Nasibilik kufrdur?
#1
Отправлено 12 июля 2009 - 15:34
Nasibilik nedir?
kufrdur?
kimlerdir nasibiler?
P.S: bu movzuda henbeli nikinin chox aktiv olmasini xahish edirem.
#2
Отправлено 12 июля 2009 - 20:20
Nəsibilər- açıq-aşkar Əhli-Beyti lənətləyənlərdir.
Əhli-beytin fəzilətlərindən xəbərdarsınızsa,onda bilməlisiniz ki, Quran və Peyğəmbər (s.ə.v.s.) buyurur:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
«Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Əhzab-33)
ذَلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُ فِيهَا حُسْنًا إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
«Ey Peyğəmbər, müsəlmanlara söylə ki, mən sizdən peyğəmbərlik yolunda çəkdiyim zəhmətlərin qarşısında Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm. Hər kəs yaxşılıq edərsə, biz də onun yaxşılıqlarını artırarıq.»
( Şura surəsi, ayə 23)
Həmçinin, Allah-taala onlara gündə beş vaxtda qılınan namazda salavat göndərməyi vacib etmiş, onların adını həzrət Peyğəmbərin (s) adı ilə yanaşı gətirmişdir. Allah-taala Qur᾽ani-kərimdə buyurub:
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
«Şübhəsiz Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. (Siz də) ona (Peyğəmbərə) salavat və salam göndərin.» (Əhzab surəsi, ayə 56) Müsəlmanlar həzrət Peyğəmbərdən (s) hansı şəkildə ona salavat göndərmələrini soruşanda, onlara bu qaydada salavat göndərməyi öyrətdi: «Deyin: Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat göndər, necə ki, İbrahim peyğəmbər və onun övladına salavat göndərdin. Sən həqiqətən yüksək və ibadət olunmuş varlıqsan.» Deməli, ümmətin içərisində bu xüsusiyyətlərə malik olan ayrı heç bir kimsə yoxdur. Elə buradan da Əhli-beytin (ə) əzəmət və məqamları, onları sevməyin vacibliyi və onlara tabe olub getdikləri yol ilə getməyin bütün müsəlmanlara lazım olduğu mə᾽lum olur.
Bu və digər Allahın mübarək kəlamları olan ayələrdən görünür ki, Əhli-beyti lənətləmək yox,sevmək lazımdır.
Nəsibilər isə,Allahın sözlərinə qarşı çıxıb,Əhli beyti lənətləyirlər.
İndi özünüz nəticə çıxardın,nəsibilər küfr əhlidirmi ya yox.
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#3
Отправлено 12 июля 2009 - 21:32
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#4
Отправлено 12 июля 2009 - 22:33
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir. Necəki rafizilər səhabələrə qarşı düşmənçilik edir və onların etmədiklərini onların adlarına yapışdırırlar.
#5
Отправлено 12 июля 2009 - 22:57
Əhli-sünnət alimlərindən bunu kimlər deyib?Əhli-sünnətə görə nasibilik küfrdür.
#6
Отправлено 12 июля 2009 - 23:36
Əhli-sünnətə görə nasibilik rafizilik kimi küfrdür.
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir. Necəki rafizilər səhabələrə qarşı düşmənçilik edir və onların etmədiklərini onların adlarına yapışdırırlar.
Nəsibilik və Rafizilik eynidir?
Allah Quranda və Peyğəmbərin çağırışlarında Əhli-beytin məqamını uca tutub,bizlərə səhabələri deyil, Əhli-beyti sevməyi buyurubsa, və haqq yoldan azmamamız üçün onları dəfələrlə yol göstərən təyin edibsə,onda biz Allahın sözlərini uca tutub səhabələrin deyil Əhli-beytin ardınca gediriksə Rafizimi adlanırıq?
Əgər hə, onda Əhli-beyti sevməyən və onlara açıq lənət deyən Nəsibiliklə, Əhli-beyti sevən Rafiziliyin nə əlaqəsi var?
Nəsibilik və Rafizilik bir-birinə əks istiqamətdir,və bu gün kimi aydındır.
Birdə,Qeyri-şiə təriqətlərinin birinin başçısı olan Şafei öz şe᾽rində belə məzmunda deyir: «Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm.
Həmçinin, Şafei öz şe᾽rində o dövrdə Əhli-beytin (ə.) düşmənlərinə Peyğəmbərin (s.) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir: «Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Qur᾽an və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Qur᾽anda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mə᾽nasızdır.)
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#7
Отправлено 13 июля 2009 - 00:10
hənbəliƏhli-sünnətə görə nasibilik rafizilik kimi küfrdür.
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir. Necəki rafizilər səhabələrə qarşı düşmənçilik edir və onların etmədiklərini onların adlarına yapışdırırlar.
fəthin sözünə əlavə olaraq bunada cavab yaz zəhmət deyilsə
əlini söyən insan, sizin alimlərivizə görə mütləq kafidir ,yoxsa ümümən kafirdir ?
yəni kim belə desə kafirdir,ancaq konkret adama gələndə isə şərtlər tətbiq olunmalıdı ?
misal üçün üzrlərin 1-2 sini deyim
1.dəli olmalı
2.əliyə lənət oxuyan insanı ola bilsin ki, aladadıb deyiblər ki,əli özünü peyğəmbər elan edib,və həmən insan bu səbədən ona lənət oxuyur ve sair
3.qohumlarını öldürdüyü üçün ,özünü saxlaya bilməyib lənət oxuyan ,bu dakı sonradan tövbə tələb eleyir,əgər əlinin fəzilətindən xəbərdardısa,
yəni əlinin elədiyi küfrü gətirməlidi,və o küfürdə doğurdanda küfür sayılmalıdır,yəni xəvariclərin gətiridiyi dəlillər kimi yox !əks halda əlini kafir sayan insan özü kafir olur
4.....
Сообщение отредактировал ahmed: 13 июля 2009 - 00:11
#8
Отправлено 13 июля 2009 - 00:59
1. "Düşmənçilik" dedikdə nəyi nəzərdə tutursan?Əhli-sünnətə görə nasibilik rafizilik kimi küfrdür.
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir.
2. 4 xəlifənin hər biri, sizin əqidəyə görə dövrün imamları olublar. Onlara qarşı çıxan insan nə hökmündədir?
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#9
Отправлено 13 июля 2009 - 11:10
والنصب، بغض علي وتقديم غيره عليه
Bax: Muqedimeyi Fethul Bari seh 460
"Nsibilik, (Yəni) Əliyə buğz etmək və başqasını (Müaviyəni)ona müqəddəm etməkdir."
«لبيــــــــك خــــــــامنئي »
#10
Отправлено 13 июля 2009 - 12:50
Əhli-sünnətə görə nasibilik rafizilik kimi küfrdür.
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir. Necəki rafizilər səhabələrə qarşı düşmənçilik edir və onların etmədiklərini onların adlarına yapışdırırlar.
Sən nasıbıləri və xəvaricləri (qardaşlarınızı) müdafiə etməkdə gücən! Çünki ulularınız onlari ravı kimi başlarına tac ediblər. Onların məhəbbətini həqiqət me`yarı kimi götürüblər. Buxari mövzusunda inşaALLAH geniş yazacam.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#11
Отправлено 13 июля 2009 - 19:40
Həzrəti Əlini qaldırıb peyğəmbər səviyyəsinə qoymaq isə küfrdür. Çünki bilirik ki, peyğəmbəri - salləllahu aleyhi va səlləm - söymək qeydsiz-şərtsiz insanı kafir edir. Ona görə də eyni sualı Həzrəti Əli haqqında soruşmaq onu peyğəmbər səviyyəsinə qədər qaldırmaqdır. Dəliliyə gəldikdə isə, dəlinin heç bir əməlinə görə ona günah yazılmır.
#12
Отправлено 13 июля 2009 - 21:42
Munafiq sehabe deyil biz munafiqlere qarshiyiq.Baxmayaraq ki zahiren pakdir.Ta o vaxtadekki kufr sayilan bir sozu ve emeli olmamish olsun.Əhli-sünnətə görə nasibilik rafizilik kimi küfrdür.
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir. Necəki rafizilər səhabələrə qarşı düşmənçilik edir və onların etmədiklərini onların adlarına yapışdırırlar.
Сообщение отредактировал Mumin: 13 июля 2009 - 21:44
#13
Отправлено 13 июля 2009 - 21:42
hənbəliƏhli-sünnət bu məsələdə Həzrəti Əli ilə Həzrəti Əbu Bəkr arasında fərq qoymur. Hər ikisini söymək, hər ikisinə qarşı düşmənçilik etmək nifaqdır. Bu əhli-sünnətin görüşüdür.
Həzrəti Əlini qaldırıb peyğəmbər səviyyəsinə qoymaq isə küfrdür. Çünki bilirik ki, peyğəmbəri - salləllahu aleyhi va səlləm - söymək qeydsiz-şərtsiz insanı kafir edir. Ona görə də eyni sualı Həzrəti Əli haqqında soruşmaq onu peyğəmbər səviyyəsinə qədər qaldırmaqdır. Dəliliyə gəldikdə isə, dəlinin heç bir əməlinə görə ona günah yazılmır.
əlini heç bir əsasız kafir sayan insanın hökmü nədir ?
yəni kimsə kiməsə deyir ki, əliyə kafir de, o da deyir.
birdəki,nahaq yerə tələsdin,qeydsizşərtsiz sözünü kopyaladın,unudma kı ,kimsə ikrah altında bunu edə bilər, və ya içkili vəziyyətdə,
bunlar hamısı maneilərdi.Peyğembərdən sas qabaq ,allaha bilməməzlik üzündən şərik qoşmaqda insanı islamdan çıxardır,
düzdür burda da üzrlər daxildir,ancaq cahilliy üzr sayılmır
#14
Отправлено 14 июля 2009 - 16:10
Çox gözəl. Onda sualları gözlə...Əhli-sünnət bu məsələdə Həzrəti Əli ilə Həzrəti Əbu Bəkr arasında fərq qoymur. Hər ikisini söymək, hər ikisinə qarşı düşmənçilik etmək nifaqdır. Bu əhli-sünnətin görüşüdür.
Həzrəti Əlini qaldırıb peyğəmbər səviyyəsinə qoymaq isə küfrdür. Çünki bilirik ki, peyğəmbəri - salləllahu aleyhi va səlləm - söymək qeydsiz-şərtsiz insanı kafir edir. Ona görə də eyni sualı Həzrəti Əli haqqında soruşmaq onu peyğəmbər səviyyəsinə qədər qaldırmaqdır. Dəliliyə gəldikdə isə, dəlinin heç bir əməlinə görə ona günah yazılmır.
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#15
Отправлено 14 июля 2009 - 16:52
Əhli sünnətin hz Əli ilə ƏbuBəkrə fərq qoymamasınl məziyyət bilirsiz. Amma bir şeyi nəzərinizə çatdırım ki, bütün dünya müsəlmanlarl namazda Əhli Beytə salam göndərir. Göndərməsə namazl batildir, Quran da Əhli Beyt məhəbbətini vacib buyurur, Əbu Bəkrin məhəbbətini yox. Siz elə fərq qoymursuz ki, hidayət olmursuz dogru yola!Əhli-sünnət bu məsələdə Həzrəti Əli ilə Həzrəti Əbu Bəkr arasında fərq qoymur. Hər ikisini söymək, hər ikisinə qarşı düşmənçilik etmək nifaqdır. Bu əhli-sünnətin görüşüdür.
Həzrəti Əlini qaldırıb peyğəmbər səviyyəsinə qoymaq isə küfrdür. Çünki bilirik ki, peyğəmbəri - salləllahu aleyhi va səlləm - söymək qeydsiz-şərtsiz insanı kafir edir. Ona görə də eyni sualı Həzrəti Əli haqqında soruşmaq onu peyğəmbər səviyyəsinə qədər qaldırmaqdır. Dəliliyə gəldikdə isə, dəlinin heç bir əməlinə görə ona günah yazılmır.
hz Əlini heç bir cəfəri şiəsi özbaşına peyğəmbər səviyyəsinə qoymur. Peyğəmbəer özü hz Əlıiyə belə buyurur:Sənin mənə olan nisbətin,Harunun Musaya olan nisbəti kimidir. Hələ üstəlik iddia edirsiz ki,sünnə əhlisiz.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#16
Отправлено 14 июля 2009 - 19:16
#17
Отправлено 14 июля 2009 - 19:21
Bu birinci cahilliyindir..bütün dünya müsəlmanlarl namazda Əhli Beytə salam göndərir. Göndərməsə namazl batildir,
İkincisi isə siz salavat göndərdiyiniz əhli-beyti özünüz ən pis şəkildə söyürsüz, onları kafi sayırsız...peyğəmbərin xanımlarına dil uzadan əhli-sünnə deyil, şiələrdir...
Halbuki salavatda deyirik: "İbrahimə və İbrahimin ailəsinə salət etdiyin kimi Muhammədə və onun ailəsinə də salət elə!" İbrahimin ailəsinə onun zövcəsi də daxildir və bu, Quran ayəsi ilə sabitdir, necəki mələklər Saraya əhli-beyt adı ilə müraciə etmişdir. Eyni şey Peyğəmbərin ailəsinə də aiddir. Siz isə Peyğəmbərin ailəsini söyür və Həzrəti Əlinin ailəsini xüsusiləşdirirsiz.
Allahdan qorxun!
Сообщение отредактировал hənbəli: 14 июля 2009 - 19:22
#18
Отправлено 14 июля 2009 - 21:56
Bu birinci cahilliyindir..
İkincisi isə siz salavat göndərdiyiniz əhli-beyti özünüz ən pis şəkildə söyürsüz, onları kafi sayırsız...peyğəmbərin xanımlarına dil uzadan əhli-sünnə deyil, şiələrdir...
Allahdan qorxun!
Bir az təmkinli olsanız Cahilliyin nədən ibarət oldugu sizə aydın olar.
Tarixdə " Cəməl" adlana müharibənin baiskarlari ( 10 minlerle müsəlman qani axidildi) kimlər idi??
Həmin tarixin qara səhifəsini agartmaq üçün Əhli-sunnə uləmalari hansı fətvanin üzərində icma etdilər??
(Tərəflərdən birinə bir savab, digərinə iki savab.) Bu cahillik deyil bəs nədir??
Hz. Ebu Bekir'in Hilafetini Ve Sahabiliğini İnkâr.Əhli-sünnət bu məsələdə Həzrəti Əli ilə Həzrəti Əbu Bəkr arasında fərq qoymur. Hər ikisini söymək, hər ikisinə qarşı düşmənçilik etmək nifaqdır. Bu əhli-sünnətin görüşüdür
Yine Konevî diyor ki: bir kimse Hz. Ebû Bekir ile Hz. Ömer'in halifeliklerini inkâr etse kâfir olur. Ben derim ki, bunun sebebi hilâfetin icma ile sabit bulunması olsa gerektir. Yahut Hz. Ebû Bekir'in halifeliği Hz. Peygamber'in işareti ile sabittir. Hz. Ömer'inki ise Hz. Sıddîk'in nasb etmeye işareti ile sabit olmuştur. Hz. Osman ile Hz. Ali'nin halifelikleri böyle değildir. Bunların halifeliğinde icma yoktur, Hz. Ebû Bekir'in sahabeliğini inkâr eden, Kur'an nassını inkâr etmiş olacağı için kâfir olur. Çünkü Allah Teâlâ onun hakkında şöyle buyuruyor :
“Hz. Peygamber ile Hz. Ebû Bekir mağarada iken Hz. Peygamber arkadaşına, üzülme. Allah bizimle beraberdir, diyordu.”[563]
(Fıkh-ı Ekber Şerhi Aliyyül-Kari )
Сообщение отредактировал palchiq: 14 июля 2009 - 21:57
#19
Отправлено 15 июля 2009 - 04:46
Allah yalançıya lənət etsin! Biz sizin kimi hər bir münafiqə, cahilə səhabə donu geyindirib müdafiə etmirik. Allahdan siz qorxmalısız ki, onların əmmələrini dəstəkliyərək onlara şərik olursuz. Qaldı ki, Peyğəmbərin (s) bəzi zövcələrinə. Sən Peyğəmbərin (s) zövcələrinə irad tutmağı cahillik kimi qiymətləndirirsən? Rafizilik sayırsan? Qurani Kərimdə Allah nəinki bizim Peyğəmbərin (s) bəzi zövcələrinə (misal üçün, Aişə və Həfsəni) şiddətlə danlayır, hələ digər peyğəmbərlərdən bəzilərinin zövcələrinin də kafir kimi dünyadan getdiyi bildirir. Tənqidnən təhqirin fərqinə varanda gələrsən. Sizə görə sabit olunmuş hökmə qarşı çıxmaq "ictihad" adlanan da, biz bunu tənqid edirik. Siz tarixi "ört-bastır" edəndə, hər şeyin fitnə olub, bütün səhabələrə məsumiyytə donu geyindirən də, biz tarixi araşdırıb haqqı axtarırıq. Amma inadkarnan nə danışasan. Danışası olsaydı helə Peyğəmbər (s) Əbu Cəhl kimilərnən danışardı da...Bu birinci cahilliyindir..bütün dünya müsəlmanlarl namazda Əhli Beytə salam göndərir. Göndərməsə namazl batildir,
İkincisi isə siz salavat göndərdiyiniz əhli-beyti özünüz ən pis şəkildə söyürsüz, onları kafi sayırsız...peyğəmbərin xanımlarına dil uzadan əhli-sünnə deyil, şiələrdir...
