Salam aleykum. Hənbəli adlı user mözu açıb, 1-2 söz deyib. Hətta o qədər ki, bizlərə bizim hədislər haqqında dərs keçmək istəyib. çox güman ki, onun dostu Abu Sufyan Ordusu vaxtında bu yazdıqlarını görməyib, yoxsa maraqlı mövzu olardı.
Nə isə, keçək əsas məsələyə.
4. Rəvayətin sənədində Xaləf bin Hamməd vardır. Şiə ricəl alimlərindən İbnul-Ğadairi deyir: "Onun halı qarışıqdır. Bəzən hədisini qəbul edirik, bəzən inkar edirik. Şahid qismində yararlıdır." ("Məcmə ər-Ricəl", 2/271) Lakin digər alimləriniz, məsələn ən-Nəcaşi kişini siqa sayır. Xoyi də ən-Nəcaşinin dediyini qəbul etmişdir.
Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, "Rical ibnul Ğadairi" adlanan və şeyximiz ibnul Ğadairiyə -Allah ona rəhmət etsin- nisbət edilən bu kitabın özü sabit deyildir. Hansı ki, sən də "Xoyi də ən-Nəcaşinin dediyini qəbul etmişdir." sözünlə Seyyid Xoyinin bu barədəki sözünü gördüyünü etiraf edirsən. Seyyid deyir:
أقول: الظاهر وثاقة الرجل، فإنّ تضعيف ابن الغضائري لم يثبت، فإنّ كون الحديثمعروفاً تارة ومنكراً أخرى أمر ووثاقة الرجل أو ضعفه أمر آخر، على أنا قدذكرنا أنه لم يثبت استناد الكتاب إلى ابن الغضائري، فلا معارض لتوثيق النجاشي.
Mən (Xoyi) deyirəm: ..... artıq qeyd etmişik ki, bu kitabın ibnul Ğadairiyə isnadı sübut olunmayıb, ona görə də ən-Nəcaşinin təvsiqi ilə heç bir ziddiyyət yoxdur.
Deməli, (sənin üçün) Xaləf b. Həmmad problemi ortadan qalxmış oldu. Lakin yaxşı hal budur ki, sən heç olmazsa şiə hədislərini, şiə ravilərini qardaşlarınızdan Samir Firdovsioğlu kimi nasibilərin rical kitabları ilə təshih-təzyif etməyə çalışmamısan.
Eləcədə Muhamməd bin Xalid əl-Bərqi haqqında İbnul-Ğadairi deyir: "hədisləri qəbul olunur və inkar olunur. zəiflərdən çox hədis rəvayət edir. Mürsəllərə etimad edir." ("Ricəl İbnil-Ğadiri", səh: 93) ən-Nəccaşi isə deyir: "Zəif əl-hədis" ("Ricəl ən-Nəccaşi", 335) yəni hədisləri zəifdir
ibnul Ğadairiyə nisbət olunan kitab haqqında yuxarıda deyildi. ən-Nəcaşiyə gəldikdə isə, bəli Əbul Abbas ən-Nəcaşi Məhəmməd b. Xalid əl-Bərqi haqqında "Məhəmməd hədisdə zəifdir / كان محمد ضعيفا في الحديث" demişdir. Lakin Şeyx onun haqqında "Məhəmməd b. Xalid əl-Bərqi, siqadır / محمد بن خالد البرقي، ثقة" deyərək onu siqa saymışdır. Rical alimləri tərəfindən qəbul edilən görüş də məhz budur.
Əhməd bin Muhamməd isə Muhamməd bin Xalid əl-Bərqinin oğludur. Şiə ricəl alimləri onu siqa sayırlar. Lakin onun öz tələbəsi, əl-Kuleyninin şeyxi Muhamməd bin Yəhya əl-Attar isə onu tənqid etmişdir. Muhamməd bin Yəhya özü deyir: "فقلتُ لمحمد بن الحسن : يا أبا جعفر ، وددتُ ان هذا الخبر جاء من غير جهة أحمد بن أبي عبدالله !"
"Ey Əbu Cəfər! Arzu edirəm ki, bu xəbər Əhməd bin Əbi Abdullahdan başqa tərəfindən rəvayət olunsun..."
Əhməd b. Məhəmməd b. Xalid əl-Bərqini heç kim cərh etməmişdir. Tənqid olunduğu xüsuslar onun zəif ravilərdən rəvayətlərinin olması və mürsəl xəbərlərə etimad etməsidir. Lakin özü siqa bir şəxsdir ki, bu da kifayətdir.
Qaldı ki, şeyximiz Məhəmməd b. Yəhya əl-Attarın güya onu tənqid etməsinə, həmən mətni tam olaraq yerləşdirsəydin mövzu aydın olardı. əl-Kuleyni deyir:
قَالَ مُحَمَّدُ بْنُ يَحْيَى فَقُلْتُ لِمُحَمَّدِ بْنِ الْحَسَنِ يَا أَبَا جَعْفَرٍ وَدِدْتُ أَنَّ هَذَا الْخَبَرَ جَاءَ مِنْ غَيْرِ جِهَةِ أَحْمَدَ بْنِ أَبِي عَبْدِ اللَّهِ[1] قَالَ فَقَالَ لَقَدْ حَدَّثَنِي
قَبْلَ الْحَيْرَةِ بِعَشْرِ سِنِينَ.
Məhəmməd b. Yəhya (əl-Attar) dedi: Məhəmməd b. Həsənə (əs-Səffara) dedim: "ey Əbu Cəfər kaş ki, bu xəbər Əhməd b. Məhəmməd b. Xaliddən başqa cəhətdən varid olaydı." (Məhəmməd b. Həsən əs-Səffar) dedi: "o bunu mənə heyrətdən 10 il əvvəl danışıb."
Burada Məhəmməd b. Yəhya əl-Attar nə deyir? Və Məhəmməd b. Həsən əs-Səffarın dediyi heyrət nədir? imam Həsən əl-Əskərinin -ələyhissələm- ölümündən sonraki qısa dövr heyrət = çaşqınlıq dövrü adlanır. Məhəmməd b. Yəhya əl-Attar isə bu hədisin həmən heyrət dövründən öncəki dövrə aid bir şəxsdən varid olmağını arzu edirdi. Seyyid Xoyi bununla bağlı deyir:
بيان ذلك بتوضيح منّا: أنّ محمد بن يحيى، احتمل أنّ رواية أحمد بن أبي عبد اللّه كان بعد وقوع الناس في حيرة من أمر الامامة، حيث كان جماعة يقولون: بأنّ الحسن العسكري عليه السلام، لم يكن له ولد، وكانت الشيعة يعتقدون بوجود الحجّة سلام اللّه عليه، وإنّه الامام بعد أبيه، فودّ محمد بن يحيى: أن يكون راوي هذه الرواية شخصاً آخر، أي رجلاً كان من السابقين على زمان الحيرة، ليكون إخباره إخباراً عن المغيب، قبل وقوعه، فأجابه محمد بن الحسن، بإنّ إخبار أحمد بن أبي عبدالّله كان قبل الحيرة بعشر سنين، يعني إنّه كان قبل ولادة الحجّة بخمس سنين، وعلى ذلك فليس في الرواية ما يدلّ على ذمّ أحمد بن أبي عبد اللّه أصلاً.
Məhəmməd b. Yəhya ehtimal edirdi ki, Əhməd b. Məhəmməd b. Xalid, rəvayəti insanların imamət haqqındaki heyrət (çaşqınlıq) dövründən sonra nəql edib. Hansı ki, o zaman bir dəstə var idi ki, Həsən əl-Əskərinin -ələyhissələm- oğlu olmadığını deyirdi. Şiələr isə Hüccətin varlığına, onun atasından sonra imam olduğuna etiqad edirdilər. Məhəmməd b. Yəhya bu hədisin ravisinin başqa birisi yəni heyrətdən əvvəl yaşamış birisi olmasını arzulayırdı ki, onun xəbəri hadisənin baş verməsindən öncə, qeybdən verdiyi xəbər olsun. Məhəmməd b. Həsən cavab olaraq onun xəbərinin heyrətdən on il əvvəl, yəni Hüccətin doğumundan 5 il əvvəl söylədiyini bildirdi. Buna görə də, rəvayətdə Əhməd b. Məhəmməd b. Xalidi zəmminə dəlalət edəcək heç bir şey yoxdur.
Üstəlik əs-Saduq heç cür Muhamməd bin Yəhya əl-Attar'da rəvayət edə bilməz. əl-Xoyi deyir: "ومحمد بن يحيى العطّار من مشايخ الكليني يروي عنه كثيراً، ومع ذلك فقد قال الصدوق: حدّثني محمد بن يحيى العطّار، عن محمد بن أحمد : الحديث ؤ. ثواب الاعمال: في ثواب من صلّى بين الجمعتين خمس مائة ركعة. وظاهر هذا الكلام أنّ الصدوق يروي عنه بلا واسطة،: ولكن من المطمأن به أنّ الواسطة قد سقطت وهو أحد مشايخه،"
"Muhamməd bin Yəhya əl-Attar, əl-Kuleyninin şeyxlərindəndir və ondan çoxlu rəvayət etmişdir. Bununla belə əs-Saduq deyir: Mənə Muhamməd bin Yəhya əl-Attar, Muhamməd bin Əhməddən rəvayət etdi: hədis: əməllərin savabı, kim iki cümə arasında beş yüz rükət qılarsa...Bunun zahirindən görünür ki, əs-Saduq ondan vasitəsiz rəvayət edir. Lakin əminliklə demək olar ki, buradakı vasitə düşmüşdür və bu, onun şeyxlərindən biridir..."
Aləmi qatıb qarışdırmısan. Bu hədis əl-Kuleyninin "əl-Kəfi" kitabındandır, əs-Saduqun -Alah hər ikisinə rəhmət etsin- kitabından deyil. Məhəmməd b. Yəhya əl-Attar da əl-Kuleyninin şeyxidir. Deməli burada da problem yoxdur.
Qaldı ki, əs-Səduqun Məhəmməd b. Yəhya əl-Attardan rəvayət etməyinə, sən sitat gətirdiyin Seyyid Xoyinin sözünü ya tam oxumamısan ya da oxumaq istəməmisən. Birlikdə oxuyaq:
ومحمد بن يحيى العطّار من مشايخ الكليني يروي عنه كثيراً، ومع ذلك فقد قال الصدوق: حدّثني محمد بن يحيى العطّار، عن محمد بن أحمد : الحديث ؤ. ثواب الاعمال: في ثواب من صلّى بين الجمعتين خمس مائة ركعة
Məhəmməd b. Yəhya əl-Attar, əl-Kuleyninin şeyxlərindəndir, ondan çoxlu rəvayət etmişdir. Bununla birlikdə əs-Səduq deyir: "Məhəmməd b. Yəhya əl-Attar mənə Məhəmməd b. Əhməddən danışdı". (bax) "Savabul Əməl", kim iki cümə arasında beş yüz rükət qılarsa (fəsli)
وظاهر هذا الكلام أنّ الصدوق يروي عنه بلا واسطة،: ولكن من المطمأن به أنّ الواسطة قد سقطت وهو أحد مشايخه، ويؤيّد ذلك أنّ في النسخة المطبوعة الحديثة من كتاب ثواب الاعمال هكذا: حدّثني محمد بن الحسن، قال: حدّثني محمد بن يحيى العطّار... إلخ.
Bu sözün zahirinə görə əs-Səduq, Məhəmməd b. Yəhya əl-Attardan vasitəsiz olaraq rəvayət edir. Ancaq əmin olmaq olar ki, buradaki vasitə düşmüşdür və bu vasitə əs-Səduqun şeyxlərindən biridir. Bu "Səvabul Əməl" kitabının yeni nüsxələrində də bu şəkildədir: "Mənə Məhəmməd b. Həsən danışdı, dedi: Mənə Məhəmməd b. Yəhya əl-Attar danışdı....."
Yəni əs-Saduq zatən əl-Attardan rəvayət etməyib. Bu bilinən bir şeydir və kitabın da fərqli nüsxələrində əs-Saduqun əl-Attardan vasitəsiz olaraq deyil şeyxi Məhəmməd b. Həsən (b. Vəlid) vasitəsi ilə rəvayət etdiyi bəllidir.
Bir sözlə bu hədis elmi standartlara görə dəlil kimi yaramır...
Şeyx əl-İslam Məclisi "əl-Kəfi" şərhində, hədis haqqında dedi:
الحديث الرابع : صحيح
4-cü hədis: səhihdir.
II Məclisi, "Miratul Uqul", 2/294