Перейти к содержимому


nigar_clever

Регистрация: 10 ноя 2010
Offline Активность: 26 ноя 2010 11:47

#65482 Qəlbimdən süzülən sözlər

Написано nigar_clever 11 ноября 2010 - 12:04


GƏLƏCƏYƏM YANINA

Mən bir dəli dağ çayı,
sən bir sahilsiz dəniz,
Gecə-gündüz qoynuna
axacağam mən sənin.
Açan arzularımı, gümüşü sularımı,
Muncuq kimi boynuna
taxacağam mən sənin.


Mən bir ərköyün aşıq,
axıb dolmusan qana,
Buludum, yağışımsan,
səninlə gəldim cana.
Gözlərimi heç zaman
çəkmərəm səndən yana,
Gözlərinə ürəklə
baxacağam mən sənin.

Çay dənizə bağlıdır,
dəniz çaya, yer göyə,
Kainat nizamdadır
bu bağlılıq var deyə.
Gələcəyəm yanına
daşlara dəyə-dəyə
Həmişə əllərini
sıxacağam mən sənin.



Рейтинг@Mail.ru