Halbuki salavatda deyirik: "İbrahimə və İbrahimin ailəsinə salət etdiyin kimi Muhammədə və onun ailəsinə də salət elə!" İbrahimin ailəsinə onun zövcəsi də daxildir və bu, Quran ayəsi ilə sabitdir, necəki mələklər Saraya əhli-beyt adı ilə müraciə etmişdir. Eyni şey Peyğəmbərin ailəsinə də aiddir. Siz isə Peyğəmbərin ailəsini söyür və Həzrəti Əlinin ailəsini xüsusiləşdirirsiz.
Allahdan qorxun!
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#20
Отправлено 15 июля 2009 - 11:15
Sizin tonunuzda yox, size anlayishla cavab verirem. Eger cahilliyi savadsizliq menasinda yazmisizsa, beli men cahilem. Amma sizlerin her postunuzu oxuduqda emin oluram ki, mənim kimi savadsız şiə sizin kimi elmli hənbəlidən daha ağıllıdır və daha doğru təfəkkьr tərzinə malikdir. Hətta uşaq da kitab oxuyanda, filmə baxanda yaxşını pisdən, haqqı nahaqdan ayırır. Sizin cahilliyiniz bundadır ki, bu qədər oxuya oxuya haqqı batildən ayırmağa elminiz yetmir.Bu birinci cahilliyindir..bьtьn dьnya mьsəlmanlarl namazda Əhli Beytə salam gцndərir. Gцndərməsə namazl batildir,
Əhli Beytin kimlər olması sьnnili-şiəli bir зox mənbələrdə var. Bunu mьbahisə mцvzusuna зevirmək istəyirsizsə цz sьnni alimlərinizlə mьbahisə edin. Mən Əbu Bəkrlə Əlini mьqayisə etməyiniz haqqında yazmışdım. Cavab tapmayıb, peyğəmbərin xanımlarını qarışdırmısız mцvzuya. Bəyəm Allah İbrahimin ailəsinə salavat edəndə, onun qayınatasına da şamil olurdu?İkincisi isə siz salavat gцndərdiyiniz əhli-beyti цzьnьz ən pis şəkildə sцyьrsьz, onları kafi sayırsız...peyğəmbərin xanımlarına dil uzadan əhli-sьnnə deyil, şiələrdir...
Halbuki salavatda deyirik: "İbrahimə və İbrahimin ailəsinə salət etdiyin kimi Muhammədə və onun ailəsinə də salət elə!" İbrahimin ailəsinə onun zцvcəsi də daxildir və bu, Quran ayəsi ilə sabitdir, necəki mələklər Saraya əhli-beyt adı ilə mьraciə etmişdir. Eyni şey Peyğəmbərin ailəsinə də aiddir. Siz isə Peyğəmbərin ailəsini sцyьr və Həzrəti Əlinin ailəsini xьsusiləşdirirsiz.
Allahdan qorxun!
Mən qorxuram. Sİz də qorxun Allahdan ki, mənim kimi sцydьyьmь gцrmədən sцydьyьmь iddia edirsiz. Bцhtancı henbelisiz!!!! Allah iftira atanlara lenet edir.Allahdan qorxun!
P.S Allah qardaşlardan razı olsun ki sizin kimilərin cavabını yerində verirlər, heз ehtiyac qalmır mənim cavabıma.
Сообщение отредактировал Shemsi: 15 июля 2009 - 11:21
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#21
Отправлено 15 июля 2009 - 12:22
ابن الاثير مى گويد: «ان النبى توفى و قد ملك امراة من كنده يقال لها قتيلة، فارتدت مع قومها فتزوجها بعد ذلك عكرمة بن أبى جهل بكراً، فوجد ابوبكر من ذلك وجداً شديداً»Bu birinci cahilliyindir..bütün dünya müsəlmanlarl namazda Əhli Beytə salam göndərir. Göndərməsə namazl batildir,
İkincisi isə siz salavat göndərdiyiniz əhli-beyti özünüz ən pis şəkildə söyürsüz, onları kafi sayırsız...peyğəmbərin xanımlarına dil uzadan əhli-sünnə deyil, şiələrdir...
Halbuki salavatda deyirik: "İbrahimə və İbrahimin ailəsinə salət etdiyin kimi Muhammədə və onun ailəsinə də salət elə!" İbrahimin ailəsinə onun zövcəsi də daxildir və bu, Quran ayəsi ilə sabitdir, necəki mələklər Saraya əhli-beyt adı ilə müraciə etmişdir. Eyni şey Peyğəmbərin ailəsinə də aiddir. Siz isə Peyğəmbərin ailəsini söyür və Həzrəti Əlinin ailəsini xüsusiləşdirirsiz.
Allahdan qorxun!
ibn Əsir yazır:Əşəs ibni Qeysin bacısı ki, bir zamanlar Peyğəmbərin həyat yoldaşı idi, Peyğəmbərin vəfat xəbərini eşidən kimi, mürtəd olur. Əkrəmə Əbu Cəhlin oğlu onunla izdivac edir.Əbu Bəkir istədi Əkrəməni onunla izdivaca görə oda ata.
Bax əzizm buda İslam Peyğəmbərinin xanımlarından birinin aqibəti. Aişənində günahı hamımıza bəllidir. O quran ayəsinin ziddinə hərəkət edərək Allahın açıq aydın göstərişini pozaraq Peyğəmbər xanımı olmaq şərafətini itirdi. Hz.Əlinin ona yazdığı məktubu diqqətinizə çatdırırıam.
اِنَّكِ جُنَّةٌ بَيْنَ رَسُولِ اللهِ(ص)وَبَيْنَ اُمَّتِهِ وَاِنَّ الْحِجاَبَ دُونَكِ لَمَضْرُوبٌ عَليَحُرْمَتِهِ وَقَد جَمَعَ الْقُرْأنُ ذَيْلَكِ فَلاَ تَنْدَحِيهِ وَسَكَّنَ عُقَيْراَكِ فَلاَتُصْحِرِيهاَ لَوْ ذَكَرْتُك قَوْلَةً مِنْ رَسُولِ اللهِ (ص) تَعْرِفِينَهاَ لَنُهِشْتِ بِهاَ نَهْشَ الرَّقْشاَءِ الْمُطْرِقَةِ ماَ كُنْتِ قاَئِلَةً لِرَسُولِ اللهِ لَوْ لَقِيَكِ ناَصَّةً قَلُوصَ قَعُودِكِ مِنْ مَنْهَلٍ اِليَ مَنْهَلٍ قَدْ تَرَكْتِ عُهَيْداَكِ وَ هَتَكْتِ سِتْرَهُ اِنَّ عَمُودَ الدِّينِ لاَ يَقُومُ بِالنِّساَءِ خَفْضُ الاَصْواَتِ وَ خَفْوُ الْاَعْراضِ اِجْعَلِي قاَعِدَةَ الْبَيْتِ قَبْرَكِ حَتّيَ تَلْقَيْنَهُ وَ اَنْتِ عَليَ ذاَلِكَ
"Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Ayişə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumalısan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in köksünə dəyibdir. Qur`ani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni tə`yin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpək camaat arasına gəlməsin. Qur`ani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, "vəqərnə fi büyutikunnə" ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanar, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölünə tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki, qadınların əli ilə sütunların sınması bərpaolunmaz bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət, namus və şərəfini qorusun. Sən Peyğəmbərlə görüşəcəyin vaxta qədər evin bir küncünü özün üçün qəbir seç! Onunla bağladığın əhd-peymana vəfasızlıq etmə!"
İndi dostum Əgər sən Qurana istinadən(İbrah barədə olan ayəni deyirəm) Aişənin Əhli-Beytdən olmasını sübüt etmək istəyirsənsə o zaman bilməlisən ki, Allah təla Nuhun oğlunu onun Əhli-Beytindən saymayıb.
قَالَ يَا نُوحُ إنَّهُ لَيسَ مِن أهلِکَ إنَّهُ عَمَلٌ غَيرُ صَالِحٍ
(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür
Yəni ayədən məlum olur ki, Aişənin günahına və küfrünə görə Əhli-Beytdən xaric etmək şətin məsələ deyil.
Bundan əlavə Peyğəmbər Xanımlarının Əhli-Beytə daxil olmamasına dair Sünni və Şiələrin itifaq etdikləri rəvayətlər var..«Hədisi Kəsa» dastanı həddindən artıq rəvayətlərdə müxtəlif ibarələrlə nəql olunubdur. Hamısı da ona dəlalət edir ki, peyğəmbər (s) Əlini, Fatiməni, Həsən və Hüseyni çağırıb üstlərinə əba və ya bir parça atıb dedi: «İlahi, bunlar mənim əhli-beytimdirlər, pisliyi onlardan uzaq et» və bu zaman «Təthir» ayəsi («Əhzab» surəsinin 33-cü ayəsi) nazil oldu.
عن صَفِيَّةَ بِنْتِ شَيْبَةَ، قَالَتْ قَالَتْ عَائِشَةُ خَرَجَ النَّبِيُّ صلى الله عليه وسلم غَدَاةً وَعَلَيْهِ مِرْطٌ مُرَحَّلٌ مِنْ شَعْرٍ أَسْوَدَ فَجَاءَ الْحَسَنُ بْنُ عَلِيٍّ فَأَدْخَلَهُ ثُمَّ جَاءَ الْحُسَيْنُ فَدَخَلَ مَعَهُ ثُمَّ جَاءَتْ فَاطِمَةُ فَأَدْخَلَهَا ثُمَّ جَاءَ عَلِيٌّ فَأَدْخَلَهُ ثُمَّ قَالَ (إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا).
صحيح مسلم: 130/7 ح 6414
ودعا رسول الله صلى الله عليه وسلم الحسن والحسين وعليا وفاطمة فمد عليهم ثوبا فقال اللهم هؤلاء أهل بيتي فأذهب عنهم الرجس وطهرهم تطهيرا
سنن النسائي الكبرى ج5/ص113
3871 حدثنا محمود بن غيلان حدثنا أبو أحمد الزبيري حدثنا سفيان عن زبيد عن شهر بن حوشب عن أم سلمة أن النبي صلى الله عليه وسلم جلل على الحسن والحسين وعلي وفاطمة كساء ثم قال اللهم هؤلاء أهل بيتي وخاصتي أذهب عنهم الرجس وطهرهم تطهيرا فقالت أم سلمة وأنا معهم يا رسول الله قال إنك إلى خير قال هذا حديث حسن وهو أحسن شيء روي في هذا وفي الباب عن عمر بن أبي سلمة وأنس بن مالك وأبي الحمراء ومعقل بن يسار وعائشة
سنن الترمذي ج5/ص699
Bütün bu rəvayətlər eyni məzmundadırlar. Peyğəmbərin əbanı 5-nəfərin üsünə atıb bunlar mənim Əhli-Beytimdir. Və hədislərdə açıq aşkar görsənir ki, Peyğəmbər Ümmi Sələməni Əhli-Betdən olmdığını deyir.
«لبيــــــــك خــــــــامنئي »
#22
Отправлено 15 июля 2009 - 15:12
Sizin tonunuzda yox, size anlayishla cavab verirem. Eger cahilliyi savadsizliq menasinda yazmisizsa, beli men cahilem. Amma sizlerin her postunuzu oxuduqda emin oluram ki, mənim kimi savadsız şiə sizin kimi elmli hənbəlidən daha ağıllıdır və daha doğru təfəkkьr tərzinə malikdir. Hətta uşaq da kitab oxuyanda, filmə baxanda yaxşını pisdən, haqqı nahaqdan ayırır. Sizin cahilliyiniz bundadır ki, bu qədər oxuya oxuya haqqı batildən ayırmağa elminiz yetmir.Bu birinci cahilliyindir..bьtьn dьnya mьsəlmanlarl namazda Əhli Beytə salam gцndərir. Gцndərməsə namazl batildir,
Baci sen çox fikir vermə, deməli bunlardan bəziləri qapi-qapi şiə dükanlarin axtarib, kitablar tapib oxuyub, din xadimlərimizin xütbələrinə qulaq asib, nəticə çıxarmaq əvəzinə səhv axtarırlar. Təsəvvür edin millət bu kitabları oxuyur dinə gəlir, bəziləri ancaq səhv axtarmaqçun oxuyurlar. Beyinləri ancaq bir istiqamətdə programlaşib - anti şiə. başqa heç nə. Haqqi nahaqdan seçmək üçün təəssübkeşlikdən uzaq olmaq lazimdir.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#23
Отправлено 15 июля 2009 - 16:35
Siz mənim bu sualıma cavab vermədiz: Əhli-sünnət alimlərindən bunu kimlər deyib?Əhli-sünnətə görə nasibilik rafizilik kimi küfrdür.
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir. Necəki rafizilər səhabələrə qarşı düşmənçilik edir və onların etmədiklərini onların adlarına yapışdırırlar.
Bunu bilirik, amma əvvəl Siz yazdız ki, nasibilik (yani Əlini (ə) söymək, ona düşmənçilik etmək) küfrdür. İndi isə nifaq yazırsız. Nifaq küfr deyil axı.Əhli-sünnət bu məsələdə Həzrəti Əli ilə Həzrəti Əbu Bəkr arasında fərq qoymur. Hər ikisini söymək, hər ikisinə qarşı düşmənçilik etmək nifaqdır. Bu əhli-sünnətin görüşüdür.
Tarixdən bizə məlumdur ki, bunlar elə öz aralarında düşmənçilik ediblər. Bu halda onlar kafir olurlar?
ثُمَّ تُوُفِّىَ أَبُو بَكْرٍ وَأَنَا وَلِىُّ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- وَوَلِىُّ أَبِى بَكْرٍ فَرَأَيْتُمَانِى كَاذِبًا آثِمًا غَادِرًا خَائِنًا.
http://al-eman.com/h...ID=1&CID=96#s16Burda Əli Əbu Bəkrə və sonra da Ömərə xain, yalançı, hiyləgər, günahkar deyir
Həzrəti Əlini qaldırıb peyğəmbər səviyyəsinə qoymaq isə küfrdür. Çünki bilirik ki, peyğəmbəri - salləllahu aleyhi va səlləm - söymək qeydsiz-şərtsiz insanı kafir edir. Ona görə də eyni sualı Həzrəti Əli haqqında soruşmaq onu peyğəmbər səviyyəsinə qədər qaldırmaqdır.
Bəli bu küfrdür, amma bunun bizə nə aidiyyatı var? Məgər biz belə deyirik?
#24
Отправлено 15 июля 2009 - 16:50
O zaman Aişəyə zina ləkəsi atanla sizin aranızda nə fərq var ki? Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?
Aişəni elə qələmə verirsiz ki, bununla peyğəmbərə - salləllahu aleyhi va səlləm - dil uzadırsız. Aişəni cahiliyyə təbərrucunda ittiham edirsiz, çünki gətirdiyiniz ayələr həmin adətləri zəmm etmişdir. Yoxsa qadının qətiyyən evindən çıxmasını qadağan etməmişdir. Əksinə məlumdur ki, bu ayə nazil olandan sonra da peyğəmbərin xanımları həccə, umrəyə gediblər. Peyğəmbərin səfərlərində iştirak ediblər. Məsciddə namaz qılmağa çıxıblar. Üstəlik peyğəmbərin vəfatından sonra Abdurrahmən bin Aufun başçılığı altında dəfələrlə həcc ediblər. Aişə isə Əliyə qarşı çıxmamışdır, müsəlmanların arasını islah etmək üçün çıxmışdır, çünki Osmanın qisasını almaqla müsəlmanlar arasındakı fitnənin qalxmasını və müsəlmanların itaətdə əvvəlki kimi əmirə tabe olmalarını istəmişdir. Aişə səhabə alimlərdəndir və ictihad etmişdir. O, bu səfərində ümmət üçün xeyir olduğunu görmüşdür.
Daha sizin vəsf etdiyiniz kimi əlinə bayraq alıb qabağı düşməmiş, cahiliyyə təbərrücü kimi hərəkət etməmişdir. Bu yalnız insana qarşı kin və nifrətinizdən əlavə etdiyiniz pisliklərdir. Allah yalançıların cəzasını versin! Allahdan qorxub dilinizi qıssanız özünüzə xeyir etmiş olarsız. Ümumiyyətlə sizlər sağa sola insanların əzizlərinə dil uzatmaqla ümmət arasında yalnız söyüş söyən, lənət oxuyan bir tayfa kimi tanınmısız. Heç olmasa bir özünüzə baxın!
Biz əhli-beytin hamısını sevirik və biz insanları şəxslərə görə deyil, Allahın tövhidi və dininə görə kafir görürük.
Qaldı ki, Nardarani, sənin təthir ayəsini müzakirə etməyinə..bunu başqa mövzuda edərik. Darıxma...
#25
Отправлено 15 июля 2009 - 16:53
Fath, nifaq küfrdür. Nifaq da küfr kimi iki növdür. Böyük nifaq və kiçik nifaq...böyük dindən çıxarır...Küfr bütün bu sözlərdən daha ümumidir. Ona görə də hər münafiq, hər müşrik, hər mülhid kafirdir. Lakin nifaq, şirk və ilhad hər biri daha xüsusi bir termindir. Bunların hamısı küfrdür.Bunu bilirik, amma əvvəl Siz yazdız ki, nasibilik (yani Əlini (ə) söymək, ona düşmənçilik etmək) küfrdür. İndi isə nifaq yazırsız. Nifaq küfr deyil axı.
#26
Отправлено 15 июля 2009 - 16:54
yazdıqlarıma tam cavab yazın, mən orda əlavələr etdim.Fath, nifaq küfrdür. Nifaq da küfr kimi iki növdür. Böyük nifaq və kiçik nifaq...böyük dindən çıxarır...Küfr bütün bu sözlərdən daha ümumidir. Ona görə də hər münafiq, hər müşrik, hər mülhid kafirdir. Lakin nifaq, şirk və ilhad hər biri daha xüsusi bir termindir. Bunların hamısı küfrdür.Bunu bilirik, amma əvvəl Siz yazdız ki, nasibilik (yani Əlini (ə) söymək, ona düşmənçilik etmək) küfrdür. İndi isə nifaq yazırsız. Nifaq küfr deyil axı.
xahiş edirəm
#27
Отправлено 15 июля 2009 - 17:27
Lakin kimsə şəxsi səbəblərə görə düşmənçilik edərsə, belə biri doğru görüşə görə kafir deyildir. Lakin ilk dövr alimlərdən məsələn Əbu Zura ər-Razi və İmam Əhməd kimi alimlər bir səhabəni söyüb, onları kafir görəni təkfir ediblər. Müasirlərdən isə əş-Şəvkani açıq şəkildə nasibiləri kafir sayır. Bu qədər!
P.S, zəhmət olmasa mənim digər mövzuda Quranın təhrifi barədəki sualıma cavab ver!
#28
Отправлено 15 июля 2009 - 18:46
#29
Отправлено 16 июля 2009 - 12:48
Sən nardarninin sözlərindən tezə məsələlər çıxardırsan. Mən isə sənin dediklərini bir bir batil edə edə sənin yeni iradlarına cavab veririəm. Amma insan olan bəndə cavab verə bilmədiklərini ört basdır etmək üçün ortaya yeni irad atmamışdan əvvəl keçmişdəki shvələrinədə bir münasibət bildirsə yaxşıdır. Yaxşı indi keçək yeni iradlarına.Nardaraninin yazdıqları mənim sözü təsdiqləmək üçün kifayətdir. Peyğəmbərin xanımına və heç şübhəsiz ki, möminlərin anasına kafir, fasiq, facir adını yaraşdıran bu Nardarani elə şiə zümrəsinin nümayəndəsidir. Daha bundan ötə nə vardır ki...?
O zaman Aişəyə zina ləkəsi atanla sizin aranızda nə fərq var ki? Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?
Aişəni elə qələmə verirsiz ki, bununla peyğəmbərə - salləllahu aleyhi va səlləm - dil uzadırsız. Aişəni cahiliyyə təbərrucunda ittiham edirsiz, çünki gətirdiyiniz ayələr həmin adətləri zəmm etmişdir. Yoxsa qadının qətiyyən evindən çıxmasını qadağan etməmişdir. Əksinə məlumdur ki, bu ayə nazil olandan sonra da peyğəmbərin xanımları həccə, umrəyə gediblər. Peyğəmbərin səfərlərində iştirak ediblər. Məsciddə namaz qılmağa çıxıblar. Üstəlik peyğəmbərin vəfatından sonra Abdurrahmən bin Aufun başçılığı altında dəfələrlə həcc ediblər. Aişə isə Əliyə qarşı çıxmamışdır, müsəlmanların arasını islah etmək üçün çıxmışdır, çünki Osmanın qisasını almaqla müsəlmanlar arasındakı fitnənin qalxmasını və müsəlmanların itaətdə əvvəlki kimi əmirə tabe olmalarını istəmişdir. Aişə səhabə alimlərdəndir və ictihad etmişdir. O, bu səfərində ümmət üçün xeyir olduğunu görmüşdür.
Daha sizin vəsf etdiyiniz kimi əlinə bayraq alıb qabağı düşməmiş, cahiliyyə təbərrücü kimi hərəkət etməmişdir. Bu yalnız insana qarşı kin və nifrətinizdən əlavə etdiyiniz pisliklərdir. Allah yalançıların cəzasını versin! Allahdan qorxub dilinizi qıssanız özünüzə xeyir etmiş olarsız. Ümumiyyətlə sizlər sağa sola insanların əzizlərinə dil uzatmaqla ümmət arasında yalnız söyüş söyən, lənət oxuyan bir tayfa kimi tanınmısız. Heç olmasa bir özünüzə baxın!
Biz əhli-beytin hamısını sevirik və biz insanları şəxslərə görə deyil, Allahın tövhidi və dininə görə kafir görürük.
Qaldı ki, Nardarani, sənin təthir ayəsini müzakirə etməyinə..bunu başqa mövzuda edərik. Darıxma...
Deməli sən burda əsasən 2-söz dedin.
1.Aişə Hz.Əliyə qarşı çıxmaması
2.Aişə icdihad edib.
Cavab:
1.Düzdür ki, Ayişə Məkkəyə daxil olan vaxtdan e`tibarən Əli (ə)-la müxalifətə başlamışdı, lakin öz müxalif fikirlərini keçirmək üçün heç bir əsaslı tədbiri yox idi. Qoşuna rəhbərliyi öhdəsinə alıb Bəsrəyə yola düşəcəyi fikrindən belə keçməmişdi. Buna görə də Zübeyr öz oğlu Əbdüllahı (Ayişənin bacısı oğlunu) onun evinə göndərdi ki, Ayişəni qiyam edib Bəsrəyə getmək üçün təşviq etsin. O Əbdüllaha belə cavab verdi: Mən heç vaxt camaata qiyam əmri verməmişəm. Mən Məkkəyə gəlmişəm ki, camaata onların imamlarının necə öldürülməsini e`lan edəm və bir qrupun xəlifəni tövbələtdirdikdən sonra öldürməsini deyəm ki, camaatın özü xəlifəyə hücum edib onu öldürənlərə və rəhbərliyi məşvərətsiz olaraq əlinə alanlara qarşı qiyam etsin.
Əbdüllah dedi:–Əgər Osmanın qatilləri və Əli barəsindəki fikrin belədirsə, onda nə üçün Əlinin əleyhinə olaraq bizə kömək etməkdən çəkinirsən?! Halbuki müsəlmanların bir qrupu qiyam üçün öz hazırlıqlarını bildirmişlər.
Ayişə dedi:–Bir az gözlə, bu barədə fikirləşim.
Əbdüllah onun sözlərinin mə`nasından razı olduğunu duydu. Buna görə evə qayıdanda Təlhə və Zübeyrə müjdə verdi ki, Ümmül-mö`minin bizim istəyimizi qəbul etdi. Sabahısı gün də Ayişənin yanına getdi və onun tam və qəti razılığını cəlb etdi. Carçı məsciddə və bazarda Ayişənin Təlhə və Zübeyrlə birlikdə çıxacağını e`lan etdi, beləliklə də Əli (ə)-ın əleyhinə qiyam və Bəsrənin işğal olunması qəti tədbir oldu. Təbəri qiyamçıların çağırışlarını belə nəql edir: "Agah olun və bilin ki, Ümmül-mö`minin, Təlhə və Zübeyr Bəsrəyə yola düşürlər! Hər kəs islamı əziz etmək, müsəlmanların qanını halal edənlərlə döyüşmək və Osmanın intiqamını almaq istəyirsə, bu dəstə ilə hərəkət etsin. Hər kəsin atı və getmək pulu yoxdursa, bu onun atı, bu da onun səfər xərci!" "Tarixi-Təbəri", 3-cü cild, səh.167
Siyasət oyunbazları camaatın dini hisslərini daha çox təhrik etmək üçün Peyğəmbər (s)-in o biri zövcəsi Həfsəni də qiyama qoşmaq istədilər. O dedi:–"Mən Ayişəyə tabeyəm. O, səfərə çıxmağa hazırdırsa, mən də hazıram." Amma hərəkət vaxtı çatanda qardaşı Əbdüllah onu səfərdən saxladı. Həfsə Ayişəyə belə bir xəbər göndərdi: "Qardaşım məni sizinlə birlikdə hərəkət etməyə qoymadı."
***
Təlhə və Zübeyrin Peyğəmbər (s) səhabələrindən olmalarına baxmayaraq, təklikdə mərkəzi hökumət əleyhinə qiyam edib bir ordunu Məkkədən Bəsrəyə gətirməkdə rəhbərlik edə bilmək üçün o qədər də qüdrət və nüfuza malik deyildilər. Əgər Peyğəmbər (s)-in zövcəsi Ayişə onların içində olmasaydı və əməvilərin külli miqdara pulları və imkanları onların ixtiyarında qoyulmasaydı, onların məkrli tədbirləri elə Məkkədə ikən alt-üst olardı. Nəhayət, onlar Osmanın intiqamını almaq bəhanəsi ilə, həmçinin Əli (ə)-ın onun qatili, yaxud qatillərinin havadarı adlandıraraq Məkkədən Bəsrəyə tərəf hərəkət etdilər və yol boyu müntəzəm olaraq "Ya ləsarati Osman!" (Ey Osmanın intiqamını alanlar, ayağa qalxın!) şüarını səsləndirirdilər. Amma bu şüar o qədər məzhəkəli idi ki, hətta Osmanın yaxın adamları belə ona gülürdülər. Qeyd edəcəyimiz bu iki hadisə müddəanı təsdiq edər: Səid ibni As Zatü-irq adlı məntəqədə Təlhə və Zübeyrin başçılıq etdiyi nakisinlər karvanı ilə rastlaşdı. Səid (o, Bəni-Üməyyədən idi) üzünü Mərvana tutub dedi:–Hara gedirsən?
Mərvan dedi:–Mən gedirəm Osmanın intiqamını alam.
Səid dedi:–Niyə uzağa gedirsiniz?! Osmanın qatilləri elə sizin arxanızca gələnlərdir. (Yə`ni Təlhə və Zübeyrdir).
"Tarixi-Təbəri", 3-cü cild, səh.472
Ibni Qüteybə bu məsələyə daha aydınlıq gətirərək yazır: "Təlhə, Zübeyr və Ayişə Xeybərin Əbu-Tas adlı məntəqəsində mənzil saldıqları zaman, Səid ibni As (Müğeyrə ibni Şö`bə də onunla yoldaş idi) əlindəki qara kamanla Ayişənin yanına gedib dedi:–Hara gedirsən?
Ayişə dedi:–Bəsrəyə.
Səid dedi:–Nə istəyirsən?
Ayişə dedi:–Osmanın intiqamını almaq istəyirəm.
Səid dedi:–Ey Ümmül-mö`minin, Osmanın qatilləri elə sənin gözünün önündədir!
Təlhə və Zübeyr Əli (ə) tərəfindən tutulmamaq üçün Məkkə-Bəsrə yolundakı mənzilləri sür`ətlə ötüb gedirdilər. Buna görə də, yorğa yerişli dəvə tapmaq fikrinə düşdülər ki, mümkün qədər tez bir zamanda Ayişəni Bəsrəyə çatdırsınlar. Yolda Rənyə qəbiləsindən bir kişini gördülər. O, yorğa bir dəvəyə (erkək dəvəyə) minmişdi. Ona dedilər ki, dəvəsini satsın. O, dəvəsinə min dirhəm qiymət qoydu. Müştəri e`tiraz edib dedi:–Dəli olmusanmı?! Harda görmüsən ki, bir dəvənin min dirhəm qiyməti olsun?
Dəvənin sahibi dedi:–Sən onu tanımırsan! Heç bir dəvə onunla yarışa girə bilməz!
Müştəri dedi:–Əgər bu dəvəni kimin üçün almaq istədiyimizi bilsən, heç bir dirhəm də almadan onu bağışlayarsan.
Soruşdu: Kim üçün alırsınız?
Dedi:–Ümmül-mö`minin Ayişə üçün.
Dəvənin sahibi Peyğəmbərə olan sədaqət və ixlas üzündən dəvəni təmənnasız onlara verdi. Müştəri ondan bələdçi kimi istifadə etmək üçün onu Ayişənin karvanının endiyi yerə apardı və o erkək dəvənin əvəzində ona bir dişi dəvə, üstəlik dörd yüz (yaxud altı yüz) dirhəm pul verdi, ona dedi ki, çölün bu yerini keçib getməkdə kömək etsin. O da razılaşıb qəbul etdi. Bələdçi bu məntəqəni hamıdan yaxşı tanıyırdı. O deyir: "Hər abadlıqdan və su quyusunun yanından keçəndə Ayişə oranın adını məndən soruşurdu. Nəhayət Hov`əb məntəqəsindən keçəndə oranın itlərinin səsi ucaldı. Ümmül-mö`minin başını kəcavədən çıxarıb soruşdu: Bura haradır? Dedim:–"Hov`əbdir." Ayişə bu adı eşidən kimi fəryad etdi, dərhal dəvənin ayağından vurub onu yatırtdı. Sonra dedi:–"Allaha and olsun, mən (Peyğəmbərin buyurduğu) o arvadam ki, o, Hov`əbdən keçir və oranın itləri onun dəvəsinə hürürlər." Bu cümləni üç dəfə təkrar etdi və qışqırıb dedi ki, onu geri qaytarsınlar. Ayişənin dayanması ilə karvandakılar da dayandı və dəvələrini yatırtdılar. Hərəkət etmək üçün israr etməyin heç bir nəticəsi olmadı. Bir gün orada qaldılar. Nəhayət Ayişənin bacısı oğlu Əbdüllah ibni Zübeyr gəlib dedi:–Tez ol hərəkətə başla, Əli bizi tə`qib edir! Ola bilsin ki, hamımız onunla müharibədə ələ keçək
"Tarixi-Təbəri", 3-cü cild, səh.975
təəssüb üzündən həqiqəti gizlədir və baş verən əhvalatı yuxarıda nəql olunan sadəliklə yazır. Lakin ondan qabaq yaşamış Ibni Qüteybə (276-cı hicri qəməri ilində vəfat etmişdir) yazır: "Ümmül-mö`minin Hov`əb adını eşitdikdə, Təlhənin oğluna dedi:–"Mən hökmən qayıtmalıyam! Çünki bir gün Peyğəmbər öz zövcələri ilə danışırdı. Mən də onların içində idim. Həzrət buyurdu: "Mən görürəm ki, sizlərdən biri Hov`əb məntəqəsindən keçir və oranın itləri onun üstünə hürür." Sonra üzünü mənə tutub dedi:–"Hümeyra, məbada sən elə o arvad olasan!" Bu vaxt Təlhənin oğlu ondan yola davam etməsini istədi, lakin heç bir faydası olmadı. Onun bacısı oğlu Əbdüllah ibni Zübeyr münafiqcəsinə and içib dedi:–"Buranın adı Hov`əb deyil. Biz Hov`əbi gecənin əvvəlində keçdik." Bu sözlə də kifayətlənməyib çöl ərəblərindən bir neçəsini gətirib onları yalandan and içdirdi ki, bu məntəqənin adı Hov`əb deyil. (Bu cür yalan şəhadət islam tarixində görünməmişdir.) Bundan sonra karvan hərəkətə başladı və Bəsrəni ələ keçirmək üçün şəhərin yaxınlığında düşərgə saldılar. (Osman ibni Hənif Əli (ə) tərəfindən orada hakim idi)] "Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 9-cu cild, səh.312
. AYİŞƏ VƏ ZEYD İBNİ SUHANİN MƏKTUBLAŞMASİ
Zeyd ibni Suhanın Ayişəyə yazdığı cavab məktubudur.
Sə`səənin qardaşı və "tabeinin" [2] tanınmış şəxsiyyətlərindən olan Zeyd ibni Suhan da Üveys Qərəni kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -i görüb ziyarət etməmiş, amma həzrət ona behişt müjdəsini vermişdir. O (Zeyd ibni Suhan) "Cəməl" müharibəsində Əliyyibni Əbitalib (ə)-ı himayə etmiş və nakisin [3] tərəfindən öldürülmüşdür.
Ayişə öz dəstəsi ilə Bəsrəyə çatanda, Zeyd ibni Suhana bir məktub yazdı. Bu məktubu cavabı ilə birlikdə İbni Əsirin "Kamil" kitabında (4-cü cild, səh.216) görmək olar. (Bu məktub "Qamusür-rical" və sair rical kitablarında da cüz`i məzmun fərqi ilə nəql olunub). Həmin məktubu "Kamil"dən nəql edirik:
مِنْ عاَيِشَةَ اُمِّ الْمُؤْمِنِينَ حَبِيبَةِ رَسُولِ اللهِ(ص) اِليَ اْبنِهَا الْخاَلِصِ زَيدِ بْنِ صُوهاَنَ اَمّاَ بَعْدُ فَاِذاَ اَتاَكَ كِتابِي هذَاَ فَاَقْدِمْ فَانْصُرْناَ فَاِنْ لَمْ تَفْعَلْ فَحَذِّلِ النّاَسَ عَنْ عَلِيٍّ
"Allah Rəsulunun sevimlisi Ayişə Ümmül-mö`minindən onun sədaqətli övladı Zeyd ibni Suhana.
Ey Zeyd! Mənim məktubum sənə çatan kimi bizə kömək etmək üçün dayanmadan özünü bizə yetir. Əgər bizə kömək etmək fikrində olmasan, heç olmazsa camaatı Əlidən uzaqlaşdır, Kufədən bir nəfərin belə, ona kömək etmsinə qoyma." (Zeyd bu vaxt Kufədə idi.)
ZEYDİN CAVABİ
اَمّاَ بَعْدُ فَاَنَا ابْنُكِ الْخالِصُ لَئِنِ اعْتَزَلْتِ وَرَجَعْتِ اِليَ بَيْتِكِ وَاِ˙َ فَاَنَا اَوَّلُ مَنْ نابَذَك
"Ey Ayişə! Mən yalnız sənin bu müharibədən əl çəkib öz evinə qayıtdığın vaxt sənin sədaqətli oğlun olaram (və sən də mö`minlərin anası olarsan). Əks halda, mən özüm sənin ilk düşmənlərindən olacağam."
Zeydin Ayişəyə verdiyi bu cavab, həmin dövrdə müsəlman ümmətindən hər bir sinfin öz vəzifələri haqqında olan mə`lumatını açıq-aydın şəkildə göstərir. Zeydin nəzərində Ayişə o vaxt "mö`minlərin anası" ləqəbinə layiq ola bilər ki, özünün evdarlıq vəzifəsinə əməl etsin. Amma əgər müsəlmanların mühüm siyasi işlərinə baş qoşarsa, "mö`minləri anası" iftixarına nail ola bilməz, Zeyd də onun övladı sayılmaz.
Zeyd Qur`anda Peyğəmbərin zövcələri üçün tə`yin olunan vəzifəni Ayişəyə xatırladaraq deyir ki, o, öz evinə qayıdıb kişilərin işlərini özlərinə həvalə etməlidir, əks halda Peyğəmbərin zövcəsi kimi ehtirama layiq görülməyəcək və mö`minlərin anası ləqəbini əldən vercək. Belə olan halda Zeyd də onun övladın yox, düşməni olacaq, əlindəki qılıncla öz vəzifəsinə əməl edərək onu evinə qaytaracaq.
Təbəri yazır: Zeyd bu məktubdan sonra deyirdi:
رَحِمَ اللهُ اُمَّ الْمُؤْمِنِينَ اُمِرَتْ اَنْ تَلْزَمَ بَيْتَهاَ وَ اُمِرْناَ اَنْ نُقاَتِلَ فَتَرَكَتْ ماَ اُمِرَتْ بِهِ وَ اَمَرَتْناَ بِهِ وَ صَنَعَتْ ماَ اُمِرناَ بِهِِ وَ نَهَتْنا عَنْهُ
"Allah Ümmül-mö`mininə rəhmət eləsin! Onun işindən doğrudan da təəccüb edirəm. Ayişənin vəzifəsi evində oturub ev işləri ilə məşğul olmaq, bizim işimiz isə cihada getmək idi. Amma iş əksinə oldu: Ayişə müharibəyə gedir, ev işlərini görməyi isə bizə əmr edir. Bizim görməli olduğumuz işləri o görür və bizi həmin işlərdən çəkindirir."
Zeyd ibni Suhan bilir ki, "vəqərnə fi buyutikunnə" ayəsi Ayişənin vəzifəsini tə`yin edir. Lakin o, öz vəzifəsinin əksinə əməl edir və elə güman edir ki, müsəlmanların rəhbəri olmalı, Osamanın intiqamını almaq bəhanəsi ilə Cəmələ (erkək dəvəyə) minməlidir.
Zeyd ibni Suhan yaxşı-yaxşı dərk edir ki, Allah "Təthir" ayəsində müsəlmanlara rəhbərlik etməyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in Əhli-beytindən olan Həzrət Əli (ə)-ın öhdəsinə qoymuşdur. Məhz buna görə də onu himayə edib cihad meydanında iştirak etməyə, öz rəhbərini və İmamını müdafiə etmək kimi İslami vəzifəsini yerinə yetirməyə həmişə hazır olur.
Zeyd İslam cəmiyyətinin müqəddəratının qadınların əli ilə həll olunmadığını, eləcə də "Təthir" ayəsinin Ayişəni təthir etmədiyini (paklamadığını) bilir və onun tutduğu işdən çox təəccüblənir, heyrətə dalır. Əgər "Təthir" ayəsi Ayişənin haqqında nazil olsaydı, Zeyd onun də`vətinə mənfi cavab verməz, onun bu işini İslama hörmətsizlik saymaz və hökmən "Ayişənin gördüyü hər bir iş Allahın inayəti ilədir, Allahın əzəli iradəsi onun pak, nəcabətli olmasını hökm etmişdir və onun bu işləri hamı üçün höccətdir"-deyərdi. Necə ki, Ümmü Sələmənin dediyi sözlər onun Həzrət Əli (ə)-a itaət və onu müdafiə etməsinə səbəb olmuşdu.
Zeyd yalnız buna görə Ümmü Sələmənin sözünü mö`təbər sənəd kimi qəbul edir və Ayişənin gördüyü işi İslam dininin əleyhinə olan bir əməl hesab edirdi ki, o, "Təthir" ayəsinin Ayişənin barəsində deyil, Həzrət Əli və Əhli-beytin sair üzvləri barəsində nazil olduğunu bilirdi. Zeyd Ümmü Sələmənin Allah-Taala tərəfindən Peyğəmbərin zövcələri üçün nazil edilən ayələrin hökmünə əməl edərək, öz vəzifəsini layiqincə yerinə yetirdiyini gördüyü üçün onun sözünə inanır və öz canını Əli (ə)-ın yolunda fəda edir.
Ayişənin dəvəsi dili-ağzı bağlı bir heyvan idi ki, öz şər məqsədlərinə çatmaq üçün ondan istifadə edirdilər. Ayişənin kecavəsini onun üstünə mindirməklə ona bir növ müqəddəslik bəxş etmişdilər. Bəsrə qoşunu onu qoruyub ayaq üstə saxlamaq üçün çox çalışdı, çoxlu əllər onun yolunda qurban getdi. Bir qol kəsilirdisə, digəri yüyəni əlinə alırdı. Amma axırda dəvənin yüyəni sahibsiz qaldı və heç kəs onu əlinə almaq istəmədi. Bu vaxt Zübeyrin oğlu onu əlinə aldı, lakin Malik Əştər bir zərbə ilə onu yerə sərdi. Zübeyrin oğlu Malikin əli ilə öldürüləcəyini hiss edəndə qışqırıb dedi:–"Camaat, hücum edin! Hətta mən öldürülsəm də belə, Maliki öldürün!"
Malik onun üzünə bir zərbə vurub buraxdı. Nəhayət, camaat Ayişənin dəvəsinin ətrafından dağılışdı. İmam (ə) düşmənlərin Ayişənin dəvəsini görüb yenidən ona tərəf qayıtmamaları üçün Cəməli peyləmək əmrini verdi. Dəvə yerə yıxıldı və kəcavə aşıb yerə düşdü. Bu vaxt Ayişənin ucadan qışqırıq səsi hər iki qoşunda eşidildi. Məhəmməd ibni Əbu-Bəkr İmam (ə)-ın fərmanı ilə özünü bacısının kecavəsinə yetirdi və onun bəndlərini açdı. Bu vurhavurda bacı-qardaş arasında bir söhbət oldu, onu qısa şəkildə nəql edirik:
Ayişə:–Sən kimsən?
Məhəmməd ibni Əbu-Bəkr:–Sənin ailəndə sənə qarşı ən qatı düşmən!
Ayişə:–Sən Əsmanın oğlu Xüs`əmiyyəsən?
Məhəmməd:–Bəli, lakin o sənin anandan heç də əskik deyildi.
Ayişə:–Doğrudur, o şərafətli arvad idi. Bundan keç Allaha şükür olsun ki, sən sağ qalmısan.
Məhəmməd:–Amma sən mənim sağ qalmağımı istəmirdin.
Ayişə:–Əgər istəməsəydim, belə bir söz deməzdim.
Məhəmməd:–Sən qələbəni istəyirdin, hərçənd mənim qanımın bahasına olsaydı belə.
Ayişə:–Mən onu istəyirdim, lakin mənə nəsib olmadı. Istəyirdim ki, sən sağ qalasan. Belə sözlər danışma və çox danlama. Necə ki, atan da belə deyildi.
Əli (ə) özünü Ayişənin kəcavəsinə yetirdi və öz nizəsini ona vurub dedi:–Ayişə, sənin bu işini Rəsuli-Əkrəm (s) tövsiyə etmişdimi?!
Ayişə dedi:–Ey Əbəl-Həsən, indi ki, qələbə çaldın, bağışla.
Bir azdan Əmmar və Malik Əştər də özlərini Ayişənin kəcavəsinə yetirdilər. Onların arasında belə bir söhbət oldu:
Əmmar: Anacan! Bu gün övladlarının rəşadətini gördünmü? Gördünmü din yolunda necə qılınc vururdular?
Ayişə özünü eşitməməzliyə vurdu və heç nə demədi. Çünki, Əmmar əziz bir səhabə və tayfa ağsaqqalı idi.
Əştər:–Allaha şükür olsun ki, Öz imamına kömək etdi, onun düşmənlərini isə xar etdi. Haqq gəldi və batil aradan getdi, çünki batil aradan gedəndir. Anacan! Öz işini necə görürsən?
Ayişə:–Sən kimsən? Anan matəmində otursun!
Əştər:–Mən sənin oğlun Malik Əştərəm.
Ayişə:–Yalan deyirsən, mən sənin anan deyiləm.
Əştər:–Sən istəsən də, istəməsən də mənim anamsan.
Ayişə:–Sən həmin adamsan ki, bacım Əsmanı oğlu Əbdüllah ibni Zübeyrin matəmində oturtmaq istəyirdin.
Əştər:–Bu ona görə idi ki, Allah qarşısında üzrüm olsun (yə`ni Allahın əmrini yerinə yetirmək üçün idi).
Sonra Ayişə ata minmiş halda dedi:–Iftixarla qələbə çaldınız. Allahın qəza-qədərinin gerçəkləşməsi labüd və qaçılmazdır.
İmam (ə) Məhəmməd ibni Əbu-Bəkrə buyurdu:–"Bacından soruş, gör ona ox dəyibdirmi?" Çünki Ayişənin kəcavəsi çoxlu ox atıldığına görə kirpi şəklinə düşmüşdü. O, qardaşına cavab verdi ki, "başıma bir ox dəyibdir". Məhəmməd bacısına dedi:–Qiyamət günü Allah sənin əleyhinə hökm edəcəkdir, çünki sən, İmamın əleyhinə qiyam edərək camaatı da onun əleyhinə qaldırmısan, Allahın Kitabını görməməzliyə vurmusan.
Ayişə dedi:–Məndən əl çək və Əliyə de ki, məni təhlükədən qorusun.
Məhəmməd ibni Əbu-Bəkr bacısının sağ-salamat olmasını İmam (ə)-a dedi. İmam buyurdu: O bir qadındır və qadınlar məntiq baxımından qüvvəli deyildirlər. Onu mühafizə etməyi öz öhdənə al. Hələlik Əbdüllah ibni Xələfin evinə apar, mən də onun barəsində bir qərara gəlim.
Ayişə İmam (ə)-ın və öz qardaşları tərəfindən əfv edilib bağışlandı, lakin o, İmam (ə)-a qarşı daim qarğış edir və Cəməldə öldürülənlərin bağışlanmasını diləyirdi.
Əl-Cəməl", səh.196-198; "Tarixi-Təbəri", 3-cü cild, səh.539
Bu tarixi hadisəni sənə ona görə xatırlatdım ki, insnları yalanlarınla aldatmağına hamı şahid olsun.
2.Aişənin ictihad etməsinə gəldikdə isə bu lap gülməli məsələdri. Aişə kimdi axı Quran ayəsi müqabilində icdihad edir? Quran ona evdə oturmağını buyurduğu halda və hətda Peyğəmbər sağlığında ona evdə oturmağını əmr etdiyi halda Aişənin icdihadınımı mənə deyirsən? Əgər Aişənin icdihadı belə keçərlidirsə o zaman Əbu Bəkir zəkat verməyin bir dəstəni niyə öldürdü? Bəlkə onlarda icdihad etmişlər? Həmin o Malik ibni Nuveyrə Peyğəmbər tərəfindən öz qövmü içində zəkat yığmağa məmur olmuşdu. Lakin Peyğəmbərin vəfatından sonra Əbu Bəkrə zəkat verməkdən imtina etdi. Əbu Bəkirdə bu bəhanə ilə onu öldürtdürdü. Həmin axşamda Xalid ibni Vəlid onun yoldaşı ilə zına etdi. O gündә өldürülәnlәr Allaһa vә Peyğәmbәrә iman gәtirmişdilәr vә namazla zәkat arasında fәrq qoymurdular. Onlar yalnız zәkatı Әbu Bәkrin mә”murlarına tәһvil vermәkdәn imtina edirdilәr. Çünki Әbu Bәkrin doğrudan da Peyğәmbәrin canişini olması (bu barәdә yaranan şәkk-şübһә sәbәbilә) onlar üçün sübuta yetmәmişdi.
İndi necə olur ki, Aişə icdihad edə bilir amma Malik ibni Nuveyrə yox? Necə olur Xəlifəyə qarşı çıxmaq icdihad olur amma ona zəkat verməmək yox? Ümumiyyətlə Cəməl əhli ilə Xəvaricilərin nə fərqi var axı?
«لبيــــــــك خــــــــامنئي »
#30
Отправлено 16 июля 2009 - 14:28
Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?
Quran harada Aişəni təmizə çıxardı? Yoxsa o özünüzdən artırdığınız mötərizəni deyirsən?
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей