Перейти к содержимому


Abu Talib

Регистрация: 16 фев 2010
Offline Активность: 28 мая 2010 01:32

Мои сообщения

В теме: Şiələrə suallar

19 февраля 2010 - 21:39

Bismillah

Əssəlamu əla əhlil-Həqq!


Ğürəba! Doğrusu mən sizdən bundan artıq məntiq gözləmirdim. Yaxşı olardı ki, siz mənim yazdıqlarımı diqqətlə oxuyasınız. Birinci ayədə, yəni Ali-İmran 89 ayəsində qeyd etdim ki, orada xalis tövbədən söhbət gedir. Və buna işarə ayənin özündəki "özlərini islah edənlər" kəlməsidir.

İkinci ayədə yəni Ali-İmran 90-da isə xalis olmayan tövbədən söhbət gedir. Buna isə işarə "küfrlərini daha da artırarlar""onlardır zəlalətdə olanlar" ifadələri dəlalət edir.

Bu yazdıqlarımın qısa şəkildə ifadəsi idi. Geniş formasında isə yuxarıdakı yazıma bir də baxa bilərsiniz.

Vusal qardaş! Bəli düzgün buyurursunuz! Quranın təfsir qaydalarından biri də ayəni şəni-nüzuluna yəni nazil olma səbəbinə baxmaqdır. Mən isə ayələrin ümumi mənalarını izah etdim. Çünki ayənin nazil olma səbəni həmon ayənin çatdırmaq istədiyi mahiyyəti məhdudlaşdırmır.

Nə isə... İzahımızı verdik Allahın köməyi ilə.

Vəssəlamu Əleykum.

В теме: Şiələrə suallar

19 февраля 2010 - 13:37

Bismillah

İndi icazənizlə bir sual verim:
1. Həqiqətən, Biz Kovsəri sənə bağışladıq.
2. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!
3.Doğrusu, sənə ədavət bəsləyənin (sənə sonsuz ) özü sonsuzdur.


Siz deyisiniz ki, mən Quranı tək oxuyuram və bu mənə yetər. Amma yuxarıdakı məsələlərdə aydın oldu ki, bu heç də belə deyil.
Nə isə... Sualım bundan ibarətdir ki, sizcə Kovsər sözündən məqsəd nədir? (tərcümədə çoxlu xeyir deməkdir) Bu barədə hədislərdən danışmayacağıq ancaq və ancaq bu üç Quran ayəsindən. Mənim hədislərə söykənmədən belə nəticəyə gəlirəm ki, Kovsərdən məqsəd Xanım Fatimeyi Zəhra (s.ə.) və O Xanımdan olan Peyğəmbər nəvələri və İmamlardır. Mənim nəzərim budur. Hədislərə söykənmədən. Bəs sizin nəzəriniz nədir? Dəlillər ilə lütfən!

Vəssəlamu Əleykum

В теме: Şiələrə suallar

19 февраля 2010 - 13:19

Bismillah

Salam olsun həqqi eşidib boyun əyənlərə!

Əziz Ğürəba qardaş, əvvəla mən sizin postunuzu indi oxuyuram. Burda saat 08:27-dir. Bəqərə 224-lə nə demək istəyirsiniz əzizim? Yəni mən yalandan and içdim və bu sizinlə mənim aramızda dostluğa manedir? Niyə belə fikirləşirsiniz axı mən belə iş görmədim. :(
Mən sadəcə dedim ki, Allah yardımı ilə Peyğəmbər (s.ə.ə.) və Əhli-Beytin (ə.s.) müəllim olduğu Quran məktəbindən öyrəndiyim cavablar var.

Mən dünən axırıncı postumu yazdıqdan sonra getdim və sizin cavabınızı isə gözləmirdim və görmədim. Zəhmətə düşüb cavab gözləmisiniz! Haqqınızı halal edin bari. :gizildish:

Men Vallah seriallara baxan deyilem,..seriallara baxan adamlar her sohbeti deyesen serialkimi uzadmagi xoshlayirlar..

Seriallara mən də baxan deyiləm. Baxdığım da elə-belə bir az Kurtlar Vadisindən olub.)) Söhbəti uzatmağımın səbəbini deyəsən anlamamısınız. Mən ona görə sizə bəzi suallar verdim ki, bəlkə bu suallara cavab verməklə anlayasınız nəyisə. Amma görünür anlamamısınız. Ona görə də sualıma cavab verməmisiniz.

Əzizim Ğürəba! İndi İmam Cəfəri-Sadiq (ə.s.) sağ olsaydı Quranda qarşınıza çıxan sualları gedib ondan öyrənməzdiniz? Əgər gedib öyrənərdinizsə bu ona dəlalət edir ki, Quran mətləblərini tam dərk etmədə acizsiniz. Necə ki, özünüz etiraf etdiniz ki, mənim elmim yoxdu mən onu bilmirəm.

Mən sizin kimi düşünən birisiyə bu yaxınlarda söhbət edirdim. Sizdən fərqli olaraq o özünü "elmdə rasix olmuş"lardan sayırdı. (Ali-İmran 7 de keçən ayəyə əsasən) O qədər elmdə "rasix" olmuşdur ki, Qurandan çıxardığı cəfəng fikirləri belə deməyə çəkinmirdi. :)
Dəqiq yadımda deyil. Amma ya İblisin, ya da bütün Cinlərin torpaqdan yarandıqlarını deyirdi.

Başqa birisiylə isə danışanda ona sual verdim ki, zəkatı hökmünü necə edirsən? Mənə dedi ki, "Zəkatın hökmü Quranda keçmir. Zəkatın hökmünü müsəlman dövlətindəki hökmüdar, yaxud zamanın İmamı (İmam Zamanı qəsd etmirdi,hər dövrün öz imamını qəsd edirdi) təyin edər." Dedim bəs bu dediyinə Qurandan dəlilin varmı? Dedi:"Quranda olmuyan bir şeyi necə dəlil kimi deyə bilərəm?" Özü də ərəb dilini də gözəl şəkildə bilirdi. Quranda olmuyan bir şeyi hökm kimi çıxarır öz başınnan, amma zəkatın miqdarı Quranda olmadığına görə deyir ki, bəs belə-belə olmalıdır. Qəribanə məntiqdir elə deyilmi?!

Mənim sözüm budur ki, əziz Ğürəba! Əgər hər kəs başlı-başına Quranla hökm etsə, dünyada bilirsinizmi nə qədər müxtəlif fikirlilik yaranar?! Mən hələ ikisini misal vurdum, hansı ki, bir-birilərinin fikrini qəbul etmirdilər. Hər kəs özündən bir şey çıxaracaq. Biri oxuyub başa düşəcək ki, harda müşrik görsə boğazlayıb öldürməlidir. Biri oxuyub başa düşəcək ki, içkili halda namaza durmaq olmaz, yəni içki içə bilərsən , ama içkili halda namaza dura bilməzsən. Necə ki, belə düşünənlər də var. Hər kəsdə bir cür ağıl olduğunu nəzərə alsaq, və üstəlik də elmli, elmsiz, və özünü elmli sayanlar hərə bir şey deyəcək axırda da olacaq kaşa-malaşa! :D

axi hedislerde sevhler var!,duz gelmir cox shey!

Əvvəla bununla hədis elmi məşğuldur. Yəni araşdırmalar və təhqiqatlar nəticəsində hədislərin doğru yaxud saxta olduğunu araşdırırlar. Həmçinin özünüz fikirləşin. Peyğəmbər (s.ə.ə.) ayə nazil olduqdan sonra başqa heç nə danışmırdı?! "Cəmaət! Ayə nazil oldu, eşitdiniz, bildiniz indi isə gedin kim ayəni necə başa düşür elə də hökm eləsin"mi deyirdi? Əlbət bunun bir izahı var idi. Bunlar da hədislər vasitəsilə bizə yetişib əzizim! Hədisi nə cür araşdırıldığını , nə Quranın və hədislərin nə cür tutuşdurulduğunu bilmək istəyirsinizə, buyurun elm öyrənin. Əvvəlcə, Ərəb dilini, sonra məntiq, sonra üsul və s. Nemeslər demişkən: Viel Spass!!

sen cavabi bilirdinse onu deyerdin,amma sen menim postumu oxuyub gettin...

Yenə də deyirəm ki, mən sizin postu indi oxudum! Həmçinin dünənki yazımda da dedim ki, tez qərar vermək yaxşı xislət deyil. Az qalırsınız ki, məni yalançılıqda ittiham edəsiniz. Bu isə Quran əxlaqlı şəxslərin xisləti deyil!

İndi isə keçək cavaba:
Əhli-Beyt məktəbinin müfəssirlərinə əsasən:
إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

Mənası:
Yalnız bundan sonra tövbə edib islah olanlardan başqa. Həqiqətən Allah ğəfur və rəhimdir.(Ali-İmran 89)

Bu ayədə tövbənin əsil mahiyyəti açıqlanır.
Allahın Peyğəmbəri (s):«Tövbə etmiş şəxsin dörd nişanəsi var: əməli yalnız Allaha görə xalisləşdirmək, batili tərk etmək, haqqa bağlılıq və yaxşılığa hərislik.»
Peyğəmbərdən olan bu hədis əsil tövbə edən şəxsin nişanələrini bəyan edir. Yəni həmin şəxs yalnız və yalnız Allaha görə xalisləşməlidir. Allaha görə batili tərk etməlidir. Haqqa bağlı və yaxşılığa qarşı həris olmalıdır.
Bu isə Allahın yuxarıdakı ayəsindəki, وَأَصْلَحُوا yəni islah olanlar, yaxud özlərini islah edib saleh iş görənlər kəliməsi ilə bəyan olunur. Yəni tək tövbə etməklə iş bitməz. Tövbə edən şəxs xalis olaraq, bir daha günahlara dönməyəcəyi niyyətlə tövbə etməlidir.
Necəki Rəsuli-Əkrəm (s) başqa bir hədisdə belə buyurmaqdadır:
«Səmimi-qəlbdən və xalis niyyətlə edilmiş tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır.»
Həmçinin bunu Allahu-təala da bir ayədə belə açıqlayır:
«Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin.» Təhrim surəsi, ayə 8.
Yəni o tövbə qəbul olar ki, o, səmimi qəlbdən və xalis niyyətlə olan tövbədir. Xalis niyyətlə olmayan tövbə tövbə deyil ki.
Yaxud başqa hədislərə nəzərə salaq:
İmam Hadi (ə) səmimi-qəlbdən edilmiş xalis tövbə barəsindəki sualın cavabında buyurmuşdur:«Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır.»
İmam Əli (ə):«Günah ağaclarını göz və qəlblərinin qabağında basdırıblar və onları peşmançılıq (yəni tövbə) suyu ilə suvarıblar. Bu ağaclar onlara salamatlıq barı verib və arxasınca razılıq və kəramət gətirib.»

İndi isə keçək digər ayəyə:
O kəslər ki, iman etdikdən sonra kafir olarlar və küfrlərini daha da artırarlar, onların tövbələri qəbul olunmaz. Onlardır zəlalətdə olanlar.(Ali-İmran 90)
Bu ayədə isə xalis olmayan tövbədən söhbət gedir.
İmam Baqir (ə) «Can boğaza çatanda alim və bilənin tövbəsi (tövbə etməyə bir yolu) yoxdur, amma nadanın var.» Yəni həqiqəti bilən kəslər, ömür boyu küfr ediblər və sonda qorxudan tövbə etsələr, Allah təala onların tövbəsini qəbul etməz. Bunu Allah-təala bu ayədə də açıqlayır:
İman gətirdikdən, Rəsulun HAQQ olduğuna şəhadət verdikdən və özlərinə AŞKAR DƏLİLLƏR gəldikdən sonra kafir olan tayfanı Allah necə hidayət edər? Allah zalımlar dəstəsini hidayət etməz! (Ali.İmran 86)
Yəni haqqı bilə-bilə qəbul etməyənləri Allah hidayət etməz və onlar tövbə etdikdə əgər onların tövbəsi yuxarıda hədis və ayələrlə açıqladığmız xalis tövbədəndirsə qəbul edər, əks halda qəbul etməz.
İmam Əli (ə):«Tövbə dörd sütun - qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır.»
İmam Əli (ə):«Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır.»

Allah təala həmçinin bu ayədə onların tövbələrinin xalis olmadığini bu kəlimə ilə ثُمَّ ازْدَادُوا كُفْرًا
yəni "sonra küfrlərini artırarlar" bəyan edir. Yəni insan küfrünü artırdıqdan sonra qəlbi möhürlənər, gözlərində pərdə olar və həqiqəti görəməz halə gələr. Belə bir kəsin etdiyi tövbə də xalis olmaz. Necə ki İmam Əli (ə) buyurur:«Kim (Allaha tərəf) qayıtsa Allah da ona (tərəf) qayıdar və onun bədən üzvlərinə və yerin hər bir parçasına onun abrını qorumaq, eyblərinin üstünü örtmək və əməlləri qoruyan mələklərin onun barəsində yazdıqları günahların onların yadlarından çıxarılması əmr edilər.»
Diqqət et ki, bu hədisdə "qayıdar" kəliməsi var. Bəqərə surəsinin bu ayəsinə fikir verək:
18. Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.
Yəni qəlblərini küfrürləri ilə möhürlədən şəxslər, kar , lal, və kordurlar. Onlar Allaha tərəf qayıtmazlar. Yəni tövbə etməzlər, etsələr də xalis tövbə olmaz. Elə o tövbəni də küfür üzündən edərlər. Bu isə xalis tövbəyə ziddir.

В теме: Şiələrə suallar

18 февраля 2010 - 21:51

Bismillah

Səlamun Əleykum!


Əvvəla Ğürəba qardaş mən əl-Fəth qardaşı çoxdan tanıyıram. Onun da həqq yolda olduğuna sizin şübhəniz olduğuna baxmayaraq mənim heç bir şübhəm yoxdur. Kurtlar Vadisi filmində Ömər baba demişkən: Demək ki, sizə görə suç bizə görə iyi bir iş! İndi də Fəth qardaş sizə görə zəlalətdədir bizə görə həqq üzərindədir. :)

.Aydindir,gorunurki size bunu bilmirsiniz!..

Niyə belə tez qərar çıxarırsınız. Bu əslində yaxşı xislət deyil.

Quranin ozunde bezi yerlerde anlashilmamazlaqlar var..ickili halda namaza durmamaq kimi...
buna sual verende ise hami bir agizdan deyirki Allah sureleri evez edir..

Bəs siz bunu qəbul edirsiniz? Başqalarının nəzərini niyə söyləyirsiniz əzizim! Öz nəzəriniz nədir. Axı siz hər bir kəs Quranı Peyğəmbərin (s.ə.ə.) izahı (səhih hədislər ) olmadan başa düşər və hökm etməyə yetər deyirsiniz.

menim sadece elmim yoxdur,inaniramki kimse var bunlara DUZ cavab bilir,ancaq bezilerikimi nala mixa vurmamaq sherti ile..

Bu cümlənizə görə sizə bir neçə sualım olacaq. Əvvəla elm nəyə deyirsiniz. Siz də quranı oxuyursunuz mən də! Allah sizə də ağıl verib mənə də! Siz deyirsiniz ki, quranı hər kəs oxuyub tam mənasına qail ola bilər. Burda isə deyirsiniz ki elmim yoxdur. Elm olmaq üçün neynəmək lazımdır qardaş? Hardan əldə edək o elmi?!
Bəs nala mıxa vurmaqla olan cavabı düz cavabdan hansı meyarla fərqləndirirsiniz?!
Mənə quran yetər deyirsiniz. Bayaqdan da iki dənə səhv hökm (bu hələ mənim bildiyimdir) vermisiniz Quran həqqində , indi isə deyirsiniz ki elmim yoxdur. Qardaş əgər elminiz yoxdursa gedin öyrənin! Amma bilmirəm nə elmi öyrənəcəksiniz?! Çünki Quranı öyrənməyə yönəlik elmlər hədis və tarixlə bağlıdır. Siz isə bunları qəbul etmirsiniz. Qəribanə məntiqiniz var. :lol:

Qaldı ki, Həmin ayənin cavabına mən həmd olsun Allahın köməyi ilə Peyğəmbərdən və Əhli-Beytin müəllim olduğu Quran məktəbindən cavablarım var. Hələ ki, sizinlə bağlı bəzi məsələləri aşkar etmək istəyirəm. :flowers1: İnşəAllah onun da cavabını verərik.

Vəssəlamu Əleykum

В теме: Şiələrə suallar

18 февраля 2010 - 20:21

Bismillah

Salam Əleykum!


al-Fath qardaş! İnşəAllah biz də bir yerə qədər deyərik))

Əziz Ğürəba! Quranın insanlara kifayət etdiyini iddia edən sizsiniz. Ona görə də mən sizdən bunun izahını gözləyirəm.
Əgər mən quranı tək və sərbəst anlayıb onun mərifətinə sahib oluram deyirsinizə buyurub izah etməlisiniz. Artıq bir fikir söylədiniz:

Yoxsa Allah dediyikimi-ayeleri biri birisiyle evez edir?


Bundan 3-4 post əvvəl qətiyyətlə Allahın dindən dönənlərin tövbəsini qəbul etməyəcəyini deyirdiz. İndi isə fikrinizi nasix və mənsuxa yönəltdiniz? Qoyduğunuz sual işarəsindən məlumdur ki, özünüz də əmin deyilsiniz. İnşəAllah bir qədər fikirləşin Artıq Allahın kitabından iki səhv nəticə çıxarmısınız. Bununla belə Quranı insanın təkbaşına anlayacağını deyirsiniz. Hələ ki, sizdən izahı gözləyirəm.

Vəssəlamu Əleykum

Рейтинг@Mail.ru