Перейти к содержимому


Abu Osman

Регистрация: 25 янв 2010
Offline Активность: 08 фев 2010 02:32

Мои сообщения

В теме: Quran təhrİf olunmayıb

08 февраля 2010 - 02:32

Ər-Rəhman (və) ər-Rəhim Allahın adı ilə.
"???????? ordusu"! Sən yuxarıda yazırsan ki, bəs, Feyz əl-Kəşani kitabında yazıb ki: "Onlar təhrif və dəyişiklik dedikdə mənanı nəzərdə tuturlar ləfzi yox". Amma, mənim, yuxarıda yazdığım, həmin kitabın 49-uncu səhifəsində olan sitatında isə deyilir: " Yuxarıda istifadə edilən bu xəbərlərdən və əhli beyt (əs) yolu ilə gələn başqa rəvayətlərdən belə nəticəyə kəlmək olar ki, bizim nəzdimizdə olan Qur`an, Muhəmmədə (sas) nazil olan kimi tamam deyildir. Əksinə, orada, bəziləri, Allahın nazil etdiklərinə müxalif olanlar, bəziləri də təhrif edilərək dəyişdirililmişdir. Oradan çox şeylər ixtisar edilmişdir. Bunlardan biri də, bir çox yerdə Əlinin (ra) adının ixtisar edilməsidir. Bunlardan biri də, bir çox yerdə, (yəni, ayədə) "Muhəmmədin (sas) ailəsi" kəliməsinin oradan çıxardılmasıdır. Bunlardan, bir çox yerdə, münafiqlərin adının oradan çıxardılmasıdır. Bunlardan, həmçinin, başqa məsələlərdir. Həmçinin, Allahın və peyğəmbərin (sas) nəzdində razı olanlar tərtib ilə deyildir".
Burada, deyilənlər sənin əl-Kəşanidən gətirdiyin sitatın tam əksinədir. Çünki, 49-uncu səhifədə məsələ, məhz, mənaca deyil, ləfzən təhrifdən gedir. Sonra, sən məni məsələləri düzgün başa düşməməkdə ittiham edirsən. Burada başa düşülməyən nə var ki.
O ki, qaldı, ayələrin sayına yenə də deyirəm bu məsələ ixtilaflıdır. Amma, əhli sünnə nəzdində Qur`an peyğəmbərə (sas) nazil olduğu kimi kamildir və uca Allahın hifzi altındadır.
O ki qaldı, mənim guya nəyi isə kopyalamağıma. Bunlar yalandır. Mənim gətirdiyim hamısı dəlillərdir. Müəllifin adı və kitabın cildi və səhifəsi ilədir. Əgər, siz bunları kopya sayırsızsa, bunlar kopya yox, internetdən şiə və əhli sünnə saytlarından yüklədiyim materiallardandır. Bunlar kopya deyil. Dəlildir.
O ki, qaldı, sənin "nağıl" danışmağına, sən, şiə məzhəbinin Qur`anın təhrif edilməsini dediyini qəbul etməkdənsə, ayələrin sayındakı ixtilafın olması ilə, guya ki, əhli sünnənin Qur`anın təhrif edilməsini demək istəyirsən. Bunlar hamısı əsassızdır. Birdə ki, sən öz alimlərinizin dedikləri ilə oyun oynayırsan. Necə olur ki, bir alim bir kitabın bir səhifəsində Qur`anın təhrifedildiyini və oradan bəzi sözlərin çıxardıldığını deyir və beş on səhifə sonra da isə, deyir ki, bəs, bu təhrif məna baxımındandır, ləfz baxımından deyildir. Buna bir aydınlıq gətir.
Bir də ki, "on yeddi min ayə" rəvayətini əl-Məclisi səhih adlandırıb.

В теме: Quran təhrİf olunmayıb

06 февраля 2010 - 21:27

Ər-Rəhman (və) ər-Rəhim Allahın adı ilə.
"???????? ordusu"! Sən mənim yazdığım dəlilləri cavablandır da. Yoxsa, yenə başladın köhnə "nağıllara". Hər halda əhli sünnə və camaat Qur`anın kamıl olmasın da Allahın hifzi altında olmasında ittifaq etmişdir.
Şiə məzhəbi isə, tam əksinə. Qur`anın təhrif edilməsində və dəyişdirilməsində icma etmişdir. Bunu mən demirəm ee. Bunu, şiə məzhəbinin böyük alimləri deyir. Niyə başa düşmürsən.
Bir də ki, lağlağa edib kimə isə böhtan atmaq müsəlmanın əxlaqına ziddir. Mən səni (həm də başqalarını) əxlaqlı olmağa çağırıram. Çünki, biz, nə yazırıq və nə deyiriksə, mələklər onu yazırlar və uca Allah bunları eşidir və görür. Ona görə də, özünüzə günah qazandırmayın.
Münazirə ediriksə, gəlin, dəlil ilə edək. Allah bizi islah etsin!

