Перейти к содержимому


Farisi

Регистрация: 20 янв 2010
Offline Активность: 10 янв 2011 17:28

Мои темы

Məscidlərin həyətlərində namaz qılmaq qadağan e...

20 февраля 2010 - 21:44

Bakıda məscidlərin həyətlərində namaz qılmaq qadağan edilib. Bu barədə məlumatı ANS PRESS-ə Nəsimi rayonu ərazisində yerləşən Məşədi Dadaş məscidinin icmasının sədri, "Mənəvi dünya" ictimai birliyinin sədri Hacı Şahin Həsənli verib. Onun sözlərinə görə, bu gün onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu barədə şifahi məlumat verilib.

“Biz onlardan qərarın hansı orqan tərəfindən, hansı əsaslarla verildiyini soruşduq və yazılı şəkildə qərarın göstərilməsini istədik. Bizə heç bir əsas göstərilmədi və bu barədə məlumat şifahi şəkildə bildirildi”, deyə Hacı Şahin Həsənli bildirib.

Hacı Şahin bu addımı dini etiqad və vicdan azadlığının məhdudlaşdırılması kimi qəbul etdiklərini bildirib. O, qeyd edib ki, insanların sərbəst şəkildə ibadətlə məşğul olmasına mane yaradılması düzgün hesab edilə bilməz. Onun sözlərinə görə, adıçəkilən məsciddə ibadətlə məşğul olan çoxdur – təqribən iki minə yaxındır.

“Ümumiyyətlə məscid az adam tutur. Onlardan minə yaxını məscidin içərisində, qalanları isə çöldə namaz qılır. Məscid ara küçədə yerləşdiyi üçün bu zaman ərazidə mərkəzi küçə bağlanmır. Bilirsiniz ki, Bakıdakı məscidlər iki-üç əsr bundan əvvəl tikilib. Onlar o zamanın əhalisinin sayına uyğun olub. Ancaq indi dindarların sayı artıb. Belə bir qadağa faktiki olaraq insanların cümə namazı qılmaqdan məhrum edilməsi deməkdir. Çünki məscidlərin tutumu azdır, insanlar ora toplaşa bilmirlər”.

Axund tövsiyə xarakterli bu qərarı icra etmək fikrində olmadıqlarını da deyib.

Məlumatla bağlı Dini Qurumarla İş üzrə Dövlət Komitəsindən mövqe öyrənmək istəsəkdə bu baş tutmayıb. Komitəyə edilən telefon zənglərinə cavab verən olmadı.

Bu şairlərə münasibətiniz

18 февраля 2010 - 13:27

İlk öncə Baba Pünhandan(Allah ona rəhmət eləsin) başlayaq.Gözəl yazara münasibətinizi bilmək istərdik əziz SÜNNİ və ŞİƏ qardaşlarımız.

P.S Mövzu sırf islami yöndən baxılması üçün açılıb.Çünki bildiyəmə körə şer və şair məsələlərində sünni qardaşlarnan bəzi həm fikir olmadığımız məsələlər var.

Israil müharibə planlaşdırır

17 февраля 2010 - 12:42

İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejat ölkəsinə yeni sanksiya tətbiq edəcək hər hansı bir ölkənin bu addımına görə çox peşman olacağını deyib. İranın dövlət telekanalında çıxış edən Əhmədinejat, bu sanksiyaların İrana heç bir ziyan vura bilməyəcəyini deyib.

ABŞ dövlət katibi Hillari Klintonun İranın İnqilab Keşikçiləri Qvardiyasını ölkədə hərbi diktatura yaratmağa səy göstərməklə bağlı ittihamına ciddi yanaşmadığını deyən İran prezidenti xatırladıb ki, Amerikanın müdafiə büdcəsi İranın eyni büdcəsinin 80 qatından daha çoxdur.

Əhmədinejat həmçinin İranın əhalisinin 70 milyondan çox olduğunu, onların hər birinin ölkəsinin müstəqilliyini və İslam inqilabını qoruduğunu deyib.

Həmçinin dünən Əhmədinejat bildiribki İsrail İrana qarşı 2 aya qədər müharibə başladacaq

Təhrif olunmuş hədislər

01 февраля 2010 - 13:50

Buyurun qardaşlar təhrif olunmuş hədislərdən yazaq görək həqiqət necədir.

Рейтинг@Mail.ru