Перейти к содержимому


Фотография

Məhəmməd Füzuli


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 49

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 21 июня 2009 - 12:13

Fuzuli.jpg
Həyatı


Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.


Yaradıcılığı

Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.



Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Əsərləri
"Səhhət və Mərəz" - farsca və nəsrlə yazılmış alleqorik əsər.
"Rindü Zahid" - farsca və nəsrlə yazılmış iki baxışın dialoqu.
"Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) - şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
"Hədisi ərbəin tərcüməsi"
"Mətləül e`tiqad"


Məşhur Qəzəlləri
"Məni candan usandırdı"
"Söz"
"Olsaydı məndəki qəm"
"Yetər ey fələk"
"Tutuşdu qəm oduna"
"Pənbeyi-daği-cünun"
"Keç"
"Bəkləriz"
"Könül səccadəyə basna ayaq, təsbihə əl urma"
"Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"

wikipedia



#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 21 июня 2009 - 12:28

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəali-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?


#3 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 21 июня 2009 - 20:31

Qardaş, Allah razi olsun. Gozel movzudur.
Bildiyime gore Bayat tayfasinin soy-koku Qarabag mahalina gedib cixir. Hetta sehv etmiremse, indi de aran rayonlarindan birinde Bayat adinda kend var.
Yuxaridaki qezel Fizuliden en sevdiyim qezellerdendi. Evveller onu dünyavi eşq kimi qiymetlendirirdim. İndi yanıldığımı düşünürem.

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Düşünsek ki bu beyt bir gözele- canana hesr olunub, onda bu canan bütün aşiqlerine, derdinden xeste olanlara derman edir. Dünyevi eşqde bu mümkün deyil. Bir canan yalniz bir insana könül verib, onun derdine derman ede biler. Amma düşünsek ki canan- tek olan mebuddur ve ya ilahi qüvvedir. O mebud -Canan da bütün aşiqlerine devayi derd etmek qüdretindedir.
Her halda, bu misralarin daha kamil tehlilini verenler var. Men de fikirlerimi paylasdim.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#4 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 21 июня 2009 - 20:37

Hediqetus Suedanin elektron versiyasi lazimdi mene. Xahis edirem, kimde varsa link yerlesdirsin.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#5 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 21 июня 2009 - 20:43

Ayinədə əksim üzümə bir nəzər etdi,
Əhvalıma göz yaşı töküb didə tər etdi.

Ayinədə yox məndə olan eşqə dəyanət,
Yar ondan uzaqlaşdı, o tərki nəzər etdi.

Torpaqllara qərq eyləyəcəkdir məni qibtə,
Yarın nə üçün kuyinə konlüm güzar etdi?

Axşam mənim əhvalıma göz yaşları tökdü,
Sanki bu könül atəşi şəmə əsər etdi.

Ayinəni də görməyə qoymur məni heyrət,
Müjganına könlüm gözünü bir sipər etdi.

Öz dərdinə bir başqa əlac eylə, Füzuli,
Çox işləri dünyada səbir bisəmər etdi.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#6 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 июня 2009 - 13:25

Allah razi olsun qardaş. Əla mövzudur. Klassiklərdən ən çox sevdiyim Füzulidir. Və ən çox sevdiyim və çox oxuduğum əsəri də Leyli və Məcnundur. Ona görə yazdığım qəzəllər də Leyli və Məcnundan olacaq.


Ya rǝb, bǝlayi-eşq ilǝ qıl aşina mǝni!
Bir dǝm bǝlayi-eşqdǝn etmǝ cüda mǝni!

Az eylǝmǝ inayǝtini ǝhli-dǝrddǝn,
Yǝni ki, çox bǝlalǝrǝ qıl mübtǝla mǝni!

Olduqca mǝn götürmǝ bǝladǝn iradǝtim,
Mǝn istǝrǝm bǝlanı, çü istǝr bǝla mǝni!

Tǝmkinimi bǝlayi-mǝhǝbbǝtdǝ qılma süst
Ta dust tǝn edib demǝyǝ bivǝfa mǝni!

Getdikcǝ hüsnün eylǝ ziyadǝ nigarımın,
Gǝldikcǝ dǝrdinǝ betǝr et mübtǝla mǝni!

Mǝn qandanü mülazimǝti-etibarü cah,
Qıl qabili-sǝadǝti-fǝqrü fǝna mǝni!

Öylǝ zǝif qıl tǝnimi firqǝtindǝ kim,
Vǝslinǝ mümkün ola yetirmǝk sǝba mǝni!

Nǝxvǝt qılıb nǝsib Füzuli kimi mǝnǝ,
Ya rǝb, müqǝyyǝd eylǝmǝ mütlǝq mana mǝni!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#7 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 22 июня 2009 - 15:48

Allah sizlərdən də razı olsun!

Hediqetus Suedanin elektron versiyasi lazimdi mene. Xahis edirem, kimde varsa link yerlesdirsin.


Göstərilən kitabı tapa bilmədim elektron variantını.
Ümumiyyətlə Füzulinin yalnız 1 kitabının elektron versiyasını tapdım.
QƏZƏLLƏR

"Həiqətüs-Süəda"nı Texniki Universitetin kitabxanasından əldə etmək olar. Əxtraflı: http://www.kitab.az/...amp;seekwhat=on


#8 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 08 октября 2009 - 13:45

Məhəmməd Füzuli. Hədiqətüs-süəda
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 08 октября 2009 - 14:00

Fidan bacım, Şair qardaşım!

Hər ikinizə təşəkkür edirəm. Allah sizlərdən razı olsun.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#10 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 01 ноября 2009 - 13:24

Buraxdı xakǝ hüsnün afitabi-alǝmarayi,

Götürdü yer üzündǝn möcizi-lǝlin Mǝsihayi.

İki gözdǝn rǝvan etmiş sirişkim qamǝtin şövqi,

Əsayi-möcizi gör kim, iki bölmüş bu dǝryayi.

Bükülmüş qǝddimi, qurtarǝ gör qüllabi-zülfündǝn,

Xǝtadır, çǝkmǝsin çox bağrı çökmüş bir sınıq yayi.

Rüxün üzrǝ xǝmi-ǝbruni görmǝk istǝrǝm, ǝmma

İkǝn düşvar olur, gün var ikǝn görmǝk yeni ayi.

Şǝrabi-nabǝ, lütf et, möhtǝsib, qǝhr ilǝ çox baxma,

Mükǝddǝr qılma ǝksi-tirǝdǝn cami-müsǝffayi.

Yeddi gündür ol ayi görmǝdim, ahim şǝrarilǝ

Nola qılsam Bǝnat ün-nǝş ilǝ yeksan Sürǝyyayi.

Füzuli, ǝşk seylilǝ pǝrişan olma, sǝbr eylǝ!

Ona hǝm var ola axir, tutub durarmı dünyayi?


Сообщение отредактировал Shemsi: 01 ноября 2009 - 13:27

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#11 kvant

kvant

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 18 декабря 2009 - 00:55

Meni bu gozel foruma devet etdiyi uchun eziz qardashim Tatara teshekkur edirem.. Movlane Fizuli eserleri menim stolustu kitablarimdir...defelerle oxumusham ///amma her defe oxuyanda bu mudriklik xezinesinden nese teze bir shey goturmek nesib olur...bu xezine tukenmezdir....
fizuliniun her hansi serini , qezelinin menasini ozu uchun achmaq isteyen olsa bacardiqim qeder bolushmeye calisharam oz fikirelerimle..

#12 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 декабря 2009 - 12:34

Meni bu gozel foruma devet etdiyi uchun eziz qardashim Tatara teshekkur edirem.. Movlane Fizuli eserleri menim stolustu kitablarimdir...defelerle oxumusham ///amma her defe oxuyanda bu mudriklik xezinesinden nese teze bir shey goturmek nesib olur...bu xezine tukenmezdir....
fizuliniun her hansi serini , qezelinin menasini ozu uchun achmaq isteyen olsa bacardiqim qeder bolushmeye calisharam oz fikirelerimle..


