Перейти к содержимому


Фотография

İmam Sadiq (Ə) Əbu Bəkr Və Ömər Haqqında Adil Rəhbərlər Olduqlarını Deyibmi?


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 30 мая 2018 - 23:23

Vəhhabinin iradı:
 Bir nəfər İmam Sadiqdən (ə) soruşdu: «Əbu Bəkr və Ömər haqqında nəzəriniz nədir? İmam (ə) buyurdu: Adil rəhbərlər idi, haqq uğrunda yaşayıb haqq uğrunda da öldülər.» Şüştəri, İhqaq əl-həqq, c.1, səh.16 Bu rəvayət bəzi kitablarda, o cümlədən Əli ibn Yunis Amilinin «əs- Sırat əl-mustəqim» kitabının c.3, səh.73-də, Seyyid Mərəşinin «Şərhu İhqaqil-həqq» kitabının c.1, səh.69-70-də, Şəhid Nurullah Tustərinin «əs-Səvarim əl-muhriqə» kitabının 155-ci səhifəsində və s. kitablarda nəql olunmuşdur. —
Vəhabilər bu hədisi paylaşır və guya ima Sadiqin (ə) bir və ikinci Xəlifə barədə yax.; fikird’ oldu]unu iddia edirlər. Amma əslində hədisə diqqət etsək həqiqət üzə çıxacaq. İlk öncə hədisin ərəbcəsini qeyd edirik:
و جاء عن الإمام السادس جعفر الصادق (ع) انه سئل عن أبي بكر وعمر رضي الله عنهما ففي الخبر " ان رجلاً سأل الإمام الصادق (ع) ، فقال : يا ابن رسول الله ! ما تقول في حق أبي بكر و عمر ؟ فقال (ع) : إمامان عادلان قاسطان ، كانا علي الحق ، وماتا عليه ، فعليهما رحمة الله يوم القيامة "
Şüştəri, İhqaq əl-həqq, c.1, səh.16
BİRİNCİ CAVAB:
Hədisin heç bir sənədi yoxdur. Sənədsiz hədisin heç bir dəyəri yoxdur. Bu hədis də Muaviyə tayfasının düzəltdiyi hədislərdəndir.
İKİNCİ CAVAB:
Hədisi yazıb tərcümə edib paylaşanlar onu düzgün tərcümə etmir və düzgün paylaşmırlar. Çünkü Ehqaqul-həqq kitabında nəql edilən hədisin əvvəlində belə bir cümlə vardır:
روي أنّه سأل رجل من المخالفين عن الإمام الصادق(ع) وقال:...
Yəni Müxaliflərdən bir nəfər, (əhli sünnədən bir nəfər) imam Sadiqdən soruşdu… (Ehqaqul-həq, c.1, s.69)
Bu da onu göstərir ki imam təqiyyə edərək əhli sünnəə münasib cavab vermişdir.
ÜÇÜNCÜ CAVAB:
Hədisin ardını da nəql etməmişlər. Hədisin davamı belədir:
İnsanlar getdikdən sonra imamın yaxın dostlarından biri o həzrətə belə dedi: Ey Rəsulullahın övladı, sizin Əbubəkr və Ömər barədəki sözünüzə təəccüb etdim. Siz Əbubəkr və Ömərin haqqında elə dediniz?
İmam Buyurdu: Bəli, dedim ki, onlar imamlardır, məqsədim bu idi ki, onlar cəhənnəm əhlinin imamlarıdırlar. Necə ki Allah taala buyurmuşdur: وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ
Biz onları (küfr və tüğyanları ilə) (Cəhənnəm) od(un)a sarı çağıran imamlar etdik. Qəsəs surəsi, ayə 41.
Dedim ki, ‘’Adilan’’ عادلان çünkü onlar haqdan üz çevirdilər. (ədl sözünün bir mənası haqdan üz çevirib bütə üz tutan deməkdir). Necə ki, Allah taala Quranda buyurur: ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ
— sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar. — Ənam 1.
‘’Qasitan’’ قاسطان dedim. (bu söz ərəbcə haqdan dönən mənasınadır, eləcə də ədl sözünün bir mənası da haqdan dönən deməkdir), məqsədim, haqdan dönəndir. Necəki Allah taala buyurmuşdur:
وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا
«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». Cin surəsi, ayə 15.
‘’Kana ələlhəqqi’’ ‘’كانا علي الحق’’ dedim çünki haqqa qarşı idilər. (علی الحق Ələl-həqqi yəni haqqa qarşı, haqqın əleyhinə idilər).
Mata ələyhi (ماتا علیه)yəni haqqa qarşı çıxaraq öldülər.
‘’Əlyhi rəhmətullah’’ ‘’عليه رحمة الله’’ yəni Allah rəsulu onların əleyhinədir, Çünkü Allah taala peyğəmbəri bir rəhmət olaraq göndərmişdir. Rəhmətdən məqsəd Rəsulullahdır. O da, onların lehinə deyil əleyhinədir.
Bu hədisdə gələn sözlər iki mənalı olduğu üçün imam Sadiq (ə) da iki mənalı sözlərlə cavab vermişdir.
Hazırladı: İlahiyyatçı C. Ağayev.
WhatsApp: +98 910 46 46 307.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru