Перейти к содержимому


Фотография

Müvəqqəti nigaha tutulan mühüm iradlar


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 08 июля 2009 - 02:47

Salam Aleykum.
Bu mövzunu açmağda məqsədim son zamanlar camaat arasında Əhli-Beyt (a) məzhəbinə qarşı yeni təbliğatların qarşısını almağdır. Mövzu müvəqqəti izdivaca (nigaha) aid olduğundan, bu növ nigaha tutulan iradlardan bəhs edir. Təbii ki, mən özümüz bu cür mövzuların təfsirində müəyyən mənada elmsiz olduğumdan, daha elmi insanların kitatablarına istinad edəcəm. Aşağıda gətirdiyim şübhələr və dəlillər Höccətül-İslam vəl müslimin Seyyid Məhəmməd Nəcəfinin və İsam əl-İmadın nəzarəti altında elm-tələbəsi Zülfüqar Mikayıl (kıtabın adı "Müvəqqəti nigah. Elmi araşdırma.") tərəfindən qələmə alınmışdır.
Keçək mətləbə. Bismillah!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#2 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 08 июля 2009 - 03:02

Birinci dəlil: “Furuc” ayəsi
"Nisa" surəsinin 24-cü ayəsi mütə nikahı barəsində nazil olmuşdur. Lakin “vəlləzinə hum lifurucihim hafizun” ayəsi vasitəsi ilə nəsx olunmuşdur.
«والذین هم لفروجهم خافظون الا علی ازواجهم او ما ملکت ایمانهم فانهم غیرملومين ...»
Çünki bu ayədə buyurmuşdur ki, hər kəs zövcəsindən (həyat yoldaşından) və ya kənizindən başqası ilə yaxınlıq edərsə təcavüzkardır. Siğə olunmuş qadın nə zövcədir, nə də kəniz. Ona görə də bu iki nikahdan savayı hər hansı bir nikah haramdır. (“Əhkamul-qur’an”, Cəssas, c. 3, səh. 98, “Minhacus sünnətin-nəbəviyyəh”, c. 4, səh. 189-192)

Cavab:
Mütə nikahının nəsxini isbat etmək üçün yuxarıdakı ayəyə istinad etməyin bir neçə qüsuru vardır.
1) Quran təfsirçilərinin yekdil rəylərinə əsasən "Muminun" [1] və "Məaric" [2] surələrinin bütün ayələri [3] Məkkədə nazil olmuşdur. Amma "Nisa" surəsi Mədinədə [4] nazil olmuşdur. Burada belə bir sual meydana çıxır ki, Məkkədə nazil olmuş və “mədəni” (Mədinədə nazil olmuş) ayələrdən öncə nazil olmuş ayələr özündən sonra nazil olmuş “mədəni” ayələri necə nəsx edə bilər? Doğrudan da, bu ayəyə mütə nikahı ayəsinin nəsx olunduğunu isbatlamaq üçün istinad edənlər ya təfsir elmindən xəbərsizdirlər, ya da bilərəkdən həqiqətləri gizlətmək istəyirlər.
---------------------------------------------------------------------------------
[1] “Məfatihul-ğeyb”, c. 23, səh. 258;
“Məalimut-tənzil fi təfsiril-qur’an”, c. 3, səh. 267;
“Lobabut-təvil fi Məanit-tənzil”, c. 3; səh. 267;
“Zadul-məsir”, c. 3, səh. 254;
“Durrul-mənsur”, c. 5, səh. 2;
“Ruhul-bəyan”, c. 6, səh. 66

[2] “Ruhul-bəyan”, c. 10, səh. 153;
“Təfsirul-qur’anil-əzim”, İbn Kəsir, c. 8, səh. 234;
“Zadul-məsir”, c. 4, səh. 335;
“Əl-Kəşşaf”, c. 4, səh. 608;
“Kəşful-əsrar və idətul-irad”, c.10, səh. 223

[3] “Zadul-məsir”, c. 4, səh. 335

[4] “Təfsirul-qur’anil-əzim”, İbn Kəsir, c. 2, səh. 180;
“Məfatihul-ğeyb”, c. 9, səh. 975;
“Kəşful-əsrar və idətul-irad”, c.2, səh. 405;
“Əl-Kəşşaf”, c. 1, səh. 461;
“Zadul-məsir”, c. 1, səh.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#3 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 08 июля 2009 - 03:17

2) Mütə nikahının əleyhdarları siğə olunmuş qadını zövcə sinfindən xaric bilmiş və onu həyat yoldaşı hesab etməmişlər. Bu mətləb də qeyri-məqbuldur. Çünki siğə olunmuş qadın da kişinin zövcələrindən biridir. Əshab və tabeilərin peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etdikləri hədislərdə siğə olunmuş qadın dəfələrlə kişinin zövcəsi adı ilə yad edilmişdir. [1] Bundan əlavə, Əhli sünnədən olan görkəmli alimlər öz kitablarında mütədən söhbət açanda bu nikahı “mütə nikahı” adlandırmışlar. [2] Onlardan bəziləri hətta açıq-aydın etiraf etmişlər ki, siğə olunmuş qadın da həmçinin arvadıdır.

Zeməxşəri bu barədə yazır:
«فان قلت: هل فیه دلیل علی تحریم المتعة؟ قلت لا لانّ المنکوحة نکاح المتعة من جملة الازواج اذا صح النکاح»
“Əgər soruşsanız ki, bu ayədə mütə nikahına qadağanı isbatlayan bir dəlil var ya yox, deyərik ki, yox. Çünki mütə nikahı bağlamış qadında bu nikah növünün şərtləri ödənərsə o, həyat yoldaşlarından biri kimi hesab olur.”
[3]

Əbu Həyyan da bu haqda yazır:
«و الظاهر ان نکاح المتعة لا يندرج تحت قوله (فمن ابتغی وراء ذلک) لانها ینطلق علیها اسم زوجة»
“Zahir budur ki, müvəqqəti nikah “fəmən ibtəğa vəraə zalik” başlığına daxil olmur. Çünki siğə edən bir qadın da həyat yoldaşı adlanır.”
[4]

Bütün bunlardan sonra necə iddia etmək mümkündür ki, müvəqqəti nikah bağlamış qadın kişinin arvadı hesab edilmir?

Mümkündür, etiraz etsinlər ki, müvəqqəti nikah bağlamış qadın kişinin arvadı sayılsaydı, “talaq”, “irs” və “nəfəqə” ayələrinə də daxil olardı. Indi ki, bu ayələrə aid edilməmişdir, deməli zövcə sayılmır. Bu etirazın cavabında demək lazımdır ki, bu ayələr, yəni talaq, irs və nəfəqə ayələri sair ehkam ayələri tək "təxsis" (müəyyən məqsəd üçün ayırmaq və istisna etmək) və "təqyid"siz (qeydə almaq, qeyd etmək) deyildir. Irs və talaq ayələri mürtəd qadın haqqında "təxsis" (istisna) edilmişdir. Belə ki, bu qadın nə irs götürür nə də ərindən ayrılanda talaqa ehtiyac olur. Habelə talaq ayəsi kişi və ya qadında eyb aşkar edilən, əqdi pozmaq mümkün olan haldan da "təxsis" edilmişdir. Yəni talaq üçün hər iki tərəfin razılığına ehtiyac yoxdur və bu eyblər əqdin pozulması üçün kifayətdir. Həmçinin qadının nəfəqəsini (xərcliyini) vacib edən ayə qadın öz ərinin sözünə baxmayanda , inadkarlıq və dikbaşlıq edən hallarda istisna edilmişdir. Bu halda kişi qadının nəfəqəsini verməyə bilər. Bütün bu təxsislərlə nə üçün müvəqqəti əqd təxsisə alınmasın. [5]
---------------------------------------------------------------------------------
[1] “Sünəni-ibn Macə”, c. 1, səh. 632;
“Müsnəd Əhməd”, c. 3, səh. 405;
“Müsənnəf Əbdür-rəzzaq”, c.7, səh. 504;
“Səhihi İbn Həyyan”, c. 9, səh. 455

[2] “Şərhi məanil-asar”, c. 3, səh. 24.
“Fəthul-bari”, c.9, səh. 97;
“Şərhi Müslim”, Nəvəvi, c. 9, səh. 179

[3] “Əl-Kəşşaf”, c. 1, səh. 461

[4] “Bəhrul-mühit”, c. 7,səh 549

[5] “Əl-mizan”, c. 4, səh. 273-275



İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#4 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 08 июля 2009 - 03:25

Ikinci dəlil: "Talaq" ayəsi

Mütə nikahının müxaliflərinin mütə nikahı ayəsinin nəsx olunduğunu isbat etmək üçün irəli sürdükləri ikinci dəlil "Talaq" surəsinin birinci ayəsidir. Onların dediklərinə görə "Talaq" surəsinin bu ayəsində bir-birindən ayrılmaq istəyən hər zövc və zövcə (ər-arvad) üçün talaq nəzərdə tutulmuşdur. Mütə nikahında isə talaq yoxdur. Bununla da belə bir nəticəyə gəlmək olar ki, mütə nikahı ayəsi bu ayə vasitəsilə nəsx olunmuşdur.