Siz də xoş gəlmis qardaş. Əminəm ki, biliyinizdən çoxumuz bəhrələnə bilərik. Mən də Füzulini oxumaqdan yorulmuram. Elə kitablar var ki, onlar insanin kefinə görə dəyişir, Füzulidən başqa. Qəzəlləri hər bir halımız üçündür.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#13 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 06 января 2010 - 20:08

Forumda yeniyem . Ama ele gözel mövzular var ki, burdan hec ayrilmaq istemirem. Mene ele gelir ki, Füzulini sevmeyen insan az olar. Özümü taniyandan Onun eserlerini oxuyuram. Leyli ve Menunu ise ezber bilirem. İndiyenedek cixan bütün neşrleri elde etmeye calishira. En köhne variant mende 1948-ci ilde cap olunan nüsxedir. Bu eserden sevdiyim parcalari sizinle bölüşecem İnşallah


Mecnuni-Heyranın nihayeti-Heyretidir və
leyliden İstiğna ilə ğəflətidir:

Məcnun dedi: - "Ey açan mənə raz
Lütfilə qılan məni sərəfraz
Kimsən? Mənə zahir eylə adin!
Bu badiyədə nədir muradın?
Can tazələnir fəsahətindən,
Bu ləhceyi-pürməlahətindən.
Xülqi-xoşü ləfzi canfəzasən,
Böylə görünür ki. aşinasən.
Billah, nə diyardan gəlirsən?
Nə rahigüzardan gəlirsən?
Gər Lalə isən, nə dağdansan?
Vər susən isən nə bağdansan?
Şirin-Şirin təkəllümün var,
Hali dilimə tərəhhümün var.
Biganədən ummazın bu hali,
Bir ülfətdən deyil bu xali.
Bihudə deyil bu könlüm almaq,
Gəlmək başım üzrə sayə salmaq.
Əql olsa idi mənimlə həmrah,
Əhvalından olurdum agah!
Ğəm könlümü etməsəydi bitab,
Göz pərdəsi olayaydı xunab.
Ğəflət xəyalından ayrılardım,
Əlbəttə kim olduğun bilərdim.
Çün məndə yox ehtimalı idrak,
Sə söylə özün ki, kimsən ey pak?
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#14 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 06 января 2010 - 20:08

Forumda yeniyem . Ama ele gözel mövzular var ki, burdan hec ayrilmaq istemirem. Mene ele gelir ki, Füzulini sevmeyen insan az olar. Özümü taniyandan Onun eserlerini oxuyuram. Leyli ve Menunu ise ezber bilirem. İndiyenedek cixan bütün neşrleri elde etmeye calishira. En köhne variant mende 1948-ci ilde cap olunan nüsxedir. Bu eserden sevdiyim parcalari sizinle bölüşecem İnşallah


Mecnuni-Heyranın nihayeti-Heyretidir və
leyliden İstiğna ilə ğəflətidir:

Məcnun dedi: - "Ey açan mənə raz
Lütfilə qılan məni sərəfraz
Kimsən? Mənə zahir eylə adin!
Bu badiyədə nədir muradın?
Can tazələnir fəsahətindən,
Bu ləhceyi-pürməlahətindən.
Xülqi-xoşü ləfzi canfəzasən,
Böylə görünür ki. aşinasən.
Billah, nə diyardan gəlirsən?
Nə rahigüzardan gəlirsən?
Gər Lalə isən, nə dağdansan?
Vər susən isən nə bağdansan?
Şirin-Şirin təkəllümün var,
Hali dilimə tərəhhümün var.
Biganədən ummazın bu hali,
Bir ülfətdən deyil bu xali.
Bihudə deyil bu könlüm almaq,
Gəlmək başım üzrə sayə salmaq.
Əql olsa idi mənimlə həmrah,
Əhvalından olurdum agah!
Ğəm könlümü etməsəydi bitab,
Göz pərdəsi olayaydı xunab.
Ğəflət xəyalından ayrılardım,
Əlbəttə kim olduğun bilərdim.
Çün məndə yox ehtimalı idrak,
Sən söylə özün ki, kimsən ey pak?
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#15 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 06 января 2010 - 20:25

Cavabi Leyli

Leyli dedi:- "Ey qərineyi ruh
Kami dili-mübtəlayi məcruh!
Müjdə ki, zamanə verdi kamın,
Doldu meyi-işrət ilə camın,
Müjdə ki, müyəssər oldu məqsud,
Sövda ilə axır eylədin sud.
Müjdə ki, muradın oldu hasil,
Məqsudə səni həq etdi vasil.
LEYLİ MƏNƏM ARİZUYU -CANIN
Kami-dili-zarü NATƏVANIN!
Müştaqi camal idin həmişə,
Möhtaci visal idin həmişə.
Hala ki, müyəsər oldu didar,
Təqsürü-təəllül etmə zinhar!
Gör dövləti-vəslimi ğənimət,
Gəl yanıma, fövt qılma fürsət!
Dil, nəzri-visali-qamətindir!
Vər canım isə əmanətindir!
Çün düşdü məcalın, etmə ehmal,
Gəl nəzrini tut, əmanətin al!
Gər, xəstə isən mənəm təbibin!
Vər aşiq isən mənəm həbibin!
Peyvəndi gül eylə ərğavani,
Xizrə yetir abi-zindəgani!
Vər aşiqi-mübtəla deyilsən.
Məcruhi-ğəmü bəla deyilsən!
Təqlid ilə göstərib əlamət,
Qılma özünü, məni məlamət!
Bir əqlü fərasət eylə peyda,
ANCAQ, BİZİ ETMƏ XƏLQƏ RİSVA!
Ey gül, bu mənə deyilmidir nəng,
Kim olmayasan mənimlə həmrəng?!
Mən ərz edəm afitabi-rüxsar,
Sən qılmayasan hərarət izhar?
Mən cam tutam, deyim ki, "gəl al"
Sən durmayasan ayağa filhal?
İzhari -cəmalın eyləmək gül,
Bülbül görüb eyləmək təğafül?
Çox təcrübə etmişəm olur az,
Məşuqinə aşiq eyləmək naz"
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#16 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 06 января 2010 - 20:36

Bu Leyliyə Məcnunun istiğnasıdır və
İsbati-Səfayi-İmlasıdır

Məcnun dedi: - "Ey büti pərivəş!
Xaşaki -zəifə vurma atəş!
Yandırmağıma yetər xəyalın,
Yoxdur məndə taqəti-visalın.
Zinhar gətirmə, ey səmənbər,
Ayineyi-arizin bərabər.
Bir zərrəyə kim, vücud yoxdur,
Ayinədən ona süd yoxdur.
Ol gen ki, gözümdə var idi nur,
Gözdən üzünü yaşırdın ey Hur!
Hala ki, nəzarən oldu müşkil,
Durmaq nə üçün mənə müqabil?
Eşq etdi binayi-vəsli möhkəm,
Mənidə məni səninlə HƏMDƏM!
Rəf oldu bu etibari surət,
Haşa ki, olam şikari surət.
Canım gedəli bəsi zamandır,
CİSMİMDƏKİ İNDİ ÖZGƏ CANDIR!
Sənsən hala tənimdə canım,
Gözdə nurim, ciyərdə qanım!
Məndən bəri eylədin məni sən,
Ərzə kimə eyləyim səni mən.
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, ol ki var, sənsən!
daim sənə məndədir təcəlli,
Mən ğeyrdən olmuşam təsəlli.
GƏR MƏN MƏN İSƏM, NƏSƏN SƏN EY YAR?
VƏR SƏN SƏN İSƏN, NƏYƏM MƏNİ ZAR?
Çün mən olubam səninlə məmlu,
Vəhdət rəvişində xoş deyil bu,
Kim dişrədə istəyəm NİŞANIN,
BİR ÖZGƏ MƏKAN BİLƏM MƏKANIN!
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#17 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 06 января 2010 - 20:47

Əvvəl bu işi edəndə bünyad
Mən tifl idimü zəmanə ustad.
Etmişdi sənə məni müqəyyəd
Guya oxudurdu dərsi -əbcəd.
Hala qılıbam kəmal hasil,
Əbcəd səbəqin oxurmu kamil?
Çün etdi kəmalə -sərxəti-eşq,
Sərxət görüb eylərəm məşq.
Risvalığa çün mən etmişəm AD,
Sən həm bu süluki etmə bünyad.
Tut pərdeyi-ismət içrə aram,
Risvay mənəm, sən ol nikunam!
"MƏCNUN" mənə derlər əhli-aləm,
Ancaq mənədir cunun müsəlləm.
Sən olma fəsaneyi-xəlayiq,
Məcnun işi LEYLİYƏ NƏ LAYİQ?
Məcnun mənəm, ey vəfalı dildar!
Divanəliyə mənəm səzavar!
Sən eyləmə halını digərgun,
LEYLİ NƏ RƏVA Kİ, OLA MƏCNUN?!
...Rəhm et mənə ey büti-vəfadar,
Tən əhlin ağzın açma, zinhar!
Çün mən rəhü rəsmi-eşq tutdum
Namus təriqini unutdum.
Namusunu saxla hər xələldən,
Sən əql ətəyin qoyma əldən.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#18 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 18:38

BU MƏCNUNDAN LEYLİYƏ BİR NAMEYİ-İTABAMİZDİR VƏ PEYĞAMİ-ŞİKAYƏTƏNGİZDİR

Mürəbbə


Ğeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?

Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,
Qana-qana ğeyr camü-şövqünü nuş eylədin,
Varə-varə əhdü peymanü fəramüş eylədin,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?

Ğeyrə salıb mehrini bizdən sovutdun, aqibət,
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,
ƏhdlərŞ peymanlar etmişdik, unutdun, aqibət,Ş
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?

Cümrümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz ğımin çəkdik, sən etdin özgəyə ğəmxarlıq?
SİZDƏ ADƏT BUMUDUR? BÖYLƏ OLURMU YARLIQ?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#19 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 18:44

Çərx tək bədmehrlik rəsmini bünyad eylədin,
YAXŞI ADIN VAR İKƏN, DÖNDÜN YAMAN AD EYLƏDİN,
Dönə-dönə bizi ğəmnak, özgəni şad eylədin,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?

Könlümüz, minbəd, zülfünçün pərişan olmasın,
Bağrımız, ləlin həvasilə dəxi QAN olmasın,
Bivəfasən! Çeşmimiz yadinlə giryan olmasın,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?

Bədeyi vəsl ilə aldın səbrimiz, aramımız,
Olmadı bir gün visalından müyəssər kamımız,
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#20 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 16 января 2010 - 18:47

Baci sinədəftərsən! Maşallah!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#21 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 18:54

BU LEYLİNİN ANASINA VƏSİYYƏT ETDİYİDİR VƏ
DUST YADI İLƏ DÜNYADAN GETDİYİDİR


Məbudinə ərz qıldı razın,
Bildirdi könlündəki niyazın:

-"Key hakimi-ərseyi-qiyamət!
Sultani-səriri-istidamət!
Nomidilik atəşinə yandım,
Billah bu vücuddan usandım!
Çün dust yanında naqəbulam,
Billah, bu həyatdan məlulam!
Mən şəmi-şəbi-firaqi YARƏM,
Suzanü siyah RUZİGARƏM!
Yandırdı məni cəfayi-aləm,
Dinlənməzəm, ölməyincə bir dəm.
Ya rəbb, məni et fənayə mülhəq
Kim, rahi-fəna imiş rəhi-Həq!"

Pak idi, duası etdi təsir,
Filhal, mizacı oldu təğyir.
Gəldikcə ziyadə oldu dərdi,
Təblərzə fərağətin gedirdi.
Məhv oldu təb içrə ol pərivəş,
Bir şəm kimi ki, görə atəş.
Əksildi ərəqdə hüsnü tabi,
Bir gül kimi kim, gedər gülabi...
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#22 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 19:03

...Rəf etdi hicab ehtirazin,
Faş etdi anaya razin:

-"Key, dərdi-dilim dəvasi ANA!
Şəmi-əməlim ziyasi ana!
Ğəm gizləməl ilə canə yetdim,
Ta mümkün idi, təhəmmül etdim.
Hala ki, müqərrər oldu getmək,
Fərz oldu bu sirri zahir etmək.
Olsun sənə, ey zəifə, rövşən
Kim, tiği-həva həlakiyəm mən.
Cismimdə yox özgə dərd tabi,
İLLA ĞƏMİ-EŞQ İZTİRABİ.
Mən aşiqi-zarü binəvayəm,
Bir mahliqayə mübtəlayəm.
Sövdasi ilə yox oldu varım,
Keçdi həvəsilə rüzigarım,
Çox arizu eylədim cəmalın,
Bir dəm görə bilmədim visalin.
Hala gedirəm, könüldə suzi,
Əldən nə gəlir, bu imiş ruzi.
Ancaq deyiləm məni pərişan,
Ol yar ğəmində zarü giryan.
Ol həm məni-zarə mübtəladır,
Sərgeşteyi-vadiyi -bəladır.
Məndəndir onun cünuni əfzun
QEYS İKƏN OLUBDUR ADI MƏCNUN.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#23 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 19:13

Daim keçirər ğəmimdə əyyam,
bir gün ona hasil olmayıb kam.
Risvayi-zəmanə oldu məndən,
Afaqə fəsanə oldu məndən.
Bihudə deyil fəğanü-ahi,
YAXMAZMI MƏNİ ONUN GÜNAHİ?!
Mən kim, gedərəm bu xakidandan,
Dərdim bi ki, şərmsarəm ondan.

Ey munisi-ruzigarım Ana!
Ğəmxarümü ğəmküsarım Ana!
Mən dar-bəqayə əzm edəndə
Dünyayə vida edib gedəndə,
Mənsiz çəkib ahlar, fəğanlar,
Səhralara düşdüyün zamanlar
Düşsə yolun ol olan diyarə,
Ərzi-ğəmin eylə ol fikarə.
Zinahr ona olanda vasil,
Xoş kimsədir, ondan olma ğafil.
Damanını tut, rizasın istə
MƏN MÜCRİM ÜÇÜN DUASIN İSTƏ!

Ərz eylə ki: - "Ey vəfalı dildar!
Can verdi yolunda Leyliyi zar.
Eşqində yerinə yetdi lafi,
Dəvasının olmadı xilafi"
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#24 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 19:25

Söylə məni-zarü mübtəladən:
"Key eşqdə laf edən vəfadən
Xəlvətgəhi-ünsə məhrəm oldum,
Azadəvü şadü xürrəm oldum.
Sən həm gələgör, təəllül etmə,
Mən müntəzirəm təğafül etmə!
GƏR SADİQ İSƏN BU YOLDA SƏN HƏM,
SƏBR EYLƏMƏ, EYLƏ TƏRKİ - ALƏM!
Gəl kami-dil ilə olalım yar,
Bir yerdə kim, yoxdur əğyar...
Məndən səni eyləmək xəbərdar
Bismillah, əgər iradətin var!"

Çün qıldı vəsiyyətini axır,
Əzmi-səfər etdi ol müsafir,
yad eylədi yari-mehribanin,
Vəsl arzısı ilə verdi canin.
Kimdir ki, cahanda fani olmaz,
Dövri-fələkin amanı olmaz!
Dünya yeddi başlı əjdahadır,
Əndişeyi-ülfəti xətadır!

Leyli güli-gülşəni -lətafət,
Çün gördü xəzan elilə afət,
Pamali-xəzan olub bahari,
Əncamə yetişdi ruzigari.

BİÇARƏ ANASI AÇDI BAŞIN,
BAŞINDAN AŞIRDI QANLI YAŞIN.
KAFURİNİ TÖKDÜ ZƏFƏRANƏ,
SUZİ-DİL İLƏ GƏLİB FƏĞANƏ,
ÇOX AĞLADI ETDİ AHÜ -NALƏ,
AĞLAR, KİM OLURSA BÖYLƏ HALƏ!

Əlqissə tutub təriqi=matəm,
Ol vaqeəyə yığıldı aləm.
Təzim ilə tutdular əzasın,
qəbrin düzüb, qurdular binasın.
Tən oldu müqimiəərseyi xak,
Ruh oldu qərini-övçi əflak.
Şövq əhlinə qürb hasil oldu
DƏRYASINA QƏTRƏ VASİL OLDU!
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#25 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 19:33

MƏCNUNUN LEYLİNİN VƏFATINDAN XƏBƏRDAR OLDUĞUDUR
VƏ DUST YADI İLƏ DÜNYADAN GETDİYİDİR


Mehnət çəmənində gül dərənlər,
Aləmdə yaman xəbər verənlər.
Ğəm nüxsəsin eyləyəndə təhrir,
Vermişlər ona bu növ təşhir:
Kim, Zeydi-sitəmrəsideyi zar,
Ol vaqeədən olub xəbərdar,
Filhal qılıb əziməti rah,
Məcnuni həzini etdi agah:
-"Key şiifteyi-şikəstetale!
Əfsus ki, səyin oldu zaye!
İdbari-tilsimin oldu batil,
Bu məşğələdən dəxi nə hasil?!
Bazr pozuldu yığ bisatın!
Bu silsilədən kəs irtibatin!
Leyli sənə verdi zindəgani,
Sən ol baqi, ol oldu fani!
Sən sədqəsi olduğun pərivəş,
Sədqə sənə oldu, ey bəlakəş!
Əzmi-rəhi-cənnət etdi ol hur,
Firdovs məqamın etdi məmur"
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#26 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 16 января 2010 - 19:36

Baci sinədəftərsən! Maşallah!



Kimin bacısıdır ki :)

P.S. Amma həqiqətən sinədəftərdi mənim bacım. Əzbərə yazır. Maşallah, bacış. :blink:

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#27 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 19:40

Məcnun ki, xəbərdən oldu agah
Suzi ciyərilə çəkdi bir AH!
Kim ğülğüləsin həm ol zamanda
Cananı eşitdi ol cahanda...
Az qaldı ki, naləsilə dildar,
Ol xabi -əcəldən ola bidar.
Bir ləhzə bülənd olub xüruşi,
Düşdü yerə getdi əqlü-huşi.
Çün gəldi özünə, qıldı nalə
Yağdırdı xəzanı üzrə jalə...
Tənə sözün etdi Zeydə bünyad:

-"Key saqiyi -bəzmi-zülmi bidad!
Netdim sənə qəsdi-canım etdin!
Qəsdi dili-zarü natəvanım etdin!
Qıydın məni-zarü natəvanə,
Vurdun sitəm atəşini canə!
Zəhe idi məgər bu verdiyin cam,
Kim, mərg pəyamın etdi elam?
Bir murçəyə nədir bu kinə,
Fulada döyərmi abiginə?
Təsiri -sitəmdən ictinab et,
Bari bu günaha bir səvab et.
Eylət məni yar olan diyarə,
ŞƏM EYLƏ MƏNİ MƏZARİ YARƏ!"
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#28 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 19:43

Baci sinədəftərsən! Maşallah!



Kimin bacısıdır ki :)

P.S. Amma həqiqətən sinədəftərdi mənim bacım. Əzbərə yazır. Maşallah, bacış. :blink:

Axşamın xeyir bacılı ! yazıram, ama her defe de tamam başqa menalar tapıram bu setirlerde. Zövq alıram
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#29 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 19:53

Düşdü yola, oldu Zeydə həmrah,
Bir hal ilə kim, nəuzi billah.
Çün gördü məzari gülüzarin,
Düşdü vü qucaqladı məzarın.
Köysünü qılıb ləhəd kimi çak,
Mərqəd kimi saçdı başına xak.
Qəbr üzrə axıtdı qanlı yaşın,
Ləl eylədi yaşı qəbri daşın,
Yer üzün edib sirişku məmlu
Keçdi yerə ol sirişkidən su.
Oldu düri-əşki-biqərarı.
Qəbr içrə nigarının nisarı.
Göz yaşını eylədi muxatəb:

-"Key, tirə şəbi-fərağə kövkəb!
Çıxmaq sənə oldu indi vacib
Kim, oldu ol afitab ğaib!
Bir bürcü məqam tutmuş ol mah
Kim olmaz ona nəsim həmrah.
Sən durma əgər mürüvvətin var,
Gir tprağa, istə onu zinhar!
Gör qandadır ol düri yeganə,
Netmiş ona afəti zəmanə!
Pabus edibən yetir niyazım,
Bildir bu təzərrö ilə razım:

-"Key şəm nədir bu ictinabın?
Mən bəxti-siyahədən hicabın?
Cami meyi-ğəm tutanda aləm,
Həm sən içdin bu camı, mən həm.
Məst etdi səni məgər bu badə
Kim bəzmdə durmadın ziyadə?
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#30 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 16 января 2010 - 19:58

Baci sinədəftərsən! Maşallah!



Kimin bacısıdır ki :)

P.S. Amma həqiqətən sinədəftərdi mənim bacım. Əzbərə yazır. Maşallah, bacış. :flowers1:

Axşamın xeyir bacılı ! yazıram, ama her defe de tamam başqa menalar tapıram bu setirlerde. Zövq alıram



Fizulinin böyüklüyü elə ondadır da. Ona görə ədiblərimiz Fizuli orbitindən neçə yüz il çıxa bilmədilər.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru