Перейти к содержимому

Фотография

İslamda yemek medeniyyeti

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 10

#1 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 14 мая 2009 - 14:30

Salam aleykum.
Muasir dovrde Avropa sufre medeniyyetine alışmışıq. Amma unutduğumuz deyerler var.
İslam dininde yemek yemeyin edebi, süfrede özünü aparmaq ve s. Bu haqda hansi hedisler var?
Öz düşünceleriniz nelerdir?

Сообщение отредактировал Shemsi: 14 мая 2009 - 14:32

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#2 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 14 мая 2009 - 20:05

Allahın Peyğəmbəri (s):«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.»

İmam Əli (ə):«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.»

Allahın Peyğəmbəri (s):«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.»

İmam Əli (ə):«Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər.»

İmam Əli (ə):«Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.»

Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.»

İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.»[

İmam Əli (ə):«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.»

İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.»

İmam Əli (ə):«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.»

İmam Həsən (ə):«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."

İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.»

İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.» (şeytandan məqsəd mikrobdur)

İmam Kazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Küçədə-bazarda (bir şey) yeyən adam.»

əl-İxtisas:«Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.»

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#3 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 15 мая 2009 - 17:43

Ah gozel İslam, gozel din
Deyerini bilmirik. Bir gun avropalilar elle yemeye kecende, biz deyeceyik, bizde bu adet onlardan evvel var idi :blushL:
Alimler subut edibler ki, metal deyen qida mehsullarinda vitaminler parcalanir.
Allah razi olsun, gozel hedislerdi.

Сообщение отредактировал Shemsi: 15 мая 2009 - 17:44

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#4 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 15 мая 2009 - 17:51

Resulallah buyurur: "Çörəyə hörmət edin, onun hasilə gəlməyində Ərş ilə Yer arasında olan çox xalqların əməyi var"

Resulallah buyurur: "Çörəyi bıçaqla kəsməyin, onu öz əlinizlə sındırın, əcəmə müxalif olun. Əgər başqası bıçaqla kəssə, onun təqsirindən keçin."

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#5 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 19 мая 2009 - 17:26

Gündəlik yaşayış haqqında Peyğəmbər Əfəndimiz (s.a.s)dən rəvayət edilən Hədislərdən bir çoxu yemək ədəbinə aiddir. Rasulullah (s.a.s) hər işinə ALLAH Təalanın adını zikr edərək başlamağı sevərdi. Bu mübarək adətləri, yeməyə başlarkən də eyni idi. Yeməkdən əvvəl əllərini yumağı təxirə salmazdı, sağ əliylə və qarşısından yeyərdi. Başlayarkən "Bismilləh" və ya "Bismilləhir-rahmənir-rahim" deyərdi. Hz. Peyğəmbər (ə.s), yeməyə başlarkən bismillah deməyi unudan kimsənin "Bismilləhi evvelihi və axirihi" deməsini tövsiyə etmişdir.
Yemək ədəbi mövzusunda diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlər beləcə sıralana bilər:

1-Tikəni ağıza görə götürməli və yaxşıca çeynədikdən sonra udmalı;

2- Tikəni udmadıqca ikinci tikəyə əl uzatmamalı;

3- Çörəyi dişlərlə qoparmamalı;

4- Ağızda çörək varkən kimsə ilə danışmamalı;

5- Yeməyin soyudulması üçün içinə üfləməməli;

6- Başqalarını iyrəndirəcək davranışlar etməməli;

7- Başqalarının tikəsinə və yeməsinə baxmamalı;

8- Tikəni ağıza qoyarkən, başı qaba doğru uzatmamalı;

9-Yeməkdə israf etməməli, tikəni və verilən yeməyi bitirməyə çalışmalı;

10- Ağızdan bir şey çıxarmaq lazım olsa, üzü süfrədən çevirməli və o şeyi sol əl ilə etməli;

11- Qoparılan tikəni yeməklərin içinə batırarkən diqqət yetirməli, barmaqların yeməyə girməməsini təmin etməli;

12- Camaatla yemək yeyərkən, hər kəsin yeyib bitirməsini gözləməli, daha əvvəl süfrədən qalxmamalı;

13- Yeməyə əvvəl yaşca və ya mövqecə böyük olan adamın başlamasını gözləməli;

14- Küçələrdə və ayaqda çörək yeməməyə diqqət yetirilməli;

15-Çörək qırıntılarının nemət olduğunu unutmamalı və onlara lazım olan diqqət göstərilməli;

16- Yemək yemə işi bitincə allahın verdiyi bu qədər nemətlə qarşı bir şükr ifadəsi olaraq dua etməli və qısaca "Əlhəmdülillah" deməli ;

17- Yeməkdən sonra əllər yaxşıca yuyulmalı, dişlər fırça və ya misvak ilə təmizlənməlidir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#6 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 12 октября 2009 - 11:41

bu yaxınlarda Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının təntənəli açılış mərasimi keçirilib.

İslam mətbəxi nədir? nə üçün bu tədbir məhz Bakıda keçirildi?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#7 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 октября 2009 - 22:29

bu yaxınlarda Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının təntənəli açılış mərasimi keçirilib.

İslam mətbəxi nədir? nə üçün bu tədbir məhz Bakıda keçirildi?

Aaaaa? bilmirsuz? :mad: 2009-cu ildə şəhərimiz islamdan başqa nə varsa, onun paytaxtı elan olunub. Bu da tədbirlər seriyasından biri idi.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#8 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 13 октября 2009 - 17:23

bu yaxınlarda Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının təntənəli açılış mərasimi keçirilib.

İslam mətbəxi nədir? nə üçün bu tədbir məhz Bakıda keçirildi?

İslam mətbəxi halal nemətlərdən hazırlanan yeməklərdir.
Amma nəsə mənə çatmadı,İslam ölkələri qala-qala Bakıda niyə keçirilir ki?
Nəyə təəccüblənəsən,bir halda ki,halal adı ilə haram ət məhsulları satıb camaatı əməlli başlı dolayırlar.
Deyirəm şöhrət adamı day nələrə əl atmağa sürükləyir ee,heç olmasa nə isə inandırıcı bir şey uydurardılar da :rolleyes:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#9 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 20 октября 2009 - 22:28

Amma nəsə mənə çatmadı,İslam ölkələri qala-qala Bakıda niyə keçirilir ki?

Azərbaycan islam ölkəsi sayılmır ki?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#10 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 26 февраля 2010 - 21:31

Palçıq, sayılır! Azərbaycan İslam Respublikası. Xarakteristikalarını yazmağa ehtiyac yoxdur. Şeyx Qamət demişkən Azərbaycan Darul İslamdır!

#11 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 26 февраля 2010 - 21:35

Bu yaxınlarda oxumuşdum bu rəvayəti:

Şeyx Tusinin “Əmali”kitabında İmam Rza (ə) öz ata-babasından Yəhya ilə şeytanın danışığı barədə nəql etdiyi hədis yazılıbdır. Hədisin xülasəsi bundan ibarətdir: Şeytan Adəm peyğəmbərin dövründən İsa (ə) dövrünə qədər peyğəmbərlərin yanına gəlir və onlarla söhbət edirdi. Hamıdan çox Yəhya ilə danışırdı. Bir gün Yəhya onda soruşdu:

-”Səndən bir şey istəyirəm.” Şeytan dedi:

-”Sənin hörmət və məqamın mənim yanımda o qədərdir ki, hər nə istəsən yerinə yetirərəm. Yəhya dedi:

-”Adəm övladlarını saldıqların tələləri mənə göstər!” Şeytan onun təklifini qəbul etdi. Başqa bir gün xüsusi formada, çoxlu vasitələrlə və cürbəcür rənglərlə Yəhyanın yanına gəldi. Həmin vasitələlər və rənglərin mahiyyətlərini Yəhya üçün izah etdi. Yəhya ona buyurdu:

-”İndiyə qədər mənə güc gəlib qələbə çalmısanmı? “Şeytan cavab verdi:

-”Xeyr. Lakin səndə olan bir xasiyyəti mən çox sevirəm.” Yəhya soruşdu:

-”Hansı xasiyyəti?” Şeytan dedi:

-”Doyunca yemək yeyirsən və bu da sənin bəzi namazlarına, gecə ibadətlərinə mane olur.” (Bu da mənim sevinməyimə səbəb olur.) Yəhya bu sözü eşidəndən sonra dedi:

-”Mən bu saatdan Allahla əhd bağlayıram ki, onunla görüşənə qədər doyunca yemək yeməyim.” Şeytan da dedi:

-”Mən də Allahla əhd bağlayıram onunla görüşənədək heç bir müsəlmana nəsihət etməyəcəyəm.” Şeytan bunu deyib getdi və ondan sonra daha Yəhyanın yanına gəlmədi.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru