- MirMustafa это нравится
- 313NEWS.NET - FORUM
- → Просмотр профиля: "Лайки": reservoir engineer
reservoir engineer
Регистрация: 12 сен 2010Offline Активность: 15 мая 2013 15:52
Обо мне
Orxan Talıbzadə
Статистика
- Группа: Murid
- Сообщений: 270
- Просмотров: 12 233
- Статус: Raqib Awwal – Master Seargeant
- Возраст: 35 лет
- День рождения: Август 25, 1989
-
Пол
Мужчина
#75876 "əhli sünnə" məzhəbinin əsası
Написано reservoir engineer 28 июня 2011 - 18:49
#72299 Təvəssul və onun hokmləri
Написано reservoir engineer 18 апреля 2011 - 15:42
Mənim yuxarda verdiyim sualda cavabsız qalıb.
Bu haqda təbərrük mövzusunda da bəhs olmuşdu o zaman sual verilmişdi ki müşriklə bizlərin etdiyi əməlin fərqi varmı ,cavab yazmışdım ki :
müşriklə möminin şəfaəti arasında əsaslı fərqlər vardır . Bu fərqlərə əsasən müşrikin əməli ilə möminin əməli eyni tutula bilməz ! Həmin əsas fərqlərə bir daha nəzər yetirək :
1. Müşrik öz şəfaətçisini ilah-tanrı bilir (istər üluhiyyat olsun ,istərsə də rübubiyyət) ,müsəlmanlar isə öz şəfaətçisinə nə ilah-tanrı deyir ,nə də ilah-tanrı bilir
2. Müşrik öz şəfaətçisinə ibadət edir , nəzir-qurbanlıq verir , müsəlman isə əsla !
3. Müşrikin bütləri şəfaətçi hesab etmələri barəsində qeybdən dəlil yoxdur (bunu Qurani Kərim də açıqca bildirir) ,lakin müsəlmanların şəfaətçi hesab etdiklərinə dair ayə və səhih hədislərdə dəlil vardır
1-Yalandır. Qurani kərim bunun əksini deyir. Allah təala buyurur ki: "Sən muşriklərdən soruşsan ki öldürən dirildən, ruzi verən, hər şeyi idarə edən yağış yağdıran və.s bunları edən kimdir? Onlar deyəcəklər ki ALlah". Deməli sən deyən batildir.
2-Batildir, camaatı aldatmayın. Necə ibadət edir??? nəzir və qurbanlıq ilə?? Məgər siz rafizilər Huseynin adına nəzir və ya Qurban demirsiniz? Bu ki sizin dinivizin əsasıdır. Huseynin adına nəzir vermək və ya Qurban kəsmək olmaz??
3-Yəni-Allah təala bir vaxt şəfaəti şirk kimi saıb və sonradan müsəlmanlara bu şirki halal hesab edib??? Biabırçılıq
1- Sözlərinə diqqət elə ! Yalançı deyiləm ,bu da sənə sübut :
Söz verdiyim kimi müşriklərin bütləri tanrı saymaqları haqda dəlillər :
(Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu). (Ənam 14)
O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?! (Ənam 22)
Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” (Nəhl 51)
O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər! (Hicr 96)
..Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!) (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” (Nəhl 1-2)
(Ya Rəsulum!) De: “Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar”. (İsra 42)
(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” (Ənam 74)
De: “(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!” (İsra 56)
Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam! (Hud 53-54)
Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik. Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?! (Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi: ) “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın)”.(Kəhf 14-16)
(Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir! Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!
Müşriklərin bütləri tanrı saymaları haqda Qurani Kərimdə ayələr yüzlərlədir mən onlardan kiçik bir qismini təqdim etdim , hesab edirəm düşünən ağıl sahibləri üçün bu dəlillər kifayətdir
2- Qurbanlıq və nəzir məsələsi ! Yenə də səhvə yol vermisən . Diqqətlə oxu gör şiə məzhəbi nə deyir :Başqa ayələri də nəql etməyi özümə borc bildim :
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.(Furqan 3)
Yoxsa (Məkkə müşrikləri)yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!) Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb ) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! (Ənbiya 21-22)
(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): “Sizin tanrılarınıza tənə edən bumudur?” – deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər. (Ənbiya 36)
(Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” (bu bütləri sən sındırdın?) - deyə soruşdular. (Ənbiya 62)
(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar. (Ənbiya 98-99)
Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” (Muminun 23)
Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) “Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” (Muminun 32)
Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar! (Muminun 117)
Və sonda :
(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz! (Həcc 71)
nəzr və qurbanlıq barəsindəki nəzəriyyəsini araşdırıb onun səhih və ya batil olmasını ayırd etmək üçün bir neçə məsələni qeyd etmək lazımdır:
a - Şübhəsiz qurbanlıq etmək həmişə ibadət ünvanı ilə edilmir və ibadət də deyildir. Çünki əksər hallarda heyvanın başı zibh olunarkən Allahın adını dilimizə gətirməyimiz yalnız buna görədir ki, o heyvanın əti halal olsun, çünki Allah-taala buyurur:
«Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...» Ən’am‒121.
Bəzən mümkündür ki, zibh edilmə məxluqa aid edilsin. Məsələn, «bu qoyunu qonaqlar üçün zibh etmişik» desək, belə çıxır ki, biz qonaqların dərgahına yaxınlaşmaq məqsədilə bu işi görmüşük və bizim bu qonaqpərvərliyimiz ibadət hesab olunur?!
Məlumdur ki, qurbanlıq etməkdə məqsəd hansısa bir yerə yaxınlaşmaq olsa, o surətdə ibadət hesab olunur; bir kəs qurbanlıq etməklə Allahdan başqasına yaxınlaşmaq istəsə, şirkə düçar olar. Amma müsəlmanların müqəddəs məkanlarda etdikləri əməli yəni, qurbanlığı şirk hesab etmək olmaz. Müsəlmanlar heç vaxt Allahdan başqasına yaxınlaşmaq məqsədi güdmür, müqəddəs məkanlarda ibadətin daha çox savabı və dəyəri olduğundan, öz qurbanlıqlarını o yerlərdə yerinə yetirirlər. Digər tərəfdən də niyyət edirlər ki, məsələn, bu qurbanlığın savabı Peyğəmbərə, imama, yaxud o müqəddəs məkanda dəfn olunmuş saleh bir insana çatsın.
Hər hansı bir xeyir işi yerinə yetirib onun savabını ölülərin ruhuna hədiyyə etmək, bütün müsəlmanların nəzərində məqbul məsələdir. Bu barədə çoxlu rəvayətlər də nəql olunmuşdur. O cümlədən buyurulur: Bir kişi Peyğəmbərin yanına gəlib dedi: «Ya Rəsuləllah! Mənim anam vəsiyyət etmədən vəfat etmişdir. Zənnimcə, əgər diri olsaydı sədəqə verərdi. Mən sədəqə versəm ona bir fayda çatdırarmı?» Peyğəmbər (s) buyurdu: «Bəli.» Sonra həmin kişi soruşdu: «Nə sədəqə verim?» Həzrət (s) buyurdu: «Su.» Ona görə də həmin kişi quyu qazdı və dedi ki, bu anam üçündür.»«Səhihi Müslüm», Ayişədən nəqlən.
O kişinin «Bu anam üçündür» deməsinin mənası bu deyildir ki, bu işlə anamın dərgahına yaxınlaşmaq istəyirəm; məqsədi budur ki, bu işin savabını anama hədiyyə edirəm.
b- Qurbanlıq barəsində qeyd olunduğu kimi, nəzr barəsində də əgər nəzr edənin məqsədi bu işlə Allahdan başqasına yaxınlaşmaq olarsa, şübhəsiz şirkə mübtəla olar. Halbuki, bütün müsəlmanlar nəzr verməklə yalnız Allaha yaxınlaşmaq istəyirlər. Çünki hər hansı bir şeyi nəzr etdikdə deyərlər ki: «Lillahi ələyyə kəza, in kanə kəza» yəni, əgər bu iş belə olarsa, Allah görə mənim öhdəmə filan iş olsun. Müsəlmanların peyğəmbər və yaxud imam üçün nəzr etməsindən məqsəd, məhz onların Allaha yaxınlaşmasıdır. «Lillahi ələyyə kəza» deməklə təkid edirlər ki, Allah görə mənim öhdəmədir ki, misal üçün, filan işi Rəsuli-Əkrəm üçün yerinə yetirim. Bu nəzrin mənası Allah dərgahına yaxınlaşmaq və savabını Peyğəmbərə (s) hədiyyə etməkdir.
3- Sözlərimi düz başa düşməmisən ..İndi izah edirəm nə demək istəyirdim : məgər bizlər (müsəlman ümməti) demirik ki hər bir şey üçün dəlil olmalıdır ? Mən də bunu deyirəm də, Quranda Allah da bildirir ki müşriklərə heç zaman Allah tərəfindən bildirilməyib ki bütlər şəfaətçidir ,ama müsəlmanların şəfaətçi seçdikləri barədə məsələn Hz Rəsulullah (s) barədə yəni onun şəfaətçi olması barəsində dəlilllər var .
- Vey-sal это нравится
#69631 Imam əlinin etdiyi cihad
Написано reservoir engineer 11 февраля 2011 - 22:23
bu mövzunu açmağa səbəb, şiyələrin dediyi sözlərdir ki,
Əvvəla Hz.Peyğəmbər(s.ə.ə.s.)İmam Hüseynə(ə.s.) ağlayıb,bizdə həqiqi
Peyğəmbərin sünnəsi olduğumuza görə,İmama(ə.s.) yas tutub ağlayırıq.
İmam Hüseynə (ə.s.) yas saxlamaq isə onun məzlumcasına qətl edilməsidir.Cünki,Allah təala Adəmi(ə.s.) yaradandan bu yana qədər bu cürə dəhşətli qətilam olmayıb,özüdə Peyğəmbər övladının.
Bu yası saxlamaqda əsas məqsəd isə İmam Hüseynin (ə.s.)məktəbini,şəhidlik məktəbini yaşatmaqdır.
Hər kimə o məktəbi Allah təala qismət etsə, şəhidlik onuncun baldanda şirin olar və İmam Hüseynin (ə.s.) yezid kimi şeytanlarla baş əyməməyi və axırda nicat tapmaqda böyuk köməkliyi olduğunu görər.
Sizin qəlbinizdə olan xəstəlik sizi qoymur ki,başa düşəsiz ki,İmam Hüseynin (ə.s.) vasitəsilə Allah təala dinini qorudu.
Allah təala buyurur ki,"Biz onu qoruyacağıq"(Dini,Quranı)
İşarələdiyim fikirlərə əlavə olaraq bunları qeyd edirəm :
Əvvəla Aşura mərasiminin mahiyyətinin qorunub saxlanmasında əsas amil bu mərasimlərin emosiyalı keçirilməsi olub ,yoxsa ki ancaq "intiligent" məclisləri təşkil olunsaydı bu mühüm tarixi hadisənin yaddaşlarda elə olduğu kimi qalması ,mahiyyəti mümkün olmayacaqdı. Bəs bu tarixin mahiyyətini nədən yaşatmaq lazımdır ki ? İzah edirəm :
Kərbala hadisəsinin indiki ən bariz nümunəsini biz Livanda 33 günlük müharibədə şahidi olduq....
Livan " Hizbullah" - nın lideri Seyid Nəsrullah deyir: “Livan - Kərbəla hadisəsinin təcrübəsinin sübutudur. 33 günlük müharibədən sonra bəzi xarici müəssisələr öz tədqiqatlarında bildirmişdilər ki, bu müharibədə israillilər şəhərlərimizi, evlərimizi və kəndlərimizi bombaran etmişdilər. Uşaqları və dinc əhalini qətlə yetirmişdilər. Bir milyondan çox insan qaçqın olmuşdur. Bu müharibədən sonra da bizim üçün bir çox çətinliklər və problemlər hasil olmuşdu. Qardaşlarımızı, əzizlərimizi, təhlükəsizliyimizi və malımızı əldən verdik. Təhlükəli sui-qəsdlərlə üzləşdik. Adətən müharibədən sonra cəmiyyəti ruhi böhranlar, ictimai dağınıqlıq əhatə edir. Ancaq bu 33 günlük müharibənin nəticəsi hamını təəcübləndirdi. Çünki insanlar səbir və təmkinlə öz evlərinə qayıtdılar. Şəhər və kəndlərini yenidən qurdular. Bütün gücləri ilə bu çətinlikləri geridə qoydular. Xarici müəssisələr öz tədqiqatlarından belə nəticəyə gəldilər ki, Livan xalqının cavablarında iki ad mühüm rol oynamışdır. Bu Hüseyn (ə) və Zeynəbdir (ə). Kərbəla bu yolla Livan xalqının nümunəsinə çevrilmişdir”.
O, sonda vurgulamışdır ki, çətinliklərlə mübarizə yolunda Allaha iman və insanların dözümlülüyünü və səbrini gücləndirmək lazımdır.
Bəli , Livanlı mücahidlər 33 günlük müharibədə dünyada şanlı tarix yazdılar . İsrail ordusu..son dərəcədə müasir silah və hərbi texnika ilə silahlanmış , canlı qüvvəsinin sayı-hesabı olmayan bir ordu .. dünyanın bəlkə ən güclü ordularından biri..33 gün ərzində ha çalışdılarsa livanlıların əzmini qıra bilmədilər , evlərini dağıtdılar ,uşaqlarına ,qocalarına belə rəhm olunmadı ,amma nə olsun ,qalib gələ bilmədilər,müqaviməti qıra bilmədilər..Bilirsiz nəyə görə ?..Burda sadəcə bir mətləb var,bir səbəb var.. O da Hüseyn (ə)məktəbi..Hüseynçilik prinsipi..Tarix boyu belə olub belə də davam edəcək..Hüseyn (ə) məktəbinin yetirməsinin gözünü canlı qüvvə ,silah-sursat ,ölüm qorxutmur..Çünki Hüseyn (ə) məktəbi zilləti,qorxunu qəbul etmir..Zalıma boyun əymir..Tarix boyu zalım xəlifələr ,şahlar ,sultanlar bunu gözəl anlayıblar,ona görə də Aşuranı məhv etmək istəyiblər ,bunu yaddaşlardan silməyə çalışıblar..Görüblər ki, Hüseynin (ə) cənazəsi ,qəbri dirisindən daha təhlükəlidir..Aşura elə bir nemətdir ki qorxağı cəsarətli edir..Xəlifə Mütəvəkkil neçə dəfə İmam Hüseynin (ə) məqbərəsini uçurtmağa çalışmış,gah məqbərənin ətrafına xəndək qazıb su ilə doldurub ,gah da yandırıb,dağıtmaq istəyib,amma yenə də Hüseyn (ə) məktəbini məhv edə bilməmişdir,tarix boyu belə olub belə də davam edəcək..Yezid (lən) elə bilirdi Hüseyni (ə) öldürdü canı qurtardı ,problemləri arxada qaldı ,amma gördü yox..məsələ tamam dəyişdi..əksinə Hüseynin (ə) ölüsü dirisindən daha təhlükəlidir, indi Xanıb Zeynəb (ə) bütün məclislərdə öz etiraz səsini ucaldıb həqiqətləri çatdırır ,yatmışları da oyadır ,indi Xanım Zeynəb (ə) "Ya Hüseyn" deməklə haqqı çatdırır,batili məhv edir ..
Bu günün Yezidləri də Amerikadır ,İsraildir ! Bilirlər ki nə qədər ki müsəlmanların arasında Hüseyn (ə) məktəbi var heç zaman İslama qələbə çalıb onu məğlub edə bilməyəcəklər ,hər nə qədər ordularını gücləndirsələr də ,yeni-yeni silahlar icad etsələr də..Ona görə məcbur qalıb İslam ümmətinin içinə "müsəlman" qiyafəsində öz adamlarını salmağa..İslamı içindən parçalamaq ,Hüseyn (ə) məktəbini məhv etmək istəyirlər..necə ki Yezid (lən) dövründə ümməti aldatmaq üçün ,onları Hüseynə (ə) qarşı qaldırmaq üçün "alim"lərdən istifadə etmişdilər : pul verməklə ,vəzifə verməklə alimləri satın almışdılar,öz tərəflərinə çəkmişdilər ki, o dırnaqarası alimlər də axirətlərini dünyaya satıb fətva vermişdilər ki Hüseyn (nəuzubillah) dindən çıxıb kafir olub ,ona qarşı vuruşmaq ,onu öldürmək halaldır..İndi də həmin alimləri alıb fətva verirlər ki, Aşura bidət və şirkdir ,Hüseynin (ə) qəbrini partlaqma şəri vacib məsələdir ,özü də bunu həmin alimlər qorxmadan çəkinmədən deyir ,çünki qərbli ağalarının istəyini yerinə yetirirlər, bir qrup avam da bu alimlərə inanıb kor-korənə bu yolu tutub gedirlər..necə ki Yezid (lən) dövründə avamlar vardı o tip alimlərə inanıb ,onların fətvalarına əsasən İmam Hüseynə (ə) qarşı vuruşmağa gəldilər..
Livanlıların da uşaqları öldürüldü necə ki, İmam Hüseynin (ə) körpəsi Əli Əsxər oxlanaraq şəhid edildi
Livanlıların yeniyetmələri ,gəncləri öldürüldü , necə ki, İmam Hüseynin (ə) Əli Əkbəri doğranaraq şəhid edildi
Livanlıların evləri bombardman edilib ,yandırılıb ,dağıdıldı, necə ki İmam Hüseynin (ə) ailəsinin xeymələri od vurulub yandırıldı ,dağıdıldı ,talan edildi
Livanlıların dostları ,qohumları öldürüldü ,necə ki İmam Hüseynin (ə) dostları ,qohumları şəhid edildi
və s. və s. və s.
Bütün bunlara baxmayaraq Livanlılar ,Hüseyn (ə) məktəbinə xas müqaviməti davam etdirdilər və qalib gəldilər . Tarix boyu belə olub ,belə də davam edəcək
Aşağıdakı videonu mütləq izləyin
http://www.youtube.com/watch?v=5kOgXN1fiAU&feature=&p=2695818E4086E73F&index=0&playnext=1
- Vey-sal это нравится
#69515 Peyğambərin zövcələri barədə
Написано reservoir engineer 07 февраля 2011 - 14:30
İbni Həzəm Әndolosi «Әl-fəslu fil-miləli vən-nihəl» kitabının 3-cü cildində yazır:
«Cəhalət üzündən səhabələri söyən bir şəxs, cahil olduğu üçün günahkar sayılmır. Lakin bilərəkdən onlara söyüş verərsə, günah etmiş olur. Әgər onları Peyğəmbər (s) səhabələri olduqlarına görə söyərsə kafir olar. Lakin onları özlərinə görə söysə kafir sayılmaz. Necə ki, Ömər ‒ rəziyəllahu ənhu ‒ Peyğəmbərin (s) hüzurunda səhabələrdən birinə (Hatibə) münafiq dedi, lakin bu sözə görə kafir sayılmadı».
İmam Məhəmməd Ğəzzali yazır:
«Səhabələri söymək heç kəsi kafir etməz. Hətta iki şeyxi (Әbu Bəkr və Öməri) söyən şəxs də kafir deyildir».
Hakim Nişapuri «Müstədrək» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd», Zəhəbi «Təlxisul-müstədrək», Qazi İyaz «Şifa» və İmam Ğəzzali «Ehyaul-ulum» kitabında yazır:
«Bir nəfər Әbu Bəkrə nalayiq sözlər deyib təhqir etdi. Әbu Bərzə Әsləmi dedi: Xəlifə, o kafir oldu, icazə ver onu öldürüm. Әbu Bəkr dedi: Xeyr, onun kafir olmasına heç kəs hökm edə bilməz...»
Qeyd etmək lazımdır ki, şiə məzhəbində təkcə səhabələrə deyil, hətta adi şəxslərə də söyüş vermək haram və böyük günah sayılır. Lakin söyüş verən şəxsin kafir olmasına hökm verməyə heç bir məntiqi əsas yoxdur.
Әgər səhabələri söymək və ya onlara lənət oxumaq bir şəxsi kafir edirsə, onda biri-birlərinə söyüş və lənət yağdıran səhabələri nə üçün kafir hesab etmirik ??
Məsudi «Әxbaruz-zəman» kitabında, Sibt ibni Cuzi «Təzkirətu xəvassil-ummə fi mərifətil-əimmə», İbni Әbil Hədid Mötəzili «Şərhu-nəhcil-bəlağə» (2-ci cild) və İbni Әsir «Kamilut-tarix» kitabında yazır:
«Ummul-möminin Aişə Osmanın (3-cü xəlifə) barəsində fəryad edirdi: Öldürün bu yəhudi sifəti; Allah onu öldürsün, o həqiqətən kafirdir..»
İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında (2-ci cild), Hələbi «Әs-sirətul-hələbiyyə» (2-ci cild), Buxari «Səhih» (2-ci cild) və Vahidi «Әsbabun-nüzul» kitabında yazır:
«Әbu Bəkr, Ömər ibni Xəttab və digər səhabələr Peyğəmbərin (s) hüzurunda bir-birlərinə söyüş verir, hətta vururdular.»
Bir-birlərini təhqir edən səhabələrə heç kəs kafir hökmü verməmişdir. Әksinə, onlar əhli-sünnə məzhəblərində hamıdan pak, az qala məsum kimi təqdim olunurlar. Burada qarşıya anlaşılmaz, çox çətin və eyni zamanda müəmmalı bir sual çıxır: Səhabələri söyənlər kafirdirlər, amma səhabələr nalayiq sözlər deyib bir-birlərini rahatcasına təhqir edə bilərlər?!
- Vey-sal это нравится
#69513 Nasibilik kufrdur?
Написано reservoir engineer 07 февраля 2011 - 14:01
Nəsr b. Əli b. Suhban, "Peyğəmbərimiz (s) bir gün Həsən® ilə Hüseynin ® əlindən tutaraq 'Kim məni, bu ikisini və bunların ana-atasını sevsə, qiyamət günündə mənimlə eyni dərəcədə olacaq' buyurdu" dəyincə Mütəvəkkil ona min qamçı vurulmasını əmr etdi. Nəsr b. Əli aldığı qamçının təsiriylə öləcək kimi oldu. Nəhayət Cəfər b. Əbdülvahid, Mütəvəkkillə danışıb onu razı salmağa çalışdı. Ona davamlı, "Ey möminlərin əmri! Bu adam Əhli sünnətdəndir!" deyirdi. Sonunda Mütəvəkkil, Nəsr b. Əlini sərbəst buraxdı – Təhzibu't-Təhzib, İbn-i Həcər, c.10, s.429, Daru's-Sâdır nəşri.
Yenə İbni Həcər, eyni adlı əsərində belə deyər:
"Abdullah b. İdris Əzdi, Əhli sünnət vəl-Camaatdan idi və sünnəyə bağlı idi. O, eyni zamanda bir Osman yanlısı idi - Təhzibu't-Təhzib, İbn-i Həcər, c.5, s.145. , Osman yanlılarının Hz. Əli'yə (ə) lənət etdikləri ve onu Osman'ın qatili olarak gördükləri məşhurdur.
Yenə İbni Həcər, Bəsrəli Abdullah b. Avn haqqında belə deyər:
"O etibarlı biridir. Sünnəyə olduqca bağlıdır. Bidətçilərə qarşı olduqca sərt idi. İbni Sad, onun Osman yanlısı olduğunu söyləmişdir." – Təhzibu't-Təhzib, İbn-i Həcər, c.5, s.348.
Yenə deyir ki:
"İbrahim b. Yaqub Cüzcani, Hz. Əliyə düşmənliyiylə bilinən Harizi məzhəbinə mənsub idi. Yəni Hariz b. Osman Diməşqinin təqlidçisi idi. İbni Həyyan, onun haqqında 'O, sünnənin möhkəm təqibçilərindən biridir' demişdir." – Təhzibu't-Təhzib, İbn-i Həcər, c.1, s.182.
Mütəvəkkili (l) tanımayanlara :
İmam Əli (ə) və övladlarına (ə) düşmənliyiylə tanınan Abbasi xəlifəsi Mütəvəkkil xəlifə olduğu zaman İmam Hüseynin (ə) türbəsini dağıtdırdı və Əhlibeyt (ə) dostlarının buranı ziyarət etmələrini qadağan etdi -
Mütəvəkkil, Əli (ə) və onun övladlarına (ə) düşmən olmayana heç bir surətdə ücrət və hədiyyə verməzdi.
Mütəvəkkil ilə onun uşaqlarına müəllimlik edən ədəbiyyat ustadı İbni Sıkkit arasında keçən hekayə məşhurdur. Mütəvəkkil, onun Əli və övladlarını sevdiyini öyrəndiyində "Mənim uşaqlarıma müəllimlik edən biri necə olar da Əli və övladlarını sevə bilər?" deyərək İbni Sıkkiti vəhşicəsinə öldürtmüşdü.
İmam Əliyə qarşı bəslədiyi kin elə dərin idi ki sırf buna görə adı Əli olan bütün uşaqların öldürülməsini əmr etmişdi. Bir gün Əli b. Cəhm adlı bir şairlə qarşılaşmış, şair ona xitab olaraq, "Ey möminlərin əmri! Anam və atam mənə zülm edərək adımı Əli qoymuşlar. Mən bu addan və bu adı daşıyan hər kəsdən nifrət edirəm!" demiş, Mütəvəkkil gülərək onu bu danışmasından ötəri mükafatlandırmışdı.
Sarayında vəzifə yerinə yetirən bir təlxək vardı. Möminlərin əmri İmam Əlinin (ə.s) təqlidini edər, insanları güldürərdi. İnsanlar onu gördüklərində "İşdə, göbəyi çıxmış adam gəldi!" deyir, bu şəkildə İmam Əliyə lağ edir və beləcə xəlifəni xoşbəxt etməyə çalışırdılar.
Xatırlatmaq lazımdır ki, İmam Əli ilə o qədər düşmənliyi olan Mütəvəkkil, Əhli sünnət alimləri tərəfindən "sünnəni canlandıran" mənasını verən "Muhyi's-Sünnət" ləqəbiylə xatırlanmaqdadır. Hədis əhli olaraq bilinən birliyin şəxsən özləri Əhli sünnət vəl-Camaat olduqları üçün qəti olaraq aydın olur ki bunların dilində sünnədən qəsd, Əli (ə.s) ilə düşmən olmaq, ona lənətləmək və ondan bəri olmaq idi. Bu da Nasibiliyin özüdür.
Daha çox şərh lazım olsa, Xarəzmi, kitabında belə nəql edər: "Xəyzaran oğlu Harun ilə Rəhman olan Allaha deyil də şeytana mütəvəkkil olan Cəfər Mütəvəkkil, Əbu Talibin soyuna söymədikcə və Nasibi məzhəbinə köməkçi olmadıqca kimsəyə pul verməzdi." - Maktəl, Xarezmî, s.135.
- Vey-sal и Kanan_313N это нравится
#69469 Vəhabilərin baş müftisindən mason Hüsnü Mübarəkə dəstək !
Написано reservoir engineer 05 февраля 2011 - 23:36
1400 İL ƏVVƏLDƏN PEYĞƏMBƏRİMİZİN BİLDİRDİYİ MİSİRdəki HADİSƏLƏR
Naim b. Hammad Fitendə, və Əbu Cəfər, Məhəmməd b. Əli (r. a. );dan tahric etdilər. Buyurdu kiAbbasi, Xorasansa; a çatdığı zaman ŞƏRQDƏ BUYNUZ şəklində bir ULDUZ ÇIXAR. Bu ulduz, ilk çıxdığında Allah Nuh qövmünü həlak etmişdir. Hz. ibrahim atəşə atıldığında da çıxmışdır. Firon qövmü yox edildiyində və Yəhya b. Zekeriya öldürüldüyündə də görülmüşdür. Siz o ulduzu gördüyünüzdə fitnələrin şərindən Allaha sığının. O ulduzun doğulması günəş və ay tutulmasından sonra olacaq. Sonra fitnələr; alaca qarğa; MİSİRdə ZÜHUR edənə QƏDƏR DAVAM EDƏR.
.......
sonra da özünə qarşı gələni yox edən, uzun boylu , çox qüvvətli geniş çiyinli bir ərəbi başa keçəcək yaxşıları öldürən zalım bir misirli hökm edəcək.
.......
buyurduki peyğəmbər əfəndimiz Qureyşdən bir adam çıxar, çökük burunludur. Məğlub olar və mülkünü zail edər və Ruma qaçar
Deylemi, Əbu Əli Mərdənidən (ravi silsiləsi ilə) O da Əbu Zərdən, O da Rəsulullah (s.ə.v)dan rəvayət etdilər. Buyurdu ki:
Misirdə Qureyşdən bir adam çıxar, çökük burunludur. Məğlub olar və mülkünü zail edər və Ruma qaçar. Onları götürüb İskenderiyyeyə gətirər və müsəlmanlarla döyüşər və ilk melhame bu olar.
İbni Asakir Tarixində, Əbu Zərə söykənən ravi silsiləsi ilə rəvayət etdilər. Rəsulullah (s.ə.v) buyurdu:
Misirdə Əməvi soyunda burnu çökük biri çıxar. Məğlub olar və ya mülkünü zail eder,Ruma qaçar. Onları İskenderiyyəyə gətirər və Əhli İslam ilə döyüşərlər. Bu melhamelerin ilki olar.
- Gunahkar это нравится
#69468 Vəhabilərin baş müftisindən mason Hüsnü Mübarəkə dəstək !
Написано reservoir engineer 05 февраля 2011 - 23:35
"...Hər bir halda bu rəvayətlər ümumi şəkildə Misirdə islami bir hərəkat və inqilabdan söz açır ki, bu da həzrət Məhdi (ə)-ın zühur əlamətidir..göstərir ki, Misirdə daxili inqilab baş verəcək, dərin dəyişikliklər yaranacaqdır..
Zühur ərəfəsində baş verəcək hadisələrlə əlaqədar rəvayətlərdə qibtilərin Misirin ətraf nahiyələrinə hakim olacağından söhbət açılır. Belə ki, Əli (ə) zühur əlamətləri ilə əlaqədar buyurmuşdur :
"Qibtilər Misirin ətraflarına hakim kəsilməsidir." (Bişarətul-İslam ,səh. 42)
Mümkündür ki burada məqsəd, İbni Həmmadın öz əlyazmasında (səh. 78) Əbuzərdən rəvayət etdiyidir: "Əmin-amanlıq Misirdə aradan qalxacaqdır." Xaricə deyir ki, Əbuzərə dedim : "Əmin-amanlıq aradan getdiyi zaman onu bərqərar edəcək bir rəhbər varmı?" O dedi: "Xeyr! Əksinə, onun (hakimiyyət) quruluşu dağılacaqdır."
Kəbdən də belə rəvayət olunur : "Misir dəvənin peyini kimi əzilib aradan gedəcəkdir"
Bir sözlə, Misirdə qibtilər qiyam edib iğtişaşlar törədəcək, yerli hökümətə qarşı itaətsizlik edəcək və bəzi nahiyələrə hakim kəsiləcəklər, nəticədə Misirin iqtisadiyyatında və təhlükəsizliyində zəiflik və xələl yaranacaqdır.Təbiidir ki, bu tüğyançılıq və inadkarlıq İslam düşmənlərinin xaricdən istiqamətləndirilən təhriklərilə yanaşıdır, çünki qibtilərin tarixində görünməmişdir ki, müsəlmanlar əleyhinə hər hansı mühüm bir hərəkata əl atmış olsunlar.Bu işlər səlib yürüşlərində və hazırkı əsrdə olduğu kimi, yalnız xarici dövlətlərin müdaxiləsi ilə baş vermişdir..."
Əli Kurani daha sonra kitabının 127-ci səhifəsində qeyd edir ki, bəzi rəvayətlərə əsasən Misirdəki qiyamın qərbdən təsir vardır.
Əli Kurani bütün bunları özünün "Zühur Əsri" kitabında (bu kitab ilk dəfə 1987-ci ildə nəşr olunub)qeyd edir..Amma onun hədisləri araşdıraraq onlara verdiyi şərhlər bu gün özünü doğrultmaqdadır ,məlumdur ki, Misirdəki qiyamda qərbin ,xüsusən ABŞ-ın müəyyən mənada rolu vardır.
#67739 Şiəliyin yəhudi və xristianlığa oxşar x...
Написано reservoir engineer 30 декабря 2010 - 12:17
Özlərinin etiqadları yəhudi etiqadına uyğundur utanmadan şiələrə böhtan atırlar !
- shako235 это нравится
#67572 Müxtəlif Əhli-Sünnə hədislərinə n...
Написано reservoir engineer 27 декабря 2010 - 14:54
- adbulrahman-78 это нравится
#67006 Əbu Hüreyrə haqqında
Написано reservoir engineer 09 декабря 2010 - 18:01
Rüqəyyə hicrətin 3-cü ilində Bədr döyüşü ərəfəsində vəfat etmişdir. Əbu Hüreyrə isə hələ o zaman islamı qəbul etməmişdi. O islamı yalnız Xeybər döyüşündən sonra qəbul edib müsəlman oldu.Əbu Hüreyrə heç zaman görmədiyi qadını necə görüb ?
Bu sualın cavabı həqiqətən mənə maraqlıdır ?
- Gunahkar это нравится
#67005 Təvəssul və onun hokmləri
Написано reservoir engineer 09 декабря 2010 - 17:05
“Möcəmut-Təbərani”, (c. 9, səh. 30, hədis. 8311) və “əl-Möcəmus-səğir”, (c. 1, səh. 183) əsərlərində sözügedən hədis səhih hesab edilmişdir.
Bu hədis İbn Teymiyyənin belə qəbul edərək “səhih” adlandırdığı hədislərdəndir. O, hədisin sənəd silsiləsində Əbu Cəfərin özünə yer aldığını və onun etimad göstəriləcək şəxs olduğunu bildirmişdir. İbn Macə “Sünən” əsərində (c. 1, səh. 441) Əbu İshaqın bu hədisi “səhih” adlandırdığını qeyd edərək yazır: “Bu hədisi Tirmizi “Əbvabul-ədi`yyə” kitabında nəql edərək demişdir: “Bu, düzgün və “qərib” hədisdir”. Rifai “Kitabut-təvəssül ila həqiqətit-təvəssül” əsərində (səh. 158) deyir: “Bu hədisin “səhih” və məşhur hədis olduğuna heç bir şübhə yoxdur”.
Albani, bu məzmunlu hədisləri müşahidə etdikdə dözümünü əldən vermiş və qəbul etməyə çətinlik çəkmişdir. Halbuki, Təbərani kimi mahir hədisşünaslar bu hədisi “səhih” hesab etmişlər Bundan başqa, onu nəql edən Osman ibn Hüneyf, Əlinin (ə) və Ömərin etimad göstərdiyi səhabədir. Tirmizi, İbn Macə və Nisai də həmin hədisi nəql etmişlər. Qəribədir ki, onlar özlərini sələfi adlandırdıqları bir halda sələflərinin nəql edərək “səhih” hesab etdikləri hədisləri inkar edirlər. Öncə bu və ya digər əqidəni qəbul edib sonra ona müvafiq hədislər aramaq ağıla müvafiqdirmi? Təbii ki, bunun əksinə olaraq, hər hansı bir əqidə və ya müddəanı Quran və hədislərdən əldə etmək lazımdır.
Albani, “ət-Təvəssülü ila həqiqətit-təvəssül” kitabının müəllifidir. Onun olduqca sərt və ağlasığmaz fikirləri var. O Buxari və Müslimin “təbərrüklə” bağlı nəql etdiyi hədisləri haqqında çəkinmədən deyir: “Bu gün bu növ hədislərin heç bir faydası yoxdur”. Sələfilik iddiası ilə çıxış edənlər bu fikir və hərəkətləri ilə geridə qoyduqları körpüləri darmadağın edir və bununla da Sionizm üçün körpü rolunu oynayırlar. “Fiqhus-sirə” kitabının müəllifi (Doktor Məhəmməd Səid əl-Buti həmin kitabın 188-189-cu səhifələrində) Şeyx Nasir Rifainin bu fikrini qeyd edərək deyir: “Bu heç bir zaman, heç bir müsəlmanın dilə gətirmədiyi sözdür”. “Dövrümüzdə bu hədislərin heç bir faydası yoxdur” fikrini necə irəli sürmək olar? Bir halda ki, Peyğəmbərin (s) buyuruqları, əməlləri və təsdiqedici sükutları hamısı dinin qanunlarıdır və bu qanunlar Kitab və sünnənin onları qüvvədən salmadıqları təqdirdə Qiyamətə qədər öz qüvvəsindədir. Bütün bu hədislərin “səhih” olduğu sübuta yetmişdir. Quran və sünnədə onları qüvvədən salacaq hər hansı bir yeni hökm yoxdur. Onların məzmunu tam dini qanundur və bu, Qiyamətə qədər öz qüvvəsində qalacaqdır. Peyğəmbərə (s) təvəssüldən əlavə təbərrük etməyin de heç bir maneəsi yoxdur.
Omarın qılıncı,
Noldu, bu məşhur hədis haqda nə deyirsən???
- MirMustafa и Kanan_313N это нравится
#66296 Təvəssul və onun hokmləri
Написано reservoir engineer 24 ноября 2010 - 22:14
Adam xəbər verər ki cavablarını başqa mövzuda vermişəm ,təsadüfən indi gördüm .
(Musa )dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göylərin və yerin Rəbbi, açıq-aşkar möcüzə olaraq endirdi. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.İsra 102. Mən sənə deyirəm ki, Allah belə deyir, sən detirsən ki, get tarix oxu. Firon kafir, muşrik olub. bunu heç kim inkar etmir. Bunu sadəcə ona görə dedim ki, rububiyyəti heç kim inkar etməyib, bütün problemlər yalnız uluhiyyətdə olub. Allah təalə də rasulları yalnız buna görə göndərib: Bİz hər bir ümmətə rasullar göndərdik ki, Allaha ibadət etsinlər, tagutdan çəkinsinlər. Nəhl 36.
Sən deyəsən ya çox hiyləgərsən ya da çox cahil ! Ay insan , Misir tarixində təkcə bir firon olmayıb ,Quranda adı çəkilən firon 2-ci Ramzesdir ! Misirlilərin dininə görə günəş allahı(Ra və ya Xekri) , zaman allahı (Tot) , ölüm allahı (Anubis),şər allahı (Ona Set deyirdilər),xeyir allahı (ona Osiris deyirdilər)və s. allahlar vardı yəni politeizm . Hətta Set ilə Osiris arasında müharibə də gedirmiş ,yunan müşriklərinin tanrıları kimi . Baş tanrı isə Amon hesab edilirdi . Firon isə allahların oğlu yerdəki allah sayılırdı ,sən təqdim etdiyin ayəyə onu deyə bilərəm ki Ramzes bir sıra mücüzələrdən sonra Allahı tanıdı ,çünki Quranda digər ayələrdən məlum olduğuna görə o, Allahı inkar edirdi .
Mən bilmirəm sən haradan nə oxumusan, lakin onu bilirəm ki, mənim dəlilim Allahın kəlamı, rasulun hədisi, səhabələrin icmasıdır. Muşrik ibadəti Allahdan başqasına yönəltdiyinə görə muşrik adlanır. Və nə rububiyyət, nə də uluhiyyətdə şirki isbat edə bilməmisən. Özümə sərf edən ayələri yox, danışdığım məsələyə aid bütün ayələr mənim əqidəmdir. Sənin gətirdiyin bütün ayələrdə isə əsas məqsəddən başqsına meyl etmişdin, mən də bunları dedim.
1-si Quran ayələrindən açıq-aşkar görünür ki, müşriklərin dini görüşləri arasında vahid bir fikir yox idi ,bəziləri Aya ,Günəşə ibadət edir onları tanrı sayırdı ,bəziləri öz bütlərinə tanrı deyirdi ,bəziləri isə bütləri sadəcə şəfaətçi sayırdı .Hansı ağıllı adam iddia edə bilər ki, müşriklərin bəzisi bütə tanrı desin amma onu Tanrı kimi qüdrətə malik olduğunu dansın ?!
2-si dediyim əhli sünnə kitabının adı "Xatəmül Ənbiya - Həzrəti Məhəmməd və həyatı" ,müəlliflər Əli Himmət Bərki və Osman Kəskioğlu .Bu kitabda yazılan hər bir şeyin altında mənbələr də qeyd olunub
Uluhiyyat tovhidi qulun öz əməllərində Allahı təkləşdirməyinə deyilir. Yəni qul etdiyi bütün ibadətlərini - misal üçün dua, qurban kəsmək, nəzir vermək, qorxu, məhəbbət, yardım diləmək (istianə), sığınmaq (istiazə) və başqa ibadətləri Allaha yönəltməlidir. Buna dəlil "Həqiqətən məscidlər Allaha məxsusdur, Allaha yanaşı heç kəsə dua etməyin" Cinn 18. Kim bunlardan birini Allahdan başqasına yönəldərsə muşrik, kafir olur və əbədi cəhənnəmlik olur. "Kim özünün heç bir dəlili olmadan Allahla yanaşı başqa bir ilaha dua edərsə onun hesabı Allaha aiddir, həqiqətən kafirlər nicat tapmazlar" Muminun 117. Bu ayədə Allah təalə Allahdan başqa dua olunanları ilah adlandırdı və bunu edənləri isə kafir.
İzaha görə təşəkkür edirəm . Müsəlmanlar bəyəm Allahdan başqasına dua edib Allahdan başqasından müraciət edirdilər ki ? Və ya müsəlmanlardan hansı biri belə bir hərəkəti edir və plyus deyir ki "Bizlər Peyğəmbərə bizi Allaha yaxınlaşdırsın deyə ibadət edirik" ??