В теме: Quran təhrİf olunmayıb

06 февраля 2010 - 15:30

Ər-Rəhman (və) ər-Rəhim Allahın adı ilə.
"???????? ordusu"! Qur`anda əyələrin sayında təbii ki ixtilaf vardır. Bu ixtilafın səbəbi bəzilərinin bəsmələni ayə hesab etməsi və bəzilərinin də hesab etməməsidir. Bu məsələ mərufdur. Bunda, qəribə heç nə yoxdur.
Qəribə olan, sizin, ciddi cəhdlə alimlərinizin fikri ilə manipulyasıya etməyinizdir. Çünki, Feyd əl Kəşani və başqaları açıq-aydın, sərahətən Qur`anın təhrif edildiyini demişlər.
Siz, bunları inkar etsəniz də mən yenə də yeni dəlilər yazacağam.
عَلِيُّ بْنُ الْحَكَم عن هشام بن سالم عن أبي عبد الله "ع" قال : ان القرآن الذي جاء به جبرائيل عليه السلام الى محمد صلى الله عليه وسلم سبعة عشر ألف آية (أصول الكافي : جـ2 كتاب فضل القرآن ص 597).
Əli bin əl-Həkəm, Hişam bi Səlimdən, o da, Əbu Abdulla (yəni, Cəfər əs-Sadiqdən) rəvayət etmişdir ki, demişdir. "Şübhəsiz ki, Cəbrayıl (əs)ın Muhəmməd (sas) gətirdiyi Qur`an on yeddi min ayədən ibarət idi". (Əl-Kuleyni "əl-Kafi" (2-inci cild, Qur`anın fəzilətləri kitabı, səh. 597) .
موثق. و في بعض النسخ عن هشام بن سالم موضع هارون بن مسلم، فالخبر صحيح و لا يخفى أن هذا الخبر و كثير من الأخبار الصحيحة صريحة في نقص القرآن و تغييره، و عندي أن الأخبار في هذا الباب متواترة معنى، و طرح جميعها يوجب رفع الاعتماد عن الأخبار رأسا بل ظني أن الأخبار في هذا الباب لا يقصر عن أخبار الإمامة فكيف يثبتونها بالخبر.

Bu hədis barədə əlləmə Muhəmməd Baqir əl-Məclisi "Mir`atul-uqul" kitabında demişdir: "Muvəsəqdir (yəni, güvənilən rəvayətdir). Bəzi nüsxələrdə Hişam bin Səlimdən Harun bin Müslüm rəvayət etmişdir. (Bu) Xəbər səhihdir. Gizli deyil ki, bu xəbər və buna müqabıl, sərahətən (açıq-aydın) Qur`anın naqis və dəyişdirilmiş olması barədə, gələn səhih xəbərlərdən çoxu da səhihdir. Mənim nəzdimdə, bu babda (mövzuda) olan xəbərlər mənaca mütəvatirdir və bunların hamısı, xüsusən də yuxarıdakı xəbərlərin hamısı (Qur`ana) olan etimadın qaldırılmasını vacib edir. Əksinə, mən zənn edirəm ki, bu mövzuda gələn xəbərlərin (səhihliyi) imamət barədə gələn xəbərlərin (səhihliyindən ) heç də dala qalmır. Bəs, xəbər necə sübut edilir ki?". (Muhəmməd Baqir əl-Məclisi "Mir`atul-uqul". (12-inci cild, 525-inci səh).
Bax belə!
Bunları diqqətlə oxuyun! Hətta, bir neçə dəfə oxusanız da məsləhətdir.

В теме: əhli beytin əqidəsi peyğəmbərin və səha...

06 февраля 2010 - 14:32

Uzun-uzadı copy-paste. Reytinq 10%!

В теме: Əbu Bəkr, Ömər, Osman möminlərdir

06 февраля 2010 - 13:11

Ər-Rəhman (və) ər-Rəhim Allahın adı ilə.
Subhani! Sən yazırsan ki, "əl-Kileyni "əl-Kafi"-nin müqəddiməsində qeyd edib ki, Qur`ani-Kərimə zidd olan hədis zəifdir və məqbul deyildir və "əl-Kafi" də toplanılan hədislərin yoxlanılmağa ehtiyacı var". Bunu sən hardan götürmüsən! Mən, sənə, əl-Kuleyninin və başqa şiə alimlərinin "əl-Kafi" kitabındakı hədislər barədə fikirlərini yazacağam.
Əl-Kuleyni "əl-Kafi" kitabının müqəddiməsində deyir :
قال الكليني نفسه يمدح كتابه في المقدمة : " كتاب الكافي يجمع فنون علم الدين ما يكتفي به المتعلم ويرجع إليه المسترشد ويأخذ منه من يريد علم الدين والعمل به بالآثار الصحيحة عن الصادقين". (مقدمة الكافي ص 7)
""Əl-Kafi" kitabı özündə dini elmlərin (müxtəlif) fənnlərini cəm edir. (Dini elmləri) Öyrənən şəxsə kifayət edicidir. Başa düşənlər üçün, bir müraciət etmə qaynağıdır. İstəyən bir şəxsin, dini elmləri və əməlləri sadiqlərdən rəvayət edilən səhih rəvayətlərlə oradan alması üçün, kifayət edici bir kitabdır". ("Əl-Kafi"-nin müqəddiməsi, səh. 8).

قال محمد باقر المجلسي في مقدمة "مرآة العقول" : كتاب الكافي أضبط الأصول وأجمعها وأحسن مؤلفات الفرقة وأعظمها".
Muhəmməd Baqir əl-Məclisi "Mir`atul-uqul" kitabının müqəddiməsində "əl-Kafi" kitabı barədə demişdir: ""Əl-Kafi" kitabı üsulu ən yaxşı zəbt (əzbərlənən) edilən, ən yaxşı cəm edilən, məzhəbin kitabları arasında ən yaxşısı və ən böyüyüdür". (Muhəmməd Baqir əl-Məclisi "Mir`atul-uqul" (1-inci cild, 3-üncü səh).
الشيخ المفيد إذ يقول: الكافي وهو أجل كتب الشيعة وأكثرها فائدة. (ص26 من المقدمة عن تصحيح الاعتقاد ص27).
Şeyx əl-Mufid demişdir: ""Əl-Kafi" şiə məzhəbinin ən gözəl və ən çox fayda olan bir kitabdır". (Şeyx əl-Mufid ""Təshihul-etiqad" kitabının müqəddiməsi (səh. 27).
الفيض إذ يقول: الكافي .. أشرفها وأدقها وأتمها وأجمعها لاشتماله على الأصول من بينها وخلوه من الفضول وشينها. (ص27 عن الوافي ص6 ط . طهران 1314هـ).
Əl-Feyd əl-Kəşani "əl-Vafi" kitabında demişdir: ""Əl-Kafi" o kitabların ən şərəflisi, ən dəqiqi, ən kamil olanıdır. Orada, fəzilətli və digər kəslərdən, üsula şamil edilən, bəyan edilən və xəlvət qalan şeylərin ən (yaxşı) təplanan bir mənbəsidir. (Əl-Feyd əl-Kəşani "əl-Vafi" (Səh. 27) Tehran çapı, hicri 1314-üncü il).
Bu barədə, fikirlər çoxdur.
O ki, qaldı sənin əqidə barədə dediklərinə. İnşaallah, hər şey məlumdur. Uca Allahın Kitabı - Qur`an və peyğəmbərin (sas) sünnəsinə tabe olan hər kəs haqq yoldadır.
Bir də ki, Subhani! Sən, mənim guya kiməsə, böhtan atdığımı və guya ki, dəlil-sübutsuz danışdığımı yazırsan. Hər halda, mənim yazdıqlarım göz qabağındadır. Mən, heç kimə böhtan atmamışam. Yazdıqlarımın da, sitatların hamısının mənbəsini orada göstərmişləm. Müsəlman gərək ədalətli və ixlaslı olsun. Yoxsa, qiyamət günü xəsarət çəkənlərdən olarsız.

Рейтинг@Mail.ru