- 313NEWS.NET - FORUM
- → Просмотр профиля: "Лайки": katala
katala
Регистрация: 03 июн 2010Offline Активность: 04 дек 2013 12:38
Статистика
- Группа: Murid
- Сообщений: 202
- Просмотров: 11 788
- Статус: Raqib Awwal – Master Seargeant
- Возраст: 41 лет
- День рождения: Февраль 20, 1983
-
Пол
Мужчина
Инструменты
Друзья
katala еще не добавил друзей
Последние посетители
#99070 Ramazan 2013
Написано katala 02 июля 2013 - 16:18
#94228 Ramazan 2012
Написано katala 19 июля 2012 - 12:57
- master_ier это нравится
#94155 Ramazan 2012
Написано katala 17 июля 2012 - 12:35
Прикрепленные файлы
- Ramazan 2012.pdf 545,6К 25 Количество загрузок:
- al-Islam и master_ier это нравится
#81014 Bu an nə dinləyirsiz?
Написано katala 23 сентября 2011 - 09:47
- MirMustafa это нравится
#72868 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi
Написано katala 27 апреля 2011 - 12:14
#70616 Əli ayağı ziyarətgahı sökülür
Написано katala 18 марта 2011 - 11:05
Pirin yerində isə əyləncə mərkəzi tikmək planlaşdırılır
Bakının Türkan qəsəbəsi sakinlərinin səbir kasası dolub. Nardaran kəndindən başlayan etiraz dalğası Türkan qəsəbəsinə sıçrayıb. Kənd camaatı artıq martın 18-nə mitinq təyin edib. Yüzlərlə türkanlı kəndin “Əli ayağı” adlanan pirinin meydanına yığışaraq etiraz aksiyası keçirəcək. Məqsəd yüksək çinli məmurların əsrlərlə tarixi olan piri yerlə-yeksan edib yerində əyləncə mərkəzi inşa etdirmək istəyinə qarşı çıxmaqdır. Buna etiraz əlamət olaraq kəndlilər martın 18-də qəsəbədə yolu bağlayacaqlarını, pirin başqa əraziyə köçürülməsinə razılıq verməyəcəklərini bəyan ediblər.
Dünən kənd sakini Vüqar Əmirov bu barədə redaksiyamıza xəbər verən kimi adıçəkilən qəsəbəyə yollandıq. “Əli ayağı” pirinin həyətinə toplaşmış sakinlər bizimlə söhbətdə bildirdilər ki, iri oliqarxların Türkanda hektarlarla əraziləri zəbt etməsi azmış kimi, indi də əhalinin inancına toxunurlar. Hazırda pirin həyətindən dənizə açılan yol hasarlanıb, qapını isə söküb yerinə divar hörüblər. Üstəlik, şüşələr qəsdən sındırılıb, ziyarətgah baxımsız qalıb. Daha doğrusu, kənd sakinləri öz vəsaiti hesabına dəfələrlə pirdə təmir işləri görüb, ziyarətgaha nəzarət ediblər. İndisə ziyarətgahın içində ayaq ləpirlərinin üstünə sement tökülüb. Sakinlərə bildirilib ki, pirin ərazisi satılıb və burada əyləncə mərkəzi, restoranlar tikiləcək. Çünki pirə yaxın ərazi də alınıb və yayda çimərliyə gələnlər üçün iaşə obyektləri salınacaq. Bunun davamı kimi pirin də ərazisi plyaj olacaq.
Sakinlər bildirdilər ki, pir yaxınlıqdakı əraziyə köçürüləcək. Ərazidə olarkən artıq təzə pir üçün tikinti işlərinin intensiv şəkildə getdiyinin şahidi olduq. Kənd Ağsaqqalları Şurası isə bununla razılaşmır və günahı məmur özbaşınalığında görür.
