Artıq Qarabağ haqqında bu "lazım gəlsə"lərə bu "lazım gəlsə"ni deyənlərin özü də inanmır. Baş başqa şeyə qarışıb. Nöyüt satırıq, villalar tikdiririk, Bakının səkilərini mərmərə bürüyürük. Bir sözlə, artıq Qarabağ və "lazım gəlsə" bir növ bəzilərinin "vallah" andına çevrilib: deyir, amma nə andına inanır, nə də Allahına.
Eyniylə məscid məsələsində oldu. Möminlər məhkəmələrin qarşısına çıxır, həbs olunur, bacardıqları və əllərində olan üsullarla bu allahsızlarla mübarizə aparırdılar. "Lazım gəldilər"in isə müxtəlif bəhanələri vardı: kimi dövlət işində işləyir, kimi imtahana gedir, kimi "nasmork" olur. Əlbəttə ki, qorxan-filan yox idi

İndi də hicab. "Lazımı" gözləyənlər var. Həmişə olub və olacaq. İsti otağı, buğlanan kofeni, rahat yatağı, müasir televizoru buraxıb bir "kusok parçaya" xatir "dubinka yemək", "içəri düşmək", bu dünyanın naz-nemətindən əl çəkmək asan deyil. Salam olsun Hüseynə (ə)! Bu gün onun ardıcılları var. Həqiqi ardıcılları. Kabinetdən, işdən çıxmaqdan qorxmayanlar, həqiqətən zillətə səbr etməyənlər, baş əyməyənlər. Artıq onlar "lazımla" da görüşüblər, yəqinə də çatıblar. İnşallah, hicabı da əldən verməzlər. "Strateqlər" isə planlarını cızsınlar, "agıllı" gedişlər düşünsünlər. Amma məsələ həll olandan sonra, artıq "lazım" gəlməyəcək. Çünki artıq ona zatən ehtiyac olmayacaq. Salam olsun Hüseynə (ə), əshabına və həqiqi davamçılarına!