bilir, bəklə qəlbinin təmizlənməsi elə namazdan keçəcək. Amma qəlbin təmiz olub-olmamasindan asılı olmayaraq, insan namaz qılmalıdır.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#52 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 08 Январь 2010 - 12:36

Qəlbləri kirli olanlar namaz qılmaqla neynəyəcəklər ki ? Onda namazın bura kimi gəlməsinə səbəb qalmır.

Namaz çox vaxt insanlara təsir edir. Kim bilir, bəklə qəlbinin təmizlənməsi elə namazdan keçəcək. Amma qəlbin təmiz olub-olmamasindan asılı olmayaraq, insan namaz qılmalıdır.



Razıyam bacım. Commentsiz :D

#53 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 08 Январь 2010 - 12:37

Uumiyyetle ibadet elemeyen insan artiq weytana tabe olmuw insan kimi sayilir,Cunki Allah insanlari ve cinleri yaratdi ki,ona ibadet elesinler ve melun weytanda soz verdiki insanlari ibadet elemekden cekindirejeyine soz vermiwdir,ve bu gun kimse cahillikdn ve ya tenbelikden ibadet elemekden boyun qacirirsa heqiqetde weytani sevindirmiw olur,bele insaninda qelbin temizliyinden daniwmaqinin hec bir menasi yoxdur.Sozsuz insan qelben temiz olmalidir ve bu mefhumu nece anlamaqi ozude boyuk ehemiyyet kesb eleyir,qelbin temizdiyi axi nedir?? o nece olur??? Insan heqiqeten Allaha baglanmaqla qelbi temiz ola biler,bawqa hec bir yol yoxdur,ola biler insan qelben yumwaq,kovrek ve insan seven olsun,amma bu qelbin temiz olmaqi demek deyil.Menim duwuncemde qelbin temizliyi heqiq ibadetle ele gelen bir keyfiyyetdirki,insan qelben ve emelde gunahdan temizlenmiw olsun,hetta gunah fikrini bele beynine getirmesin,gelende de uzaqlawdirsin,insanlara qarwi semimi olsun ve emelleride Allaha xatir elemiw olsun.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru