Перейти к содержимому


Фотография

Təqiyyə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 8

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 20 июля 2008 - 15:47

Bismilləhir RƏhmanir Rəhim!
Təqiyyə etmək olar ya yox? Əlbəttə ki, hər şeyin öz yeri var. Onu da yerində


#2 MOANER

MOANER

    Arif – Corporal

  • Emir
  • 85 сообщений

Отправлено 21 июля 2008 - 21:16

кто нибудь слышал хадис Имама Садыка а.с. что Такыя во всем кроме питья вина?
HER GUN ASHURADIR HER JER KERBELA!

#3 tatar

tatar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 21 июля 2008 - 23:37

кто нибудь слышал хадис Имама Садыка а.с. что Такыя во всем кроме питья вина?

Нет брат.
Я пёс у дверей Имама Али (А).

#4 MOANER

MOANER

    Arif – Corporal

  • Emir
  • 85 сообщений

Отправлено 22 июля 2008 - 00:01

но я не видел а тока слышал от брата другого, но логически это очень верно, если глубоко копать...
HER GUN ASHURADIR HER JER KERBELA!

#5 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 23 июля 2008 - 18:04

http://islamiyyet.uc...s/2007-11-22-41

Bu gün dindarların ixtilaf etdiyi məsələlərdən biri də “Təqiyyə”dir. Bəziləri bunu düzgün, bəziləri isə ikiüzlülük kimi qəbul edirlər. Əvvəlcə “Təqiyyə nədir?” sualına cavab verək:

Təqiyyə odur ki, insan canını, malını, namusunu qorumaq üçün düşməndən qorumaq üçün öz əqidəsini gizlətsin. Əslində isə bütün insanlarda bu xüsusiyyət vardır.

İslamın ilkin dövrlərində də müsəlmanlar kafirlərdən, müşriklərdən qorunmaq üçün təqiyyədən istifadə edirdilər.

Qurani-Kərimdə buyurulur: “Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)” (“ən-Nəhl” surəsi, ayə 106).

İbn Kəsir bu ayəni təfsir edərkən qeyd etmişdir: “Bu ayə o şəxsin haqqındadır ki, qəlbən başqa fikirdə olduğu halda, məcburiyyət qarşısında qalıb müşriklərin fikrini təsdiq edir. Bu ayə Ammar Yasir haqqında nazil olub. Düşmənin əzab-əziyyətinə dözməyən Ammar dildə Peyğəmbəri (s) inkar etmək məcburiyyətində qalmışdır. Sonra həzrətin yanına gəlib, vəziyyəti danışmış və həmin ayə nazil olmuşdur”.

Rəvayətlərin birində nəql olunur ki, Peyğəmbər (s) Ammara buyurur: “Əgər müşriklər sənə yenə əziyyət versələr, yenə də bizi inkar et, onları çaşdır. Qoy elə düşünsünlər ki, onlarla həmfikirsən. Bu yolla özünü qoru” (“Mishabul-munir”, səhifə 746).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 23 июля 2008 - 18:38

Təqiyyə fitri bir işdir. Hər bir ağıllı insan təhlükə olan yerdə ondan istifadə edir. Bu cəhətdən islam dini güclü və inadkar müxalifin müqabilində əqidəsini izhar edə bilmədiyi halda təqiyyəni müsəlmanlar üçün caiz buyurubdur. Təqiyyə möminin kafirlərin yanında imanı gizlədib küfrü izhar etməsi və ya batil əhlinin yanında onların canını yaxud malını təhlükə gözlədiyi yerdə haqqı gizlədib batili izhar etməkdir. Qurani-kərimdə Ali Firon möminin dastanı (Ğafir surəsi.), Əmmar Yasirin dastanı və Rəsulullahın ciddi göstərişi bu zəmindəki müddəamıza sübutdur.?>

Bəzi qanmazlar təqiyyəni dərk etmədən «təqiyyə» ilə «ifaq (münafiq)» bir olduğunu iddia edib şiələri hədəfə tutublar. Əslində əhle nifaq (münafiqlər) təqiyyə edənlə ciddi fərqlənirlər. Çünki münafiq küfrünü gizlədib özünün müsəlman və mömin olduğunu göstərməyə çalışır. Münafiq bu işi ilə müsəlmanlara zərbə vurub onların arasında casusluq etməyə çalışır. Təqiyyə küfrü izhar edib haqqı gizlətməkdir. Burada hədəf canı və malı hifz edib nicat tapmaqdır. Ağıllı adam bunların mahiyyət etibarı ilə fərqləndiyini başa düşür, onların hansının yaxşı və hansının pis olduğu haqda sərbəst dərk edir. Amma inadkarlar nəinki başa düşmür hətta düşmən kimi müsəlmanlara hucum çəkməkdən həya etmirlər.

Əhli sünnət alimləri (Fəxre Razi və Cəmaluddin Məraği kimi) istər kafirlərdən və istərsə də müsəlmanlardan təqiyyə etməyi caiz biliblər. Burada hamının meyarı birdir o da zalımdan canı və malı hifz etməkdən ibarətdir.

Təqiyyə bir neçə yerə bölünür: vacibi təqiyyə, haram təqiyyə, müstəhəb təqiyyə, və məkruh təqiyyə. Digər bir müsəlmanın canı və ya müqəddəs islam dini xətərdə olsa onda təqiyyə etmək haramdır.
Artıq şiələr çox yerlərdə hətta vəhhabizmin vətəni olan Səudiyyə Ərəbistanında belə təqiyyə etmirlər. Şiə məzhəbinin kitabları hər yerdə çap olunur və pak əqidələri dünyanın bütün guşələrimdə yayılır. Şiənin təqiyyə etməsinə irad gətirən qanmazlar yaxşı olar ki, əvvəlcə təqiyyənin yaranma səbəbləri ilə maraqlansınlar. Bəli Əli və onun əhli beytini rəsulullahın vəsiyyətinə görə sevən şiələr Müaviyyənin xilafətindən başlayaraq zalım xəlifələrin və bəzi təəssübkeş sünnülərin amansız zülmlərinə məruz qaldıqları üçün təqiyyə edirdilər. Hər bir insaflı və qeyrətli müsəlman Müaviyyənin xilafətindən başlayaraq islam tarixini mutaliə etsə bu zalımların müsəlmanlara necə zülm etdiklərini görər. Həmin zülümlər bəşər tarixində misli görünməmiş bir faciələr almanaxıdır ki, əsil müsəlman belə sələflərə görə iftixar yox xəcalət çəkməlidir. Haqqında bəhs etdiyimiz təqiyyə də o dövürdən başlandı.

HACI ELMAN İBADOV tel: 055-752-27-40
BAKI ŞƏHƏRİ Email: mirsad2007@mail.ru 20.10.2006

#7 MOANER

MOANER

    Arif – Corporal

  • Emir
  • 85 сообщений

Отправлено 26 июля 2008 - 14:56

Аллах говорит в Священном Коране:

«На тех, которые отказались от веры в Аллаха, после того как уверовали в Него, обрушится гнев Аллаха, за исключением тех, кто приневолен был отречься только на словах, в то время как их сердца оставались твёрдыми в своей вере, - на этих не будет гнева Аллаха. А на тех, кто открыл свои сердца неверию, и их уста произносят слова неверия, падёт великий гнев Аллаха, и ожидает их великое наказание в будущей жизни.» (16:106).

Говоря о ниспослании данного аята, комментаторы Корана приводят следующее: «В один из дней Аммар ибн Ясер вместе со своими родителями и другими мусульманами был захвачен язычниками, которые требовали от них отречения от Ислама. Однако все мусульмане свидетельствовали о единстве Аллаха и пророчестве Мухаммада (ДБАР). Тогда язычники стали убивать мусульман, и Аммар ибн Ясер был вынужден сделать «такийа», скрыв свои религиозные убеждения, признал правоту неверных и был ими освобожден. Именно после этого был ниспослан данный аят Корана. Следовательно, укрывание своих убеждений является чисто кораническим учением, признанным Пророком (ДБАР) и его сподвижниками.
HER GUN ASHURADIR HER JER KERBELA!

#8 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 27 декабря 2010 - 15:10

Təqiyyə haqda mən də şərh yazmaq istərdim :

İbni Cərir və İbni Əbi Xatəm, əl Əvfi təriqiylə İbni Abbasdan, Ali-İmran surəsinin

"......Ancaq onlardan qorxduğunuz təqdirdə...." ayəsinin təfsirində nəql etdiyi bir hədisdə belə deyir:

"Təqiyyə dil ilə olar. Əgər içinizdən biri Allaha üsyan olan bir söz söyləmək məcburiyyətində buraxılar, o da imanına ürəyində etibarı olduğu halda qorxudan o sözü söyləsə, bu ona bir zərər çatdırmaz. Çünki bu dil ilə edilən bir təqiyyədir." -Suyuti'nin yazdığı "Əd Durr'ül Mənsur"

Yenə Hakimin təsdiqlədiyi və Beyhaqinin öz Sünənində, Eta yoluyla İbni Abbasdan ("...Ancaq onlardan qorxduğunuz təqdirdə...") ayəsinin təfsirində nəql etdiyi bir hədisdə belə iştirak etmişdir.

"Təqiyyə ürəyin iman üzrə olduğu halda dil ilə (tərsini) söyləməkdir." - " Sünən-i Beyhaqi ve Müstədrək-i Hakim

Əbd ibni Hamidin Həsəndən nəql etdiyi bir hədisdə də belə deyilmişdir.

"Qiyamət gününə qədər təqiyyə caizdir. " – İmam Suyuti , Əd-Durrul Mensur, c2, s.176.

"Müşriklər, Ammar ibni Yasiri (r.a) tutduqlarında, Hz. Rəsulullaha (s) söyüb özlərinin ilahIarını xeyrlə xatırlamadan buraxmadılar. Sonra onu buraxdıqlarında Hz. Rəsulullahın (s) yanına gəlincə, Həzrət ondan "Kürəyində nə var?" deyə soruşdu. Ammar, "Şər, sənə bir şeylər söyləyib onların ilahlanm xeyrlə anmadıqca məni buraxmadalar" deyə cavab verdi. Rəsulullah (s) ona "Ürəyini necə bulursan?" dedi. Ammar "İmanımdan əminim." cavabını verdi. O zaman Rəsulullah (s. a. a) "Əgər onlar təkrar səni tutsalar, sən eyni işi et" buyurdu. Bu sırada bu ayə nazil oldu:
Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla - Nəhl surəsi,106-cı ayə

İbni Sə'd'ın Məhəmməd ibni Sirindən nəql etdiyi bir hədisdə də belə iştirak etmişdir.

"Rəsulullah (s) Ammar (r.a) ilə görüşdüyündə o ağlayırdı. Həzrət (onun) gözlərini silərək belə dedi: "Kafirlər səni götürüb suya soxdular, sən də o sözləri söyləmək məcburiyyətində qaldın. Əgər onlar təkrar dönsələr sən o sözləri təkrar söylə. " - İbn-i Sə'd'ın yazdığı Təbaqat'ul Kübra adlı kitabdan

Buxari Səhihinin 'Xalqla dolanışıq" hissəsində nəql etdiyi bir rəvayətdə Əbi Dərdə belə deyir.

"Biz bir çox qövmün üzlərinə gülürük, amma ürəyimiz onlara lənət edir." – Səhih-i Buxari, c.7, s.102.

Yenə Hələbi "Sirə"sində nəql etdiyi bir rəvayətdə belə deyilməkdədir.

"Rəsulullah Xeybər qalasını fəth etdiyində Həllac ibni Alla - "Ya Rəsulullah (s), mənim Məkkədə malım və ailəm vardır; mən onlara başvurmaq istəyirəm. Görəsən sizin əleyhinizə bir şeylər deməyimə icazə verirsinizmi?" dedi. Həzrət (s) də ona istədiyi şeyi söyləməsinə icazə verdi." - Sirə-i Hələbiyyə, c.3, s.6l.

imam Qəzzalinin "İhyau'l Ülum" kitabında bu cümlələr yer almışdır :
"Müsəlmanın qanının tökülməsini önləmək fərzdir. Əgər zalım biri gizlənmiş olan bir müsəlmanın qanına tökmək istəyirsə bunda (onu qurtarmaq üçün) yalan danışmaq fərzdir."

Yenə Buxari "Səhih"ində Quteybə ibni Səiddən, O da Süfyandan, O da İbni Mukəndərdən nəql etmişdir ki, Urvə ibni Zübeyr Aişənin özünə belə dediyini söyləmişdir.

"Bir gün biri Hz. Rəsulullahdan (s) (görüşmək üçün) icazə istədi, Həzrət "Ona icazə verin gəlsin; o qəbiləsinin nə pis övladı və nə pis mənsubudur" dedi. O şəxs Həzrətin yanına gəlincə, Həzrət (s) onunla yumşaq bir dillə danışdı. Sonra mən o Həzrətə "Ya Rəsulullah, bir tərəfdən o sözü söylədin, bir tərəfdən də onunla belə yumşaq dillə danışdın!..." dedim. Bunun üzərinə Peyğəmbər (s. a. a) belə buyurdu:

"Ey Aişə, Allah qatında insanların ən pisi, (insanlarla söhbət zamanı) pis danışmalarından ötəri insanların qaçındığı kimsədir," - Səhih-i Buxari. c.7, s.8l.

Zillət bizdən uzaqdır !


#9 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 27 декабря 2010 - 17:14

Bismiillah,teqiyye din(diqqet edin,eqideden sohbet getmir) teklukede olmayanda,can tehlukededirse onda caizdir.Bezileri sui-istifade de edir.Qadin lak cekir,deyir teqiyye edirem.Biri saqqal saxlamir ki,teqiyye edirem ve s.Bunlara bir cvb var,meger bunun eksine etsez sizi oldurecekler ya doyecekler??Seudiyye de ''srazu'' sorushurlar:Ne namazi qilirsiz?? Bezileri teqiyye edir deyir:Maliki(cunki onlar da eli aciq qilir).Duz ish gorurler,cunki iki metr boylu,idmancilari yigirlar ora.Mesedi Elamdar demisken,bashi bosh,qolu quvvetli :gizildish: .Eger basinin ustunde ''gestapa'' kimi dayansalar mohursuz(torpaqsiz) de qilmaq olar.Buna teqiyye deyirler.Amma filan dostum sunnudur,o belke narahat olar,ona gore de mohursuz(torpaqsiz) qiliram.Sehv isdir,cunki torpaqla qilsan dostun narahat olsa bele(o da meselen),teqiyye sayilmir.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru