Перейти к содержимому


ixvan

Регистрация: 19 июн 2010
Offline Активность: 19 июн 2010 15:47

Мои сообщения

В теме: Quranda siğənin haramlığı

19 июня 2010 - 15:44

Quranda keçən bəzi ayələr muta nikahını (siğəni) rədd edir. Məsələn:

“Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar...” (ən-Nur 33).

Həmçinin, Allah Quranda evlənməkdən söz edərkən nikahlanması (söhbət evlənməkdən gedir siğədən deyil) haram olan qadınlara kimlərin daxil olmasını sadalayır.

“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi...

(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi)...” (ən-Nisa, 23-24).

Sonra bu mövzunu davam edərək sadalanmış evlənməsi haram olan qadınlardan başqa digərləri ilə evlənməkdə bir günah olmadığını bildirir:

“...Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək sizə halal edildi. Faydalandığınız qadınların haqlarını (əcrlərini) lazımi qaydada verin! Miqdarını təyin etdikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa 24).

Allah bu ayədə evlənməyə izin verməklə yanaşı, onun qaydalarınada toxunur. Məsələn, evlənməsi icazə olan qadınlar namuslu olub, zinakar olmamalıdırlar.

“...Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən...”.

Həmçinin, arada razılaşdırılmış mehrin verilməsinin gərəkli olması bura daxildir:

“...Faydalandığınız qadınların haqlarını (əcrlərini) lazımi qaydada verin! Miqdarını təyin etdikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz...”

Ayədəki qadınların haqqı (اجورهن) [ucurahunnə] sözündəki məqsəd normal nikahdakı mehrdir. Eyni şey ən-Nisa 25, əl-Mumtəhinə surələrində də bu anlamda qeyd edilir.

“…Bunların (bu qadınların) mehrlərini (اجورهن) [ucurahunnə] özlərinə verdiyiniz təqdirdə onları nikahlamanızda sizə heç bir günah gəlməz…” (əl-Mumtəhinə 10).

Digər tərəfədən, ən-Nisa 24-də yeganə çıxış yolunun evlənmək olduğu bildirildikdən sonra, buna imkanı olmayanlar üçün Allah sonrakı 25-ci ayədə bir yol açmaqdadır. O da əhlinin izni ilə cariyələrlə evlənməkdir.

“İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin cariyələrdən (kənizlərdən) alsınlar... İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini (əcrlərini) (اجورهن) [ucurahunnə] qəbul olunmuş qaydada verin!...Əgər səbr edərsiniz bu sizin üçün daha xeyirlidir...” (ən-Nisa, 25).

Bu üç ayələri (ən-Nisa, 23-25) təhlil etdikdə belə bir nəticə alınır:

1) Allah bəzi qadınların nikahlanmasının haram olduğunu bildirir (ən-Nisa, 23-24).

2) Sonra bu haram edilənlərin xaricindəki qadınlarla evlənməyin günah olmadığını (halal olduğunu) bildirir (ən-Nisa, 24).

3) Sonra buna imkanı olmayanların cariyələ nikah bağlamalarına icazə verir (ən-Nisa, 25).

Göründüyü kimi, əgər siğə halal olsa idi, Allah səbir etməyi, dözməyi, cariyələrlə evlənməyi deyil, muta nikahı bağlamağı əmr edərdi.

Yenə normal nikah altında olan zövcələr və ailədən sayılan cariyələrdən başqa heç bir qadının halal olmayacağı Quranda bildirilməkdədir. Siğə bağlanan qadın isə nə zövcədir (həyat yoldaşı), nə də cariyədir.

“O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;

Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (bu işdən ötrü) qınanmazlar.

Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır” (əl-Muminin, 5-7).

Рейтинг@Mail.ru