Bu günlərdə bir məqaləyə rast gəldim. Həmin məqalənin müəllifi iddia edir ki, quya Ticaninin kitabına təkzib bir məqalə yazmışdır. Ticani Hz. Əlinin (a) məsumluğunu qeyd edəndə, məqalə müəllifi Hz. Əliyə (a) böhtan ataraq onun "xətalarını" qeyd etmişdir. Bu məsələni araşdıranda bu məqalənin müəllifi şiələrin çoxdan kı "dostu" Osman Xəmis olduğu aydın oldu. Nə isə...indi isə keçək əsas məsələyə. Əliyə (a) atılan böhtanlar:
Birinci əhli-sünnə kitablarında qeyd olunan Əlinin(r.a.) xətaları:
1. İkrimədən (rəvayət olunur), o dedi: Əli bir qövmü odda yandırdı. Bu xəbəri İbn Abbas(r.a.) eşidəndə dedi: Mən olsaydım, yandırmazdım. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:"Allahın əzabı ilə (odda) əzab verməyin"
(Buxari, "Səhih", "kitab istitadati-l-murtaddin", "bab Hükmül-mürtad", 6922)
2. ƏLi bin Əbu Talibdən rəvayət olunur. O dedi: Bir gecə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənim və Fatimənin (otağının qapısını döydü. "Namaz qılmırsınız?" deyə soruşdu. Mən də dedim:"Ya Peyğəmbər! Canımız Allahın əlindədir. Əgər bizi diriltsə (yəni yuxudan dursaq), namaza qalxarıq. Bunu eşidən Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənə bir söz demədən qayıtdı. Sonra eşitdim ki, o (səlləlləhu əleyi və səlləm) "Vay-vay" deyərək, əlini dizinə vurur və deyir (Va kənəl insanu aksara şeyən qadalə).
(Buxari, "Fathul-bari", "Kitabu-t-tahccud-tahdiru-n-nabiyyi ala giyamu-l-ləyl, 1127)
3. Rafizilər həmişə məsələ qaldırırlar ki, Fədək məsələsində Əbubəkr Fatiməni qəzəbləndiribdir. Əgər kim Fatiməni qəzəbləndirsə, Peyğəmbəri qəzəbləndirmiş olur, Peyğəmbəri qəzəbləndirən isə Allahı qəzəbləndirmiş olur.
Biz isə cavabında deyirik ki, aşağıdakı rəvayətləri oxuyun! Misvar bin Mixrimə dedi ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) minbərdə dedi:" Həqiqətən Hişam bin Muğiranın ailəsi məndən qızlarını Əli bin Əbu Talibə vermək üçün icazə istəyirlər, mən də icazə vermirəm! Və yenə icazə vermirəm. Yalnız əgər Əli qızımı(Fatiməni) boşayıb, onların qızları ilə evlənmək istəyirsə, bu başqa məsələ. Çünki qızım mənim bir parçamdır. Onu şübhəyə salan məni də salır. Ona əziyyət verən şey mənə də əziyyət verir."
(Müslim, "Kitab Fadaili-s-sahaba, 93)
Başqa bir rəvayətdə isə bunu eşidən Fatimə Peyğəmbərin yanına gələrək, dedi: Sənin qövmün deyir ki, qızlarını qəzəbləndirmisən. Amma bax, Əli Əbu Cəhlin qızı ilə evlənir.
(Müslim, "Kitab Fadaili-s-sahaba, 96)
İndi siz deyin, kimdir Fatiməni qəzəbləndirən?!
Bara bin Əzib dedi: Peyğəmbər Hüdeybiyyədə sülh müqaviləsi imzalayanda Əliyə müqaviləni yazmağı əmr etdi. O da "Məhəmməd rəsulullah" kəlməsini (sülh müqaviləsinin əvvəlində) yazdı. Müşriklər dedilər: Səni Allahın rəsulu kimi qəbul etsəydik, onda səninlə niyə vuruşurduq? Peyğəmbər də Əliyə dedi (bu kəlməni) poz! Əli dedi: Mən onu pozmaram. Peyğəmbər götürüb, öz şərəfli əli ilə pozdu.[/i[i]](Buxari, "Fathul-bari", "Kitabu-s-sülh, "bab Keyfə yaktubu həzə mə sələhə fulən", 2698) Bu rəvayəti Məclisi də qeyd etmişdir. ("Biharul-ənvar", cild 38, səh. 328)
4. Əli bin Əbu Talib rəvayət edir ki, o Peyğəmbərin yanına gəldi və Əbu Talibin öldüyünü ona xəbər verdi. Peyğəmbər dedi: Get onu dəfn et! Əli dedi: O, müşrik kimi öldü. Peyğəmbər dedi: (sənə dedim) Get onu dəfn et!
Mən(müəllif) deyirəm: Bunu ƏbuBəkr, Ömər və ya başqa bir səhabə etmiş olsaydı, (rafizilər) dərhal "Necə peyğəmbərin əmrini yerinə yetirmirlər, onlar Peyğəmbərəmi öyrədirlər?" deyərək, onları ittiham edərdilər.
5. Əli və Abbas Ömərin yanına getdilər. Abbas dedi: Ey möminlərin əmiri! Bizim işimizə hökm ver! (onlar bəni Nüdeyr qəbiləsindən alınmış qənimətin bölünməsində mübahisə edirdilər). Əli Abbası söydü.
(Buxari, "Fathul-bari","Kitabul-mağazi", "bab hədis banu-Nadir", 4033).
Əli öz əmisini necə söyür?
6. Əlidən rəvayət olunur ki, o dedi: Məndən məzi çox gələrdi. Qızının (Fatiməni nəzərdə tutur) atasının yanında olan (yüksək) məqamına görə Peyğəmbərdən (bunun hökmünü) soruşmağı utanırdım. Miqdad bin Əsvada tapşırdım, o da soruşdu. Peyğəmbər dedi: "Övrət yerini yusun və dəstəmaz alsın.
(Müslim "Səhih", "Kitəbul həyz", 17)
Rafizilər çox deyirdilər ki, Ömər müsəlmanların xəlifəsi olduğu zaman təyəmmümün hökmünü bilmirdi? Biz də deyirik: Budur, Əli bin Əbu Talib məzinin hökmünü bilmir.
İlk növbədə Xəmis "müəllim" öz kitablarına istinad edərək nəyisə təkzib etməyə çalışır, sonra isə "zəif" şiə hədislərinə istinad edərək özünü haqq tərəf kimi göstərmək istyər. Şiyə rəvayətlərinə keçməmişdən öncə, ilk növbədə helə özlərinin "səhih" saydığı hədislərə diqqət yetirək.
Сообщение отредактировал Subhani: 01 июля 2009 - 16:16