Kənd sakini Vüqar Əmirov “Axırıncı aşırım” filmindən sitat gətirərək dedi ki, bu, kənd camaatına qarşı həm də təhqirdir: “Qardaşımın evini Məhərrəm Əliyevin yaxınları qanunsuz tikili adı ilə sökdülər - dinmədik. Kənddə bütün torpaqları qarış-qarış satdılar - yenə susduq. İnsanların ziyarət etdiyi, nəzir-niyaz verdiyi bir pir qalmışdı, indi də onu sökürlər. Buna nə ad vermək olar? Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Cavab verildi ki, pirin ərazisi satıla bilməz, bu, mümkün deyil. Ancaq gəlib baxan yoxdur ki, buranı necə xarabalığa çevirmək istəyən məmurlar var. Həmin korrupsioner məmurlar bilsin ki, pirin sökülməsinə imkan verməyəcəyik. Millət vəkili Mehriban Əliyevadan kömək istəyirik”.
Kənd əhli bələdiyyəsi sədrindən də şikayətləndi. Onun üzünü ildə bir dəfə görən sakinlər dedilər ki, müavini Hacı Sabir də pirin satılması məsələsində yaxasını kənara çəkib. Elə kənd bələdiyyəsinin fəaliyyətinin bariz nümunəsi idi ki, bələdiyyə binasının beş addımlığında zibil tullantıları göz deşirdi. Ümumiyyətlə, kənddə nəinki bələdiyyə sədrinin, hətta onun yaxınlarının villalarını gördük. Kəndin həll olunası ən vacib problemi də nəqliyyatdır. Sakinlər dedilər ki, 11 min sakini olan Türkana şəhər istiqamətində bir marşrut üzrə avtobuslar işləyir. 101 saylı avtobus metronun “Ulduz” stansiyasından Türkana gəlir. Axşam saat 6-dan sonra kəndə bir avtobus da tapmaq olmur. Camaat dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət edib. Ancaq nəticəsi olmayıb. Kəndlilər tələb edir ki, Türkandan Hövsan və Mərdəkana marşrut xətləri açılsın.
http://az.313news.ne...&to=art&id=2218
- al-Islam это нравится
#70232 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi
Написано katala 07 марта 2011 - 11:48
#70114 Kimin Xutbelerine Qulaq Asiriq???
Написано katala 02 марта 2011 - 09:25
- Vey-sal и Kanan_313N это нравится
#69710 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi
Написано katala 15 февраля 2011 - 15:36
Xəbər verdiyimiz kimi hörmətli alimimiz, Quran hafizi, Höccətül-islam vəl muslimin Hacı Zülfüqar Mikayılzadənin zindanda saxlanılmasından təxminən 40 gün keçir. Həbsin təfərrüatları barədə az da olsa məlumat verilib. Lakin bu günkü yazımı elə Hacı Zülfüqar haqda etmək istəyirəm. Belə ki, bir bir nəfər bir neçə gün əvvəl Hacı Zülfüqarla görüşmək nəsib olmasını mənə bildirəndə şoka düşdüm. Sonra o görüşün röya aləmində baş tutduğunu mənə bildirəndən sonra özümə gəldim. Maraqlı söhbətlərimiz oldu. Bu haqda bir az sonra qeyd etmək istəyirəm. Yuxular həm şeytani, həmdə ilahi ola bilər. Sübhdən əvvəl görülən yuxular və Allahın, ümumiyyətlə dinlə bağlı yuxular ilahi olur.
Indi isə yuxu haqqında.
O adını çəkmək istəmədiyim şəxs deyir ki, yuxuda görürəm Hacı Zülfüqar azad edilib. Hər kəs mübarək, nə bilim o tip şeylər... Lakin o heç də sevinmir. Sual edirəm Hacı nə olub?
Cavab verir:
- Əslində bu yuxudur. Bilirsən ki, məni narahat edən məsələlərdən ən əsası hicab məsələsidir. Bizim ruhani dostlarımız iş görürlərmi? Hicab məsələsi nə yerdədir?
Mən yuxuda sükut etdim.
Başa düşdü ki, hər şey qaydasında deyil.
Hacı Zülfüqar dedi: “Dünya belə şirindir? Niyə din üçün deyil, canımız üçün narahatıq? Quranda ayə var: ““İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan (fitnədən) keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxaracaqdır”. Digər ayədə isə deyilir: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver”(bu ayələrin məzmunu yadımda qaldığından sonradan tərcümədən yazıma əlavə etdim).
Sonra mənə baxıb gülümsəyərək dedi: “Quranın ayələrini əzbərlərmək və Hafizi-Quran olmaq asandır, ancaq mühafizə etmək çox çətindir. Allah bizi Quranın mühafizlərindən qərar versin!”.
Sonra sözlərinin davamında Hacı Bismillahla sözünə başladı: “Allahın dinində olmaq o demək deyil ki, rahat ev, rahat minik və ailə daxilində dindar olasan. Dindarlığın əsli və saxtası var. Əsli odur ki, rahat və çətin hallarda imtahandan üzü ağ çıxasan. Üzü ağ çıxa bilməsən məyus olma, dua elə ki, gələcək imtahanlarda Allah sənə yardım etsin ki, imtahanlardan üzü ağ çıxmaq ləyaqətin olsun. Ləyaqət o deyil ki, quş kimi gəlib sənin başına qonacaq, xeyr ləyaqətə tərəf addım atmaq lazımdır. Vəzifələrin öhdəsindən gəlmək üçün Allaha xatir iş görülməli, daim Ona təvəkkül edilməlidir. Kiçik və böyük günahlar insanı vəzifəyə əməl etməkdən saxlayar, insan bunun üçün tövbə etməlidir. Allah özü tövbə edənləri sevməsi barədə ayələr nazil edib. Belə isə, tövbə edib, Ona tərəf qayıdaq. Allah vəzifələrimizi bizə tanıtsın. Çoxlarına tanıdıb. Lakin. Lakin hər şey göz qabağındadır. Məyus olmadan Qurana sarılın. Haqqı insanlarla deyil, insanları haqla tanıyın. İnsanlar Qurana nə qədər əməl etmələriylə Allaha yaxınlaşa bilərlər. Zahiri ibadət və duaların təsiri, insanın imtahanından asılıdır. Tələbəçilik etmək istəyən bir il hazırlığa getdikdən sonra, imtahanından mənfi qiymət alarsa, onda onun bir il gördükləri puç olub. İbadət və dualar da bu cürdür. Çalışın Allaha qul olasınız. Allaha qul olmaq nə gözəldir! Məni də dua edin!”.
- Vey-sal это нравится
#69564 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi
Написано katala 09 февраля 2011 - 12:18
Al-İslam qardash İmam Əli susanda canının qorxusundan susmamışdı. Ozündə bilirsən ki, din aradan getməsin deyə sakit oturmusşdu. İmam sakit oturanda Əbuzər sakit oturmamışdı, hər yerdə haqqı deyirdi. İmam da bu işə görə ona irad tutmayıb. Hindi sən Hicaba görə çıxıb etiraz eləsən din aradan gedəcək? İnandırım səni yox.
Məsələnin qaranlıq hissəsi budur ki, Hicab qadağan olunda bir qrup sakit oturdu, bir qrup isə etiraz elədi. Gözlənilənin əksi olaraq Sakit oturanlar etiraz eliyənlərə dil uzatdılar, böhtan atdılar. Hətta Məscidlərdə imza toplamağa imkan vermirdilər, Təzə Pirə namaz qılıb Şeyxə müraciət eləməyə imkan vermirdilər. Adam göndərib camaatı dağıdırdılar, kim gəlmək istəyirdi qoymurdular. Niyə? Bu məsələ çox qaranlıq qalıb.
Bu məsələd şiələr vəhdəti gərək əldən verməzdilər.