Sən tanrı deyəndə nə demək istəyirsən? Əgər Rəbb, Xaliq və sair rububiyyətə aid adları nəzərdə tutursansa xəta edirsən, çünki muşriklər bilirdilər ki, yaradan, idarə edən və tək olan Allah var. Onların problemi uluhiyyətdə idi. Tək olan Allaha öz ilahları ilə yaxınlaşırdılar. Bəli! Onların ilahları var idi, elə buna görə də rasullar göndərildi ki, onları zülmətdən nura çıxartsın, onlara dini tək Allaha edərək ibadət etməyi öyrətsin.
Müşriklərin bəzilərinin bütlərə şəfaətçi yox tanrı ,ilah ,rəbb deməsi onun sübutudur ki, bu bütlər hansısa saleh bir şəxsin heykəli yox sadəcə müşriklərin özlərindən uydurduqları yalançı mövcud olmayan tanrıcıqlarıdır
Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan (uzaqlaşı qeyb olacaqlar. (Ənam 30)
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar. (Hud 21)
(Müşriklər) o gün (günahlarını etiraf edərək) Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar! (Nəhl 87)
Əlbətdə sənin dediyin müsəmanlar öz "şəfaətçi" adlandırdıqlarına dua da edirlər, onaar üçün qurban da kəsir, nəzir də verir, təvaf da edirlər. Əvvəlki muşriklərin etdiyi bütün ibadətləri edirlər. Və daha artığını.Muşriklər də etiqad edirdilər ki, qəbirlərdə salehlərin ruhları var, onları eşidir, inların vasitəsi ilə Allaha yaxınlaşırlar, indikilər də həmən kimi etiqad edirlər. Eyni şeydir, ad dəyişdirilib, mahiyyət isə qalıb. Hər ikisi şirkdir.
Bu isə quru iftiradan başqa bir şey deyil !!
Vallahi niyyətim dəvətdir. yoxsa sənin kimisi heç söhbət edərək vaxtımı keçirmərəm. Gör nədən dəlil gətirirsən. Müsəlmanın dəlil yeri Allahın kitabı, peyğəmbərin sünnəsi, səhabələrin icması olmalıdır.
HAQQA TƏSSÜBKEŞLİK ET, BATİLƏ YOX!
Sözlərinə fikir ver !!! Nizami Gəncəvinin şerini dəlil olsun deyə gətirmədim səninkimi cahilləri şer ilə başa salmaq istədim ki müsəlmanı müşriklə səhv salmayasan ! Sənin dəvətin isə heç kimə lazım deyil ! Odur ki niyyətin tək dəvət idisə ,yol açıqdır ,xoş getdin !
İşimiz ,gücümüz qurtarıb ,şeytanın buynuzunun ardıcılları bizə dərs verəcək !
- Vey-sal это нравится
#66291 Təvəssul və onun hokmləri
Написано reservoir engineer 24 ноября 2010 - 19:21
Omarın qılıncı,
Sizlər peyğəmbərlərə, ilahi övliyalara təvəssül etməyi müşriklərin bəzi şəxsləri, yaxud bütləri Allaha pərəstiş etməkdə vasitə qərar vermələrinə oxşadırsız. Bu barədə təbərrük mövzusunda söhbət olundu və mən isbat etdim ki müşriklə müsəlmanın əməlində çox güclü fərqlər var. Bütpərəstlərin iradı bundadır ki, onlar Allaha qovuşmaq üçün bütə pərəstiş edir, yaxud da Allahdan başqasını çağırırlar. Halbuki, təvəssüldə vasitəyə pərəstiş olunmur, vasitənin müstəqil təsir qüvvəsinə malik olması nəzərdə tutulmur. Sadəcə olaraq, burada Allah yanında uca məqama malik olan müqəddəs bir şəxs vasitəçi rolunu oynayır.
Hz Əli (ə) Peyğəmbərimizi (s) kəfənləyəndə onun üzündən öpüb dedi ki, "Allah yanında bizi yada sal" ,eynisini Əbu Bəkr də etdi .Bu ona sübutdur ki, Hz Peyğəmbər (s) Allahın yanında olsa belə ümməti üçün şəfaət edir , ona (s) deyilənləri eşidir , salam-salavatlarımıza cavab verir.
Nizami Gəncəvi də gözəl buyurub :
Günahkar ümməti qoymaz xəcalət
Onlara eylər daim şəfaət
O pak məzarından bir diləyim var
Allah yanında mənə ol duakar
Peyğəmbərlərə və ilahi övliyalara təvəssül etmək həqiqətdə onların yüksək məqamlı ruhlarına təvəssül etməkdir, çünki, vəfat edib maddi dünyanı tərk etməklə ruh aradan getmir. İslamın aşkar və danılmaz etiqadına əsasən, insan ölməklə ruhu ölmür, həmişə diridir və buna görə də mələklər ona xitab edir, Nəkir və Münkərin suallarına cavab verir. Bu barədə bir çox Quran ayələrini qeyd etmək olar. O cümlədən «Qaf» 22, «İsra» 14, «Məryəm» 62, «İnfitar» 13, «İbrahim» 16 və 27, «Ğafir» 46, «Əraf» 44, «Ənkəbut» 64, «Fəcr» 24, «Bəqərə» 155, «Ali-İmran» 170-171, «Fəcr» 27-30, «Muminun» 99, «Yasin» 26-27 və sair. Buna əsasən övliyalara təvəssül etməkdə onların dünyəvi həyatları ilə ölümləri arasında heç bir fərq yoxdur.
- Vey-sal это нравится
#65706 Zamanın İmamı kimdir ?
Написано reservoir engineer 15 ноября 2010 - 19:18
http://www.hezretime...susiyytlri.html
Yuxarıdakı linkdə Hz Mehdinin (ə)xarici görünüşü barəsində həm şiə həm sünnü kitablarından dəlillər vardır
- hamza это нравится
- 313NEWS.NET - FORUM
- → Просмотр профиля: "Лайки": reservoir engineer
- Политика Конфиденциальности
- Правила форума ·