يا أَيُّهَا النَّبِيُّ إِذا طَلَّقْتُمُ النِّساءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَ أَحْصُوا الْعِدَّةَ وَ اتَّقُوا اللَّهَ رَبَّكُمْ لا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَ لا يَخْرُجْنَ إِلاَّ أَنْ يَأْتينَ بِفاحِشَةٍ مُبَيِّنَةٍ وَ تِلْكَ حُدُودُ اللَّهِ وَ مَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ لا تَدْري لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذلِكَ أَمْرا.

“Ya peyğəmbər! Arvadları boşamaq istəyəndə, onları(ay başı olub, paklanıb, cinsi bir təmas qurmadıqları vaxtda) iddələrinə görə boşayın və iddəni sayın! Rəbbiniz olan Allahdan qorxun! Onları, açıq-aşkarca pis iş görməyincə evlərindən çıxarmayın! Onların özləri də çıxmasınlar. Bu, Allahın hüdududur. Hər kəs Allahın hüdudundan aşsa doğrudan da özünə zülm etmiş olur. Nə bilirsən, bəlkə Allah bundan sonra yeni bir vəziyyət yaradacaq?” [1]

Cavab:
Mütə nikahının nəsxini isbat etmək üçün bu ayəyə də istinad etmək bir neçə cəhətdən qüsurludur.
1) Əgər bu şərif ayənin nəsxini mütədəki iddə dövrünün mütləq iddə dövründən az olmasına görə qəbul etsək, deməliyik ki, nə bu ayədə, nə də digər ayələrdə bütün qadınlara eyni miqdarda iddə vacib olduğu bildirilmir. Habelə "mütə" ayəsinin "talaq" ayəsi vasitəsilə nəsxinə müvəqqəti evliliyin talağa ehtiyaclı olmadığına görə etiqad bəsləyirlər. Cavab budur ki, həmin ayə talaq hallarını nəzərdə tutmamış, hansı nikahda talaq lazım olduğunu, hansı nikah növündə talağın lazım olmadığını açıqlamamışdır. [2]

2) Mütə ayəsinin məhz bu ayə vasitəsilə nəsx olunduğuna etiqad bəsləyən kəslər bu fikirdədirlər ki, talaq hər nikahın özülüdür. Talaqsız heç bir nikah səhih deyil. Bu fikrin də yanlışlığı aydındır. Çünki kənizlə evlənəndən sonra ondan ayrılmaq üçün talaqa ehtiyac yoxdur. Talaq hökmü kəniz barəsində təxsis olunmuşdur. Habelə kişidə və ya qadında eyb tapılan hallarda bu eyblər əqdin pozulması üçün kifayət sayılır. Bu hallarda da talaq hökmü təxsis edilmiş və boşanmaq üçün iki tərəfin razılığına ehtiyac olmadan əqd öz-özünə pozulur.

3) Sözü gedən ayəni İbn Abbasdan nəql etmişlər. Güya İbn Abbas bu ayəni mütə ayəsinin nasixi (nəsx edəni) bilmişdir. Məlum deyil ki, İbn Abbas neçə ayəni mütə nikahı ayəsinin nasixi hesab etmişdir. Öncə iddia edirlər ki, İbn Abbas "Muminun" və "Məaric" surələri ayələrini bu ayənin nasixi bilmişdir. Bu dəfə isə deyirlər ki, İbn Abbas bu qənaətə gəlmişdir ki, "Talaq" surəsinin ayəsi mütə nikahı ayəsini nəsx etmişdir. Əgər mütə nikahı ayəsi "Muminun" surəsinin ayəsi vasitəsilə nəsx olsaydı, "Talaq" surəsinin ayəsi vasitəsilə nəsx edilməsinə nə ehtiyac vardı? Bundan əlavə, bu məsələ İbn Abbasın mütə nikahı barəsindəki məşhur nəzəriyyəsi ilə də uyğun deyil. Çünki keçən söhbətlərdə də isbat etdik ki, İbn Abbas ömrünün axırınadək mütə nikahını halal olduğuna etiqad bəsləmiş nadir şəxsiyyətlərdən idi. (Kitabın 1-ci fəslində bu barədə geniş bəhs edilib)

