Sevdinsə... Beş il, on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgilin sənə,
Sevdinsə... Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə... qəm içib, dərd udacaqsan,
Onu unutmağı unudacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə... Günahın içində haqsan.
Onu unutmağa çalışsan, əgər
Sən özün özünü unudacaqsan.
Sevdinsə... qanqalı gül biləcəksən,
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə... nə dünən, nə də bu günsən
Sevdinsə... həmişə sən gələcəksən
Sevdinsə... bir ömrün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan.
Abdullah313
Регистрация: 15 фев 2010Offline Активность: 10 июл 2010 19:05