Allah Hacı Zülfüqardan razı olsun, Haqqı dedi, həbs etsələr də haqdan dönmədi. Öz canının qorxusuna görə nəfsinin sözünü demədi, Quranın və Əhli Beytin sözünü dedi. Amma elə zındıqlar ortaya çıxıb ki, Hacının dalınca danışırlar, hacıya böhtan atırlar.
Hicab qadağasından 3 ay keçir. Vaxt da göstərdi ki, Misir variantı, Özbək variantı nə bilim Ağciyər variantı hamısı boş şeydir! Elə əsas məsələ Hicabı qadağan eləməkdir. Onu da elədilər. Sakit oursaq məsələ həll olunmayacaq. Vəssalam.
Şükür olsun ki, dinində möhkəm olan ruhanilər də var. Onlar da boş oturmayıblar. İnşallah qadağa ləğv olunar.
Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır.
İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?
Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər.
P.S. Deyirəm bəxtimiz onda gətirib ki, şalvar geyməyi qadağan eləməyiblər.
- Vey-sal это нравится
#67654 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi
Написано katala 28 декабря 2010 - 17:22
Bəli-bəli,yuxarıda yaşılla secdiyim cümlə şəxsən islam əxlqından və mədəniyyətindən xəbər verir.Yoxsa kiminsə fitfası ilə dartmayaxamcırıldı yığılış mitinqə,əvvəl "hicab" qı.qır,sonra" Ya Hüseyn"-sonrada mitinqin icindən bir araqarışdıran "İstefa" anqırsın-lap sonda da polis eşşək balası kimi cırpsın! Ay qardaş islam mədəni dindir barbar dini yox.Bununcün sivil mübarizə yolları var,ALLAHIN mizan tərəzisi var.Hər "hurreydən" məqsəd alinmaz!Ayətullah Şirazidən hicabla bağlı fətva
İslam-Azeri.Az İnternet qəzetinin "Haqyolu.com" saytına istinadən verdiyi xəbərə görə, İslam dünyasının tanınmış alimlərindən olan mərceit təqlid müctehidi Ayətullah-üzma Nasir Məkarim Şirazi Azərbaycan Respublikasında hicab problemi ilə bağlı sorğuya cavab olaraq fətva verib.
Fətvanı olduğu kimi saytın izləyicilərinin diqqətinə çatdırırıq:
"Bismihi Təala
Nəzərə alsaq ki, Azərbaycan Cümhuriyyəti tam İslam məmləkətidir və onun əhalisinin əksəri müsəlman, Əhli-beyt (ə) məktəbinin davamçısıdır, vacibdir ki, bu ölkədə İslam hökmləri, o cümlədən hicaba riayət edilsin.Xalq dinc yollarla dövlətin hicabla bağlı bu antiislam göstərişinə qarşı müqavimət göstərməlidir. İcazə verməməlidirlər ki, bu müsəlman ölkəsində İslam müqəddəsliklərinə qarşı addım atılsın. Əlbəttə ki, müsəlman qızlar öz təhsillərini davam etdirməlidirlər. Eyni zamanda qeyrətli Azərbaycan xalqı hicaba qarşı belə bir yanlış göstərişlə razılaşmamalıdır.
Azərbaycanın hörmətli dövlət rəsmilərinə məsləhət görülür ki, xalqla həmfikir olsunlar və biganələrin hiylələrinə aldanmasınlar. Mən müctehidlərin çiynində olan və sərhəd tanımayan vəzifəmə əsaslanaraq, vacib və zəruri olanları ərz etdim. Həmişə müvəffəq olun.
6 dey 1389 (27 dekabr 2010)
Nasir Məkarim Şirazi"
Sən bu günə kimi necə etiraz eləmisan Hicaba görə?
- Vey-sal это нравится
- 313NEWS.NET - FORUM
- → Просмотр профиля: "Лайки": katala
- Политика Конфиденциальности
- Правила форума ·