4) Nə üçün peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahının nəsxi üçün bu insanların "mütə nikahının nasixidir" deyə iddia etdikləri ayələrə istinad etməmişdir. Əgər Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bu ayələrə istinad etsəydi şübhəsiz peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri və daim o həzrətlə olan kəslər də mütə nikahının təhrimi (qadağası) üçün bu ayələlərə istinad edərdilər. Xüsusilə də mütə nikahının ən barışmaz düşmənlərindən olan Ömər bu fürsətdən vaz keçməz və bu ayələrdən mütə nikahını caiz bilənləri məğlub etmək üçün istifadə edərdi. Halbuki bunun üçün heç bir səlahiyyəti olmayan hədislərə istinad etmişlər. (Bu barədə gələcək söhbətlərimizdə daha ətraflı danışacağıq.)
Bunu da demək lazımdır ki, "Talaq" ayəsi ilə mütə nikahı ayəsi arasında olan əlaqə "nasix və mənsux" əlaqəsi deyil. Onların arasındakı müqayisə ümumi və xüsusi, mütləq və müqəyyəd arasındakı müqayisə kimidir. Belə ki, İslam hökmlərinin əksəriyyətində ümumi ünvanlar (başlıqlar) var ki, sonradan xüsusi (dairəsi kiçik olan) ünvanlar vasitəsilə təxsis almışlar. Məsələn, "Talaq" ayəsi kəniz barəsində təxsis olunmuşdur. Deməli, kəniz boşanarkən talaqa ehtiyac yoxdur. Bir halda ki, "Talaq" ayəsi ümumidir (küllidir) və kəniz barəsində talağın mövcud olmadığını bəyan etmir. Bu, mütləq və ümumi ifadələrə təqyid (qeyd) və təxsis (istisna) gətirən digər dəlillərdəndir. Habelə qabaqca müsəlman olmuş, sonradan mürtəd olan bir qadın barəsində də "Talaq" ayəsi təxsis almışdır. Beləliklə mürtəd qadın "Talaq" ayəsinə uyğun gəlmir. (Ona talaqla boşanmaq lazım deyil.) Mütə nikahı da müxtəlif dəlillərə görə talaq hökmündən istisna olunmuşdur.

Deyilənlərdən məlum oldu ki, bu ayə də mütə nikahı ayəsini nəsx edə bilməz.
-------------------------------------------------------------------
[1] - Tərcümə Rəsul İsmayılzadədəndir.
[2] - “Əl-bəyan fi təfsiril-qur’an”, səh. 315-316

Сообщение отредактировал Subhani: 09 июля 2009 - 01:04

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#5 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 10 июля 2009 - 01:58

Üçüncü dəlil: (Miras ayəsi)
Mütə nikahının nəsx olunduğunu iddia edənlər "Miras" ayəsi adlanan digər bir ayəyə də isnad etmişlər.

«وَ لَكُمْ نِصْفُ ما تَرَكَ أَزْواجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ فَإِنْ كانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصينَ بِها أَوْ دَيْنٍ وَ لَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ فَإِنْ كانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِها أَوْ دَيْنٍ وَ إِنْ كانَ رَجُلٌ يُورَثُ كَلالَةً أَوِ امْرَأَةٌ وَ لَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ واحِدٍ مِنْهُمَا السُّدُسُ فَإِنْ كانُوا أَكْثَرَ مِنْ ذلِكَ فَهُمْ شُرَكاءُ فِي الثُّلُثِ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصى‏ بِها أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ وَصِيَّةً مِنَ اللَّهِ وَ اللَّهُ عَليمٌ حَليمٌ»

“Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların etdikləri vəsiyyət (yerivə yetirilib) və ya borcu (ödəlinəndən) sonra, qoyub getdikləri malın yarısı və əgər onların uşağı vardırsa, mirasın dörddə biri sizə yetişir. Əgər sizin də uşağınız olmasa, etdiyiniz vəsiyyət (yerinə yetirildikdən) və ya borcunuz (ödəniləndən) sonra, qoyub getdiyiniz malın dörddə biri və əgər uşağınız olsa, mirasın səkkizdə biri onlara (arvadlarınıza) yetişər. Əgər irs qoyub gedən (vəfat etmiş) kişi ya qadının övladı və ata-anası olmasa, anadan doğma və atadan ögey bir qardaşı ya bacısı olsa, hər bir hissəsinə şərikdir. (Əlbəttə bi bölgü,) vərəsəyə zərər toxunmadığı halda edilən vəsiyyət (yerinə yetirilməsindən) və ya borcu (ödənilməsindən) sonradır. Bunlar Allah tərəfindəndir. Allah biləndir və həlimdir.” [1]

Onların fikrincə hər ər və arvad arasındakı irs hökmü təxsis və təqyidə (hər hansı bir qeydə) məruz qalmayan bir hökm kimi verilmişdir. Bu Quran hökmünün nəzərə alınmadığı hər hansı nikah növü səhih deyildir. Çünki ər-arvad arasında olan zövciyyət şəraiti kamil şəkildə mövcud deyildir. [2]

Cavab:
Biz bu şübhəyə cavab vermək və məsələni izah etmək üçün həmin şübhədə olan qüsurlara müxtəsər şəkildə işarə edirik.
1) Bu ki, “Mütə nikahında ər və arvad arasında irs mövcud deyil”, -hökmü şiə alimləri arasında icma ilə (yekdil rəylə) qəbul olunmuş bir məsələ deyildir. Bu məsələdə də dörd baxış vardır. Onların ən məşhuru irsin olmamasıdır. Qalan üç baxışa görə isə təsəvvür olunan şəraitdə ər və arvada mütə nikahında bir-birindən irs çatır. [3]

2) Yuxarıdakı ayələrdə də qeyd etdik ki, bu ayələrin mütə ayəsinə olan nisbəti "nəsx" nisbəti deyildir. Bu ayələrlə mütə nikahı ayəsi arasındakı nisbət ümumi və xüsusi, ya mütləq və müqəyyəddir.

3) Mütə nikahından başqa nikah növü də var ki, onda da ər və arvad arasında irs yoxdur. O cümlədən öz malikindən (sahibindən) digəri ilə evlənən kəniz barəsində bunu demək olar ki, (bütün fəqihlərin fikrincə) bu növ nikahda irs hökmü "təxsis" edilmişdir. [4] Habelə ərini qətlə yetirən qadına da irs düşmür. Irs ayəsinin hökmü bu qadın kimiləri barəsində də "təxsis" olunmuşdur. Bütün bu hallarla yanaşı mütə nikahının da irs ayəsindən təxsis olunmasının nə eybi vardır? İbn Şəhr Aşub və digər alimlər [5] də bu həqiqəti təsdiqləmişlər. O, demişdir:
«ان فقد المیراث لیس علامة لفقد الزوجیة لان الزوجة الذمیة و الامة و القاتلة لا یرثن و هن زوجات»

“Irsin olmaması zövciyyətin (ər-arvad olmağın) aradan qalxması demək deyil. Çünki zimmi [6] həyat yoldaşı, kəniz və ərini qətlə yetirən qadına irs düşmür. Bir halda ki, bunlar hayat yoldaşı sayılırlar.” [7]

4) Mütə nikahının nəsxini bu nikah növündə kişi və qadın arasında irsin olmamasından istifadə edərək iddia edən şəxslər, özləri bir hədisə istinad etmişlər ki, bu hədisin məzmununa əsasən Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) arvadları və övladlarına o həzrətdən irs yetişmir. Bu minvalla Peyqəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcələri də gərək o həzrətin həyat yoldaşları sayılmasınlar. Onların fikrincə, zövcə əgər zövcədirsə, ərindən ona irs yetişməlidir.

Bu sahədə müzakirələrdən sonra aydın oldu ki, həmin ayə də qətiyyən mütə nikahı ayəsini nəsx edə bilməz.
-------------------------------------------------------------------------------------------
[1] - “Nisa”, ayə 12, Tərcümə Rəsul İsmayılzadədəndir.
[2] - “Əhkamul-qur’an”, Cəssas, c. 3, səh. 99
[3] - “Cəvahirul-kəlam”, c. 30, səh. 193
[4] - “Əl-məsailus-sağaniyyə”, səh. 100
[5] - “Əl-intisar”, səh. 275, “Məsalikul-əfham”, c. 7, səh. 469.
[6] - Yəhudi, xristian və bu kimi kitab əhli sayılan, İslam ictimaiyyətinin qanunlarına riayət edəcəklərinə öhdəlik verməklə İslam höküməti tərəfindən himayə və əmniyyət baxımından təmin olunaraq müsəlman ölkəsində yaşayan insanlar nəzərdə tutulur. (tərcüməçi)
[7] - “Zəvacul-müt’ə”, c. 1, səh. 228

Сообщение отредактировал Subhani: 10 июля 2009 - 02:00

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#6 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 09 октября 2009 - 03:17

Bir yazının linki də məndən ərməğan:
Mütə ilə zinanın fərqi
http://islammektebi....p...1&writer=77
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru