Перейти к содержимому


Фотография

Nasibilik kufrdur?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 61

#31 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 16 июля 2009 - 17:58

Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?


Quran harada Aişəni təmizə çıxardı? Yoxsa o özünüzdən artırdığınız mötərizəni deyirsən? B)


Mötərizəni biz artırmamışıq...mötərizəni Quranı tərcümə edən şiələr artırıb.

İkincisi isə sən Quranın Aişəni təmizə çıxarmasını inkar edirsən? Nur ayələrinin kimin haqqında gəldiyini deyirsən?

#32 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 16 июля 2009 - 18:00

Nardarani
Nə yaxşı ət-Tabərinin bu Tarix kitabı varmış...İbnul-Quteybənin də adına bir uydurma kitab geydirib ondan nəqllər edirsiz. İbn Əbil-Hədid kimi biyabırçı mötəzili şiəsini də əhli-sünnətin adına geydirmək istəyirsiz..ay kişi, sənin biyabırçılıqların burda bitmir...Allahın izni ilə vaxt aşırı sənin biyabırçılıqlarını göstərərik...

#33 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 16 июля 2009 - 18:22

Nardarani
Nə yaxşı ət-Tabərinin bu Tarix kitabı varmış...İbnul-Quteybənin də adına bir uydurma kitab geydirib ondan nəqllər edirsiz. İbn Əbil-Hədid kimi biyabırçı mötəzili şiəsini də əhli-sünnətin adına geydirmək istəyirsiz..ay kişi, sənin biyabırçılıqların burda bitmir...Allahın izni ilə vaxt aşırı sənin biyabırçılıqlarını göstərərik...

Sən yazmamışdan əvvəl mən sənin O 2- müəllifin birini şiə etməyinə görə o birinidə guyam kitabın ona nisbət verildiyinə görə xəbaərdarlıq edirəm. Hər ikisinidə səhv deyirsən. Vaxtım olan kimi bu məsələyədə toxunub növbəti xətavı sənə yazaram

«لبيــــــــك خــــــــامنئي »


#34 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 17 июля 2009 - 00:09

Nardarani
Nə yaxşı ət-Tabərinin bu Tarix kitabı varmış...İbnul-Quteybənin də adına bir uydurma kitab geydirib ondan nəqllər edirsiz. İbn Əbil-Hədid kimi biyabırçı mötəzili şiəsini də əhli-sünnətin adına geydirmək istəyirsiz..ay kişi, sənin biyabırçılıqların burda bitmir...Allahın izni ilə vaxt aşırı sənin biyabırçılıqlarını göstərərik...

1. Mən bilən, İbni Quteybənin kitabının ona aid olmasında ixtilaf var. Yəginliknən ixtilafın fərqinə varmaq pis olmazdı.
2. Kimi? "Mötəzili şiəsini"? Bu yeni bir şeydir? Görəsən yeməlidir, yoxsa necə ... Ade siz Hakim kimi insanı rafiziliyə meyilli olduğunu və yaxud rafizi olduğunu söylədikdən sonra day Əbil Hədidi şiə adlandırmağınıza təəcüblənmirəm. Yaman "şiə" olub, 150 yerdə xəlifələrinizin əməllərini ört-bastır etməyə çalışıb. Nə isə ...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#35 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 17 июля 2009 - 02:54

hənbəli qardaş Allah elmivi kamil etsin.İcazənlə 1 dənə sual mən verim şiələrə.Əgər bir nəfər şəxsi düşmənçiliyi üstündə Əli(ra) qarşı kin bəsləsə onun hökmü nədir?


Omar, bu təzə variantdır ki, siz əhli sünnə buna əl atmısız. yəni Əliyə(ə) şəxsi ədavətə görə kin bəsləmək. amma şəxsi ədavət deyib hənbəli qardaşın əslində şəxsi ədavətə aid bir şey yaza bilmir. ancaq onu qeyd edir ki, Əli(ə) o adamların qohumlarını döyüşlərdə öldürmüşdür. indi kişi kimi cavab ver mənə bu şəxsi ədavətdir yoxsa Allaha olan ədavət?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#36 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 17 июля 2009 - 20:06

hənbəli qardaş Allah elmivi kamil etsin.İcazənlə 1 dənə sual mən verim şiələrə.Əgər bir nəfər şəxsi düşmənçiliyi üstündə Əli(ra) qarşı kin bəsləsə onun hökmü nədir?


Omar, bu təzə variantdır ki, siz əhli sünnə buna əl atmısız. yəni Əliyə(ə) şəxsi ədavətə görə kin bəsləmək. amma şəxsi ədavət deyib hənbəli qardaşın əslində şəxsi ədavətə aid bir şey yaza bilmir. ancaq onu qeyd edir ki, Əli(ə) o adamların qohumlarını döyüşlərdə öldürmüşdür. indi kişi kimi cavab ver mənə bu şəxsi ədavətdir yoxsa Allaha olan ədavət?

vusal sənin sözlərivə bir az da aydınlıq gətirim,bi izni Allah,bu omar başa düşsün
deməli omar sual verirsən ki, kimsə şəxsi zəmnində əliyə kin bəsləyir,və söyür onun hökmü nədir ?

[font="Palatino Linotype"]məndə belə bir sual verim kimsə şəxsi zəmnində Aişəni söyür ,onun hökmü sizə görə nədir ?
yəni kiminsə yaxını məs aişənin başçılıq etdiyi dəstə tərəfdən öldürülür,
ya da kı əlinin adamları tərəfdən öldürülür
lakin həmin müsəlmanın oğlu məs aişəni söyür, səbəbində belə bildirir ".aişə zakonnı xəlifəyə gərək tabe olardı".
bu dakı məndən də yaxşı bilirsən ki,baş verib cəməl döyüşündə.
Əli bilirdi ki, osmanın qatilləri onun dəstəsindədir, ancaq onları cəzalandırmaq indi mümkün deyil.
YOXSA ƏLİ özü bunu edərdi. yəni Aişə belə zənn etməknən səhv edib.
ya omar kimsə bu döyüşdə öldürülən müsəlmanın oğlu, məs aişəni söyür şəxsi zəmnində , bu insanın hökmü nədir sənə görə ?
p.s. şiyələrdən xahişim budur Kİ, bu sualıma cavab verməsələr sələfilər onlara bu mövzuda cavab yazmayın.
ona görə ki, onlar buna cavab verməslər deməli sizlərnən mırt tutmaq üçün burda yazırlar
.[/font
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#37 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 июля 2009 - 11:24

Mötərizəni biz artırmamışıq...mötərizəni Quranı tərcümə edən şiələr artırıb.

İkincisi isə sən Quranın Aişəni təmizə çıxarmasını inkar edirsən? Nur ayələrinin kimin haqqında gəldiyini deyirsən?


O nətər şiədir ki, belə mötərizə yazıb :angry: Bu ayələr Aişə haqqında nazil olmayıb. Bu haqda sünni mənbələrində olan hədislər ziddiyətli və qeyri-mötəbərdir. Kim haqqında olduğunu demək çətindir. Bəzi mənbələrdə bu ayələrin Həzrət Peyğəmbərin (s) digər xanımı haqqında nazil olduğu deyilsə də, bu da öz təsdiqini tapmayıb.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#38 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 19 июля 2009 - 02:24

Nardaraninin yazdıqları mənim sözü təsdiqləmək üçün kifayətdir. Peyğəmbərin xanımına və heç şübhəsiz ki, möminlərin anasına kafir, fasiq, facir adını yaraşdıran bu Nardarani elə şiə zümrəsinin nümayəndəsidir. Daha bundan ötə nə vardır ki...?
O zaman Aişəyə zina ləkəsi atanla sizin aranızda nə fərq var ki? Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?

Siz o ayəni Aişə üçün bir fəzilət etmisiz, halbuki o ayə Aişə üçün yox, peyğəmbərin namusunu və qeyrətini qorumaq üçün nazil olub. Aişəyə şərr atanlar münafiqlər idi və peyğəmbərin zövcələrindən biri. Bunu eşidən peyğəmbər (s) narahat oldu. O Aişənin zina etməsinə əlbətdə ki, inanmırdı, amma insanlar belə düşünürdülər. Bunun şərr olduğunu onlara sübut etmək və peyğəmbərin namusunu qorumaq üçün Allah-təala ayə göndərdi və bu əhvalatın yalan olduğunu qeyd etdi. Digər ayə də (peyğəmbərin zövcələri sizin analarınızdır) peyğəmbərin namusunu qorumaq üçün nazil olub, çünki bəzi səhabələr dedilər ki, Mühəmməd öləndən sonra bir onun arvadları ilə evlənərik. Peyğəmbər bu sözlərdən də narahat olduğu üçün Allah-təala bu ayəni nazil etdi və onun zövcələrini səhabələrin anaları qərar verdi ki, onlarla evlilik haram olsun. Deyirsiz ki, Allah Aişəni təmizə çıxarıb? Siz Təhrim surəsinə baxın.

Aişəni elə qələmə verirsiz ki, bununla peyğəmbərə - salləllahu aleyhi va səlləm - dil uzadırsız. Aişəni cahiliyyə təbərrucunda ittiham edirsiz, çünki gətirdiyiniz ayələr həmin adətləri zəmm etmişdir. Yoxsa qadının qətiyyən evindən çıxmasını qadağan etməmişdir. Əksinə məlumdur ki, bu ayə nazil olandan sonra da peyğəmbərin xanımları həccə, umrəyə gediblər. Peyğəmbərin səfərlərində iştirak ediblər. Məsciddə namaz qılmağa çıxıblar. Üstəlik peyğəmbərin vəfatından sonra Abdurrahmən bin Aufun başçılığı altında dəfələrlə həcc ediblər.


Mən peyğəmbərin vəfatından sonra onun zövcələrinin (Aişədən savayı) heç birinin həccə və yaxud başqa bir səfərə getməsini bilmirəm və bu haqda heç bir şey görməmişəm. Allah-təala açıq-aydın ayədə deyir ki, evdən bayıra (səfərə) çıxmayın!

Aişə isə Əliyə qarşı çıxmamışdır, müsəlmanların arasını islah etmək üçün çıxmışdır, çünki Osmanın qisasını almaqla müsəlmanlar arasındakı fitnənin qalxmasını və müsəlmanların itaətdə əvvəlki kimi əmirə tabe olmalarını istəmişdir. Aişə səhabə alimlərdəndir və ictihad etmişdir. O, bu səfərində ümmət üçün xeyir olduğunu görmüşdür.

Necə? Fitnəni elə Aişə etmişdir də! Osmanın qanını o Əlidən almaq istəyirdi və buna görə də səfərə çıxdı və Bəsrə əhalisinin əksəriyyətini öldürdü. Budur ümmət üçün xeyir?
O kimdir ki, müsəlmanların arasını islah etmək istəyirdi? Bunun üçün xəlifə var idi. Əgər Aişə müsəlmanların arasını islah etmək istəyirdisə o gərək xəlifənin yanına gəlib ona bu haqda danışayda, amma o xəlifəyə qarşı çıxaraq onunla müharibə etdi. O bununla peyğəmbərin sünnəsinə qarşı çıxdı.

حَدَّثَنَا مُسَدَّدٌ، عَنْ عَبْدِ الْوَارِثِ، عَنِ الْجَعْدِ، عَنْ أَبِي رَجَاءٍ، عَنِ ابْنِ عَبَّاسٍ، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ ‏"‏ مَنْ كَرِهَ مِنْ أَمِيرِهِ شَيْئًا فَلْيَصْبِرْ، فَإِنَّهُ مَنْ خَرَجَ مِنَ السُّلْطَانِ شِبْرًا مَاتَ مِيتَةً جَاهِلِيَّةً ‏"

İbn Abbas peyğəmbərdən s.a.s-dən rəvayət edir: "Hər kəs əmirinin hərəkətindən bir şey xoşlamasa səbr etsin! Çünki hər kəs sultanından bir qarış kənara çıxsa(yə`ni itaətindən) cahiliyyət meyidi kimi ölmüşdür.
"Səhihul-Buxari" "Fitnələr" fəsli 7140 və 7141-ci hədislər

Deməli Sizin hədislərə görə Aişə cahil kimi öləcək və cənnətdən məhrum olacaq.

Ümumiyyətlə sizlər sağa sola insanların əzizlərinə dil uzatmaqla ümmət arasında yalnız söyüş söyən, lənət oxuyan bir tayfa kimi tanınmısız. Heç olmasa bir özünüzə baxın!

Bu sözlər daha çox Siz əhli-sünnətə aiddir.

Biz əhli-beytin hamısını sevirik və biz insanları şəxslərə görə deyil, Allahın tövhidi və dininə görə kafir görürük.

Siz əhlibeyti yox, onların düşmənlərini sevirsiz. Misal üçün Aişəni, Müaviyyəni, Əbu Bəkri, Öməri və s.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#39 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 19 июля 2009 - 17:38

2

Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).

3 (Aişə peyğəmbərə yaraşan bir zövcədir!)

Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir.

4

İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.

5

Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!


6

Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.

7

Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməlidir).

8

Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.

9

Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lənət (qəzəB) eləsin!” (deməlidir).


10

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).

11

Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!

12 (Aişənin təmizliyinin zahir olduğuna şahidlik)

Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?

13

(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!

14

Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.

15 (Peyğəmbərin xahımları haqqında pis söz danışmaq, yalanlar yaymaq Allah yanında böyük günahdır)

O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!

16 (Mömin qadına ləkə atmaq, onun haqqında yalan danışmaq möminə yaraşmaz!)

Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?

17

Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.

18

Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

19 (Aişənin mömin olmasına şahidlik!)

Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!

20

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).


23 (Aişə namuslu, ismətli, mömin qadındır)

Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.



26 (Aişə təmiz qadındır, peyğəmbərə layiqdir. Aişə qəlbi əyri olanların uydurduqlarından uzaqdır, pakdır)

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!

Bu nur surəsindəndir! Bunun Aişənin hadisəsi haqqında nazil olduğunu inkar edən cahildir!
Əgər Aişə pis qadındırsa, kafirdirsə Allah hər şeydən əvvəl onu peyğəmbərə necə zövcə seçmişdir? Halbuki Allahu Təalə özü deyir ki, "Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcədə təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdir."
Birincisi Aişənin Əliyə qarşı çıxmasını iddia edən iftiraçıdır. Çünki Aişənin qoşunu Basraya getmişdi, Əli isə Basrada deyildi. Basrada Osmanı öldürən qatillər gizlənmişdi. Şiəliyi uyduranlar çox can fəşanlıqla bunu başqa cür qələmə vermək istəyirlər. Halbuki Aişə özü Əliyə beyət etməyə dəvət etmişdi.

əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir: “ət-Tabəri səhih bir sənədlə əl-Əhnəf bin Qeys’in – radiyallahu anhu – belə dediyini rəvayət edir: Osmanın mühasirəsindən sonra Talha və Zubeyr’lə qarşılaşdım və soruşdum: “Nə etməyimi uyğun görürsüz, çünki mən onun (Osmanın) öldürüldüyünü görürəm?” Dedilər: “Əliyə tabe ol!” Osmanın qətlindən sonra Aişə ilə Məkkə’də qarşılaşdım və dedim: “Nə buyurursan?” Dedi: “Əliyə tabe ol!” (“Fəthul-Bari”, 13/60)

Buna görə də Əhnəf bin Qeys Cəməl döyüşündə Aişəyə "tabe olmağı əmr etdiyiniz kəsə qarşı vuruşmaram" və Əlinin tərəfinə isə "möminlərin anasına qarşı vuruşa bilmərəm" demişdi.
Aişə ilə Əlinin arasındakı müharibənin başladanlar isə hələ də görə biləcəyimiz qəlbi əyri, xəstə ağıllı insanlar olmuşdu. Nə əcəb səhih tarixi şahidlikləri inkar edir, hər dəridən qabıqdan çıxıb Aişə ilə Əlinin düşmənçiliyini isbat etməyə çalışırsız.


Bu sözlər daha çox Siz əhli-sünnətə aiddir.

Məgər bizi səhabədən kimisə söyərkən görmüsən? Əksinə əhli-sünnət belə şeylərdən uzaqdır. O sizsiz ki, sözünüzün başında da, sonunda da tanımadığınız kəsləri söyürsüz!

#40 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 20 июля 2009 - 01:23

Bu nur surəsindəndir! Bunun Aişənin hadisəsi haqqında nazil olduğunu inkar edən cahildir!
Əgər Aişə pis qadındırsa, kafirdirsə Allah hər şeydən əvvəl onu peyğəmbərə necə zövcə seçmişdir? Halbuki Allahu Təalə özü deyir ki, "Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcədə təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdir."

Nahaq yerə əziyyət çəkib bu ayələri gətirmisiz. Məgər kimsə iddia edib ki, Aişə zina edib? Biz də bilirik ki, bi hadisə münafiqlərin uydurmasıdır.
Bu gətirdiyiniz ayənin burda heç yeri yoxdur, çünki burda küfrdən yox, murdarlıqdan gedir söhbət. Həmdə ki, Aişə peyğəmbərin plümündən sonra da kafir ola bilərdi, axı mən bu haqda Sizin hədisləri gətirdim, Siz isə həmişəki kimi özünüzü görməməzliyə vurduz.
Nuh və Xud peyğəmbərlərin də zövcələri kafir olub. İndi demək istəyirsiz ki, onlar murdar kişilər olublar? (əstağfirullah!)

Birincisi Aişənin Əliyə qarşı çıxmasını iddia edən iftiraçıdır. Çünki Aişənin qoşunu Basraya getmişdi, Əli isə Basrada deyildi. Basrada Osmanı öldürən qatillər gizlənmişdi. Şiəliyi uyduranlar çox can fəşanlıqla bunu başqa cür qələmə vermək istəyirlər. Halbuki Aişə özü Əliyə beyət etməyə dəvət etmişdi.

Əvvəla o kimdir ki, Osmanın qatillərini axtarırdı? O gərək xəlifəyə tabe olaydı! Sonra isə, qatilləri axtarırdısa niyə Basrada Əlinin tərəftarlarının hamısını qətlə yetirdi? O Basraya qatilləri axtarmaqa yox, ordu yığmağa getmişdir.

əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir: “ət-Tabəri səhih bir sənədlə əl-Əhnəf bin Qeys’in – radiyallahu anhu – belə dediyini rəvayət edir: Osmanın mühasirəsindən sonra Talha və Zubeyr’lə qarşılaşdım və soruşdum: “Nə etməyimi uyğun görürsüz, çünki mən onun (Osmanın) öldürüldüyünü görürəm?” Dedilər: “Əliyə tabe ol!” Osmanın qətlindən sonra Aişə ilə Məkkə’də qarşılaşdım və dedim: “Nə buyurursan?” Dedi: “Əliyə tabe ol!” (“Fəthul-Bari”, 13/60)

Təbərini yaxşı oxusaydız görərdiz ki, Osmana qarşı üsyanı elə Aişə, Təlhə və Zübeyr təşkil etmişdilər. Onların başçıları da Təlhə idi. Mərvan onu Cəməldə öldürəndə dedi ki, Osmanın qanını aldım. Niyə o Osmanın qanını Təlhədən alırdı? Çünki onu öldürən Təlhə idi.

Buna görə də Əhnəf bin Qeys Cəməl döyüşündə Aişəyə "tabe olmağı əmr etdiyiniz kəsə qarşı vuruşmaram" və Əlinin tərəfinə isə "möminlərin anasına qarşı vuruşa bilmərəm" demişdi.
Aişə ilə Əlinin arasındakı müharibənin başladanlar isə hələ də görə biləcəyimiz qəlbi əyri, xəstə ağıllı insanlar olmuşdu. Nə əcəb səhih tarixi şahidlikləri inkar edir, hər dəridən qabıqdan çıxıb Aişə ilə Əlinin düşmənçiliyini isbat etməyə çalışırsız.


Qeyd etdiyimə fikir verin. Aydındır ki, Aişə ona Əliyə qarşı vuruşmağa çağırırdı.

Səhih Buxarinin rus dilli versiyasında belə bir hədis var:

Глава 1192: Послание пророка, да благословит его Аллах и приветствует, хосрою и императору.

1620 (4425). Сообщается, что Абу Бакра, да будет доволен им Аллах, сказал:
«Аллах сделал так, что слова, которые я слышал от посланника Аллаха, да благословит его Аллах и приветствует, пошли мне на пользу в дни (, предшествовавшие) верблюжьей битве1, после того как я чуть было не присоединился к объединившимся вокруг верблюда2 и не стал сражаться вместе с ними. (Дело в том, что,) когда посланнику Аллаха, да благословит его Аллах и приветствует, стало известно, что персы вручили власть над собой дочери хосроя, он сказал: ”Никогда не преуспеют люди, вручившие власть над собой женщине”.
________________________________________
1 Имеется в виду состоявшаяся в декабре 656 года под Басрой битва между сторонниками ‘Али, считавшими, что он должен стать халифом после ‘Усмана, и его противниками, которых возглавляли Тальха, аз-Зубайр и ‘Аиша, да будет доволен ими всеми Аллах. Во время битвы ‘Аиша сидела в защищённом паланкине, установленном на верблюде, вокруг которого разгорелась решающая схватка, в связи с чем это сражение, завершившееся победой ‘Али, и стали называть ”верблюжьей битвой” или же ”днём верблюда”.
2 Имеются в виду Тальха, аз-Зубайр и ‘Аиша, да будет доволен ими Аллах.
3 Таким образом, Абу Бакра, да будет доволен им Аллах, хочет сказать, что он вовремя вспомнил эти слова пророка, да благословит его Аллах и приветствует, и поэтому не присоединился к той группе, к которой принадлежала ‘Аиша, да будет доволен ею Аллах.
http://www.crimean.o...mp;set=hadis_sb

Əbu Bakra deyir ki, Aişənin ordusuna qatılmaq istəyirdim ki, peyğəmbərin sözləri yadıma düşdü. O demişdir ki, Qadını özlərinə hakim edənlər heç vaxt müvəffəqiyyət qazanmayacaqlar.

Bu da ingilis dilli Buxaridən hədis:

Volumn 005, Book 057, Hadith Number 116.
Narated By Abu Wail : When 'Ali sent 'Ammar and Al-Hasan to (the people of) Kufa to urge them to fight, 'Ammar addressed them saying, "I know that she (i.e. 'Aisha) is the wife of the Prophet in this world and in the Hereafter (world to come), but Allah has put you to test, whether you will follow Him (i.e. Allah) or her."

Əbu Vail deyir: Əli Əmmar və Həsəni Küfə camaatının yanına göndərdi ki, onları Aişəyə qarşı müharibəyə cağırsınlar. Əmma onlara dedi: "Mən bilirəm ki, o (Aişə) peyğəmbərin bu dünyada da, axirətdə də zövcəsidir. Amma Allah sizi sınayır və yoxlayır ki, siz Allahın ardıyca gedəcəksiz, ya Aişənin".
http://hadith.worldo...bukhari/book_57

Gördüyünüz kimi Aişənin yolu Allahın yolundan ayrıdır.

Ümumiyyətlə sizlər sağa sola insanların əzizlərinə dil uzatmaqla ümmət arasında yalnız söyüş söyən, lənət oxuyan bir tayfa kimi tanınmısız. Heç olmasa bir özünüzə baxın!

Bu sözlər daha çox Siz əhli-sünnətə aiddir.

Məgər bizi səhabədən kimisə söyərkən görmüsən? Əksinə əhli-sünnət belə şeylərdən uzaqdır. O sizsiz ki, sözünüzün başında da, sonunda da tanımadığınız kəsləri söyürsüz!

Mən səhabələr haqda yazmadım. Siz yazdız ki, "ümmət arasında yalnız söyüş söyən", mən də dedim ki, söyüş söyən biz yox, sizsiz. Sizin alimlər həçişə şiələri söyüb, siələr isə söyüş söymür, bu bizdə haramdır.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#41 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 20 июля 2009 - 03:22

mən deyərdim ki, sunni alimləridə aişəni küfürdə günahlandırır.özüdə ki ibn teymıyyə,abdulvahab
kimə maraqlıdırsa gətirə bilərəm
özüdəki müşrük hökmü

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#42 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 20 июля 2009 - 14:04

mən deyərdim ki, sunni alimləridə aişəni küfürdə günahlandırır.özüdə ki ibn teymıyyə,abdulvahab
kimə maraqlıdırsa gətirə bilərəm
özüdəki müşrük hökmü

Mənə maraqlıdı

«لبيــــــــك خــــــــامنئي »


#43 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 20 июля 2009 - 21:55

mən deyərdim ki, sunni alimləridə aişəni küfürdə günahlandırır.özüdə ki ibn teymıyyə,abdulvahab
kimə maraqlıdırsa gətirə bilərəm
özüdəki müşrük hökmü

Menede maraglidir

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#44 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 21 июля 2009 - 00:26

Menede maraglidir

maraqlıdrsa yazımda,
ancaq qabaqcadan deyirəm ki,ibn teymiyyə bunu cahilliyin üzrlü olmasıni subut etmək üçün aişəyə böhtan atır.
bu yazınıda misirdə təhsil alan bir uzaq qohumum mənə göndərib, cahilliyi üzrlü olmasını subut etmək üçün mənə.
lakin gözdədiyinin əksi oldu,
ibn Teymiyyə bu hədis haqqinda."( Nasai, 4/91,93, Ahmad, 6/221...)
söylədi:"Bu mö'minlərin anasi Aişədir, peyğəmbərdən soruşur:" Allah insanlarin qəlblərində gizlətdiyi her şeyi bilirmi? Və peyğəmbər cavab verdi:"Bəli"-bu onu göstərir ki, o bilmirdi ki, Allah insanlarin gizlətdikləri hər şeyi bilir və dəlili isbat edərək bunu təsdiq etmək Imanin şərtlərindəndir və Onun her şeyi bilməsini inkar etmək Onun hər şey üzərindəki qüdrətini inkar etmək kimidir.(Məcmu əl-Fətawa 11/409)

bunuynan ibn teymiyyə subut etmək istəyir( yəni onun verdiyi şərhi deyirəm) nəsə Allahın hökmündən çixib,aişəyə görə,bu isə
böyuk küfürdür, lakin bilmədiyi üçün onu kafir saymadı Allahın rəsulu sas!
sonra bu haqqda sələfilərin azərbaycandakı şeyxinə verildi

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu hədis Səhih Muslimdədir, deməli səhihdir.
2. Bu hədisdə şöhbət ondan gedir ki, Aişa (r.a.) bilmirdi, yəni bütün günü onun yanında idi və bilmirdi, bəs başqaları? Yəni, şeyxulİslam diqqəti buna yönəldir. Həm də bu hədisi bir neçə mənbədə yoxladım, müxtəlif ləfzlərdə yoxladım, amma hamısında Suala peyğəmbər (s.a.v.) cavab verir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

yəni gördüyüvüz kimi Qamətdə , ibn teymiyyədə (qamətin dediyinə görə) Aişə allahını tanımırdı.(mən görə bu böhtandı,mənə görə Aişə müsəlman olub,)
ona görə ki, Allah - Bütün varlıqları yaradan və ümumilikdə idarə edən ,hökmü altına alan tək varlıqdır.Və bir dənə şey ola biləz ki, ondan gizli qalsın. yəni bu cür Allahı taniyarlar ,bu Allahı tanımağın ən 1ci mərhələsidir.
bunu bilməyən insan çox murdar insandı,və çox dərinlikdə azıb.
sələfilər isə deyir ki,Aişə mədinədə idi, yəni tovhid ayələri artıq nazil olmuşdu,rəsul sas aişənin yanında idi.Ancaq yəndə bilmirdi !?
əgər aişə bu hadisədən qabaq,bu əqidə də ölsəydi onda qiyamət günü nə deyəcəkdi ?
Allahsubhanvətəalaya deyəcəkdi ki, mənə peyğəmbər xəbərdarlıq etməmişdi ?
əgər sələfilərə görə rəsul sas -mın yanlnda olan adam kafir deyilsə onda kimdi kafir ? təkcə şiyələr ?
Mənim və rəsul sas əqidəsinə görə bunu bilməyən 1 ci təkfir olunur sonra dəvət olunur.
yəni inanmıram ki, aişə belə söz desin ,bu uydurma, çünkü rəsul sas mıda bunuynan küfürdə ittiham eleyirlər
çünkü 1 insanın açıq aydın küfrünü görüb ,onu müsəlman sayan özüdə kafir olur.bunu isə Allahın rəsulu məndən də yaxşı bilirdi.
lakin sələfilər isə inanır, və bunuynanda aişəni cahilliyyət küfründə ittiham eləyirlər.
lakin sələfilərdə isə belə bir insan cahil müsəlman sayılır xəbərdarlıqdan oluncayana qədər.
ancaq quranın təhrif olunmasına inanan insan isə SƏLƏFİLƏRDƏ qeydsiz şərtsiz ,xəbərdarlıqsız təkfir olunur
bu bir ədalətsizlikdi
özüvüz muqaisə edin , əgər sizdə furqan varsa !

Сообщение отредактировал ahmed: 21 июля 2009 - 00:29

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#45 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 25 июля 2009 - 19:17

omar
Müsəlmanan azəri arasında ferq çoxdur. Azərbaycanlı kafirdə ola bilər,nəsranidə və sair..

onuda yadıva salım kı,o döyüşdə 10000 minə yaxın ,müsəlman öldü.
özüdərki,o döyüşdə tanınmış səhabələr şəhid oldu.
indi o döyüşdə ölən müsəlmanların qohumu(,sənin məntiqinnən desək) səhvən durub
aişəni günahlandırsa ,və lənət oxusa onun hökmü nədir ?
cahil müsəlman ?
yoxsa cahil kafir ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#46 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 05 февраля 2011 - 15:46

Hezreti Hüseynin (r.a) qetle yetirilmesi hadisesi

Peyğemberin (s.a.v) nevesi, şehid, seyyid Hüseyn bin Elinin qetle yetirilmesi hadisesi ile bağlı çoxlu müxtelif revayetler mövcuddur. Bu risalede hezret Hüseynin (r.a) qetle yetirilmesi ile bağlı heqiqi revayeti oxuculara çatdırmaq isteyirik. Lakin evvelce size bu mesele ile bağlı mühüm müqeddimeni teqdim edirik. Hafiz İbn Kesir qeyd edir ki, Hezret Hüseynin qetle yetirilmesi hadisesi her bir müselmanı kederlendirmelidir. Çünki o peyğemberin en feziletli qızlarından birinin övladı, alim, ibadeti seven ve elaçıq bir insan idi. Lakin bu hadiseleri yada salarken insanların özlerini incitmesi, döymesi düzgün deyil. Şübhesiz ki, Hezret Hüseynin atası, Eli (r.a), oğlundan daha feziletli insan idi. O da qetle yetirilib. Lakin bu insanlar onun öldürülmesi gününe Hezret Hüseynin qetle yetirilmesi günü kimi münasibet beslemirler. Hezret Eli Hicir tarixle 40-cı ilin ramazan ayın 17-e cüme günü, sübh namazına gederken qetle yetirilib. Hemçinin Ehl es-Sünne ve-l-Cemaa alimlerine göre, hezret Osman (r.a) Hezreti Eliden daha feziletli bir şexsdir. O da hicir tarixile 36-cı ilin zilhicce ayının teşriq günlerinde (müselman ayının 13,14,15) evinde mühasireye alınaraq öldürülüb. Ancaq insanlar onun öldürüldüyü günü matem saxlamırlar. Bundan elave Ömer bin el-Xettab Osman ve Eliden (r.a) daha feziletli şexs sayılır. O mehrabda durub, Quran oxuyaraq sübh namazını qılarken öldürülübç Lakin insanlar onun öldürüldüyü günü matem günü elan etmeyibler. Es-Sıddiq Ebu Bekrinde Ömerden (r.a) daha feziletli şexs olmasına baxöayaraq onun vefat etdiyi gün yas saxlanılmır. Allahın Rasulu, dünya ve axiret Adem övladının ağası (s.a.v) diger peyğemberler kimi vefat edib ve heç kim hemin günü matem günü elan etmeyib. O gün bu insanların iddia etdiyi kimi güneşin tutulması, semanın qızarması kimi qeyri-adi hadiselerin baş veridyini heç kim qeyd etmemişdir.

Allah təala Əhli beytin haqqına girənlərə lənət eləsin.
Gör kimləri Kimdən üstün tutur bu alcaqlar.


Сообщение отредактировал Ehli beyt ashigi: 05 февраля 2011 - 15:47

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#47 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 05 февраля 2011 - 20:20

yaxşı başa düşdük ki,fetvanın axırı səni qane etmədi,bəs əvvəli necə ? Əlinin , hüseyndən fəzillətli olması !
və sonra matəm saxlamaq və sair
yani Əli r.a. Hüseyndən daha fəzillətli idi,bəs onda onun üçün niyə matem saxlamırsız ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#48 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 05 февраля 2011 - 22:27

yaxşı başa düşdük ki,fetvanın axırı səni qane etmədi,bəs əvvəli necə ? Əlinin , hüseyndən fəzillətli olması !
və sonra matəm saxlamaq və sair
yani Əli r.a. Hüseyndən daha fəzillətli idi,bəs onda onun üçün niyə matem saxlamırsız ?


ahmed,səni necə, qane edir?

Əvvəla Hz.Peyğəmbər(s.ə.ə.s.)İmam Hüseynə(ə.s.) ağlayıb,bizdə həqiqi
Peyğəmbərin sünnəsi olduğumuza görə,İmama(ə.s.) yas tutub ağlayırıq.

İmam Hüseynə (ə.s.) yas saxlamaq isə onun məzlumcasına qətl edilməsidir.Cünki,Allah təala Adəmi(ə.s.) yaradandan bu yana qədər bu cürə dəhşətli qətilam olmayıb,özüdə Peyğəmbər övladının.


Bu yası saxlamaqda əsas məqsəd isə İmam Hüseynin (ə.s.)məktəbini,şəhidlik məktəbini yaşatmaqdır.
Hər kimə o məktəbi Allah təala qismət etsə, şəhidlik onuncun baldanda şirin olar və İmam Hüseynin (ə.s.) yezid kimi şeytanlarla baş əyməməyi və axırda nicat tapmaqda böyuk köməkliyi olduğunu görər.

Sizin qəlbinizdə olan xəstəlik sizi qoymur ki,başa düşəsiz ki,İmam Hüseynin (ə.s.) vasitəsilə Allah təala dinini qorudu.
Allah təala buyurur ki,"Biz onu qoruyacağıq"(Dini,Quranı)
Biz kimlərdir?
Onların adı, Ərşin altında yazılıb.

Сообщение отредактировал Ehli beyt ashigi: 05 февраля 2011 - 22:28

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#49 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 05 февраля 2011 - 22:41

yaxşı başa düşdük ki,fetvanın axırı səni qane etmədi,bəs əvvəli necə ? Əlinin , hüseyndən fəzillətli olması !
və sonra matəm saxlamaq və sair
yani Əli r.a. Hüseyndən daha fəzillətli idi,bəs onda onun üçün niyə matem saxlamırsız ?


ahmed,səni necə, qane edir?

Əvvəla Hz.Peyğəmbər(s.ə.ə.s.)İmam Hüseynə(ə.s.) ağlayıb,bizdə həqiqi
Peyğəmbərin sünnəsi olduğumuza görə,İmama(ə.s.) yas tutub ağlayırıq.

İmam Hüseynə (ə.s.) yas saxlamaq isə onun məzlumcasına qətl edilməsidir.Cünki,Allah təala Adəmi(ə.s.) yaradandan bu yana qədər bu cürə dəhşətli qətilam olmayıb,özüdə Peyğəmbər övladının.


Bu yası saxlamaqda əsas məqsəd isə İmam Hüseynin (ə.s.)məktəbini,şəhidlik məktəbini yaşatmaqdır.
Hər kimə o məktəbi Allah təala qismət etsə, şəhidlik onuncun baldanda şirin olar və İmam Hüseynin (ə.s.) yezid kimi şeytanlarla baş əyməməyi və axırda nicat tapmaqda böyuk köməkliyi olduğunu görər.

Sizin qəlbinizdə olan xəstəlik sizi qoymur ki,başa düşəsiz ki,İmam Hüseynin (ə.s.) vasitəsilə Allah təala dinini qorudu.
Allah təala buyurur ki,"Biz onu qoruyacağıq"(Dini,Quranı)
Biz kimlərdir?
Onların adı, Ərşin altında yazılıb.



Düşünən insan üçün kifayət qədər ətraflı çavabdır. İndi qaldı o adam düşünən olsunda.
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#50 Huzeyfa

Huzeyfa

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 30 сообщений

Отправлено 06 февраля 2011 - 08:07

Başqa bir Səhabəni Əli (r.a)-dən üstün tutmaq Nasibilikdir?

#51 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 07 февраля 2011 - 00:42

Başqa bir Səhabəni Əli (r.a)-dən üstün tutmaq Nasibilikdir?


Hz.Əlidən(ə.s.) üstün səhabə olub?
Varsa qeyd et görək nədə üstün olublar.

Əgər onların Hz.Əlidən(ə.s.) qabaq xəlifə olmaqlarıdırsa,bu o demək deyil ki,onlar Ondan(ə.s.)üstündürlər.
Əvvəla onlar Hz.Əlinin(ə.s.)haqqını qəsb ediblər və buna görə Allah təalaya cavab verəcəklər.

İkincisidə gərək onda əbu süfyan lənətə gəlmiş sizin qondarma fəzilətli səhabələrinizdən də üstün olsun.
Cünki,Məkkədə Hz.Peyğəmbəri Allah təala xəlifə qərar vermişdi,amma o lənətə gəlmiş Həzrəti öz yurdundan didərgin saldı və özü xəlifəlik elədi.

Gəl belə edək sən onların fəzilətlərini yaz bizdə Hz.Əlinin(ə.s.) Onda korda görəcək ki,balığ şordu.


Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#52 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 07 февраля 2011 - 00:49

Başqa bir Səhabəni Əli (r.a)-dən üstün tutmaq Nasibilikdir?



Xeyr.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#53 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 февраля 2011 - 09:51

Başqa bir Səhabəni Əli (r.a)-dən üstün tutmaq Nasibilikdir?



Xeyr.

deyəsən Biharul Ənvarda görmüşdüm ki, bir kimsəni imamdan ə.s üstün tutanda nasibidir. amma hədisin dəqiq mənbəsi yadımda deyil, həmçinin səhih olub olmadığını da bilmirəm

#54 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 07 февраля 2011 - 13:53

Başqa bir Səhabəni Əli (r.a)-dən üstün tutmaq Nasibilikdir?



Xeyr.

deyəsən Biharul Ənvarda görmüşdüm ki, bir kimsəni imamdan ə.s üstün tutanda nasibidir. amma hədisin dəqiq mənbəsi yadımda deyil, həmçinin səhih olub olmadığını da bilmirəm


Hədislərin hökmü elə alimlərimizin rəyi ilə bilinir. "Nasibi" Əhli-beytlə düşmənçilik edənlərə aiddir.
Məlum olduğu kimi əhli-sünnə əqidəsinə görə 3 xəlifə Həzrət Əlidən (ə) üstündür (bəziləri Osmanda ixtilaf etsə də şeyxeyndə dəqiqdi). Amma bizim alimlərə sünnilərə nasibi demir ki? Onda bütün sünnilər nasibi olar, gərək müsəlmanların 80% nəcis ola

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#55 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 07 февраля 2011 - 14:01

İbni Həcər, Abdullah b. Əhməd b. Hənbəldən belə nəql edər:

Nəsr b. Əli b. Suhban, "Peyğəmbərimiz (s) bir gün Həsən® ilə Hüseynin ® əlindən tutaraq 'Kim məni, bu ikisini və bunların ana-atasını sevsə, qiyamət günündə mənimlə eyni dərəcədə olacaq' buyurdu" dəyincə Mütəvəkkil ona min qamçı vurulmasını əmr etdi. Nəsr b. Əli aldığı qamçının təsiriylə öləcək kimi oldu. Nəhayət Cəfər b. Əbdülvahid, Mütəvəkkillə danışıb onu razı salmağa çalışdı. Ona davamlı, "Ey möminlərin əmri! Bu adam Əhli sünnətdəndir!" deyirdi. Sonunda Mütəvəkkil, Nəsr b. Əlini sərbəst buraxdı – Təhzibu't-Təhzib, İbn-i Həcər, c.10, s.429, Daru's-Sâdır nəşri.

Yenə İbni Həcər, eyni adlı əsərində belə deyər:

"Abdullah b. İdris Əzdi, Əhli sünnət vəl-Camaatdan idi və sünnəyə bağlı idi. O, eyni zamanda bir Osman yanlısı idi - Təhzibu't-Təhzib, İbn-i Həcər, c.5, s.145. , Osman yanlılarının Hz. Əli'yə (ə) lənət etdikləri ve onu Osman'ın qatili olarak gördükləri məşhurdur.


Yenə İbni Həcər, Bəsrəli Abdullah b. Avn haqqında belə deyər:
"O etibarlı biridir. Sünnəyə olduqca bağlıdır. Bidətçilərə qarşı olduqca sərt idi. İbni Sad, onun Osman yanlısı olduğunu söyləmişdir." – Təhzibu't-Təhzib, İbn-i Həcər, c.5, s.348.

Yenə deyir ki:

"İbrahim b. Yaqub Cüzcani, Hz. Əliyə düşmənliyiylə bilinən Harizi məzhəbinə mənsub idi. Yəni Hariz b. Osman Diməşqinin təqlidçisi idi. İbni Həyyan, onun haqqında 'O, sünnənin möhkəm təqibçilərindən biridir' demişdir." – Təhzibu't-Təhzib, İbn-i Həcər, c.1, s.182.


Mütəvəkkili (l) tanımayanlara :

İmam Əli (ə) və övladlarına (ə) düşmənliyiylə tanınan Abbasi xəlifəsi Mütəvəkkil xəlifə olduğu zaman İmam Hüseynin (ə) türbəsini dağıtdırdı və Əhlibeyt (ə) dostlarının buranı ziyarət etmələrini qadağan etdi -

Mütəvəkkil, Əli (ə) və onun övladlarına (ə) düşmən olmayana heç bir surətdə ücrət və hədiyyə verməzdi.
Mütəvəkkil ilə onun uşaqlarına müəllimlik edən ədəbiyyat ustadı İbni Sıkkit arasında keçən hekayə məşhurdur. Mütəvəkkil, onun Əli və övladlarını sevdiyini öyrəndiyində "Mənim uşaqlarıma müəllimlik edən biri necə olar da Əli və övladlarını sevə bilər?" deyərək İbni Sıkkiti vəhşicəsinə öldürtmüşdü.
İmam Əliyə qarşı bəslədiyi kin elə dərin idi ki sırf buna görə adı Əli olan bütün uşaqların öldürülməsini əmr etmişdi. Bir gün Əli b. Cəhm adlı bir şairlə qarşılaşmış, şair ona xitab olaraq, "Ey möminlərin əmri! Anam və atam mənə zülm edərək adımı Əli qoymuşlar. Mən bu addan və bu adı daşıyan hər kəsdən nifrət edirəm!" demiş, Mütəvəkkil gülərək onu bu danışmasından ötəri mükafatlandırmışdı.
Sarayında vəzifə yerinə yetirən bir təlxək vardı. Möminlərin əmri İmam Əlinin (ə.s) təqlidini edər, insanları güldürərdi. İnsanlar onu gördüklərində "İşdə, göbəyi çıxmış adam gəldi!" deyir, bu şəkildə İmam Əliyə lağ edir və beləcə xəlifəni xoşbəxt etməyə çalışırdılar.

Xatırlatmaq lazımdır ki, İmam Əli ilə o qədər düşmənliyi olan Mütəvəkkil, Əhli sünnət alimləri tərəfindən "sünnəni canlandıran" mənasını verən "Muhyi's-Sünnət" ləqəbiylə xatırlanmaqdadır. Hədis əhli olaraq bilinən birliyin şəxsən özləri Əhli sünnət vəl-Camaat olduqları üçün qəti olaraq aydın olur ki bunların dilində sünnədən qəsd, Əli (ə.s) ilə düşmən olmaq, ona lənətləmək və ondan bəri olmaq idi. Bu da Nasibiliyin özüdür.
Daha çox şərh lazım olsa, Xarəzmi, kitabında belə nəql edər: "Xəyzaran oğlu Harun ilə Rəhman olan Allaha deyil də şeytana mütəvəkkil olan Cəfər Mütəvəkkil, Əbu Talibin soyuna söymədikcə və Nasibi məzhəbinə köməkçi olmadıqca kimsəyə pul verməzdi." - Maktəl, Xarezmî, s.135.

Сообщение отредактировал reservoir engineer: 07 февраля 2011 - 14:04

Zillət bizdən uzaqdır !


#56 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 07 февраля 2011 - 14:40

İmam Əliyə qarşı bəslədiyi kin elə dərin idi ki sırf buna görə adı Əli olan bütün uşaqların öldürülməsini əmr etmişdi. Bir gün Əli b. Cəhm adlı bir şairlə qarşılaşmış, şair ona xitab olaraq, "Ey möminlərin əmri! Anam və atam mənə zülm edərək adımı Əli qoymuşlar. Mən bu addan və bu adı daşıyan hər kəsdən nifrət edirəm!" demiş, Mütəvəkkil gülərək onu bu danışmasından ötəri mükafatlandırmışdı.


Hec də təccüblü deyil. Bu günkü Azərbaycanımızda belələri ilə rastlaşmaq olardı.
Allaha şükür olsun, Ali adı ilə başlayan familyalardan çəkinirlər.

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#57 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 07 февраля 2011 - 15:39

Başqa bir Səhabəni Əli (r.a)-dən üstün tutmaq Nasibilikdir?

Bismillah,nasibilik deyil.Mən korluq deyərdim.Çünki elə əhli-sünnə mənbəsi ilə kimin daha fəzilətli olmağını isbat etmək o qədər də çətin deyil!

#58 Huzeyfa

Huzeyfa

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 30 сообщений

Отправлено 12 февраля 2011 - 21:54

Başqa bir Səhabəni Əli (r.a)-dən üstün tutmaq Nasibilikdir?



Xeyr.

deyəsən Biharul Ənvarda görmüşdüm ki, bir kimsəni imamdan ə.s üstün tutanda nasibidir. amma hədisin dəqiq mənbəsi yadımda deyil, həmçinin səhih olub olmadığını da bilmirəm


Hədislərin hökmü elə alimlərimizin rəyi ilə bilinir. "Nasibi" Əhli-beytlə düşmənçilik edənlərə aiddir.
Məlum olduğu kimi əhli-sünnə əqidəsinə görə 3 xəlifə Həzrət Əlidən (ə) üstündür (bəziləri Osmanda ixtilaf etsə də şeyxeyndə dəqiqdi). Amma bizim alimlərə sünnilərə nasibi demir ki? Onda bütün sünnilər nasibi olar, gərək müsəlmanların 80% nəcis ola



Şeyximiz əş-Şəhid əs-səni ğarib hədislərin üzərində incələmə edərək çox gözəl bir anlayış çıxarmışdır və ona görə nasibi, əhli-beytin, aleyhim əs-sələm, şiələrinə düşmənlik edəndir və bunu açıqda göstərəndir.

Buna eləcədə əs-Saduqun "əl-İləl əş-Şərai" əsərində Sadiqdən, aleyhis-sələm, mötəbər bir sənəd ilə gətirdiyi rəvayət dəlalət edir: "Nasibi bizə, yəni əhli beytə düşmənlik edən deyildir, çünki sən heç bir kəsin "Mən Muhammədə və Onun ailəsinə nifrət edirəm" dediyini görməzsən. Lakin nasibi, sizə düşmənçilik edəndir, çünki o, bilir ki, siz bizimlə dostluq edirsiniz və bizim şiələrimizsiz. Bu mənaya dəlalət edən rəvayətlər çoxdur.
Eləcədə peyğəmbərdən, salləllahu aleyhi va alihi va səlləm, rəvayət olunmuşdur: "Nasibilərin əlamətlərindən biri də Əlidən başqasını ona üstün tutmaqdır."

Bu mənanı dəstəkləyən daha bir fakt isə budur ki, imamlar, aleyhim əs-sələm, və onların yaxınları nasibi sözünü Əbu Hənifə və onun bənzərləri üçün istifadə etmişlər. Halbuki Əbu Hənifə əhli beytə, aleyhim əs-sələm, qarşı düşmənçilik edən biri deyildi, əksinə onlara qarşı meyl edirdi və onlara qarşı sevgi göstərərdi. Lakin onların fikirlərinə müxalifət edərdi və deyərdi: "Əli dedi və mən deyirəm ("əl-Ənvar ən-Numəniyyə", 2/206-207)

"Bizim əvvəldə söylədiyimiz kimi gələn rəvayətlərin dəlalət etdiyi mənaya gəldikdə isə, nasibi Əlidən. aleyhis-sələm, başqasını üstün tutandır. İbn İdrisin "Mustətrafat əs-Sərair" kitabında "Məsəil ər-Ricəl" kitabında Muhamməd bin Musaya qədər çatan isnad ilə rəvayət etdiyinə görə: "Ona - yəni, Əli bin Muhammədə, aleyhis-sələm, yazaraq nasib barədə soruşdum: "Cibt və Tağutu (Əbu Bəkr və Öməri) üstün tutan və bu ikisinin imam olduğuna etiqad edən birinin nasib olduğuna hökm vermək üçün bu etiqadından da çoxunu yoxlamağa ehtiyac varmı?" Ondan belə cavab aldım ki, "kim artıq bu etiqaddadırsa, o nasibidir."
ər-Ravəndinin "Nəhcul-Bələğa" şərhində qeyd olunduğuna görə peyğəmbərdən, salləllahu aleyhi va səlləm, soruşuldu ki, ondan sonra nasibilər kimlərdir? Dedi: "Başqasını Əliyə üstün tutan"
"Lakin nasibinin əhli-beytə düşmən olan biri kimi izah olunmasına gəldikdə isə - necəki son dövr alimlərimizin çoxu bu rəydədir - bunu isbat edən heç bir dəlil yoxdur, əksinə bu görüşü ləğv edən rəvayətlər vardır. "İqab əl-Aməl val-İləl vas-Sifət əş-Şiə" kitabında isə Abdullah bin Sənan və əl-Məalə bin Xuneysə qədər çatan sənəd ilə Əbu Adbullahdan, aleyhis-sələm, gələn rəvayətdə o, demişdir: "Nasibi sadəcə bizə, yəni əhli-beytə düşmənlik edən deyildir, çünki elə bir nəfər də yoxdur ki, "Mən Muhammədə və Muhammədin ailəsinə nifrət edirəm" desin. Əslində nasibi sizə düşmənlik edəndir, çünki o, bilir ki, siz bizə inanırsız və bizim şiələrimizsiz." Onun dayanılan bu görüşü rədd etməsi açıq-aşkardır."
("əl-Məhasin ən-Nəfsaniyyə fi Əcvibə əl-Məsəil əl-Xorasaniyyə", səh: 145)








#59 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 12 февраля 2011 - 22:44

bunların hamısı doğrudur:

1. Əhli Beytə ə.s düşmən olanlar nasibidir.
2. imam Əlidən ə.s başqasını üstün bilən nasibidir.
3. Şiələrə düşmən olanlar nasibidir.

1-ci bən mütləq şəkildə, heç bir istisna olmadan nasibilərdir ki, onlar nəcis və kafirdirlər. 2 və 3-cü quruplar isə:

1. ya kafir və nəcisdirlər
2. yada müstəzəəfdirlər

Əhli Beyttən ə.s gələn xəbərləri incələyəndə açıq-aşkar görünür ki, vilayəti qəbul etməyənlətin hamısı deyil ancaq hüccət özlərinə tamamlandıqdan sonra inkar və inad edənlər nasibidirlər. bu da eyni məsələdir. əgər bir şəxsə hüccət tamamlansa və o buna rəğmnə inad etsə, inkar etsə, başqalarını imam Əlidən ə.s üstün görsə, Şiələrə kin güdsə o nasibidir yəni kafir və nəcisdir.


#60 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 13 февраля 2011 - 00:36

Siz göstərdikləriniz dəlil deyil. Bu məlumdur ki, höccət tamamlanandan sonra inadkarlıq edib üz çevirən cəhənnəmlikdir, onun qurtuluşu yoxdur.
Amma əgər fiqhi termin kimi "nasibi"likdən danışırıqsa, bu barədə xahiş edirəm müasir alimlərimizin yaxud da yaxın dövrlərdə yaşamış alimlərimizin rəyini göstərəsiz.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru